Məhkəmə qərarları › İş №1(009)-230/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-230/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-230/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X4, Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ukrayna Respublikası Donetsk vilayətində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində gəmi kapitanının böyük köməkçisiişləyən, məhkum olunmamış, Füzuli rayonu Pirəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yol hərəkəti qaydalarını pozmaqla etiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur Belə ki, Təqsirləndirilən şəxs, 15 mart 2023-cü il tarixdə saat 18:02 radələrində etibarnamə ilə idarə etdiyi BMW X-5 markalı, 99VF334 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə şəhər istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozmaqla yolun qarşı hissəsində tıxac olması səbəbindən avtomobili əvvəlcə sağdan ikinci zolaqla, daha sonra birinci zolaqla saatda 10/20 km/saat sürətlə arxaya hərəkət etdirərkən, Bayraq meydanı yaxınlığındakı ünvan 2 ünvanda yerləşən «Günaydın» restoranının qarşısında, Bakı şəhəri Səbail rayonu Salyan yolunun Bayraq Meydanının qarşısından keçən hissəsində, yolu sağdan sola doğru keçməyə başlayan Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümlə səbəbli əlaqəli olan ümumilikdə AĞİR zərərvurmanm əlamətlərinə malik xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs aldığı həmin xəsarətlərdən 17 mart 2023-cü il tarixdə saat 20:30-da müalicə müəssisəsində ölmüş, bununla da, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla etiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. 15 mart 2022-ci il tarixdə saat 18:20 radələrində anası Şahid2 qızma məxsus olan, etibarnamə ilə idarə etdiyi BMV X-5 markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobi ilə, həyat yoldaşı Şahid1 ilə birlikdə “Sədərək” ticarət mərkəzindən “Azneft” dairəsi sitiqamətində gedirmişlər. “Bayraq meydanı” yaxınlığındakı “Günaydın” restoranının qarşısında tıxac olduğu üçün fikirləşmişdir ki, maşını arxaya sürərək həmin yoldan çıxsın, Bayıl qəsəbəsi istiqamətində getsin. Bir tərəfli yolun ikinci zolağı ilə maşını arxaya sürən zaman idarə etdiyi avtomobilin nəyə isə dəydiyini hiss etmiş, maşını biraz qarşıya sürərək maşından düşmüş, idarə etdiyim BMV X-5 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobin arxasına keçən zaman təxminən orta bədənli, təxminən 55-60 yaşlarında bir nəfər kişinin yerdə uzandığını və qulağından qan gəldiyini görmüş və başa düşmüşdür ki, həmin şəxsi maşınla vurmuşdur. O, həmin vaxt dərhal 103-ə zəng vurub, təcili yardım çağırmış, təxminən 15-20 dəqiqədən sonra təcili yardım gəlmiş və həmin şəxsi xəstəxanaya aparmışlar. İdarə etdiyi BMV X-5 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya 10-20 km/saat sürətlə hərkət etdirirmiş. O, hər iki sağ-sol güzgülərə baxan zamanda arxada heç kimi görməmiş, maşın dəyən zaman nəyə isə dəydiyini hiss etmiş, avtomobildən düşəndən sonra həmin şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs, cinayətin ondan asılı olmayan səbəblərdən baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yeni ailə həyatı qurmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və bu barədə notarial qaydada təsdiq olunmuş barışıq ərizələrinin məhkəməyə təqdim olunmasının nəzərə alınmasını və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahləridin ifadələri, iş üzrə təyin edilmiş məhkəmətibbi və məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə qurğusunun video görüntü, eləcə də iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum - 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Zərərçəkmiş şəxs 15 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Səbail rayonu “Bayraq meydanı”-nm yaxınlığı, “Günaydın” restoranın qarşısından keçən mərkəzi yolun “Azneft” dairəsi istiqamətində, yolun kənarında avtobusdan düşərək yaşadıqları ünvana gəlmək üçün yolu keçmək istəyəkən BMV markalı avtomobilin sürcüsü idarə etdiyi avtomobili arxaya sürən zaman atasını vuraraq xəsarət yetirmiş, aldığı xəsarətlərlə Bakı Klinik Tibbi Mərkəzi xəstəxanasına yerləşdirilən atası Zərərçəkmiş şəxs 17 mart 2023-cü il tarixdə həmin xəstəxanada vəfat etmişdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onlara maddi və mənəvi dəstək göstərdiyini nəzərə alaraq onunla barışdıqlarını, ona qarşı şikayəti və tələbinin olmamasını göstərmiş və çıxışında təqsirləndirilən şəxsə mümükün qədər az cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə saat 18:20 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə, sonuncunun idarə etdiyi BMV X-5 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Sədərk” ticarət mərkəzindən “Azneft” dairəsi istiqamətində gedirmişlər. “Bayraq meydanı” yaxınlığındakı “Günaydın” restoranının qarşısında tıxac olduğu üçün Mahir belə qərara gəlmişdir ki, maşını arxaya sürərək həmin yoldan çıxsın, Bayıl qəsəbəsi istiqaməti ilə getsinlər. Bir tərəfli yolun ikinci zolağı ilə maşını arxaya sürən zaman avtomobilin nəyə isə dəydiyini hiss etmişlər. Mahir avtomobili biraz qarşıya sürmüş və hər ikisi dərhal maşından düşərək avtomobin arxasına keçən zaman təxminən orta bədənli, təxminən 55-60 yaşlarında bir nəfər kişinin yerdə uzandığını və qulağından qan gəldiyini görmüşlər. Başa düşmüşlər ki, Mahir avtomobili arxaya sürən zaman həmin şəxsə vurub. Həmin vaxt Mahir dərhal 103-ə zəng vurub, təcili yardım çağırmış, təxminən 15-20 dəqiqədən sonra təcili yardım gəlmiş və həmin şəxsi xəstəxanaya aparmışlar. Arxadan maşınlar gəldiyi üçün Mahir çox asta sürətlə avtomobili arxaya sürürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BMV X-5 markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Təqsirləndirilən şəxs onun adma almışdır. Bu avtomobil onun adına olsa da, oğlu Təqsirləndirilən şəxs məxsusdur, sonuncu tərəfindən etibarnamə ilə idarə edilir. 15 mart 2023-cii il tarixdə oğlu Təqsirləndirilən şəxs həmin avtomobillə ehtiyatsızlıqdan piyadanı vurması, həmin piyadanın xəstəxanada vəfat etməsi barədə ona bildirmişdir. Məhkəməməyədək icraat mərhələsində Şahid2 ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək BMV X-5 markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Təqsirləndirilən şəxs onun adına aldığını, bu avtomobilin onun adına olsa da, oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, sonuncu tərəfindən etibarnamə ilə idarə edildiyini, buna görə də ona heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş “meyitlərin məhkəmə-tibbi ekspertizasının” 07 aprel 2023-cü il tarixli 19 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adma X9 tərtib edilmiş 4001 saylı xəstəlik tarixinin kserosurətində qeyd olunanlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə həmin xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, aparılmış cərrahi və reanimasyon tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində ölüm baş vermişdir. Son klinik diaqnoz: Ağır açıq kəllə-beyin travması. Baş beyinin əzilməsi. Sol alm-təpə-gicgah nahiyyəsinin subdral hematoması. Solda əsas sümüyün sınığı. Sol tərəfli otohemoreya. Hər iki alm-təpə-gicgah nahiyyəsinin dərialtı hematoması. Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilir: baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan sol alın, gicgah və təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sol alm, gicgah, təpə nahiyyələrinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatıdırlar, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yolnəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabaq hissəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol alm, gicgah və təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına , onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində alkaqol və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 08 may 2023-cü il tarixli 8/1090 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasəne BMW X5 markalı 99VF334 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin X5 Xidmətindən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ-1-126 nömrəli videomüşahidə qurğusunun görüntüləri yazılmış 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyən edilmişdir ki, 18.02.12 saat göstəricisində bir avtomobilin Bakı salyan yolunun şəhər istiqamətində olan hissəsində, yolun sağdan birinci hərəkət zolağı ilə geriyə hərəkət etməsi müşahidə olunur. Daha sonra iki avtomobil eynilə arxaya hərəkət edir və bir avtomobil də sağdan ikinci zolağda hərəkətini dayandırır və geriyə hərəkətə başlayır. Saat 18.02.40 saat göstərici anında BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağdan birinci zolağında geriyə hərəkət zamanı, avtomobilin arxa hissəsi ilə yolu keçməyə başlayan piyadanı vurması görüntüdə müşahidə olunmasa da, piyadanın yolun asfalt örtüyü üzərinə yıxılması, avtomobilin arxa təkərlərinin yerdə olan piyadaya toxunan anda avtomobilin durması müşahidə olunur. Bundan sonra ətrafdakı insanlar qaçaraq həmin yerə gəlir, BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil təxminən 3 (üç) metir irəli hərəkət edib, qəza işıqlarını yandıraraq dayanır, sürücü və avtomobildə sərnişin qismində hərəkətdə olmuş qadın düşərək, piyadı uzanmış yerə gəlir. Saat 18.09.27 göstəricisində hərəkətdə olan kameranın fırlanması durdurulur, görüntü hadisə baş vermiş hissəyə fokuslanır, görüntülər yaxənlaşdırılır. Burada BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobilin qəza işıqları yanıb-sönən vəziyyətdə durması, avtomobildən üç metr arxada piyadanın üzü yuxarı, başı sağdan birinci ilə ikinci hərəkət zolağını ayıran ağ boya ilə nişanlama xəttinin üzərində, ayaqları səki istiqamətində uzanması müşahidə olunur. Ətrafa kifayət qədər insanın toplaşması, lakin yerdə uzanan şəxsə heç bir yardımın göstərilməməsi, insanların təşvişindən hadisə yerinə çağırılmış təcili tibbi yardımı gözləmələri müşahidə olunur. Görüntülər saat 18:18:59 göstəricisində başa çatır. İkinci video fayl açıldıqda 18 dəqiqə 01 saniyə davam edən video görüntü müəyyən edilir. Video görüntüdə sol yuxarı küncdə xx.xx.2023 - 18.00.58 qeydləri müəyyən edilir. 18.01.42 saat göstəricisində BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil yolun sağındakı avtobus dayanacağından təxminən 20 metr keçdikdən sonra dayanaraq, yolun ikinci hərəkət zolağı ilə geriyə hərəkətə başlayır. 18.02.06 saat göstəricisində BAKU-BASa aid avtobus dayanacaqda dayanır. 18.02.13 saat göstəricisi anında BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkətini davıam etdirərək dayanacaqda dayanmış avtobusun bərabərinə çatır. Bu vaxtı mərhum Zərərçəkmiş şəxs əlində çanta, avtobusdan düşərək geriyə, Bayraq Meydanına doğru səki ilə hərəkət edir. Təxminən 7 metr avtobusun arxasından aralandıqdan sonra yola doğru çönüb baxır. Bu anda BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil arxaya hərəkətinin davam etdirərək, dayanacaqda dayanmış avtobusun arxa hissəsi ilə bərabər vəziyyətə çatır. 18.02.21 saat göstəricisi anında BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil öz ölçüsü qədər avtobusun arxasından geriyə gəldikdən sonra bir anlığına dayanır, bu vaxt mərhum X1 da yolun kənarında, səki daşının üzərində durmuşdur. BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil buradan irəli hərəkət edib, yolun ikinci hərəkət zolağından birinci hərəkət zolağına keçir, 18.02.28 saat göstəricisində yolun birinci hərəkət zolağı ilə geriyə hərəkətini davam etdirməyə başlayır. Bu müddət ərzində mərhum Zərərçəkmiş şəxs da hərəkətini Bayraq meydanına doğru davam etdirərək bir neçə metr də dayanacaqdan aralaşır. 18.02.38 saat göstəricisi anında mərhum Zərərçəkmiş şəxs səki daşının üzərindən yolun hərəkət hissəsinə enib, yolu sağdan sola keçməyə başlayır. Bu anda mərhum Zərərçəkmiş şəxs ilə, birinci zolaqda hərəkətini arxa istiqamətdə davam etdirən BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil arasında təxminən 3(üç) metr məsafənin qaldığı müşahidə edilir. Mərhum Zərərçəkmiş şəxs yolla cəmi 4 addım atdıqdan sonra 18.02.40 saat göstəricisi anında BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsi ilə onu vurur və yerə yıxır. Həmin anda yolun ikinci zolağı ilə hərəkətdə olan ağ rəngli mikroavtobus görüntünün qarşısını kəsir. 18.02.41 saat göstəricisi anında BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkəri yerdə uzanmış piyada ilə təmas edərkən avtomobil durdurulur, ətrafdakılar həmin yerə qaçmağa başladıqda, 18.02.46 saat göstəricisində BMW X5 markalı 99VF 334 dövlət qeydiyyat nişanlı avtomobil 3 metr irəliyə hərəkət edib dayanır, sürücü və avtomobildəki sərnişin qadın avtomobildən düşüb piyadanın uzavndığı yerə gəlir, ətrafdakılar da həmin yerə toplaşır. Saat 18.19.00-da görüntü başa çatır. İş materiallarında Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, BMW X5 markalı, 99VF334 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Salyan yolu ilə hərəkətdə olarkən, Bayraq Meydanı yaxınlığında avtomobil arxaya hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyadanı avtomobilin arxa hissəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxs adına olan BB seriyalı 425513 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti 08 sentyabr 2032-ci il tarixə kimidir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99VF334 dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı, BMW X5 MİNİK modelli, üniversal tipli, WBAFB31000LP12105 ban nömrəli, qara metallik rəngli avtomobil xx.xx.2019-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatda olan Şahid2 mülkiyyətində qeydə alınmışdır. “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” ƏN-Vİİİ seriyalı 500566 nömrəli etibarnamənin surətindən görünür ki, BMW X5 markalı, 99VF334 dövlət qeydiyyat nişanlı avtomobil 04 oktyabr 2022-ci il tarixdə vətəndaş Şahid2 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs etibar edilmişdir və 06 sentyabr 2023-cü il tarixə kimi etibarnamə qüvvəsindədir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15 mart 2023-cü il tarixli 2/8030 saylı aktdan görünür ki, müayinə edilən Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilmir, o, ayıqdır. AZ-İİ seriyalı 278496 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 17 mart 2023-cü il tarixdə “baş beyin diffuz travması”ndan ölmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteorolojişərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkə tüçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinəqədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaq Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş materiallarına əlavə edilmiş video görüntüləri və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan baş vermiş cinayət əməlininin ondan asılı olmayan səbəblərdən baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, əmıindən səmimi peşiman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yeni ailə həyatı qurmasını, zərərçəkimiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, çıxışında təqsirləndirilən şəxsə mümükün qədər az cəza təyin olunmasını xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106.6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində zərərçəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Eyni zamanda. məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödəmiş, onunla barışıq əldə etmiş və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8 və 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 4 (dörd) il 6 (altı) aydan artıq cəza təyin oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası zəruri əlavə cəza kimi təyin edilməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəylərini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, fərdi taksi fəaliyyəti ilə məşğul olmasını, ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini və onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, habelə baş vermiş yol nəqliyyat hadisəsinin sutkanın qaranlıq vaxtı olmasını, zərərçəkmiş şəxslərin qanunla piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddən deyil məhz yolun hərəkət hissəsindən keçməsini və belə olan halda qəzanın baş verməsinin qaçılmaz olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə, qeyd edir ki, şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə saat 14:50-də şübhəli şəxs qismində tutulmuş və 18 mart 2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmi qərar ona saat 17:00-də elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, maddi sübula və məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübut Təhlükəsiz Şəhər Xidmətinin TŞ-1-126 nömrəli videomüşahidə qurğusunun görüntüləri yazılmış 1 ədəd DVD diskin iş materiallarında saxlanılmasını əsaslı hesab edir. İş üzrə üzərinə müki iddia və həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 29 (iyimi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təhlükəsiz Şəhər Xidmətinin TŞ-1-126 nömrəli videomüşahidə qurğusunun görüntüləri yazılmış 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar