Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-227/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək, X4 xüsusi ittihamçı kimi tanınması, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması və işin məhkəmə baxışına təyin edilməsi, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (İki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X1 rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 139, 141, mənzil 100-də qeydiyyatda olmaqla yaşayır. Rusiya Federasiyasında anadan olmuşdur. Sözügedən ünvanda anası ilə birgə uzun müddət yaşamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, müvəkkilim Zoya Əhmədovanın anası X10 ayağının amputasiyası ilə bağlı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat keçirmişdir. Xəstəliyi ağırlaşan zaman qızı olaraq Zoya Əhmədova xəstəxanada anasının yanında 45 gün qalmış, ona qulluq etmişdir. Daha sonra anası xəstəxanadan evə buraxılmış, lakin buraxıldıqdan sonrakı gün xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Anası “Əvvəllər keçirilən miokard infarktı” diaqnozu ilə vəfat etmişdir. Bu barədə 4 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ № 882087 seriyalı X9 verilmişdir. Qeyd edilməlidir ki, barəsində xüsusi ittiham qaydasında ittiham verilən əmisi Buludxan Əhmədov “ATV” telekanalının efirində, “Bizimləsən” verilişində bütün ölkə ictimaiyyəti qarşısında qardaşı qızı Zoya Əhmədovaya böhtan ataraq “onun anasının ölümündə əli var, döyə- döyə evi satdırdı” deyərək xüsusi ittihmçını ağır cinayətdə ittiham etmişdir. Hətta verilişin aparıcısı Zaur Baxşəliyev belə söz dedikdən sonra onu ehtiyatlandırmış, böhtan atılan şəxsin onu məhkəməyə vermək ehtimalının olmasını da bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki hər halda qeyd edilən böhtan artıq müvəkkilimə qarşı bütün ictimaiyyət, ölkənin gözü qarşısında məhşur telekanalda deyilmiş və sosial platforma olan YouTube internet resursunda və digər sosial şəbəkəlrdə də yayınlanmaqdadır Belə ki, hal-hazırda da internetdə YouTube sosial şəbəkəsində https://www.voutube.com/watch?v=h-gxzQtZrig linklə nümayiş etdirilən bu videonun 1 saat 15- ci dəqiqəsindən etibarən çıxış etməyə başlayan Buludxan Əhmədov sözünə başlayaraq bildirir ki “Zaur müəllim mən gəlmişəm o qardaşımın qızma (Zoya Əhmədovam nəzərdə tutaraq) görə daa. Onun çox günahları var. Onun anasının ölümündə də əli var. Zaur Baxşəliyev: Sübutunuz varmı? Buludxan Əhmədov: Sübutu neynirəm ki. Neçə ildi keçibdi uje. Zaur Baxşəliyev: Yox indi o qız qalxıb sizi məhkəməyə versə ki mənim anamın ölümündə əlim olmağının sübutunu mənə göstər. Siz nə göstərəcəksiniz? Buludxan Əhmədov: Nə göstərəcik ki? Zaur Baxşəliyev: Bu ittihamdı. Siz onu ittiham edirsiniz ki qızın anasının ölümündə əli var. Buludxan Əhmədov: O evi zornan satdırdı anasına. Döyə-döyə satdırdı.” və sair. Göründüyü kimi barəsində şikayət olunan şəxs X5 xüsusi ittihamçını ağır cinayətdə ittiham edərək ona böhtan atmaqla AR CM-nin 147.2-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Faktiki olaraq qeyd edilən böhtan müvəkkilimi sarsıtmış, onu yaxınları və qohumları arasında gözdən salmış, ləyaqətini alçaltmış, mənəvi və psixoloji zərbə vurmuşdur. Kütləvi olaraq telekanalda, sosial şəbəkələrdə nümayiş etdirilən Buludxan Əhmədovun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən böhtan cinayətinin tərkibini yaratmışdır. Məcəllənin sözügedən maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarına əsasən Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Sözügedən qərara əsasən Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə bildirilir ki, sözügedən böhtan ATV telekanalında xx.xx.2025-ci il tarixdə yayımlanmış “Bizimləsən” verilişində efirdə deyilmişdir və Youtube Sosial Şəbəkəsində hələ də yayımlanmaqdadır. Youtube sosial Şəbəkəsi isə xaricdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı X3. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarına əsasən böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Qeyd edilməlidir ki ATV telekanalının, yəni "xxxx" Müstəqil Tele-Radio Kompaniyasının (VÖEN: **********) yerləşdiyi ünvan Yasamal rayonu, X13 küçəsi 10 olsa da, hüquqi ünvanı ünvan 2craata qəbul edilərək, X4 xüsusi ittihamçı kimi tanınması, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması və işin məhkəmə baxışına təyin edilməsi, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (İki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, əmisi X6 "xxxx" Teleradio və Yayım Şirkəti (ATV)-də yayımlanan “Bizimləsən” verilişində şərləyərək ona böhtan atmışdır. Anasını öldürdüyünü deyərək barəsində efirdə yanlış məlumat yaymış, şərəf və ləyaqətini alçaltmışdır. İttihamını sübut etməyi tələb edir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək işin baxışa verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 şikayətə etiraz edərək bildirmişdir ki, həmin ifadələri söyləmişdir. Zoya öz atasının da Qocalar Evinə qoymuşdur. Məhkəmə hazırlıq iclasında X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 və nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən xüsusi ittiham qaydasında şıikayətə baxılmasının Bakı şəhəri Səbail Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, xüsusi ittiham qaydasında şikayətinin materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından və tərəflərin ifadələrindən görünür ki, hadisənin baş verdiyi yer "xxxx" Teleradio və Yayım Şirkəti (ATV)-də yayımlanan “Bizimləsən” verilişi, yəni Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 10-dur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Belə ki, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılır. (CPM-nin 299.3.1) Hadisə Yasamal rayonunun ərazisində baş verdiyindən və qeyd edilən şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299, 300.1.4 və 302.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-227/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-227/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver