Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-236/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Müdafiəçi 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Ağamməd oğlunun iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Ağamməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilimiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 19 may 2023-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Ağamməd oğlu yaşadıqları ünvan 2 ünvanda, mənzilin girişindəki otaqda ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxs qızınının başından televizorun pultu ilə vuraraq ona sağ təpə nahiyyəsinin əzilmiş kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Ağamməd oğlunun təqsiri, yəni onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Ağamməd oğlu göstərmişdir ki, ailəsilə birlikdə ünvan 3 ünvanda 25 ildir yaşayırlar. Nərminə ilə ailə məişət zəminində mübahisələri baş vermişdir. 19 may 2023-cü il tarixdə saat 19 radələrində işdən evə gəlmişdir. Bundan 15 dəqiqə sonra o, hamama daxil olmuşdur. Bir qədər sonra isə hamamdan çıxıb dəsmal istəmişdir. Nərminə cavabında ona dəsmalın yerində olduğunu bildirmişdir. Bu mövzuda mübahisəsələri yaranmış, Nərminə sakitləşmək bilmədiyi üçün üstünə getmiş, əsəbləşdiyi üçün masanın üzərindən televizorun pultunu götürüb Nərminənin başına vurmuşdur. Bu zaman Nərminənin başından qan axmasını görüb kənara çəkilmişdir. Nərminə təcili yardıma zəng vurub məlumat vermişdir. Təcili yardım briqadası gəlmiş və Nərminəyə tibbi yardım göstərilmişdir. Hadisə 19 may 2023-cü il tarixdə saat 19:30 radələrində, yaşadığımız ünvan 3 ünvanda, mənzilin giriş otağında baş vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs qızı göstərmişdir ki, ailəsilə birlikdə ünvan 3 ünvanda 25 ildir yaşayır. Yusifilə ailə məişət zəminində mübahisələri baş verib. 19 may 2023-cü il tarixdə saat 19 radələrində Yusif işdən evə gəlmiş, bundan 15 dəqiqə sonra Yusif hamama daxil olmuşdur. Bir qədər sonra isə Yusif hamamdan çıxıb dəsmal istəmişdir. O, cavabında Yusifə dəsmalın yerində olduğunu bildirmişdir. Bu mövzuda mübahisələri yaranmış və o, Yusifə cavab qaytarmışdır. Mübahisə münaqişəyə çevrilmişdir. Belə ki, Yusif üstünə gəlib əvvəlcə əli ilə üzündən şillə ilə vurmuşdur. O, Yusifi özündən kənarlaşdırmaq istəyərkən, Yusif masanın üzərindən televizorun pultunu götürüb başına vurmuş və ona başından xəsarət yetirmişdir. Başından qan axmağa başladıqda Yusif kənara çəkilmişdir. O, təcili yardıma zəng vurub məlumat vermişdir. Təcili yardım briqadası gəlmiş və ona tibbi yardım göstərilmişdir. Hadisə 19 may 2023-cü il tarixdə saat 19:30 radələrində, yaşadıqları ünvan 3 ünvanda, mənzilin giriş otağında baş vermişdir. Hadisənin şahidi olmamışdır, evdə Yusiflə ikisi olmuşlar. Hazırda Təqsirləndirilən şəxs Ağamməd oğlu ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 20 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızının şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağamməd oğlunun məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcriibi və Tədris Birliyi” Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 03 iyun 2023-cü il tarixli 256 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə nahiyyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən təpə nahiyyəsinə pultla vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanımaq haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızı böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə Zərərçəkmiş şəxs qızı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağamməd oğlu ilə barışmış, dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Ağamməd oğlunun ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq işə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağamməd oğlunun əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs Ağamməd oğlu zərərçəkmiş şəxslə barışdığından, ziyanı ödədiyindən və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs Ağamməd oğluna qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayəti olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Ağamməd oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Ağamməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Ağamməd oğlu cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Ağamməd oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 21 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-236/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-236/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver