Məhkəmə qərarları › İş №1(009)-234/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-234/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-234/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, Quba rayonu, H. Əliyev prospekti,ev 227 ünvanında qeydiyyatda olmaqla Bakı şəhər i, Xətai rayonu, ünvan 2anında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə təxminən saat 10 radələrində piyada Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindən piyada olaraq yolun əksə tərəfinə yəni yolun sol hissəsindən sağ hissəsinə keçmək istəyən zaman sürücü Təqsirləndirilən şəxs BC 454047 seriya nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi «Kia- Cerato» markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla saatda 20/km surətlə üzü R.Zorge küçəsi istiqamətində üç zolaqlı yolun üçüncü hərəkət zolağı ilə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin yəni sürücü hərəkətə başlamazdan,yerdəyişməzdən,dönməzdən,ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xariciişıq siqnallarının köməyi ilə,bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir,bu zaman manevr təhlükəsiz olmah və hərəkətin digər iştirakçıları üçün manneə yaratmamalı olduğu halda avtomaşının ön hissəsi ilə Zərərçəkmiş şəxsm vurmuş nəticədə bayır (lateral) topuğun sınığı (incik sümüyünün aşağı 1/3-nin) bud-çanaq oynağı nahiyəsinin əzilməsi ilə nəticələnən Az- Ağır bədən xəsarəti yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla da o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Kia-Cerato» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşını alaraq «Bolt» şirkətinə qoşulub taksilik fəaliyyəti ilə məşğul olmuşdur. 04 may 2024-cü il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi «Kia-Cerato» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla müştəri dalınca getmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ilə üzü R.Zorğe küçəsi istiqamətində üç zolaqlı yolun üçüncü hərəkət zolağı ilə saatda təxminən 30/40 km surətlə hərəkətdə olmuşdur. Həmin vaxtı surətini alıb nəqliyyat vasitəsini yolun sağ kənarında saxlamışdır ki, müştəri gəlsin. Müştəri gəlib nəqliyyat vasitəsinə əyləşdikdə o, hərəkətə başlayan zaman ani anda yolun sol hissəsindən sağ hissəsinə keçməkdə olan piyadanı görüb hadisənin qarşısını almaq məqsədi ilə dərhal əyləcdən istifadə etmiş lakin idarə etdiyi avtomaşınının ön sağ hissəsi ilə həmin piyadanın böyründən vurmuş, zərbəninin təsirindən həmin piyada asfalt örtüyün üzərinə yıxılmışdır. Həmin vaxtı o, dərhal idarə etdiyi avtomaşını saxlamış və avtomaşından düşərək həmin piyadaya yaxınlaşıb köməklik göstərib öz avtomaşınına əyləşdirib yaxınlıqda olan «X4» aparmışdır. Klinikada piyadaya lazım olan ilkin tibbi yardım gösdərildikdən sonra evə buraxmışdırlar. Az bir müddət keçmişdir ki, hadisə yerinə Səbail RPİ-nin əməkdaşı gələrək müvafiq sənədləşdirmə aparmağa başlamışdır. Əməlindən peşmandır. İş materiallarında olan 04 may 2024-cü il tarixli “böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında” qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlərüzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan 04 may 2024-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi, fotoşəkilləri, həmçinin nəqliyyat vasitəsinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 05 may 2024-cü il tarixli 2/24061 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı alkoqol sərxoşluğu vəziyyətinin ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli məhkəməyədək açılmış sadələşdirilmiş icraat üzrə “Təhlükəsiz Şəhər” sismində hadisənin qeydə alınmış video görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:17-dən 09:20-dək olan müddət ərzində baxdıq müəyyən edilmişdir ki, «Kia- Cerato» markah **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın Xəqani küçəsində üzü R.Zorge küçəsi istiqamətində yolun sağ kənarında dayanmış saat 09:18:38 saniyədə hərəkətə başlayaraq Xəqani küçəsindən yəni yolun sol hissəsindən sağ hissəsinə keçməkdə olan piyadanın avtomaşının ön hissəsi ilə vurulması müşahidə olunmuşdur. Odur ki,hadisəni əks etdirən video görüntülər məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına təqdim edilməsi məqsədi ilə mobil telefon vasitəsi ilə çəkilərək yaddaş kartına köçürülmüşdür. Tərtib edilmiş protokol toplanmış materiala əlavə olunmuşdur. İş materiallarında olan 17 may 2024-cü il tarixli məhkəməyədək açılmış sadələşdirilmiş icraat üzrə CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baxış keçirilərkən təqdim edilmiş 1-dəd CD-də diskdə 3 ədəd görüntünün olması, həmin görüntülərin xx.xx.2024-cü il tarixdə 1-056(01) saat 09:17-dən 09:20-dək, 1-056(02) saat 09:17-dən 09:20-dək, 1-056(03) saat 09:17-dən 09:20- dək, qeyd edilən nömrələr altında yerləşdirilməsi müəyən edilmişdir. 1-056(1) saylı kamera görüntüsünün xx.xx.2024-cü il tarixdə saat 09:17-dən 09:20-dək olan müddət ərzində baxdıq müəyyən edilmişdir ki, həmin kamera öz oxu ətrafında fırlanır hadisəni öz müşahidə altına almır. 1-056(2) saylı kamera görüntüsünün xx.xx.2024-cü il tarixdə saat 09:17-dən 09:20-dək olan müddət ərzində baxdıq müəyyən edilmişdir ki, həmin kamera Xəqani və Puşkin küçələrinin kəsişməsini öz müşahidə altına alır lakin hadisənin baş verdiyi yeri öz müşahidə altına almır. 1-056(3) saylı kamera görüntüsünün xx.xx.2024-cü il tarixdə saat 09:17-dən 09:20dək olan müddət ərzində baxdıq müəyyən edilmişdir ki, həmin kamera Xəqani və Puşkin küçələrinin kəsişməsini öz müşahidə altına alır lakin hadisənin baş verdiyi yeri öz müşahidə altıqa almır. 1-056(4) saylı kamera görüntüsünün xx.xx.2024-cü il tarixdə saat 09:17-dən 09:20-dək olan müddət ərzində baxdıq müəyyən edilmişdir ki, «Kia-Cerato» markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanh avtomaşın Xəqani küçəsində üzü R.Zorge küçəsi istiqamətində yolun sağ kənarında dayanmış saat 09:18:38 saniyədə hərəkətə başlayaraq Xəqani küçəsindən yəni yolun sol hissəsindən sağ hissəsinə keçməkdə olan piyadanın avtomaşının ön hissəsi ilə vurulması müşahidə olunur. Baxış keçirildikdən sonra yuxarıda qeyd edilən CD qablaşdırılmışı və məktubla birgə materiala əlavə olunmuşdur. İş materiallarında olan 07 may 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X6 Hüquqi Şəxsin 48 saylı rəyindən görünür ki, piyada Zərərçəkmiş şəxs X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli 18-1-9/2-322/2024 saylı arayışda qeyd olunananlardan görünür ki,o,xx.xx.2024-cü il tarixində həmin xəstəxanaya müraciət etmiş,aparılmış kliniki-rentgenoloji müayinələrdən sonra ona “Bayır (lateral) topuğun sınığı (incik sümüyünün aşağı 1/3-nin).Bud-çanaq oynağı nahiyəsinin əzilməsi” diaqnozu qoyularaq,müvafiq tibbi yardım göstərilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 16 may 2024-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-8/1345 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən «Kia-Cerato» markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 16 may 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumat kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 22 may 2024-cü il tarixli Azərbaycan Respublikası Quba rayonu İH Başcısının Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 931№-li xasiyyətnamədən görünür ki, həqiqətən Təqsirləndirilən şəxs Quba rayonu, H. Əliyev prospekti,ev 227 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 22 may 2024-cü il tarixli Azərbaycan Respublikası Quba rayonu İH Başcısının Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 932№-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində yaşadığı müddətdə Quba şəhər İƏD üüzrə nümayəndəliyinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İş materiallarında olan 22 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxsöyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlərüzrə işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 may 2024-cü il tarixli “sübuların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspert rəyi, məhkmə yol nəqliyat hadisələri ekspertizasının rəyi və işdə olan digər protokollar sübut növündə qəbul edilmişdir. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.İş üzrə icraata xitam verilməsinə etirazının olmadığını qeyd etmişdir. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, iş üzrə icraatın bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bununla bağlı etirazının olmadığını qeyd etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki sadələşdirilmiş icraat materialı üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi zamanı çəkilmiş foto şəkillər və 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi zamanı çəkilmiş foto şəkillər və 1(bir) ədəd disk saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ələsgər oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar