Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-227/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1967-ci ildə Ermənistan Respublikası, Noemberyan rayonu Lənbəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 21 fevral 2023-cü il tarixdə saat 05:40 radələrində sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus BMC Procity markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin sonu istiqamətində 47 km/saat sürətlə hərəkət edərkən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin hərəkətləri etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək həmin vaxt avtomobil yolunu adi yerişlə keçən yüngül dərəcəli sərxoş vəziyyətdə olan piyada xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtobusun qabaq sağ hissəsi ilə vurub Zərərçəkmiş şəxs baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altında qansızmalarla müşayiət olunan hər iki gicgah, hər iki təpə, ənsə sümüklərinin çoxsaylı qəlpəli kəllə əsasına keçən sınıqları, burun və sol almacıq sümüyünün yerini dəyişmiş sınıqları, sağ budun yuxarı və orta 1/3-nin sol budun aşağı 1/3-nin, hər iki baldırın orta 1/3-nin açıq sınıqları; hər iki ağciyərin aşağı paylarının cırılması, sağ döş boşluğuna 500 ml, sol döş boşluğuna 250 ml qanaxma, döş qəfəsinin sağ yarısında İ,İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİ sol yarısında İ, İİ, İİİ, İV, V,Vİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; qarın boşluğuna çoxlu qanaxma (1 litr) və qaraciyərin cırılmaları ilə müşayiət olunan qarının qapalı küt travması; başın təpə-alın nahiyəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sol budun aşağı 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaraları, eləcə də, alın və çənə nahiyələrinin, sol saidin və sağ əlin arxa səthlərinin, sağ budun iç səthinin, sağ sağrının, sol baldırın yuxarı 1/3-nin arxa səthlərinin sıyrıqları ilə müşayiət olunan, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri yetirib, almış olduğu xəsarətlər kompleksi nəticəsində inkişaf etmiş hemotravmatik (qanxma və zədə) şokla nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, BCD kateqoriyalı sürücülük vəsiqəsi ilə 7 ildir ki, “Baku Bus" MMC-də sürücü işləyir. O. ** JK *** dövlət qeydiyyat nişanlı BMC markalı avtobusu yol vərəqəsi ilə idarə edirmiş. xx.xx.2023-cü il tarixdə, saat 05:00 radələrində Zığ qəsəbəsində yerləşən “Bakubas" MMC-nin qarajından çıxıb Bakı şəhəri, Səbail rayonu, 20 sahə dairəsinə gedirmişdir ki. oradan saat 05:55 də 5 saylı xətt marşrutu üzrə hərəkətə başlasın. 20 sahə adlanan əraziyə çatmamış, saat təxminən 05:40 radələrində Salyan şossesində avtobusu yolun sağ hərəkət hissəsi ilə 40 km/saat sürətlə idarə edirmiş. Bu zaman qarşıda asfalt üzərində bir nəfər şəxsin oturduğunu və yerdə hərəkətlər etdiyini görmüşdür. O, həmin şəxsin idarə etdiyi avtobusun yolunda olduğunu görüb, həmin şəxsin yanında ötüb keçmək üçün idarə etdiyi avtobusu sola tərəf istiqamətləndirmiş və tormozun əyləcinə basmışdır. Bu zaman avtobusun altında səs gəldiyini eşitmişdir. O, avtobusu saxlayıb dərhal aşağı düşmüş və yolda oturmuş şəxsin avtobusun təkərinin altında qaldığını görmüşdür. O, dərhal DİN-nin 102 zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir və polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Bir neçə dəqiqədən sonra təkrar DİN-nin 102 zəng xidmətinə zəng vurub təcilli tibbi yardıma məlumat vermələrini xahiş etmişdir. Ona bildirmişlər ki, onlar X5 məlumat vermişlər. Bir neçə vaxtdan sonra hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım və Fövqaladə Hallar Nazirliyinin Xilas ediciləri gəlmişlər. Həmin şəxs öldüyündən onun meyidini morqa aparmışlar. Hadisədən əvvəl o, avtobusu təxminən 40 km/saat sürətlə, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə 20 sahə dairəsi istiqamətində idarə edirmiş. O, asfalt üzərində oturmuş şəxsi görən zaman onun idarə etdiyi avtobusla asfalt üzərində oturan şəxs arasında təxminən 5-6 metr məsafə olarmış. O, hadisənin qarşısını almaq üçün idarə etdiyi avtobusu sola istiqamətləndirib tormozun əyləcinə basmışdır. O, spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşiman olunduğunu, əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinin, sonuncunun şikayət və tələbinin olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi ev 104-də ailəmlə birlikdə yaşayır. Atası Zərərçəkmiş şəxs onunla birlikdə yaşayırmış. 21 fevral 2023-cü il tarixdə təxminən saat 10 radələrində o, işdə olan zaman əmisi Aydın ona zəng vurub bildirmişdir ki, atası Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, 20 sahə adlanan ərazidə avtobus vurmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, atasını Bakı şəhəri. Respublika Xəstəxanasının ərazisində yerləşən morqa aparmışlar. O, maraqlandıqda bilmişdir ki, atası Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, 20 sahə adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi BMC markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olan zaman atası avtobusun altında qalıb ölmüşdür. Atası gecə evdən bayır çıxsa da geri qayıdırmış. Təsədüf hallarda o, evə gəlmirmiş. Həmin günü hadisə yerində olması ilə bağlı onun heç bir məlumatım olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə məhkəməyə və ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini və onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. BCDE kateqoriyalı sürücülük vəsiqəsi ilə 8 ildir ki, "xxxx" MMCdə sürücü işləyir. O, ** JU *** dövlət qeydiyyat nişanlı BMC markalı avtobusu yol vərəqəsi ilə idarə edir. 21 fevral 2023-cü il tarixdə, saat 05:00 radələrində Koroğlu metrostasnsiyasının yaxınlığında yerləşən "xxxx" MMC-nin qarajından çıxıb Bakı şəhəri, Səbail rayonu, 20 sahə dairəsinə gedirmişdir ki, oradan saat 05:50 də 6 saylı xət marşrutu üzrə hərəkətə başlasın. 20 sahə adlanan əraziyə çatmamış, saat təxminən 05:20 radələrində Salyan şossesində avtobusu yolun sağ hərəkət hissəsi ilə 30-40 km/saat sürətlə idarə edirmiş. Bu zaman qarşıda asfalt üzərində bir nəfər şəxsin yerdə oturduğunu görüb avtobus saxlamışdır. O, avtobusu arxaya verib saxlamış, avtobusdan aşağı düşmüş və yolun ortasında olan həmin şəxsi yerdən qaldırıb kənara aparıb orada qoymuşdur. O, həmin şəxsə onu evə aparmasını bildirmişdir. Lakin həmin şəxs sərxoş vəziyyətdə olmuş və ölmək istədiyini bildirirmiş. O, həmin şəxsi orda qoyub avtobusa minib oradan getmişdir. Saat 05:50 dəqiqədə sonuncu dayanacaqdan reysə çıxıb geri həmin ərazidən qayıdan zaman yolun ortasında avtobusun və adamların toplaşdıqlarını görmüşdür. O, avtobusu dayanacaqda saxlamış və avtobusa minən sərnişinlərdən nə baş verdiyini soruşmuşdur. Avtobusa minənlərdən ona demişlər ki, avtobus adam vurubdur. O, aşağı düşmüş. Aşağı düşən zaman 3-4 avtobus sürücüsünün toplaşdıqlarını görmüşdür. O, adamı kimin vurduğunu soruşmuşdur. Həmin vaxt Abuzər adamı vurduğunu demişdir. O, orada həmin şəxsi yolun ortasından kənara çəkdiyini demişdir. Bundan sonra avtobusa minib yoluna davam etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 21 fevral 2023-cü il tarixli 14 №-li rəyindən görünür ki, 1. Mərhum Zərərçəkmiş şəxs meytində aşğıdakı xəsarətlər aşkar edildi baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altında qansızmalarla müşayiət olunan hər iki gicgah, hər iki təpə, ənsə sümüklərinin çoxsaylı qəlpəli kəllə əsasına keçən sınıqları, burun və sol almacıq sümüyünün yerini dəyişmiş sınıqları, sağ budun yuxarı və orta 1/3-nin sol budun aşağı 1/3-nin. hər iki baldırın orta 1/3-nin açıq sınıqları; hər iki ağciyərin aşağı paylarının cırılması, sağ döş boşluğuna 500 ml, sol döş boşluğuna 250 ml qanaxma, döş qəfəsinin sağ yarısında İ,İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİ sol yarısında İ, İİ, İİİ, İV, V,Vİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; qarın boşluğuna çoxlu qanaxma (1 litr) və qaraciyərin cırılmaları ilə müşayiət olunan qarının qapalı küt travması; başın təpə-alın nahiyəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sol budun aşağı 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaraları, eləcə də, alın və çənə nahiyələrinin, sol saidin və sağ əlin arxa səthlərinin, sağ budun iç səthinin, sağ sağrının, sol baldırın yuxarı 1/3-nin arxa səthlərinin sıyrıqları. 2. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixndə, yol-nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtobusun qabarıq hissələri ilə vurulması və avtobusun təkərinin altında qalması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə Ağır zərərvurmanın əlamətlərinə aiddirlər. 3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səsəb almış olduğu xəsarətlər kompleksi nəticəsində inkişaf etmiş hemotravmatik (qanaxma və zədə) şok olmuşdur. 4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9% (pormilli) etil spirti aşkar edilmişdir ki. bu miqdarda və qatılıqda etil spirt rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-avtotexniki ekspertizasının 12 may 2023-cü il tarixli 8/1181 №- li rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: BMC Procity markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs uYol hərərkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. AF seriyalı 044690 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2030cu ilədək sürücülük hüququ olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, əməindən səmimi peşaman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini və barışmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq ilk dəfə məhkumluğunun olmuş və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 4 (dörd) il 5 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəyini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübut bir ədəd “DVD” formatlı CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Bakı şəhəri 3 saylı vəkillər bürosunun vəkili tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “DVD” formatlı CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-227/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-227/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver