Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-235/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1984-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs keçmiş arvadı X2 hazırki əri Zərərçəkmiş şəxs telefon zəngi vasitəsi ilə onu və qardaşı X3 nalayiq sözlərlə söyməsi və aralarında olan məsələni həll etmək üçün hər ikisini Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxratov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində yerləşən Səadət sarayının qarşısına çağırmasını cüzi səbəb gətirərək, 03 aprel 2021-ci il tarixdə saat 17:40 radələrində həmin ünvanda küçədən keçən çoxsaylı şahidlərin gözü qarşısında özünü digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə qarşı aşkar hörmətsizlik və laqeydlilik nümayiş etdirərək, ümumdavranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib ictimai yerdə Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlərlə söymüş, sonuncunun idarə etdiyi “Porsche” markalı “Cayenne” modelli, ** MG *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin ön buferinin sağ hissəsinə bir dəfə təpik zərbəsi vurub 200 (iki yüz) manat məbləğdə maddi ziyan vuraraq özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş və bundan sonra Zərərçəkmiş şəxs yerə yıxaraq bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vuraraq, şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ əlin İV barmağının distal falanqasının yarımçıxığı, orta-proksimal falanqa oynağının ödemi (qüsurlu vəziyyət) və bədənin çoxsaylı qançırları kimi Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilmyərək ifadəsində göstərmişdir ki, X8 onun qardaşıdır, Zərərçəkmiş şəxs isə onun keçmiş arvadı X2 hazırki əridir. Lakin Şahinlə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Vəfa Ağazadə ilə 2008-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki qız övladı var. 2019-cu ildə onun Vəfa Ağazadə ilə münasibətləri korlandığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsində nikahları pozulmuşdur. Belə ki, o və Vəfa boşandıqdan sonra Vəfanın ona qarşı aliment tələbi ilə bağlı məhkəmə qərarının icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs həvalə edildiyindən, bir neçə dəfə Zərərçəkmiş şəxslə həmin qərarın icrası ilə əlaqədar görüşmüşdür. Sonradan 2020-ci iyun ayında gecə saat təxminən 23 radələrində Vəfanın yaşadığı evin qarşısından keçərkən, Vəfanın Şahinin avtomobilinə əyləşdiyini görüb aralarında hansısa səmimi münasibət olmasından şübhələnmişdir. Buna baxmayaraq, Vəfa ondan boşandığından, Vəfanın gələcək həyatı onu maraqlandırmasa da, o, bir insan kimi Vəfa ilə Şahin arasındakı münasibətləri dəqiqləşdirmək istəmiş və həmin vaxt soraqlaşdıqda, ona Vəfanın Şahindən hamilə olması və ailə quracaqları məlum olmuşdur. O isə, buna əhəmiyyət verməmiş, sonradan artıq rəsmi nikaha daxil olaraq birlikdə yaşamaları məlum olmuşdur. Belə ki, anası ilə birlikdə yaşayan 11 yaşlı qızı Aylin ona zəng vuraraq, onun Aylinin atası olub-olmadığını soruşmuş, o, uşağın bu sualına çaşbaş qalaraq, nəyə görə bu kimi sual verməsini, onun Aylinin atası olduğunu izah etməyə çalışdıqda, Şahin telefonu götürərək, onu təhqir edərək, ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də, o, Şahin barəsində Xətai Rayon Polis 37-ci Polis Şöbəsinə müraciət etmişdir. Lakin həmin araşdırma zamanı Zərərçəkmiş şəxs polis bölməsinə dəvət olunmasına baxmayaraq, çağırışa gəlməmiş, Şahinin barəsində həmin araşdırma zamanı atası Rəşid öz oğlunun bu hərəkətinə görə ondan və qardaşı Cəmildən üzr istəyərək oğlunu bağışlamağı xahiş etmiş və onlar Rəşidin xahişinə görə Şahindən daha sonra şikayətçi olmamışlar. 03 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində istintaq zamanı adını bildiyi Şahid1 ona zəng edib özünü “Ruslan” kimi təqdim edərək, onunla kobud şəkildə danışmış və təcili görüşə gəlməsini tələb etmişdir. O, hansı səbəbdən görüşməli olduğunu soruşduqda, Raul telefonda yenə də, ona kobud cavablar verməklə, təcili olaraq görüşməyi tələb etməkdə israr etmiş, o, Raulu tanımadığından və görüş səbəbini bilmədiyindən, məsləhətləşmək üçün qardaşı Cəmilə zəng edib bu barədə bildirmişdir. Bundan sonra Cəmil ondan Raulun mobil telefon nömrəsini öyrənmiş və özü Raul ilə danışıb nə baş verdiyini aydınlaşdıracağını demişdir. Həmin gün saat təxminən 17 radələrində Cəmil ona Raul ilə telefonda danışdığını, Raulun kim olduğunu bilmədiyini, Raulun Cəmili də kobud formada görüşə çağırdığını və gəlməyəcəyi təqdirdə söyüş söydüyünü demiş, ona görə, qardaşı Cəmil ona Raulun nə səbəbdən onlarla görüşmək istədiyini dəqiqləşdirmək üçün görüşməli olduqlarını demişdir. Əvvəlcə Cəmil ona Raulun Yasamal rayonu ərazisində yerləşən «Yasamal qəbirsanlığı» ərazisində görüşməyi təklif etdiyini desə də, sonradan Cəmil ona Raulun Cəmilə zəng vurub Cəmilin özünün yaşadığı evin yaxınlığında Səadət Sarayının qarşısına çağırdığını və özünün oraya getdiyini demişdir. Həmin gün təxminən saat 17:40 radələrində o, qardaşı Cəmil, tanışı Şahid8, sonuncunun tanışı olan sonradan adını bildiyi Raynar adlı şəxs ilə birlikdə Səadət Sarayının qarşısına gedib çatdıqdan sonra oraya gəlib yolun ortasında dayanmış «Porcshe» markalı, dövlət nömrə nişanının sonu 666 olan avtomobilin içərisində Zərərçəkmiş şəxs və ilk dəfə gördüyü, istintaq zamanı adlı bildiyi Şahid1 görmüşdür. Həmin vaxtı Cəmil Raul ilə avtomobilin yanında dayanıb söhbət etmiş, o, oraya yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən isə, «Porcshe» markalı avtomobilin sürücü yerindən Zərərçəkmiş şəxs düşmüş, əvvəlcə ona yaxınlaşıb təpiklə onun sağ ayağına vurmuş, bundan sonra Şahin qardaşı Cəmilə arxadan yaxınlaşaraq yumruqla Cəmilin sifətinə vurmuşdur. O, bunu görüb araya girərək yumruqla bir dəfə Şahinin baş nahiyəsinə vurmuş, həmin vaxt Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları oraya yaxınlaşmış və bu zaman Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşərək, oradan uzaqlaşıb getmişdir. Polis əməkdaşları onu, Cəmili və Raulu polis bölməsinə dəvət etmişlər. X6rdaşı X12 sifət nahiyəsinə vuraraq xəsarət yetirməsinə görə Şahinin barəsində şikayət ərizəsi yazmışdır. Həmin hadisə təxminən 3-4 dəqiqə ərzində ani olaraq baş vermiş, hadisəyə müdaxilə edən olmasa da, tanıdığı Şahid6 və Şahid7 Eydər oğlu, həmçinin hadisə yerinə kənardan gəlib toplaşan tanımadığı şəxslər mübahisənin şahidi olsalar da, heç kim mübahisəyə müdaxilə etməmişdir. Hadisə məhz Zərərçəkmiş şəxs adlı şəxsin Raulun vasitəsi ilə onu və qardaşı Cəmilin başına oyun açacağı, onları öldürəcəyi ilə hədələyib təhqir edərək, kobud şəkildə görüşə dəvət etməsi nəticəsində baş vermişdir. Raul «youtube» sosial şəbəkəsində Ruslan Cəlilov adı ilə dövlət əleyhinə çıxışlar etməklə, təxribatçı bir şəxsdir. Mübahisənin səbəbi Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə onu və qardaşı Cəmili kobudcasına və ünvanlarına nalayiq ifadələr işlətməklə, görüşə dəvət etməsidir. Hadisə Bakı şəhəri Səbail rayonu Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən «Səadət» sarayının qarşısında baş vermiş, təxminən 3-4 dəqiqə davam etmiş, hadisə zamanı Şahin Cəmilə yumruq zərbələri vuraraq xəsarətlər yetirmişdir. Hadisə zamanı Şahin təpiklə onun sağ ayağından vursa da, bununla bağlı o, heç bir tibb müəssisəsinə müraciət etməmiş və məhkəmə-tibbi ekspertizası müayinəsindən keçməmişdir. Şahin avtomobildən düşüb əvvəlcə ona yaxınlaşıb təpiklə sağ ayağına vurmuş, sonra Şahin onun qardaşı Cəmilə arxadan yaxınlaşaraq yumruqla Cəmilin sifətinə vurmuş, o, bunu görüb araya girərək, bir dəfə Şahinin baş nahiyəsinə yumruqla vurmuşdur. Şahinin qeyd etdiyi digər xüsusatlar, yəni onun və tanımadığı şəxsin Zərərçəkmiş şəxs üzərinə gedib onun Zərərçəkmiş şəxs bədəninin qarşı nahiyəsinə təpik atması, həmin vaxtı onun Zərərçəkmiş şəxs üzərinə gələrkən guya mübahisəni sakitləşdirmək kimi göstərərək Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməsi, avtomobilə tərəf gedib oturmaq istəyərkən qarşısına çıxan Cəmilin boyun nahiyəsinə əli ilə bir dəfə zərbə vurması, yenidən avtomobilə əyləşmək istədikdə, Cəmil arxadan Zərərçəkmiş şəxs qucaqlayıb qollarından tutması, onun yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq zərbələri vurması, Zərərçəkmiş şəxs zərbənin təsirindən özünü itirib avtomobilə dəyərək yerə yıxılması, yerdə uzanıqlı vəziyyətdə olarkən baş nahiyəsinə təpiklə vurulması, sonra güclə yerdən ayaqüstə qalxdıqda, Cəmilin Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb - «Səni işdən çıxartdıracam» - deməsi tamamilə yalandır. O, Zərərçəkmiş şəxs avtomobilinə təpik zərbəsi vurmamış, avtomobilini zədələməmiş, sonuncuya maddi ziyan vurmamışdır. Özünü ona görə təqsirli bilmir ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru vəzifəsində işləmişdir. X7 2019-cu ilin dekabr ayından icraatında olan aliment tələbi üzrə icra işində borclu kimi tanımış, sonuncunun X9 ilə birgə nikahdan iki qız övladı var. 2019-cu ilin dekabr ayından başlayaraq, İlqar ilə bir neçə dəfə telefon danışığı olmuş, tələbin təmin edilməsi üzrə tədbirlər gördükdə, borclu Təqsirləndirilən şəxs aliment öhdəliyindən boyun qaçırmış, tərəfindən axtarış qərarı qəbul edilib Təqsirləndirilən şəxs barəsində inzibati həbs məsələsi üzə çıxmış, lakin axtarış təmin edildikdə və alimentin bir qismi ödənildikdə borcluya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tətbiq edilməmişdir. 2020-ci ilin təxminən iyun ayında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasını tərk edərkən, borclu Təqsirləndirilən şəxs qardaşı Şahid2 ilə birgə səs-küy salaraq bir neçə dəfə onun ünvanına nalayiq ifadələr işlətmişlər. O, təmkinli olaraq, heç bir söz deməmiş və münaqişə bununla sonlanmışdır. Bu hadisədən təxminən iki ay sonra borclu Təqsirləndirilən şəxs keçmiş arvadı X9 ilə münasibəti yaranmış, Vəfa ilə o, ailələrini tanış etmişlər, kəbin kəsdirmişlər və ailə üzvləri onlara dəstək olaraq birlikdə yaşamaqlarına kömək olmuşlar və birlikdə yaşayırlar, lakin rəsmi nikahı və toy mərasimini davam edən karantin rejiminin bitəcəyi vaxtadək yubatmağı planlaşdırmışlar. Vəfa ondan hamilə olmuş və hazırda bir oğlan övladı vardır. Bu məsələdən xəbər tutan Təqsirləndirilən şəxs qızları ilə görüşüb danışmaq üçün müxtəlif vaxtda dəfələrlə yaşadıqları mənzilin nömrəsinə zəng etmişdir. Zənglərdən birində o, telefonu özü götürmüş və bir daha evinə zəng etməməsini tələb etmiş, uşaqlar özləri Təqsirləndirilən şəxs ilə görüşmək istəməsələr də, uşaqların atası ilə görüşü barədə məhkəmənin qərarı olduğundan, o özü şəxsən uşaqları Lida adlı dayənin iştirakı ilə taksi ilə İcra şöbəsinə göndərmişdir. Bu tələbdən yayınmamasını Vəfa Ağazadəyə izah etmişdir. İlqar hər cür bəhanə ilə onların ailə vəziyyətinə qarışaraq narahatçılıq yaratmışdır. 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, İlqarın qızı barəsində seksual xarakterli hərəkətlər edir. Halbuki, uşaqlar ona “ata” deyir, İlqar barədə isə yaxşı fikirdə deyildirlər. O, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə yazdığı ərizə əsasında izahat vermək üçün Polis Şöbəsinə gedən zaman 37-ci PŞ-nin təhqiqatısı onun barəsində şikayət edən İlqar və sonuncunun qardaşı X11 dəvət etmişdir. İlqar və Cəmil onu orada görən kimi ona qarşı provakasiya etməklə dava-dalaşa sürükləmiş və ünvanına söyüş söymüşlər. O, məsələnin polis bölməsində və ya məhkəmədə həll edilməsinin tərəfdarı olmadığını bildirmişdir. İlqar və Cəmil yenə də səs-küy salaraq polis şöbəsini tərk etdilər. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə yazmış olduğu ərizə əsasında Xətai RPİ-nin 37-ci Polis Şöbəsində 08.02.2021-ci il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərar qəbul edilmişdir. O, 03 aprel 2021-ci il tarixdə tanışı, əvvəllər adını Ruslan Cəlilov kimi tanıdığı, ilkin təhqiqat zamanı soyadı, adı və atasının adını bildiyi Şahid1 ilə görüşüb birlikdə yemək yeyən zaman Raula İlqar ilə bağlı baş vermiş hadisələr barədə danışmışdır. Həmin vaxtı Raul onun yanında İlqara zəng edərək, məsələnin kökündən həll olunması üçün oturub söhbət etməyi təklif etmişdir. İlqar da qardaşı Cəmilə bu barədə dedikdən sonra Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən Səadət Sarayının qarşısında görüşmək istədiklərini bildirmişlər. Həmin gün, yəni 03 aprel 2021-ci il tarixdə saat təxminən 17:40-da o, tanışı Raul və Raulun 8 yaşlı oğlu Yusif ilə birlikdə ona məxsus «Porsche Cayenne» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səadət Sarayının qarşısında gedib çatmışlar. Onlar oraya çatanda İlqar, Cəmil və digər tanımadığı şəxslər avtomobilin sağ tərəfinə yaxınlaşıb Raul tərəfdən avtomobilin qapısını açıb avtomobildən düşürmüşlər. Bundan sonra o da, avtomobildən düşmüş və Raulun oğlu Yusif avtomobildə əyləşmişdir. O, avtomobildən düşüb avtomobilin arxa hissəsinə keçdikdə İlqarla tanımadığı şəxs onun üzərinə gəlmiş, İlqar bədəninin qarşı nahiyəsinə təpik atmışdır. Həmin vaxtı o, sakitləşmələrini bildirmiş və kənara çəkilməyi xahiş etmişdir. İlqar onun üzərinə gedərkən guya mübahisəni sakitləşdirmək kimi göstərərək ünvanına söyüşlər söymüşlər. O fikirləşmişdir ki, avtomobilə əyləşib oradan çıxıb getsin. O, avtomobilə tərəf gedib oturmaq istəyərkən qarşısına çıxan Cəmilin boyun nahiyəsinə əli ilə bir dəfə zərbə vurmuş, yenidən avtomobilə əyləşmək istəmiş, həmin vaxtı Cəmil arxadan onu qucaqlayaraq qollarından tutmuşdur, İlqar onun baş nahiyəsinə yumruq zərbələri vurmuşdur. O, zərbənin təsirindən özünü itirib avtomobilə dəyərək yerə yıxılmış, yerdə uzanıqlı vəziyyətdə olankən onun baş nahiyəsinə təpiklərlə vurmağa başlamışlar, lakin ona zərbə vuran şəxsləri görməmişdir. Sonra o, güc tapıb yerdən ayaq üstə qalxmış, Cəmil onun ünvanına nalayiq söyüşlər söyüb demişdir ki, «səni işdən çıxartdıracam». Bu vaxtı polis əməkdaşları hadisə yerinə yaxınlaşmılar, o, güc tapıb avtomobilə əyləşib oradan uzaqlaşmış, oradan gedərkən Raulun avtomobildə olmasını görməmiş, lakin Raulun oğlu Yusif avtomobildə olmuşdur. O, hadisə yerindən avtomobillə sürətlə uzaqlaşarkən, Bakı şəhəri, Yasamal rayonunda yerləşən «5 mərtəbə» kimi tanınan yerdə tanımadığı dövlət yol polisi əməkdaşları onu saxlamış, polis əməkdaşları onun vəziyyətini görüb ona ilkin yardım edib su verərək kömək etdikdən sonra onu yaxınlıqda yerləşən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Mübahisənin səbəbi Cəmilin tanışı Raula söyüş söyməsi olmuşdur, mübahisə Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən Səadət Sarayının qarşısında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə vaxtı orada tanıdığı Şahid1, sonuncunun azyaşlı oğlu Yusif Yusifzadə, eləcə də Təqsirləndirilən şəxs, qardaşı Cəmil Əkbərli və həmin şəxslərlə gələn tanımadığı təxminən 07-08 nəfər şəxslər olmuşdur, oradakı digər şəxləri isə, o tanımamışdır. Mübahisə vaxtı avtomobilin içərisində Raulun oğlu Yusif Yusifzadə tərəfindən çəkilmiş videogörüntünü ilkin istintaq zamanı polis əməkdaşlarına təqdim etmişdir. Mübahisə vaxtı onu konkret olaraq İlqar və Cəmil Əkbərli qardaşları və tanımadığı şəxslər vurmuş, mübahisə vaxtı o, Cəmil Əkbərlinin boyun nahiyəsinə bir dəfə yumruq zərbəsi vursa da, xəsarət alıb-almamasını bilməmişdir. Hadisə zamanı Şahid2 arxadan onu qucaqlayıb qollarından tutmuş, İlqar yumruqla baş nahiyəsinə zərbələri vurmuş, o, zərbənin təsirindən özünü itirib avtomobilə dəyərək yerə yıxılmış, yerdə uzanıqlı vəziyyətdə olankən onun baş nahiyəsinə təpik zərbələri vurmağa başlamışlar, lakin ona zərbə vuran şəxsləri görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ona məxsus “Porsche Cayenne” markalı ** MG *** dövlət nömrə nişanlı avtomobilin ön tərəfdən təpik zərbəsi ilə vuraraq zədə yetirdiyi üçün avtomobilin ön buferinin sağ hissəsi batmış və boyası pozulmuşdur, bunun nəticəsində ona 200 (iki yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 08 ildir ki, Səbail rayon Mənzil Kommunal İstismar Sahəsində fəhlə kimi çalışır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində o, iş vaxtı bitdiyindən iş yerindən çıxıb Əhməd Cavad küçəsi ilə yaşadığı evə tərəf piyada olaraq getmişdir. Bu zaman Əhməd Cavad küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində, Səadət Sarayının qarşısında dövlət nömrə nişanı 666 olan qara rəngli «Porsche» markalı avtomobilin yanında əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi Şahid1 ilə Şahid2 dayanıb söhbət etdiklərini, «Porsche» markalı avtomobilin içərisindən sürücü tərəfdən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs düşərək əvvəlcə istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs ayağına təpiklə vurmasını, sonra Şahid2 yaxınlaşıb yumruqla sonuncunun baş nahiyəsinə vurmasını görmüşdür. Təqsirləndirilən şəxs tez oraya yaxınlaşıb yumruqla bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur. Hadisə yerinə artıq polis əməkdaşları yaxınlaşaraq, həmin şəxsləri polis bölməsinə dəvət etdikdə, «Porsche» markalı avtomobili sürücüsü Zərərçəkmiş şəxs avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Vəfa Ağazadənin hazırki əridir. Şahinlə onun hər-hansı bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, qardaşı X16 ilə 2008-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki azyaşlı uşaqları vardır, lakin 2019-cu ildə Vəfa və İlqar münasibətləri korlandığından, onlar Xətai Rayon Məhkəməsinin qərarına əsasən boşanmışlar. Belə ki, sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahin X4rdaşı İlqarla boşanmalarından sonra Vəfanın İlqara qarşı aliment tələbi ilə bağlı məhkəmənin qərarının icrası ilə əlaqədar icra işi həvalə edilmiş şəxs olmuşdur. Belə ki, 2020-ci ilin iyun ayında qardaşı İlqar ona zəng vuraraq, gecə saatlarında Vəfanın yaşadığı evin qarşısından keçərkən, Vəfanın Şahinin avtomobilinə əyləşdiyini gördüyünü, aralarında hansısa səmimi münasibət olmasından şübhələndiyini bildirmişdir. Buna baxmayaraq, artıq Vəfanın öz həyatı olduğunu bildirərək, bununla maraqlanmamışlar. X5 hamilə olması və ailə quracaqları məlum olmuş, lakin buna əhəmiyyət verməmişlər. Bir neçə ay əvvəl qardaşı İlqar ona bildirmişdir ki, azyaşlı qızı Aylin ona zəng vuraraq, onun atası olub-olmadığını soruşduğunu, həmin telefon danışığı zamanı isə Şahinin onun qızından telefonu götürərək, onu söyüb təhqir etdiyini bildirmişdir. O isə qardaşına bu barədə polisə müraciət etməyi məsləhət görmüşdür. Bununla bağlı isə qardaşı İlqarın müraciəti ilə bağlı Şahin barəsində Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılsa da, Zərərçəkmiş şəxs polisə gəlmədiyindən, Şahinin atası Xətai RPİ-nə gedərək Şahinin adından ondan və qardaşı İlqardan üzr istəyərək oğlunu bağışlamağını xahiş etmişdir. O da Rəşidin bu xahişinə görə Şahindən daha sonra şikayətçi olmamışdır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində qardaşı İlqar ona zəng edərək bir nəfər özünü Ruslan kimi təqdim edən, istintaq zamanı adını bildiyi Şahid1 zəng edərək kobud şəkildə danışıb, təcili görüşə çağırdığını tələb etdiyini bildirmişdir. O isə, narahat olaraq Raulun hansı səbəbdən qardaşını görüşə çağırdığını aydınlaşdırmaq üçün Raulun mobil telefon nömrəsi ilə əlaqə saxlayıb, nəyə görə İlqarı axtardığını soruşduqda, Raul onun kim olduğunu soruşmuş, o isə ona İlqarın qardaşı olduğunu demişdir. Həmin telefon danışığı zamanı Raul adlı şəxs onun İlqarın qardaşı olduğumu bildikdən sonra, onunla da görüşməli olduğunu kobud şəkildə ifadə edərək, görüşə çağırmışdır. O isə kobud formada danışmamasını və hazırda yanında azyaşlı qızı olduğunu, bu səbəbdən cavab qaytara bilmədiyini izah etməyə çalışdıqda isə Raul onun azyaşlı qızının ünvanına nalayiq ifadə işlətmişdir. O, artıq Raulun bu kimi hərəkətlərinə görə Raul ilə görüşməyi özünə borc bilərək, uşağı evə düşürüb, hara desə gələcəyini Raula bildirmişdir. Lakin həmin vaxt Raul 15 dəqiqə ərzində görüşə gəlməyəcəyi təqdirdə, nalayiq söyüş ifadəsi işlətmişdir. Həmin vaxt isə Raul onu Yasamal rayonu ərazisində yerləşən «Yasamal qəbirsanlığı» ərazisində görüşməyi demiş, sonradan isə təkrar Raul ona zəng edərək, onun yaşadığı evin qarşısında olduğunu, əgər təcili olaraq həmin yerə görüşə gəlməyi ilə bağlı nalayiq söyüş ifadəsi işlətməkdə davam etmişdir. O isə Raulun bu kimi hərəkətlərinə görə narahat olduğundan, artıq Raulun ona görüş verdiyi yerin, yəni Əhməd Cavad küçəsində yerləşən «Səadət» sarayının qarşısına çatarkən, bununla bağlı yaşadığı ərazinin sahə inspektoru Şahid5 zəng vuraraq şifahi olaraq bildirmişdir. O, qardaşım İlqar, tanışı Şahid8 və Raynar adlı şəxslə birlikdə «Səadət» sarayının qarşısına gedib çatdıqdan sonra oraya gəlib yolun ortasında dayanmış «Porcshe» markalı, dövlət nömrə nişanının sonu 666 olan avtomobilin içərisində Zərərçəkmiş şəxs və ilk dəfə gördüyü Şahid1 görmüşdür. Həmin vaxt isə Raul onu görən kimi «mən indi sənə göstərərəm, 81 yaşlı kişini üzr istətdirmək necə olur» deyərək, ünvanına nalayiq söyüş işlətmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Zərərçəkmiş şəxs qardaşı İlqarın onun barəsində 37-ci PŞ-nə etdiyi şikayətlə əlaqədar atası Rəşidin qardaşı İlqardan və ondan üzr istəməsi ilə bağlı bizə qarşı kin saxlayaraq, Ruslan adlı şəxsin vasitəsi ilə onu və qardaşını cəzalandırmaq niyyətindədir. Həmin vaxt isə o, Raulun onunla telefonda kobud danışması və ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı avtomobilin yanında dayanıb söhbət etdiyi zaman qəflətən Zərərçəkmiş şəxs avtomobildən düşərək, qardaşı İlqarın sağ ayağına təpiklə vurmuşdur. Bundan sonra Şahin arxadan ona yaxınlaşıb gözləmədiyi halda sifətinə yumruqla vurmuşdur. Həmin an qardaşı İlqar yumruqla bir dəfə Şahinin baş nahiyəsinə vurmuşdur. Bu zaman artıq oraya o, məlumat verdiyindən sahə inspektoru Şahid5 və 9-cu PB-nin əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmiş və onları 9-cu Polis Bölməsinə dəvət etmişlər. Lakin Zərərçəkmiş şəxs hadisə yerində polis əməkdaşlarını aldadaraq, avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Həmin hadisə təxminən 3-4 dəqiqə ərzində ani olaraq baş vermiş, həmin hadisəyə müdaxilə edən olmasa da, tanıdığı Şahid6 və Şahid7 Eydər oğlu, həmçinin hadisə yerinə kənardan gəlib toplaşan tanımadığı şəxslər mübahisənin şahidi olsalar da, heç kim mübahisəyə müdaxilə etməmişdir. Həmin hadisə məhz Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə onu və qardaşı İlqarı kobudcasına və ünvanına nalayiq ifadələr işlətməklə, görüşə dəvət etməsi nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs isə özünün Ədliyyə Nazirliyinin işçisi olmasına baxmayaraq, Raulun vasitəsi ilə onu döyməsi ilə bağlı ciddi araşdırma aparılmasını xahiş etmişdir. Raul onu vurmasa və xəsarət yetirməsə də, nalayiq ifadələr işlədərək onu həmin yerə görüşə çağırmışdır. Məhkəmə iclasında Şahid7 Eydər oğlu ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində yerləşən Səadət Sarayının yaxınlığında yol kənarında saxlanılan avtomobillə gözətçilik etməklə ailəsini dolandırır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən «Səadət» sarayının qarşısından keçən zaman «Porsche Cayenne» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi Şahid1 ilə Şahid2 dayanıb söhbət etdiklərini, «Porsche Cayenne» markalı avtomobildə sürücü tərəfdən, sükan arxasında əyləşən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs avtomobildən düşərək əvvəlcə istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs ayağına təpiklə, sonra isə Zərərçəkmiş şəxs Şahid2 yaxınlaşıb yumruqla sonuncunun baş nahiyəsinə bir dəfə vurduğunu görmüşdür. Bu vaxtı Təqsirləndirilən şəxs dərhal oraya yaxınlaşıb yumruqla bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur. Sonra isə polis əməkdaşları hadisə yerinə yaxınlaşmış, həmin şəxsləri Polis Bölməsinə dəvət edən zaman «Porsche Cayenne» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs həmin avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Mübahisə vaxtı orada kənar şəxslər olsa da, heç kim mübahisəyə müdaxilə etməmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. 03 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində o, Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində yerləşən «Səadət» sarayının qarşısından keçən zaman «Porsche Cayenne» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi Şahid1 ilə Şahid2 dayanıb söhbət etmişdir. Bu zaman «Porsche Cayen» markalı avtomobildə sükan arxasında əyləşən, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs avtomobildən düşərək əvvəlcə, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs ayağına təpiklə vurmuş, sonra Zərərçəkmiş şəxs Şahid2 yaxınlaşıb yumruqla onun baş nahiyəsinə bir dəfə vurmuşdur. Sonra Təqsirləndirilən şəxs dərhal oraya yaxınlaşıb yumruqla bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuş, hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları həmin şəxsləri Polis Bölməsinə dəvət edəndə «Porsche Cayenne» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Mübahisə vaxtı orada kənar şəxslər olsa da, heç kim mübahisəyə müdaxilə etməmişdir. Məhkəmə iclasında iş üzrə hadisə yerində olan Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarından götürülmüş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə cəmi 02 (iki) ədəd olmaqla, «TŞ1-185 1-2021-04-03» və «TŞ1-185 3-2021-04-03» adlı, «MP4» formatlı fayllar vardır. «TŞ1-185 1-2021-04-03» adlı faylı açılqdıqda, həmin faylın 316 Mb həcmdə olması, 11 dəqiqə davam etməsi müşahidə olunmuş, həmin videofayla baxış keçirərkən videonun 00:46 dəqiqəsində “Porsche Cayenne” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin gedib yol ayırıcını keçdik-dən sonra yolun ortasında saxlaması, həmin avtomobilin arxası ilə gedən markası və dövlət qeydiyyat nişanı görünməyən betonqarışdıran yük avtomobilinin “Porsche Cayenne” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında dayanması, videonun 01:56 dəqiqə-sində “Porsche Cayenne” markalı avtomobilin ətrafına çox sayda şəxslərin toplaşması, hadisə yerinə DYPİ-nin yol patrul xidməti avtomobilinin gəlməsi və orada yol patrul inspektorunun olması, videonun 03:10 dəqiqəsində Təqsirləndirilən şəxs yol patrul xidməti avtomo-bilinin sağ tərəfindən arxa tərəfi ilə gedib avtomobilin sol hissəsinə keçməklə orada Zərərçəkmiş şəxs yumruqla vurması, videonun 04:34 dəqiqəsində həmin ərazidə çox sayda insanlar və bir nəfər polis əməkdaşının olması, videogörüntünün 08:05 dəqiqəsində əraziyə xidməti polis avtomobilinin yaxınlaşması müəyyən olunmuşdur. «TŞ1-185 3-2021-04-03» adlı fayl açılqdıqda, həmin faylın 329 Mb həcmdə olması, 11 dəqiqə davam etməsi müşahidə olunmuşdur. Həmin videofayla baxış keçirərkən, videonun 00:02 dəqiqəsində dövlət qeydiyyat nişanı görünməyən qara rəngli “Dodge Durango” markalı avtomobilin gedərək yolun sağ kəna-rında dayanması, həmin avtomobildən dörd nəfər şəxsin düşməsi, videonun 00:42 dəqiqəsində qara rəngli “Porsche Cayenne” markalı avtomobilin gedib yol ayırıcını keçdikdən sonra yolun ortasında saxlaması, həmin avtomobilin arxasıyca gedən markası və dövlət qeydiyyat nişanı görünməyən betonqarışdıran yük avtomobilinin gedib həmin “Porche” markalı avtomobilin arxasında dayanması, videonun 01:00 dəqiqəsində əraziyə xidməti polis avtomobilinin yaxın-laşması, videonun 02:07 dəqiqəsində münaqişə yaranması, videonun 03:10 dəqiqəsində Təqsirləndirilən şəxs yol patrul xidməti avtomobilinin sağ tərəfindən arxa tərəfi ilə gedib avtomobilin sol hissəsinə keçməklə, orada Zərərçəkmiş şəxs yumruqla vurması, videonun 08:05 dəqiqəsində əraziyə xidməti polis avtomobilinin yaxınlaşması, videonun 08:57 dəqiqəsində “Porsche Cayenne” markalı avtomobilin hadisə yerindən uzaqlaşması və sonda betonqarışdıran yük avtomobilin hadisə yerindən uzaqlaşması müəyyən olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 08 may 2021-ci il tarixli, 174 saylı rəyinə əsasən 1991-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs 08.04.2021-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Vət. Zərərçəkmiş şəxs adına 3 saylı şəhər klinik xəstəxanasının tərtib etdiyi C 1762 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki, o, 05.04.2021-ci il tarixdə həmin xəstəxanaya daxil olmuş, 15.04.2021-ci il tarixdə yaxşılaşma ilə evə yazılmışdır. Son klinik diaqnoz: Müştərək travma. Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Sağ əlin İV barmağının distal falanqasının yarımçıxığı, orta proksimal falanqa oynağının ödemi (qüsurlu vəziyyət). Bədənin çoxsaylı qançırları. Vət. Zərərçəkmiş şəxs adına 10.04.2021-ci il tarixdə çəkilmiş, sağ əlin iki proyeksiyalı rentgenoqrammasının yüksək ixtisaslı ekspert-radioloq tərəfindən incələnməsi zamanı müəyyən edilmişdir ki, qeyd edilən morfoloji dəyişikliklərin törənmə müddəti köhnədir, 03.04.2021-ci il tarixdə əmələ gəlməsi inkar edilir. Vət. Ş.R. Musayevin adına tərtib edilmiş tibbi sənəddə göstərilən “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi” küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.04.2021-ci il tarixdə baş nahiyəsinə kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin T223/2021 nömrəli, 21.09.2021-ci il tarixli canlı şəxslərin ekspertizasının rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, bədənin çoxsaylı qançırları olmuşdur.Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni 03.04.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Səbail rayon prokurorluğunun 29 aprel 2021-ci il tarixli qərarına əsasən 03.04.2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs və Şahid2 iştirakçıları olduqları Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi ilə Ə.Cavad küçəsinin kəsişməsində, Səadət Sarayının qarşısında xuliqanlıq əməlinin törədilməsi nəzərə alınaraq fakta görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması üçün Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 19 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 07 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 07 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 22 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara əsasən baş vermiş hadisəni özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.09.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə oğlu ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətini törətmələri tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmədiyini bildirməsi zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aministiya haqqında qərar tətbiq edilməklə cəzadan azad edildiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci və 28-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-235/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-235/2021
27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver