Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-222/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkilləri X5 və X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 21 avqust 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu, Ağaverdi Oba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 2003-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Xaçmaz rayonu, Köhnə Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 17 aprel 2022-ci il tarixdə 00:45 radələrində Təqsirləndirilən şəxs2la birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanda yerləşən yerləşən mənzildə onlarla birlikdə kirayə yaşayan digər şəxs Zərərçəkmiş şəxs məxsus əşyaları talamaq niyyətlərini həyata keçirtmək üçün həmin mənzildə olan sonuncuya məxsus şəxsi əşyalarının saxlanıldığı, qapısı bağlanılmaqla mühafizə olunan, saxlanc yeri hesab edilən şkafın qapısına müdaxilə edərək qapını açmağa nail olduqdan sonra şkafın içərisində olan Zərərçəkmiş şəxs məxsus pul kisəsindən 492 manat pulu, şüşə balonun içərisindən qəpiklərlə 108 manat pulu, 25 manat dəyərində qol saatını, 20 manat dəyərində gümüş üzüyü, 35 manat dəyərində gümüş qolbağı, hər birinin dəyəri 35 manat olmaqla 70 manat dəyərində iki ədəd gödəkçəni, 32 manat dəyərində cins şalvarı və 35 manat dəyərində “Nokia X2” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 817 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki Bakı şəhərinə gələrək fəhləliklə məşğul olur. Sonuncu isə ünvan 2 ünvanında yerləşən moykada işləməyə başlayıb. 2021-ci ildən əvvəllər qonşuluqdan tanıdığı Təqsirləndirilən şəxs2 aprel ayında ona zəng vuraraq Bakı şəhərinə gəldiyini və işə ehtiyacı olduğunu bildirib. O isə Samiri yanına dəvət edib. Ona moykada işə düzəlməyinə köməklik edib. Moykanın yanında restoranda ofısinat işləyən Zərərçəkmiş şəxsla dostluq edirmiş. Həmçinin onlar həmin restoranın arxasında yerləşən 1 otaqlı tikilidə Samir, o, Kamran və digər ofısinat İbrahim bir otaqda qalmağa başlamışlar. 16 aprel 2022-ci il tarixdə səhər saatlarında İbrahim və Kamran Nabraba getmişlər. Samir və o həmin gün axşama qədər moykada işləmişlər. Daha sonra 17 aprel 2022-ci il tarixdə saat 00:45 radələrində Samir həmin 1 otaqlı tikiliyə daxil olmuşdur. Daha sonra Tural da həmin yerə gəlmişdir. O, içəri daxil olduqda Samiri təşviş içində görüb. Daha sonra ondan nə oldğunu soruşmuş və o Turala “Kamrana məxsus şkafdan pul götürmək istədiyini bildirib. Daha sonra Samir mətbəxdən bıçağa oxşar dəmir götürərərək Kamrana məxsus şkafın qapısını aralayıb oradan pul qabının içərisindən pulları götürərərək özündə saxlayıb, Tural isə şüşə balonda olan qəpikləri və “Nokia X2” markalı telefonu götürüb. Daha sonra yatağın üzərində pulları bölüşməyə başlamışlar. Onlar həmin pulları bölüşdürmüşlər və Samirlə adam başına 275 manat pul götürmüşlər. Daha sonra onlar həmin yeri tərk edib Yasamal rayonunda gedib orada Turalın dostugildə yemək yemişlər. Oradan da Sumqayıta əylənmək üçün restorana getmişlər. Səhərə yaxın “20 yanvar” ərazisinə gəlmişlər. Oradan da taksi ilə Binə qəsəbəsinə ailəsinin yanma getmişlər. O, Samirə gözləməsini demişdir. Lakin ailəsinin yanından çıxdıqdan sonra Samirin olmadığını görmüşdür. Daha sonra o Samirin rayonda olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, himayəsində bir azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışmasının və ona vurduğu ziyanın tam olaraq ödəməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının 10-da yaşadığı Xudat rayonu, Xudat kəndindən işləmək məqsədi ilə Bakı şəhərinə gəlib. Həmin vaxt əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək ona iş yeri axtardığını bildirib. Tural da ona öz işlədiyi yerdə onunla birlikdə işləməyi təklif edib. Samir nə işi olduğunu soruşduqda Tural moykada işçi kimi işləməyi təklif edib. Samir də onunla razılaşıb. Həmin gün Turaldan ünvanı soruşub işlədiyi yerə gedib. Bir qədər iş haqqında danışdıqdan sonra razılaşıb və həmin gündən etibarən Turalın yanında ünvan 3 ünvanında yerləşən “Moykada” işçi kimi fəaliyyətə başlayıb. Ümumilikdə 7 gün həmin ünvanda Tural ilə birlikdə işləyib və o ünvanda yerləşən “Volden House” restoranının arxa hissəsində yarımtikili vəziyyətdə olan otaqda o, Kamran, İbrahim və Tural ilə birlikdə yaşıyırmış. Yaşadıqları həmin yarım tikili ünvanın yanında paltar dəyişmək üçün nəzərdə tutulan otaq olub. Həmin otaqda təxminən 5-6 ədəd şkaf olub. Şkafların birində ona məxsus 01 ədəd ağ rəngli şalvar və ağ rəngli köynəyi də orada olub. Kamran “Volden House” restoranda ofsiant vəzifəsində çalışırmış, İbrahim isə əvvəllər həmin restoranda işləyirmiş, Tural isə onunla birlikdə moykada işləyirmiş. 16 aprel 2022-ci il tarixdə Kamranla İbrahim istirahət məqsədi ilə Nabrana gediblər. Həmin gün axşam saat 10 radələrində müvəqqəti birlikdə yaşadıqları ünvana gəlib özünə məxsus yatağında uzanan zaman Tural ona deyib ki, “sənə söz demək istəyirəm ama heç kimə deməyəcəyinə söz ver”. Samir də Turala söz verib heç kimə deməyəcəyini bildirib, bundan sonra Tural deyib ki, Kamrana məxsus şkafda çoxlu pul var onu bilrikdə oğurluya bilərlər. İlkin olaraq Turalla razılaşmayıb daha sonra Tural kameraların işləmədiyini və hadisənin onların törətdiklərini heç kim bilməyəcəyini bildirib. Samir razılaşıb və 17 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Tural paltarların yerləşdiyi otağa keçib və Samir həmin vaxt mətbəxdə olub. Turalın həmin otağa keçdiyini görüb Samir də onun yanına gedib və otağa girən zaman Turalın artıq Kamrana məxsus şkafı açdığını və orada olan əşya və nağd pulları götürdüyünü görüb. Bundan sonra Tural pul kisəsində olan dəqiq sayını bilmədiyi pulu götürüb pul kisəsini geri qaytarıb. Daha sonra şkafda olan içərisində yalnız qəpik pullar olan dəmir bankanın qapağını açmışlar və ümumilikdə götürdükləri pulları sayıblar. Samir qeyd etmişdir ki, ümumilikdə Kamrana məxsus 550 manat nağd pulu oğurlayıblar. Həmin pulun 275 manatını Samir, digər 275 manatını isə Tural götürüb. Daha sonra Kamrana məxsus şkafdan 01 ədəd gümüş üzük və 01 ədəd dəqiq markasını xatırlamadığı saatı və 01 ədəd gödəkçəni götürüb. Hadisəni törətdikdən sonra Tural ilə birlikdə dəqiq ünvanını xatırlamadığı ünvan 4ə getmişlər və bir qədər yemək yeyib söhbət etmişlər. Səhərisi gün isə Samir Xudat rayonuna geri qayıdıb və orada yaşadığı evə gedib oğurladığı əşyaları öz otağında gizlədib. Valideynlərinə isə oğurluq hadisəsi törətməyi barədə məlumat verməyib. 275 manat nağd pulu şəxsi ehtiyacları üçün xərcləyib, 2-3 gün sonra Xudat rayonunda polis işçiləri onu polis bölməsinə dəvət etmişlər, o, etiraz etmədən polis bölməsinə gedib. Daha sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları ilə gəlib onu 41-ci polis bölməsinə gətiriblər. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, zərərçəkmiş şəxslə barışmasının və ona vurduğu ziyanın tam olaraq ödəməsinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayət əməlləri özlərinin etiraf edici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, götürmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, ünvan 5 ünvanda yerləşən “Vooden house” adlı restoranda işləyir və həmin restoranın arxa tərəfində yerləşən evdə ayı 40 manata kirayədə yaşayır. Həmin evdə ondan başqa İbrahim adlı tanışı, Samir və Tural adlı şəxslər də yaşayırmış. Ev bir mərtəbədən və beş otaqdan ibarətdir. Evin beşinci otağında dəmir şkaflar var. O, həmin şkaflardan beşincisində özünə məxsus əşyalarını, yəni pulunu, sənədlərini və şəxsi əşyalarını saxlayırmış. Sonuncu dəfə 16 aprel 2022-ci il tarixdə saat 15 radələrində tanışı İbrahimlə birlikdə həmin evdən çıxıb Quba rayonuna getmişdir. Evdən çıxan zaman lazımi pul və geyim əşyalarını götürüb qalan geyim əşyalarını, gümüşdən olan əşyalarını, “Nokia X2” markalı mobil telefonunu və pulunun artıq hissəsini qeyd etdiyi şkafa qoyub qapısını kilidləmişdir. Həyətdən çıxan zaman isə həyət qapısının qapısını da kilidləmişdir. 18 aprel 2022-ci il tarixdə saat 20:50 radələrində İbrahimlə birlikdə yaşadıqları evə gəlmişlər. Evin həyət qapısını açıb evə daxil olmuşlar. Bundan sonra əşyaları olan otağa gedən zaman şkafın qapısının açıq olduğunu görmüşdür. Şkafdan məxsus pul kisəsindən 492 manat əskinaslarla, şüşə balonun içərisindən 108 manat qəpilkərlə, ümumilikdə 600 manat nağd pulunun, 30 manat dəyərində markasını bilmədiyi qol saatının, 23 manata aldığı gümüş üzüyünün, 35 manata aldığı gümüş qolbağının, hər birini 35 manata aldığı iki ədəd gödəkçənin, 32 mnata aldığı qara rəngli cins şalvarının, 35 manata aldığı “Nokia X2” markalı mobil telefonunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bir gün gözlədikdən sonra 19 aprel 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat vermişdir. Hadisə nəticəsində ona təxminən 825 manat məbləğində maddi ziyan dəymişdir. 19 aprel 2022-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat verdikdən sonra işlədiyi “Vooden House” adlı restoranın müşahidə kameralarına baxan zaman həmin şəxslərin evin beşinci otağına daxil olmaları və təxminən 15-20 dəqiqə sonra həmin otaqdan çıxmalarını müşahidə etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində tanınmış və məhkəmə iclasına dəvət olunmuş Şahid, Təqsirləndirilən şəxs2 atası olduğunu və buna görə də ifadə verməkdən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.6.4-cü maddəsinə əsasən, şahidin özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququ vardır. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlu Təqsirləndirilən şəxs2 təxminən cari ilin aprel ayının əvvəllərində sənədlərini düzəltmək və qaçqınlara verilən çörək pulu üçün lazımi sənədləri almaq üçün yaşadıqları Xaçmaz rayonundan Bakı şəhərinə yola salmışdır. Samir Bakı şəhərində olan zaman sənədləri düzəldə bilmədiyi üçün əsəbiləşərək sənədləri anası Rəfiqənin yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən evinə gedib sənədlərini onun anasına verib. Oğlu Samirin dotu olan Təqsirləndirilən şəxs1 adlı şəxsi yaşadıqları kənddə qonşusu olan xalası Sevinc adlı qadına görə tanıyır. Samir anasının yaşadığı evə sənədlərini qoyduqdan sonra Turalla zəngləşib Bakı şəhərində görüşüb. Daha sonra Turalın işlədiyi ünvanını bilmədiyi yuyucu məntəqəsinə gedib orada onunla birlikdə işləyib. Daha sonra təxminən 3-4 gün bundan əvvəl məlumatı olub ki, oğlu ünvan 7 ünvanda oğurluq edib. Samir polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra etdiyi oğurluğu dostu Turalla birlikdə törətdiyini və oğurladığı bir ədəd gümüş üzüyün, bir ədəd kişi qol saatını və bir ədəd gödəkçəni yaşadığı evdə gizlətdiyini polis əməkdaşlarına etiraf edib. Bundan sonra dünən digər oğlu Sənan Abdulova polis əməkdaşları zəng edərək Samirin evdə gizlətdiyi oğurluq əşyaları gətirib könüllü polisə təqdim etməyini deyiblər. Xəqani isə 12 may 2022-ci il tarixdə həmin oğurluq əşyaları yaşadığı evdən götürüb Bakı şəhərinə gələrək əşyaları könüllü surətdə istintaqa təqdim etmişdir. Əşyanının götürülməsi və baxış keçirilməsi haqqında12 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid 01 ədəd gödəkçəni, 01 ədəd gümüş üzüyü və 01 ədəd kişi qol saatını könüllü olaraq istintaqa təhvil vermiş və qeyd olunan əşyaları Zərərçəkmiş şəxs tanınmaya təqdim edərkən Zərərçəkmiş şəxs, həmin əşyalardan 01 ədəd gümüş üzüyün və 01 ədəd kişi qol saatının özünə məxsus olmasını bildirmişdir. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2022-ci il tarixli 9/3999 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda əşyaların istifadəsi nəzərə alınmaqla, hazırki vəziyyətdə 17 aprel 2022-ci il tarixə orta bazar qiyməti təxminən 45 manat müəyyən edilir. O cümlədən: -Bir ədəd üzərində “EMPORİO ARMANİ” markalanma göstəricisi olan kişi qol saatı - 25 manat; -Bir ədəd, iç hissəsinə 925 rəqəmləri həkk olunmuş gümüş üzük- 20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-6423-1222 saylı 07 iyun 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 19 aprel 2022-ci il tarixdə ünvan 8 ünvanda yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən iki ədəd əl barmaq izi xx xxxx 2003-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin böyük və şəhadət barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında 12 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 14 may 2022-ci il tarixli qərarlara əsasən isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və həmin tarixdə onların barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 15 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və 24 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaxalanaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və 26 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və həmin tarixdə onun barəsində 14 may 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.12ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv olunmasını və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən həbsdə saxlanılmanın 01 (bir) gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 (iki) günü hesablanmaqla, Təqsirləndirilən şəxs1 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 29 oktyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq,Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv olunmasını və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən həbsdə saxlanılmanın 01 (bir) gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 (iki) günü hesablanmaqla Təqsirləndirilən şəxs2 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldı, 29 oktyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut olan 01 ədəd kişi qol saatının və 01 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək tutulduğu, həmçinin 28 oktyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi yaşayış evi ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək tutulduğu, həmçinin 20 oktyabr 2022ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 10i ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd kişi qol saatının və 01 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 50 (əlli) manat, Təqsirləndirilən şəxs1 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat, X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Access Bank”-ın 12 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-222/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-222/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver