Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-222/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri «Xəzər Konsaltinq»Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Türkiyə Respublikasının Adana şəhərində anadan olan, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada mebel ustası kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasındaki 14 nömrəli mənzilləri üçün mətbəx mebeli hazırlayacağını, mənzil üçün döşəmə parketi alacağını, eləcə də Zərərçəkmiş şəxs anası Zabitə Hüseynovanın yaşadığı mənzilə dolab hazırlayacağını yalandan vəd verib aldadaraq ondan təxminən 2022-ci ilin aprel ayından 2023-cü ilin avqust ayının əvvələrinədək olan dövrdə hissə-hissə 2022-ci ilin aprel ayının əvvəllərində Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən kafedə 5000 (beş min) manat, 2022-ci ilin iyul ayının əvvəllərində ünvan 3 ünvanının qarşısında 2000 (iki min) manat, 2022-ci ilin iyul ayının ortalarında eyni ünvanda 7500 (yeddi min beş yüz) manat, 2022-ci ilin avqust ayının sonlarında eyni ünvanda 6000 (altı min) manat, 2022-ci ilin dekabr ayının sonlarında həmin ünvanda 1100 (min yüz) manat, 2023-cü ilin yanvar ayının sonlarında həmin ünvanda 4000 (dörd min) manat, 2023-cü ilin aprel ayının əvvəllərində həmin ünvanda 4500 (dörd min beş yüz) manat, 2023-cü ilin may ayının sonlarında həmin ünvanda 1000 (min) manat, 2023-cü ilin iyul ayının sonlarında həmin ünvanda 1000 (min) manat, sonuncu dəfə 2023-cü ilin avqust ayının əvvəllərində ünvan 4 ünvanında 500 (beş yüz) manat olmaqla ümumilikdə 32600 (otuz iki min altı yüz) manat məbləğində pul alaraq verdiyi vədləri yerinə yetirməyib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun həyat yodaşı Sədiyar bəyin vasitəsi ilə tanımışdır, ozü mebel ustasıdır, Nərgiz xanımgilin evləri onun işlədiyi mağazaya yaxın olduğundan onlar onun mağazasına gəlib getmiş, Nərgiz xanım ondan mənzillərində gedən təmir işlərində kömək etməyi, tikinti materiallarının alınmasında yardımçı olmağı xahiş etmiş və o da bacardığı qədər onlara köməklik göstərmişdir. Həqiqətən Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda təmir etdikləri yeni mənzilə parket alınması, mətbəx mebelinin hazırlanması və Zərərçəkmiş şəxs anasının Səbail rayonu ərazisində yerləşən mənzilinə bir ədəd dolab hazırlanması 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayları ərzində Bakı şəhərinin Nəsimi və Səbail rayonu ərazilərində hissə-hissə 5000 (beş min) manat, 2000 (iki min) manat, 7500 (yeddi min beş yüz) manat, 6000 (altı min) manat, 1100 (min yüz) manat, 4000 (dörd min) manat, 4500 (dörd min beş yüz) manat, 1000 (min) manat, 1000 (min) manat, 500 (beş yüz) manat ümumilikdə 32600 (otuz iki min altı yüz) manat pul almışdır. Həmin pula 10000 (on min) manat dəyərində mətbəx mebeli hazırlanmalı, 22000 (iyirmi iki min) manat dəyərində parket alınmalı və 500 (beş yuz) manat dəyərində Nərgiz xanımın anasının mənzili üçün bir ədəd dolab hazırlanmalı idi. Nərgiz xanımdan pul aldıqdan sonra mətbəx mebelinin hazırlanması üçün müəyyən materiallar almış, hissələr hazır olduqdan sonra rənglənməsi üçün onları Binəqədi Mehdiabad yolunun üzərində olan tanışı Günay adlı şəxsin mebel rəngləmə sexinə gətirmiş, rəng seçimi etmək üçün zərərçəkmiş Zərərçəkmiş şəxs ilə həmin sexə getmişdir. Sexdə Zərərçəkmiş şəxs mətbəx mebelinin formasının necə olacığını göstərmiş, Zərərçəkmiş şəxs həmin seçimi bəyənmiş, lakin mebelin rəng seçimində tərəddüd etmiş, evdə məsləhətləşib sonradan ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs xəbər çıxmamışdır. İndidə həmin mətbəx mebelinin hissələri Binəqədi Mehdiabad yolunun üstündəki mebel rəngləmə sexindədir. Zərərçəkmiş şəxs mənzilləri üçün parket alınması ilə əlaqədar Kemallettin Sert göstərdi ki o, Zərərçəkmiş şəxs parketin pulunu aldıqdan sonra Türkiyədən həmin parketləri sifariş etmiş, parketlər Azərbaycana gəldikdən sonra Zərərçəkmiş şəxs mənzilində təmir işləri yekunlaşmadığından Sumqayıt şəhərində tanışı Turkiyədən olan Sinan adlı şəxsin anbarlarına yığdırmışdır. Sonrdan Sinan Azərbaycandan çıxıb getmiş, onun barəsində heç bir məlumatı yoxdur, hazırda parketlərin kimdə və harada olmasını bilmir. Zərərçəkmiş şəxs anasının Səbail rayon ərazisində yerləşən mənzilinə bir ədəd dolab duzəldilməsi üçün Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul almış, həmin dolabda onun tərəfindən hazırlanmış, lakin Zərərçəkmiş şəxs təhvil verilməmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 32600 (otuz iki min altı yüz) manat bocu olduğunu etiraf edir, həmin puldan hazırda 25600 (iyirmi beş min altı yüz) manat onun tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilmiş, Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat borcu qalmışdır. Hazırda qeyri rəsmi nikahdan bir az yaşlı uşağı vardır. Məhkəmədən barəsində ədalətli qərar çıxarımasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kemalettini həyat yoldaşı Sədiyarın vasitəsi ilə tanımışdır. O, qonşularında mebel mağazasında işləyirdi. Kemalettinlə tanış olduqdan sonra aldıqları və təmir işləri aparılan mənzilləri üçün parket lazım olduğunu, həmçinin mətbəx mebeli sifariş vermək istədiklərini Kemalettinlə danışmış, Kemalettin ona mətbəx mebelini 10000 (on min)manata hazırlaya biləcəyini, eyni zamanda onların mənzilləri üçün parket alıb verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Mənzillərində təmir işləri getdiyindən razılaşmaları belə olmuşdur ki, Kemalettin mətbəx mebelini hazırlayacaq eyni zamanda parketləri də alıb hazır saxlayacaq, mənzildə təmir işləri yekunlaşanda, sonda parket vurulacaq eyni zamanda mətbəx mebeli yığılacaqdır. Kemalettin onu İnqlab (indiki Həsən Əliyev) küçəsində yerləşən parket mağazasına aparıb nümunələri ona göstərmiş, onlar seçim etdikdən sonra Kemalettin bu parketləri onlar üçün 22000 (iyirmi iki min) manata Türkiyədən daha ucuz qiymətə alıb gətirəcəyini bildirmiş və onlar bu barədə razılaşmışlar. Bundan sonra müxtəlif vaxtlarda hissə-hissə Kemalettinə 32600 (otuz iki min altı yüz) manat parket və mənzillərinə mətbəx mebeli üçün pul vermişdir. Sonuncu dəfə anasının Səbail rayonunda yerləşən mənzilinə dolab düzəltmək üçün 500 manat pul ödəmişdir. Kemalettinə müəyyən ödənişlər etdikdən sonra Kemalettin onu Binəqədi də yerləşən Günay bəy adlı şəxsin mebel sexinə dəvət etmiş, o, əmisi oğlu və Kemalettin bəylə həmin sexə gedərək orada Kemalettinin bildirdiyi kimi onlar üçün hazırladığı mətbəx mebelinin müxtəlif hissəllərini ona göstərmiş və rəng seçimi məsələsini onlar muzakirə etmiş və bu barədə o öz fikrini Kemalettinə bildirmişdir. Bundan sonra dəfələrlə Kemalettinlə əlaqə saxlamış hər dəfə Kemalettin mətbəx mebelinin artıq yaxın vaxtlarda hazır olacağını ona bildirmişdir. Mənzillərində təmir işləri yekunlaşdırıldığından Kemaletindən mebeli və parketləri gətirməsini tələb etmiş, o, hər dəfə bir bəhanə gətirmiş, daha sonra isə telefonunu bağlamış onun telefon zənglərinə cavab verməmişdir. Kemalettinin onu aldatmasını başa düşüb ərizə ilə polis orqanlarına müraciət etmişdir. Kemalettin barəsində cinayət işi başlanandan sonra o, hər dəfə onlardan aldığı pulları qaytaracağına söz vermiş, lakin istintaq vaxtı onlara bir mantda pul qaytarmamışdır. Yalnız məhkəmə baxışının gedişində Kemalettin onlara vurduğu 32600 (otuz iki min altı yüz) manatdan 25600 (iyirmi beş min altı yüz) manatı onlara ödəmişdir. Məhkəmədən mülki iddianın qalan hissədə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, Nərgiz xanımın evində 2021-ci ildə usta işləmiş Kemaletdin bəyi mebel ölçməyə gələndə görmüşdür. Mebeli ölçdüyünü görmüş, lakin düzəldib gətirdiyini görməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, Nərgiz xanımın evində santexnik, elektrik ustası işləmiş, Kemaletdin bəyi Nərgiz xanımın evində işləyəndə tanımışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs parket üçün və mətbəx mebeli üçün Nərgiz xanımdan pul almış, lakin nə parketi gətirməmiş, nə də ki, mətbəx mebelini gətirib quraşdırmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, Kemalettin bəyin sürücüsü olmuş, X10 markalı maşını ilə malları daşımışdır. Təqsirləndirilən şəxsin Nərgiz xanımdan parket üçün pul aldığını bildirmişdir. Nərgiz xanımın Təqsirləndirilən şəxse 6000 (altı min) manat bir, 7500 (yeddi min beş yüz) manat bir pul verildiyini gördüyünü bildirmişdir. Məhkəmə iclasında əlavə şahid X6 ifadəsində göstərdi ki, o, təxminən iki il yarım üç ilə yaxın Binəqədi rayonunda yerləşən mebel rəngləmə sexində işləmiş və bir il olar ki, oradan ayrılmışdır. 2021-ci ilin ya sonu, ya da ki ortası Kemalettin bəy 20 kvm yaxın olan mətbəx mebelini rənglənməsi üçün sexə gəlmiş və o, bir nümunə rəngləyib göndərmiş, lakin Nərgiz xanım bəyənməmiş və rəng seçmək üçün sexə gəlmişdr. Sonra bir daha mebelin nümünəsini rəngləmiş Nərgiz xanım həmin rəngə razılıq vermiş, lakin daha sonra o, onlardan xəbər ala bilməmişdir. 29 yanvar 2024-cü il tarixdə DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ərazi aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 16 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. 01 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. 14 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs yaxalanaraq 22-ci Polis şöbəsinə gətirilmişdir. 14 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-122/2024 saylı 16 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. 18 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli R10 №237155 saylı kimlik nömrəsi №**********4 saylı X4 Cüzdanının surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə İnegöl şəhərində Sert Elif anadan olmuş, ata qrafasında Kemalettin, ana qrafasında İrada qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AA0709994 serialı Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə Türkiyyə Respublikasında anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsinə əsasən mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş 32600 (otuz iki min altı yüz) manat maddi ziyanın və ödənilmiş 187.8 (bir yüz səksən yeddi manat səksən qəpik) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini tələb edir. Məhkəmə prosesində təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ziyandan 32600 (otuz iki min altı yüz) manat puldan 22600 (iyirmi iki min altı yüz) manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə çıxışları zamanı məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 (üç min) manat pul ödəmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 10 000 (on min) manat maddi ziyanın və ödənilmiş 187.8 (bir yüz səksən yeddi manat səksən qəpik) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və digər subutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə edib onun əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyyəti əvvəlcədən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məqsədinin zərərçəkmiş şəxsin pullarını dələduzluq edərək ələ keçirmək olmaması, aldıqları pulların məbləğində müəyyən işlər gördüyü mətbəx mebelinin materiallarını alması Türkiyə Respublikasından parketləri alıb gətizdirməsi, zərərçəkmiş şəxsin anasının mənzili üçün dolabı hazırlanması və sairə ilə əlaqədar verdiyi ifadələrini məhkəmə özünü müdafiə, məsulliyyətdən yaxa qurtarmaq üçün verilən ifadələr kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həqiqətən onu Binəqədi-Mehdiabad yolunun üstündəki mebel rəngləmə sexinə aparmış və orada ona müəyyən mebel taxtaları göstərmişdir, lakin o, həmin hissələrin ona məxsus olubolmamasını bilməmiş, sonradan dəfələrlə Kemalettinlə əlaqə saxlamış, mətbəx mebelini, parketlərin gətirilməsini tələb etmiş, Kemalettin müxtəlif bəhanələr gətirmiş, hərdən ona bir söz demiş, sonrada ümumiyyətlə telefonunu söndürüb onun zənglərinə cavab verməmişdir. Kemalettinin bildirdiyinə görə güya Türkiyyədən alıb gətirdiyi parketləri heç vaxt ona göstərməmiş, bu günədək də həmin parketlərin harda olmasını özüdə deyə bilməmişdir. Həmçinin anasının mənzili üçün dolabın güya hazır olması barədə ona heç bir məlumat verməmiş, Kemalettinin onları aldatdıqlarını başa düşdükdən sonra mənzilləri üçün bu işləri ikinci dəfə görmüşlər. Təqsirləndirilən şəxs verdiyi ifadələri məhkəmə doğru olmayan, digər iş materialları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Hesab edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və digər şahidlərin ifadələri həqiqətə daha uyğundur və mötəbərdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyandan 32600 (otuz iki min altı yüz) manatdan 25600 (iyirmi beş min altı yüz) manatı ödəməsini, həmçinin onun 1 (bir) azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir, eyni zamanda məhkəmə onun ilk dəfə məhkum olunmasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu və 27 may 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu, cəmi 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının məbləği yüngülləşdirilməlidir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, müxtəlif tarixlərdə və vaxtlarda Təqsirləndirilən şəxs mebel düzəltmək və parket gətirmək adı ilə Zərərçəkmiş şəxs ümumilikdə 32600 (otuz iki min altı yüz) manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini edə bilər. Məhkəmə istintaqı zamanı cavabdeh Təqsirləndirilən şəxs 32600 (otuz iki min altı yüz) manat məbləğində ziyandan 22600 (iyirmi iki min altı yüz) manat məbləğində ziyanı ödəmiş, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək 10 000 (on min manat) məbləğində ziyan tutulmasını xahiş etmiş, məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs əlavə olaraq zərəçəkmiş şəxsə 3000 ( üç min) manat ödəmişdir. Beləliklə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş 32600 (otuz iki min altı yüz) manat ziyandan 25600 (iyirmi beş min altı yüz) manat onun tərəfindən ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs cəmi 7000 (yeddi min) manat məbləğində mülki məsuliyyət daşıyır və bu səbəbdən həmin pulun tutulması barədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia tələbləri əssaslı olduğundan və məhkəmə araşdırılması zamanı sübuta yetirildiyindən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 187.8 (yüz səksən yeddi manat səksən qəpik ) manat dövlət rüsumu əvəzi tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu və 27 may 2024cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu, cəmi 5 (beş) ay 27 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat vurulmuş maddi ziyan və 187.8 (yüz səksən yeddi manat səksən qəpik ) manat ödənilmiş dövlət rüsumu əvəzi tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-222/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-222/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver