Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-23/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Cəlal oğlunun və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1980-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3anında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cəlal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqçılıq su obyektində olduğu müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 3.3-cü hissəsinin tələblərini pozaraq, yəni balıqçılıq su obyektində olduqları müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutmaq məqsədi ilə 13 may 2021-ci il tarixdə saat 07:00-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıqdan istifadə etməklə Xəzər dənizinə girib özləri ilə gətirdikləri 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar vasitəsilə 13 may 2021-ci il saat 16:00-dək olan müddət ərzində ümumilikdə 30 kiloqram çəkidə hər biri 33 manat olmaqla 59 ədəd kütüm və hər biri 11 manat olmaqla 13 ədəd külmə balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 2090 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 16:00-da sahilə çıxarkən X18 İdarəsinin Cinayət-axtarış bölməsi və Abşeron X15 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılmış, baxış zamanı onlardan 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq, 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar, 59 ədəd kütüm və 13 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 Cəlal oğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqçılıq su obyektində olduğu müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 3.3-cü hissəsinin tələblərini pozaraq, yəni balıqçılıq su obyektində olduqları müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutmaq məqsədi ilə 13 may 2021-ci il tarixdə saat 07:00-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıqla Xəzər dənizinə girib özləri ilə gətirdikləri 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlardan istifadə edərək 13 may 2021-ci il saat 16:00-dək olan müddət ərzində ümumilikdə 30 kiloqram çəkidə hər biri 33 manat olmaqla 59 ədəd kütüm və hər biri 11 manat olmaqla 13 ədəd külmə balıqlarım qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 2090 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 16:00-da sahilə çıxarkən X18 İdarəsinin Cinayət-axtarış bölməsi və Abşeron X15 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılmış, baxış zamanı onlardan 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq, 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar, 59 ədəd kütüm və 13 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fəhləliklə məşğul olur. İş olmadıqda həvəskar balıqçılıqla məşğul olur. Təxminən ayda 1-2 dəfə balıq tutmaq üçün Xəzər dənizinə gedir. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur və o hərdən onunla birgə balıq tutmaq üçün gedir. 12 may 2021-ci il tarixdə əmisi oğlu Raziyə zəng etmiş və Ramazan Bayramı ilə əlaqədar zəkat günü olduğu üçün onunla birlikdə balıq tutmağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır.13 may 2021-ci il tarixdə saat 07:00-da əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər. Dövlət Sərhəd Xidməti tərəfindən ona məxsus özüüzən nəqliyyat vasitəsi yoxlanıldıqdan sonra Xəzər dənizi sularına daxil olmaq üçün müvafiq icazə verilmişdir. Ona məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıqdan istifadə edərək dənizə çıxıb orada özləri götürdükləri 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlardan istifadə edərək balıq tutmağa başlamışlar. Həmin tilovlardan 2 ədədi ona, bir ədədi isə əmisi oğlu Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. Bir qayıqda olsalar da onlar hər biri ayrı-ayrılıqda özləri üçün balıq tutmuşlar. 13 may 2021-ci il tarixdə saat 16:00-dək o 9 ədəd külmə və 44 ədəd kütüm, Təqsirləndirilən şəxs2 isə 4 ədəd külmə və 15 ədəd kütüm balıqlarını tutmuşdur. Onun 53 ədəd balıq tutması təsadüfən alınmışdır, çünki adətən çox balıq olmamış və balıq tutmaq üçün getdikdə 5-6 ədəd balıq tuturdu. Törətdiyi əməlin cinayət məsuliyyətinə əsas olduğu brədə məlumatı olmamışdır. Həmin tarixdə, saat 16:00-da sahilə çıxarkən polis əməkdaşları onu çağırmış və onlara yaxınlaşmışdır. X18 İdarəsinin Cinayət-axtarış bölməsinin və Abşeron X15 əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. O polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində tilov ilə balıq tutduqlarından həvəskar balıq ovu ilə məşğul olurmuş və bu səbəbdən balıqovlama bileti almamış, balıqçılıq su obyektində olduğu müddət ərzində 5 kiloqramdan çox balıq tutmağın qadağan edildiyini bilməmişdir. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdikləri rezin qayığa dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirərkən qayığın içərisində olan 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar və onun tutduğu ümumi çəkisi 24 kq olan 44 ədəd kütüm və 9 ədəd külmə balıqlarını və Razinin tutduğu ümumi çəkisi 6,00 kq olan 15 ədəd kütüm və 4 ədəd külmə balıqları aşkar edilmişdir. Onun tutduğu balıqlar tərəzi ilə ayrıca çəkilmiş, Razinin də balıqları ayrıca çəkilmişdir. Özünü ona görə qismən təqsirli bilirki, qabaqcan heç kimlə əlbir olmamış sadəcə balıq tutmaq üçün getmişdir. Balıqları satmaq məqsədilə tutmamış, özüüçün tutmuşdur. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fəhləliklə məşğul olur. Hərdən əmisi oğlu Təqsirləndirilən şəxs1la balıq tutmaq üçün Xəzər dənizinə gedir. 13 may 2021-ci il tarixdə saat 07:00-da əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və Təqsirləndirilən şəxs1 məxsus rezin qayıqdan istifadə edərək dənizə çıxıb orada özləri ilə götürdükləri 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlardan istifadə edərək balıq tutmağa başlamışlar. Həmin tilovlardan 1 ədədi ona, 2 ədədi isə əmisi oğlu Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. 13 may 2021-ci il tarixdə saat 16:00-dək Təqsirləndirilən şəxs2 9 ədəd külmə və 44 ədəd kütüm, o isə 4 ədəd külmə və 15 ədəd kütüm balıqları tutmuşdur. Həmin tarixdə saat 16:00-da sahilə çıxarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. X18 İdarəsinin Cinayət axtarışı bölməsinin və Abşeron X15 əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Balıqçılıq su obyektində olduqları müddət ərzində 5 kiloqramdan çox balıq tutmağın qadağan edildiyini bilməmişdir. Polis əməkdaşları rezin qayığa dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirərkən qayığın içərisində olan 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar və və onun tutduğu ümumi çəkisi 6,00 kq olan 15 ədəd kütüm və 4 ədəd külmə balıqlarını və Aruzun tutduğu ümumi çəkisi 24,00 kq olan 44 ədəd kütüm və 9 ədəd külmə balıqları aşkar edilmişdir. Onun tutduğu balıqlar tərəzi ilə ayrıca çəkilmiş, Razinin də balıqları ayrıca çəkilmişdir. Bir qayıqda olsalar da onlar hər biri ayrı-ayrılıqda özləri üçün balıq tutmuşlar. Özünü təqsirli bilmir, qabaqcan heç kimlə əlbir olmamış, sadəcə Ramazan Bayramı ilə əlaqədar zəkat günündə balıq tutmaq üçün getmişdir. Balıqları satmaq məqsədilə tutmamış, özü üçün tutmuşdur. Təqsirləndirilən şəxs2 himayəsində altı azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X25 ifadəsində göstərmişdir ki, 13 may 2021-ci il tarixdə Səfərov X17 rayonu, Bibbiheybət qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutumaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresuslarının sənaye ovu Qaydaları”nın tələbləri pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs2 15 ədəd kütüm və 4 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 44 ədəd kütüm və 9 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə əsasən hesablanır. Təqsirləndirilən şəxs2 tərəfindən 15 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan 495 manat, 4 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan 44 manat, balıq ehtiyatlarına vurulan ziyan 539 manat təşkil edir. Təqsirləndirilən şəxs1 tərəfindən 44 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan 1452 manat, 9 ədəd külmə balığının qanunsuz tutulası ilə vurulan ziyan 99 manat, balıq ehtiyatlarına vurulan ziyan 1551 manat təşkil edir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresuslarının sənaye ovu “Qaydaları”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 23.06.2016-cı il tarixli 962 nömrəli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”yə əsasən Təqsirləndirilən şəxs2 qarşı 539 manat, Təqsirləndirilən şəxs1 qarşı 1551 manat məbləğində mülki iddia qaldırılmışdır. Mülki iddiaların təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X18 İdarəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 13 may 2021-ci il tarixdə saat 16 radələrində X18 İdarəsinin Abşeron X15 və Cinayət axtarışı bölməsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 ona məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən ilə və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seiyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq, 2 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar və həmin tilovlar vasitəsi ilə qanunsuz tutduqları ümumi çəkisi 24,00 kq olan 44 ədəd kütüm və 9 ədəd külmə balıqları, Təqsirləndirilən şəxs2 isə 1 ədəd ucuna 2 ədəd qarmaq bağlanmış tilov və həmin tilov vasitəsi ilə tutduqları ümumi çəkisi 6,00 kq olan 15 ədəd kütüm və 4 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah etmişlər ki, onların balıqovlama biletləri yoxdur, onlar həvəskar balıq ovu ilə məşğul olurlar və balıqçılıq su obyektində olduqları müddətdə 5 kiloqramdan artıq balıq tutmağın qadağan olduğunu bilməmişlər. Həmin balıqları 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizindən 59 ədəd kütüm və 13 ədəd tutmuşlar. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə və onların tutduqları balıqlara baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək tədbir iştirakçıları və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş X18 İdarəsinin Cinayət axtarışı bölməsinin rəisi Şahid4 və Şahid6 Şahid3 ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş üzrə şahid Abşeron X15 polis nəfərləri Şahid5 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Abşeron X15 polis nəfərləri Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 13 may 2021-ci il tarixdə X18 İdarəsinin Abşeron X15 və Cinayət- axtarış bölməsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar olaraq hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan şəxsiyyətləri sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs2 1 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilov, ümumi çəkisi 6,00 kq olan 15 ədəd kütüm və 4 ədəd külmə balıqları, Təqsirləndirilən şəxs1 isə 1 ədəd “Yamaha-2” markalı rezin qayıq, 2 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar, ümumi çəkisi 24,00 kq olan 44 ədəd kütüm və 9 ədəd külmə balıqları aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadə etdiyi balıqovlama vasitələri və tutduqları balıqlar X18 İdarəsinin Abşeron X15 və Cinayət- axtarış bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. 13 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən 13 may 2021-ci il tarixdə saat 16:00-da X18 İdarəsinin Abşeron X15 və Cinayət- axtarış bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs1 1 ədəd “Yamaha 2” asma mühərriki ilə təhciz edilmiş, bort nömrəsi 1611 olan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd hava üfürən, 2 ədəd hər birinin ucunda 2 ədəd qarmaq bağlanmış tilov, ümumi çəkisi 24 kiloqram olan 44 ədəd kütüm və 9 ədəd külmə balıqları, Təqsirləndirilən şəxs2 1 ədəd hər birinin ucunda 2 ədəd qarmaq bağlanmış tilov, ümumi çəkisi 6 kq olan 15 ədəd kütüm və 4 ədəd külmə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Baxış protokoluna əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 utuduğu balıqların və Təqsirləndirilən şəxs2 tutduğu balıqların şəkilləri ayrı-ayırlıqda çəkilmişdir. Şəkillərdə Təqsirləndirilən şəxs1 və Razı Səfərovun tutduğu balıqların sayı ayrı-ayrılıqda göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məsləhətçi müfəttişi X4 tərəfindən tərtib edilmiş rəyə əsasən 13.05.2021-ci il tarixdə X18 İdarəsinin Cinayət axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 təqdim etdiyi Təqsirləndirilən şəxs1 oğlundan götürülmüş 53 ədəd, Təqsirləndirilən şəxs2 götürülmüş 19 ədəd balıqlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 götürülmüş 53 ədəd balıqlar bioloji əlamətlərinə görə vətəqə əhəmiyyətli olmaqla 9 ədəd külmə və 44 ədəd kütüm, Təqsirləndirilən şəxs2 götürülmüş 19 ədəd balıqlar isə bioloji əlamətlərinə görə vətəqə əhəmiyyətli olmaqla 4 ədəd külmə və 15 ədəd kütüm balıqlarıdır. 13 may 2021-ci il tarixli qəbul aktına əsasən təqdim edilən ümumi çəkisi 24 kq olan 44 ədəd kütüm və 9 ədəd külmə, ümumi çəkisi 6 kq olan 15 ədəd kütüm, 4 ədəd külmə balıqları "xxxx" MMC-yə saxlanılması üçün verilmişdir. 13 may 2021-ci il tarixli qəbzə əsasən Təqsirləndirilən şəxs1 1 ədəd “Yamaha 2” asma mühərriki ilə təhciz edilmiş, bort nömrəsi 1611 olan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd hava üfürən, 2 ədəd hər birinin ucunda 2 ədəd qarmaq bağlanmış tilov, Təqsirləndirilən şəxs2 1 ədəd hər birinin ucunda 2 ədəd qarmaq bağlanmış tilov götürülərək X18 İdarəsinin X34 Məntəqəsinə saxlanılması üçün təhvil verilmişdir. 25 iyun 2021-ci il tarixdə X18 İdarəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 17 iyul 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərara əsasən 13 may 2021-ci il tarix Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd ******* zavod nömrəli “Yamaha 2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən ilə və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi saylıan RR-05 adlı rezin qayıq, 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar, 59 ədəd kütüm və 13 ədəd külmə balıqları maddi sübut kimi tanınmış, balıqların 13 may 2021-ci il tarixli qəbul aktına əsasən "xxxx" MMC-nin direktoru X5 təhvil verilməsi və həmçinin balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİ-nin Abşeron X15 rəisi X9 təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti tərəfindən verilmiş AA seriyalı 07701 nömrəli Gəmi biletindən görünür ki, 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən ilə və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seiyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq Təqsirləndirilən şəxs1 məxsusdur. 01 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 01 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 10 sentyabr 2021- ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 10 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 30 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfimdən mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin məktubuna əsasən 03.09.2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 balıq və digər su bioresurlarınm sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.05.2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından müəyyən olunur ki, 13 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 53 ədəd balıqlardan - 44 ədəd hər biri 33 manat olmaqla 1452 manat dəyərində kütüm, 9 ədəd hər biri 11 manat olmaqla 99 manat dəyərində külmə balıqlarıdır. Ümumilikdə 1551 manat təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.05.2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından müəyyən olunur ki, 13 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 oğlundan götürülmüş 19 ədəd balıqlardan - 15 ədəd hər biri 33 manat olmaqla 495 manat dəyərində kütüm, 4 ədəd hər biri 11 manat olmaqla 44 manat dəyərində külmə balıqlarıdır. Ümumilikdə 539 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov ibtidai istintaq dövründə mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən balıq ehtiyatlarına vurulan zərərə görə 1551 (bir min beş yüz əlli bir) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs1 tutularaq Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsini xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov ibtidai istintaq dövründə mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən balıq ehtiyatlarına vurulan zərərə görə 539 (beş yüz otuz doqquz) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs2 tutularaq Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 03.09.2021-ci il tarixli 4270 N°-li arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2009-cu il təvəllüdlü X12 və 2010- cu il təvəllüdlü X23 vardır. İş üzrə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyul 2021 -ci il tarixli 2900 N°-li məktubundan və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2005-ci il təvəllüdlü X13, 2008-ci il təvəllüdlü X6, 2017-ci il təvəllüdlü X14, 2006-cı il təvəllüdlü X10, 2007ci il təvəllüdlü X7, 2009-cu il təvəllüdlü X8 vardır. İş üzrə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 adma verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunması göstərilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08.07.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13.07.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08.07.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və X11 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqçılıq su obyektində olduğu müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurması ittihamı verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini araşdırmadan təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törədilməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət hadisəsi mövcud olsa da, Təqsirləndirilən şəxs1 və X16 bunu qabaqcadan əlbir olan bir qrup şəxs halında etməmişlər. Məcəllənin cinayətdə iştirakçılığın anlayışını nəzərdə tutan 31-ci maddəsinin mətnində deyilir: “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Göründüyü kimi, yeni mətndə “qəsd” əlaməti iki dəfə - həm “cinayət”, həm də “birgə” əlamətinin önündə işlədilməklə təkrar edilir. Qəsdən edilən cinayətlərdə şəxs əməlinin və ya onun nəticələrinin ictimai təhlükəli olmasını dərk edir, iradəvi cəhətdən ya bunları arzu edir, ya da bunlara şüurlu surətdə yol verir. Birgə kriminal fəaliyyət zamanı bir tərəfdən, hər bir iştirakçının yol verdiyi davranışın fərdi əlamətlər, əməli faktiki tərəfləri iştirakçıların şüuru ilə əhatə olunur, digər tərəfdən isə birlikdə törədilən əməlin ümumi obyektiv əlamətləri – birgə səylə törədilən ictimai təhlükəli nəticə dərk edilir. Cinayətdə iştirakçılığın digər obyektiv əlaməti cinayətdə iştirak edənlərin “birgə” iştirakı ilə bağlıdır. Cinayətin birgə edilməsi anlayışı aşağıdakı tərkib ünsürlərini nəzərdə tutur: - Cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçıların edəcəyi hərəkətə kömək etməlidir. - Bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməlidir - İştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Cinayətdə iştirakçılığın digər obyektiv əlaməti iki və ya daha çox şəxsin cinayətdə birgə iştirakıdır. Birgə kriminal fəaliyyətdə cinayətin iştirakçılarının səyi birləşir. Hər bir iştirakçı öz payına düşən icra etməklə başqa iştirakçıların həyata keçirəcəkləri fəaliyyətə az çox köməklik etmiş olur. Cinayətdə birgə iştirakçılıq hər bir iştirakçının hərəkətlərinin başqasının hərəkəti üçün şərt olmasını və bir birini tamamlamasını, kriminal əməlin, yaxud ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını; habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Birgə cinayətkar fəaliyyətdə iştirakçıların səyi birləşir, hər bir iştirakçı konkret cinayətdə öz payına düşəni icra edir, bununla da cinayətin başqa iştirakçılarının həyata keçirəcəkləri niyyətə az-çox köməklik etmiş olurlar. Burada iştirakçıların hər birinin hərəkəti heç də başqasının hərəkətini labüd olaraq doğuran amilə çevirmir. Məhkəmə təcrübəsində cinayətdə iştirakçılıq üçün şəxslərin hərəkətləri arasında obyektiv asılılıq o halda müəyyən edilmiş sayılır ki, iştirakçının hərəkətinin başqa iştirakçının hərəkətinə şərait yaratdığı sübut edilmiş olsun. Beləliklə iştirakçılıq üçün birgə hərəkət edən şəxslərin funksiyaları arasında asılılığı şərtləndirən xüsusiyyət xarakterikdir. Qarşılıqlı asılılıq dedikdə elə obyektiv asılılıq başa düşülür ki, iştirakçılardan birinin hərəkəti başqa iştirakçının əməlinin edilməsinə imkan yaradan şərait rolunu oynayır. Cinayət edilməsində birgə iştirakçılıq əlaməti ictimai təhlükəli nəticənin cinayətin iştirakçılarının hamısı üçün ümumi olmasını nəzərdə tutur. Birgə fəaliyyət adətən, iştirakçılıqda vahid obyekti ehtiva edir. CM-nin 31-ci maddəsinin ifadə etdiyi mənaya görə birgə kriminal fəaliyyət və ictimai təhlükəli nəticənin hamı üçün ümumi olmasını, eyni zamanda iştirakçıların hərəkətini faktiki bir hadisəyə bağlayır. İştirakçılıqla törədilən cinayətlərdə ictimai təhlükəli nəticə bütün birgə hərəkət edən şəxslərin səylərinin birliyi ilə əlaqədar olur. İştirakçıların hər birinin ayrılıqda götürülən hərəkəti ümumi kriminal niyyətlə bağlı olan nəticəni doğurmaq imkanına malik deyildir. Birgə fəaliyyətdən doğan nəticə ümumidir və bölünməzdir. Cinayətdə birgə iştirak etmə yalnız kriminal əməlin törədilməsinə yönələn fəaliyyət birliyini deyil, həm də birgə təqsirliliyi nəzərdə tutur. Buna görə də cinayətin iştirakçıları arasında ikitərəfli təqsirli əlaqənin müəyyən edilməsi tələbi qoyulur. Məhkəmə cinayətdə iştirak edən şəxsin əməlinin kriminal məqsədə nail olunmasında əhəmiyyətini, bele əməlin vurulan ziyanın xarakterinə və miqyasına təsiri nəzərə alınır. Cinayətdə iştirakçılığa görə məsuliyyət fərdi hərəkət edən və cinayət törədən şəxsin məsuliyyətinə bərabər tutulur. Cinayətin qabaqcadan əlbir olan dəstə -müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı olan iştirakçılıqdan biri bilavasitə cinayəti törədir, başqaları ona kömək edir. Mürəkkəb iştirakçılıqda cinayətin iştirakçıları müxtəlif vəzifələr yerinə yetirsə də, bunların hamısı nəticə etibarı ilə cinayətin icraçısının fəaliyyəti ilə yaxından, yaxud da uzaqdan rabitədə olur və iştirakçının cinayətdə birgə iştirakını yaradır. İştirakçılığın kriminal dəstə formasında üzvlər arasında birgə törədilməsinə dair əvvəlcədən razılıq olur. Razılıq adətən qəsd obyekti və cinayətin predmeti ilə bağlı olur. Azərbaycan Respuublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 256.3-cü maddəsində bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədilməsi nəzərdə tutur. Belə ki, qabaqcadan əlbir olma dedikdə iki və daha artıq şəxsin birgə cinayətin törətməsi üçün əməlin törədilməsinədək razılığa gəlməsi başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində), lakin hər bir halda cinayət əməlinin törədilməsinə bilavasitə yönəlmiş əvvəl əldə edilməlidir. Əks təqdirdə - razılıq cinayətin törədilməsi prosesində əldə olunduqda qabaqcadan əlbir olma əlaməti olmayacaqdır. Təhlil edilən tövsifedici əlamətin mövcud olması üçün daha bir mühüm şərt əməlin qabaqcadan əlbir olan ən azı iki icraçı tərəfindən (birgə icraçılıqla) törədilməsidir. Balıqları və başqa su heyvanlarını qanunsuz tutma dedikdə, bu prosesin həyata keçirilməsi zamanı şəxsin ova dair müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş ümumi qadağanları pozması, yaxud balıq və ya başqa su heyvanları tutma predmetini, həcmini, yerini, vaxtını və üsullarını müəyyən edən icazənin şərtlərini pozması başa düşülməlidir. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovu Qaydalarının” 9.4-cü bəndinə əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur və bu növ ov ödənişsizdir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən balıqçılıq su obyekti dedikdə balıq və digər su bioresurlarının ovlanması üçün istifadə edilən təbii və süni yaradılmış su hövzələri başa düşülür. “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna dair Tələblərinin” 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında balıq və digər su bioresurslarının idman və həvəskar ovuna bu Tələblərin 5-ci hissəsində göstərilən Xəzər dənizinin Şabran limanında 1 yanvar -15 iyun müddəti və Xəzər dənizinin X2 nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə 1 iyun - 20 iyul müddətləri istisna olmaqla Xəzər dənizində balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilir. Lakin həmin Tələblərin 3.3-cü bəndinə əsasən ovlanan balıq və digər su bioresurslarının miqdarına balıqçılıq su obyektində olduğu müddətdə 5 kq- dan çox olmayaraq məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovu Qaydalarının” 1.11-ci bəndinə əsasən balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2021-ci il tarixli, 128 nömrəli qərarına əsasən 01 ədəd kütüm balığının qanunsuz tutulması nəticəsində balıq ehtiyyatlarına dəymiş ziyan 33 manat, 01 ədəd külmə balığına görə 11 manat müəyyən edilmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmadan ibarət nəticə hər bir şəxsin hərəkətlərinin başqasının hərəkəti üçün şərt olması və bir birini tamamlaması, kriminal əməlin, yaxud ictimai təhlükəli nəticə hər iki şəxs üçün ümumi nəticə olmamışdır. Təqsirləndirilən şəxslər 13 may 2021-ci il tarixdə balıq tutmaq məqsədi ilə “Yamaha 2” markalı asma mühərrikli özüüzən nəqliyyat vasitəsi ilə Xəzər dənizinə daxil olmaları qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxslərin birlikdə “Yamaha 2” markalı asma mühərrikli özüüzən nəqliyyat vasitəsi ilə Xəzər dənizinə girmələri cinayətin törədilmə üsulunu təşkil edir. Azərbaycan Respublikası CM-nin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir.Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. İctimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericili obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. (cinayət işi səhifə 152). Məhkəmə həmçinin qeyd edir ki, 13 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolunda hər bir təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulmuş ziyan ayrıayrılıqda qeyd edilmiş, baxış keçirilməsi barədə protokola əlavə edilmiş fotocədvəldə onların tutduğu balıqlar birgə deyil, ayrı-ayrılıqda fotoları əlavə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iki mülki iddia verilmiş, dəymiş ziyanın müştərək qaydada birgə cavabdeh qismində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə ödənilməsi tələbi irəli sürülməmişdir. Əksinə hər bir şəxsin vurduğu ziyana müvafiq olaraq tutulması xahiş edilmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan razılaşmaqla yəni, 12 may 2021-ci il tarixdə razığa gəlmişlər ki, birlikdə 13 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizində Təqsirləndirilən şəxs1 məxsus “Yamaha-2” markalı rezin qayıqdan istifadə etməklə 3 ədəd tilov vasitəsilə balıq tutsunlar. Bu məqsəd ilə onların 13 may 2021-ci il tarixdə saat 07:00-dan saat 16:00-dək Xəzər dənizinə girib birlikdə qanunsuz balıq ovu ilə məşğul olmaları qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə dəlalət edən sübut kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin əvvəlcədən razılaşaraq balıq tutmaq üçün Xəzər dənizinə daxil olmaları qabaqcadan əlbir olan bir qrup şəxs olmasına dəlalət edən sübut deyil. Belə ki, şəxslərin Xəzər dənizi sularına daxil olmaları üçün müvafiq icazələri olmuş (dövlət Sərhəd Xidməti tərəfindən verilmiş icazə), həmçinin qanunvericiliklə onlara həvəskar balıqçı kimi 5 kq-dək balıq ovlamaq hüququ verilmişdir. Qeyd edilənlər cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi hesab olunmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən hərəkət (balıq tutmaq üçün Xəzər dənizi sularına daxil olma) oğurluq, soyğunçuluq və sair əməlləri kimi qadağan olunmuş ictimai təhlükəli əməl deyil. Şəxslər balıq tutmaq üçün Xəzər dənizinə daxil olduqda cinayətin törədilməsi əvvəlcədən planlaşdırılmamış, ümumiyyətlə hadisənin baş veribverməyəcəyi məlum olmamışdır. Belə ki, məhkəmə iclasında ifadə verərəkən təqsirləndirilən şəxs bu kimi halın ilk dəfə olduğunu, təsadüfən alındığını vurğulamış, daha əvvəllər 5-6 balıq tutduğunu bildirmişdir. Həmçinin təqsirləndirilən şəxslər tərəfindən tutulmuş balıqlar ümumi niyyət üçün deyil, hər biri ayrı-ayrılıqda özü üçün tutmuşlar. Təqsirləndirilən şəxs1 tərəfindən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurulması ilə cinayət hadisəsi başa çatmışdır. Verilmiş ittiham üzrə cinayətin obyektiv cəhəti bir nəfər tərəfindən, yəni Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş, həmçinin qabaqcadan razılaşmadan törədilmiş, onlar arasında cinayət əməlinin törədilməsinə dair razılıq olmamış, hər biri müstəqil olaraq özü üçün balıq tutmuş, cinayətin törədilməsi planlaşdırılmamış, ümumiyyətlə inzibati xətanın və ya cinayət hadisəsinin baş verəcəyi əvvəlcədən məlum olmamışdır. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə tövsif olunmalı və Təqsirləndirilən şəxs1 qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tuulan ictimai işlər növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutları araşdırıb, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, mülki iddiaçının nümayəndəsini, şahidlərin ifadərini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. İş materialları və məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ümumi çəkisi 6,00 kq olan 15 ədəd kütüm və 4 ədəd külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyyatlarına 539 manat məbləğində ziyan vurmuşdur. Qeyd edilən cinayət əməlinin obyektiv cəhətini balıqların və ya başqa su heyvanlarının xeyli miqdarda ziyan vurulmasına səbəb olan qanunsuz tutulmasında ifadə olunur. Lakin sözügedən maddənin qeyd hissəsində Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətin tərkib elementi obyektiv cəhət (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurma) mövcud olmamışdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X24rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs2 Cəlal oğlunun cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq Təqsirləndirilən şəxs2 təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış X18 İdarəsinin X34 Məntəqəsində saxlanılan 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış X18 İdarəsinin X34 Məntəqəsində saxlanılan 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən ilə və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seiyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş 24,00 kq çəkidə 44 ədəd kütüm və 9 ədəd külmə balıqlarının satışından əldə edilən pul vəsaiti "xxxx" MMC-nin hesabından dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş Təqsirləndirilən şəxs2 oğlundan götürülmüş 6,00 kq çəkidə 15 ədəd kütüm və 4 ədəd külmə balıqlarının satışından əldə edilən pul vəsaiti "xxxx" MMC-nin hesabından dövlət büdcəsinə keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. ( CPM 183.3.) Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. İşin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, törədilmiş cinayət nəticəsində balıq ehtiyatlarına Təqsirləndirilən şəxs1 tərəfindən 1551 manat və Təqsirləndirilən şəxs2 tərəfindən 539 manat miqdarında ziyan vurulub. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ibtidai istintaq dövründə təqdim etdiyi 21 may 2021-ci il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən balıq ehtiyatlaına vurulan ziyanın məbləği: 44 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1452 manat, 9 ədəd külmə balığın tutulması ilə vurulan ziyan: 99 manat cəmi isə 1551 manat təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ibtidai istintaq dövründə təqdim etdiyi 21 may 2021-ci il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən balıq ehtiyatlaına vurulan ziyanın məbləği: 44 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1452 manat, 9 ədəd külmə balığın tutulması ilə vurulan ziyan: 99 manat cəmi isə 1551 manat təşkil edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilməli, cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi 1551 (min beş yüz əlli bir) manat, iddia tələbi üzrə ödənilməli olan 35,51 (otuz beş manat əlli bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 1586,51 (bir min beş yüz səksən altı manat əlli bir qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə mülki iddiaçının Təqsirləndirilən şəxs2 qarşı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarına əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırkı iş üzrə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olmaması qənaətinə gəldiyindən məhkəmə qeyd edir ki, mülki iddia ona aid hissədə baxılmamış saxlanılmalıdır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. ( CPM 187.2.) Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Təqsirləndirilən şəxs2 qarşı iddiası baxılmamış saxlanılmalıdır. CPM-nin 180.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəymiş ziyanının ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlal oğlu hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsindən həmin Məcəllənin 256.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 320 (üç yüz iyirmi) saat müddətinə ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Cəlal oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 Cəlal oğluna izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış X18 İdarəsinin X34 Məntəqəsində saxlanılan 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X18 İdarəsinin X34 Məntəqəsində saxlanılan 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən ilə və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seiyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş 24,00 kq çəkidə 44 ədəd kütüm və 9 ədəd külmə balıqlarının satışından əldə edilən pul vəsaiti "xxxx" MMC-nin hesabından dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş Təqsirləndirilən şəxs2 oğlundan götürülmüş 6,00 kq çəkidə 15 ədəd kütüm və 4 ədəd külmə balıqlarının satışından əldə edilən pul vəsaiti "xxxx" MMC-nin hesabından dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Təqsirləndirilən şəxs1 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iddiası təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 dəymiş zərərə görə 1551 (bir min beş yüz əlli bir) manat, iddia tələbi üzrə ödənilməli olan 35,51 (otuz beş manat əlli bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 1586,51 (bir min beş yüz səksən altı manat əlli bir qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Təqsirləndirilən şəxs2 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın və ümumi qaydada məhkəməyə ərizə ilə müraciət etmə hüququ izah olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 570 (beş yüz yetmiş) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 Cəlal oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 570 (beş yüz yetmiş) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-23/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-23/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver