Məhkəmə qərarları › İş №1(009)-230/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-230/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-230/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyata olan, barəsində Abşeron rayon məhkəməsinin 4(012)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında münaqişə zəmnində keçmiş arvadı Zərərçəkmiş şəxs sağ əli ilə boğaz nahiyəsindən tutub sıxmaqla yerə yıxaraq ona boynunun sağ yan səthinin yumuşaq toxumalarının şişkinliyi və ödəmi ilə müşayiət olunan boyunun sağ yan səthinin aşağı 1/3nin, boyunun ön səthinin orta və aşağı 1/3-nin qancır və sıyrıqları, eləcə də boyunun sol yan səthinin aşağı 1/3-nin sıyrığı kimi xəsarətlər yetirməklə sağlımlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə zərərçəkən Zərərçəkmiş şəxs ilə rəsmi boşansada hadisə olan günə qədər bir evdə yaşamışlar. Mübahisələri ev üstündə olmuşdur. Sözü gedən ev atasından ona miras olaraq keçmişdir. Birgə nikah dövründə olduqları müddətdə evi keçmiş arvadı zərərçəkmiş Zərərçəkmiş şəxs adına keçirmişdir. 18 sentyabr 2022-ci il tarixdə zərərçəkmiş şəxsə evi satıb pulunu bölmələrini dedikdə o, qışqırmağa başlamış, axşam tərəfi evlərində səs küyü qonşular eşitməsin deyə İlahənin boğazından tutub itələmişdir. Zərərçəkmişi boğmaq fikrində olmamış, ona heç bir xəsarət yetirməmişdir. Ekspertin səhv rəy verdiyini, hətta Zərərçəkmiş şəxs boğazında yüngül xəsarət belə olmadığını, boynunda, boğazında iz olmadığını bildirmişdir. Boğulma ilə bağlı hər hansı bir sübut olmadığını və iş materiallarına əlavə olunmadığını bildirmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə 2000-ci ildə ailə qurmuşdur. Təqsirləndirilən şəxs xeyli borcları olmuş, 2017-ci ildə Bəhruz borcu olduğuna görə tutulmuş, oğlu Polis Akademiyasına hazırlaşdığından və oğluna problem olmaması üçün həmin ildə onun borclarını Bəhruzun atası, dostları və əmisi oğlu ilə birlikdə ödəmişlər.. 2019-cu ildə oğlunu əsgərliyə yola saldıqdan sonra yenidən Bəhruzun 40.000 (qırx min) manat borcu olduğunu bilmiş və boşanmaq qərarına gəlib ondan boşanmışdır. Bəhruzun əmisi oğluna olan borcuna görə o, zamin durmuş, ona görə də Bəhruz evi onun adına rəsmiləşdirmişdir. Boşandıqdan sonra evi bölüb 1 otaq Bəhruza vermişdir. Hadisə olan vaxtı işdən evə gəlmiş, Bəhruz evə gəlib nəyə görə obyekt götürdyünü və ona niyə bu barədə demədiyini bildirmiş və mübahisə etməyə başlamışdır. O, da bunun ona aidiyyəti olmadığını bildirmiş, bundan sonra Bəhruz onun boğazından tutub divana yıxaraq onu boğmağa başlamış, səs-küyə kiçik oğlu gəlib onları ayırmışdır. Belə hadisələr dəfələrlə olduğundan o polis orqanlarına şikayət etmişdir. Bəhruzun hərəkətləri nəticəsində boğaz nahiyəsindən xasarətlər almışdır. Bu hadisədən sonra Təqsirləndirilən şəxs ona xx.xx.2022-ci il tarixdə bıcıqla xəsarətlər yetirib, sağlamlığına qəsdən ağır zərər vurmuş, Bəhruzu heç vaxt bağışlamayacağını və Təqsirləndirilən şəxs şikayyətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə dindirilən Şahid2 bildirdi ki, həmin hadisə olan vaxtı o, həyətdə olmuş, evlərində atası ilə anasının səs küyünü eşidib evə gələrək həmişə olduğu kimi yenə də onları ayırmış və atası evdən çıxıb getmişdir. Məhkəmə iclasında əlavə şahid X1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Səhiyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin Səbail rayon şöbəsinin rəisi Məhkəmə tibbi eksperti vəzifəsində işləyir. 1982-ci il təvəllüdlü vətəndaş Əliyeva X4 Səbail rayon şöbəsinə 19 sentyabr 2022-ci il tarixdə müraciət etmiş, müraciət Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Yasəf Rüstəmovun qərarı əsasında baş tutmuşdur. Vətəqdaş Zərərçəkmiş şəxs müayinədən keçmiş və müayinə zamanı vətəndaşda xəsarətlər əsasən boyun nahiyəsində olmuşdur. Boyun nahiyəsində olan xəsarətlər qiymətləndirilmiş və fotoşəkillər çəkilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs dediyinə görə 18 sentyabr 2022-ci il tarixdə saat təxminən 20:00-21:00 radələrində yaşadıqları evdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə, heç bir səbəb olmadan boğazından tutub sıxmış və onu boğmağa çalışmışdır. Həmin vaxt oğlu otağa daxtl olmuş və onu xilas etmişdir. Zərərçəkmiş şəxsin boynunda ödem, şişkinlik, qancır, sıyrıq müşahidə olunmuş və ekspertiza rəyində həmin xəsarətlər sağlamlığa vurulmuş yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022ci il tarixli 664 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –boyunun sağ yan səthinin yumuşaq toxumalarının şişkinliyi və ödəmi ilə müşayiət olunan boyunun sağ yan səthinin aşağı 1/3-nin, boyunun ön səthinin orta və aşağı 1/3-nin qancır və sıyrıqları, eləcə də boyunun sol yan səthinin aşağı 1/3-nin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022ci il tarixində, boyun nahiyəsinin kənar şəxs tərəfindən əli ilə sıxılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlımlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 19 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları başlanılmışdır. 19 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Səbail RP-nin 8-ci polis bölməsinə ərizə ilə müraciət edərək keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən ona xəsərətlər yetirildiyini bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Vətəndaş Zərərçəkmiş şəxs qeyd olunan tarixdə öz yaşadığı mənzildə keçmiş əri Bəhruz tərəfindən döyülərək xəsarət almışdır. Hadisə yerinin fotoşəkilləri Apple 13 markalı cihazla çəkilərək protokola əlavə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki (biri yetkinlik yaşına çatmamış) uşağı vardır – 13 avqust 2001-ci il təvəllüdlü Şahid1 və xx xxxxxx 2006-cı il təvəllüdlü Şahid2. Abşeron rayon məhkəməsinin 4(012)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı (əlləri ilə zərərçəkənin boğazından tutub divanın üstünə yıxması) zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspert rəyi, iş materiallarına əlavə edilmiş digər subutlarla tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qeyd edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs himayəsində həddi buluğa çatmamış uşağının və yaşlı anasının olmasını da nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinə münasibətdə qeyd edir ki, hazırda onun barəsində Abşeron rayon Polis idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi istintaq edilir və həmin işlə əlaqədar Abşeron rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhkmə iclas zalından həbsdən azad edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, hər gün axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 4(012)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın və o, məhkəmə iclas zalından həbsdən azad edilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar