Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-230/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvəllər məhkum olunmayan, Bərdə rayonu X4 küçəsi ev 46 ünvanda qeydiyyatda olan, ünvan 2n və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.31ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdı. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 23 saylı sərnişin daşıyan avtobusun dayanacağının “Heydər Əliyev” adına olan istirahət parkının qarşısında tapdığı Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001-9939 nömrəli hesab kartından 19 aprel 2025-ci il tarixdə saat 23:06 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 2 manat 80 qəpik, 4 manat 20 qəpik, 19 aprel 2025-ci il tarixdə saat 23:12 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 15 manat 78 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:18 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 31 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:26 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 49 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 15:31 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 3 manat 10 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:11 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 99 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:13 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 15 manat 30 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:18 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 46 manat 27 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:19 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 84 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:36 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 60 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:29 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 62 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:54 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 28 manat 20 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:38 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 22 manat 95 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 2 manat 05 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:46 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 26 manat 37 qəpik və 20 aprel 2025-ci il tarixdə saat 18:58 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 36 manat 87 qəpik məbləğində pul vəsaitinindən vahid niyyətlə əhatə olunan qəsdlə alış- veriş etməklə cəmi 245 manat 85 qəpik məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 245 (iki yüz qırx beş) manat 85 (səksən beş qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək məhkəmə iclasında bildirmişdir ki, təxminən 19 aprel 2025-ci il tarixdə saat təxminən 18 radələrində tək Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 23 saylı sərnişin daşıyan avtobusun dayanacağının “Heydər Əliyev” adına olan istirahət parkın əks istiqamətinə yolun sağ tərəfindən səkilə piyada hərəkət edən zaman, həmin vaxtı yerdən bir ədəd Azərbaycan Beynalxalq Banka aid hesab kartını tapmışdır. Bundan sonra o, həmin kartı yerdən götürərək cibinə qoymuş, lakin həmin vaxtı bir qədər sprtli içki qəbul etmişdir. Bundan sonra elə həmin günü o, belə bir qərara gəlmişdir ki, özünə məxsus olan Azərbaycan Beynalxalq Banka aid hesab kartından istifadə etsin, yəni özü üçün lazimi olan spirtli içiklər və siqaret alsın. Həmin vaxtı o, bir qədər sərxoş olduğu üçün səhv olaraq öz hesab kartının əvəzinə tapdığı hesab kartdan elə həmin günü yəni 19 aprel 2025-ci il tarixdə saat təxminən 23:00 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 2 manat 80 qəpik, 4 manat 20 qəpik, 19 aprel 2025-ci il tarixdə saat 23:12 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 15 manat 78 qəpik, 20 aprel 2025ci il tarixdə saat 09:18 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 31 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:26 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 49 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 15:31 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 3 manat 10 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:11 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 99 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:13 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "AL" marketində 15 manat 30 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:18 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 46 manat 27 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:19 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 84 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:36 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 60 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:29 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 62 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:54 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 28 manat 20 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:38 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 22 manat 95 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "AL" marketində 2 manat 05 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:46 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 26 manat 37 qəpik və 20 aprel 2025-ci il tarixdə saat 18:58 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 36 manat 87 qəpik olmaqla, ümumlikdə 245,85 manat məbləğində spirtli içkilər və siqaretlərin alış-verişini etmişdir. 20 aprel 2025-ci il tarixdə saat təxminən 20 radələrində o, ünvan 4 həmin tapdığı kartı və özünə məxsus olan və üzərində 7 manat pul kisəsini naməlum şəraitdə itirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, əvvəllər məhkumluğunun olmadığını, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 21 aprel 2025-ci il tarixdə saat təxminən 13:30 radələrində ünvan 5 ünvanda yerləşən “Park Bulvar” Ticarət Mərkəzində olan kafedə nahar edən zaman, istifadə etdiyi mobil telefonuna mobil tətbiqi vasitəsi ilə yönəltdiyi ona məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001-9939 nömrəli hesab kartının şəxsi kabinetinə daxil olarkən, bu zaman həmin hesab kartından ümumi məbləğ olan 968 manat 85 qəpik məbləində olan pullardan, 19 aprel 2025-ci il tarixdə saat 23:06 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 2 manat 80 qəpik, 4 manat 20 qəpik, 19 aprel 2025-ci il tarixdə saat 23:12 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 15 manat 78 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:18 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 31 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:26 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 49 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 15:31 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 3 manat 10 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:11 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 99 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:13 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "AL" marketində 15 manat 30 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:18 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 46 manat 27 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:19 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 84 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:36 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 60 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:29 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 62 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:54 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 28 manat 20 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:38 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 22 manat 95 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "AL" marketində 2 manat 05 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:46 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 26 manat 37 qəpik və 20 aprel 2025-ci il tarixdə saat 18:58 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 36 manat 87 qəpik məbləğində pullarının naməlum şəxs tərəfindən "OBA" və "AL" marketlərində ümumlikdə 245,85 manat məbləğində alış-veriş etməsini müəyyən etmişdir. Bundan sonra elə həmin o, üzərində olan əl çantasının içərisinə qoyduğu ona məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081- 2001-9939 nömrəli hesab kartının olmadığını aşkar etmişdir. Bu zaman artıq o, başa düşmüşdür ki, onun əl çantasından hesab kartının dəqiq olaraq nəvaxtı harada hansı naməlum şəraitdə itməsini və ya oğurlanmasını bilmişdir. Bundan sonra o, həmin kartında qalan 723 manat pulu isə özünə məxsus digər hesab kartına köçürmüşdür. Bundan sonra elə həmin günü yəni 21 aprel 2025-ci il tarixdə saat 17 radələrində baş vermiş oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermiş, edə həmin günü baş vermiş hadisə ilə bağlı ona Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən zəng edərək onun şikayətilə bağlı maraqlandıqdan sonra onun həmin polis bölməsinə gəlməyini xahiş etmişlər. O, isə elə həmin günü 41 -ci PB-nə gedərək orada baş vermiş oğurluq hadisəsi barədə şikayət ərizəsilə müraciət etmişdir. Ona dəymiş maddi ziyan olan 245 manat 85 qapik pulunu ödənilməsinə köməklik edəsini və həmin cinayət əməlini törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, ona məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001- 9939 nömrəli hesab kartındən dəqiq olaraq, nəvaxtı, harada və kimdən tərəfindən oğurlanması barədə məlumatı yoxdur və onun hesab kartından naməlum şəxs tərəfindən qeyd etdiyi tarixlərdə və ünvanlarda yerləşən martetlərdə alış veriş edərək hesab kartında olan 968 manat 85 qapik puldan, 245 manat 85 qəpik maddi zayan dəymişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sənədin götürülməsi barədə” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə, həmin tarixdə Zərərçəkmiş şəxs Səbail RPİ-nin 41-ci PB-də izahatı alınarkən sonuncu tərəfindən 19 aprel 2025-ci il tarixdən və 20 aprel 2025-ci il tarixdək olan müddət ərzində istifadə etdiyi mobil telefonuna mobil tətbiqi vasitəsi ilə yönəltdiyi məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001-9939 nömrəli hesab kartını naməlum şəxs tərəfindən naməlum tarixdə və şəraitdə oğurlayaraq ünvan 3 ünvanında yerləşən "OBA" marketində və ünvan 4 ünvanında yerləşən "AL" marketində alış vermiş etməklə 245,85 (iki yüz qırx beş manat səksən beş qəpik) pulunun ələ keçirməsi barədə ödəmə cədvəlini təqdim etmişdir. (i.v. 11-16) “01 ədəd CD diskin götürülməsi barədə” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə, Zərərçəkmiş şəxs 19 aprel 2025-ci il tarixdən və 20 aprel 2025-ci il tarixdək olan müddət ərzində istifadə etdiyi mobil telefonuna mobil tətbiqi vasitəsi ilə yönəltdiyi məxsus Azərbaycan Beynalxalq Banka aid 4127- 2081-2001-9939 nömrəli hesab kartını naməlum şəxs tərəfindən naməlum tarixdə və şəraitdə oğurlayaraq ünvan 3 ünvanında yerləşən "OBA" marketində və ünvan 4 ünvanında yerləşən "AL" marketində alış vermiş etməklə 245,85 (iki yüz qırx beş manat səksən beş qəpik) pulunun ələ keçirməsi barədə həmin marketdə qeydə alınmış videogörüntüdən 1 ədəd CD diskə köçürülərək götürülmüşdür. (i.v. 17-18) “Cinayət işinə əlavə olunmuş ödəmə cədvəlinə baxış keçirilməsi haqqında” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001-9939 nömrəli hesab kartından, 19 aprel 2025-ci il tarixdə saat 23:06 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 2 manat 80 qəpik, 4 manat 20 qəpik, 19 aprel 2025-ci il tarixdə saat 23:12 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 15 manat 78 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:18 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 31 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:26 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 49 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 15:31 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 3 manat 10 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:11 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 99 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:13 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 15 manat 30 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:18 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 46 manat 27 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:19 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 84 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:36 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 60 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:29 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 62 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:54 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 28 manat 20 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:38 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 22 manat 95 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 2 manat 05 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:46 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 26 manat 37 qəpik və 20 aprel 2025-ci il tarixdə saat 18:58 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 36 manat 87 qəpik məbləğində pulları istifadə etməklə alış-veriş etməklə 245 (iki yüz qırx beş) manat 85 (səksən beş qəpik) məbləğində pullarının ələ keçirərək oğurlanması müəyyən edilmişdir. (i.v. 37-38) “Sübutların qiymətləndirilməsi haqqında” 21 may 2025-ci il tarixi qərardan görünür ki, ödəmə cədvəlləri və içərisində oğurluq hadisəsini özündə əks etdirən videogörüntünün olduğu CD-R disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 39-48). Məhkəmə iclasında tədqiq olunmuş videogörüntüdən və “CD-R markalı videogörüntüyə baxış keçirilməsi haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001-9939 nömrəli hesab kartından, 19 aprel 2025-ci il tarixdə saat 23:06 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 2 manat 80 qəpik, 4 manat 20 qəpik, 19 aprel 2025-ci il tarixdə saat 23:12 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 15 manat 78 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:18 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 31 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 09:26 radələrində ünvan 3 ünvanında yerləşən "OBA" marketində 5 manat 49 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 15:31 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 3 manat 10 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:11 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 99 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:13 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 15 manat 30 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:18 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 46 manat 27 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:19 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 84 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 16:36 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 5 manat 60 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:29 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 9 manat 62 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 17:54 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 28 manat 20 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:38 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 22 manat 95 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 2 manat 05 qəpik, 20 aprel 2025-ci il tarixdə saat 18:46 radələrində ünvan 4 ünvanında yerləşən "AL" marketində 26 manat 37 qəpik və 20 aprel 2025-ci il tarixdə saat 18:58 radələrində ünvan 4 ünvanında yerləşən “AL" marketində 36 manat 87 qəpik məbləğində pulları istifadə etməklə alış- veriş edərək ümumilikdə 245 (iki yüz qırx beş) manat 85 (səksən beş qəpik) məbləğində pullarının ələ keçirərək oğurlanması müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs, 19 aprel 2025- ci il tarixdən və 20 aprel 2025-ci il tarixdək olan müddət ərzində Zərərçəkmiş şəxs qizina məxsus Azərbaycan Beynalxalq Banka aid 4127-2081-2001-9939 nömrəli hesab kartından ünvan 3 ünvanında yerləşən "OBA" marketində və ünvan 4 ünvanında yerləşən "AL" marketində alış vermiş etməklə 245 (iki yüz qırx beş) manat 85 (səksən beş qəpik) məbləğində pulunun ələ keçirməsi barədə oğurluq hadisəsinin oğurluq hadisəsinin onun tərəfindən törədildiyini və peşman olduğunu bildirmişdir. (i.v. 74-75) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) Zərərçəkmiş şəxs tərəfindən Səbail RPİ-nin rəhbərliyinə ünvanlanmış 22 may 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 245 manat 85 qəpikdən 160 manat pul ödənilmişdir. (i.v. 81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 21 may 2025-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 82) Zərərçəkmiş şəxs Səbail RPİ-nə ünvanlanmış 21 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə sübut 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materialları ilə tanış olduğu 1 saatı 11 manatdan hesablanmaqla 40 saata görə 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə ekspertiza xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.31ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə sübut 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materialları ilə tanış olduğu 1 saatı 11 manatdan hesablanmaqla 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank” dakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-230/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-230/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver