Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-225/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi ev 26, mənzil 7də qeydiyyatda olmaqla ünvan 3-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxx 1995-ci ildə Tərətər rayonu, Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında 31 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 17 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində işlədiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu, döngə 2 ünvanda yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus BMW markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra Zərərçəkmiş şəxs avtomobili sürmək üçün istədikdə sonuncunun bundan imtina etməsini cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqıində qoymaqla əsassız mübahisə yaradıb ictimai yerdə həmin vaxt yaxınlıqda yerləşən avtomobil təmir sexinin işçiləri və hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla və avtotəmir sexi və avtoyuma məntəqəsinin normal iş fəaliyyətini 15 dəqiqə müddətinə pozmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilmsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə özü başla daha sonra yumruqla Zərərçəkmiş şəxs üz və digər nahiyələrinə bir neçə zərbə vuraraq nəticədə qəsdən xuliqanlıq niyyəti ilə sonuncunun alın nahiyəsinin sol yarısının, hər iki gözaltı nahiyənin, burunun, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər və burun tənəffüsünün pozulması və burun sümüklərinin cərrahi müdaxilə tələb edən yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, sol xarici qulaq seyvanının yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan xarici qulaq seyvanının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetrimiş, həmin vaxt hadisə yerində olan şəxslər onları ayırmağa çalışsa da, Tunar Poladlı ilə bir yerdə işləyən Təqsirləndirilən şəxs2 Tunar Poladlı ilə həmrəylik nümayiş elətdirib, Tunar Poladlı ilə bir qrup şəxs halında birləşib xuliqanlıq hərəkətlərini davam etdirərək, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs arxadan baş nahiyəsinə zərbə vuraraq sonuncunun baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması ilə nəticələnən sağlamlığın qısa müddət polzulmasına səbəb olan sağlamlığa Yüngül zərərvumaya aid bədən xəsarəti yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən zərərçəkimş şəxsə az ağır zərər vurmuşdur. Bundan başqa ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 17 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində işlədiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu, döngə 2 ünvanda yerləşən avtoyuma məntəqəsində olan müddətdə, Poladlı X4 Vüsal Azad oğluna məxsus BMW markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra Zərərçəkmiş şəxs avtomobili sürmək üçün istədikdə sonuncunun bundan imtina etməsini cüzi səbəb kimi bəhanə edib. Təqsirləndirilən şəxs1 bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla əsassız mübahisə yaradıb bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə başla daha sonra yumruqla Zərərçəkmiş şəxs üz və digər nahiyələrinə bir neçə zərbə vuraraq nəticədə qəsdən xuliqanlıq niyyəti ilə sonuncunun alın nahiyəsinin sol yarısının, hər iki gözaltı nahiyənin, burunun, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər və burun tənəffüsünün pozulması və burun sümüklərinin cərrahi müdaxilə tələb edən yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, sol xarici qulaq seyvanının yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan xarici qulaq seyvanının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirmiş, həmin vaxt hadisə yerində olan şəxslər onları ayırmağa çalışsa da, o, bir yerdə işlədiyi Tunar Poladlı ilə həmrəylik nümayiş elətdirib, Tunar Poladlı ilə bir qrup şəxs halında birləşib xuliqanlıq hərəkətlərini davam etdirərək, ictimai yerdə həmin vaxt yaxınlıqda yerləşən avtomobil təmir sexinin işçiləri və hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla və avtotəmir sexi və avtoyuma məntəqəsinin normal iş fəaliyyətini 15 dəqiqə müddətinə pozmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilmsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs arxadan baş nahiyəsinə zərbə vuraraq sonuncunun baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması ilə nəticələnən sağlamlığın qısa müddət polzulmasma səbəb olan sağlamlığa Yüngül zərərvumaya aid bədən xəsarəti yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaq vaxtından tanıyır. Onunla bir məhlədə böyümüşdür. O, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu, döngə 2 ünvanda yerləşən Mehman adlı şəxsə məxsus avtoyuma məntəqəsindən avtomobil yuyurmuş. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs onun işlədiyi avtoyuma məntəqsinə gəlmişdir. O, avtomobili yumağa vermişdir. O, onun avtomobilini yuyan zaman Vüsaldan avtomobilin açarını istəmişdir ki, avtomobili bayıra çıxardıb qurulaşın. Həmin vaxt Vüsal ona demişdir ki, mən açarı heç atama vermirəm. O, da heçnə deməmiş və avtmobili bayıra çıxartmasını bildirmişdir. Vüsal avtomobili bayıra çıxartıqdan sonra o, bayırda avtomobili qurulamağa başlamışdır. Həmin vaxt Vüsal onun yanma gəlib, onun yanında dayanmış və ona demişdir ki, “sən nəsə sözlü adama oxşayırsan, incikli qalmısan”. O, isə ona heç bir sözünün olmadığını demişdir. Bele onların arasında sözlə mübahisə başlamışdır. Bu zaman o, Vüsala nalaqyiq sözlə getməsini demişdir. Vüsal da ona nalayiq cavab vermişdir. O, Vüsala içəri keçməsini demişdir. Vüsal da avtoyuma yerinin içərisinə keçmişdir. O. da içəri keçmiş və avtoyuma məntəqəsinin içərisində plastikdən tikilmiş yerə daxil olmuşdur. Vüsal da onunla birlikdə həmin yerə daxil olmuşdur. O, Vüsala stolu verib oturmağı təklif etmişdir. Lakin Vüsal imtina etmişdir. O, Vüsaldan nə istədiyini soruşmuş. Vüsal da ona təkrar “elə bir məndən incidin, sözlü adama oxşayırsan” sözlərini demişdir. O, da ona dalaşmaq istəmədiyini və stolda oturmasını demişdir. Bu zaman onlar təkrar mübahisə etməyə başlamışlar və onlar birbirləri ilə yaxalaşmışlar. Həmin vaxt onunla avtoyuma məntəqəsində işləyən Hikmət onları aralaşdırmış və onu məntəqədən bayıra çıxarmışdır. Mehman, Burxan və orada işləyən ustalar Vüsalı sakitləşdirib aparmışlar. Bir vaxtdan sonra Elşən onun yanına gəlmişdir. O, Elşənlə söhbət edən zaman Vüsal təkrar onun yanına gəlmişdir. O, Vüsaldan nə istədiyini soruşmuşdur. Vüsal onunla söhbət etmək istədiyini bildirmişdir. O. Vüsalla birlikdə moykanın yan tərəfinə keçmiş və orada nə demək istədiyini soruşmaq istəyirmiş ki, Vüsal yumruqla onun sifətindən bir zərbə vurmuşdur. O, da yumruqla onun sifətindən vurmuşdur. O, da yumruqla onu vurmağa başlamış və onlar dalaşmışlar. Həmin vaxt Elşən onu qucaqlayıb avtoyuma məntəqəsinin içərisinə aparmışdır. Təxminən 3 dəqiqə keçmişdir ki, Hikmət onun yanına gəlmiş və Vüsalı yola saldığını demişdir. Bir müddət keçdikdən sonra polis əməkdaşları gəlmişlər və onu Hikmətlə birlikdə 8-ci PB-nə aparmışlar. Hadisə baş verən, hadisə yerində o, Vüsal, Elşən, Hikmət Burxan, Mehman, usta Elşən, Səbuhi və başqa adamalar olmuşdur. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Ondan başqa Vüsalı vuran olmamışdır. Zərərçəkmiş şəxs yalan dediyini Vüsalı onu döydüyünü, Hikmətin Vüsalı döymədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 hadisə baş verməmişdən 2 gün əvvəl tanmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, hadisə baş verən günü ilk dəfə görmüşdür. Belə ki, o, X14 qəsəbəsində yerləşən avtoyuma məntəqəsində hadisədən 2 gün əvvəl işə düzəlmişdir. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, avtoyuma məntəqəsində müştərinin avtomobilini yuyurmuş. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin yudurmaq üçün BMW markalı avtomobillə avtoyuma məntəqəsinə gəlmişdir. Zərərçəkmiş şəxs avtomobilini Tünar yumağa başlamışdır. Tünar Vüsalın avtomobilini yuyub qurtardıqdan sonra açarının istəmişdir ki, avtomobili bayıra çıxarıb, orada qurulasın. X15 “mən avtomobili heç atama da vermirəm” sözlərin demişdir. Vüsal özü avtomobili bayıra çıxartmışdır. Tünar bayırda avtomobili qurulamağa başlamışdır. Həmin vaxt Vüsal Tünara yaxınlaşıb, ona “nədi ürəyində xal qaldı” sözlərini demişdir. Həmin vaxt onların arasında mübahisə başlamışdır. Onlar birlikdə avtoyuma məntəqəsinin içərisinə daxil olmuşlar. O, onların səslərinə içəri daxil olmuş və Tiinarla Vüsalın yaxalaşdıqlarını görmüşdür. O, onlara yaxınlaşıb Vüsalı orada bayıra çıxartmışdır. Bu zaman avtoyuma məntəqəsinin sahibi Mehman, Burxan, Səbuhi və usta Elşən Vüsalı öz avtomobilinin yanına aparmışdır. Tünar isə avtoyuma məntəqəsinin içərisində qalmışdır. Vüsal avtomobilə oturub avtomobili avtoyuma məntəqəsinin yanında saxlayıb geri qayıtmışdır. Həmin vaxt Vüsalın əlində daş var olmuşdur. Vüsal əlində olan daşı atmış və həmin daş Tünarın ayağına dəymişdir. Onlar təkarar Vüsalı sakitləşdirmişlər. Həmin vaxt Vüsal Tünara söz demək istədiyini bildirdiyinə görə, onunla birlikdə öz avtomobilinə tərəf getmişlər. Vüsal öz avtomobilinə çatan zaman yumruqla sifətindən vurmuşdur. Bu zaman Tünar da yumruqla Viisalı vurmuş və onlar dalaşmağa başlamışlar. Həmin vaxt o, orada olan şəxləriə birlikdə onları aralamışlar. Elşən və Mehman Tünarı avtoyuma məntəqəsinin içərisinə aparmışlar. Mehman və usta Elşən Viisalı öz avtomobilinə oturmuşlar və Vüsal özü avtomobili sürüb getmişdir. O, avtoyuma məntəqəsinə gələn zaman orada təxminən 15-20 nəfər şəxs olmuşdur. Hadisənin səbəbi Tünarın Vüsaldan avtomobilin açarını istəməsi və Vüsalında ona açarı verməməsi, sonradan da Vüsalın Tünarın yanına gələrək “ürəyində xal qaldı diyəsən” deməsinə olmuşdur. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 başqa heç kim dalaşmamışdır. Baş vermiş hadisə təxminən 10-20 dəqiqə davam etmişdir. Tünarın əlində heçnə olmamışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs öz avtomobilə oturub sürüb getmişdir. Zərərçəkmiş şəxs yalan danışdığını, Mehman, usta Elşən və digər şəxslər Zərərçəkmiş şəxs öz avtomobilinə oturduqlarını və onun avtomobili sürüb getdiyini bildirmişdir. Şahid4 ifadəsində göstərdikləri ilə bağlı, yəni onun hadisə yeriə gələn zaman Vüsalın öz avtomobilində huşsuz vəziyyətdə olduğunu görüb onun avtomobilinə oturub avtomobili sürüb Vüsalı yaşadığı evə aparması barədə heçnə deyə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, özlərinin təsdiqedici ifadələri, ibtidai istintaq zamanı keçirlmiş ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 aprel 2022-ci il tarixdə 15:30 radələrində özünə məxsus BMW markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvanla üzbə-üz yerləşəşn avtoyuma məntəqəsinə yumaq üçün vermişdir. Onun avtmobilini Tünar və Hikmət birlikdə yuyurmuşlar. O, özü isə bayırda dayanmışdır. Onlar avtomobili yuduqdan sonra Tünar ondan açarı sürmək üçün istəmişdir. O, isə açarı ona verməkdən imtina etmiş və özü avtomobilə oturub avtomobili avtoyuma yerinin içərisindən bayıra çıxartmışdır. Tünar avtomobili qurulamağa başlamışdır. O, həmin vaxt ona sözlər atmağa başlamışdır. O, ona demişdir ki, nə oldu səni nə narahat edir. Bu zaman Tünar onu avtoyuma yerin içərisinə çağırmış ki, onunla söhbət etsin. O, Tünarla birlikdə avtoyuma yerinin içərisində olan otağa girmişlər. Tünar ona stolda oturmağı təklif etmişdir. O, da stolda oturan zaman Tünar heçnə demədən yaxasından tutub başı ilə sifətindən bir zərbə vurmuşdur. Tünar başı ilə vurduğu zərbə onun burun nahiyyəsinə dəymiş və burnumdan qan gəlmişdir. Tünar onu başı ilə vurduqdan sonra əlini onun yaxasından buraqmayıb onu yerə yıxmışdır. O, yerə yıxılan zaman Tünar yumruqla onun sifət nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt Hikmət onların olduğu otağa daxil olmuş və onları aralaşdırmışdır. Hikmət onu və Tünarı otaqdan bayıra çıxarmışdır. Həmin vaxt səsə 4-5 nəfər tanımadığı şəxslər toplaşmışlar. Onlardan bir avtoyuma yerini işlədən adını bilmədiyi yaşlı keçəl kişi olmuşdur. Orada olan şəxslər onları sakitləşdirmişlər. Onlar sözlə mübahisə edirmişlər. Bu zaman Tünar onun ünvanına nəlayiq söyüş işlətmiş, o, adamların əlindən çıxıb yumruqla Tünarın sifət nahiyəsindən bir zərbə vurmuşdur. Həmin vaxt Tünar Hikmətin onun tutduğuna etiraz edib, Hikmətə demişdir ki, “sən bunu vurmasan kişi deyilsən”. Bu zaman Hikmət ona 1-2 yumruq zərbə atmışdır. Onun atdığı zərbələr onun sifətinə dəymişdir. Həmin vaxt orada olan şəxslər onları ayırmışlar. Həmin vaxt Hikmət onun avtomobilinə oturmuş və o, da avtomobilə oturmasını onunla kənarda söhbət etmək istədiyini bildirmişdir. O, da avtmobilin zədələnməməsi üçün avtomobilə oturmuş və avtomobili avtoyuma yerinin qarşısından kənarlaşdırmışdır. O, avtomobil saxlayıb Hikmətlə söhbət etməmək və onunla dalaşmamaq üçün avtomobildən aşağı düşüb avtoyuma yerinin qarşısına qayıtmışdır. Hikmətdə avtomobildən düşüb onun yanına gəlmişdir. O, avtoyuma yerinin qarşısına çatan zaman orada olan şəxslər ona getməsini dediklərinə görə o, avtomobilinə tərəf qayıtmışdır. Bu zaman Hikmət arxadan ona yaxınlaşıb onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış və hüşunu itirmişdir. O. özünə gələndə görmüşdür ki öz avtomobilindədir və tanışı Mirsəlim yanındadır. O, Mirsəlimdən nə baş verdiyini soruşmuş o, ona demişdir ki, sən huşunu itirmişdin, səni yerdən qaldırıb avtomobilinə qoymuşam və evə gətirmişəm. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Hadisə baş verən, hadisə yerində o, Hikmət, Tünar və 4-5 nəfər tanımadığı şəxslər olmuşdur. Baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. O, Tünarla bir məhlədə yaşamışdır, Tünarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hikməti həmin gün tanımışdır. Hadisə günü ilk dəfə görmüşdür. Yuxarıda göstərdiyim şəxslərdən başqa hadisə yerində gələn şəxslər olmuşdur, lakin kimlərin olduğunun dəqiq xatırlamadığını bildirmişdir. İlk olaraq onu Tünar başı ilə sifətinə burun nahiyəsinə vurub, daha sonra yumruqla sifətinə zərbələr vurmuşdur. Daha sonra Hikmət yumruqla onun sifətinə 1-2 zərbə vurmuş, o, avtomobilə oturan zaman isə Hikmət onu arxadan vurmuş və o, huşunu itirmişdir. Lakin həmin vaxt Hikmətin əlində hər hansı bir əşya olub olmadığını bilmədiyini bildirmidir. Burun tənəffüsünün pozulması və burun sümüklərinin cərrahi müdaxilə tələb edən yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol xarici qulaq seyvanının yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan xarici qulaq seyvanının sınığı, eləcə də, alın nahiyəsinin sol yarısının, hər iki gözaltı nahiyənin, burunun, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları Tunar Poladlı başı və yumruqla onun üz və digər nahiyyələrinə vurması nəticəsində əmələ gəlmişdir. Baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması ilə nəticələnən xəsarəti Təqsirləndirilən şəxs2 arxadan başıma yumruqla vurmaqla yetirmişdir. Təqsirləndirilən şəxs2 yalan dediyini onu vurduğunu ona xəsarət yetirdiyini bildirmişdir. O, daşla avtoyuma yerinə daxil olmuş və daşı Tünara atmaq istəmiş, lakin orada olan şəxslər onu tutub bayıra çıxartmışlar. O, Tünarı vurmamışdır. Təqsirləndirilən şəxs2 yalan deyir, o, avtomobilə oturan zaman Hikmət onu arxadan vurmuş və o, huşunu itirmişdir. Onu Mirsəlim avtomobilə qoyub, daha sonra avtomobilimi sürüb yaşadığı evə aparmışdır. Onu Tünar və Hikmət vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etdiyini, onlara qarşı şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun məhlə uşağıdır. Zərərçəkmiş şəxs da onun məhlə uşağıdır. X14 qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyirmiş. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, özünə məxsus avtomobili Tünarın işlədiyi avtoyuma məntəqəsinə yumaq üçün aparmışdır. O, avtoyuma yerinə çatmış avtomobili saxlamışdır. Bu zaman avtoyuma məntəqsinin sahibi və orada olan işçilər Vüsalı avtomobilinə tərəf apardıqlarını görmüşdür. Vüsal öz avtomobilinin yanında olan zaman Tünar avtoyuma məntəqəsinin içərisindən tək bayıra çıxmışdır. O, Tünarın bayıra çıxdığını görüb avtomobildən aşağı düşmüş və Tiinarla görüşmüşdür. O, Tünardan nə baş verdiyini soruşan zaman Vüsal onların yanlarına yaxınlaşmışdır. Bu zaman Tünar ona demişdir ki, gözlə gəlirəm və Vüsala yaxınlaşıb onunla birlikdə Vüsala məxsus avtomobilə tərəf hərəkət etməyə başlamışdır. Tünar Vüsala deyirmiş ki, lənət şeytana sözünü deyib Vüsalı sakitləşdirmək istəyirmiş. Onlar birlikdə Vüsala məxsus avtomobilə çatan zaman Vüsal yumruqla Tünarın sifətinə bir zərbə vurmuşdur. Bu zaman Tünarla Vüsal dalaşmağa başlamışlar. O, və orada olan adamlar Tünarı qucaqlayıb avtoyuma mıntəqəsinin içərisinə aparmışlar. O, Tünarı avtoyuma məntəqəsinin içərisində plastik materialdan düzəlmiş yerə salıb qapını bağlamışdır. Bu zaman Vüsal əlində daşla avtoyuma məntəqəsinin içərisinə daxil olmuşdur. Həmin vatx orada olan şəxslər içəri daxil olub Vüsalı sakitləşdirib bayıra çıxartmışlar. Təxminən 5-10 dəqiqədən sonra o, tək bayıra çıxmış və Vüsalın orada olmadığını görmüşdür. O, avtomobili yuduzdurub qurtardıqdan sonra polis əməkdaşları gəlib Tünarı 8-ci PB-nə aparmışlar. O, avtoyuma məntəqəsinə gələn zaman orada təxminən 10-15 nəfər şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs1 hadisənin baş verməsinin səbəbini soruşduqda, o, ona Vüsalın uşaqlıq etdiyini demişdir. Hadisənin səbəbi isə avtomobilin açarının istəməsinə görə hadisənin baş verdiyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vurduqdan sonra Tünar Vüsalla dalaşmışdır. O, avtoyuma məntəqəsinə gələndən sonra və Vüsal gedənə qədər Tünardan başqa Vüsalla dalaşan şəxs görməmişdir. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1nm əlində heçnə olmamışdır. O, Təqsirləndirilən şəxs2 tanımır. O, Təqsirləndirilən şəxs1 və avtoyuma məntəqəsinin sahibindən başqa orada olanların heç birini tanımır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmasını görməmişdir. O, Zərərçəkmiş şəxs necə getdiyini görməmiş. Belə ki, Zərərçəkmiş şəxs gedən zaman o, Tünarla birlikdə avtoyuma məntəqəsinin içərisində olan tikilinin içərisində olmuşdur. Vüsal getdikdən sonra bayıra çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2 il olar ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən avtotəmir yerində malyar ustası kimi işləyi. Onun adı Elşad olsa da hamı məni iş yerində usta Elşən kimi tanıyır. Onun işlədiyi avtotəmir yerinin yanında Mehmana məxsus avtoyuma məntəqəsi yerləşir. Şahid5, X5 və Ülvü kimi tanıdığım Təqsirləndirilən şəxs2 həmin avtoyuma məntəqəsində işləyirmişlər. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, təmir etdiyi avtomobil üçün material alıb iş yerinə qayıdan zaman bir nəfər sonradan adının Vüsal olduğunu bildiyi şəxsin əlində daşla avtoyuma məntəqəsinə tərəf getdiyini görüb onu sakitləşdirmək üçün orada olan Mehman, Hikmət, Səbuhi və digər şəxslərlə birlikdə qucaqlayıb ona məxsus BMW markalı avtomobilə tərəf aparmışdır. Onlar Vüsalı BMW markalı avtomobilə oturmuşlar. Onlar Vüsalı avtomobilə oturduqdan sonra o, öz iş yerinə yəni sexə getmişdir. Bir neçə dəqiqədən sonra bayırda yenidən səs gəldyini eşidib bayıra çıxan zaman Mirsəlimin Vüsalı avtomobilə oturdub Vüsalın avtomobilini sürüb apardığını görmüşdür. O, iş yerində sexdə olan zaman bayırda nə baş verdiyindən məlumatım olmamışdır. O, iş yerinə gələn zaman Vüsal, Hikmət, Mehman orada olduqlarını görmüşdür. Bundan başqa səs-küyə ətrafda yaşayan təxminən 10-15 nəfər adamlar toplaşmışlar. O, Zərərçəkmiş şəxs döyülməsini görməmişdir. O, Zərərçəkmiş şəxs görən zaman onun sifətində qan izləri görməmişdir. O, hadisə yerinə gəldikdən sonra baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Mirsəlim Vüsalı hadisə yerindən uzaqlaşdırmaq üçün Viisalm avtomobilini sürüb Vüsalı oradan aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 10 il olar ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən avtoyuma məntəqəsini icarə əsasında işlədirmiş. Həmin avtoyuma yerində Şahid5, Təqsirləndirilən şəxs1 işləyirmişlər. Hadisədən təxminən 2-3 gün əvvəl isə Ülvi kimi tanığıdı Təqsirləndirilən şəxs2 da avtoyuma məntəqəsinə işə düzəlmişdir. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, avtoyuma yerinə gələn zaman avtoyuma yerininn yanında adamların toplaşdıqlarını görmüşdür. Həmin vaxt Tünar avtoyuma məntəqəsinin içərisindəymiş. O, Tünardan nə baş verdiyini soruşmüşdiir. Tünar ona demişdir ki, heçnə olmayıb mübahisə etdiyi şəxs onun uşaqlıq dostudur. Digər şəxs sonradan adının Vüsal olduğunun bildiyi BMW markalı avtomobilin sürücüsü əlində daşla avtoyuma məntəqəsinə tərəf gəlirmiş. Bu zaman o və oraya toplaşan şəxslər Vüsalı sakitləşdirib avtomobilinə tərəf aparmışlar. Budan sonra avtomobilin yanında baş verənlərdən məlumatım olmamışdır. Sonradan Miri kimi tanıdığı şəxs Vüsalı avtomobilə qoyub oradan aparmışdır. O, avtoyuma məntəqəsinə gələn zaman Miri, Mirinin atası, Tünar, usta Elşən, Hikmət orada olmuşdur. O, Tünar və Vüsaldan hadisənin baş verməsinin səbəbini soruşmuş, o, ona heçnə deməmişdir. O, hadisə yerinə qələn zaman Tunar avtoyuma məntəqəsinin içərisində, Hikmət isə avtoyuma məntəqəsinin qarşısında bayırda, Vüsal isə avtoyuma məntəsinin qurtaracağında tindəymiş. O. hadisə yerinə gəldikdən sonra baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs1 və Hikmtə Abbasimin əllərində heçnə olmamışdır. O, Vüsal Hüseyonovun kimin vurduğunu görməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı ilə bir sinifdə oxumuşdur. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, babasigildən çıxan zaman babasigilin evinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus avtomobilin dayandığını və onun avtomobilini ətrafına çoxlu sayda insanların toplaşdığını görüb Vüsalın avtomobilinin yanına yaxınlaşmışdır. O, Vüsalın avtomobilinin yanına yaxınlaşan zaman Vüsalın avtomobilin qabaq sərnişin oturacağında huşsuz vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, avtomobili sükanına oturub onu yaşadığı evə aparmışdır. Vüsal huşsuz vəziyyətdəydi və ondan nə olduğunu soruşurmuş. O, Vüsalın avtomobilini yaşadıqları evin darvazasından içəri salmışdır. Həmin vaxt Vüsalın anası və bacısı həyətdəymişlər. Onlar Vüsalı avtomobildən aşağı düşürüb evə aparmışlar. Vüsalın anası Vüsala nə olduğunu soruşmuşdur. O, ona Vüsalın dalaşdığını bildirmişdir. O, Vüsalı evlərinə apardıqdan sonra yaşadığı evə qayıtmışdır. Bir neçə saatdan sonra Vüsal ona zəng vurub ondan soruşmuşdur ki, məni sən gətrimisən evə. O, da onu evə apardığını demişdir. Vüsal ondan pul qabısını görüb-görmədiyimi soruşmuşdur. O, da Vüsalın pul qabısının görmədiyini bildirmişdir. O, ətrafda yaşayan qonşuların Vasal Hüseynovun avtomobilinin yanında toplaşdıqlarını görmüşdür. O, həmin şəxsləri tanımadığını bildirmişdir. O, hadisəsnin baş verməsini görməmişdir. O, babasigildən çıxan zaman Vüsal huşsuz vəziyyətdə avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. O, onu danışdırmaq istəsə də o, ona cavab vermirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 10 il olar ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən Mehman adlı şəxsə məxusus avtoyuma məntəqəsində işləyirmiş. Təxmənin hadisədən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs1 onun işlədiyi avtoyuma məntəqəsində işə düzəlmişdir. Hadisədən təxminən 2-3 gün əvvəl isə Ülvi kimi tanığıdı Təqsirləndirilən şəxs2 onun işlədiyi avtoyuma məntəqəsinə işə düzəlmişdir. 17 aprel 2022-ci il tarixdə saat 15 radələrində o, Bibiheybət qəsəbəsində yerləşən qəbirstanlıqda getmişdir ki, atası üçün qəbir yeri qazdırsın. Bu zaman Mehmanın oğlu Nicat ona zəng vurub avtoyuma məntəqəsində dava olduğunun və özünü tez ora çatdırmasmı demişdir. O, da avtoyuma məntəqəsinə getmişdir. O, ora çatan zaman Hikmət onun işlədiyi avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs qucaqlayıb Vüsala məxsus avtomobilə tərəf apardığını görmüşdür. Həmin vaxt Vüsalın əlində daş olmuşdur. O, isə kənardan dayanıb baxırmış. Hikmət Vüsalı avtmobili tərəf aparırmış. Vüsal avtomobili oturub avtomobili sürüb kənarda saxlamışdır. Vüsal avtomobildən düşüb təkrar avtoyuma məntəqəsinə tərəf qayıtmışdır. O, davanın yenidən qızışdıını görüb oradan çıxıb getmişdir. Sonra nə baş verdiyindən məlumatı olmamışdır. O, avtoyuma məntəqəsinə gələn zaman orada təxminən 10-15 nəfər şəxs olmuşdur. O, hadisənin baş verməsinin Mehmandan soruşmuş, o, ona bildirmişdir ki, Tunar Vüsaldan açarı istəmiş, Vüsal da açarı verməmiş buna görə dava düşmüşdür. O, hadisə yerinə qələn zaman Tunar avtoyuma məntəqəsinin içərisində, Hikmət isə Vüsalı qucaqlayıb Vüsalın avtomobilinə tərəf aparırmış. O. hadisə yerinə gələn zaman dava dayanmışdır, belə ki, Hikmət Vüsalı qucaqlayıb avtomobilinə tərəf aparırmış, Tunar isə avtoyuma məntəqəsinin içərisində olmuşdur. O, hadisə yerində təxminən 3-4 dəqiqə olmuş. Atası can verdiyinə görə evə getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 və Hikmtə Abbaslının əllərində heçnə olmamışdır. O, Vüsal Hiiseyonvun kimin vurduğunu bilmədiyini, lakin eşitdiyinə görə Tunar və Hikmət Zərərçəkmiş şəxsla dalaşdıqlarını bildirmişdir. İş materiallarında olan “üzləşmə” protokoluna əsasən, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı təkrar etməklə ifadəsini bir daha təsdiq etmiş və bildirmişdir ki, 17 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən avtoyuma məntəqsəində yaranmış mübahisə zamanı Himət Abbaslı qəsdən onun başının arxa nahiyyəsinə zərbə vuraraq sağlamlığın qısa müddət polzulmasına səbəb olan sağlamlığa Yüngül zərərvumaya aid bədən xəsarətləri yetirdiyindən o, huşunu itirdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə iclasında tədqiq olunmuş “məhkəmə-tibbi ekspertizanın 246 saylı xx.xx.2022-ci il tarixli” rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burun tənəffüsünün pozulması və burun sümüklərinin cərrahi müdaxilə tələb edən yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol xarici qulaq seyvanının yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan xarici qulaq seyvanının sınığı, eləcə də, alın nahiyəsinin sol yarısının, hər iki gözaltı nahiyənin, burunun, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 17 aprel 2022-ci il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və yumruq vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə iclasında tədqiq olunmuş əlavə “məhkəmə-tibbi ekspertizanın 01/246 saylı 30.01,2023-cü il tarixli” rəyindən görünür ki, l.vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burun tənəffüsünün pozulması və burun sümüklərinin cərrahi müdaxilə tələb edən yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol xarici qulaq seyvanının yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan xarici qulaq seyvanının sınığı, eləcə də, alın nahiyəsinin sol yarısının, hər iki gözaltı nahiyənin, burunun, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 17 aprel 2022-ci il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və yumruq vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. 2. Qeyd olunan xəsarətlər burun tənəffüsünün pozulması və burun sümüklərinin cərrahi müdaxilə tələb edən yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol xarici qulaq seyvanının yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan xarici qulaq seyvanının sınığı kimi xəsarətlər dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya; baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya; alın nahiyəsinin sol yarısının, hər iki gözaltı nahiyənin, burunun, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. 19 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. Səbail Rayon Polis İdarəsinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X2 RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 20 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barəssdə və qətimkan tədbiri seçilməsi barədə qərarlara əsasən, X1 Səbail RPİ-nin MSY-dən dərhal edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 21 avqust 2022-ci il tarixli cinayət əməlinin tövsif olunması barədə qərara əsasən, X5 barəsində olan cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. 28 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. Səbail Rayon Polis İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 15 iyul 2015-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 28 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Yasamal Rayon məhkəməsinin 1(004)-338/2023 saylı, 17 avqust 2023-cü il tarixli hökmü vardır. Məhkəməyə daxil olmuş Yasamal Rayon Məhkəməsinin 1(004)-338/2023 saylı, 17 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm hazırki tarixədək icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs1 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətilərin tərkibi var və həmin maddənin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin 1(004)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu səbəbdən, məhkəmə, Yasamal Rayon Məhkəməsinin 1(004)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmasını əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, hadisənin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yuyulması üçün gətirilmiş avtomilin açarının istənilməsi və bunun nəticəsində zərərçəkmiş şəxsin iş yoldaşı ilə mübahisəsi zamanı iş yoldaşını müdafiə etmək məqsədi ilə sonuncunun təhriki ilə aralarında olan mübahisəyə cəlb olunmasını, zərərçəkmiş şəxs hadisə yerindən kənarlaşdıqdan sonra təkrarən qayıtdıqdan sonra onunla mübahisə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 1(004)-338/2023 saylı, 17 avqust 2023-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki iş üzrə ibtidai istintaq dövründə 16 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci tarixədək, həmçinin Yasamal Rayon Məhkəməsinin 1(004)- 338/2023 saylı, 17 avqust 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş 20 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, hadisənin uşaqlıq dostu olan zərərçəkmiş şəxslə olan söz mübahisəsi ilə başlamısını, zərərçəkmiş şəxsin də təqsirləndirilən şəxsə qarşı zərbələr vurmağa cəhd etməsini, hətta daş atdığını nəzərə aralaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-338/2023 saylı, 17 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplanılsın və üzərində 03 (üç) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 16 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci tarixədək, 20 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs2 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs1 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-225/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-225/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver