Məhkəmə qərarları › İş №1(009)-235/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-235/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-235/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Sabirabad rayonu Bulduğ kəndində qeydiyyatda olmuş, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilimiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 13:35 radələrində ünvan 2 ünvanın qarşısında, dalanda şəxsi münasibətlərin kəskinləşməsi zəminində qonşusu Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir yumruq zərbəsi ilə vuraraq ona sağ gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sağ göz orbitasının ətrafının sıyrıq və hematoması, alın nahiyyəsinin sol yarısının sıyrığı, sol dirsək oynağı nahiyyəsində ağrı və hərəkət məhudluğu ilə müşayiət olunan oynaq ətrafı yumşaq toxumaların şişkinliyi və qançırı (əzilməsi), eləcə də sağ bazunun orta 1/3-nin bayır səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirdi ki, hüquqlarını müdafiə etdiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ölmüşdür. Bunu nəzərə alaraq məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Dövlət ittihamçısı məhkəmədə çıxış edərək Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs 17 oktyabr 2022ci il tarixdə öldüyündən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi əsasları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 18 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısına baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Səbail rayon şöbəsinin 19 sentyabr 2022-ci il tarixli 662 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sağ göz orbitasının ətrafının sıyrıq və hematoması, alın nahiyyəsinin sol yarısının sıyrığı, sol dirsək oynağı nahiyyəsində ağrı və hərəkət məhudluğu ilə müşayiət olunan oynaq ətrafı yumşaq toxumaların şişkinliyi və qançırı (əzilməsi), eləcə də sağ bazunun orta 1/3-nin bayır səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 sentyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən sağ göz orbitası ətrafına yumruqla vurduqdan sonra yıxılaraq bərk sərt örtüyə dəymə nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin 17 oktyabr 2022-ci il tarixli 69 saylı ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə boyun orqanlarının asılma yolu ilə sıxılması nəticəsində inkişaf etmiş asfiksiya səbəbindən ölmüşdür. Məhkəmə qeyd edir ki, ölmüş, cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həyat yoldaşı X2 və digər yaxın qohumlarına qanunvericiliyin tələblərinə əsasən məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxsin hüquqi varisi qismində iştirak etmələri məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməklə CPM-in 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Lakin, qanunla müəyyən edilmiş müddət ərzində cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həyat yoldaşı X3 və ya digər yaxın qohumları məhkəmə iclasına gəlməmişlər, eləcə də, cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş hüquqi varisi qismində tanınma istəyi barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialına, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqi varisi olmadan CPM-in 106-1.4cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin razılığı ilə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına, CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 305-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 106, 300.1.7, 305, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar