Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-232/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına az ağır və ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə, saat 15:44 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsiŞ Badamdar şossesində «X5»-nın inzibati binasının qarşısında idarə etdiyi «SUBARU LEGACY» markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmək üçün iki zolaqlı yolun orta hissəsi ilə arxaya hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, avtomobilin arxa hissəsi ilə arxa tərəfdən yolun bir tərəfindən digər tərəfmə keçən piyadaçılar - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 vurub Zərərçəkmiş şəxs1nm İİ, İİİ, İV (L2, L3, L4) bel fəqərələrinin sol yan çıxıntılarının fəsadlaşmayan travmatik sınıqları, Zərərçəkmiş şəxs2nm ənsə sümüyünün xətti sınığı və baş beyninə travmatik subaraxnoidal qansızma ilə müşayiət olunan qapalı kəllə-beyin travması və üzün sol yarısının qançırı xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır, zərərçəkmiş Zərərçəkmiş şəxs2nm sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı X11 adına olan və etibarnamə əsasında idarə etdiyi «SUBARU LEGACY» markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobillə , «Florens» tibb mərkəzində kuryer sürücü işləyirdi. 14 aprel 2021 -ci il tarixdə, saat 15:30 radələrində həmin «SUBARU LEGACY» markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu ərazisində olan «Qurd qapısı» adlanan ərazidən Badamdar şossesi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkət etmişdir. Hərəkət istiqamətində yolun sağ hissəsində yerləşən “X2” inzibati binasına çatmamış işıqforu keçəndən sonra yadına düşmüşdür ki, gedəcəyi ünvan olan döngəni keçmişdir. Ona görə də maşını saxlamış və geri qayıdıb ötüb keçdiyi tərəfə dönmək və hərəkətini həmin istiqamətdə davam etdirmək qərarına gəlmişdir. Hərəkət etdiyi istiqamətdə yolun sağ hissəsində avtomobillər dayanmışdır, yolun orta səkisi tərəf boş olmuş və o avtomobili yolun həmin açıq hissəsində saxlayıb avtomobili arxaya hərəkət etdirməyə başlamışdır, avtomobili saxlamamışdan əvvəl və saxlayan vaxt yolun digər hissəsindən onun hərəkət etdiyi yola tərəf gələn üç qadını görməmiş və avtomobilin sağ və sol güzgülərindən arxaya baxıb yolun boş olduğunu görüb avtomobili arxaya hərəkət etdirməyə başlamışdır. Təxminən 2-3 metr arxaya hərəkət etmişdir ki, avtomobilin arxa tərəfinin nəyəsə dəydiyi səsini eşidib avtomobili saxlamış və düşüb arxaya baxdıqda avtomobilin arxa tərəfi ilə yolun digər tərəfindən “X4” tərəfə keçən üç qadını vurduğunu və həmin qadınların xəsarət aldıqlarını görmüşdür. Avtomobilində sərnişin qismində əyləşmiş Şahid2lə və hadisə yerinə gələn vətəndaşların köməklikləri ilə maşının arxa hissəsi ilə vurub xəsarət yetirdiyi həmin üç nəfərin orada olan “X4”-nda işlədiklərini öyrənib onları həmin tibb müəssisəsinə tibbi yardım üçün aparmışlar, bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Avtomobili arxaya hərəkət etdirərkən üç qadının yolu keçmək istədiklərini görməmişdir və avtomobili arxaya təxminən 20 km/saat sürətlə hərəkət etmişdir. Hadisədən əvvəl yolu keçən şəxsləri görməmiş, onları yalnız vurandan sonra görmüşdür. İdarə etdiyi avtomob ilə vurub xəsarət yetirdiyi həmin zərərçəkmişlərlə barışmaq üçün dəfələrlə onlarla görüşmüş, iş yerlərinə getmiş ki, barışıq əldə etsin və imkanı daxilində onlara maddi yardım etsin, lakin həmin xanımlar onu qəbul etməmiş və ondan yüksək məbləğdə pul tələb etmişlər, onun isə onların dedikləri məbləğə maddi imkanı çatmır, ona görə də onlar ondan şikayət etmişlər, yenə də onlara hissə-hissə maddi köməklik etmək istəyir, lakin onlar buna razılıq vermirlər. Siğorta məbləği 3000 manat təşkil edir, zərərçəkmiş şəxslər Nigar Axundova və Zərərçəkmiş şəxs1 hərəsinə 1500 manat ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək iki azyaşlı uşağının olduğunu, amnistiya aktı tətbiq edilməklə cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən “X6”da Xəstə xidməti şöbəsində işləyir. Oruc tutduqları üçün 14 aprel 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində iş yoldaşları Zərərçəkmiş şəxs1 və Şahid1 ilə birlikdə iş yerlərindən çıxaraq yolun əks tərəfində olan “Spay haus” marketinə xurma almaq üçün getmişlər. Yolu keçib həmin marketdən çıxaraq həmin yolla geri qayıtmaq qərarına gəlmişlər. Həmin yol iki istiqamətli yoldur, ona görə də marketdən çıxıb iş yerlərinə qayıdan zaman yolun bir hissəsini keçib yolun ortasında olan ayrıcda dayanıb yolun digər hissəsini də keçmək üçün baxdıqda yolda maşın olmadığını görüb üçüdə birlikdə yolu keçən zaman qəflətən hərəkət zolağının əks istiqamətində arxaya gələn maşın onların üçünü də vurduğu üçün yerə yıxılaraq özlərini itirmişlər. Bundan sonra həmin zaman onların üçünü də yaxında olan iş yerlərinə “X6”a çatdırmışlar. Onu yoldan keçən tanımadığı şəxsin avtomobili ilə, iş yoldaşı Nigarı isə onları vuran avtomobilin sürücüsü öz maşını ilə xəstəxanaya aparmışdır. Digər iş yoldaşları Natavanda elə də ağır xəsarət olmadığından onun özü xəstəxanaya gəlmişdir. Xəstəxanada ona 4046 manat məbləğində tibbi yardım göstərilmişdir, lakin həmin məbləğ xəstəxanaya ödənilməmişdir. Sığorta məbləğinin 1500 manatını almışdır. Xəstəxanadan çıxdıqdan sonra da ev şəraitində müalicəsini davam etdirmiş və buna da təxminən 1500 manat xərci çıxmışdır. Zərərçəkmiş şəxs2 “X6”-ın hesab fakturalarını əlavə etməklə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət hərəkətləri nəticəsində ona vurulmuş 4046,22 manat birbaşa zərər və 50000 manat məbləğində mənəvi zərər, ümumilikdə 54046,22 manat tutumasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin cəzalandırılması və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən “X6”-da mühasib işləyir. Oruc tutduqları üçün 14 aprel 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində iş yoldaşları Şahid1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə iş yerindən çıxaraq yolun əks tərəfində olan “Spay haus” marketinə xurma almaq üçün getmişlər, yolu keçib həmin marketdən xurma alıb çıxaraq həmin yolla geri qayıtmaq qərarına gəlmişlər. Həmin yol iki istiqamətli yoldur, ona görə də onlar marketdən çıxıb iş yerlərinə qayıdan zaman yolun bir hissəsini keçib yolun ortasında olan ayrıcda dayanıb yolun digər hissəsini də keçmək üçün baxdıqda yolda maşın olmadığını görüb üçüdə birlikdə yolu keçən zaman qəflətən hərəkət zolağının əks istiqamətində arxaya gələn maşın onların üçünü də vurduğu üçün yerə yıxılaraq özlərini itirmişlər. Sonra onların üçünü də yaxında olan iş yerlərinə “X6”-a çatdırmışlar. Onu təqsirləndirilən şəxs öz maşını ilə xəstəxanaya aparmışdır. Ona görə də o iş yoldaşlarının kimlər tərəfindən xəstəxanaya gətirilməsini görməsə də, hadisədən sonra bilmişdir ki, Aynuru tanımadığı bir maşın xəstəxaya gətirib. Natavan da az xəsarət aldığı üçün özü xəstəxanaya gəlmişdir. Xəstəxanada ona 4349 manat məbləğində tibbi yardım göstərilmişdir, lakin həmin məbləğ xəstəxanaya ödənilməmişdir. Sığorta məbləğinin 1500 manatını almışdır. Xəstəxanadan çıxdıqdan sonra da ev şəraitində müalicəsini davam etdirmiş və buna da təxminən 1500 manat xərci çıxmışdır. Zərərçəkmiş şəxs1 “X6”-ın hesab fakturalarını əlavə etməklə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət hərəkətləri nəticəsində ona vurulmuş 4349,66 manat birbaşa zərər və 5000 manat məbləğində mənəvi zərər, ümumilikdə 9349,66 manat tutumasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin cəzalandırılması və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, «Florens» tibb mərkəzində həkim kimi fəaliyyət göstərir. Mövlanverdini təxminən 1 il əvvəl onun iş yerinə kuryer kimi gələndən tanımışdır, aralarında əvvəldən heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Hadisə baş verən gün, yəni 14 aprel 2021-ci il tarixdə, saat təxminən 15 radələrində iş yerində olan zaman çağırış daxil olmu və həmin xəstəyə gedib baxmaq ona həvalə edilmişdir. Xəstələrin sayının çoxluğu ilə bağlı xidməti maşın çatmadığına görə o iş yerində olan Mövlanverdinin maşını ilə Badamdar ərazisində olan həmin xəstədən analiz nümunələri götürmək üçün yola düşmüşdür. Klinikada işləyən Nərmin adlı tibb bacısı da maşının arxa oturacağında əyləşmişdr. Mövlanverdi həmin xanımı yol üstü düşürməli idi. Badamdar qəsəbəsi istiqamətində yol gedən zaman Mövlanverdi yolu düz getmədiyi üçün idarə etdiyi maşını yolda saxlayıb arxaya verərkən maşına nəsə dəyməsi və qışqırıq səsi eşitmişdir. Bu zaman Mövlanverdi maşını biraz arxaya idarə edib saxlamış, onlar maşından düşüb maşının arxa tərəfinə keçib baxdıqda üç qadının asfalt örtüyü üzərinə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin qadınları Mövlanverdi maşını arxaya doğru idarə edən zaman avtomobillə vurmuşdur. İlk olaraq ən çox ağır xəsarət almış, sonradan adını bildiyi Aynur adlı bir qadına yaxınlaşıb onu Mövlanverdi ilə birlikdə Mövlanverdinin avtomobili ilə “X6”a aparmışlar. Həmin hadisə zamanı Mövlanverdi avtomobili ilə ehtiyyatsızlıqdan vurduğu xanımlardan birinin əri hadisə yerinə gəldiyi üçün o, əri ilə birlikdə hadisə yerindən həmin xəstəxanaya aparılmışdır. Digər xəsarət almış üçüncü xanımı yoldan gedən tanımadığı bir şəxs maşını ilə həmin xəstəxanaya aparmışdır. Hadisədən əvvəl Mövlanverdinin avtomobili arxaya verən zaman vurduğu xanımları görməmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmiş və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, “X7”da mühasib işləyir. Oruc tutduğu üçün 14 aprel 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində iş yoldaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə işdən çıxaraq yolun əks tərəfində olan «Spay haus» marketinə xurma almaq üçün getmişlər. Yolu keçib marketdən lazım olanı alıb çıxaraq həmin yolla geri qayıtmaq qərarına gəlmişlər. Həmin yol iki istiqamətli yol idi. Ona görə də marketdən çıxıb iş yerimizə qayıldan zaman yolun bir hissəsini keçib yolun ortasında olan ayrıcda dayanıb yolun digər hissəsini də keçmək üçün baxdıqda yolda maşın olmadığını görüb üçü birlikdə yolu keçən zaman qəflətən hərəkət zolağının əks istiqamətində arxaya gələn maşın onların üçünü də vurmuş və onlar yerə yıxılmışlar. Həmin zaman o özüü bir anlıq itirdi. Bundan sonra onları yaxında olan iş yerləri “X6”a çatdırdılar. Ona ilk tibbi yardım göstərildi və o özünü iş yoldaşlarına nisbətdə yaxşı hiss etdiyinə və xəsarəti zəif olduğu üçün evə buraxılmışdır. Lakin digər iş yoldaşları Aynur və Nigarda ağır xəsarət olduğundan onlar xəstəxanada qalıb müalicə olundular. Hadisə yol-nəqliyyat hadisəsinin videogörüntüsünə baxış keçirilən zaman müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi tarix və saat 14.04.2021-ci il, saat isə 15:44:30 göstərilir. Ekranda orta hissədə beton materialından yolayrıcı, yolayrıcının bir tərəfində «Qurd qapısı» istiqamətində gedən zolaq, digər tərəfində isə Badamdar qəsəbəsi istiqamətində gedən yol görünür, yolayrıcında olan səki üzərində işıqfor dirəyi vardır, hər iki istiqamətdə ara-sıra avtomobillər hərəkət edir. Badamdar qəsəbəsi istiqamətində gedən yolun sağ hissəsində üç avtomobilin yolun sağ hissəsində dayandığı görünür, görüntülərin başlanması ilə üç qadın «Qurd qapısı» istiqamətində gedən yolun sağ tərəfindən piyada gələrək yolayrıcının üstündən keçmələri və həmin anda dövlət qeydiyyat nişanı, markası məlum olmayan ağ rəngli «DOBLO» tipli avtomobilin həmin qadınların qarşısından Badamdar qəsəbəsi istiqamətində keçməsi və avtomaşının keçməsindən sonra üç qadının Badamdar qəsəbəsi istiqamətində gedən yola düşüb “X6”a tərəf sağa baxmaqla piyada getmələri, yolayrıcından avtomobil yoluna düşərək 5-6 addım atdıqdan sonra yolun ortasında Təqsirləndirilən şəxs idarə etdiyi «Subaru Legacy» markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxaya idarə olunmaqla həmin üç qadını arxa buferi ilə vurub təxminən 2-2,5 metr sürüməsi və sonra saxlayaraq avtomobili qabağa verib sürücünün, sonra isə iki sərnişinin və yol kənarında olan iki şəxsin qadınlara yaxınlaşmaları müşahidə olunur. 14 avqust 2021-ci il tarixli qərarla cinayət hadisəsinin gedişatını özündə əks etdirən disk maddi sübut kimi tanınmışdır. Məhkəmə-tibbi ekspertizasının 28 aprel 2021-ci il tarixli, 255 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər – İİ, İİİ, İV (L2, L3, D4) bel fəqərələrinin sol yan çıxıntılarının fəsadlaşmayan travmatik sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 14 aprel 2021-ci il tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 08 may 021-ci il tarixli, 218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aldığı xəsarətlər – ənsə sümüyünün xətti sınığı və baş-beyinə travmatik subaraxnoidal qansızma ilə müşayiət olunan qapalı kəllə-beyin traması və üzün sol yarısının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 14 aprel 2021-ci il tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli, 8/972 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, «SUBARU LEGACY» markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 ( bir yüz) manatdır. 11 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qimində tanınmışdır. 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. 10 avqust 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə saat 20:45 radələrində tutulmuş və Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. 11 avqust 2021-ci il tarixdə cinayət iş üzrə icraat təzələnmişdir. 11 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 12 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 11 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11.08.2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 214.3-cü maddəsi ilə təqsirli bilinmiş, əməyə mütləq cəlb olunmaqla 3 il şərti məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.10.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-vü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2009-cu il tarixli qərarı ilə qeyd edilən hökm üzrə təyin edilmiş cərimə cəzası aylıq gəlirindən 20 faiz dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası ilə əvəz edilmişdir. 30.04.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.02.2012-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 08.06.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 11 ay 28 günə endirilmişdir.. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi 25 saylı evdə qeydiyyatdadır və ailə tərkibi arvadı X12, 2010-cu il təvəllüdlü X9, 2011-ci il təvəllüdlü X10. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan elektron məhkəmə elektron sisteminin çıxarışından və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var - 25.01.2010-cu il təvəllüdlü X9, 12.11.2011-ci il təvəllüdlü X10 adlı övladları vardır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində iki azyaşlı uşağının olduğunu, törətdiyi əməlin “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşdüyündən barəsində amnistiyanın tətbiq edilməklə cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə istintaqı zamanı, həmçinin özünün və zərərçəkmiş şəxslərin, şahidlərin istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına az ağır və ağır zərər vurulmasına səbəb olması tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 1.16-cı bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər aid edilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuşdur ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda göstərilən qanunvericlik normalarına normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladları (iki azyaşlı övladları - 25.01.2010-cu il təvəllüdlü X9, 12.11.2011-ci il təvəllüdlü X10) olduğundan, müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüləri olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Məhkəmə mülki iddiaçıların iddia ərizələrini nəzərdən keçirərək hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia CPM-nin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Belə ki, Azərbaycan Respublikasın Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. (149.2.3) Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Məhkəmə qeyd edir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. ( CPM 183.3.) Qanunverici iddia icraatı qaydasında məhkəməyə müraciət forması kimi iddia ərizəsini müəyyən edərək, onun forma və məzmun tələblərini, eləcə də həmin icraat qaydasında məhkəmədə iştirak edən prosessual subyektlərin dairəsini Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində əks etdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.4-cü maddələrinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı ərizələrdən görünür ki, mülki iddiaçılar tərəfindən qanunun bu tələbinə əməl edilməmişdir. Belə ki, iddiaçı, ərizəsində tələbinin yönəldiyi şəxsin (cavabdehin) adını və zərərin ödənilməsi üçün konkret məbləğ barədə xahişini qeyd etmiş, iddia ərizələrində qeyd edilən məbləğin kimi xeyirinə tutulması konkret olaraq göstərilməmişdir. Bu hal isə, ərizənin forma və məzmun tələbinə riayət olunmadığına dəlalət edir. Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə, ərizə MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qənaətinə görə iddiaçıya vurulan zərərin əvəzi kimi tutulacaq pul vəsaiti bir növ bu zərərə məruz qalmış şəxsin əmlakı sayılacaq və iddiaçı məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra bu zərərin əvəzi kimi əldə edəcəyi məbləği özü öz təşəbbüsü ilə istədiyi fiziki və ya hüquqi şəxsin hesabına köçürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı vurulmuş zərərin yalnız öz xeyrinə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. ( CPM 187.2.) Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iddiaları baxılmamış saxlanılmalıdır. CPM-nin 180.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra dəymiş ziyanının ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 344-347, 354, 356, 358, 384.1-ci maddələrini və “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.16 və 9.1-ci bəndlərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə ərizə ilə müraciət etmə hüququ izah olunsun. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə ərizə ilə müraciət etmə hüququ izah olunsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –100 (bir bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-232/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-232/2021
29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver