Məhkəmə qərarları › İş №1(009)-231/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-231/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-231/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1998-ci ildə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını talamaq məqsədi ilə 16 avqust 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “Nizami bağı” ictimai parkda olarkən orada olan Səudiyyə Ərəbistan vətəndaşı Zərərçəkmiş şəxs Aya məxsus, 17 manat dəyərində **********22001 GSM kartla birlikdə 1800 manat dəyərində İphone markalı 13 Pro modelli 128 GB yaddaşh **********24702 və **********59874 İMEİ kodlu mobil telefon aparatını sonuncunun əlindən dartıb ələ keçirərək açıq talamış və bununla Zərərçəkmiş şəxs 1817 (bir min səkkiz yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 avqust 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı məhəllədə tanışı Şahid1lə birlikdə olmuş və onlar qərara gəlmişdilər ki, birlikdə şəhərinə mərkəzinə gedib orada potensial müştəri tapıb onlara bələdçilik xidməti göstərsinlər. Şahid1 ingilis dilini ondan mükəmməl bildiyi üçün sonuncunu da özüylə aparmışdır. Onlar marşrut avtubusa minib “İçəri şəhər” metrostansiyasının yanına gəlmiş, oradan isə piyada “Fəvvarələr meydanı”-na gəlmişdilər. Orada gəzişdikdən sonra Nizami bağın yanında dayanan zaman onların vanndan keçən bir neçə nəfər əcnəbi turistə bələdçilik xidməti göstərməyi təklif etmiş, lakin heç kəs istəməmişdir. Saat 23 radələrində Nizami bağın yanında bir neçə nəfər ərəb əmirliklərin vətəndaşının dayanmasını görmüşdür. Onlar 2 kişi və bir hicablı qadın olmuşdur. Onların yanında dayanan zaman o, həmin kişilərdən yaşda böyük olanın küçədən keçən qadınlara ədəbsiz formada baxaraq ərəbcə sözləri tərcüməsini bilmədiyi ifadələr işlədib qadınlara sataşdığını görmüşdür. Həmin kişinin qadınlara olan münasibəti onun xoşuna gəlmədiyi üçün o, sərt baxışla sonuncuya tərəf baxmışdır. Həmin kişi da ona sərt baxışla baxaraq ərəbcə nəsə demişdir. Tərcüməsini bilməsə də, sifətin mimikasından həmin kişinin ona dediyi sözün nəlayiq ifadənin olduğunu başa düşmüş və onlara yaxınlaşıb əl işarələri ilə nə söylədiyini soruşmuşdur. Həmin şəxs heç bir söz demədən əlində saxladığı içində kofe olan kağız stakanı ona tərəf atmışdır. O, çəkilmiş və stakandakı kofe onun şalvarına ləkə salmışdır. O, həmin şəxsin üstünə getmiş və bu zaman ara qarışan vaxtı o, həmin şəxslərdən kiminsə mobil telefonun yerə düşdüyünü görmüşdür. O, telefonun həmin ərəbə məxsus olduğunu güman edib sonuncunun hərəkətinə görə həmin şəxsi cəzalandırmaq üçün həmin telefonu götürüb oradan qaçaraq uzaqlaşmağa başlamışdır. Həmin vaxtı Şahid1 onlardan 5-6 metr kənarda dayanmışdır. Şahid1 onun həmin şəxslərlə aralarında olan münaqişəyə müdaxilə etməsə də onun qaçdığını görüb onunla bərabər qaçmağa başlamışdır. Onlar oradan parkın çıxışına qədər təxminən 100 metr məsafə qaçmış, sonra isə adi yerişlə hərəkətlərini “İçəri şəhər” metrostansiyasına tərəf davam etdirmişdilər. Onun fikiri həmin telefonu səhərisi günü polisə təhvil vermək olmuşdur. Yolda gedərkən Şahid1 ondan niyə görə ərəbin telefonunu götürdüyünü və telefonu nə etmək istədiyini soruşduqda o, ərəbin telefonunu səhər qaytaracağını, sonuncunun hərəkətinə görə bunu etdiyini bildirmişdir. “İçəri şəhər” metrostansiyasının yanında onlar taksi maşınına minmiş və məhəlləyə gəlmişdilər. Sonra hərəsi öz evinə getmişdir. Evə gələn kimi o, telefonu söndürüb evdə qoymuşdur. Səhərsi gün evinin qapısı döyülmüş və gələnlər özlərini polis əməkdaşları olduqlarını bildirmişdilər. O, ifşa olunduğunu başa düşüb ərəbdən götürdüyü telefonu da özüylə götürərək polislərə təslim olmuşdur. Sonra polis əməkdaşları ona Şahid1 şəkilini göstərib həmin zaman onun yanında olan şəxsin şəkildəki şəxsin olubolmamasını soruşduqda o bunu təsdiqləmişdir. Onu polis bölməsinə aparmışdılar, sonra Şahid1 də həmin bölməyə dəvət etmişdilər. Bölmədə o, telefonu təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, könüllü təqdim etmə, tanınmaya təqdim etmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasımı rəyi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş X2 vətəndaşı, Zərərçəkmiş şəxs A ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 15 avqust 2022-ci il tarixdə atası X6 Ali H, qardaşı və bacılarıyla birlikdə turist kimi Bakı şəhərinə gəlmiş və “Supreme” hotelində apartament götürüb orada yerləşmişdilər. Həmin gün onlar yorğun olduğundan heç hara getməmişdilər. Uzun müddətli uçuşdan sonra bacıları özlərini yaxşı hiss etmədikləri üçün 16 avqust 2022-ci il tarixdə bacıları hoteldə qalmış, o isə qardaşı Şahid3 və atasıyla həmin gün axşam saatlarında şəhərin mərkəzinə gəzməyə getmişdilər. Bir neçə saat şəhərin mərkəzində olan bütün gəzməli və görməli yerlərdə olduqdan sonra onlar “Fəvvarələr meydanı”-nın yanında yerləşən parkın yanına avtomobil yolun kənarına çıxmışdılar ki, oradan taksi maşını sifariş edib hotelə qayıtsınlar. Həmin vaxtı saat 23 radələri olmuşdur. Atası öz telefonunda taksi xidmətinin mobil tətbiqini yükləyirmiş və ona görə onlar təxminən 15 dəqiqə ərzində orada dayanmışdılar. O. isə həmin vaxt ərzində istifadəsində olan “İphone 13 Pro” markalı telefonunda sosial şəbəkələrdə xəbərləri izləyirmiş. Ani olaraq yanında dayanmış, hər ikisinin əynində ağ rəngli köynəklər olan cavan oğlanlarlardan biri onun əlində saxladığı mobil telefonunu alıb ələ keçirmiş və qaçaraq onlardan uzaqlaşmağa başlamışdır. Həmin oğlanın yanında olan digər oğlan da qaçmağa başlamış və atası qışqıra-qışqıra həmin şəxslərin arxasınca qaçsa da onlara çata bilməmişdir. Əcnəbi olduqları üçün və azərbaycan dilini bilmədiklərinə görə onlar kimə müraciət elməli olduğunu bilməmiş və yolda dayanan taksi maşınların birinə oturub hotelə qayıtmışdılar. Orada onlar baş vermiş hadisə ilə bağlı hotelin qeydiyyatçısına məlumat verəndən sonra sonuncu polisə zəng vurub hadisəni danışmışdır. Səhərsi gün onları polis bölməsindən dəvət etmişdilər. O və atası polis bölməsinə gedib tərcüməçinin iştirakı ilə izahat vermişdilər. Sonra onlar hotelə qayıtmışdılar. Həmin gün onlara telefonu ələ keçirən şəxslərin tapılması və onlardan birinin onun telefonunu polisə təqdim edilməsi barədə məlumat verilmişdir. Ona məxsus mobil telefonun qiyməti 2120 manat, onun içərisindəki SİM kartın qiyməti isə 17 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs X2 vətəndaşı, Zərərçəkmiş şəxs A-nın nümayəndəsi Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X2 vətəndaşı, Zərərçəkmiş şəxs A-nın Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan olunmuş X2 vətəndaşları Şahid2 H və Şahid3 H, Zərərçəkmiş şəxs A-nın ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş XXX Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, yaşadığı məhəllədən tanıyır. Orxanın paltar mağazasında işlədiyini və yaz-yay fəsilində Bakıya gələn xarici turistlərə, əsasən ərəb əmirliklərdən gələn əcnəbilərə ödənişlə bələdçilik xidməti göstərdiyini bilirmiş. 16 avqust 2022-ci il tarixdə axşam saatlarında Orxanla məhəllədə görüşən zaman sonuncu ona birlikdə şəhərin mərkəzinə gedib tursitləri gəzdirərək pul qazanmağı təklif etmişdir. O, işləmədiyinə görə qazanc əldə edəcəyini düşündüyündən Orxanla razılaşmış və saat 17 radələrində onlar “torqovaya” adlanan küçəyə gəlmiş və orada gəzməyə başlamışdılar. Bir neçə saat gəzişdikdən sonra onlar Nizami bağının yanına gəlib orada ərəb turist axtarmağa başlamışdılar. Bir neçə nəfər ayrı-ayrı qrup ərəb turistlərə yaxınlaşıb onlara şəhəri gəzdirməyi təklif etsələr də, heç kəs onların xidmətindən faydalanmaq istəməmişdir. Saat 23 radələrində isə onlar həmin parkla avtomobil yolu arasında olan yerdə dayanan zaman 3-4 nəfər ərəb turistlərin səkinin yanında yola yaxın hissədə dayanmalarını və həmin şəxslərdən kişi cinsli şəxsin yolla keçən 2 nəfər qadına nəsə deməsini eşitmişdir. Həmin ərəbin nə deməsini başa düşməmiş, çünki sonuncu farsca söyləmişdir. Elə bu zaman Orxan həmin ərəbin yanında dayanan hicablı qadına yaxınlaşıb sonuncunun əlində saxladığı mobil telefonunu əlindən alıb üzü “İçəri şəhər” metrostansiyasının çıxışına tərəf qaçmağa başlamışdır. O da Orxanın qaçdığını görüb həyacanlanaraq sonuncunun arxasınca qaçmağa başlamışdır. Həmin ərəb kişi fars dilində nəsə qışqırırmış və o, arxaya baxmadan Orxanla yanaşı qaçmışdır. Metrostansiyasına çatanda onlar dayanmış və o Orxandan niyə görə qızın telefonunu götürdüyünü soruşduqda Orxan ərəb kişinin hərəkətlərinə görə bunu etdiyini, səhərisi gün isə telefonunu qaytaracağını bildirmişdir. İçəri şəhər metrostansiyasının yanında onlar yolla keçən taksiyə minmiş və yaşadıqları məhəlləyə gəlmişdilər. Sonra Orxan öz evinə, o isə öz evinə getmişdir. Səhərsi gün evlərinin qapısı döyülmüş və o, qapını açdıqda bir neçə nəfər mülki geyimində olan kişi cinsli şəxsləri görmüşdür. Həmin şəxslər özlərini polis olduğunu demiş və onu 9-cu polis bölməsinə aparmışdılar. Polis bölməsinə gəldikdə Orxan artıq orada olmuşdur. İş materiallarında olan AR-İİ 773664 nömrəli etibarnaməyə və 23 avqust 2022-ci il tarixli “nümayəndə kimi tanıma haqqında” qərara əsasən, Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili (müqavilə nömrə 2040) Nümayəndə, zərərçəkmiş şəxs X2 vətəndaşı Zərərçəkmiş şəxs A-nın nümayəndəsi qismində tanınmışdır. Təqdim etmə haqqında 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 1 ədəd mavi rəngli, üzərində şəffaf rəngli qoruyucu örtük olan “İphone 13 Pro” markalı mobil telefonu təqdim etmiş, 19 avqust 2022-ci il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon apparatı tanınması üçün digər oxşar predmetlərin sırasında tanınması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edildikdə sonuncu həmin telefon aparatını tanımışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 avqust 2022-ci il tarixli, 9/6056 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd İphone markalı 13 Pro modelli 128 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1800 manat müəyyən olunur. Şübhəli şəxsi tutma haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 01:23-də saxlanaraq istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, Səbail Rayon MSY-dən dərhal azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Şahid1avanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid XXX Şahid1 həmçinin məhkəmə iclasında ifadələri elan olunmuş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində: Tərtər Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndiriləsinə dair cinayət işinə bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmünə əsasən, Tərtər Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək şərti olaraq 06 ay sınaq müddəti saxlanılmış və 24 iyul 2020-ci ildə tətbiq olunmuş sınaq müddətinin sonu ilə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərəçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığı nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut olan “İphone 13 Pro” markalı mobil telefonun zərərçəkimiş şəxsin nümayəndəsinə qaytarılmasının nəzərə alınmasını, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevarl 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə istintaqı zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X4 18 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu əraziləri hüdudlarını tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 24:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “İphone 13 Pro” markalı mobil telefonun zərərçəkimiş şəxsin nümayəndəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar