Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-233/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsinə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1.038 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar Şossesi 413/1 ünvanın qarşısınadək daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 19:40 dəqiqədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanıklaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.038 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə də Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası СМ-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 yazılı vəsatət verərək göstərmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham düzgün deyildir. Belə ki, cinayət işinin başlanmasına əsas və səbəb 07 sentyabr 2022-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 413/1 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş X2, X4 və Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarında psixotrop maddə metamfetaminin aşkar edilməsi faktı və fakt əsasında toplanmış ilkin yoxlama materialları olsa da, ittiham aktında ittihamın əsası olaraq Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlaması qeyd olunmuşdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, müdafiəçinin vəsatəti ilə razı olduğunu, narkotik vasitə olan heroinlə bağlı ittihamı rədd etdiyini bildirərək cinayət işinin baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı yazılı vəsatət verərək bildirdi ki, Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntusudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərər çəkmiş şəxsi səciyyələndirən hallar və təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.038 qram ağ rəngli kristal şəkilli kütlə kustar üzulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4897 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.038 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilmiş ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1.038 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar Şossesi 413/1 ünvanın qarşısınadək daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 19:40 dəqiqədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanıklaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.038 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmununda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.038 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi qeyd edilsə də, cinayət işi materialları ilə müəyyən olunmuşdur ki, cinayət işinin başlanmasına əsas və səbəb 07 sentyabr 2022-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 413/1 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş X2, X4 və Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarında psixotrop maddə metamfetaminin aşkar edilməsi faktı və fakt əsasında toplanmış ilkin yoxlama materialları olmuşdur. Hazırki iş üzrə tərtib edilmiş ittiham aktında Azərbaycan Respublikası CPM-in 289.3.1-ci maddəsinə əsasən, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri, nəticəsi və digər mühüm hallar dəqiq əks olunmamışdır. Hazırki iş üzrə müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin səhvən narkotik vasitə heroin kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs düzgün olmayan ittiham irəli sürülmüşdür. Göstərilənlərə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ittiham aktının müvafiq hissədə Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntusudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının Cinayət Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntusunu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntuya yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 barəsində xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 7(009)-96/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 barəsində xüsusi qərar çıxarımalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 7(009)-96/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-233/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-233/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver