Məhkəmə qərarları › İş №1(009)-228/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-228/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-228/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx xxxx 1982-ci ildə Türkiyə Respublikasının, İstanbul şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, əvvəllər işçi qrupunda onunla birlikdə çalışmış, Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsində danışıb ondan gördüyü işin zəhmət haqqını tələb edərkən, aralarında yaranmış mübahisə zamanı sonuncunun onunla kobud danışdığını cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla Pərvin İsyaevi dostları ilə birlikdə cəzalandırmaq qərarına gəlib, 23 noyabr 2022-ci il tarixdə saat 20 radələrində əvvəlcədən görüş üçün təyin etdiyi ünvan 2 ünvanda yerləşən “Bayıl Bazarı” adlanan yerdə sonuncu ilə görüşərəkən tanışları X5 və şəxsiyyəti istintaqa məlum olmayan Orxan adlı şəxslə bir qrup şəxs halında birləşib onunla “Whatsapp” sosial şəbəkəsində kobud ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, ictimai yerdə digər vətəndaşların da narahatçılığına səbəb olmaqla onların gözü qarşısında ictimai ictimai qaydanı kobud surətdə pozan, nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlərlə əvvəlcə özü Zərərçəkmiş şəxsa yumruqla üz nahiyyəsində vurub yerə yıxmaqla, daha sonra onunla həmrəylik nümayiş etdirən qeyd edilən tanışları ilə birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə zərbələr vurmaqla qərəzli xuluqinlıq hərəkətləri etmiş, habelə həmin zərbələr nəticəsində xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs çənənin sağ oynaq çıxıntısının sol mental nahiyəsinin yerini dəyişmiş qapalı sınıqları, çənənin hər iki yarısının yumşaq toxumalarının əzilməsi, eləcə də, sol gözaltı nahiyənin qançırı kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2001-ci il tarixdə Azərbaycan Respublikasına işləmək məqsədi ilə gəlmişdir. Hazırda fərdi qaydada cam balkon ustası kimi işləyir. Təxminən 10 ay əvvəl Ələtdə yerləşən Dövlət Gömrük binasının pəncərələrinin dəyişdirilməsi ilə bağlı iş götürmüşdür. Bununla bağlı 14 nəfər hal hazırda adlarını xatırlamadığı fəhlə tapmışdır. Onların arasında Pərvində var idi. Təxminən bir ay sonra işləri yekunlaşdırmış və işlətdiyi fəhlələrin hamısının pulları ödəsə də Zaur adlı fəhlənin pulunu ödəməyə imkanı çatmamışdır. Bu zaman işçilərindən orada olan Pərvin ona tanıdığı bir qadının sələmə pul verdiyini bildirmişdir. O, həmin qadına məxsus ********** və ***-***-**-** nömrələri Pərvindən alaraq onunla əlaqə saxlamış və həmin qadından 150 AZN pul almışdır. Pulu aldıqdan sonra Zaura olan borcunu ödəmişdir. O, pulu aldıqdan 14 gün sonra qadının pulunu vermək istəsə də qadın faiz yaranması üçün bir qədər ləngitmişdir. Bundan sonra o, pulu verməmək qərarına gəlmiş və qəsdən vaxtı uzatmışdır. Bu zaman Zaur ona “Vatsap” vasitəsi ilə yazaraq nalayiq ifadələr işlətmiş və nə üçün onu pis vəziyyətdə qoyduğunu soruşmuşdur. O, Pərvinə ona heç kimi pis vəziyyətdə qoymadığını bildirmişdir. Daha sonra Pərvin ona “Vatsap” vasitəsi ilə yazmağa başlamışdır. Aralarında olan yazışma zamanı Pərvin onu və ailəsini nalayiq ifadələr ilə təhqir etməyə başlamışdır. O, Pərvindən xahiş etmişdir ki, ailəsini söyməsin və üz-üzə onunla görüşüb dərdini desin. Pərvin onu söyüb təhdidlər etdiyi üçün o da Pərvinə ona qarşı təhqir və təhdid dolu ifadələr işlətmişdir. Həmin ərəfədə işdə olan zaman ona özünü Pərvinin dostları kimi təqdim edən şəxs Pərvini döydüyünü deyərək ondan qisas alacaqlarını bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Pərvin döyülüb və xəstəxanaya müraciət etmişdir. Daha sonra polisdən ona zəng gəldikdə, Pərvinin Bayılda döyüldüyünü və ondan şikayət etdiyi ona məlum olmuşdur. O, vermiş olduğu ifadəsində Pərvinlə Bayılda görüşmədiyini və onu döymədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə hadisə zamanı sadəcə özünü müdafiə etdiyini, zərərçəkmiş şəxsi vurmadığını bildirərək barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Səbail RPİ-nin 8-ci PB-nə yazmış olduğu ərizənin mahiyyəti ona aydındır. Türkiyə Respublikasının vətəndaşı Fateh adlı şəxsi təxminən 6-7 aydır ki tanıyır. Belə ki, Fateh fasad ustasıdır. O, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evlərdən birində iş götürmüş, o, Fatehin yanında işləmişdir. Orada ondan əlavə üç nəfər Zaur, Amil və Rəşad adlı şəxslərdə işləmişdir. Fateh ilə aralarında olan şifahi razılaşmaya əsasən iş bitdikdən sonra pullarını verməli idi. Təxminən bir həftə qeyd olunan ünvanda işləmiş işi yekunlaşdırmışlar. İş yekunlaşdıqdan sonra Fatehdən zəhmət haqqını tələb etsəkdə o, müxtəlif bəhanələr gətirərək onları aldadaraq ev sahibindən pulu ala bilmədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Fateh ev sahibindən pulu tam şəkildə almış lakin onların zəhmət haqlarını ona məlum olmayan səbəbdən vermir. Bu barədə mütəmadi olaraq Fatehə zəng vurmuş həmçinin Vhatsapp sosial şəbəkəsində yazmışdır. O, bəzən zənglərinə cavab vermiş, sonradan onu telefonda blok etdiyinə görə ona zəng vura bilməmişdir. Sonradan o, Fatehə mütəmadi olaraq yazıb pulunu tələb etmişdir. Fateh isə onu söyüb təhqir etməyə başlamışdır. Bundan sonra Fateh onu görəşə dəvət etmişdir. O, həmin zaman ona əhəmiyyət verməmişdir. xx.xx.2022-ci il tarixdə yenidən onunla danışan zaman onu görüşə dəvət etmişdir. Fateh onunla təhqirlə danışmağa başlamışdır. Bundan sonra o, Fatehlə görüşüb söhbət etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şahid ilə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində görüşüb kirayə mənzil tutmaq üçün əvvəlcədən razılaşmışdır. Bu səbəbdən Fateh ilə görüşü həmin yerə salmışdır. O, saat təxminən 20 radələrində Fatehi Su idman sarayının yaxınlığında yerləşən Meh kafesinin qarşısına çağırmışdır. İlhamla alqı satqı ofisinə getmiş həmin zaman orada heç kim olmadığına görə yaxınlıqda yerləşən Meh kafesində oturub çay içmişdir. İlhamı orda qoyaraq bir nəfər şəxsdən pul alacağını bildirib onu gözləməyini xahiş edərək kafedən çıxıb Fateh ilə görüşməyə getmişdir. Orada gözləyən zaman Fateh, yanında əvvəllər tanımadığım iki nəfər ilə gəlmişdir. Fateh onun yanına gəldikdən sonra salamlaşmış və yanlarında olan nisbətən uzun boylu olan şəxs ondan Fateh ilə nə probleminin olduğunu soruşmuşdur. O, həmin şəxsə heç bir probleminin olmadığını sadəcə işlədiyi işin zəhmət haqqısını tələb etdiyini bildirmişdir. Söhbət zamanı nisbətən uzun boy olan əvvəllər tanımadığı şəxs onunla üzbəüz dayanmış, sol yan tərəfimdə Fateh onun yanında isə tanımadığı nisbətən balaca boylu şəxs dayanmışdır. Onunla üzbəüz dayanan şəxs ilə söhbət edən zaman Fateh mənim sol üz nahiyəsindən yumruqla vurmuşdur. Onun zərbəsindən sonra ayağı bir az büdrəmiş və o yerə yıxılmışdır. Bundan sonra o ayağa qalxmış və müvazinətini tamlayıb Fatehin qollarından tutub onu vurmaq istəmişdir. Həmin zaman Fatehin yanında olan adını bilmədiyim nisbətən balaca boylu şəxsdə onu baş nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o həmin şəxsin onu dəmir parçası ilə vurduğunu zənn etmişdir lakin hər hansı dəmir parçası görməmişdir. Bundan sonra o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Fateh və yanında olan şəxslər təpiklə və yumruqla onun baş nahiyəsindən möhkəm zərbələr endirməyə başlamışlar. Bu zaman oraya tanışı İlham və tanımadığı çoxlu adam gələrək həmin şəxsləri ondan aralamağa çalışmışlar. Həmin şəxslər onu döyən zaman yüksək səs ilə ünvanına nəlayiq ifadələr işlətmişlər. Onların zərbələrinin təsirindən o, özümdən getmiş və ayılan zaman yanımda İlhamı onu ayıltmağa ayıltmağa çalışarkən görmüşdür. O, özünü pis hiss etdiyinə görə evə getmişdir. Evdə bədənində ağrılar dahada çoxaldığına görə 01 saylı kliniki tibbi mərkəzə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Bərdə rayonunda yaşamasına baxmayaraq 2022-ci ilin noyabr ayında Bakı şəhərində Nazim adlı şəxsin evində ustalıq etmişdir. Bakı şəhərinə çox bələd olmadığı üçün tanışı Pərvindən ona ucuz ev tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Pərvin etiraz etməmiş onlar 23 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri 20-ci sahədə, Meh kafesinin qarşısında görüşmüşlər. Orada yerləşən evlərin alqı satqısı ofisinə yaxınlaşan zaman ofisdə işləyən şəxsin bir müddət sonra gələcəyini müəyyən etmişlər. Bu səbəbdən yaxınlıqda olan Meh kafesində oturub çay içmişlər. Kafedə olan zaman Pərvin yaxınlıqda bir nəfər şəxs ilə görüşüb pul alacağını bildirib, 5-10 dəqiqəyə qayıdacağını bildirib çıxıb getmişdir. Təxminən 15 dəqiqə keçidikdən sonra Pərvinin gəlmədiyini görüb hesabı ödəmiş və bayıra çıxıb havada gözləmək qərarına gəlmişdir. Küçəyə çıxan zaman kafenin tinində Pərvini və yanında olan 3 nəfər şəxsi görmüşdür. Onlara yaxınlaşan zaman bir nəfər şəxsin türk dilində danışdığının şahidi olmuşdur. Belə ki, həmin şəxs Pərvinin ünvanına nəlayiq söyüşlər söymüşdür. O, həmin şəxslərə yaxınlaşan zaman türk dilində danışan şəxs yan tərəfdən Pərvini vurmuşdur. Bundan sonra Pərvin yerə yıxılmışdır. Onları aralamaq istəsədə gücü onlara çatmamışdır. Belə ki, Pərvin ayağa durduqdan sonra həmin şəxs ilə tutaşmışdır. Bu zaman orada olan nisbətən balaca boylu şəxsdə Pərvini baş nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Bundan sonra Pərvin yerə yıxılmış və onlar, yumruq və təpiklə Pərvinin baş nahiyəsindən möhkəm zərbələr vurmağa davam etmişlər. Bu zaman oraya yığılan tanımadığı şəxslər və o, onları ayırmışlar. Ayrıldıqdan sonra aralarında olan nisbətən uzun boylu şəxs bıçaq çıxardaraq Pərvini vurmaq istəmiş. O, isə ona mane olub çıxıb getməsini, onsuzda döyüb pis vəziyyətə saldıqlarını demişdir. O, Pərvini döyən şəxslərin əlində hər hansı dəmir parçası görməmişdir. Bundan sonra həmin şəxslər piyada oradan uzaqlaşıb getmişlər. O, Pərvini yerdən qaldırıb avtobus ilə yaşadığı evə aparmışdır. Sonradan Pərvinin bədənində ağrılar olduğuna görə onu 1 saylı kliniki tibbi mərkəzə aparmışdır İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş 26 noyabr 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2022-ci il tarixli 872 saylı rəyindən məlum olur ki, Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər çənənin sağ oynaq çıxıntısının sol mental nahiyəsinin yerini dəyişmiş qapalı sınıqları, çənənin hər iki yarısının yumşaq toxumalarının əzilməsi, eləcə də, sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlə’r, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23 noyabr 2022-ci il tarixində, kənar şəxs tərəfindən sifətin sol yarısına yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məkumluğu barədə məlumat yoxdur. Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və o həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 06 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü ildə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, hadisənin zərərçəkmiş şəxsin onu və ailəsini söyməsini, görüşə israrla dəvət etməsini, üç az yaşlı uşağının olmasını, əcnəbi olduğundan ona azadlığın məhdudlaşdırılması cəzasının təyin oluna bilmədiyini və digər alternativ cəzanın müəyyən edilmədiyini nəzərə alaraq, onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına (30 aprel 2021-ci il tarixli yeni redaksiyada verilmiş) 25-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Bu səbəbədən məhkəmə Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən 02 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin təyin olunan cəza müddətinə hesablanmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə təqsirli bilinib, 01 (iki) il 04 (dörd) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 01 (bir) il 06 (altı) ay müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs daimi yaşayış yerinin dəyişdirilməsi barədə müvafiq dövlət orqanını məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar