Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-227/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Fəxəddin qızının, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, hazırda barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.058 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində Səbail RPİ-nin NMB-nin və 8-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 4rləşən Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 12:45-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1.058 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.932 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 6 ünvana daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Səbail RPİ-nin NMB-nin və 39-cu PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında saxlanılaraq ünvan 8erləşən Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 21:35-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0.932 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, istifadə etdiyi narkotiki əvvəlcədən tanımadığ və şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərdən əldə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 10 manat qarşılığında şəxsi istifadə üçün bir ədəd büküm psixotrop maddə metamfetamin alıb. Həmin bükümü əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub. Həmin gün saat 19:30 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 4 saylı ünvanda yerləşən Xəqani bağında gəzişən zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görüb. Həmin şəxslər yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstəriblər. Onların polis əməkdaşları olduqlarını başa düşüb və ondan şübhələndiklərini zənn edib. Onlar Səbail RPİ-nin 39-cu polis bölməsinin inzibati binasına dəvət ediblər və etiraz etməyərək onlarla birlikdə qeyd olunan bölməyə gedib. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanıb. Bu zaman üzərimdə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyub. Bundan sonra üzərinə fiziki axtarış keçirilib, lakin başqa hər hansı bir əşya aşkar edilməyib. Aşkar olunmuş bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilib. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb. Daha sonra iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza edib. Həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 163 nömrəli məktəbin yanında tanımadığı şəxsdən 10 manata, digər psixotrop maddəni isə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 10 manat qarşılığında əldə etmişdir. Məqsədi həmin metamfetamini özü istifadə edəcəkmiş. Qeyd olunan psixotrop maddədən başqa heç bir yerdə psixotrop maddə saxlamır. Ailə üzvlərinin bu barədə heç bir məlumatı yoxdur. Saxlayan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman mənə polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi 39-cu X8 adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində qrup üzvləri ilə birlikdə ünvan 6 ünvanının yaxınlığında narkotik vasitələrin qəbulu və qanunsuz saxlanılması ilə məşğul olmasında şübhəli bilinən və zahiri əlamətləri alınmış məlumata uyğun gələn Elmin adlı şəxs tərəflərindən müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş xidməti vəsiqələrini göstərməklə onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirməklə üzərinə baxış keçirilməsi üçün Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inziabti binasına dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində saxlanılan şəxsin xx.xx.1989-cu il təvəllüdlü ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş vəkilin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açıldıqda onun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 Şahid1 eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdiyi 8-ci X8 adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış əməliyyat məlumatının yoxlanılması, Şahid3 qrup üzvlüyü ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində qrup üzvləri ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında narkotik vasitələrin qəbulu və qanunsuz saxlanılması ilə məşğul olmasında şübhəli bilinən və zahiri əlamətləri alınmış məlumata uyğun gələn Elmin adlı şəxs saxlanılmış və şübhəli olduğundan 8-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində saxlanılan şəxsin xx.xx.1989-cu il təvəllüdlü ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanıın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açıldıqda onun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə, saat 10:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində ünvan 11 ünvanın qarşısında saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli 6/6414 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Üazərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksi, “Şübhəli şəxs vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.058 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 1.058 qram psixotrop maddə metamfetamin təqdim edilmiş, müvafiq olaraq 0.05 qram nümunə götürülmüş, 1.008 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli “cinayət işi başlanılaraq icraata qəbul edilməsi və istintaq aidiyyati üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata götürülmüşdür. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində ünvan 13 ünvanın qarşısında saxlanılaraq saxlanılıb Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli 6/171 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Üazərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi, “Şübhəli şəxs vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,932 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 39-cu PB-si tərəfindən 0.932 qram psixotrop maddə metamfetamin təqdim edilmiş, müvafiq olaraq 0.05 qram nümunə götürülmüş, 0.882 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata götürülmüşdür. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi, saxlanıldığı Səbail MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrəsi altında davam etdirilmişdir. İş materiallarında olan 21 mart 2024-cü il tarixli “axtarış elan edilməsi və tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmiş və tutularaq Səbail RPİ-nin MSY-yə təhvil verilməsi qərar alınmışdır. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli 47/2-10375 saylı Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 20 aprel 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdır. İş materiallarında olan 20 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 2622 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 06 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 1.008 qram və 0.932 qram psixotrop maddə metamfetamin, şahid ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları və 02 ədəd disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli “cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılması haqqında” qərarından görünür ki, hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə ayrıca icraata ayrılmış və ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddələsi ilə təqsirli bilinərək ona 5.500 manat cərimə cəzası və 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4,177.2.4-cü maddələsi ilə təqsirli bilinərək ona 3000 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67,234.1ci maddələri ilə təqsirli bilinərək ona 3000 manat cərimə cəzası və 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə V.Ə.Ş azad edilmiş və xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3, 67.1, 68.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay, 26 gün müddətinə azadlığın məhrum etmə cəzası və 2845 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 09 gün vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin 21-1/3/20119 saylı məktubundan görünür ki, Məhkum Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-246/2021 saylı,xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinərək 2845 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində görülmüş tədbirlərə baxmayaraq cərimə cəzasını çəkməkdən boyun qaçırdığından 2845 manat məbləğində cərimə hal- hazırki tarixədək ödənilmərvş qalmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs atası X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 28 dekabr 1994-cü il tarixdə döyüşdə həlak olaraq şəhid olmuşdur. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli 012340 nömrəli şəhidin ailəsi üzvünün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 şəhid statusu almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını və Təqsirləndirilən şəxs atası X4 şəhid statusunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsaaəsn qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda xx.xx.2023-cü il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-246/2021 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 2845 (iki min səkkiz yüz qırx beş) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq 69.3-cü maddəsinə müvafiq olaraq şübhəli şəxs qismində tutulduğu müddəti azadlığdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il saat 10:45-dən 16 dekabr 2023cü il saat 13:00-dək tutulduğu 03 (üç) gün müddət, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, 18 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət cəmi 07(yeddi) gün müddət təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası müstəqil icra olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 1.008 qram və 0.882 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 194 (yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-246/2021 saylı hökmü ilə təyin edilmiş 2845 (iki min səkkiz yüz qırx beş) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirərək Təqsirləndirilən şəxs 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzası və 2845 (iki min səkkiz yüz qırx beş) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi üzrə 14 dekabr 2023-cü il saat 10:45-dən 16 dekabr 2023-cü il saat 13:00-dək tutulduğu 03 (üç) gün müddət, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, 18 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət cəmi 07(yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti 01 (bir) il 11(on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2845 (iki min səkkiz yüz qırx beş) manat cərimə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 1.008 qram və 0.882 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilslər. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 194 (yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-227/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-227/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver