Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-23/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Füzuli rayonunun Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Füzuli rayonu Dədəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqnla daşımış, 07 fevral 2023-cü il tarixdə saat 19:20 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən Səbail rayonu A.Nəsirov küçəsi 5 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-yə aparılmiş, həmin tarixdə saat 20:20 radələrindən etibarən üzərinə keçirilən şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,288 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Son bir il ərzində narkotik vasitə hesab edilən heroin istifadə edir. Narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən əldə edib istifadə edir. İlk vaxtlar narkotik vasitəni tez- tez istifadə edirmiş, lakin sonradan bədənində ağrılar yarandığından narkotik vasitəni mütəmadi olaraq qəbul etməyə başlamışdır. Sonuncu dəfə 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində narkotik vasitə olan “kakos” almışdır. Həmin gün saat 19 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində, “Dağüstü park” yaxınlığında olduğu zaman, mülki paltarda olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib, onun narkotik vasitə qəbul etməkdə və daşımaqda şübhəli olmasını bildirərək, polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquqları ona izah edildikdən sonra, vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, ona üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmiş, o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ kağızda bükülü vəziyyətdə, içərisində narkotik vasitə olan bükülünü təqdim etmişdir. Narkotik vasitəni özünün istifadəsi üçün əldə etmiş, heç kimə narkotik vasitə satmamış və hədiyyə etməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində 2022-ci ilin avqust ayından etibarən işləyir və polis leytenantıdır. 07 fevral 2023-cü il tarixdə saat 19:20 radələrində Səbail RPİnin Cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 ilə ünvan 4 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq 9-cu polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bu barədə tərəfindən raport tərtib edilmiş, raportun icrası polis bölməsinin təhqiqatçısı, polis kapitanı Elmar Məmmədova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, iştirakçıları təqdim etmiş, Təqsirləndirilən şəxs özü barəsində məlumat verdikdən sonra təhqiqatçı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən ağ kağıza bükülü, kiçik ölçülü bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən mobil telefon çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçının göstərişi ilə Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, qanunsuz digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünü X11 iştirakçıların gözii qarşısında açmış, bükülüdə olan tünd qəhvəyi rəngli maddənin nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs həmin toz şəkilli maddənin “kakos”, yəni heroin olduğunu, bir ildir narkotik vasitə qəbul etdiyini bildirmiş, həmin maddəni öz istifadəsi üçün Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını əlavə etmişdir. Aşkar edilmiş bükülü boş zərfdə qabğlaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin kiçik inspktoru, polis serjantı Şahid2, şahid X6 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin aparılması haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi - 3 saylı vəkil bürosunun vəkili X4 müdafiəsi ilə təmin edildikdən və Səbail RPİ- nin 9-cu PBnin təhqiqatçısı, polis kapitanı Elmar Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən, şəxsi axtarış və götürmənin aparılmasına dair qərarla tanış edildikdən sonra, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan “kakos” adlı maddə olan 01 ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefon müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni Bayıl qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitəni bir ilə yaxın müddətdir ki. İstifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkr edilmiş 01 ədəd bükülü boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Səbail RPİ- nin 9-cu PB-nin 166 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş materiallarında olan video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, görüntülərdə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında həmin bölmənin təhqiqatçısı, polis kapitanı Elmar Məmmədov masanın arxasında oturmuş vəziyyətdə, masaya bitişik qarşı masanın sağ tərəfində 3 saylı Vəkil bürosunun vəkili X7 oturmuş vəziyyətdə, təhqiqatçıdan solda ayaq üstə polis leytenantı geyimində Səbail RPİnin 9-cu PB-nin əməliyyat müvəkkili X6, onun sol tərəfində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, ondan solda Səbail RPİ-nin CAŞ-nin kiçik inspktoru, polis serjantı Şahid2 mülki geyimdə dayanmışdır. Təhqiqatçı şübhəli şəxsə özünü təqdim etdiyini bildirdikdən sonra həmin şəxs 29 iyun 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi ev 25-də yaşamasını deyir. Təhqiqatçı qeyd olunan şəxsləri təqdim edir və Təqsirləndirilən şəxs təllif edir ki, üzərində olan şübhəli əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağız bükülünü, əynində olan yaşıl rəngli ködəkçənin sol yuxarı yan cibindən mobil telefonu çıxararaq masanın üzərinə qoyur. X5 göstərişi ilə polis serjantı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır. X11 şübhəli şəxs Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarıb boşalması üçün üzü aşağı tutmasını deyir. Təqsirləndirilən şəxs üzərindən təqdim etdiklərindən başqa hər hansı əşya aşkar edilmir. Təhqiqatçı bükümü açır, həmin bükülünün içərisində ikinci kağız bükülü də açıldıqda içərisində olan tüng qəhvəyi rəngli maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşur, sonuncu həmin maddənin kokos, yəni heroin olduğunu bildirir. Bayıl qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pul müqabilində alıb üzərində saxladığını bildirir. Bundan sonra X8 təqdim etdiyi bir ədəd ağ kağız büküm boş zərfdə qablaşdırılır, Səbail RPİ-nin 9-cu PB-nin 166 nömrəli möhürü ilə möhürlənərək götürülür. X9 şəxsi axtarış və götürmənin aparılması ilə bağlı iştirakçılardan vəsatətlərinin olub-olmamasını soruşur. Müdafiəçi Zakir Kazımov şübhəli şəxsə saxlanılarkən, gətirilərkən hər hansı təzyiqə məruz qalıb-qalmamasını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs “yox” deyə cavab verir. Bununla da şəxsi axtarış və götürmənin başa çatdığını X11 elan edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2023-cü il tarixli 6/753 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №166” dairəvi möhr əksi olan, “... (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,288 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsi Ambulator X1 13 aprel 2023-cü il tarixli 2154 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 08 fevral 2023-cü il tarixli aktdan görünür ki, 0,288 qram qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0,238 qram heroin geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/753 saylı 08 fevral 2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 19:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 09 fevral 2023cü il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin müstəntiqi Pərviz Cəfərovun vəsatəti təmin edilməmiş və 09 fevral 2023 cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-23/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, tapılanadək iş üzrə icraat dayandırılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulduqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 13 mart 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür görünür ki: - İmanov X12 Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 aprel 2015-ci il tarixdə cəzasının sonu cəzadan azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 iyun 2017ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmiş və cəzası 05 ilə endirilmişdir. 24 aprel 2020-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 il 01 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 23 aprel 2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 07 fevral 2023-cü il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəlinin tutulduğu vaxtdan yəni 01 mart 2024-cü ildən hesablanmasını və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün ilə hesablanır Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 2154 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,238 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevarl 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,238 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına ödəniləcək – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağa-zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 160 (yüz altmış) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-23/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-23/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver