Məhkəmə qərarları › İş №1(009)-229/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-229/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-229/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkilləri X12 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Salyan Yolu, ev 31-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu, ev 31-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 dekabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinmişdirlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 övladı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 3.3-cü hissəsinin tələblərini pozaraq, yəni həvəskar balıq ovu üçün balıqçılıq su obyektində oldujqları müddətdə 5 kq-dan çox balıqları qanunsuz tutmaq məqsədi ilə hadisədən 1 gün əvvəl planlaşdırdıqları qaydada, 22 iyun 2022-ci il tarixdə saat 06:30-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, atası Şahid1 məxsus, etibarnamə əsasında idarə etdiyi 1 ədəd ******* zavod nömrəli “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş ABA seriyalı, 1053 bort nömrəli, reyestr nömrəsi 053 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan “Z-9” adlı taxta qayıqdan istifadə etməklə Xəzər dənizində özləri ilə gətirdikləri 2 ədəd tilov vasitəsilə 22 iyun 2022-ci il tarixdə saat 10:10-dək olan müddət ərzində ümumilikdə 38 kiloqram çəkidə hər biri 33 manat olmaqla 70 ədəd kütüm balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 2310 manat məbləğində maddi ziyan vurmuş, həmin tarixdə saat 10:10-da sahilə çıxarkən X15 idarəsinin X6 və X2 Bölməsinin əməkdaşları tərəfindən oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılmış, baxış zamanı onlardan 1 ədəd ******* zavod nömrəli “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş ABA seriyalı, 1053 bort nömrəli, reyestr nömrəsi 053 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan “Z-9” adlı taxta qayıq, 2 ədəd tilov və 70 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydalarf’na 2 nömrəli əlavənin 3.3-cü hissəsinin tələblərini pozaraq, yəni həvəskar balıq ovu üçün balıqçılıq su obyektində olduqları müddətdə 5 kq-dan çox balıqları qanunsuz tutmaq məqsədi ilə hadisədən 1 gün əvvəl planlaşdırdıqları qaydada, 22 iyun 2022-ci il tarixdə saat 06:30-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, babası Şahid1 məxsus atası Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi 1 ədəd ******* zavod nömrəli “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş ABA seriyalı, 1053 bort nömrəli, reyestr nömrəsi 053 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan “Z-9” adlı taxta qayıqdan istifadə etməklə Xəzər dənizində özləri ilə gətirdikləri 2 ədəd tilov vasitəsilə 22 iyun 2022-ci il tarixdə saat 10:10-dək olan müddət ərzində ümumilikdə 38 kiloqram çəkidə hər biri 33 manat olmaqla 70 ədəd kütüm balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 2310 manat məbləğində maddi ziyan vurmuş, həmin tarixdə saat 10:10-da sahilə çıxarkən X15 idarəsinin X6 və X2 Bölməsinin əməkdaşları tərəfindən atası Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılmış, baxış zamanı onlardan 1 ədəd ******* zavod nömrəli “Yamaha- 75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş ABA seriyalı, 1053 bort nömrəli, reyestr nömrəsi 053 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan “Z- 9” adlı taxta qayıq, 2 ədəd tilov və 70 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 22 iyun 2022-ci il tarixdə saat 06:30-da övladı Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə getmişlər. Lakin oğlu Arif özünü pis hiss etdiyi üçün evə qayıtmaq qərarına gəlmişdir. Daha sonra o, etibarnamə əsasında idarə etdiyi atası Şahid1 məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 1053, seriyası ABA, reyestr nömrəsi 053 olan 1 ədəd özü üzən nəqliyyat vasitəsi sayılan “Z-9” adlı taxta qayıqdan istifadə edərək dənizə çıxıb orada özü ilə götürdüyü tilovlardan istifadə edərək balıq tutmağa başlamışdır. Tutduğu balıqları özünə məxsus polietilen paketlərə yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. 22 iyun 2022-ci il tarixdə saat 10:10-dək çoxlu sayda kütüm balıqları tutmuşdur. Daha sonra həmin balıqları maşına yükləmək məqsədilə oğlu Arifə zəng vurub ona həmin yerdə ona məxsus maşının yanına gəlməsini bildirmişdir. Həmin tarixdə, saat 10:10-da mən sahilə çıxarkən X15 idarəsinin X6 və X2 Bölməsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşan zaman oğlu Arif də gəlmiş həmin yerə. Daha sonra ikisini də polis bölməsinə aparmışlar. Eyni zamanda məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, balıq tutmağa tək getmişdir. Əvvəlcə oğlu ilə getmək istəmiş, lakin yarı yoldan oğlu özünü pis hiss etdiyi üçün evə qayıtmışdır. Sahilə çıxanda Arifə yığmışdır ki, gəlib maşının yanına balığı yığmağa kömək etsin. Tutuduğu balıqları iki ədəd kisəyə yığmışdır. O, sahilə qayıdan zaman oğlu Arif də gəlmişdir. Polis onu tutanda demişdir ki, oğlun da səninlə əlbirdir və ona görə ikinizi də bölməyə apardılar. Balıq tutmağa adətən atası, oğlu və başqa iki nəfər şəxslə gedirmiş. İbtidai istintaq zamanı ona heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, ziyanının tam ödənildiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 22 iyun 2022-ci il tarixdə saat 06:30-da övladım atası Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə getmiş. Lakin sonradan özünü pis hiss etdiyi üçün evə qayıtmaq qərarına gəlmişdir. Saat 10-11 arası atası ona zəng vurmuş və demişdir ki, dənizə gəl balıqları maşına yığmağa kömək elə. Yaxınlaşmış ora görmüşdür ki, atasının yanında çoxlu polislər var. Daha sonra polis əməkdaşları onu və atasını polis bölməsinə aparmışlar. Eyni zamanda məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, qayıqda o olmamışdır. Evdə olmuş, atası zəng vurmuş demişdir ki, gəl kömək et. Daha sonra həmin yerə getmişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs2 son sözündə özünü təqsirli bilməyərək ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 İdarəsinin X6 və X2 Bölməsinin inspektoru, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə X15 idarəsinin X6 və Balıq ehtiyatlarının mühafizə bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 10:10-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətinə Xəzər dənizində balıq tutmaqla məşğul olan şəxsiyyətləri sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmışlar. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 ədəd “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan qırmızı rəngli yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi ABA-1053 olan taxta qayıq, 2 ədəd balıqovlama tilovu, 2 ədəd ayrı-ayrı polietilen paketlərə yığılmış hər birində 35 ədəd olmaqla ümumilikdə 70 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Həmin polietilen paketlərdə olan balıqlar tərəzidə çəkildikdə birinin çəkisi 20 kiloqram, digərinin çəkisi 18 kiloqram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin paketlərdən birini göstərib, 1 ədəd polietilen paketin içərisində 35 ədəd 20 kiloqram çəkidə olan kütüm balıqlarını 1 ədəd “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan qırmızı rəngli yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi ABA- 1053 olan taxta qayıqdan istifadə etməklə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizindən 1 ədəd tilovla qanunsuz tutduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin paketlərdən digərini göstərib, 1 ədəd polietilen paketin içərisində 35 ədəd 18 kiloqram çəkidə olan kütüm balıqlarını 1 ədəd “Yamaha-75”markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan qırmızı rəngli yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi ABA-1053 olan atası Elvinə məxsus taxta qayıqda atası ilə birlikdə olarkən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizindən aşkar edilmiş digər 1 ədəd tilovla qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 həmçinin həvəskar balıq ovu ilə məşğul olduqlarını demiş, həmçinin gün ərzində 5 kiloqramdan artıq balıq tutmanın qanunsuz olduğunu bildiklərini etiraf etmişlər. Bundan sonra baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş X15 İdarəsinin X6 və X2 Bölməsinin baş inspektoru Şahid2 və həmin bölmənin polis nəfəri Şahid4, Şahid3 ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə X15 idarəsinin X6 və X2 bölməsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 10:10-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutan Bakı şəhəri, Salyan yolu, ev 31-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmışlar. Yoxlama zamanı onlardan 1 ədəd “Yamaha-75’’markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan qırmızı rəngli yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi ABA-1053 olan taxta qayıq, 2 ədəd balıqovlama tilovu, 2 ədəd ayrı-ayrı polietilen paketlərə yığılmış hər birində 35 ədəd olmaqla ümumilikdə 70 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Həmin polietilen paketlərdə olan balıqlar tərəzidə çəkildikdə birinin çəkisi 20 kiloqram, digərinin çəkisi 18 kiloqram olması müəyyən edildi. Onun və dəvət olunmuş digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edildi. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin paketlərdən birini göstərib, həmin paketin içərisində 35 ədəd 20 kiloqram çəkidə olan kütüm balıqlarını Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizindən 1 ədəd tilovla qanunsuz tutduğunu demiş, bundan sonra Təqsirləndirilən şəxs2 da paketlərdən digərini göstərib 1 ədəd polietilen paketin içərisində 35 ədəd 18 kiloqram çəkidə olan kütüm balıqlarını Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizindən 1 ədəd tilovla qanunsuz tutduğunu demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin həvəskar balıq ovu ilə məşğul olduqlarını demiş, həmçinin gün ərzində 5 kiloqramdan artıq balıq tutmanın qanunsuz olduğunu bildiklərini etiraf etmişlər. Sonda istifadə olunan balıqovlama vasitələri və qanunsuz tutulan balıqlar X15 idarəsinin X6 və X2 bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid6 da, Şahid5 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun illər balıqçılıqla məşğul olmuşdur. Hal-hazırda səhhəti ilə bağlı 4-5 ildən artıq müddətdir ki, dənizə balıq tutmağa getmir. Onun 1 ədəd “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan qırmızı rəngli yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi ABA-1053 olan “Z-9” adlı taxta qayığı vardır. O, həmin qayığı, oğlu Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etməsi üçün vermişdir. Oğlu Təqsirləndirilən şəxs1 22 iyun 2022-ci il tarixdə qanunsuz balıq tutmasına görə polis əməkdaşları tərəfindən saxlanılması barədə sonradan məlumatı olmuşdur. Həmin gün o getməmişdir balığa, oğlu və nəvəsi getmişilər. Lakin saat 8-də nəvəsinin ürəyi bulandığı üçün evə qayıtmış və onun yanında olmuşdur. Saat 1 radələrində oğlu evə qayıtmış və hadisəni ona danışmışdır. Səhər oğlu və nəvəsi bir yerdə getmişlər balıq tutmağa. Lakin biraz sonra nəvəsi ürəyi bulandığı üçün evə qayıtmış. Hadisəni saat 1-də oğlu evə gələndə bilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 21/432 nömrəli məktubundan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Bioloji Xidmətin Qorunması Xidməti tərəfindən ona Xəzər dənizinin Bibiheybət qəsəbəsi akvatoriyasında siyənək 0,2 ton, kütüm 0,2 ton, külmə 0,05 ton, kefal 0,2 ton balıqlarının sənaye ovuna kvota ayrılaraq, xx.xx.2022-ci il tarixli 78 nömrəli balıqovlama bileti verilmiş və həmin balıqovlama biletində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adları balıqçı kimi keçir. 21 yanvar 2022-ci il tarixli 78 №-li balıqovlama biletindən görünür ki, siyənək, kütüm, külmə və kefal balıqlarını axçalı balıq torlarından istifadə etməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, siyənək torlarından istifadə etməklə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi tutmağa icazə verir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyun 2022-ci il tarixli mütəxəssis arayışından müəyyən olunur ki, 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 35 ədəd hər biri 33 manat dəyərində kütüm balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1155 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyun 2022-ci il tarixli mütəxəssis arayışından müəyyən olunur ki, 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 35 ədəd hər biri 33 manat dəyərində kütüm balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1155 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin “Badamdar branch” filialının xx.xx.2022-ci il tarixli 601 və 5095 №-li qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 2310 manat pul ödəməklə balıq ehtiyatlarına vurduqları ziyanı tam ödəmişlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2007-ci il təvəllüdlü X11 adında uşağı vardır. Azercell Telekom MMC tərəfindən məhkəməyə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli məktubla Azercell Telekom MMC-yə məxsus nömrənin xx.xx.2022-ci il tarixdə saat 05:00-dan saat 12:30-dək olan müddətdə mövcud olan zənglər siyahısından görünür ki, 050 455 75 79 nömrəsinə 05:49:02 və 05:49:03-də zəng gəlmiş və o, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi ünvanı yaxınlığında olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əmələ görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, vurulmuş ziyanın tam ödənildiyini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 vurulmuş ziyanının tam ödənildiyini, gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Eyni zamanda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğudan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdə ona hər hansı bir əlavə cəzanın təyin olunması tələb olunmadığından, həmçinin, təqsirləndirilən şəxslərin və ailənin yeganə dolanacaq mənbələrinin ov olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, onlara balıq tutulması ilə məşğul olma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmamlıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-cimaddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Mülki iddiaçı və ya onun nümayəndəsi onların iştirakı olmadan mülki iddiaya baxılması haqqında vəsatət qaldırdıqda, habelə prokuror tərəfindən CPM-in 181.7-ci maddəsində göstərilən hallarda verilmiş mülki iddia dövlət ittıhamçısı tərəfindən müdafiə olunduqda, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316.3.1 və 316.3.2ci maddələrinə uyğun olaraq mülki iddiaçının və ya onun nümayəndəsinin gəlibgəlməməsindən asılı olmayaraq iddiaya baxmalıdır. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmasını və CPM-in 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun izah edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə iş üzrə maddi sübut qismində tanınmış 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 1053, seriyası ABA, reyestr nömrəsi 053 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan “Z-9” adlı taxta qayıq qayıq hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılmasını, 2 ədəd tilovlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, "xxxx" MMC tərəfindən qəbul edilmiş ümumi çəkisi 20 kq olan 35 ədəd kütüm balıqlarının və ümumi çəkisi 18 kq olan 35 ədəd kütüm balıqlarının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt şəhəri və ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt şəhəri və ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış X15 İdarəsinin BQM və BEMB-də saxlanılan 2 ədəd tilovlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X15 İdarəsinin BQM və BEMB-də saxlanılan 1 ədəd “Yamaha-75” markalı asma mühərriklə və 1 ədəd 25 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 1053, seriyası ABA, reyestr nömrəsi 053 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan “Z-9” adlı taxta qayıq qayıq hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və "xxxx" MMC-yə təhvil verilmiş ümumi çəkisi 20 kq olan 35 ədəd kütüm balıqları və ümumi çəkisi 18 kq olan 35 ədəd kütüm balıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 250 (iki yüz əlli) manat pul tutulub, “Access Bank”-ın 12 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 250 (iki yüz əlli) manat pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “Access Bank”-ın 12 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar