Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-230/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbeyli küçəsi, ev 10, mənzil 8-də yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maqddəsi təqsirləndirilməsinə dair cinayət işinə 21 avqust 2024-cü il tarixində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, qanunsuz olaraq soyuq silah əldə edib üzərində saxlayaraq gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 01 sentyabr 2024-cü il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri Səbail RPİnin PPXB-nün əməkdaşları tərəfindən ictimai qaydanı pozduğuna görə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 91 saylı ünvanda yerləşən “Art” restoranının qarşısında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nə dəvət edildikdən sonra orada qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi həmin soyuq silah üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadəsi, şahid ifadələri, tanınmaya təqdim etmə protokolu, məhkəmə-ballistik ekspertizasının rəyi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, **-PY-*** nömrə nişanlı “Azsamand” markalı avtomobili yol vərəqəsi əsasında idarə edir. 2023-cü ilin oktyabr ayında həmin avtomobili alıb və taksi fəaliyyəti ilə məşğul olmağa başlayıb. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərindən müştəri götürüb ünvan 3 ünvana gətirib. xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində qeyd olunan ünvanda olan zaman avtomobilin qluşitelindən yüksək səs gəldiyinə görə onu düzəltməklə məşğul olurmuş. Avtomobildə olan dostu Samirə bildirib ki, o avtomobilin qaz pedalını sıxsın o da qluşiteldən yüksək səs gəlməməsi üçün akkumlyatordan kabelləri ayırsın. Bu zaman iki nəfər polis geyimli şəxsin yaxınlaşdığını görüb. Onlar yaxınlaşıb özlərini Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları kimi təqdim edib avtomobildən gələn yüksək səs gəlməsinə görə ətrafdakı insanları narahat etdiyi barədə irad bildiriblər. Onu 39-cu Polis Bölməsinə dəvət etdilər. Onlara etiraz etməyərək avtomobilimlə 39-cu Polis bölməsinə yollanıb. Polis bölməsində olan zaman bölmənin növbətçi hissəsinin növbətçisi üzərində hər hansı bir əşyanın olub-olmadığı barədə soruşan zaman üzərində bir ədəd bıçaq olduğunu ona bildirib və həmin bıçağı ona təqdim edib. Bundan sonra həmin polis bölməsinin təhqiqatçısı Nicat Oruclu tərəfindən izahatı alınaraq material toplanıb və bıçaqla birlikdə fotoşəkilləri çəkilib materiala əlavə edilib. Təqdim etdiyi bıçaq isə təhqiqatçı tərəfindən müvafiq ekspertiza rəyi alınmasından ötrü qablaşdırılaraq kağız zərfə qoyulub üzəri möhürlənib və imzalanəbdı. Həmin bıçağı 24 avqust 2023-cü il tarixdə adgünündə tanışları tərəfindən ona hədiyyə edilmişdir. Bıçağı üzərində daşımaqda məqsədi avtomobilin akkumlyatoruna birləşən kabelləri təmizləməyi olmuşdur. Sadəcə həmin vaxt polis əməkdaşları yaxınlaşan vaxt bıçağı cibinə qoyub onlarla birlikdə polis bölməsinə yollanıb. Həmin bıçaqla və ya ümumilikdə başqa hər hansı bir cinayət hadisəsi törətməmişdir. Həmin bıçağı əldə edib saxlayaraq üzərində gəzdirməyi barədə ailə üzvlərinin məlumatı olmamışdır. Saxlanılan zaman, eləcə də polis bölməsinə aparılan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs, son sözündə törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin məsul növbətçisi Şahid ifadəsində göstərmişdir ki, növbətçilik cədvəli üzrə 31 dekabr 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixə olan müddət ərzində Polis Bölməsində növbədə olmuşdur. Növbədə olduğu zaman 01 yanvar 2024cü il tarixdə saat 06:00 radələrində bir nəfər şəxs avtomobildən istifadə zamanı səs-küy saldığına görə Polis Bölməsinin inzibati ərazisində xidmət aparan Səbail RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən “Art” restoranının qarşısında saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilmişdir. Gətirilmiş şəxs özünü 24 avqust 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis Bölməsinin daxili qaydalarına əsasən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirən zaman o, üzərində olan bir ədəd “Stainless U.S.A” markalı, dəstəyi qəhvəyi rəngli qatlanan bıçağı təqdim etmişdir. Bundan sonra Polis Bölməsinin təhqiqatçısı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs barəsində müəyyən sənədləşmə işləri aparılaraq bıçaq ondan götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin ballistik ekspertizası şöbəsindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/51 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçaqdır, soyuq silah hesab edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunraq götürülmüş bir ədəd soyuq silah hesab edilən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İttiham elan olunması üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutulub Səbail RPİ-nin MSY-nə təqdim olunması müəyyən edilmişdir. Səbail Rayon Polis İdarəsinin 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə Gəncə şəhər ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-230/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 16 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq istintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, himayəsində 18 fevral 2022-ci il təvəllüdlü X5 adlı uşağı var. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində az yaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsini, məhkəmə iclas zalından azad olunmasını, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X1 cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində və 10 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd soyuq silah hesab edilən bıçağın hökm qanuni qüvvəyə minəndikdən sonra məhv olunması məsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində və 10 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri ərazisini tərk etməmək, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbeyli küçəsi, ev 10, mənzil 8-də olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Gəncə Şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə minəndikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 228 (iki yüz iyirmi səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-230/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-230/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver