Məhkəmə qərarları › İş №1(009)-224/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-224/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-224/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 42 D saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 iyul 2023-cü il tarixdə saat 11.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 06:44:29 radələrində etibarnamə əsasında idarə etdiyi, lakin faktiki sahibliyində olan texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunda yerləşən X9rşısında hərəkətdə olarkən avtomobili hərəkət üçün 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verildiyindən artıq surətdə, yəni 80 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozmalqa, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri yerinə yetirməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək, həmin ünvanda yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmaqla sonuncuya baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağdan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, soldan İ, İİ, İİİ, qabırğaların orta qoltuqaltı xətt üzrə yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq sınıqları, sağ göz orbitası ətrafının hematoması, sağ gözün bayır bucağı nahiyəsinin əzilmiş yarası, sağ baldırın aşağı 1/3-nin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sağ yarısının sıyrıqları, döş qəfəsinin sağ yarısının ön-yan səthinin, sol baldırın yuxarı 1/3-nin ön-iç səthinin, sol budun orta 1/3-nin ön səthinin, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları olub, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 42“D” saylı evdən çıxaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində olan “Günəş” restoranı yaxınlığından bir nəfər kişi müştərini götürüb Bakı şəhəri, Qaradağ rayon ərazisində olan Lökbatan dairəsinə gətirmişdir. Bakı şəhəri, Qaradağ rayon ərazisində olan Lökbatan dairəsində düşürdükdən sonra şəhər istiqamətinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 06:40 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu, yəni X9rşısında nəqliyyat vasitəsi ilə saatda 80 km/saat sürət həddi ilə hərəkətdə olan zaman yolu soldan sağa keçən piyada olan bir qadını təxminən 50 metr məsafədən əvvəlcədən görmüşdür. Həmin zaman idarə etdiyi nəqliyyat vasitəsinin siqnalını vermişdir ki, yolu piyada keçən qadın hərəkətini saxlasın və ya yolu tez keçsin. Lakin həmin qadın idarə etdiyi nəqliyyat vasitəsinin siqnal səsindən sonra, başını aşağı salmaqla yolu düzünə hərəkət etməyində davam etmişdir. Artıq o, idarə etdiyi nəqliyyat vasitəsilə həmin qadına çatmışdır. Həmçinin yolu piyada keçən qadın ilə onun arasında olan məsafə artıq çox az olduğundan, o, ani olaraq qərara gəlmişdir ki, yolu piyada keçən qadını vurmamaq üçün idarə etdiyi nəqliyyat vasitəsinin əyləcini sıxmış və sükanı bir balaca sağa çəkmişdir ki, qadını vurmasın, lakin idarə etdiyi nəqliyyat vasitəsinin əyləcini sıxdığı halda avtomobil sağa doğru sürüşərək hərəkət etmişdir. Buna baxmayaraq nəqliyyat vasitəsi ilə qadını vurmamaq məqsədilə etdiyi cəhdlər alınmamış və idarə etdiyi “Kia Rio ” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hisəsinin ortası ilə həmin qadını ehtiyatsızlıqdan vurmuşdur.Yolu soldan, sağa keçmək istəyən qadın zərbənin təsirindən ilk olaraq nəqliyyat vasitəsinin buferinə, daha sonra kapot hissəsinə dəyməklə, baş nahiyyəsi möhkəm olaraq alın şüşəsinə dəyərək yerə düşməklə çırpılmışdır. Bundan sonra o, idarə etdiyi nəqliyyat vasitəsini dərhal yolun kənarında saxlayıb, avtomobildən tez yerə düşərək qadına tərəf qaçmışdır. Qadına yaxınlaşdıqda görmüşdür ki, o, aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra təcili yardıma zəng etmiş və hadisə barəsində məlumat vermişdir.Özü isə hadisə yerində qalmaqla polis əməkdaşlarının və təcili yardım briqadasının həkimlərinin gəlməsini gözləmişdir. Daha sonra təcili yardım stansiyasının həkimləri hadisə yerinə gələrək idarə etdiyi nəqliyyat vasitəsi ilə vurduğu qadınının artıq hadisə yerində öldüyünü təsdiqləmişlər. Daha sonra ona məlum olmuşdur ki, idarə etdiyi nəqliyyat vasitəsilə vurduğu qadın Zərərçəkmiş şəxs Məlik qızı olmuşdur. Törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən 246 nömrəli tam orta məktəb-liseyində tarix fənnini tədris etmişdir. xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 15 saylı evin, 27 saylı mənzilindən çıxaraq 246 nömrəli tam orta məktəb-liseyə getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 06:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət yolu ünvanında yerləşən X9rşısından yolu soldan sağa piyada keçən zaman Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurulmuş və nəticədə arvadı Zərərçəkmiş şəxs aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir ədavəti və başqa düşmənçiliyinin olmamışdır, hadisə ehtiyatsızılıqdan baş vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, “Kia Rio ” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsi üzrə onun mülkiyyətindədir. Lakin o, “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10000 manata satmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istəyi ilə 48 saylı notariat ofisində ona xx.xx.2025-ci il tarixədək sürmək üçün etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə saat 06:40 radələrində Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət yolu ünvanında yerləşən X9rşısında hərəkətdə olan zaman, həmin ünvanda yolu soldan sağa keçən sonradan şəxsiyyəti ona sonradan bəlli olan piyada Zərərçəkmiş şəxs Məlik qızını avtomobilin qabaq hissəsi ilə vurmuşdur. “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmişdir, çünki həmin nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs 10.000 manata satmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 3-13-312-33681 nömrəli xx.xx.2023-cü il tarixli Təhlükəsiz Şəhər Xidmətinin Tş 1- 219 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2023-cü tarixli saat 06:40-dən 06.50-dək olan müddətdəki görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 06:44:29 radələrində “Kia Rio” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət yolunda yerləşən X9rşısında hərəkətdə olarkən avtomobili həmin ünvanda yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 12 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarət aşkar edilmişdir:

1. Baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağdan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, soldan İ, İİ, İİİ, qabırğaların orta qoltuqaltı xətt üzrə yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq sınıqları, sağ göz orbitası ətrafının hematoması, sağ gözün bayır bucağı nahiyəsinin əzilmiş yarası, sağ baldırın aşağı 1/3-nin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sağ yarısının sıyrıqları, döş qəfəsinin sağ yarısının ön-yan səthinin, sol baldırın yuxarı 1/3-nin ön-iç səthinin, sol budun orta 1/3-nin ön səthinin, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları.

2. Qeyd oluna xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat-hadisəsi, o, cümlədən piyadanın hərəkətində olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə ağır zərərvurmamn əlamətlərinə malikdirlər.

3. Mərhum E.M.R.Kərimovanın ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş sol gicgah sümüyünün kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur.

4. Mərhum E.M.R.Kərimovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 9/1736 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarına olan “F/Ş: X4” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Kia Rio minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa təxminən 4227,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 8/1064 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən “Kia Rio” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/3887 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AD 134983 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “Kia Rio” markalı, **-CH-*** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən qeyd edilən avtomobil Şahid mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən Təqsirləndirilən şəxs Şahid tərəfindən “Kia Rio” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək etibarlıdır. 17 fevral 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 28 fevral 2023-cü il tarixdə cinayət işi üzrə X6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. 12 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, 15 may 2023-cü il tarixdə icraat təzələnmişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsinə əsasən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs bir azyaşlı uşağı vardır – xx.xx.2019-cu il tarixdə anadan olmuş X5. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, həmçinin himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 135 (bir yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 135 (bir yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 36 (otuz altı) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar