Məhkəmə qərarları › İş №1(009)-230/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-230/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-230/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanda tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı stəkanı sonuncuya ataraq sol aşıq- baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol aşıq-baldır oynağının bayır topuq səthinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa zərər vurmaya aid yüngül xəsarət yetirmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 01 iyul 2021-ci il tarixdə gecə saatlarında Elşən adlı əvvəllər tanıdığı şəxs onun yaşadığı evə gəlmişdir. Elşən birgə tanışları olan Anara 25 manat borc kimi pul vermişdir. Elşən Anardan pulunu ala bilmədiyi üçün Ceyhunun yaşadığı evə gəlmişdir. Elşən ondan 25 manat pulu istəmişdir. O Elşənə pulu ondan yox Anardan almalı olduğunu izah etmişdir. Elşən Anarı onun vasitəsi ilə tanıdığını bildirmişdir. O anasının yanında Elşənə iradını bildirmişdir. Qonşuların səs-küydən narahat olmamaları üçün Elşəni evindən qovub qapını bağlamışdır. Daha sonra Elşən onun evinə gələrək ondan pulu istəsə də, onu qapıdan qovduqda onu polisə verəcəyini deyərək onu hədələmiş, o isə əlindəki saxsı stəkanı ataraq ona xəsarət yetirmişdir. Münaqişənin təxminən 6-7 dəqiqə davam etdiyini, dava-dalaş zamanı orada onun anasının olduğunu bildirmişdir. Elşən daha sonra evinin qapısının qarşısından çıxıb getmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, 01 iyul 2021-ci il tarixdə işdən çıxıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsinə kirayə yaşamaq üçün ev axtarmaq məqsədilə gəldiyini, həmin gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 20-ci sahə dairəsi adlanan yerdə dayanan zaman tanışı Natiq adlı şəxsin xalası oğlu Anar adlı şəxsin idarə etdiyi marka və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə onun yanında saxlamışdır. Orada nə etdiyini soruşmuş və cavabında o da kirayə yaşamaq üçün ev axtardığını bildirmişdir. Anar ondan idarə etdiyi avtomobilə əyləşməyini xahiş etdiyini, birlikdə Bayıl dairəsinə gedib qayıtmağı təklif etmiş, o isə avtomobilə əyləşərək birlikdə Bayıl dairəsinin yaxınlığında yerləşən adını xatırlamadığı yanacaqdoldurma məntəqəsinə gəlmişlər. Yolda olan zaman Anar ondan avotomobilə yanacaq doldurmaq üçün 25 manat pulu borc kimi istəmiş, ona görə də Anara 25 manat pul vermişdir. Yanacaqdoldurma məntəqəsində olan zaman Anarın avtomobilə yanacaq doldurduqdan sonra ondan avtomobildə əyləşməsini xahiş etmiş, Ceyhunun yaşadığı evə gedib qayıdacağını ona bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra Anarın gəlmədiyini görüb avtomobildən düşərək özünə su almaq üçün oradan kənarlaşmışdır. Təxminən 10 dəqiqə sonra yanacaqdoldurma məntəqəsinə qayıdan zaman Anarın orada olmadığını görmüş, daha sonra Ceyhungilin harada qaldığını orada olan tanımadığı bir nəfər qadından soruşmuşdur. Ceyhungilin evinə gedib qapını döymüş və qapını Ceyhunun anası açmışdır, ondan Ceyhunun harada olduğu soruşmuş və bir neçə dəqiqə əvvəl onlara bir nəfər şəxsin gəldiyini demişdir. Ceyhunun anasının ona Ceyhunun Səbail rayon məhkəməsində olduğunu və onlara adamın gəlmədiyini demişdir. Bundan sonra piyada hərəkət edərək Səbail rayon məhkəməsinə getmiş və Ceyhunu orada tapa bilməmişdir. Ceyhungilə yenidən qayıtmış və Ceyhunun evdə olduğunu görmüşdür. Ceyhuna məhkəməyə onu tapmaq üçün getdiyini, onlara təxminən 1 saat əvvəl bir nəfər şəxsin gəldiyini, həmin şəxsin ondan 25 manat pul borca aldığını bildirmişdir. Ceyhun da ona elə bir adamı tanımadığını və onlara gəlmədiyini demişdir. daha sonra Ceyhunun anasının yanında onu nalayiq ifadələrlə söyiib-təhqir etməyə başlamış və stolun üzərində olan stəkanı ona tərəf atmışdır. Ceyhuna onu polisə şikayət edəcəyini bildirdikdə Ceyhunun söyüş və təhqirlərə davam edərək onu qapıdan qovmuşdur, daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə yazmaq üçün yaxınlaşmış, Polis Bölməsində ərizə yazdıqdan sonra polis əməkdaşları ilə birlikdə Ceyhunun yaşadığı ünvana getmişlər. Orada olan zaman Ceyhunla birlikdə hadisəni polis əməkdaşlarına danışmış, Ceyhunun anasının polis əməkdaşlarının yanında ona şikayət etməməsini bildirmiş və ona 25 manat pul vermişdir. Ceyhunla aralarında yaranmış münaqişənin təxminən 6-7 dəqiqə davam etdiyini, dava-dalaş zamanı orada Ceyhun və onun anasının olduğunu, Ceyhundan şikayət etməsinə səbəbin onu söyüb-təhqir etməsi və stəkanı ataraq sol ayaq nahiyəsinə xəsarət yetirməsi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Məhkəmə-tibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli 400 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol aşıq-baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol aşıq-baldır oynağının bayır topuq səthinin hematoması bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 01 iyul 2021-ci il tarixdə qeyd olunan nahiyyəyə saxsı materialdan olan su qabı (çaşka) ilə vurma nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət xarakterik xüsusiyyətinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinməsi barədə fikir söyləmək mümkündür. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin zərərçəkmiş şəxsin istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar