Məhkəmə qərarları › İş №1(009)-231/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-231/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-231/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zahid qızının, Təqsirləndirilən Təqsirləndirilən şəxs iştiraki ilə, xx.xx.1993-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə təmiz çəkisi 0,303 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»i və təmiz çəkisi 6,515 qram kustar üsulla hazırlanmış narkotik vasitə «qurudulmuş marixuana»nı qanunsuz olaraq əldə edib, həmin psixotrop maddədən 0,181 qram çəkidə metamfetamini və həmin narkotik vasitədən 6,298 qram çəkidə qurudulmuş marixuananı icarə müqaviləsi əsasında idarə etdiyi Toyota markalı Prius modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qoltuqaltı əşya qutusuna yerləşdirməklə avtomobilində saxlayaraq daşımış, 04 mart 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 60/3 ünvanının qarşısında təşkil olunmuş stasionar postdan keçərkən, yoxlanış zamanı özünü şübhəli apardığına görə postda xidmət aparan Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşları tərəfindən avtomobillə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Səbail RPİ-nin 41-ci polis bölməsinin inzibati binasına gətirilmiş, saat 21:50-dən etibarən orada onun üzərində keçirilmiş şəxsi axtarış zamanı satış məqsədi ilə eyni mənbədən əldə edərək üzərində saxlayaraq daşıdığı yuxarıda ümumi çəkisi qeyd edilən psixotrop maddələr və narkotik vasitələrin qalığı olan bir ədəd şəffaf rəngli selofan kəsiyindən olan bükümdə təmiz çəkisi 0,112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf rəngli selofan kəsiyindən olan bükümdə təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, habelə həmin gün saat 23:05-dan etibarən polis bölməsinin inzibati binasının həyətində Toyota Prius markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılan zaman avtomobilin salonunda qoltuqaltı əşya qutusunun içərisində sarı rəngli kiçik sandıqçada 5 ədəd siqaretin iç kağızından olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,149 qram, 0,071 qram, 0,158 qram və 0,214 qram, ümumi təmiz çəkisi 0,728 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd siqaretin iç kağızından olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156 qram, 0,025 qram və 0,01 qram, ümumi təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bundan əlavə qeyd olunan əşya qutusunun içərisindəki yarımdairəvi şəkilində slayder tipli bağlama mexanizmi ilə parçadan hazırlanmış qara rəngli qabın içərəsində bir ədəd şəffaf selofan kəsiyindən olan bükümdə təmiz çəkisi 5,57 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi müəyyən edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə qanunsuz əldə edib saxladığı və daşıdığı 0,303 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 6,515 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən istifadəçi kimi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzərinə aparılmış şəxsi axtarış götürmədə və avtomobilin baxışında aşkar edilən narkotik vasitə və psixotrop maddə ona məxsus olmuş, lakin onları çox sayda bükümdə saxlamamış onları bir-iki bükümdə saxlamışdır. Elektron tərəzi ona məxsus deyildir.Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olmamışdır. Narkotik vasitənin istifadəçisidir, istifadəsinə görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci polis bölməsinin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə “Əhmədli Bravo”-da baş vermiş silahlı insidentdən sonra stancionar postlar qurulmuşdur. O, və Səbail RPİ-nin 41-ci polis bölməsinin digər əmakdaşı Şahid2 Badamdar qəsəbəsində qurulmuş postda xidmət aparmışlar. Xidmət aparan zaman 04 mart 2023-cü il tarixdə saat 20 radələrində Toyota Prius markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili postu keçərkən avtomobildə olan iki nəfər özlərini şübhəli aparmışlar. O, həmin avtomobilinin sürücüsünə saxla və avtomobildən düşmələrini əmri vermişdir. Bundan sonra sürücü avtomobili saxlamış və iki nəfər avtomobildən düşmüşdür. İki nəfərin şəxsiyyətini araşdıraraq adları Təqsirləndirilən şəxs və Şahid3 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs və Şahid3 41-ci polis bölməsinə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs istifadəsində olan Toyota Prius markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili 41-ci polis bölməsinin həyətinə gətirilmiş, avtomobili qapıları bağlanılmış və açar növbətçiyə təhvil verilmişdir. Video çəkiliş aparılmaqla, vəkilin iştrakı ilə Təqsirləndirilən şəxs və Şahid3 üzərinə şəxsi axtarış götürmə aparılmışdır. Şahid3 üzərindən qeyri qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan Toyota Prius markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə elektron tərəzi, narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilən narkotik vasitələrinin ona məxsus olduğunu və onları satdığını etiraf etmişdir. Şahid3 bir neçə dəfə narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını etiraf etmişdir. Aşkar edilən narkotik vasitə və psixotrop maddə zərfə qablaşdırılmış, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şahid X3 ifadəsi ilə analoji ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışların vasitəsilə tanımışdır. 04 mart 2023-cü il tarixdə Rəsulnan avtomobildə Badamdar qəsəbəsinə gedən zaman postda saxlanılmışlar. Sonra şübhəli oduğundan onları bölməyə aparmışlar, orada onların üzərinə şəxsi axtarış götürmə keçirilmiş və onun üzərindən qeyri qanuni heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs cəmi bir dəfə 5-10 manata marixuana tapmaq xahiş etmiş, Rəsul da onun üçün bir büküm marixuana tapmışdır. İstintaqa verdiyi ifadəsini təziq altında verdiyindən, məcbur edildiyi üçün Rəsuldan narkotik vasitəni bir neçə dəfə aldığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Səbail RPİ-nin 41-ci polis bölməsinin sabit təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs heç bir təziq olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış götürmə, habelə avtomobilə baxış vəkilin iştirakilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdə üzərindən və avtomobildən aşkar edilən narkotik vasitələrin özünə məxsus olduğunu və satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobil 41-ci polis bölməsinin həyətinə gətirilmiş, qapıları bağlanılmış və açar növbətçiyə təhvil verilmişdir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 04 mart 2023-ci il tarixdə saat 20:00-da tutulmuşdur. İş materiallarında olan 04 mart 2023-ci il il tarixli “şəxsi axtarış və götürmə aparlması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı 01 ədəd şəffaf selafana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər qurudulmuş bitki kütləsi və 01 ədəd şəffaf salafana bükülmüş, içərisində kristallaşmış ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddə kütləsi aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD" diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Toyota Prius” markalı **-ED-*** dövlət nömrəli avtomobilə baxış zamanı 1 ədəd böyük və 8 ədəd balaca işərsində narkotik vasitəyə və psixotrop maddəyə olan kütləyə oxşar bükümlər, o cümlədən elektron tərəzi, kiçik lampadan hazırlanmış alət və kiçik kağız borucuğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu, narkotik vasitənin və psixotrop maddənin satdığını etiraf etmişdir. Baxışın gedişatını əks etdirən görüntülər “DVD" diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 05 mart 2023-cü il tarixli 7/337 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,217 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxsun avtomobilindən aşkar olunmuş madadələr...” yazı və imzalar olan zərfdə 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,57 qr, 0,136 qr, 0,149 qr, 0,071 qr, 0,158 qr və 0,214 qram olmaqla ümumi çəkisi 6,298 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla "hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqatdan sonra qalıq 6,165 qram marixuana geri qaytarılmışdır. İş materiallarında olan 05 mart 2023-cü il tarixli 6/1341 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 239" dairəvi möhür əksləri olan iki ədəd zərfdə: üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,112 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir; üzərində “Vətəndaş Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş...” sözləri və imzalar olan zərfin içərisindəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,156 qram, 0,025 qram ümumi təmiz çəkisi 0,181 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,01 qram olan ağımtılqəhvəyi rəngli, kristalşəkilli maddə kütlə psixotrop maddə - metamfetamindir; 1 (bir) ədəd kağız borucuğun, 1 (bir) ədəd kağız borucuq bərkidilmiş şüşə predmetin daxilində və 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş ümumilikdə 04 ədəd bükümdə olan metamfetaminin ümumi təmiz çəkisi 0,303 qramdır. Tədqiqatdan sonra qalıq 0,283 qram metamfetamin geri qaytarılmışdır. İş materiallarında olan 05 mart 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla əlagədar olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 06 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli Bakı şəhəri Səbail rayon məhkəmsinin 4(009)-151/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 mart 2023-cü il saat 20:00-dan hesablanmışdır. İş materiallarında olan 07 mart 2023-cü il tarixli 1319 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 şəxsi ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 15 mart 2023-cü il tarixli 7/366 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd büküm marixuana ilə Təqsirləndirilən şəxsun avtomobilindən götürülmüş 6 ədəd büküm marixuanalar tərkiblərinə görə eynidir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli 6/1480 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə məxsus “Tədqiqat obyekti №63” ştamp əksi, “ Ekspert rəyi 6/1341...05 mart 2023-ci il... Səbail RPİ 41-ci Polis Bölməsi və s. yazılar olan bir ədəd kağız paketin içərisində iki ədəd zərfdə olan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükümdə və onun idarə etdiyi avtomobildə aşkar edilmiş 3 ədəd bükümdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil etmişdir. İş materiallarında olan 23 mart 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 19 may 2023-cü il tarixli “maddi sübut kimi tanıma və saxlama barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilib götürülmüş, 6,515 qram narkotik vasitə qurudulmuş marixuana, 0,303 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, 1 ədəd kağız borucuq və 1 ədəd kağız borucuq bərkidilmiş şüşə predmetilə birlikdə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,165 qram qurudulmuş marixuana, 0,271 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, 1 ədəd kağız borucuq və 1 ədəd kağız borucuq bərkidilmiş şüşə predmeti Səbail RPİ-nin saxlama otağında saxlanılmışdır. İş materiallarında olan 23 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Şahid3 əməlində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər kateqoriyasına aid hər hansı cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, kompakt disklərin sübut növü kimi tanınaraq cinayət işinin materiallarında, narkotik vasitənin, psixotrop maddənin, elektron tərəzinin və narkotik vasitələrin istehlakı üçün nəzərdə tutulmuş alətlərin isə maddi sübut kimi tanınaraq Səbail RPİ-nin saxlama otağında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan AZ-İV 35946 N-li doğum haqqında şəhadətnaməsindən görünür ki, 20 avqust 2019-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, istintaq zamanı şəxsi axtarış və götürmə aparılması və avtomobilə baxış keçirilməsi nəticəsində əldə edilmiş maddi sübutların, şahidlərin ifadələrin, ekspertiza rəylərin, sübut qisimində tanınmış videogörüntülərin məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmiş faktlar ittihamın əsaslı olduğunu sübut edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün saxlamasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəuyğundur və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə qaldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 6,165 qram narkotik vasitə qurudulmuş marixuana, 0,283 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd kağız borucuq və 1 ədəd kağız borucuqa bərkidilmiş şüşə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə sübut olan 03 (üç) ədəd “DVD" disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 6,165 qram narkotik vasitə qurudulmuş marixuana, 0,283 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd kağız borucuq və 1 ədəd kağız borucuqa bərkidilmiş şüşə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə sübut olan 03 (üç) ədəd “DVD" disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 318 (üç yüz on səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar