Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-229/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X7 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X14, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X3 X1 iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyətcə gürcü olan, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, X6 zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, anası Nina Maqaldadze tərəfindən Zərərçəkmiş şəxs rəsmi olaraq satılmış mənzillə bağlı aralarında yaranmış fikir ayrılığına görə, həmin məsələyə aydınlıq gətirmək mqsədilə 27 dekabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısına gələn Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sükanı arxasında oturduğunu görüb, sonuncuya yaxınlaşaraq avtomobilin şüşəsini aşağı salmasını istəmiş, Zərərçəkmiş şəxs avtomobilin şüşəsini aşağı saldıqdan sonra aralarında qeyd olunan mülki mübahisə ilə bağlı şəxsi münasibətlərin pozulması zəminində yaranmış müabahisə zamanı qəsdən əli ilə sonuncunun üz nahiyəsinə bir dəfə vuraraq sonuncuya sol almacıq nahiyəsinin hematoması ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanı 1997-ci il tarixdən anası X13 məxsus olmuşdur və hazırda həmin ünvanda yaşayır. Anası Ninanın əvvəllər Zərərçəkmiş şəxs ilə yaxşı münasibətləri olmuşdur. Bildiyinə görə Zərərçəkmiş şəxs anasına məxsus həmin mənzili aldatma yolu ilə almışdır. Qeyd etdiyi mənzil mülki mübahisə predmeti olaraq bununla bağlı hazırda Səbail rayon məhkəməsində araşdırma aparılır. Bu səbəbdən Samirə mütəmadi olaraq onların yaşadığı evin yaxınlığına gəlib həmin ətrafda dolandığı üçün, bu anasına və ona psixoloji təsir edir. Anası bu haldan narahat olduğu üçün o, məcburi olaraq anası ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında Samirənin özünə məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib dayanmasını görmüşdür. O, Samirənin avtomobilinə sürücü tərəfdən yaxınlaşıb, avtomobilin ön sol qapısının şüşəsinə cüzi toxunaraq işarə etmişdir ki, pəncərəni açsın. Samirə pəncərəni aşağı endirən zaman yaşadığı binanın qarşısında dayanmasının səbəbini soruşmuşdur. Həmin vaxt Samirə düz etdiyini ona deyərək ucadan qışqırmışdır. O, artıq söz-söhbət olmasın deyə məhkəmədə işlərinin olmasını Samirəyə xatırladıb, oradan ayrılaraq yaşadığı mənzilə getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Samirə onun barəsində Səbail RPİ-nin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Samirə ilə onun arasında mübahisə olmamışdır. O, Samirənin avtomobilinə yaxınlaşıb pəncərəni aşağı etməsini xahiş edib, nə üçün orada dayanmasını soruşduğu zaman Samirə ona yaxşı etdiyini bildirmiş və uca səslə qışqırmışdır. O, Samirəyə yaxınlaşıb binanın qarşısına gəlib kimi güdməsini və nə istəməsini soruşmuş və işlərinin məhkəmədə baxılmasını xatırladıb çıxıb getmişdir. Həmin vaxt onun əlində hər hansı bir əşya və ya predmet olmamış və o, Samirənin avtomobilinə ümumiyyətlə vurub zərər yetirməmişdir. Samirənin almış olduğu xəsarətlər barədə onun heç bir məlumatı yoxdur. Həmin xəsarətləri o, Samirəyə yetirməmişdir. Samirənin həmin xəsarətləri harada və hansı şəraitdə almasını bilmir. Samirə ilə onun arasında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. Lakin Samirə anasına məxsus mənzili aldatma yolu ilə aldığı üçün mülki məsələ ilə bağlı Səbail rayon məhkəməsində araşdırma aparılır. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, nə Zərərçəkmiş şəxs, nə də onun avtomobilinə heç bir xəsarət yetirmədiyini bildirərək, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci il tarixdən Şahid1 ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. 2022-ci ilin fevral ayında ünvan 1 ünvanını özü üçün tanışlıqla Nina Maqaldadzedən almışdır. O, həmin ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Həmin mənzildə hazırda Nina Maqaldadze yaşayır. Ninanın oğlu Təqsirləndirilən şəxs isə anasının yaşadığı ünvana yaxın ünvanda yaşayır. Təxminən 7-8 aydır ki, o, həmin mənzilin pulunu tam şəkildə Ninaya verməyinə baxmayaraq Nina həmin mənzili tərk etmir ki, o, həmin mənzilə köçsün. Bununla bağlı onun ərizəsi əsasında Bakı şəhəri Səbail rayon məhkəməsində araşdırma aparılsa da, yekun qərar qəbul olunmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında özünə məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında oturub həyat yoldaşı Zöhrabın gəlməsini gözləyirmiş. Həmin vaxt Ninanın oğlu Serqey avtomobilin sol yan hissəsinə yaxınlaşaraq onu çağırmışdır. O, avtomobildən enməyərək avtomobilin ön sol qapısının şüşəsini aşağı endirmişdir. Bu vaxt Serqey əli ilə onun üz nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Serqey onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt o, avtomobildə tək olduğu üçün Serqeyə cavab verməmiş və Serqey çıxıb getmişdir. Serqey ondan uzaqlaşarkən əlində olan, görmədiyi hər-hansı bir əşya ilə ona məxsus həmin avtomobilin arxa sol qapısına vurub maddi zərər yetirmişdir. Belə ki, avtomobilin arxa sol qapısı cızılmış və batıq yaranmışdır. Bundan sonra həyat yoldaşı Zöhrab onun yanına gəlmişdir. Belə ki, Serqeyin onu vurub xəsarət yetirməsini həyat yoldaşı Zöhrab da kənardan görmüşdür. Lakin əlavə mübahisə yaranmasın deyə Zöhrab Serqeyi çağırmamış və arxasınca getməmişdir. Serqey onu vurduqdan sonra o, avtomobildən düşüb avtomobilinə nəzər yetirdikdə avtomoblinin arxa sol qapısının cızılmasını və batmasını görmüşdür. Serqeyin ona məxsus avtomobilə zərər yetirməsi nəticəsində ona təxminən 4.651,75 (dörd min altı yüz əlli bir manat 75 qəpik) manat maddi ziyan dəymişdir. Həmin ərəfədə yoldən keçən iki nəfər şəxsin hadisənin şahidi olmalarını görmüşdür. Buna görə həyat yoldaşı Zöhrab və o, həmin şəxslərə yaxınlaşıb hadisənin şahidi olub-olmadıqlarını soruşmuşlar. Həmin şəxslər, yəni Elçin və Vüqar adlı şəxslər mübahisənin şahidi olduqlarını bildirmişlər və bununla bağlı lazım olarsa Polis Bölməsinə izahat verə biləcəklərini bildirmişlər. Onların xahişi ilə Elçin və Vüqar adlı şəxslər öz istifadələrində olan mobil nömrələri onlara bildirmişlər. Hadisə ilə bağlı o, ilkin olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və həmin gün Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Viktoriç heç bir səbəb olmadan onu vurub xəsarət yetirmiş, həmçinin ona məxsus avtomobilə maddi zərər yetirmişdir. Təqsirləndirilən şəxs Viktoriç Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında onun özünə məxsus avtomobildə sükan arxasında oturmuş vəziyyətdə üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmiş və mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Mübahisə vaxtı orada sonradan adlarını bildiyi Elçin və Vüqar adlı şəxslər olmuşdur. Məhkəmə-tibbi ekspertizasının ekspert rəyində qeyd olunan bədəni üzərində müəyyən edilmiş sol almacıq nahiyəsinin hematoması xəsarətini 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında üz nahiyəsinə yumruqla bir dəfə vuraraq yetirmişdir. 2022-ci ilin fevral ayında ünvan 1 ünvanını özü üçün tanışlıqla Nina Maqaldadzedən almışdır. Serqey də Ninanın oğludur. O, həmin mənzilin pulunu tam şəkildə Ninaya verməyinə baxmayaraq Nina həmin mənzili tərk etmir ki, o, həmin mənzilə köçsün. Lakin buna baxmayaraq Nina və oğlu Serqey ilə o, düşmənçilik və ədavət aparmır. Ninanın ona məxsus mənzildən çıxmamasına baxmayaraq o, qanuni şəkildə Səbail rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 4.651,75 manat maddi ziyan dəyməsini və bununla bağlı məhkəməyə mülki iddia təqdim etdiyini və həmin mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdən hazırkı tarixə kimi Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ünvan 1 ünvanını özü üçün tanışlıqla Nina Maqaldadzedən almışdır. Samirə həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Həmin mənzildə hazırda Nina Maqaldadze yaşayır. Ninanın oğlu Təqsirləndirilən şəxs isə anasının yaşadığı ünvana yaxın ünvanda yaşayır. Təxminən 7-8 aydır ki, Samirə həmin mənzilin pulunu tam şəkildə Ninaya verməsinə baxmayaraq Nina həmin mənzili tərk etmir ki, Samirə həmin mənzilə köçsün. Bununla bağlı Samirənin ərizəsi əsasında Bakı şəhəri Səbail rayon məhkəməsində araşdırma aparılsa da, yekun qərar qəbul olunmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Samirə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında özünə məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında oturub onu gözləyirmiş. O, həmin ünvana Samirə ilə görüşmək üçün gedərkən Ninanın oğlu Serqeyin Samirəyə məxsus avtomobilin sol yan hissəsinə yaxınlaşaraq əli ilə Samirənin üz nahiyəsindən yumruqla vurmasının şahidi olmuşdur. Serqey Samirənin avtomobilindən uzaqlaşarkən əli ilə Samirəyə məxsus avtomobilin arxa sol qapısına vurub maddi zərər yetirmişdir. Bundan sonra o, Samirəyə yaxınlaşmışdır. Lakin mübahisə yaranmasın deyə o, Serqeyi çağırmamışdır və arxasınca getməmişdir. Samirə avtomobildən düşdükdən sonra o, Samirə ilə birlikdə avtomobilinə nəzər yetirdikdə avtomoblinin arxa sol qapısının cızılmasını və batmasını görmüşdür. Serqeyin Samirəyə məxsus avtomobilə zərər yetirməsi nəticəsində Samirəyə təxminən 4.651,75 (dörd min altı yüz əlli bir manat 75 qəpik) manat maddi ziyan dəymişdir. Həmin ərəfədə yoldən keçən iki nəfər şəxsin hadisənin şahidi olmalarını görmüşdür. Buna görə Samirə və o, həmin şəxslərə yaxınlaşıb hadisənin şahidi olub-olmadıqlarını soruşmuşdur. Həmin şəxslər, yəni Elçin və Vüqar adlı şəxslər mübahisənin şahidi olduqlarını bildirmişlər və bununla bağlı lazım olarsa Polis Bölməsinə izahat verə biləcəklərini bildirmişlər. Onların xahişi ilə Elçin və Vüqar adlı şəxslər öz istifadələrində olan mobil nömrələri bildirmişlər. Hadisə ilə bağlı Samirə ilkin olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və həmin gün Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada Elçin və Vüqar adlı şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, tanışı Şahid3 ilə birlikdə özünə məxsus “Vaz 2107” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısından keçərkən istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs Viktorviçin istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf yaxınlaşmasını, həmin avtomobilin ön sol qapısını yumruqla vurmasını və avtomobildə ön sol tərəfdə, yəni sükan arxasında əyləşmiş vəziyyətdə olan Samirənin üz nahiyəsinə yumruqla vurmasının şahidi olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Əlizadə X11 həyat yoldaşıdır. Hadisə vaxtı avtomobil yolunda sıxlıq yaranmışdır. Həmin vaxt Samirə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs Viktorviç tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin vaxt tanışı Vüqar və o, həmin hadisənin şahidi olduqları üçün Samirə və Zöhrab ona və Vüqara yaxınlaşıb onlardan mübahisənin şahidi olub-olmadıqlarını soruşmuşlar. Vüqar və o, həmin hadisənin şahidi olduqlarını bildirmişlər. Bu səbəbdən Zöhrab və Samirə onlardan əlaqə nömrələrini öyrənmişdir ki, baş vermiş hadisəni polisdə təsdiq edərək izahat versinlər. Vüqar və o, etiraz etməyərək öz mobil nömrələrini söyləmişlər. Hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada Vüqar və ondan başqa da bir neçə şəxs olsa da o, həmin şəxsləri tanımır. Həmin vaxt Serqey orada tək olmuş, yanında heç kim olmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında olan zaman Şahid7, X18 və Şahid6 Bəhram oğlunun orada olmalarını görməmişdir. Belə ki, həmin vaxt Vüqar ilə ondan başqa heç kim olmamışdır. Həmin tarixdə onun üzrərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, tanışı Şahid2 ilə birlikdə Elçinə məxsus “Vaz 2107” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısından keçərkən istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf yaxınlaşmasını, həmin avtomobilin ön sol qapısını yumruqla vurmasını və avtomobildə ön sol tərəfdə, yəni sükan arxasında əyləşmiş vəziyyətdə olan Samirənin üz nahiyəsinə yumruqla vurmasının şahidi olmuşdur. Hadisə vaxtı avtomobil yolunda sıxlıq yaranmışdır. Həmin vaxt Samirə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Elçin və o həmin hadisənin şahidi olduqları üçün Samirə və həyat yoldaşı olan istintaq zamanı adını bildiyi Şahid1 ona və Elçinə yaxınlaşıb mübahisənin şahidi olub olmadıqlarını soruşmuşlar. Elçin və o həmin hadisənin şahidi olduqlarını bildirmişlər. Bu səbəbdən Zöhrab və Samirə onlardan əlaqə nömrələrini öyrənmişdir ki, baş vermiş hadisəni polisdə təsdiq edərək izahat versinlər. Elçin və o etiraz etməyərək öz mobil nömrələrini söyləmişlər. Hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada Elçin və ondan başqa da bir neçə şəxs olsa da, o, həmin şəxsləri tanımır. Həmin vaxt Serqey orada tək olmuş, yanında heç kim olmamışdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı binanın qarşısında olan zaman Şahid7, X18 və Şahid6 Bəhram oğlunun orada olmalarını görməmişdir. Belə ki, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Həmin tarixdə onun üzrəində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, onun əsl adı Şahid4 olsa da, tanışları onu Lora kimi də çağırır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 21-22 radələrində, yəni saatını dəqiq xatırlamadığı vaxtda o Xanlar küçəsi 24 saylı binada yaşayan Təqsirləndirilən şəxs Xanlar küçəsi 24 saylı binanın 2-ci və 3-cü blokunun qarşısında dayanmış cip markalı avtomobilə yaxınlaşmasını görmüş, həmin avtomobildə tanımadığı bir nəfər qadın əyləşmişdir. Serqey həmin qadına yaxınlaşıb söhbət edirmiş. Serqey həmin qadınla təxminən 1-2 dəqiqə söhbət etdikdən sonra bloka daxil olduğunu görmüşdür. Serqey bloka daxil olan zaman Serqeyin qardaşı olan Alek kimi tanıdığı Əlirza adlı şəxs blokda dayanıb siqaret çəkirmiş. Lakin Serqey bloka daxil olarkən qardaşı ilə görüşməmişdir. Serqeyin avtomobilə yaxınlaşmasını və tanımadığı qadınla söhbət etməsini təxminən 2-3 metr məsafədən görmüşdür. Lakin o, Serqeyin həmin qadını vurmasının şahidi olmamışdır. Qeyd olunan avtomobil binanın qarşısında beton səkinin yanında dayanan avtomobillərin yanında Xanlar küçəsi 24 saylı binanın 2-ci və 3-cü blokunun orta hissəsinin qarşısında dayanmışdır.Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt onun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ilkin və əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 24 saylı yaşayış binasının təxminən 1-ci və ya 4-cü blokunda Serqeylə dayandığı zaman, Serqey ona 1-2 dəqiqə gözləməyini bildirib, ondan uzaqlaşıb Xanlar küçəsi 24 saylı yaşayış binasının təxminən 3-cü və ya 4-cü blokun qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz G” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfinə tərəf yaxınlaşmışdır. Serqey əli ilə işarə edib Samirəyə şüşəni aşağı etməsini xahiş etmişdir. Samirə də təxminən 20 sm şüşəni aşağı etmişdir. Serqey Samirə ilə təxminən 1-2 dəqiqə sakit tərzdə söhbət edərək yanına qayıtmışdır. Həmin vaxt o, blokda dayanıb siqaret çəkirmiş, Serqey isə evə girmişdir. Həmin vaxt orada heç bir mübahisə olmamışdır. Samirə və Serqeyin arasında heç bir mübahisə baş verməmişdir. O, həmin vaxt blokda dayanıb siqaret çəkdiyi üçün Şahid7 və X9 oradan keçmələrini və Şahid6 Bəhram oğlunun yaşadığı mənzilin eyvanından baxmasını görmüş və sonradan bu barədə qardaşı Serqeyə demişdir. Qardaşı Serqeyin yuxarıda qeyd olunan şəxsləri görübgörmədiyini o, bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6 il olar ki, onunla qoşuluqda yaşadığından tanıyır. Həsənov X17 qardaşıdır. 27 dekabr 2022-ci il tarixdə, təxminən 22-23 radələrində o, yaşadığı evə getmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 24 yaşayış binanın qarşısından tək keçərkən binanın axırdan birinci blokunun qarşısında Serqeyin qadaşı Əlirza ilə görüşüb şifahi salamlaşıb yaşadığı mənzilə getmişdir. Onun yaşadığı mənzil həmin binanın 2-ci mərtəbəsində yerləşir. O, əynini dəyişib, bir stəkan su içib, siqaret çəkmək məqsədilə yaşadığı mənzilin eyvanına çıxmışdır. O, eyvanın pəncərəsini açıb siqaret çəkərkən, pəncərədən sol tərəfdə təxminən 10 metr məsafədə dayanmış, dövlət qeydiyyat nişanına fikir vermədiyi, tünd qara və ya boz rəngli ”Mercedes Benz G” markalı avtomobilin ön sol tərəfində, sürücü tərəfdə Serqeyin dayanıb kimləsə söhbət etməsinin şahidi olmuşdur. Lakin o, həmin vaxt avtomobildə əyləşən şəxsi görməmiş, həmin şəxsin kişi və ya qadın olmasını görməmişdir. O, təxminən 1-2 dəqiqə pəncərədən baxaraq siqaret çəkmiş və siqareti çəkib qurtardıqdan sonra pəncərəni bağlayarkən Serqeyin həmin avtomobildən ayrıldığını görmüşdür. Serqeyin avtomobilin arxa tərəfinə doğru getməsini görmüş, lakin Serqeyi izləmədiyi üçün dəqiqə olaraq hara getməsini görməmişdir. Serqey onun pəncərədən baxmağını görməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan avtomobildə əyləşən şəxsi vurmasının şahidi olmamışdır. Həmin vaxt qeyd olunan avtomobilin yanından keçən şəxslər olsa da, onun tanıdığı şəxslərin oradan keçməsini o, görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, X10 və onun anası Ninanı qonşuluqdan tanıyır. O həmin ərazidə dərzi kimi fəaliyyət göstərir. Sergey və anası Nina onun müştəriləridir. Şahid1 və Zərərçəkmiş şəxs isə tanımır. Hadisə vaxtı axşam saat 9 radələri idi. Ətrafda işıqlandırma var idi. Zərərçəkmiş şəxsın idarə etdiyi avtomobil üzü şəhər istiqamətində dayanmışdı. Zərərçəkmiş şəxs sükan arxasında əyləşmişdir. O isə həmin avtomobilin qarşısına tərəf hərəkət edirdi. Bu zaman görmüşdür ki, Sergey Maqaldadze, Zərərçəkmiş şəxsın idarə etdiyi avtomobilə yaxınlaşdı, 2-3 saniyə nəsə dedi və geri qayıdaraq binaya daxil oldu. Onunla Sergey arasında məsafə yaxın idi. Sergeyin xanımı vurmağını görməmişdir. Ətrafda heç kim yox idi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X21 “xx.xx.2022-ci il tarixli 924 nömrəli ekspert rəyindən” görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol almacıq nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, 27 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə əl ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə keçirilmiş 03 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokollarından görünür ki: Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs onu vurmasını və avtomobilinə maddi ziyan yetirməsini sonuncunun üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmamışdır. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını və avtomobilinə maddi ziyan yetirməsini və bu hadisəni özünün görməsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmamışdır. Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını və avtomobilinə maddi ziyan yetirməsini və bu hadisəni özünün görməsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmamışdır. Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid3, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını və avtomobilinə maddi ziyan yetirməsini və bu hadisəni özünün görməsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmamışdır. 02 aprel 2023-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha əyani şəkildə göstərmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKC/LGL-3970/23 saylı məktuba və həmin məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı diskə baxış keçirilən zaman müəyyən edilmişdir: iş üzrə şahid qismində dindirilmiş Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə, saat 21:31-də, saat 21:32-də, saat 21:33-də, saat 21:34-də, ünvan 2 ünvanında, saat 21:51-də ünvan 3:57-də ünvan 4at 22:58-də ünvan 5ə dairəsində olması müəyyən edilmişdir. “Azerfon” LLC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-2454/23 saylı məktuba və həmin məktuba əlavə olunmuş 01 vərəqədən ibərət “müştəri zənglərinin detallaşdırılması” sənədinə baxış keçirilərək müəyyən edilmişdir ki, Şahid6 Bəhram oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Azerfon şəbəkəsində istifadə olunmamışdır. Bundan başqa X9 istifadə olmuş 070- ***-**-** saylı mobil nömrənin əhatə dairəsinin xx.xx.2022-ci il, saat 21:31, 21:32 və 21:36-da Bakı şəhəri, Səbail rayonu, Əlbəyov qardaşları küçəsində qeydə alınması müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 8976 saylı məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin ünvan 6 ünvanında əhatə dairəsində olması, iş üzrə şahid qismində dindirilmiş Şahid2 məxsus ***- ***-**-** saylı mobil nömrənin Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 20 ünvanında əhatə dairəsində olması, iş üzrə şahid qismində dindirilmiş Şahid7 məxsus ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 21:27:14-də Qaradağ rayonu, Ələt- Salyan-Astara yolu 17-ci km-də, saat 21:31:24-də, 21:32:28-də, 21:36:22-də, 22:25:04-də, 22:37:45-də və 22:43:06-da Şıxovda, saat 22:48:58-də Bayıl qəsəbəsi, F.Nemanzadə küçəsində, saat 22:50:18-də isə Bibiheybət qəsəbəsində anten əhatə dairəsində olması müəyyən edilmişdir. Bundan başqa saat 21:31:24, saat 21:32:28 və 21:36:22-də Şəfər İsmayılovanın istifadəsində olan 050-415- 29-33 saylı mobil nömrədən Lotvina Larisanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmağı, 35, 103 və 73 saniyə telefon danışı aparılması müəyyən edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, təqsirləndirilən şəxs X3 himayəsində 10 iyul 2018-ci il təvəllüdlü X15 adlı oğlu və 18 avqust 2014-cü il təvəllüdlü X16 adlı qızı vardır. “X19” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, müştəri Zərərçəkmiş şəxs şikayəti əsasında ona məxsus ** NA *** dövlət qeydiyyat nişanlı Mercedes G55 AMG markalı avtomobilin arxa sol qapısının dəyişdirilməsi ilə bağlı təmir xərcləri ümumilikdə 4651.75 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində TŞ 1-112 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli arxiv görüntülərinin saxlanılma müddəti bitmişdir (1ay). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 17 may 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbayan Respiublikası DİN-in BƏSİİ-dən alınmış “məhkumluq haqqında arayışdan” görünür ki, X3 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsini, məhkəmə istintaqı zamanı elan olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4 və 59.2ci maddələrinə əsasən təqsirləndirilən şəxs X3 himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs “mülki iddiaçı qismində tanınma haqqında” ərizə və “maddi zərərin tutulmasə barədə” iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirləndirilən şəxs X3 cinayət əməlləri nəticəsində ona maddi ziyan dəydiyini və bu səbəbdən mülki iddiaçı qismində tanınması barədə müvafiq qərar qəbul edilməsini daha sonra isə sözü gedən cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən onun avtomobilinə dəymiş 4.651,75 manat maddi ziyanın təqsirləndirilən şəxs X2 tutularaq ona verilməsi haqqında qərar qəbul olunmasının xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iddia əsaslı olduğundan Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmalı və onun tərəfindən verilmiş iddia ərizəsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X5 qarşı onun tərəfindən vurulmuş maddi ziyan həcmində ziyanın ödənilməsi tələbinə dair mülki iddiası zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın vurulması ilə əlaqədar verilmişdir. “X19” MMC tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli çıxarışdan görünür ki, müştəri Zərərçəkmiş şəxs şikayəti əsasında ona məxsus ** NA *** dövlət qeydiyyat nişanlı Mercedes G55 AMG markalı avtomobilin arxa sol qapısının dəyişdirilməsi ilə bağlı təmir xərcləri ümumilikdə 4651.75 manat müəyyən edilmişdir. Həmçinin ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs X6 tərəfindən vurulan ziyan məbləği 4651.75 manatın ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X5 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmk haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs təqsirləndirilən X5 qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs X2 4651.75 (dörd min altı yüz əlli bir manat, yetmiş beş qəpik) maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-229/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-229/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver