Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-234/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1981-ci ildə Salyan rayonunun Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 iyul 2025-ci il tarixdə saat 10.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin avqust ayının axırlarından 2024-cii ilin noyabr ayının son günlərinədək olan müddət ərzində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən bərbərxanadan vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncuya məxsus hər birinin qiyməti 50 ABŞ dolları, milli manat məzənnəsi ilə 85 manat təşkil edən, 1802 manat məbləğində 53 % yol, gömrük və digər xərclərlə birlikdə ümumi dəyəri 5202 manat olan 40 ədəd BMW Wiq modelli protez saçları, hər birinin qiyməti 60 ABŞ dolları, milli manat məzənnəsi ilə 102 manat təşkil edən, 540,6 manat məbləğində 53 % yol, gömrük və digər xərclərlə birlikdə ümumi dəyəri 1560,6 manat olan 10 ədəd BMW Wiq (Grey hair) modelli protez saçları, hər birinin qiyməti 55 ABŞ dolları, milli manat məzənnəsi ilə 93,5 manat təşkil edən, 396,4 manat məbləğində 53 % yol, gömrük və digər xərclərlə birlikdə ümumi dəyəri 1 144.4 manat olan 8 ədəd Australla Wiq modelli protez saçları, hər birinin qiyməti 65 ABŞ dolları, milli manat məzənnəsi ilə 1 10,5 manat təşkil edən, 702,8 manat məbləğində 53% yol, gömrük və digər xərclərlə birlikdə ümumi dəyəri 2028,8 manat olan 12 ədəd Hollywood Wiq modelli protez saçları, hər birinin qiyməti 15 manat, ümumi dəyəri 1530 manat olan 102 dəstə yapışqanları (protez saç üçün), 1 ədəd qiyməti 29 manat olan “X3 Tape 60ınl" markalı protez saç tətbiqindən əvvəl tər və yağlanma əleyhinə cild qoruyucu spreyi, hər birinin qiyməti 20 manat, üümumi dəyəri 400 manat olan 20 ədəd “X3 Tape 41,4ınr markalı protez saç tətbiqindən əvvəl tər və yağlanma əleyhinə cild qoruyucu mayeni, hər birinin qiyməti 60 manat, üümumi dəyəri 720 manat olan 12 ədəd “X4 Tape 41,4mf markalı protez saç üçün maye yapışqanı, hər birinin qiyməti 29 manat, ümumi dəyəri 580 manat təşkil edən 20 ədəd Ultra Hold 15 ml markalı maye yapışdırıcını və hər birinin qiyməti 32 manat, ümumi dəyəri 480 manat təşkil edən 15 ədəd solvent 1 18 ml markalı maye yapışqanları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 13,665,8 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İslamın yanında Malakan bağının yaxınlığında bərbərxanada işləmişdir. İslam protez saçların satılması və onların kəsimi ilə məşğul olur. Belə ki, İslam Pakistan Respublikasında istehsal olunan və Türkiyə Respublikasında satılan kişi üçün nəzərdə tutulan həmin protez saçın bir ədədini 15-16 manata alır. Həmin protez saçları müştərinin başına yapışdırandan sonra çəkilən əlavə xərclərlə və zəhmət haqqı ilə birlikdə bir ədədini təxminən 240 manata satır. Təxminən 2024-cü ilin avqust ayının axırlarında axşam saat 20:00 radələrində işdə olarkən İslamın olmamasından istifadə edərək bərbərxananın mətbəxində olan qutunun içərisindəki protez saçlardan təxminən 30 ədədini götürüb özü ilə evə aparmışdır. Səhərisi günü 4 ildir tanıdığı İlkin adlı şəxs ilə əlaqə yaradıb işlədiyi yerdən protez saçları götürdüyünü deyərək satmağı təklif etmişdir. İlkin təklif ilə razılaşmışdır. Daha sonra İlkin ilə Hacıqabul rayonu, Atbulaq kəndində görüşərək sonuncuya həmin 30 ədəd protez saçları vermiş, eləcə də, sonuncu ilə birlikdə “Tik-tok” sosial şəbəkəsindən tapdığı İsaq adlı bərbər ilə danışaraq protez saçları İsaqa satmasını demişdir. Təxminən 2 gün sonra eyni qaydada axşam saatlarında İslamın işdə olmamasından istifadə edərək təxminən 30 ədəd protez saçı yenidən götürmüşdür. Beləliklə, həmin bərbərxanadan cəmi 60 ədəd kişi üçün protez saç götürmüşdür. Bundan sonra İlkin ilə Hacıqabul rayonunda görüşərək hər dəfəsində 5-10 ədəd olmaqla sonuncuya vermişdir. İlkin həmin protez saçları İsaqa 20-22 manata sataraq əldə olunmuş gəlirin yarısını ona vermişdir. Təxminən 2024-cü ilin noyabr ayının son günlərində bərbərxanaya protez saçların baxım vasitələri gəlmiş, o da həmin məhsulları yerləşdirməyə kömək etmişdir. Hər dəfə işdə olan zaman bir neçə həmin baxım vasitəsindən götürərək evə aparmış və daha sonra isə eyni qaydada İsaqa satması üçün İlkinə vermişdir. Ümumilikdə təxminən 60-a yaxın protez saç oğurlayaraq İlkinə vermişdir. Protez saçların və baxım vasitələrinin satılmasından təxminən 1200 manata yaxın gəlir əldə etmişdir. Sonuncunun iş yerindən ümumilikdə cəmi 60 ədəd kişi üçün protez saç, 35 dəstə protez saç üçün yapışqanlar, 14 ədəd protez saçı yapışdırmazdan qabaq tər və yağlanma əleyhinə olan qoruyucu spreylər və 5 ədəd protez saç üçün nəzərdə tutulan “Hold Walker” adlı yapışqanları oğuqlayıb İsaq adlı şəxsə salması üçün İlkinə vermişdir. Hazırda dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayından etibarən ünvan 2 ünvanda yerləşən bərbərxananı icarə əsasında işlədir. Bərbərxananı işlətməyə başlayanda Şahid1 bərbər kimi işə götürmüş, lakin sonuncunu bir ay sonra işdən azad etmişdir. Bundan sonra təxminən 6 ay əvvəl Təqsirləndirilən şəxs bərbər kimi işə götürmüşdür. Türkiyə Respublikasından müxtəlif ölçü və qiymətlərdə həm kişi, həm də qadın üçün pariklər alıb gətirir və Bakı şəhərində satır. 27 dekabr 2024-cü il tarixdə səhər təsadüfən internetin “Tik tok” səhifəsində Şahid1 endirim kampaniyası adı altında videoçəkiliş paylaşdığını görmüş, həmin səhifəyə daxil olduqda İsaqın ucuz qiymətə təklif etdiyi pariklərin ona məxsus olduğunu aşkar etmişdir. Bundan sonra iş yerində olan parkilərin və baxım vasitələrinin qalığını yoxladıqda məlum olmuşdu ki, ona məxsus həmin bərbərxanada saxladığı hər birinin qiyməti 240 manat, ümumi dəyəri 9600 manat təşkil edən 40 ədəd kişi pariki, hər birinin qiyməti 340 manat, ümumi dəyəri 3400 manat təşkil edən 10 ədəd kişi pariki, hər birinin qiyməti 390 manat, timumi dəyəri 3120 manat təşkil edən 8 ədəd kişi pariki, hər birinin qiyməti 490 manat, ümumi dəyəri 5880 manat təşkil edən 12 ədəd kişi pariki, hər birinin qiyməti 17 manat, ümumi dəyəri 1734 manat təşkil edən 102 ədəd bant adlı baxım vasitəsi, hər birinin qiyməti 55 manat, ümumi dəyəri 660 manat təşkil edən 12 ədəd maye yapışdırıcı, hər birinin qiyməti 35 manat, ümumi dəyəri 700 manat təşkil edən 20 ədəd scalp prodector adlı baxım vasitəsi, hər birinin qiyməti 29 manat, ümumi dəyəri 580 manat təşkil edən 20 ədəd Ultra Hold 15 ml maye yapışdırıcı, hər birinin qiyməti 32 manat, ümumi dəyəri 480 manat təşkil edən 15 ədəd solvent 118 ml və bir ədəd “Scalp protektor Valker Tape” marka qoruycy sprey adlı baxım vasitəsi çatışmır. Bunu biləndən sonra başa düşmüşdür ki, həmin parik və baxım vasitələri ondan xəbərsiz işçisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hazırda dəymiş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində bərbər işləyir. İlk dəfə 11 sentyabr 2024-cü il tarixdə əvvəllər tanımadığı İlkin adlı şəxs zəng edərək xalası oğlunun Türkiyədən bir bərbər üçün protez saç gətirdiyini, lakin sata bilmədiklərini, eləcə də, toya getməli olduğunu və pulunun olmaması səbəbi ilə satdığını demiş və həmin protez saçları almağı təklif etmişdir. Üzərində şəxsiyyətini təsdiq edən sənədi gətirməsini tələb etmiş, sonra atasının göz əməliyyatı ilə əlaqədar Masallı rayonunda olarkən İlkin təcili pul lazını olduğunu deyərək yanına Masallı rayonuna gəlmişdir. Orada hazırda sayını xatırlamadığı miqdarda protez saçı İlkindən alaraq əvəzində pul vermişdir. Eləcə də sübut kimi İlkinin protez saçları verməyinin videogörüntüsünü öz mobil telefonuna çəkmiş və İlkin öz şəxsiyyət vəsiqəsinin fotoşəklini mobil telefonunun “whatsapp”-na göndərmişdir. Sonra İlkin 2-3 dəfə işlədiyi yerdə, yəni Lökbatan qəsəbsində görüşərək protez saçlar, yapışqanlar, bandlar və yağlanma əleyhinə spreylər satmışdır. Daha sonra isə 6-7 gün əvvəl yanında işlədiyi İslam adlı şəxs polis əməkdaşları ilə birlikdə iş yerinə gələrək həmin protez saçların və baxım məhsullarının özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxta qədər dəqiq xatırlamır, İlkinin verdiyi protez saçlardan iki və ya üç ədədini müxtəlif müştərilərə bir qədər baha qiymətə satmışdır. Bundan sonra İlkinin gətirdiyi və satmadığı bütün protez saçları və baxım məhsullarını polis əməkdaşlarına təqdim etmişdir. Əvvəllər bir ay Zərərçəkmiş şəxs yanında bərbər işləmiş və həmin vaxtlar Təqsirləndirilən şəxs sonuncunun yanına gəlib-gedəndə görmüş, lakin sonuncu ilə aralarında heç bir münasibət olmamış və sonuncudan hər hansı bir mal almamışdır. Şahid2 satdığı protez saçların və baxım məhsullarının oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir, belə ki, sonuncu demişdir ki, həmin protez saçları və baxım məhsullarını xalası oğlu Türkiyədən gətirir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi yaşadığı Hacıqabul rayonunda qonşuluqda yerləşən Atbulaq kəndində yaşaması səbəbi ilə tanıyır. Həmin şəxsin “Malakan” bağı yaxınlığında yerləşən bərbərxanada işlədiyini bilirdi. 1-2 ay əvvəl Ramil zəng edərək işlədiyi bərbərxanada satılan protez saçlar götürdüyünü və satmaq istədiyini demişdir. İlk öncə razılaşmasa da, sonradan işi olmadığına və maddi vəziyyəti pis olduğuna görə Ramilin təklifini qəbul etmişdir. Ramil tarixi dəqiq xatırlamır, təxminən 2024-cü ilin avqust ayının axırlarında ilk dəfə protez saçları götürdükdən sonra Hacıqabul rayonu, Atbulaq kəndində görüşmüşlər, ilk dəfə Ramil 2-3 ədəd protez saç vermiş, eləcə də “Tik-tok” sosial şəbəkəsindən tapdığı İsaq adlı bərbər ilə əlaqə saxlayaraq həmin məhsulları İsaqa satmağını demişdir. İsaqla əlaqə saxlayaraq xalası oğlunun Türkiyədən ucuz qiymətə protez saçlar gətirdiyini və sata bilmədiklərini deyərək sonuncuya təklif etmişdir. İsaq da razılaşdığı üçün həmin vaxtda Masallı rayonuna gedərək əlində olan iki protez saçdan birini sonuncuya 20 manata satmışdır. Daha sonra təkrar Bakıya qayıtmışdır. Ramil təkrar əlaqə saxlayaraq yenidən protez saç vermək istədiyini demiş, onlar həftədə bir dəfə Atbulaq kəndində görüşərək sonuncudan hər dəfə 5-8 ədəd olmaqla hissə-hissə protez saç almış, daha sonra isə İsaqın Lökbatanda yerləşən bərbərxanasına gedərək 15-20 manata sonuncuya satmışdır. Beləliklə, Ramil ümumilikdə cəmi 60 ədəd kişi üçün protez saçlar vermiş və həmin protez saçların hamısını Lökbatan qəsəbəsinə gedərək İsaq adlı bərbərə satmışdır. Bundan sonra 2024-cü ilin noyabr ayının son günlərindən başlayaraq Ramil hissə-hissə 35 dəstə protez saç üçün yapışqanları, 14 ədəd protez saçı yapışdırmazdan qabaq tər və yağlanma əleyhinə olan qoruyucu spreyləri və 5 ədəd protez saç üçün nəzərdə tutulan yapışqanları vermiş və həmin baxım vasitələrinin hamısını İsaqın Lökbatanda yerləşən bərbərxanasına gedərək sonuncuya müxtəlif qiymətlərə satmışdır. Ramil satmaq üçün həmin protez saclardan və baxım vasitələrindən başqa heç bir əşya verməmişdir. İsaq adlı bərbərə 60 ədəd Ramilin oğurlayaraq verdiyi protez saçları və yuxarıda qeyd etdiyi baxım vasitələrini satmış, protez saçların və baxını vasitələrinin satılmasından təxminən 2400 manata yaxın gəlir əldə etmiş və Ramillə həmin məbləği yarı bölmüşlər. Həmin protez saçların və baxım vasitələrinin satılmasından 1200 manata yaxın pul çatmışdır. Təqsirləndirilən şəxs İslamın bərbərxanasmdan oğurladığı malları yalnız ona vermiş, həmin malların hamısını yalnız İsaq adlı bərbərə satmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 mart 2025-ci il tarixli 9/178 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların 2024-cü ilin avqust- noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 703,00 manat müəyyən olunur, o cümlədən:
1. 39 ədəd protez saçların satışına dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı,
2. 31 dəstə yapışqanlar (protez saç üçün) – 465,00 (31x15 man) manat,
3. 01 ədəd üzərində "X3 Tape 60ml" və sair yazılar olan, protez saç tətbiqindən əvvəl tər və yağlanma əleyhinə cild qoruyucu sprey - 29,00 manat,
4. 01 ədəd üzərində "X3 Tape 41.4 ml" və sair yazılar olan protez saç tətbiqindən əvvəl tər və yağlanma əleyhinə cild qoruyucu maye - 29,00 manat,
5. 03 ədəd üzərində "X4 Tape 41.4 ml" və sair yazılar olan protez saç üçün yapışqan (maye)- 180,00 (3x60 man) manat. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. 28 dekabr 2024-cü il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və iş üzrə istintaq həmin maddə ilə davam etdirilmişdir. 28 dekabr 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. 28 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış hesablamalar nəticəsində qiymətləndirməyə təqdim edilmiş ümumi sayı 39 ədəd olan protez saçlar- o cümlədən BMW Viq (25 ədəd), BMW Viq (Grey hair) (9 ədəd), Australia Viq (1 ədəd) və Hollywood Viq (4 ədəd) modellərinin 2024-cü ilin avqust ayında olan bazar dəyərinin hazırki dövrdəki bazar dəyəri ilə eyni oluduğu müəyyən edilmişdir. Həmin protez saçlarının ümumi bazar dəyəri 13150 manat təşkil edir. 20 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında qərarla ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəlləinin 177.2.4- cü maddəsinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs məxsus 39 ədəd protez saçlar, 31 dəstə yapışqanlar (protez saç üçün), 01 ədəd protez saç tətbiqindən əvvəl tər və yağlanma əleyhinə cild qoruyucu sprey. 01 ədəd protez saç tətbiqindən əvvəl tər və yağlanma əleyhinə cild qoruyucu maye və 03 ədəd protez saç üçün yapışqan (maye) iş üzrə maddi sübut kimi tanınsın və məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün sahibinə qaytarılmışdır. 20 may 2025-ci il tarixdə ********* nömrəli cinayət işindən Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. 22 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın məzmunu dəyişdirməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 yanvar 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 1(009)-34/2025 saylı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs 3950 manat məbləğində pulu dəymiş ziyan olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təhvil vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış 11 mart 2025-ci il tarixli 9/178 №-li məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi1 ərizə ilə müraciət edərək göstərmişdir ki, oğurluq nəticəsində Zərərçəkmiş şəxs 13665,8 manat məbləğində ziyan dəymiş, 9718,7 manat ödənilmiş, qalan 3947,1 manatın ödənilməsini xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyan tamamilə Zərərçəkmiş şəxs ödənildiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia rədd edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 242 (iki yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova