Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-222/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1998-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 18.06.2021-ci il tarixdə saat 07 radələrində müvəqqəti yaşadığı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “X7” in 302-ci otağında vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə çarpayının alt hissəsində olan Türkiyə Cümhuriyyəti və Fransa Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs özünə məxsus əmlakı yığdığı saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq, dolabdan bir ədəd 100 manat dəyərində pul kisəsini, içərisində Azərbaycan manatı ilə məzənnəsi 17,7 manat təşkil edən 10 avro dəyərində Fransa mobil şəbəkəsinə məxsus 0***-*******27 saylı mobil nömrə olan 150 manat dəyərində “İphone 6S” markalı mobil telefonu, bir ədəd 150 manat dəyərində “Apple Airpods 2+etui” markalı qulaqcığı, 100 manat pulu talayaraq otaqdan çıxmış, daha sonra saat 07:20-də yenidən otağa daxil olaraq Zərərçəkmiş şəxs çarpayısında balışının alt hissəsindən içərisində 36 manat dəyərində Azərbaycan mobil şəbəkəsinə məxsus ***-***-**-** saylı mobil nömrə olan 850 manat dəyərində “İphone XS” markalı mobil telefonu və mobil telefonun rezin örtüyünün arxasında olan Azərbaycan manatı ilə məzənnəsi 101,3 manat təşkil edən 50 avro nəğd pulu gizli talayaraq cinayəti başa çatdırıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1505 (min beş yüz beş ) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonunda anası ilə yaşamışdır. Rayonda mağazada satıcı işləmişdir. 2021-ci ilin iyun ayının 1-də işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlməmişdən əvvəl qalmaq üçün internet vasitəsi ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “X7”-də yer sifariş etmişdir. Bakı şəhərinə gəldiyi vaxtdan Nərimanov rayonu ərazisində avtomobillərin təkərlərini qaraltmaqla məşğul olmuşdur.14 iyun 2021-ci il tarixdə o, qaldığı hostelə türk milliyətli Məhəmməd adlı şəxs gəlmişdir. Hosteldə o, qaldığı otaqda 6 ədəd çarpayı olmuş və hər çarpayı iki pilləli olmuşdur. O, otaqda sağdan birinci çarpayıda ikinci pillədə qalmışdır. Həmin Məhəmməd adlı türk onun yatdığı çarpayıda birinci pillədə qalırdı. Qaldıqları müddətdə onun həmin türklə yaxın münasibəti yaranmışdır. 18 iyun 2021-ci il tarixdə o, artıq hosteldən çıxacaqmış. Bu məqsədlə səhər saat 07 radələrində o, otaqda əşyalarını çantasına yığmağa başlamışdır. Həmin vaxt onun pula ehtiyacı olmuşdur. Buna görə də onda tamah yaranmış və həmin Məhəmməd adlı türkün əşyalarını saxladığı dolabı açaraq dolabdan bir ədəd pul kisəsi, bir ədəd “İphone 6S” markalı mobil telefon götürmüşdür. Bundan başqa dolabda Məhəmmədin qırmızı rəngli pasportunun arasında iki ədəd 50 manatlıq pul əskinazını götürmüş, lakin pasportu götürməmişdir. Bundan sonra o, otaqdan çıxmışdır. O, otaqda olarkən əşyalarını çantasına yığdıqda Məhəmmədin balışının altında da mobil telefon olduğunu görmüşdür. Buna görə də yenidən otağa qayıdaraq balışın altında olan “İphone XS” markalı mobil telefonu da götürmüş və çıxaraq taksiyə əyləşib getmişdir. O, yolda olarkən pul kisəsinin içərisinə baxmış və pul kisəsində müxtəlif plastik kartlar və həmin şəxsə məxsus olan şəxsiyyət vəsiqələrinin olmasını aşkar etmişdir. Bundan sonra o, yolda gedərkən kartları pul kisəsinin içərisindən çıxartmış, pul kisəsini isə boş formada avtomobilin pəncərəsindən yerə tullamışdır. O, “Azadlıq prospekti” metrosunun yaxınlığına gəlmiş və orada yerləşən telefon mağazalarına yaxınlaşaraq taladığı mobil telefonları satmaq istəmiş, lakin heç bir dükanda telefonları almamışlar. O, hər iki mobil telefonun içərisində olan nömrələri də qıraraq atmışdır.Bundan sonra plastik kartları Binəqədi rayonunun ərazisində yerləşən “Oazis” restoranının yaxınlığında zibil qutularından birinin içinə atmışdır. Axşam saatlarında polis əməkdaşları ona yaxınlaşmışlar və törətdiyi əmələ görə onu polis idarəsinə gətirmişlər. Həmçinin bildirmişdir ki, 18.06.2021-ci il tarixdə o, oğurluq hadisəsini törətdikdən sonra Binəqədi rayonu, “Azadlıq prospekti” metrosunun yaxınlığında qalmaq üçün hoteldə yer tutmuş və özünə məxsus içərisində geyim əşyaları olan çantanı həmin hotelə qoymuşdur. Sonra həmin gün axşam saatlarında polis əməkdaşları onu saxladıqda da ona məxsus çanta hoteldə qalmışdır. O, bu barədə polis əməkdaşlarına bildirməmişdir. Bundan sonra 18.06.2021-ci il tarixdə o, şübhəli şəxs qismində tutulmuş və Səbail rayon polis idarəsinin müvəqqəti saxlama yerində saxlanılmışdır.20.06.2021-ci il tarixdə axşam saatlarında o, müvəqqəti saxlama yerindən azad olunduqda sonra hotelə qayıdıb çantasına baxdıqda Zərərçəkmiş şəxs məxsus olan “Apple” markalı qulaqcığın çantada olduğunu görmüşdür. Buna görə də Səbail rayon polis idarəsinə qayıdaraq qulaqcığı istintaqa təqdim etmişdir. Əmlakları götürərkən onu heç kəs görməmiş və onu kiminsə gördüyünü də hiss etməmişdir. Pul kisəsində olan plastik kartları və sənədləri talamaq niyyəti olmamışdır. Buna görə də o, zibil qutusuna atmışdır. O, taksi ilə gedərkən “İphone XS” markalı mobil telefonun rezin örtüyünü çıxararaq atmışdır. Buna görə də ola bilsin ki, 50 avro rezin örtüyün içərisində olsa belə yola düşmüşdür və o, pulu görməmişdir. Dolabın qapısı ilə bağlı bildirmişdir ki, qapı açarla kilidli olmamış, açıq olmuşdur. O, dolabı özünə tərəf çəkib açmışdır. Onda dolabın açarı olmamışdır. Hər çarpayının altında iki ədəd dolab olur və həmin çarpayıda qalan şəxslər dolabdan istifadə edirlər, hər bir şəxsin öz dolabı olur. Həmin dolab onun istifadəsində olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərəçəkmiş şəxs Türkiyə Cümhuriyyəti və Fransa Respublikası vətəndaşı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, həm Türkiyə, həm də Fransa vətəndaşıdır. Özü Fransada doğulmuş və orada böyümüşdür. Hazırda da Fransada yaşamaqla orada təhsil alır. 16 iyun 2021-ci il tarixdə Türkiyə ilə Uels arasında keçirələcək futbol oyununa baxmaq üçün o, Bakı şəhərinə gəlməyi planlaşdırmışdır. Gəlməmişdən öncə o, internet vasitəsi ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Travel in hostel”-dən yer sifariş etmişdir. 14 iyun 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş və həmin hosteldə qalmağa başlamşdır. 16 iyun 2021-ci il tarixdə hosteldə o, qaldığı otağa türk milliyətli Mehmet adlı şəxs gəlmişdir. O, Mehmetlə tanış olmuş və söhbət zamanı məlum olmuşdur ki, Mehmet də oyuna baxmaq üçün Türkiyədən gəlib. Bundan sonra onlar birlikdə Türkiyənin oyununa baxmışlar və gecəni yenidən hostelə qayıtmışlar. 17 iyun 2021-ci il tarixdə gündüz saatlarında o, Mehmetlə birlikdə X3 ətrafında olan parkda gəzmişdir. Axşam saatlarında o, Mehmetlə birlikdə şəhər gəzməyə çıxmış, lakin onlar ayrı-ayrı gəzmişlər. 18 iyun 2021-ci il tarixdə saat 01 radələrində o, hostelə gəlmiş və özünə məxsus olan pul kisəsini, 100 manat pulu, qulaqcığı, həmçinin bir ədəd mobil telefonu çarpayının aşağı hissəsində olan dolaba qoymuş və dolabı açarla kilidləmişdir Açarı əynində olan şortikin cibinə qoymuş və yatmışdır. Digər mobil telefonunu isə yatdığı balışın altına qoymuşdur. Səhər saat 08 radələrində o, oyandıqda görmüşdür ki, kimsə onun cibindən açarı götürmüş və dolabı açaraq ona məxsus əmlakı talamışdır. Həmçinin balışının altında olan mobil telefon da yerində olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, 100 manat pul, 2 ədəd 50 manatlıq pul əskinazı formasında dolabda onun pasportunun arasında olmuşdur. Eyni zamanda “İphone XS” markalı mobil telefonun rezin örtüyünün arxa tərəfdən içərisində 50 avro da olmuşdur. Pul kisəsinin dəyəri 100 manat olmuşdur.Qara rəngli dəri materialdan olmuş, markasını xatırlamır. Ona məxsus olan bir ədəd “İphone XS” markalı, **********66673 İmei kodlu mobil telefonun üzərində ***-***-**-** saylı Azərbaycan mobil şəbəkəsinə məxsus mobil nömrə olmuş, mobil telefonu o, 06.04.2019-cu il tarixdə 1159 avroya almışdır. Nömrəni isə Azərbaycana gəldikdə 36 manata almışdır. Digər mobil telefon “İphone 6S” markalı, **********54420 imei kodlu olmuşdur. Mobil telefonun üzərində Fransa mobil şəbəkəsinə məxsus 0***-*******27 saylı mobil nömrə olmuşdur. “İphone 6S” markalı telefonu 09.02.2016-cı ildə 859 avroya, üzərindəki nömrəni isə həmin tarixdə 10 avroya almışdır. Ona məxsus “İphone XS” markalı telefonu o, balışın altına qoymuşdur. Digər telefonla, pul kisəsi və qulaqcıq dolabda olmuşdur. Qulaqcığın markası “Apple Airpods 2+etui” markalı olmuşdur. O, qulaqcığı 02.07.2019-cu il tarixdə 229 avroya almışdır. Dolab açarla bağlanmış və açar yalnız onun özündə olmuşdur. Hadisəni aşkar etdikdə o, heç kəsdən şübhələnməmişdir. Sonradan hostelin kamera görüntülərinə baxmış və aydın olmuşdur ki, onunla eyni otaqda və onun qaldığı çarpayının ikinci pilləsində qalan şəxs bunu etmişdir. O, qaldığı otaqda çarpayılar iki pilləlidir. Otaqda ümumi 6 çarpayı və 12 yer var. O, otağa girən kimi sağdan birinci çarpayıda birinci pillədə qalmışdır.Həmin şəxs ondan yuxarı pillədə qalmışdır. O, gəldiyi gündən həmin şəxs orada qalmış və ona “qardaş” deyərək yaxın münasibət yaratmışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Travel in Hostel” i icarə əsasında işlədir. Hosteldə ümumi 7 otaq vardır. Həmin otaqlaqdan biri qadın, qalan altısı isə kişilər üçün nəzərdə tutulmuşdur. 2021-ci ilin iyun ayının əvvəllərində hostelə Təqsirləndirilən şəxs adlı şəxs gəlmiş və qalmaq istədiyini bildirmişdir. O, Elnurun şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və qalması üçün 302 nömrəli otaqda yer vermişdir. Həmin 302-ci otaqda 6 ədəd çarpayı vardır. Hər çarpayı alt və üst olmaqla iki pillədən ibarətdir. Buna görə də otaqda ümumi 12 ədəd yer vardır. Hər çarpayının alt hissəsində iki ədəd dolab vardır. Həmin çarpayıda qalan şəxslər həmin dolablardan istifadə edirlər və hər dolabın öz açarı olur. Bundan başqa otağın orta hissəsində də 12 ədəd dolab vardır və otaqda qalan hər bir vətəndaş həmin dolablardan istifadə edir. 14 iyun 2021-ci il tarixdə hostelə türk milliyətli Zərərçəkmiş şəxs adlı şəxs gəlmiş və o, Muhammedi həmin 302-ci otaqda yerləşdirmişdir. Həmin otaqda Zərərçəkmiş şəxs sağdan birinci çarpayıda birinci pillədə qalmışdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxslə eyni çarpayıda ikinci pillədə qalmışdır. 18 iyun 2021-ci il tarixdə səhər saatlarında onun məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs mobil telefonları və digər əmlakı talanmışdır. Bundan sonra hostelin kamera görüntülərinə baxdıqda məlum olmuşdur ki, həmin oğurluq hadisəsini elə Zərərçəkmiş şəxslə eyni çarpayıda qalan Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Şahid2 qeyd etmişdir ki, hər çarpayının altında iki ədəd dolab vardır və həmin dolablar açarla bağlanır. Həmin dolabdan yalnız həmin çarpayıda qalan şəxslər istifadə edə bilirlər və hər bir şəxsin öz dolabı vardır. Kənar şəxslər həmin dolaba daxil ola bilməz. Təqsirləndirilən şəxs oğurluq hadisəsini etdiyi zaman hosteldə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri istintaqa təqdim etmişdir. İş üzrə şahid Türkiyyə Cümhuriyyəti vətəndaşı Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək hazırda Azərbaycan Respublikası ərazisində olmadığını, Türkiyyə Cümhuriyyətində olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Türkiyə Cümhuriyyəti vətəndaşı X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 16 iyun 2021-ci il tarixdə Türkiyə ilə Uels arasında keçirələcək futbol oyununa baxmaq üçün Bakı şəhərinə gəlməyi planlaşdırmışdır. Gəlməmişdən öncə o, Bakı şəhəri, Səbail rayonunda yerləşən “Travel in hostel”-dən yer sifariş etmişdir. 16 iyun 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş və həmin hosteldə qalmışdır. Hosteldə onula eyni otaqda Muhammed adl türk milliyətli şəxslə tanış olmuş və söhbət zamanı məlum olmuşdur ki, Muhammed də oyuna baxmaq üçün gəlib. Bundan sonra onlar birlikdə Türkiyənin oyununa baxmışlar və gecəni yenidən hostelə qayıtmışlar. 17 iyun 2021-ci il tarixdə gündüz saatlarında o, Muhammedlə birlikdə X3 ətrafında olan parka gedib gəzmişdir.Axşam saatlarında o, Muhammedlə birlikdə şəhər gəzməyə çıxmış, lakin onlar ayrı-ayrı gəzmişlər. 17 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, hostelə gəlmiş və yatmışdır. Növbəti gün səhər saatlarında Muhammed onu oyatmış və bildirmişdir ki, özünə məxsus pul kisəsi, 2 ədəd mobil telefon və qulaqcıqlar talanmışdır. Məhkəmə iclasında hadisənin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskin içərisində 2 ədəd videofayl vardır. Diskdə olan birinci hissə videofayl açılaraq baxılan zaman müəyyən olundu ki, videogörüntüdə 18.06.2021-ci il tarixdə saat 07:19:22-dən saat 07:21:24-dək ünvan 3 ünvanında yerləşən “X7” də dəhlizi və otaqların girişini qeydə alan görüntülər vardır. Həmin görüntüdə saat 07:20:05-də bir nəfər kişi cinsli şəxsin açıq qapıdan otağa daxil olması, saat 07:20:11-də çölə çıxması, saat 07:20:20-də yenidən otağa daxil olaraq sağ tərəfdə çarpayının pərdələrini açaraq balışın altından mobil telefon götürməsi müşahidə olunur. Diskdə olan ikinci hissə videofayl açılaraq baxılan zaman müəyyən olundu ki, videogörüntüdə ünvan 3 ünvanında yerləşən “X7” də 18.06.2021-ci il tarixdə saat 06:36:34-dən saat 06:38:42-dək qeydə alan görüntülər vardır. Həmin görüntülərdə bir nəfər əynində uzunqol köynək olan kişi (Təqsirləndirilən şəxs) cinsli şəxsin hostelin qeydiyyat şöbəsinin yaxınlığında dayanması müşahidə olunur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 iyun 2021-ci il tarixli 9/4299 saylı rəyinə əsasən: Tədqiqata təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ümumi dəyəri təxminən 1150 manat təşkil edir. - Koplektləşdirilməyə daxil olan aksessuarları olmayan 64 GB yaddaş tutumlu “İphone XS” markalı mobil telefon-850,0 manat - Koplektləşdirilməyə daxil olan aksessuarları olmayan 16 GB yaddaş tutumlu “İphone 6S” markalı mobil telefon-150,0 manat - Apple Airpods 2+etui” markalı qulaqcıq-150,0 manat - 1 ədəd qara rəngli dəri materialdan olan pul kisəsi-tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə aparılmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. 18 iyun 2021-ci il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 18.06.2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 100 manat pul, 1 ədəd “İphone 6S” və 1 ədəd “İphone XS” markalı telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 20 iyun 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Apple” markalı qulaqcıq iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 20 iyun 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Apple” markalı qulaqcıq, 1 ədəd “İphoneXS” markalı və 1 ədəd “İphone 6S” markalı mobil telefonlar, plastik kartlar Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs özünə məxsus olan əmlakları tanımışdır. 20 iyun 2021-ci il tarixli qərarla 1 ədəd “Apple Airpods 2+etui” markalı, 1 ədəd “İphoneXS” markalı və 1 ədəd “İphone 6S” markalı mobil telefonlar maddi sübut kimi tanınmışdır. 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 20 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 20 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunması qərara alınmış və eyni tarixli qərarla onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli qəbzə əsasən 1 ədəd Türkiyə Cümhuriyyətinə məxsus kimlik kartı, 1 ədəd Fransa Respublikasına aid sürücülük vəsiqəsi, 1 ədəd üzərində “X5” sözəri yazılmış tələbə bileti, 1 ədəd üzərində “Vitale carte d assurance maladie” sözləri yazılmış kart, 1 ədəd üzərində “ Ankara kart Büyükşehir Belediyyesi” sözləri yazılmış kart, 1 ədəd üzərində “Zero med X6 Müdür” sözləri yazılmış kart, 1 ədəd üzərində “Boursorama Banque” sözləri yazılmış kart, 1 ədəd üzərində “İNG” sözü yazılmış kart, 1 ədəd üzərində “İstanbulkart” sözü yazılmış kart, 1 ədəd üzərində “Passolig Cüzdan” sözləri yazılmış kart, 1 ədəd üzərində “PRO BTP, CARTE DE TİERS PAYANT” sözləri yazılmış kart, 1 ədəd üzərində “Palmira retro vintage” sözləri yazılmış kart, 1 ədəd üzərində “Karayolları park taksi” sözləri yazılmış kart, 1 ədəd Azercell Telekoma məxsus üzərində ***-***-**-** saylı mobil nömrə qeyd olunan kart, 1 ədəd üzərində “Bankamatik Zərərçəkmiş şəxs” yazılan kartı, bundan başqa “İphone 6S” və “İphone XS” markalı mobil telefonlar, 100 manat dəyərində pul əskinazı zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli qəbzə əsasən 1 ədəd “Apple” markalı qulaqcıq zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. 28 iyun 2021-ci il tarixli təqdimetmə və götürmə haqqında protokoldan müəyyən olunur ki, Şahid2 təqdim etdiyi 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən ondan götürülmüşdür. 02 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 18.08.2021-ci il axtarışda olan şəxsin yaxalanması haqqında protokola əsasən Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. 18 avqust 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. 18 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmşdir. 19 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 20 avqust 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 20 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-222/2021 saylı, 04 oktyabr 021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan 18 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Polis İdarəsinə aparılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 01 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyi, hadisənin videogörüntülərini əks etdirən disk və işin digər halları ilə onun qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanı aradan qaldırdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 20 iyun 2021-ci il tarixədək, 18 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək, 18 oktyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək, yəni 01 (bir) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Beyləqan şəhəri, Akif Cavadov küçəsi, ev 21 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone XS” markalı, 01 ədəd “İphone 6S” markalı mobil telefonların və 01 ədəd “Apple Airpods 2+etui” markalı qulaqcığın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 20 iyun 2021-ci il tarixədək, 18 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək, 18 oktyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək, yəni 01 (bir) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Beyləqan şəhəri, Akif Cavadov küçəsi, ev 21 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone XS” markalı, 01 ədəd “İphone 6S” markalı mobil telefonların və 01 ədəd “Apple Airpods 2+etui” markalı qulaqcığın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-222/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-222/2021
29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver