Məhkəmə qərarları › İş №1(009)-236/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-236/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-236/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Abşeron Rayon Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 21 dekabr 2021-ci il tarixdə saat 16:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Manqal dönərdə dönərçi işləyən, İsmayıllı rayonu N.Nərimanov küçəsi ev 39-da qeydiyyatda olmaqla Bakı şəhəri Nəsimi rayonu M.Rəfıdi küçəsi ev 13-də kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə xx xxxx 1999-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, dönərçi işləyən, Lənkəran şəhəri Mir Slayev küçəsi ev 78-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, 08 iyul 2021-ci il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21070” markalı ** NV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saatda 94 km/saat sürətlə hərəkətdə olarkən “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə, həmçinin həmin Qanının 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitələrini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti istiqamətindən Üzeyir Hacıbəyov küçəsinə tərəf yolun əks istiqamətində hərəkətdə olan və həmin küçələrin kəsişməsində yerləşən svetoforun qırmızı işığında keçən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Moon” makralı mopedi avtomobilin qabaq hissəsilə vurmuş, nəticədə mopedin sürücüsü Təqsirləndirilən şəxs2 sağ qasıq və oturaq sümüklərinin yerini dəyişmiş qapalı sınığı, simfizin cırılması, eləcə də, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş açıq sınığı və sağ budun orta 1/3nin bayır səthinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “Moon” makralı mopeddə sərnişin qismində olan X12 isə ağır dərəcəli postravmatik şokla müşayiət olunan döş qəfəsinin, çanağın və ətrafların küt travması - sol ağciyərin aşağı payının cırılması, sol tərəfli hemotoraks (plevra boşluğunda 150-200 ml-dək qan), sol çanaq sümüklərinin sol və sağ bud sümüklərinin yuxarı 1/3-nin yerlərini dəyişmiş qapalı sınıqları, sağ baldırın yumşaq toxumalarının geniş ölçülü çoxsaylı əzilmiş-cırılmış yaraları, başın və ətrafların sıyrıqları və əzilmiş yaraları kimi xarakterizə olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs X11 ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2, 08 iyul 2021-ci il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə və mühərrik həcmi 50 kub.sm olan “Moon” markalı mopedlə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti istiqamətindən Üzeyir Hacıbəyov küçəsinə tərəf 30 km/saat sürətlə hərəkətdə olarkən “X19” Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən svetoforun qadağaedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında) piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə mopedi yolun əks istiqamətində hərəkət etdirərək Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yolu svetoforun qırmızı işığında keçmək istəmiş, bu zaman həmin yolda hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21070” markalı ** NV *** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş, nəticədə mopeddə sərnişin qismində olan X12 ağır dərəcəli postravmatik şokla müşayiət olunan döş qəfəsinin, çanağın və ətrafların küt travması - sol ağciyərin aşağı payının cırılması, sol tərəfli hemotoraks (plevra boşluğunda 150-200 ml-dək qan), sol çanaq sümüklərinin sol və sağ bud sümüklərinin yuxarı 1/3-nin yerlərini dəyişmiş qapalı sınıqları, sağ baldırın yumşaq toxumalarının geniş ölçülü çoxsaylı əzilmiş-cırılmış yaraları, başın və ətrafların sıyrıqları və əzilmiş yaraları kimi xarakterizə olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs X11 ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nəsimi rayonu 28 may metrostansiyasının yaxınlığında yerləşən Manqal dönər adlı dönərxanada dönərçi işləyir. 2020-ci ilin noyabr ayının 12-də VAZ 2107 markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşını özü almış və həmin vaxtdan “BS” kateqoriyaları sürücülük vəsiqəsi əsasında idarə edir. 2021-ci il iyul ayının 7dən 8-nə keçən gecə, yəni 08.07.2021-ci il tarixdə o, iş yerindən çıxıb idarə etdiyi özünə məxsus VAZ 2107 markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla evə getmək üçün yola çıxmışdı. Həmin vaxt gecə təxminən saat 02.55 radələrində o, Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov prospektinə gedərkən Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində idarə etdiyi avtomaşınla təxminən 50 və ya 60 km/saat sürətlə hərəkətdə olarkən qəflətən sol tərəfində olan yoldan üzü onun hərəkət etdiyi yola tərəf, yəni hərəkətin əks istiqamətinə gələn bir ədəd qara rəngdi mopedin idarə etdiyi avtomaşının qarşısına çıxdığını görmüş, lakin artıq gec olduğuna görə o, mopedi görən kimi tormoz əyləcini basa bilməmiş və avtomaşını idarə etdiyi sürətlə avtomaşının qabaq sol tərəfi ilə həmin mopedin arxa tərəfindən vurmuş, mopedi vurandan sonra isə tormoz əyləcini basaraq avtomaşını saxlamışdı. Belə ki, o, sol tərəfdən hərəkətin əks istiqamətində hansısa avtomobilin və ya mopedin gəldiyini gözləməmişdi, ona görə də həmin moped idarə etdiyi avtomaşının qarşısına çıxana qədər sonuncunu görməmişdi. Mopedi avtomaşınla vurduqdan sonra həmin moped yolun ortasında aşmış və o, tez öz avtomobilindən düşərək mopedə yaxınlaşmışdı. Yaxınlaşanda görmüşdü ki, səkinin kənarında əvvəllər tanımadığı 2 nəfər cavan oğlan yerə yıxılmış vəziyyətdə qalmışlar. O, həmin şəxslərə yaxınlaşdıqda onların ikisi də sağ idi və onlardan biri demişdi ki, ayağı ağrayır. Bunu görən kimi o, tez 103 xidmətinə zəng edərək X23 göndərilməsini xahiş etmiş, daha sonra isə DtN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdi. Bir müddət sonra isə hadisə yerinə TTY stansiyasından həkim briqadası və polis əməkdaşları gəlmişlər. O, hadisədən əvvəl avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmiş, vurduğu mopedi yalnız avtomaşının qarşısında olanda görmüş və həmin anda da mopedi vurmuş, ona görə də mopedlə toqquşmadan yayınmaq üçün heç bir önləyici tədbirlər görə bilməmiş, yəni hadisə qəflətən və bir anda baş verdiyinə görə o, önləyici tədbirlər görə bilməmişdi. Hadisədən əvvəl o, spirtli içki qəbul etməmişdir. Hadisədən əvvəl onun idarə etdiyi avtomaşında hər hansı bir nasazlıq olmamış, həmin mopedi görməməsinə səbəb isə sol tərəfdən gələn yolda işığın olmaması, yəni havanın qaranlıq olması mane olmuşdur. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomaşında tək olmuş, həmçinin avtomaşınında həmin vaxt yük olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin son sözündə ilk dəfə az ağır cinayət törədilməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinin, sonuncunun şikayət və tələbinin olmadığının, əməlindən səmimi peşman olduğunun, törətdiyi cinayətin ehtiyyatsızlıqdan törədilməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə qədər Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən Əkbər adlı şəxsin işlətdiyi dönərxanada işləmiş, dönərxanaya məxsus “Moon” makralı mopedlə hazır olan yeməkləri sifarişçilərə çatdırmışdır. Həmin mopedin mühərrik həcmi 50 kub.sm olmaqla dövlət qeydiyyat nişanları yox idi, həmçinin dönərxanada saxlamaq üçün yer olmadığına görə o, həmin mopedi işdən sonra dönərxananı işlədən Əkbər adlı şəxsin icazəsi ilə gecələr yaşadığı evdə saxlayırdı. X13 məhəllə uşağı kimi uzun müddət idi tanıyırdı və onlar dostluq edirdilər, aralarında yaxın münasibətlər var idi. 07 iyul 2021-ci il tarixdə o, işdə olduğu zaman Bəhman Musayev bir neçə dəfə ona zəng edərək xahiş etmişdi ki, işdən sonra birlikdə onun idarə etdiyi mopedlə Bakı şəhərində gəzsinlər. Bundan sonra Bəhman Musayev 08 iyul 2021ci il tarixdə saat 00.30 radələrində yenə də ona zəng edərək xahiş etmişdi ki, işdən sonra birlikdə onun idarə etdiyi mopedlə Bakı şəhərində gəzsinlər. Bundan bir müddət sonra o, yaşadığı məhlədən Bəhman Musayevi idarə etdiyi mopedə götürmüş və mopedi idarə etməklə Bakı şəhərində müxtəlif yerləri gəzmişlər. Həmin vaxt nə Bəhman Musayevin nə də onun başında qoruyucu kaska olmamışdır. Onun başına böyük olduğuna görə kaskanı geyinə bilməmişdi. Belə ki, kaskanı başına geyindikdə sürüşüb başından düşürdü. Onlar həmin gecə, yəni 08 iyul 2021-ci il tarixdə Bakı şəhərinin bir neçə yerini gəzdikdən sonra saat təxminən 03.00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində olarkən Bəhman Musayev demişdi ki, təcili evə qayıtsınlar, atası bilsə onu danlayacaq. Ona görə də o, yaşadığı məhləyə tez çatmaq məqsədilə və tələsdiyi üçün həmin vaxt idarə etdiyi mopedlə Azadlıq prospektindən Üzeyir Hacıbəyov küçəsinə yolun əks istiqamətinə girərək mopedlə yolun əks istiqamətində hərəkət etməyə başlamışdı. Təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində svetoforun olduğunu və svetoforun yaşıl işığının yandığını görmüşdü. Lakin svetofora çatanda artıq svetoforun qırmızı işığı yanmış, lakin evə tələsdiklərinə görə o, idarə etdiyi mopedlə svetoforun qırmızı işığından keçmək qərarına gəlmişdi. O, svetoforun altına çatdıqda, yəni Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatdıqda qəftələn idarə etdiyi mopedə sağ tərəfindən öz yolu ilə hərəkət edən hansısa avtomaşın zərbə ilə dəymiş və həmin anda moped yerə aşmışdı. İdarə etdiyi mopedi vuran ana qədər o, həmin avtomaşını görməmişdi. Moped aşandan sonra o, yerdə yıxılı vəziyyətdə qalmış və özünü çox pis hiss etmiş, bu zaman fikir verəndə görmüşdü ki, idarə etdiyi mopedi vuran “VAZ 21070” markalı minik avtomobilidir. Bir müddət sonra hadisə yerinə TTY stansiyasından həkimlər gəlmiş və Bəhman Musayevin vəziyyəti ağır olduğuna görə ilk olaraq xəstəxanaya aparmışlar. Bundan bir müddət sonra hadisə yerinə yenə də TTY stansiyasından həkimlər gəlmiş və onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. İşlədiyi dönərxananın Əkbər adlı müdiri həmin mopedi gecə saatlarında idarə etmək üçün ona heç bir qadağa qoymamışdı, bu barədə ona heç bir söz deməmişdi. Hadisədən əvvəl o, mopedi təxminən 30 km/saat sürətlə idarə etmiş, hadisədən əvvəl nə o, nə də Bəhman Musayev spirtli içki qəbul etməmişlər. Hadisədən əvvəl idarə etdiyi mopeddə hər hansı bir nasazlıq olmamışdır. Təqsirləndirilən şəxs2 həmçinin son sözündə ilk dəfə az ağır cinayət törədilməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinin, sonuncunun şikayət və tələbinin olmadığının, əməlindən səmimi peşman olduğunun, törətdiyi cinayətin ehtiyyatsızlıqdan törədilməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, mərhum X16 onun doğma oğlu idi. Sonuncu xx xxxxxx 2000-ci il tarixdə anadan olmuşdu və Masallı rayonu Həsənli kənd orta məktəbini bitirmişdi, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinin İİİ kurs tələbəsi idi. X25 subay idi, hələ evlənməmişdi. Axırıncı dəfə o, X25i 07 iyul 2021-ci il tarixdə gecə saatlarında görmüşdü. Belə ki, həmin vaxt mərhum Bəhman Musayev həyətdə olan bisetkada oturub dincəlmək üçün evdən çıxmışdı. 08 iyul 2021-ci il tarixdə gecə saatlarında ona mərhum Bəhman Musayevin mobil nömrəsindən zəng gəlmiş, o, telefonu açdıqda tanımadığı şəxs ona məlumat vermişdi ki, X25 yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarətləri almışdır və Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasındadır. 09 iyul 2021 -ci il tarixdə səhər saatlarında isə onlara məlumat vermişlər ki, X25 aldığı ağır bədən xəsarətləri nəticəsində həmin xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbinin olmadığını, onlarla barışdığını bildirərək, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən dönərxananı icarə əsasında X6 adlı şəxslə birlikdə işlədir. Həmin dönərxana 2021-ci ilin iyun ayınadək hər gün saat 9.00-dan 23.00-dək fəaliyyət göstərmiş, bu ilin iyun ayından hal-hazıradək isə 24 saat fəaliyyət göstərir. O, 2021-ci ilin əvvəllərində Bakı şəhəri Azadlıq metrostansiyasmın yanındakı mağazadan kreditlə öz adma 2.500 manata «Moon» markalı moped almış, həmin mopeddən yalnız gündüz növbəsində istifadə olunurdu, gecə növbəsində isə yemək çatdırma sifarişi olmadığına görə mopeddən istifadə olunmurdu. Təqsirləndirilən şəxs2 məlum yol- nəqliyyat hadisəsi baş verməmişdən təxminən 10 gün əvvəl onun yanma gələrək iş axtardığını demiş, Nahid dönərxana yerləşən məhlədə yaşadığından sonuncunu üzdən tanımış, ona görə də razılıq vermiş və Nahidə demişdi ki, günü 15 manat əmək haqqı olmaqla sifarişçilərin sifarişi əsasında hazır yeməkləri mopedlə ünvanlara çatdıracaq. Nahid onunla razılaşmışdı. İşə başladığı gün o, mopedi işlətməsi üçün Təqsirləndirilən şəxs2 vermişdi. Təqsirləndirilən şəxs2 hər gün səhər işə gələndə mopedi götürüb gün ərzində işləyir, axşam iş növbəsi başa çatdıqda isə mopedi dönərxananm qarşısında saxlayaraq çıxıb evlərinə gedirdi. 07 iyul 2020-ci il tarixdə axşam saat təxminən 22.30 radələrində Nahid ona demişdi ki, anası ev üçün bir neçə ərzaq almağı tapşırmış, əmək haqqı və 5 manat əlavə pul versin, həmçinin icazə versin ki, dönərxanaya məxsus mopedlə gedib həmin ərzaqları alaraq evinə qoysun və sonra mopedi qaytarsın. O, razılıq vermiş və Nahidə 20 manat pul vermişdi. Nahid mopedi götürərək getmiş, lakin geri qayıtmamışdı. Bundan bir neçə dəqiqə sonra o da işdən çıxıb yaşadığı evə getmişdi. 08 iyul 2021-ci il tarixdə gecə saat 04.00 radələrində Əkbər ona zəng edərək bildirmişdi ki, Nahid dönərxanaya məxsus mopedlə yol-nəqliyyat hadisəsi törətmiş, özü isə ağır bədən xəsarət aldığına görə xəstəxanadadır. Baş vermiş hadisədən əvvəl Təqsirləndirilən şəxs2 idarə etdiyi mopeddə heç bir nasazlıq olmamışdı. Nahid həmin mopedi əvvəllər dönərxananm qarşısında saxlayaraq evinə gedirdi, lakin hadisə baş verməmiş gündən bir gün əvvəl, yəni 06 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixə keçən gecə Nahidə mopedi evə aparmağa icazə vermişdi, ona görə ki, Nahid ona söz vermişdi ki, mopedi evlərinin yanında olan avtomaşın yuma məntəqəsində saxlayacaq. Həmin günü Nahid mopedi apardıqdan sonra açarını gətirib dönərxanaya qoymuş, 07 iyul 2021-ci il tarixdə səhər saatlarında isə dönəranaya gəlib mopedin açarlarını götürüb getmiş və bir neçə dəqiqədən sonra mopedi dönərxananmn qarşısına gətirmiş, onda özünə qarşı etibar qazanmışdı. Ona görə də o, məlum yol-nəqliyyat hadisəsi baş verən gecə mopedi idarə etməsi üçün etibar edərək Nahid Qasmıova vermişdi. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş vermə anını özündə əsk etdirən videogörüntü saat 02.54- dən başlayaraq 05 dəqiqə 01 saniyə davam edir və saat 02.59-da başa çatır. Hadisə baş verən ərazi TŞ 1-002.3 nömrəli video müşahidə qurğusundan təxminən 25-30 metr məsafədə yerləşir. Həmin videogörüntüdə 08 iyul 2021-ci il tarixdə saat 03.00 radələrində Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində Azadlıq prospekti ilə hərəkət edən ağ rəngli dövlət qeydiyyat nişanları görünməyən “VAZ 21070” markalı avtomobilin qabaq sol hissəsi ilə yolun hərəkət hissəsində Ü.Hacəbəyov küçəsi ilə hərəkət edərək sol tərəfdən gələn və üstündə sürücü ilə sərnişin olan mopedi vurması anı öz əksini tapır. Məhkəmə iclası zamanı elan olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 09.07.2021-ci il tarixli, 39 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ağır dərəcəli postravmatik şokla müşayiət olunan döş qəfəsinin, çanağın və ətrafların küt travması - sol ağciyərin aşağı payının cırılması, sol tərəfli hemotoraks (plevra boşluğunda 150-200 ml- dək qan), sol çanaq sümüklərinin sol və sağ bud sümüklərinin yuxarı 1/3-nin yerlərini dəyişmiş qapalı sınıqları, sağ baldırın yumşaq toxumalarının geniş ölçülü çoxsaylı əzilmiş-cırılmış yaraları, başın və ətrafların sıyrıqları və əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 iyul 2021-ci il tarixli yolnəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və ümumilikdə həyat üçün təhlükəli ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb yuxarıda göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli travmatik şok olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olar ki, Zərərçəkmiş şəxs 09.07.2021-ci il tarixdə saat 06.35-də Sabunçu Tibb mərkəzində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təstiq edilir. Məhkəmə iclası zamanı elan olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 548 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 almış olduğu xəsarətlər-sağ qasıq və oturaq sümüklərinin yerini dəyişmiş qapalı sınığı, simfızin cırılması, eləcə də, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş açıq sınığı və sağ budun orta 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08.07.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə iclası zamanı elan olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 20 avqust 2021 -ci il tarixli 8/1887 saylı rəyindən görünür ki, “VAZ 21070'’ markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin” tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməkdə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücülər hərəkət edən təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin suərətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidirlər. “Moon” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin” tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməkdə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücülər svetoforun qadağaedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında) piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalıdırlar. Məhkəmə iclası zamanı elan olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 24 sentyabr 2021 -ci il tarixli 8/2369 saylı rəyindən görünür ki, “VAZ 21070” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməkdə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücülər nəqliyyat vasitələrini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti X7 ekspertiza rəyinin məzmununa uyğun ifadə verərək həmin rəyi təsdiq etmişdir. Məhkəmə iclası zamanı elan olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-audio və video ekspertizasının 15 sentyabr 2021 -ci il tarixli 4/1240 saylı rəyi ilə müəyyən edilmişdir ki, “ZYKLEN” markalı DVD-R diskdə qeydə alınmış TŞ-1-002 2-2021- 07-08 02h55min00s000ms faylda olan videoyazıya görə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21070” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin orta sürəti 94 km/saat olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarından olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. AE seriyalı 970563 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 01.09.2030cu ilədək sürücülük hüququ vardır. AD 920144 seriyalı X3 Şəhadətnaməsindən görünür ki, 10NV776 dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı, sedan tipli, 2005-ci il buraxılışlı, XTA**********9039 ban nömrəli, ağ rəngli avtomobil Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan X4 adına 03 oktyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. ƏN-Vİ seriyalı 482783 nömrəli etibarnamədən görünür ki, 10NV776 dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı, sedan tipli avtomobil X8 tərəfindən 11 oktyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs1 etibar edilmişdir. 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.12.2017-ci il tarixli hökmünə əsasən Azəraycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 yol-nəqliyyat hadisəsini ehtiyatsızlıqdan törətdiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz İş materiallarından olan 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İnsan Hüquqlarının və X9 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə - avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmələri, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, o cümlədən, iş üzrə sübut növü kimi qəbul olunmuş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri və və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “X19” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. “X19” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X15 ilə barışıq əldə etmişdir və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 04 (dörd) il 05 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını, ehtiyyatsızlıqdan törətməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X15 ilə barışıq əldə etmişdir və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 04 (dörd) il 05 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, “X19” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin” tələblərini pozduğunu, idarə etdiyi mopedlə svetoforun qırmızı işığından keçməsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın təqsirləndirilən şəxslərdən tutulmasını, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs2 150 (yüz əlli) manat və Təqsirləndirilən şəxs1 150 (yüz əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar