Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-237/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi6, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, 12 dekabr 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, xx xxxx 1971-ci ildə Rusiya Federasiyasının, Saxalin vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 6 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi, xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 8 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 01 iyul 2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs5, 02 noyabr 2023-cü il tarixdə “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri üzrə çoxsaylı əcnəbi və yerli idmançılar, tamaşaçılar və digər şəxslərin iştirakı ilə idman şousunun keçirildiyi Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən, ictimai yer hesab edilən “Dəniz Mail” ticarət və əyləncə mərkəzində tanışı Zərərçəkmiş şəxs həmin günü məşqçisi Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında olan mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 “sən” deyə müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bu sözünə görə cəzalandırmaq məqsədi ilə peşəkar qaydada idmanla məşğul olan dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs orada olan mühafizəçi vasitəsilə çağırıb ticarət mərkəzinin alt mərtəbəsinə gəlməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində ticarət və əyləncə mərkəzindəki vətəndaşların istirahətinə, o cümlədən əcnəbi və yerli idmançıların idman tədbirində nəzərdə tutulmuş vaxtda, təhlükəsiz formada iştirakına və istirahətinə, mühafizəçilər və digər işçilərin normal iş fəaliyyətinə mane olub həmin şəxslərin gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, aşkar surətdə ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan münaqişə yaradaq yumruq və təpik zərbələri ilə, habelə əlbəyaxa döyüş fəndləri tətbiq edərək Zərərçəkmiş şəxs üz, baş, boyun, sinə və bədəninin digər müxtəlif nahiyələrinə qrup üzvləri ilə birlikdə qəsdən vurmuş, zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs əynindəki şalvarının ön hissəsini onlar tərəfindən açılaraq çıxarmağa yönəlmiş hərəkətlər edilərkən Təqsirləndirilən şəxs1 tərəfindən bu hərəkətlər mobil telefon cihazı vasitəsilə video çəkilişdən istifadə etməklə qeydə almış, Zərərçəkmiş şəxs təhqir edilərək “cəzalandırılmasına” səbəb olan hərəkətləri təkrarlayacağı təqdirdə gələcəkdə də üzərində fiziki zor tətbiq edilməsi kimi həyata keçirilməsi real olan hədə ilə hədələyib bir qrup şəxs halında Zərərçəkmiş şəxs fiziki zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1, 02 noyabr 2023-cü il tarixdə “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri üzrə çoxsaylı əcnəbi və yerli idmançılar, tamaşaçılar və digər şəxslərin iştirakı ilə idman şousunun keçirildiyi Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən, ictimai yer hesab edilən “Dəniz Mail” ticarət və əyləncə mərkəzində tanışı Zərərçəkmiş şəxs ilə həmin günü əvvəlcədən aralarında mobil telefon danışığı zamanı ona “sən” deyə müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bu sözünə görə cəzalandırmaq məqsədi ilə peşəkar qaydada idmanla məşğul olan dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs orada olan mühafizəçi vasitəsilə çağırıb ticarət mərkəzinin alt mərtəbəsinə gəlməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində ticarət və əyləncə mərkəzindəki vətəndaşların istirahətinə, o cümlədən əcnəbi və yerli idmançıların idman tədbirində nəzərdə tutulmuş vaxtda, təhlükəsiz formada iştirakına və istirahətinə, mühafizəçilər və digər işçilərin normal iş fəaliyyətinə mane olub həmin şəxslərin gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, aşkar surətdə ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan münaqişə yaradaq yumruq və təpik zərbələri ilə, habelə əlbəyaxa döyüş fəndləri tətbiq edərək Zərərçəkmiş şəxs üz, baş, boyun, sinə və bədəninin digər müxtəlif nahiyələrinə qrup üzvləri ilə birlikdə qəsdən vurmuş, zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs əynindəki şalvarının ön hissəsini qrup üzvləri tərəfindən açılaraq çıxarmağa yönəlmiş hərəkətlər edilərkən o, bu hərəkətləri mobil telefon cihazı vasitəsilə video çəkilişdən istifadə etməklə qeydə almış, Zərərçəkmiş şəxs təhqir edilərək “cəzalandırılmasına” səbəb olan hərəkətləri təkrarlayacağı təqdirdə gələcəkdə də üzərində fiziki zor tətbiq edilməsi kimi həyata keçirilməsi real olan hədə ilə hədələyib bir qrup şəxs halında Zərərçəkmiş şəxs fiziki zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2, 02 noyabr 2023-cü il tarixdə “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri üzrə çoxsaylı əcnəbi və yerli idmançılar, tamaşaçılar və digər şəxslərin iştirakı ilə idman şousunun keçirildiyi Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən, ictimai yer hesab edilən “Dəniz Mail” ticarət və əyləncə mərkəzində tanışı Zərərçəkmiş şəxs həmin günü məşqçisi Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında olan mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 “sən” deyə müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bu sözünə görə cəzalandırmaq məqsədi ilə peşəkar qaydada idmanla məşğul olan dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs orada olan mühafizəçi vasitəsilə çağırıb ticarət mərkəzinin alt mərtəbəsinə gəlməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində ticarət və əyləncə mərkəzindəki vətəndaşların istirahətinə, o cümlədən əcnəbi və yerli idmançıların idman tədbirində nəzərdə tutulmuş vaxtda, təhlükəsiz formada iştirakına və istirahətinə, mühafizəçilər və digər işçilərin normal iş fəaliyyətinə mane olub həmin şəxslərin gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, aşkar surətdə ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan münaqişə yaradaq yumruq və təpik zərbələri ilə, habelə əlbəyaxa döyüş fəndləri tətbiq edərək Zərərçəkmiş şəxs üz, baş, boyun, sinə və bədəninin digər müxtəlif nahiyələrinə qrup üzvləri ilə birlikdə qəsdən vurmuş, zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs əynindəki şalvarının ön hissəsini onlar tərəfindən açılaraq çıxarmağa yönəlmiş hərəkətlər edilərkən Təqsirləndirilən şəxs1 tərəfindən bu hərəkətlər mobil telefon cihazı vasitəsilə video çəkilişdən istifadə etməklə qeydə almış, Zərərçəkmiş şəxs təhqir edilərək “cəzalandırılmasına” səbəb olan hərəkətləri təkrarlayacağı təqdirdə gələcəkdə də üzərində fiziki zor tətbiq edilməsi kimi həyata keçirilməsi real olan hədə ilə hədələyib bir qrup şəxs halında Zərərçəkmiş şəxs fiziki zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3, 02 noyabr 2023-cü il tarixdə “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri üzrə çoxsaylı əcnəbi və yerli idmançılar, tamaşaçılar və digər şəxslərin iştirakı ilə idman şousunun keçirildiyi Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən, ictimai yer hesab edilən “Dəniz Mail” ticarət və əyləncə mərkəzində tanışı Zərərçəkmiş şəxs həmin günü məşqçisi Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında olan mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 “sən” deyə müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bu sözünə görə cəzalandırmaq məqsədi ilə peşəkar qaydada idmanla məşğul olan dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs orada olan mühafizəçi vasitəsilə çağırıb ticarət mərkəzinin alt mərtəbəsinə gəlməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində ticarət və əyləncə mərkəzindəki vətəndaşların istirahətinə, o cümlədən əcnəbi və yerli idmançıların idman tədbirində nəzərdə tutulmuş vaxtda, təhlükəsiz formada iştirakına və istirahətinə, mühafizəçilər və digər işçilərin normal iş fəaliyyətinə mane olub həmin şəxslərin gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, aşkar surətdə ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan münaqişə yaradaq yumruq və təpik zərbələri ilə, habelə əlbəyaxa döyüş fəndləri tətbiq edərək Zərərçəkmiş şəxs üz, baş, boyun, sinə və bədəninin digər müxtəlif nahiyələrinə qrup üzvləri ilə birlikdə qəsdən vurmuş, zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs əynindəki şalvarının ön hissəsini onlar tərəfindən açılaraq çıxarmağa yönəlmiş hərəkətlər edilərkən Təqsirləndirilən şəxs1 tərəfindən bu hərəkətlər mobil telefon cihazı vasitəsilə video çəkilişdən istifadə etməklə qeydə almış, Zərərçəkmiş şəxs təhqir edilərək “cəzalandırılmasına” səbəb olan hərəkətləri təkrarlayacağı təqdirdə gələcəkdə də üzərində fiziki zor tətbiq edilməsi kimi həyata keçirilməsi real olan hədə ilə hədələyib bir qrup şəxs halında Zərərçəkmiş şəxs fiziki zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs4, 02 noyabr 2023-cü il tarixdə “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri üzrə çoxsaylı əcnəbi və yerli idmançılar, tamaşaçılar və digər şəxslərin iştirakı ilə idman şousunun keçirildiyi Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən, ictimai yer hesab edilən “Dəniz Mail” ticarət və əyləncə mərkəzində tanışı Zərərçəkmiş şəxs həmin günü məşqçisi Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında olan mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 “sən” deyə müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bu sözünə görə cəzalandırmaq məqsədi ilə peşəkar qaydada idmanla məşğul olan dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs orada olan mühafizəçi vasitəsilə çağırıb ticarət mərkəzinin alt mərtəbəsinə gəlməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində ticarət və əyləncə mərkəzindəki vətəndaşların istirahətinə, o cümlədən əcnəbi və yerli idmançıların idman tədbirində nəzərdə tutulmuş vaxtda, təhlükəsiz formada iştirakına və istirahətinə, mühafizəçilər və digər işçilərin normal iş fəaliyyətinə mane olub həmin şəxslərin gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, aşkar surətdə ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan münaqişə yaradaq yumruq və təpik zərbələri ilə, habelə əlbəyaxa döyüş fəndləri tətbiq edərək Zərərçəkmiş şəxs üz, baş, boyun, sinə və bədəninin digər müxtəlif nahiyələrinə qrup üzvləri ilə birlikdə qəsdən vurmuş, zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs əynindəki şalvarının ön hissəsini onlar tərəfindən açılaraq çıxarmağa yönəlmiş hərəkətlər edilərkən Təqsirləndirilən şəxs1 tərəfindən bu hərəkətlər mobil telefon cihazı vasitəsilə video çəkilişdən istifadə etməklə qeydə almış, Zərərçəkmiş şəxs təhqir edilərək “cəzalandırılmasına” səbəb olan hərəkətləri təkrarlayacağı təqdirdə gələcəkdə də üzərində fiziki zor tətbiq edilməsi kimi həyata keçirilməsi real olan hədə ilə hədələyib bir qrup şəxs halında Zərərçəkmiş şəxs fiziki zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əmələri təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşməprotokolları, iş materiallarında olan videogörüntülərlə və məhkəmə iclasında araşdırılan digər subutlarla tam subuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verilmiş ifadəsində göstərilmişdir ki, peşəkar məşqçidir və uzun müddətdir ki, Ukrayna Respublikasında yaşayır. Kiyev şəhərində “Sparta Boks” idman klubunda məşqçi kimi fəaliyyət göstərir. 04 noyabr 2023-cü il tarixdə Bakı şəhərində baş tutacaq idman yarışı ilə əlaqədar olaraq tələbəsi Anastasiya Svetkovskaya ilə 01 noyabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olan zaman əvvəllər bir yerdə məşq etdiyi və məşqçisi Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Münasibətləri daim yaxşı olmuşdur. 02 noyabr 2023-cü il tarixdə o, Bakı şəhəri Səbail rayonu Dəniz Kənarı milli parkda yerləşən Dəniz Mallda orada olan tanımadığı mühafizəçi ona yaxınlaşaraq telefon uzatmış və bir nəfər şəxs onunla danışmaq istədiyini bildirmişdir. O, həmin şəxsin kim olduğunu mühafizəçidən soruşduqda o, təşkilatçı olduğunu bildirmişdir. O, mobil telefonu götürüb danışmağa başlayan zaman həmin şəxs telefonda ona ağllı olmağını bildirmişdir. O, həmin şəxsin kim olduğunu soruşduqda o ona Ruslan olduğunu bildirmişdir. Bu zaman o, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu başa düşmüş və ağıllı olduğunu onu gözlədiyini bildirmişdir. Həmin zaman o, Dəniz Mail ticarət mərkəzinin giriş hissəsində imiş. Aradan təxminən yarım saat keçdikdən sonra mühafizəçi onu liftə dəvət etmiş və o, ticarət mərkəzinin ən axırıncı mərtəbəsinə düşmüşdür. Ora düşən zaman Ruslan və yanında olan digər idmançılar, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid5 və Tural Rəhimovun orada olduğunu görmüşdür. O, ora gələn kimi Ruslan orada olan idmançılara onu tutmalarını tapşırıq vermişdir. Onlar ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs5 onun sol üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Onun zərbəsi orta ağırlıqda ona dəymişdir. Bu zaman o da ona yumruq atmışdır. Lakin zərbəsi ona dəyməmişdir. Bu zaman orada olan digər şəxslərdə onun üzərinə düşmüşlər. Bu zaman Ruslan ona yaxınlaşaraq onları ayırmışdır və onu kənar otağa aparmışdır. Həmin şəxslər də onların arxasınca gəlirmiş. Yan otağa daxil olan zaman Ruslan orada olan idmançılara onu tutmağı tapşırıq vermişdir. Bu zaman onlar onu yerə yıxaraq əllərindən və qollarından tutaraq tərpənpəyə imkan verməmişlər və eyni zamanda onun bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişlər. Təxminən onların onu döyməsi 5-10 dəqiqə davam etmişdir. Sonradan Ruslan yenə ordakılara göstəriş verərək onu ayağa qaldırmaqlarını bildirmişdir. Bundan sonra o, oradan çıxaraq getmişdir. Lakin orada olan şəxslərə bu məsələnin burada qurtarmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və ya orada olan digər şəxslər ilə aralarında bir neçə il əvvəl nun, erməni döyüşçü Lyudvik Şolinyan ilə döyüş təyin olunması ilə əlaqədar anlaşılmamazlıq olduğunu bildirimişdir. O, televiziya proqramlarına cavab müsahibəni Ruslanın zalında vermişdir. Lakin sonradan Ruslan ona zəng vuraraq bu döyüşdən imtina etməyə çalışmışdır. O, onunla razılaşmadığına görə Ruslan birdə ona məxsus idman zalında məşq etməməyi təklif etmişdir. Onun bu sözündən sonra o, özünə məxsus medalları Ruslana məxsus idman zalından götürmüş və bir daha orada məşq etməmişdir. Bu səbəbdən aralarında konflikt olmuşdur. Məhkəməyədək icraat zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs əlavə ifadəsində həmçinin oda göstərilmişdir ki, qarışıq döyüş növləri üzrə (MMA) peşəkar məşqçidir və uzun müddətdir ki, Ukrayna Respublikasının Kiyev şəhərində yaşayır. 1996-cı ildən həmin şəhərdə yaşasa da məşğul olduğu idmanla əlaqədar ilin bəzi vaxtlarında Azərbaycan Respublikasında olur. Kiyev şəhərində “Sparta Boks” idman klubunda məşqçi kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə “RİZİN LANDMARK SERİES” konsepti ilə dünyanın müxtəlif coğrafiyalarında təşkil olunması nəzərdə tutulan qarışıq döyüş növləri üzrə beynəlxalq turnirinin Bakı şəhərində keçiriləcək tədbirində iştirak etmək üçün tələbəsi Ukrayna Respublikası vətəndaşı olan Anastasiya Svetkivska ilə birgə 01 noyabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Anastasiya Svetkivskanı “X27 Boulevard” otelində yerləşdirmiş, özüm isə anasının Bakı şəhərində yerləşən mənzilində qalmışdır. 2019-cu il təvəllüdlü oğlu Davud Əzizov anası ilə birgə Bakı şəhərində yaşayır. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Dəniz kənarı milli parkda yerləşən “Dəniz Mail” ticarət mərkəzində idman tədbirində iştirak edəcək döyüşçülərin “face to face” tədbiri keçirilməli imiş. O, buna görə də 02 noyabr 2023-cü il tarixdə saat 13 radələrində oğlu Davudla birgə “X27 Boulevard” otelinə getmişdir. Həmin oteldə əvvəllər məşqçisi olmuş Təqsirləndirilən şəxs1 və digər ölkələrdən gəlmiş idmançı yoldaşlarını görüb onlarla görüşmüşdür. Təqsirləndirilən şəxs1 onunla səmimi görüşərək ona üzrxahlıq edib tədbirlə əlaqədar başı qarışıq olduğu üçün onunla maraqlana bilmədiyini, buna görə onu üzrlü saymağını bildirmişdir. O da onu başa düşdüyünü, tədbirdən sonra rahat görüşüb söhbət edə biləcəyini bildirmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs1 Ukrayna Respublikasından Anastasiya Svetkivskanı döyüş üçün gətirdiyini demişdir. Ruslan ona bir söz demədən sağollaşıb yanından uzaqlaşmışdır. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs1 onun yanına gələrək ondan xahiş etmişdir ki, Anastasiya Svetkivskaya zəng etsin, onunla danışmaq istəyir. O, Ruslana nəyə görə Anastasiya Svetkivskaya zəng etmək istədiyini, nə onun üçün maraqlıdırsa cavab verə biləcəyini, hazırda istirahətdə olduğunu desə də Ruslan demişdir ki, Anastasiya Svetkivskanın məşqçisi olan Aleksandr Duduçkinin ondan Anastasiyadan muğayat olmağını xahiş etdiyini və ona tapşırdığını bildirmişdir. O, Ruslana demişdir ki, Anastasiya Svetkivskanı o gətirmişdir, narahat olmağına əsas yoxdur, bir problem olarsa ona bildirər. Ruslan yenədə təkidlə Anastasiya Svetkivskaya zəng etməyini dediyindən o, Anastasiya Svetkivskaya zəng etmiş, lakin o, telefona cavab verməmişdir. Bundan sonra Ruslana demişdir ki, Anastasiya Svetkivska ilə görüşən zaman adından deyər ki, Ruslan müəllimdə maraqlanır. Nə onun, nədə ki, Anastasiya Svetkivskanın Azərbaycan mobil operatorlarına məxsus mobil nömrəsi yoxdur, sadəcə olaraq Whatsapp vasitəsi ilə bir-biriləri ilə əlaqə saxlayırmışlar. Daha sonra qaynı X12 onların yanına gəlmişdir. Saat 15 radələri olardı ki, birlikdə “Dəniz Mail” ticarət mərkəzinə getmişlər. Tədbir saat 18 radələrində başlasa da onun həmin yerə tez getməkdə məqsədi tədbir barədə maraqlanmaq imiş. Buna görə Dəniz Mail ticarət mərkəzinə getdikdən sonra tədbirin təşkilatçıları ilə görüşmüş, biraz söhbət etmiş və onlara demişdir ki, gətirdiyi məşqçi ilə birlikdə protokola uyğun olaraq tədbirə “X27 Boulevard” otelindən gəlməli olsa da oğlu ilə birlikdə gəldiyini qabaqcadan onlara məlumat verdiyini, tədbir başlayan zaman idmançı ilə birlikdə tədbir yerinə keçəcəyi barədə məlumat vermişdir. Tədbirin təşkilatçıları da bunun dəqiqləşdirmək üçün onu mühafizəçilərə yönləndirmişdir. O, onlara izah etdikdən sonra tədbir keçirilən yerdə gözləməyə başlamışdır. Üzərindən 1 saat keçməsinə baxmayaraq ona tədbirin təşkilatçıları tərəfindən heç bir məlumat verilməmişdir. Tədbirin başlamasına 1 saat yarım qalmış bir nəfər mühafizəçi ona yaxınlaşaraq əlində olan telefonu ona uzadıb onunla danışmaq istəyən olduğunu demişdir. O, mühafizəçədən 3 dəfə soruşsa da ki, telefonda olan şəxs kimdir? Mühafizəçi ona cavab verməyib sadəcə “təşkilatçılarla söhbət eləmək istəmirdiniz? təşkilatçılardandır, danışın” demişdir. O, telefonu götürdükdən sonra telefonda onunla danışan şəxs ona “Həsən ağıllı ol da” demişdir. O, həmin şəxsdən kim olmasını soruşduqda cavab verməmiş, bir neçə dəfə təkidlə soruşduqdan sonra “Ruslandı” demişdir, o, “Ruslan, mən sənin yanında ağılsızlıq etmişəm ki?” dedikdə Ruslan isə “Ruslan yox, Ruslan müəllim, indi gəlib səni başa salacam” demişdir. O isə cavabında “Ruslan sən özün ağıllı ol, mən səni özüm başa salacam” demişdir. Ruslan “gəlirəm” deyərək telefonu söndürmüşdür. Mühafizəçi ona danışığını bitirdiyini soruşub telefonu alaraq uzaqlaşmışdır. O, mühafizəçinin yanından uzaqlaşaraq qaynı Aslan Yusubovun yanına gedib ona demişdir ki, “mənim söhbətim düşüb, nəisə problem olarsa oğlum Davudu sənə tapşırıram”. Aslan ondan mübahisənin kiminlə yarandığını soruşduqda o, Təqsirləndirilən şəxs1lə mübahisə yarandığını ona demişdir. Həmin vaxtı dostu Nadir İsmayılovda ailə üzvləri ilə birlikdə Dəniz Mail ticarət mərkəzinə gəlmiş idi. O, bu barədə Nadirə də məlumat vemişdir. Daha sonra Whatsapp vasitəsi ilə dostu Şahid6 2 dəfə zəng etsə də o telefona cavab verməmişdir. Daha sonra o, tədbir yerinin yaxınlığına gedib idmançı tanışlarla söhbət etməyə başlamışdır. Üzərindən 40 dəqiqə keçmiş imiş ki, yenədə həmin mühafizəçi ona yaxınlaşıb demişdir ki, sizi aşağıda görmək istəyirlər, gedə bilərik? O, etiraz etməyib mühafizəçi ilə birlikdə liftə minərək aşağı mərtəbələrə enmişlər. Təbdir birinci mərtəbədə olsa da onlar aşağı mərtəbələrə enmişlər. Dəqiq olaraq hansı mərtəbəyə enmələrini bilmir, lakin ora gedərkən dəqiq mərtəbəni tanıyar. Mühafizəçidən Ukrayna komandasının yanına getdiyini soruşduqda o başqa yerə getdiklərini bildirmişdir. Onlar lifdən çıxdıqdan sonra orada ola MMA döyüşçüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2, “Xəzər” və başqa şəxslər öz aralarında kinayəli şəkildə “aha gəldi” demişlər. Daha sonra Təqsirləndirilən şəxs1 onların yanına gəlib işiniz yoxdur, özüm danışacam demişdir. O, Ruslanla birlikdə biraz uzaqlaşmışlar ki, Ruslan əlini onun çiyninə atıb onunla nəyə görə belə söhbət etdiyini soruşmuşdur. O da Ruslana sən mənimlə niyə belə söhbət edirsən demişdir. Onlar Təqsirləndirilən şəxs5 yanında keçərkən əl uzadıb Tofiqə salam vermək istədikdə Təqsirləndirilən şəxs5 onun əlini tutub “sən hələ get söhbətini elə mən sənlə sonra söhbət edəcəm, başından böyük qələtlər edirsən” demişdir. O, Tofiqə “Tofiq sən çəki salırsan, söhbətdən məlumatın yoxdur, əsəbisən, özünü ələ al” demişdir ki, Tofiq yumruqla onun üzündən vurmuşdur. Tofiqə qarşılıqlı zərbə atırmış ki, Tofiq geriyə çəkilmiş və zərbəsi ona dəyməmişdir. Bu zaman ətrafda olan hamı onun üzərinə hücum edib təpik və yumruqlarla vurmağa başlamışlar. O, özünü müdafiə etmək üçün yerə oturub əlləri ilə üzünü bağlamışdır. Həmin zaman mühafizəçinin səsini eşitmişdir. O, “burda yox da Ruslan müəllim” demişdir. Daha sonra Ruslan da öz tələbələrini sakitləşdirməyə çalışmışdır. Bu hadisə təxminən 20 saniyə çəkmişdir. Onu heçkəsin vurmadığına əmin olduqdan sonra ayağa qalxmışdır. Həmin yerdə başqa ölkələrin də idmançıları olduğundan Təqsirləndirilən şəxs1 ona əli ilə qarşıda olan qapını göstərib ora gedərək söhbətlərini orada davam etdirmələrini bildirmişdir. O, razılaşaraq onunla getmişdir. Ruslanın yanında olan təxminən 7-8 nəfər tələbəsi də onların yanıca gəlirmişlər. Onlar həmin qapıdan içəri daxil olub başqa dəhlizə keçmişlər. Həmin yerdə başqa idmançılar yox imiş. İçəri keçmişdir ki, Təqsirləndirilən şəxs1 öz tələbələrinə göstəriş verdiki onu yerə yıxsınlar. Təqsirləndirilən şəxs1 onun ayaqlarından tutdu, orada olan Təqsirləndirilən şəxs2, “Xəzər”, “Vüqar”, “Mehman” və Təqsirləndirilən şəxs5 onun əlindən tutub özləri ilə birlikdə onu anbar kimi olan bir yerə aparmışlar. Həmin yerdə Təqsirləndirilən şəxs1 əlində olan mobil telefon ilə onu videoya çəkirmiş. Həmin otaqda Xəzər və Təqsirləndirilən şəxs2 onun remenini çıxarmışlar və şalvarının düymələrin açmışlar. Şalvarının düyməsini açan zaman Ruslan “kifayətdir tutun onu özüm vuracam” deyib qarın nahiyyəsindən bir neçə yumruq vurmağa başlamışdır. O, onlara nəyə görə onu vurduqlarını və belə etdiklərini soruşurmuş. Ruslan isə ona tədbirini pozmaq üçün bura gəldiyini deyirmiş. O, onlara heç bir problem yaratmadığını və tədbirlə bağlı heç bir problemin olmadığını desə də Vüqar və Tural adlı şəxslər ona demişdir ki, onlar Ruslan müəllimlə sənin söhbətini eşitmişlər, sən səhvsən, kimsən ki, Ruslan müəllimlə belə danışırsan. O isə onların sözləri qarşılığında heç bir söz deməmişdir. Mübahisə zamanı pul kisəsini Təqsirləndirilən şəxs2 götürmüş imiş, o, mübahisə vaxtı pul kisəsini onun əlindən almışdır. Buna görə də Rüfətə pul kisəsini özünə qaytarmasını bildirmişdir. Ruslan da Rüfətə demişdir ki, pul kisəsini geri qaytar. Rüfət isə öz sözlərini dedikdən sonra pul kisəsi geri qaytaracağını bildirmişdir. Pul kisəsini Rüfətdən alıb onlara demişdir ki, “məni nəyə görə döydüyünüzü deyin, səbəbini bilim”. Orada olan şəxslərin hamısı ona demişdir ki, Ruslan müəllimlə düzgün danışmadığın üçün bu hərəkət ona görə olmuşdur. O isə onlara demişdir ki, bu söhbət hələ qurtarmayıb sonrası olacaqdır. Bu sözü demişdir ki, Təqsirləndirilən şəxs5 yumruqla onun üzündən vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 onun yanına gələrək paltarından tutub “bu söhbət burada bağlanmalıdır, kimsə bilməməlidir, kimlərsə bu söhbətdən məlumatlı olsa, sonra sənin üçün çox pis olar”. Hadisə zamanı vurulan zərbələrin təsirindən başında, qollarında və bədəninin müxtəlif nahiyyələrində ağrılar hiss edirmiş. Rüfət bu sözü demişdir ki, həmin otağa dostu Şəhriyar daxil olmuşdur. Şəhriyar otağa daxil olduqdan sonra Ruslanın yanında olan tələbələri hamısı otaqdan uzaqlaşmışlar. O, Ruslana demişdir ki, “sən kişi deyilsən, bir nəfərin üzərinə 10 nəfərlə gəlmisən, bu məsələ burda qalmıyacaq” Şəhriyar onu tutaraq xahiş etmişdir ki, hazırda böyük tədbir keçirilir, bu tədbiri pozmasın, bazar günü, yəni noyabr ayının 5-də Ruslanı da dəvət edəcəkdir, oturub üçü birlikdə bu məsələni müzakirə edəcəklər. O, Şəhriyara söz vermişdir ki, problem olmayacaqdır, narahat olmasın. Şəhriyar onu özünə sıxaraq liftə doğru aparmışdır. Təqsirləndirilən şəxs1 və yanında olan tələbələri onu təxminən 5-10 dəqiqə anbar kimi fəaliyyət göstərən otaqda saxlamışlar, yalnız Şəhriyar otağa daxil olduqdan sonra onu rahat buraxmışlar. Şəhriyar onu oradan uzaqlaşdırarkən özündə deyilmiş, hadisənin şokundan narahat imiş. Liftin yanına çatmışdır ki, bir neçə mühafizə xidmətinin əməkdaşı və Yaponiya liqasının üzvü olan əməkdaş ona yaxınlaşaraq yuxarı, yəni tədbir keçirilən yerə qalxmamağını xahiş etmişlər. O, nəyə görə qalmayacağını soruşduqda onlar ona demişlər ki, bu təhlükəlidir, münaqişə baş verə bilər və bu turnirin pozulmasına səbəb olar, o, onlara ingilis dilində cavab vermişdir ki, heç bir problem olmayacaqdır və heçkimlə mübahisə etməyəcəkdir. Bundan sonra o, təklikdə yuxarı qalxmışdır. Tədbir zamanı dostu Şəhriyar birdə ona yaxınlaşaraq heç bir mübahisə etməməyini ondan xahiş etmişdir. O, bir daha Şəhriyarı əmin etmişdir ki, heç bir problem olmayacaqdır. Tədbir yerində müəllimi olmuş, “Qaydasız döyüş, Pankration və Grappling” Federasiyasinin Prezidenti Azad Əsgərova yaxınlaşmışdır. Ona hadisə barədə məlumat vermişdir. Azad müəllim hadisənin nə vaxt baş verdiyini soruşduqdan sonra hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verməyini məsləhət görmüşdür. O, turnirə mənfi təsir göstərəcəyini ona dedikdə Azad müəllim sonra gec olar deyib vaxtında məlumat verməyini demişdir. O, tədbirdən sonra məlumat verəcəyini deyib Azad müəllimin yanında uzaqlaşıb məşqçi kimi Anastasiya Svetkivskanın yanına getmişdir. Həmin zaman Ruslanla qarşılaşmışdır. Ruslan ona demişdir ki, “Həsən biz sonra görüşüb söhbət edərik”. O, Ruslanın çiynindən tutub “Ruslan biz görüşəcəyik, lakin mənimlə görüşəndən sonra sənin həyatın dəyişəcəkdir” deyib onun yanından uzaqlaşmışdır. Həmin günü heç bir yerə müraciət etməmişdir. Axşam ağrıları daha da artdığı üçün sabahı günü, yəni 03 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 1 nömrəli X20 getmişdir. Orada hadisə zamanı almış olduğu xəsarətlərlə əlaqədar müayinə olunduqdan sonra vəkil Nicat Nəsirovun yanına getmişdir. Nicat Nəsirovla birlikdə 04 noyabr 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazaraq Səbail Rayon Polis İdarəsinə və prokurorluğuna təqdim etmişdir. Səbail Rayon Polis İdarısinin 9-cu Polis bölməsinə ərizə və izahat yazdıqdan sonra ekspertizadan keçmək üçün Səbail Rayon Polis İdarəsinin Pataloji Anatomiya Birliyinə getmişdir. Orada ekspertizadan keçmiş, lakin ekspertin rəyində onun hadisə zamanı xəsarət almadığı göstərilmişdir. Buna görə rəylə razı olmadığından təkrar ekspertiza təyin edilmişdir. Zərərçəkmiş şəxs eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və yanında olan tələbələri ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 2017-2018-ci illərdə təxminən 3-4 ay məşqçisi olmuşdur. Onun zalında məşq etmişdir. Onun yanında olan tələbələrini tanıyır. Hətta onlar yarış üçün Ukrayna Respublikasına gələrkən onları qarşılayıb restoranlara aparmışdır. Birlikdə yarışlarda iştirak etmişlər. 2019-cu ildə Ukrayna Respublikasının Lüvov şəhərində erməni əsilli Ukrayna vətəndaşı Lyudvik Şolinyan ilə döyüşüm olmalı imiş. Təqsirləndirilən şəxs1 ona zəng edərək həmin döyüşü keçirməməyini, Gənclər və İdman Nazirliyinin rəhbərliyinin bu görüşün baş tutmasını istəmədiyini dedikdə o, döyüşçü olduğunu və həmin döyüşü keçirəcəyini bildirmişdir. Ruslan isə onun zalında məşq etdiyini, buna görə də onu sözünə əməl etməyini, əks halda onun zalında məşq etməməyini bildirmişdir. Həmin zamandan sonra onun zalında məşq etməmiş, qazandığı medal və təltifləri zaldan götürmüşdür. Bu hadisədən sonra Ruslanın tələbəsi olmuş Vüqar adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs1lə niə kobud danışdığını soruşmuşdur. O da Vüqar adlı şəxsə cavabında həmin məsələnin Ruslanla onun arasında olduğunu bildirərək həmin məsələyə qarışmamasım xahiş etmişdir. Həmin hadisə təxminən 2019-cu ildə baş vermişdir Həmin hadisədən sonra Vüqar və Ruslanla danışmışdır və mehriban danışıqları olmuşdur. Başqa heç bir mübahisələri və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunmuş ərizəsindən və videogörüntü ilə müraciətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 himayələrində olan az yaşlı uşaqlarına, Azərbaycan idmanına xatir, Vətən müharibəsində iştiraklarını, evdə yaşlı valideynlərini və körpə uşaqlarının olduğunu nəzərə alaraq onları bağışladığını, onlardan heç bir maddi və mənəvi tələbinin olmadığını, məhkəmə və istintaq orqanlarından hər hansı bir qərar qəbul edərkən onları bağışladığının nəzərə almalarını və həbsdə olan şəxslərin həbsdən azad edilmələrini xahiş etmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs1, özünü təqsirli bilməsə də, məhkəmə iclasında verilmiş ifadəsindən ittihamla qismən razı olduğu görünür. 2023-cü ildən Azərbaycan Respublikasında “Qarışıq döyüş növləri” üzrə yığma komandanın baş məşqçisidir. Zərərçəkmiş şəxs təxminən 2017-ci ildən tanıyır. O, əvvəllər onun yanında məşq etmişdir. Zərərçəkmiş şəxs Ukrayna Respublikasında yaşadığından sonradan həmin Respublikaya köçərək orada yaşamışdır. 04 noyabr 2023-cü il tarixdə “RİZİN LANDMARK SERİES” konsepti ilə dünyanın müxtəlif coğrafiyalarında təşkil olunması nəzərdə tutulan qarışıq döyüş növləri üzrə beynəlxalq turnirinin Bakı şəhərində yarışı keçiriləcəkdir. Həmin yarışda yığma komandanın 5 nəfər idmançı iştirak edəcək imiş. Bunun üçün müxtəlif ölkələrdən idmançılar Bakı şəhərinə gəlmişdir. İdman tədbirində iştirak edəcək idmançılar “X27 Boulevard” otelində qalırmışlar. 01 noyabr 2023-cü il tarixdə həmin oteldə olarkən Həzən Əzizovu görmüşdür. Onunla salamlaşıb, oteldə nə etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona demişdir ki, Ukrayna Respublikası vətəndaşı olan Anastasiya Svetkivskanı yarış üçün gətirmişdir. Təxminən 1-2 gün ondan əvvəl X1 Respublikasında məşqçisi Aleksandr Duduçkinin xatırladığı qədəri ilə Facebook sosial şəbəkəsində mesaj yazaraq Anastasiyanın Azərbaycan Respublikasına gələcəyini, ona lazımı köməkliyi göstərməyini xahiş etmişdir. O da etiraz etməyib nə köməklik lazımdırsa edəcəyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Anastasiya Svetkivskanın otaq nömrəsini bilmir, onun adından nə köməklik lazımdırsa ona deyərsən, onun qulluğundadır. Anastasiya Svetkivskanı bir neçə olarmış ki, tanıyır. Yaponiyada keçirilmiş yarışlarda birlikdə iştirak etmişdir. Onun məqsədi sadəcə tanışlarının sözünü yerə salmayaraq Anastasiyaya köməklik etmək imiş. Zərərçəkmiş şəxs Anastasiyaya bu barədə deyəcəyini, köməyə ehtiyac olarsa müraciət edəcəyini bildirmişdir. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Dəniz kənarı milli parkda yerləşən “Dəniz Mail” ticarət mərkəzində idman tədbirində iştirak edəcək döyüşçülərin “face to face” tədbiri keçiriləcək imiş. Onlar komando olaraq “X27 Boulevard” otelindən çıxaraq avtobus ilə “Dəniz Mail” ticarət mərkəzinə gedirmişlər. Həmin zaman həmin tədbirin təşkilatçılarından biri olan “Səbri” adlı tanışı mobil telefon vasitəsi ilə ona zəng edərək, tədbirdə Həsən adlı bir nəfər Ukrayna Respublikasından gəlmiş idmançının olduğunu, tədbirdə iştirak etmək üçün buraxılış vəsiqəsinin olmadığını, buna görə də səs-küy saldığını, əvvəllər onun yanında məşq etdiyini dediyini bildirmişdir. O da Səbri adlı tanışından xahiş etmişdir ki, telefonu Zərərçəkmiş şəxs versin, məsələnin nə olduğunu onun özündən öyrənsin. Həsənlə danışarkən ondan nə problem olmasını, həmin şəxsin təşkilatçı olduğunu bildirmişdir. Həsən isə onunla emeosional danışırmış. Həsən onun kim olmağını soruşduqda ona “Ruslan müəllim” olduğunu demişdir. Həsən cavabında “Sən mənim üçün Ruslansan sözünü de” demişdir. Onun həmin sözündən sonra o, Həsənə demişdir ki, idmançılarla birlikdə tədbir yerinə gəlir, orada danışarlar. Həsən ona demişdir ki, “gəl mən səni başa salaram”. O, Həsənlə telefonda danışarkən onun tələbələri Təqsirləndirilən şəxs5, Şahid5, Təqsirləndirilən şəxs4, Tural Rəhimov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 var imiş. Onlarda Həsənin onunla hörmətsiz danışmasının şahidi olmuşdurlar. Tədbir yerinə, yəni “Dəniz Mail” ticarət mərkəzinə çatdıqdan sonra onlar ayrı-ayrı dəhlizlərdə əyləşdirmişlər. Dəhlizlər qırmızı və göy olaraq ikiyə ayrılmışdır. Ayrılmaqda məqsəd rəqib komandalar birlikdə olmamalı imiş. Həmin zaman Həsənin onların yanına gəldiyini görmüşdür. Ona əhəmiyyət verməyərək üzünü başqa tərəfə tutmuşdur. Bundan sonra Həsənin tələbəsi Təqsirləndirilən şəxs2la birlikdə söhbət etdiklərini görmüşdür. Başqa bir problem yaranmasın deyə, yəni iki gün sonra yarış olacağından və tələbələri stress yaşamasın deyə o, Rüfətin yanına getmişdir. Həsənə nə problem olduğunu, nəyə görə belə etdiyini soruşmuşdur. Həsən isə onunla emosional danışaraq sən qarışma bu söhbətə demişdir. Ona “sən yox siz” deyib onunla nəvaxtdan belə danışırsan demişdir. Yəni Həsən onun əvvəllər tələbəsi olduğu onun onunla həmin tərzdə danışmasını hörmətsizlik kimi qəbul etmişdir. Bu zaman Təqsirləndirilən şəxs5 onların yanına yaxınlaşıb Həsənə irad bildirib Ruslan müəllimlə nəyə görə elə danışdığını, dünən onlarla eyni sırada məşq etdiyini, Ruslan müəllimin ona etdiyi hörmətlərin qarşılığında onunla bu tərzdə danışmamasım bildirmişdir. Təqsirləndirilən şəxs5 Həsənlə danışarkən emosional danışırmış, yəni əllərini Həsənə tərəf tutaraq sözlərini deyirmiş. Bu zaman Həsən Təqsirləndirilən şəxs5 əlindən vurmuşdur. Tofiq buna görə Həsəni itələyərək özündən uzaqlaşdırmışdır. Həsən də bunun qarşılığında Tofiqə yumruq vurmaq istəsə də Tofiq geri çəkildiyi üçün yumruq ona dəyməmişdir. O, buna görə tələbələrinə qışqıraraq uzaqlaşmalarını tələb edib Həsənin sinəsindən tutaraq tələbələrini olduğu yerdən uzaqlaşdırıb yaxınlıqda olan otağa aparmışdır. Həsən də ona müqavimət göstərməyə başlayırmış. Həsənin ona göstərdiyi müqavimətinin qarşılığında sakitləşdirmək üçün fənd göstərib yerə oturdub sakitləşməsinə çalışmışdır. Həmin zaman otaqda yalnız Həsənlə özü olmuşdur. Üzərindən 5-10 saniyə keçmişdir ki, mühafizəçilərin otağa daxil olduğunu görmüşdür. Onlar Həsəni onun yanından uzaqlaşdırıb ona demişdirlər ki, əgər istəyirsə Həsəni tədbirdən uzaqlaşdırıb içəri qoymasınlar. O isə cavabında mühafizəçilərə demişdir ki, idmançı gətiribdir, ehtiyac yoxdur. Bundan bir neçə dəqiqə sonra tanışı olan məşqçi kimi fəaliyyət göstərən Şahid6 onların yanına gəlmişdir. Mübahisə çoxdan sonlanmış və Həsəni uzaqlaşdırmışdırlar. Şəhriyarda tələbələrinə söhbət edərək dövlət tədbirində heç bir problemə qarışmamalarını bildirmişdir. Daha sonra “face to face” tədbir keçirilərkən Həsənə yaxınlaşıb yarış qurtardıqdan sonra onunla oturub söhbət edəcəyini demişdir. Həsən isə yarışdan sonra onun guyaki həyatını dəyişəcəyini bildirmişdir. O, gülərək onun yanında uzaqlaşmışdır. Tədbir günü, yəni 04 noyabr 2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək Zərərçəkmiş şəxs ondan və tələbələrindən şikayət etdiyini, guya ki, onların Həsəni döyərək xəsarət yetirdiklərini bildirmişdir. O, polis bölməsində və idarəsində olarkən izah etmişdir ki, Həsəni heçkəs döyməyib və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs1 eyni zamanda bildirmişdir ki, Zərərçəkmiş şəxs mühafizəçi kimi göstərdiyi şəxs həmin tədbirin təşkilatçısı olan Səbri adlı şəxsdir. Həsən tədbirdə problem yaratdığı üçün Səbri ona zəng etmiş, o da Həsənə sadəcə problem yaratmamasını, həmin şəxsin təşkilatçı olduğunu demişdir. Həsən onunla emosional danışdığı üçün tədbir yerinə gəldikdən sonra söhbət edəcəyini bildirmişdir. 02 noyabr tarixində Həsənin onların yanına, yəni dəhlizə necə gəlməsindən məlumatı olmamış, onu heç yerə çağırmamışdır. Həmçinin orada mübahisə zamanı onun tələbələri Həsəni döyməmiş, şalvarının düyməsini açmamış, remenini çıxarmamış və tərəfindən videoya çəkilməmişdir. Mübahisə zamanı yalnız Təqsirləndirilən şəxs5lə onun yanında itələşmiş, o belə Həsəni vurmamışdır. Həsən özündən çıxaraq emosional hərəkətlər etdiyi üçün ayağından fənd işlədib yerə yıxaraq sakitləşdirməyə çalışmışdır. Həmin zaman da mühafizəçilər gəlmiş və mübahisə sonlandırlmışdır. Şahid6 isə mühafizəçilər gəldikdən bir neçə dəqiqə sonra gəlmiş və həmin zaman Həsən onların yanından uzaqlaşmışdır. Mübahisə təxminən 1 dəqiqə belə olmamışdır. Zərərçəkmiş şəxs ifadəsi tamamilə yanlışdır. Hətta tələbələri Təqsirləndirilən şəxs4, Şahid5, Tural Rəhimov orada olmamış, orada olan tələbələri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Həsənə əl belə vurmamışdırlar. Həsənzənnincə onu və komandasını ləkələmək üçün bu addımı atmışdır. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs5, özünü təqsirli bilməsə də, məhkəmə iclasında verilmiş ifadəsindən ittihamla qismən razı olduğu görünür. “Qarışıq döyüş növləri” üzrə yığma komandanın üzvüdür. Qarışıq döyüş növləri üzrə Avropa və Dünya, həmçinin RİZİN gramprisin çempionudur, müxtəlif ölkələrdə göstərdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının dövlət bayrağını yüksəklərə qaldırmış, cənab Ali Baş komandan tərəfindən mənzillə təmin edilmişdir. 2-ci Qarabağ Müharibəsində göstərdiyi nailiyyətlərə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir, qazidir. Zərərçəkmiş şəxs təxminən 7-8 il olarkı tanıyır. Həsən əvvəllər onun məşq etdiyi zalda məşq etmişdir. Zərərçəkmiş şəxsla elə də yaxın münasibəti olmamışdır. Həsən Ukrayna Respublikasında yaşadığından tez-tez münasibət saxlamamlar. Onunla əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. 04 noyabr 2023-cü il tarixdə “RİZİN LANDMARK SERİES” konsepti ilə dünyanın müxtəlif coğrafiyalarında təşkil olunması nəzərdə tutulan qarışıq döyüş növləri üzrə beynəlxalq turnirinin Bakı şəhərində yarışı keçirilmişdir. Həmin yarışda yığma komandanın üzvü kimi o da yarışlarda iştirak edəcəkmiş. İdman tədbirində iştirak edəcək idmançılar kimi o da “X27 Boulevard” otelində qalırmış. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Dəniz kənarı milli parkda yerləşən “Dəniz Mail” ticarət mərkəzində idman tədbirində iştirak edəcək döyüşçülərin “face to face” tədbiri keçirilmişdir. Onlar komando olaraq “X27 Boulevard” otelindən çıxaraq avtobus ilə “Dəniz Mail” ticarət mərkəzinə gedirmişlər. Həmin zaman məşqçiləri Ruslan müəllimin mobil telefonuna tədbirin təşkilatçılarından zəng gəlmişdir. Zəng edən şəxs Səbri adlı şəxs imiş. Səbri orada bir nəfərin problem yaratdığını və həmin şəxsin Ruslan müəllimin tələbəsi olduğunu bildirmişdir. Ruslan müəllim Səbridən telefonu ona verməyi xahiş etdikdə, onlar həmin şəxsin kim olmasını Ruslan müəllimdən soruşmuşlar. Çünki Ruslan müəllim əsəbi danışırmış. O, mübahisə edən şəxsin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Həsən telefonda Ruslan müəllimlə kobud danışaraq nalayiq sözlər işlətməyə başlamışdır. Zərərçəkmiş şəxs telefonda yüksək danışdığı üçün səsini eşidirmişlər. Ruslan müəllim isə Həsənin kobud və emosional danışığının cavabında ona heç bir söz deməyərək mübahisə yaratmamağını, tədbirə gəldikdən sonra söhbət edəcəyini bildirmişdir. Tədbir yerinə, yəni “Dəniz Mail” ticarət mərkəzinə çatdıqdan sonra onlar ayrı-ayrı dəhlizlərdə əyləşdirmişlər. Dəhlizlər qırmızı və göy olaraq ikiyə ayrılmışdır. Ayrılmaqda məqsəd rəqib komandaların birlikdə olmaması imiş. Dəhlizdə olarkən Həsən onların olduğu yerə yaxınlaşıb Ruslan müəllimi çağırmışdır. Onların yanında başqa ölkələrin də nümayəndələri var imiş. Ruslan müəllim Həsənin yanına getməmişdir ki, məşq yoldaşı Təqsirləndirilən şəxs2 Həsənin yanına gedərək mübahisə yaratmamısını bildirmişdir. Bu zaman Ruslan müəllimdə Həsənin yanına getmişdir. O da problem yaranmaması, həmçinin məşq qabağı stress olmasın deyə onların yanına gedərək mübahisəni uzatmamağa çalışmışdır. İki gün sonra, yəni 04 noyabr 2023-cü il tarixdə yarış keçiriləcəyindən o və digər məşq yoldaşları çəki atdıqlarından halsız olmuşlar. Həsənin yanına çatdıqdan sonra onun yenə də Ruslan müəllimlə kobud danışdığını görmüşdür. O, buna görə əsəbləşib Həsənə “ayıbdır, dünənə kimi onlarla eyni sırada məşqə gəlirdin, Ruslan müəllim sənə dərs keçirdi, bu gün nəyə görə müəllimin üzünə qayıdırsan? Utanmırsan?” demişdir. Onun bu sözündən sonra Həsən ona yumruq atmış, onu özündən uzaqlaşdırmaq və yumruq zərbəsindən yayınmaq üçün Həsəni əli ilə özündən kənara itələmiş və yumruq zərbəsi ona dəyməmişdir. Həsənin emosional hərəkətlərinə görə Ruslan müəllim ayaq fəndi işlədərək Zərərçəkmiş şəxs yerə oturdub mühafizəçiləri səsləmişdir ki, gəlib onu aparsınlar, başqa problem yaranmasın. Onların olduğu yerdə kifayət qədər mühafizəçi olduğundan tez bir zamanda mühafiçələr onların yanına yaxınlaşıb Həsəni oradan uzaqlaşdırmışlar. Onların mübahisəsi təxminən 1-2 dəqiqə belə olmamışdır. Zərərçəkmiş şəxsla mübahisəsi yalnız bundan ibarət olmuşdur. Başqa onunla heç bir mübahisəsi baş verməmiş, yalnız həmin hadisədən sonra onu Səbail Rayon Polis İdarəsində görmüşdür. O, polis bölməsində və idarəsində olarkən izahat verərək Zərərçəkmiş şəxs o və digər məşq yoldaşlarının döyməməsini və xəsarət yetirməməsini bildirmişdir. Təqsirləndirilən şəxs5 eyni zamanda bildirmişdir ki, 02 noyabr 2023-cü il tarixdə “Dəniz Mail” Orada zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi heç bir hadisə baş verməmişdir. O və digər məşq yoldaşları peşəkar idmançı kimi heç vaxtı bir şəxsə elə bir hərəkət etmərlər. Zərərçəkmiş şəxs nəyə görə həmin məzmunlu ifadə verməsindən məlumatsızdır. Onu döyməmiş, yumruq və təpik zərbəsi vurmamışdır, əksinə Həsən ona yumruq atarkən özünü müdafiə etmək üçün onu əli iə kənara itələmişdir. Hadisə vaxtı yalnız Təqsirləndirilən şəxs2, Ruslan müəllim və o olmuşdur. Mühafizəçilər gəldikdən sonra digər məşq yoldaşları gəlmişdir. Zərərçəkmiş şəxs ilə mübahisənin yaranmasına səbəb onun Ruslan müəllimlə kobud danışması olmuşdur. Onlar sadəcə ona izah etməyə çalışmışlar ki, Ruslan müəllimlə kobud danışmasın və hörmətsizlik etməsin. Bir daha bildirir ki, Həsənə heç kim təpik və yumruq vurmamış, həmçinin döyməmişdir, sadəcə olaraq Həsəni sakitləşdirmək üçün Ruslan müəllim ayaq fəndi işlədərək yerə yıxmış və mühafizəçiləri çağırmışdır. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı demişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs3, özünü təqsirli bilməsə də, məhkəmə iclasında verilmiş ifadəsindən ittihamla qismən razı olduğu görünür. O, “MMA”, yəni qaydasız döyüş növləri üzrə idmançıdır və müxtəlif yarışlarda iştirak edir. Hazırda Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində “Heydər Əliyev adına X14”nin içərisində fəaliyyət göstərən idman zalında Təqsirləndirilən şəxs1 rəhbərliyi altında məşq edir. Bundan başqa onunla eyni zalda MMA döyüşçüləri olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Mehman və digər idmançılar da məşq edirlər. Adlarını sadaladığı idmançılarla dostluq münasibətlərindədir. Zərərçəkmiş şəxs isə təxminən 4 ildir ki, tanıyır. Həsən də bir neçə ay ərzində onlarla birlikdə eyni idman zalında Ruslan müəllimin rəhbərliyi altında məşq etmişdir. Aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Sonradan Həsən öz işləri ilə əlaqədar Ukrayna Respublikasına getmiş və orada məşq etmişdir. Həsənlə sıx münasibəti olmadığı üçün o, Ukraynaya gedəndən sonra onunla əlaqə saxlamırmış. 2023cü ilin noyabr ayında qarışıq idman növləri üzrə Yaponiya liqası olan “Rizin” tərəfindən MMA üzrə beynəlxalq yarış keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirin “face to face” tədbiri, yəni idmançıların üz-üzə gəlmə səhnəsi isə Bakı şəhəri Səbail rayonu Dənizkənarı Bulvar ərazisində yerləşən “Dəniz Mail” ticarət və əyləncə mərkəzində keçiriləcəkdir. Qeyd edilən “üz-üzə gəlmə” tədbirində məşq yoldaşları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Şahid5 də iştirak edəcəkdilər. Çünki növbəti gün onların hər birinin döyüşləri nəzərdə tutulurdu. O isə sadəcə dostlarına dəstək olmaq məqsədi ilə həmin tədbirə qatılırmış. 02 noyabr 2023-cü il tarixdə face to face tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Şahid5 və digər idmançılar, o cümlədən müəllimləri Təqsirləndirilən şəxs1 “Dəniz Mall”a gedirmişlər. Həmin vaxt hamısı bir avtobusla oraya gedirmişlər. Tədbirin Azərbaycan idmançıları üzrə təşkilatçılığını müəllimi Təqsirləndirilən şəxs1 həyata keçirirmiş. Onlar yolda olan vaxt tədbir təşkilatçılarından kimsə Ruslan müəllimə mobil telefonla zəng edərək bir nəfər şəxsin tədbir olan yerə yaxınlaşdığını, Ruslan müəllimin tələbəsi olduğunu bildirdiyini və səs- küy saldığını demişdir. Ruslan müəllim özü də həmin səs-küy salan şəxslə, kimliyi onlara sonradan məlum olan sabiq məşq yoldaşı Həsənlə danışmışdır. Ruslan müəllim tədbirin təşkilatçısı olduğunu, oraya buraxılış vəsiqəsi olmayan adamların buraxılmadığını, gəlib hər şeyi başa salacağını Həsənə demişdir. Həsən isə Ruslan müəllimə kobud şəkildə cavab qaytararaq “mən özüm sənə hər şeyi başa salacağam” sözlərini demişdir. O, şəxsən bu söhbəti eşitməsə də, Həsənin danışıq zamanı Ruslan müəllimə qarşı kobudluğunu bütün uşaqlar danışıb müzakirə edirmişlər. Onlar “Dəniz Mail” mərkəzinə çatmış və avtobus ticarət mərkəzinin qarajına daxil olmuşdur. Onlar oradan liftlə yuxarı qalxmışlar. Qalxdıqları mərtəbə alış-veriş və əyləncə üçün nəzərdə tutulan əsas mərtəbələrdən deyil. Qalxdıqları mərtəbə xidməti mərtəbə imiş. Orada uzun bir dəhliz və dəhliz boyu otaqlardan ibarət imiş. Onlar hamısı həmin mərtəbədə dəhlizdə dayanmışdırlar. Onlar neçə dəqiqə sonra isə görmüşlər ki, Həsən onlara tərəf gəlir. O, Ruslan müəllimi qolundan tutub kənara çəkmişdir. Məşq yoldaşı Rüfət də onların yanıyca qırağa çəkilmişdir. Vüqar, Mehman, Tofiq və o da onların arxasınca getmişdir. Ruslan müəllimlə Həsən tualet otağına girmişlər. O, tualetə girəndə görmüşdür ki, Tofiq Həsənə: “utanmırsan Ruslan sənin müəllimin olub, indi üzünə qayıdırsan” sözlərini demişdir. Bu anda Həsən Tofiqə yumruq atmaq istəmişdir. Bu vaxt Ruslan və Rüfət Həsəni çiyinlərindən tutaraq divara sıxmışlar. Həsən də onlara müqavimət göstərirmiş. Rüfət Həsənə: “nə edirsən sən, Tofiq çəki atır”. Bundan başqa Həsən tədbirə buraxılmamağı ilə bağlı narazılığını Ruslan müəllimə bildirmişdir. Ruslan isə ona demişdir ki, buraxılış vəsiqəsi olmadığı üçün tədbirə vəsiqəsiz buraxılış olmur. Həmin mübahisə əlqol hərəkətləri ilə müşayiət edilirmiş və böyük səs-küy yaranmışdır. Ona görə də ticarət mərkəzinin mühafizəçiləri də həmin yerə gəlmişlər. Həmin ərəfəyədək Ruslan müəllim Həsəni divara sıxıb saxladığı üçün mühafizəçilər gəlib onları bir-birindən ayırmışlar. Həmin ayırma prosesində o, Tofiq, Vüqar, Rüfət və Mehman da iştirak etmişdir və onların bir-birindən ayrılmasına köməklik göstərmişlər. Mübahisə qurtarandan sonra hərə öz işinin arxasınca getmiş və bir daha hər hansı mübahisə baş verməmişdir. O, özü orada nə Həsənə, nə də başqa kimsəyə hər hansı bir xəsarət yetirməmişdir. Mübahisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs3 eyni zamanda göstərmişdir ki, Zərərçəkmiş şəxs heç kim vurmamışdır. Zərərçəkmiş şəxs özü mübahisə zamanı tualet otağına girib Ruslan müəllimi söhbət etmək üçün oraya çağırırmış. Ruslan müəllim də buna etiraz etməmiş və onlar da Ruslan müəllimin arxasınca həmin otağa keçmişlər. Onlar Həsənin əl və ayaqlarından tutaraq zorla anbar tipli hansısa başqa otağa aparmamışlar. Heç kim Həsənov Əzizovun şalvarını açmamış, videoya çəkməmişdir. Onlar belə adamlar deyillər. Şalvarının düymələrini nəyə açsınlar ki?! Həsən kimdir ki, onunla hamısı birdən dalaşsın. Onu döymək niyyəti olsaydı təklikdə hər biri onunla dalaşa bilərdilər. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs2, özünü təqsirli bilməsə də, məhkəmə iclasında verilmiş ifadəsindən ittihamla qismən razı olduğu görünür. O, özü hazırda Quba rayonunda kotteclərin icarəyə verilməsi ilə yanaşı peşəkar səviyyədə qarışıq döyüş növləri (MMA) ilə məşğul olur. Məşqləri Yasamal rayonu, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Sarayında keçirir. Məşqləri onlara Təqsirləndirilən şəxs1 keçir. 2014-cü ildən onun yanına məşqlərə gedir və Ruslanı həmin vaxtdan tanıyır. Təxminən 7-8 il əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun kimi Ruslan müəllimin yanına məşqlərə gəlirmiş və onunla orada tanış olmuşdur. Onunla arasında bir o qədər də yaxın münasibəti olmayıb, yalnız məşq edəndə bir-birilərini görərək salamlaşırmışlar. Lakin bununla belə arasında heçvaxt düşmənçilik və ya ədəvəti olmayıb. Təxminən 4 il əvvəl Həsən idmanla bağlı Kiyev şəhərinə köçmüş və onu daha sonra bir daha yalnız 2023-cü ilin noyabr ayında görmüşdür. Bildiyi qədəri ilə Həsən Kiyev şəhərində məşqçi kimi fəaliyyət göstərir. 04 noyabr 2023-cü il tarixdə “Rızın Landmark Sériés” konsepti ilə dünyanın müxtəlif coğrafilayarında təşkil olunması nəzərdə tutulan qarışıq döyüş növləri üzrə Bakıda beynəlxalq turnir təşkil edilməli imiş. Turnirin özü “Bakı Gimnastika Arenasf’nda baş tutmalı imiş. Turnirdə Təqsirləndirilən şəxs1 tələbələrindən Təqsirləndirilən şəxs5, Şahid5, Tural Rəhimov və Vüqar Kərimov iştirak etməli imiş. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dəniz kənarı milli parkda yerləşən “Dəniz Mail” ticarət mərkəzində idman tədbirində iştirak edəcək şəxslərin jurnalistlərin iştirakı ilə “face to face” tədbiri keçirilməli imiş. Turnirdə iştirak edəcək idmançıların hamısı Ağ şəhərdə yerləşən “X31 Boulevard” otelində müvəqqəti olaraq qalırmışlar və orada çəkilərini aşağı salmağa çalışırmışlar ki, hazırlaşdıqları çəki kateqoriyasında döyüşə bilsinlər. O, Ruslan müəllim və Təqsirləndirilən şəxs3 mütəmadi olaraq onların yanına otelə gəlib baş çəkirmiş. O, Xəzər və Təqsirləndirilən şəxs1 döyüşlərdə vaxta nəzarət edən (sekundant) qismində iştirak etməli imişlər. “Face to face” keçirilməzdən bir gün əvvəl Təqsirləndirilən şəxs1 idman zalında onlara elan etmişdir ki, 02 noyabr 2023-cü il tarixdə saat təxminən 11-12 radələrində hamısı “X31 Boulevard” otelində olsunlar. Onlar oraya gəldikdən təxminən bir saat sonra yarışda iştirak edəcək idmançılar hazırlaşıb aşağı düşmüşlərlər və o, Ruslan müəllim idmançılarla birlikdə “Mercedes Vita“ markalı avtomobilə əyləşərək “Dəniz Mall”a yollanmışlar. Onlarla birlikdə gələn Xəzər digər avtomobildə oraya getmişdir. Avtomobildə həmçinin adları çəkdiyi idmançılardan əlavə döyüşçü Ruslan müəllimin tələbəsi Təqsirləndirilən şəxs5 da olmuşdur. Onlar yolda olarkən Ruslan müəllimə turnirin təşkilatçılığını həyata keçirən adını dəqiq bilmədiyi şəxsin köməkçisi, xatırladığı qədər Səbri adlı şəxs zəng edərək bir nəfər şəxsin “Dəniz MalLda reqlamentin tələblərini pozaraq idmançıların yanına geyinib soyunma otağına daxil olmaq istədiyini söyləmişdir. Ruslan müəllimin bu turnirin təşkilatçılığında böyük əməyi olduğu üçün ona bu barədə məlumat verilmişdir və Ruslan həmin şəxsin kim olduğunu soruşduqda ona Həsən adlı şəxsin olması barədə deyilmişdir. Ruslan Səbridən xahiş etmişdir ki, telefonu Həsənə versin və onunla özü danışsın. Ruslan Həsəndən “Noldu Həsən, salamatçılıqdı?” deyərək soruşmuş, Həsən isə cavabında “Kimdi danışan?” demişdir. Bunu dedikdən sonra Ruslan “Nə dəxli var kimdi, problem yaratma gəlirəm bir yerdə idmançıların yanına düşərik” demişdir, Həsən isə yenə onunla kimin danışdığını soruşmuşdur. Ruslan sualına cavab olaraq “Ruslandı trener” demiş, Həsən isə “Trener yox, elə Ruslan” demişdir. Ruslan ona kobud cavab vermədən gəlib orada söhbət edəcəklərini söyləmişdir. O, bildiyi qədər Ruslan ilə Həsənin arasında əvvəllər inciklik olmuşdur, çünki təxmimən 4 il əvvəl Həsən Ruslandan ayrıldıqdan sonra Ukraynada erməni əsilli idmançı ilə döyüşməli imiş və Ruslan buna etiraz edirmiş, buna baxmayaraq Həsən döyüşə getmiş, lakin ona məlum olmayan səbəblərdən döyüş baş tutmamışdır. Bu səbəbdən onlar arasında münasibət korlanmışdır. Beləliklə onlar təxminən günorta saatlarında “Dəniz Mall”a çatmışlar, oraya gəldikdə onlar ilkin olaraq parkingə gedib avtomobili saxlamışlar. Daha sonra idmançıları, məşqçilər və sekundantlarla bilrikdə ticarət mərkəzinin yuxarı mərtəbəsində konfrans otağına qaldırmışlar. Həmin ərəfələrdə o, Ruslan müəllimdən ona zəng edən Səbrinin mobil nömrəsini istəmişdir ki, Həsəni tapıb onunla söhbət edib sakitləşdirsin. Artıq ticarət mərkəzinin dəqiq yadında olmayan mərtəbəsində olarkən təsadüfən Həsənin onlar tərəfə gəldiyini görmüşdür. Həsən onların yanına yaxınlaşdıqda Ruslan idmançıların əhval ruhiyyəsini korlamamaq üçün insanların az olduğu bir yerə keçib söhbət etməklərini təklif etmişdir. Həsən Ruslanın təklifini qəbul etmiş və onlar, yəni o, Ruslan, Xəzər, Həsən və bir nəfər tanımadığı mühafizəçi konfrans zalından biraz aralıda eyni mərtəbədə olan digər bir otağa keçmişlər. Otaqda olarkən Ruslan Həsəndən nəyin baş verdiyini soruşmuşdur. Həsən isə cavabında “Sənə nə olub?” deyərək soruşub. Bu zaman otağa idmançı Təqsirləndirilən şəxs5 daxil olmuşdur. Təqsirləndirilən şəxs5 “Sən bu qədər qudurmusan, müəllimin olan Ruslan müəllimə cavab qaytarırsan?” deyərək müraciət etmişdir. Həsən isə cavabında Tofiqin özünün qudurduğunu demiş və bundan sonra Tofiqin üzündən yumruqla vurmaq istəmişdir, lakin Tofiq yayındığı üçün zərbəsi ona dəyməmişdir. Tofiq Həsənə sillə ilə üzündən vurmaq istədikdə isə Ruslan Həsənə fənd edərək yerə yıxmış və şillənin ona dəyməsinin qarşısını almışdır. Həsən yıxıldıqdan sonra əlini bel nahiyəsinə atmış və o elə bilmişdir ki, o, biçaq çıxarmaq istəyir, buna görə onun əlindən tutmuşdur, lakin Həsən şalvarının içinə qoyduğu pul kisəsinin yerində olub-olmadığını yoxlamaq üçün əlini belinə uzatdığını demişdir. O da pul kisəsinin içində biçağın olduğunu düşünüb onu əlində almış, Həsən isə bütün sənədlərinin onun içində olduğunu deyərək pul kisəsini geri istəmiş, o da Həsənə geri qaytarmışdır. Bütün bu söhbət zamanı Ruslan Həsəni yerdə saxlayırmış ki, heç kimlə dalaşmasın. Bu zaman otağa bir neçə nəfər mühafizəçi, məşqçi Şahid6 və idmançı, Təqsirləndirilən şəxs1 daha bir tələbəsi Şahid5 daxil olmuşlar, Həsən yerdən qalxmış və Şəhriyar müəllim Həsənə turniri pozması ilə bağlı iradını bildirmişdir. Şəhriyar müəllim Həsəni onlardan aralamış və onu öz idmançısı olan Ukraynadan gətirdiyi qız tələbəsinin yanına aparmışdır, onlar isə konfrans otağına keçmişlər. Oradan bir neçə dəqiqə sonra isə onlar ticarət mərkəzinin yuxarı mərtəbəsinə keçmişlər ki, “face to face” keçirilsin. İdmançıların “face to face” zamanı Həsən onun yanında Ruslana müraciət edərək “Sənin həyatıvı dəyişəcəm” demişdir. Ruslan cavabında turnirin gedişatını pozmamağını tələb etmişdir. Daha sonra onlar hamısı yenidən “Bacu Mariot” otelinə qayıtmışlar və o Həsəni qız tələbəsinin yanında görmüşdür. 04 noyabr 2023-cü il tarixdə planlaşdırılan qaydada bütün döyüşlər baş tutmuş, həmin günün sabahı, yəni 05 noyabr 2023-cü il tarixində isə Ruslan müəllim onunla əlaqə saxlayaraq Həsənin şikayəti ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə getməli olduqlarını demişdir. Daha sonra onlar bir neçə dəfə Səbail Rayon Polis İdarəsinə dəvət olunmuşlar və hadisə ilə bağlı ifadələrini vermişlər. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs4, özünü təqsirli bilməsə də, məhkəmə iclasında verilmiş ifadəsindən ittihamla qismən razı olduğu görünür. O, evlidir, himayəsində iki azyaşlı övladı vardır, ali təhsillidir. Ali təhsilini 2010-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “təkmübarizlik” ixtisası üzrə bakalavr pilləsində almışdır. 2014- 2015-ci illərdə isə həqiqi hərbi xidmət keçimişdir. Məhkumluğu olmayıb. O, peşəkar MMA döyüşçüsüdür. Bu idmanla o, 17 yaşından peşəkar qaydada məşğuldur. Hazırkı vaxtadək bir çox yerli və beynəlxalq idman yarışlarında iştirak etmişdir. Hazırda 4 qat dünya çempionu, 3 qat Avropa çempionu, 8 qat respublika çempionu, Dünya Kubokunun sahibi, idman ustası, 2017-ci ildə baş tutmuş 4-cü X6 gümüş medalçısıdır. Nüfuzlu “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turnirinin 04 noyabr 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhərində “Milli Gimnastika Arenasfnda keçirilməsi nəzərdə tutulmuşdur. Həmin turnirə Azərbaycandan o, Təqsirləndirilən şəxs5, Şahid5, Tural Rəhimov və Nəriman Abbasov yarışmaçı kimi federasiya tərəfindən rəsmi dəvət almışdır. Təqsirləndirilən şəxs1 isə məşqçisi qismində turnirə dəvət almışdır. Təqsirləndirilən şəxs1 onun, Təqsirləndirilən şəxs5, Şahid5 və Tural Rəhimovun məşqçisidir. Nəriman Abbasovun məşqçisi isə Şahid6dur. Turnirə onların köməkçisi kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qatılmışdır. “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə onlar 30 oktyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək “X27 Boulevard” otelində qalmışlar. 02 noyabr 2023-cü il tarixdə saat 18:00-da Dənizkənarı Milli Park ərazisində “Dəniz Mail” ticarət mərkəzində turnir çəçivəsində “face to face” (üzbəüz) adlı idman şousunun keçirilməsi nəzərdə tutulmuşdur. İdman şousunun keçirilməsi barədə sosial şəbəkələrdə reklamlar yayımlanmışdı. Çoxlusayda tamaşaçının iştirakı gözlənilirmiş. Onlar da bir komanda olaraq həmin şouya qatılmışlar. 02 noyabr 2023-cü il tarixdə saat 17:00-da o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Şahid5, Tural Rəhimov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “Mercedes Vito” markalı mikroavtobusla “Dəniz Mail” ticarət mərkəzinə getmişlər. Yolda olarkən Ruslan Əfədiyevin telefonuna Səbri adlı yarış təşkilatçılarından biri zəng etmişdir. Səbri Təqsirləndirilən şəxs1 onun Zərərçəkmiş şəxs adlı tələbəsinin “Dəniz Mail” ticarət mərkəzində onlar üçün problem yaratdığını demişdir. Sonra Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs bir-biri ilə telefon vasitəsilə danışmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs demişdir ki, orada problem yaratmasın, idmançılar üçün nəzərdə tutulmuş sahəyə ancaq federasiya tərəfindən turnir iştirakçısı kimi dəvət almış idmançılar daxil ola bilərlər. Daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs telefonda ona “sən” deyə müraciət etməsini irad bildirib “gəlirəm ora söhbət edərik” sözlərini demişdir. O, bildiyinə görə problem ondan ibarət imiş ki, Zərərçəkmiş şəxs turnir iştirakçısı olan bir nəfər Ukraynalı xanım idmançı ilə birlikdə “Dəniz Mail” ticarət mərkəzində idmançılar üçün nəzərdə tutulmuş sahəyə daxil olmaq istəyirmiş, lakin xanım idmançı içəriyə buraxılsa da Zərərçəkmiş şəxs turnir iştirakçısı olmadığından mühafizəçilər tərəfindən içəriyə buraxılmamışdır. Zərərçəkmiş şəxs içəriyə daxil olmaq üçün mühafizəçilərə Təqsirləndirilən şəxs1 tələbəsi olduğunu demişdir. Lakin, onu yenə də buraxmamışlar və o, mühafizəçilərlə mübahisə etmişdir. Bundan sonra Səbri Təqsirləndirilən şəxs1 zəng edib tələbəsini oradan aparmağını xahiş etmişdir. Zərərçəkmiş şəxs həqiqətəndə Təqsirləndirilən şəxs1 tələbəsi olmuşdur. Təxminən 5 il bundan öncə Zərərçəkmiş şəxs da daxil olmaqla o, Təqsirləndirilən şəxs5, Şahid5, Tural Rəhimov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 rəhbərliyi altında eyni vaxtda məşq etmişdir. Sonralar isə Zərərçəkmiş şəxs Ukrayna Respublikasına köçüb orada yaşamağa başlamışdır. Bir müddət sonra isə onunla əlaqəsi tam kəsilmişdir. Beləliklə, onlar “Dəniz Mail” ticarət mərkəzinə gəlmişlət. Yolda hiss etmişdir ki, Zərərçəkmiş şəxs bu münasibəti Təqsirləndirilən şəxs1 pis təsir etmişdir. Ticarət mərkəzində onlar əvvəlcə mənfi ikinci mərtəbədə avtobusdan enmişlər. Sonra isə dəhlizlə hərəkət edib bir qədər kiçik ölçülü otağa gəlmişlər. Dəhliz boyu gələrkən sağ tərəfilərində bir neçə kiçik ölçülü otağın da olduğunu görmüşdür. Gəldikləri otaqda onlar “face to face” şousuna dəvət edilməyi gözləyirmişlər. Orada o, Şahid5, Tural Rəhimov, Şahid6, Nəriman Abbasov və bir neçə nəfər xarici idmançı yaxın əyləşib öz aralarında söhbətləşirmişlər. Saat təxminən 17:30-da o, dəhlizdə bir neçə mühafizəçinin ani olaraq eyni istiqamətdə qaçdığını görmüşdür. Düşünmüşdür ki, nə isə xoşa gəlməz bir hal baş vermişdir. O və onunla birlikdə əyləşmiş digər şəxslər dərhal dəhlizə çıxmışlar. Dəhlizdə görmüşdür ki, mühafizəçilər kiçik ölçülü başqa bir otağın qapısı önünə toplaşıblar. Maraqlı gəldiyi üçün o həmin otağa daxil olmuşdur. Otaqda görmüşdür ki, iki nəfər mühafizəçi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşısına keçib sanki onları orada olan Zərərçəkmiş şəxs uzaq tutmağa çalışırmışlar. Otağa mübahisənin səbəbini bilmək üçün çoxlusayda mühafizəçi və idmançı yığışmışdır. Yadındadır ki, Zərərçəkmiş şəxs digərlərinə “mən sizi başa salacam” demişdir. Təqsirləndirilən şəxs1 isə ona “yaxşı, başa salarsan” bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs otaqda qalmış, digərləri isə otağı tərk etmişlər. Onlar da gəldikləri otağa qayıtmışlar, 10 dəqiqə sonra isə o “face to face” şousuna çağırılmışdır. Orada rəqibi Yaponiya idmançısı ilə sinvolik olaraq üzbəüz dayanmışlar. Şou bitdikdən sonra isə onlar komanda tərkibində hamama çəki salamağa getmişdir. Oradan isə otelə qayıtmışlar. Hadisə baş verən zaman o otağa daxil olduqda artıq mühafizəçilərin müdaxiləsi ilə tərəflər arasındakı münaqişənin qarşısının alındığını görmüşdür. Orada iki nəfər mühafizəçi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşısına keçib qollarını geniş şəkildə açaraq onları Zərərçəkmiş şəxs uzaq tutmağa çalışırmışlar. O, otağa gəldikdən sonra orada kiminsə kimisə vurduğunu, kiminsə xəsarət aldığını görməmişdir. Həmçinin, o özü də Zərərçəkmiş şəxs vurmamışdır. Onun Zərərçəkmiş şəxsla ümumiyyətlə hər hansı şəkildə ünsiyyəti olmamışdır. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qarışıq döyüş növləri üzrə (MMA) peşəkar döyüşçüdür, eyni zamanda Azərbaycan MMA Federasiyasının üzvüdür. Hazırkı vaxtadək İdman və Gənclər Nazirliyinin xətti ilə yerli və beynəlxalq idman yarışlarında iştirak etmişdir. 2015-ci ildə Çin Xalq Respublikasının Pekin şəhərində konfu-sanda idman növü üzrə keçirilən yarışda qalib gələrək dünya çempionu olmuşdur. Bundan əlavə, əvvəllər dəfələrlə Respublika çempionu olmuşdur. 04 noyabr 2023-cü il tarixdə MMA üzrə nüfuzlu “RİZİN LANDMARK SERİES” beynəlxalq turnirin növbəti yarışının Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirə Azərbaycandan və xarici ölkələrdən yüksək naliyyətlər əldə etmiş MMA döyüşçüləri dəvət almışdırlar. O da dəvət alanlar sırasında imiş. Ondan savayı Azərbaycandan həmin tədbirə Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Tural Rəhimov və Nəriman Abbasov da dəvət almışdırlar. O, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və X24 Əfəndiyevin tələbələridir. Nəriman Abbasov isə Şahid6 tələbəsidir. 02 noyabr 2023-cü il tarixdə saat 17:00-da Dəniz kənarı Milli Park ərazisində yerləşən “Dəniz Mail” ticarət mərkəzində yarışdan qabaq “face to face” (üzbəüz) adlanan qısa tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. O da digər iştirakçılar kimi həmin tarixdə saat təxminən 16:00-da ticarət mərkəzinə gəlmişdir. Ticarət mərkəzinə o, yarışla əlaqədar müvəqqəti olduğu “X27 Boulevard” otelindən məşq yoldaşları olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Tural Rəhimov və Təqsirləndirilən şəxs1lə birlikdə gəlmişdir. Bütün yarışçılar oteldən “Mercedes Vito” markalı mikroavtobuslar vasitəsi ilə ticarət mərkəzinə daşınmışdır. Yolda olarkən Təqsirləndirilən şəxs1 zəng edildiyini görmüş, sonuncu telefona cavab verdikdə aydın olmuşdur ki, zəng edən tədbiri təşkil edən şəxslərdən biridir. O, bildiyi qədəri ilə həmin şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ticarət mərkəzində mühafizəçilərlə mübahisə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 xahişi ilə həmin şəxs telefonunu Zərərçəkmiş şəxs vermiş və onlar danışmışlar. Telefon danışığı çox qısa baş tutmuşdur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “niyə belə edirsən, gələrəm aydınlaşdırarıq” demiş və telefon danışığını bitirmişdir. O, Zərərçəkmiş şəxs 6-7 ildən çox olar ki, tanıyır. Onunla ilkin tanışlığı “X17”ndakı zalda olmuşdur. Hər ikisi həmin zalda məşq edirmişlər. Onların münasibəti tanışlıq çərçivəsində, bir qədər məsafəli olmuşdur. Onunla heç bir vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. Beləliklə, onlarla əvvəlcə ticarət mərkəzinin dayanacağına, oradan isə birinci mərtəbədə təşkil edilmiş gözləmə otağına gəlmişlər. Saat 16:30 radələrində gözləmə otağında kreslolarda o, Təqsirləndirilən şəxs4, Şahid6, Nəriman Abbasov və tanımadığı bir neçə nəfər xarici döyüşçü oturub söhbət edirmişlər. Oturduqları həmin otağa uzun dəhlizdən keçib qapıdan daxil olmuşdur. Onlar orada “face to face” mərasiminə dəvət edilməklərini gözləyirmişlər. Yadındadır ki, fotoqraflar tərəfindən onların həmin vəziyyətdə fotoşəkilləri də çəkilmişdir. Bu vaxt bir anlığa dəhlizdən səs-küy eşidilmişdir. Qapıya tərəf baxdıqda görmüşdür ki, mühafizəçilər dəhliz boyu eyni istiqamətdə qaçırlar. Onlar kimlərinsə mübahisə etdiyini düşünərək dərhal dəhlizə çıxmışlar. Dəhlizdə görmüşdür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, onların köməkçiləri olan Rüfət adlı şəxs və Təqsirləndirilən şəxs3 hamısı bir yerə yığışıblar. Həmin yerdə təxminən 5 nəfər mühafizəçi də olmuşdur. O, mübahisənin nədən ibarət olmasını öyrənmək üçün onlara yaxınlaşmışdır. Eşitdiyi söhbətlərdən ona belə aydın olmuşdur ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 arasında nə isə fikir ayrılığı yaranmış və sonrakı müddətdə bu fikir ayrılığı mübahisəyə çevrilmişdir. O, onların yanına gəldikdə artıq mübahisə yekunlaşmışdır. Sonra Zərərçəkmiş şəxs çıxıb getmişdir. Mübahisənin nədən ibarət olmasını o, bilməmişdir. Nə də ki, bu barədə sonradan maraqlanmamışdır. Daha sonra onlar gözləmə otağına gəlmişlər. Bir neçə dəqiqədən sonra isə elan olunduqca növbə ilə ticarət mərkəzinin foyesində təşkil edilmiş “face to face” mərasiminə qatılmışlar. O da sinvolik olaraq rəqibi olan Türkiyə idmançısı ilə üzbəüz dayanmışdır. Zərərçəkmiş şəxs o, həmin mərasimdə izləyicilər sırasında görmüşdür. Daha sonra komanda olaraq birlikdə ticarət mərkəzini tərk etmişlər. 04 noyabr 2023-cü il tarixdə saat 17:00-da “Milli Gimnastika Arenasf’nda “RİZİN LANDMARK SERİES” beynəlxalq turnirin MMA üzrə növbəti yarışı başlanılmışdır. O və Təqsirləndirilən şəxs5 yarışda qalib gəlmişlər. Yarış vaxtı onlar Zərərçəkmiş şəxsla eyni geyinib soyunma otağından istifadə edirmişlər və aralarında hər hansı mübahisə olmamışdır. Zərərçəkmiş şəxs Ukrayna Respublikasından yarışa qatılmaq üçün Azərbayacana səfər etmiş bir nəfər xanım döyüşçüyə köməklik edirmiş. Təxminən 2 gün sonra o, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Rüfət və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis şöbəsinə dəvət edilmişdir. Onlar birlikdə polis şöbəsinə getmişlər. Orada aydın olmuşdur ki, Zərərçəkmiş şəxs onlardan şikayət etmişdir. Guyakı onlar hamısı birlikdə onun üzərinə hücum çəkib onu ağır şəkildə döymüşlər. Həqiqətdə isə belə bir şey olmamışdır. O, heç bir vaxt Zərərçəkmiş şəxs əl qaldırmamışdır. Yuxarıda qeyd etdiyi kimi o gözləmə otağında oturub “face to face” mərasiminə dəvəti gözləyirmiş, bu vaxt dəhlizdən səs-küy eşidilmiş, o və otaqda olan digər şəxslər dərhal dəhlizə çıxmışlar, orada görmüşdür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Rüfət və Təqsirləndirilən şəxs3 dayanıb söhbət edirmişlər, daha sonra isə Zərərçəkmiş şəxs çıxıb getmişdir. O, orada olduğu müddətdə kiminsə Zərərçəkmiş şəxs vurduğunu görməmiş, o da onu vurmamışdır. Şöbədə o, baş verənlər barədə olduğu kimi izahat vermişdir. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Mehman Məmməd arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid5 üzünə qarşı demişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərilmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bakı Şəhər Halqası Əməliyyat şirkətinin satış və kommersiya şöbəsinin rəisidir. Bakı şəhərində təşkil edilən müxtəlif beynəlxalq tədbirlərin təşkilatçılığı onların şirkət tərəfindən təşkil edilir. Həmin tədbirlərdən biri də “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri imiş. Onların şirkəti həmin tədbirin təşviqat işini həyata keçirirmiş. Həmin turnirdə iştirak etmək üçün müxtəlif ölkələrdən idmançılar Bakı şəhərinə gəlmişdir. İdman tədbirində iştirak edəcək idmançılar “X27 Boulevard” otelində qalırmışlar. “Rizin” döyüş federasiyasının təşkilatçılarından olan Yaponiya vətəndaşı “Şinqo” adlı şəxs onlara bildirmişdir ki, idmançılar və məşqçilərinə turnirdə iştirak üçün buraxılış vəsiqələrini onlar özləri təqdim edəcəkdirlər. Onlar sadəcə olaraq turnirin keçirilməsinə nəzarəti həyata keçirirmişlər. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Dəniz kənarı milli parkda yerləşən “Dəniz Mail” ticarət mərkəzində idman tədbirində iştirak edəcək döyüşçülərin “face to face” tədbiri keçiriləcək imiş. Həmin tədbir xatırladığı qədəri ilə saat 19:00-da başlamalı imiş. Tədbirin təşkilatçılarının göstərişinə əsasən idmançılar və məşqçilərin “X27 Boulevard” otelindən transferini onlar həyata keçirməli, idmaçılara və məşqçilərə tədbirin təşkilatçıları tərəfindən oteldə buraxılış vəsiqələri təqdim olunmalı və oradan avtobuslar vasitəsi ilə Dəniz Mail ticarət mərkəzində təşkil edilən tədbirə gəlməli imişlər. 02 noyabr 2023-cü il tarixdə günorta saatlarından tədbirin təşkilatı işləri ilə yaxından tanış olmaq üçün “Dəniz Mail” ticarət mərkəzinə getmişdir. Orada xatırladığı qədəri ilə saat 17 radələrində onların şirkətində işləyən xatırlamadığı əməkdaşlardan biri ona yaxınlaşaraq buraxılış vəsiqəsi olmayan bir şəxsin onlara yaxınlaşaraq Ukrayna idmançısının məşqçisi olduğunu və bunun üçün də idmançıların otağına getmək istədiyini bildirmişdir. O, həmin şəxsin yanına yaxınlaşıb mahiyyətini öyrənmək istədikdə sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs təkidlə ondan idmançıların olduğu yerə getmək istədiyini bildirmişdir. O Həsənə buraxılış vəsiqəsinin olmadığını və tədbirin təşkilatçılarının fikrini çatdırsa da o, yenədə fikrindən daşınmırmış. Bu zaman Azərbaycan Respublikası idmançılarının baş məşqçisi olan Təqsirləndirilən şəxs1 ona zəng etmişdir. Tədbirlə əlaqədar onunla mütəmadi olaraq telefonla əlaqə saxlayırmış. Təqsirləndirilən şəxs1 tədbirin keçirilməsində problem olubolmadığını soruşduqda o, problem olmadığını, lakin Ukrayna idmançısının məşqçisi kimi özünü təqdim edən bir şəxsin tədbirin planından kənar olaraq Dəniz Mail ticarət mərkəzinə gəldiyini və təkidlə idmançıların yanına getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsə telefonu verməyini xahiş etmişdir. O, telefonu ona verdikdə Zərərçəkmiş şəxs telefonu götürərək biraz kənara getmişdir. Zənnincə səs-küy olduğu üçün o kənara getmişdir. O da onun arxasınca gedib telefon danışığını sonlandırmasını gözləmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs1lə emosional tərzdə danışırmış. Onların nə danışdığını eşitməsə də kənardan danışığı emosional görünürmüş. Çünki əl-qolunu hərəkət etdirirmiş. Zərərçəkmiş şəxs telefon danışığını bititdikdən sonra o, tədbirin təşkilatçısı olan “Şinqo” adlı şəxsə məlumat verib tədbirin planından kənar olaraq Ukrayna idmançısının məşqçisinin Dəniz Mail ticarət mərkəzinə gəldiyini və buraxılış vəsiqəsinin olmadığını bildirmişdir. X21 ticarət mərkəzinə gəldikdən sonra “Şinqo” adlı şəxs onun yanına yaxınlaşıb Zərərçəkmiş şəxs buraxılış vəsiqəsini gətirdiyini və həmin şəxsi necə tapa biləcəyini demişdir. Tədbir yerində çoxlu sayda insanlar olsa da Zərərçəkmiş şəxs orada görüb “Şinqo” adlı şəxslə birlikdə onun yanına yaxınlaşmışdır. “Şinqo” adlı şəxs buraxılış vəsiqəsini Zərərçəkmiş şəxs təqdim edib onu idmançıların yanına özü qaldıracağını bildirmişdir. O, bildiyi qədəri ilə Zərərçəkmiş şəxs “Şinqo” adlı şəxslə idmançıların yanına getmişdir. Üzərindən təxminən 30 dəqiqə sonra onların şirkətinin işçilərindən olan xatırladığı qədər Şahid2 və ya Elgün Tağızadə ona zəng edərək Ukrayna idmançısının məşqçisi Zərərçəkmiş şəxsla Ruslan müəllim və idmançıları arasında mübahisə yarandığını, lakin mühafizəçilər tərəfindən mübahisənin qarşsının alındığını bildirmişdir. “Face to face” tədbiri başlayan zaman Zərərçəkmiş şəxs “Azərbaycan MMA, Pankration və Qrapplinq” Federasiyasının prezidenti Azad Əsgərovla və başqa şəxslərlə emosional tərzdə söhbət etməsini görmüşdür. Azad müəllimi tanısa da orada olan digər şəxsləri tanımır. 04 noyabr 2023-cü il tarixdə Milli Gimnastika arenasında Təqsirləndirilən şəxs1lə təsadüfən görüşən zaman bildirmişdir ki, Zərərçəkmiş şəxs onları polisə şikayət etmişdir, lakin Təqsirləndirilən şəxs1 hadisənin mahiyyətini danışmamışdır. “Face to face” tədbiri zamanı Zərərçəkmiş şəxs görsə də onun sifətində və ya bədənində hər hansı bir xəsarət izi olub-olmamasına fikir verməmişdir. Bildiyi qədəri ilə xəsarəti yox imiş. Sadəcə onu deyə bilər ki, o çox emosional şəkildə Azad Əsgərov və yanında olan şəxslərlə danışırmış. Zənnincə Zərərçəkmiş şəxs hadisə barədə onlara məlumat verirmiş. Baş vermiş mübahisənin hansı səbəbdən yaranmasından məlumatsızdır, Kimin zəng etməsini xatırlamasa da o, sadəcə olaraq telefon danışıqları zamanı Təqsirləndirilən şəxs1 özünü Ukrayna Respublikası idmançısının məşqçisi kimi təqdim edən bir nəfər şəxsin emosional tərzə onlarla danışaraq idmançıların olduğu yerə getmək istədiyini demişdir. Onun səs-küy salmasını deməmişdir. Zərərçəkmiş şəxs səs-küy salmırmış, sadəcə emosional tərzdə onlarla danışırmış. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq dəqiqləşdirilmiş Şahid4 ifadəsində göstərilmişdir ki, 2024-cü ilin yanvar ayının 8-dən Paşha Holdingin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin Gənclik Mail Ticarət Mərkəzi üzrə təhlükəsizlik rəisidir. Bu vəzifədən əvvəl, 02 may 2022-ci ildən 2024-cü ilin yanvar ayının 8-dək Dəniz Mail ticarət mərkəzinin təhlükəsizlik rəisi vəzifəsində işləmişdir. “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turnirinin 04 noyabr 2023-cü il tarixdə Bakı şəhərində “Milli Gimnastika Arenası”nda keçirilməsi nəzərdə tutulmuşdur. 02 noyabr 2023-cü il tarixdə saat 17:00-da isə Dənizkənarı Milli Park ərazisində yerləşən “Dəniz Mail” ticarət mərkəzində turnir çəçivəsində “face to face” (üzbəüz) idman şousunun keçirilməsi planlaşdırılmışdır. Həmin tədbirin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat şirkəti olsa da, tədbirin təhlükəsizliyinin təşkili həmin şirkətlə onların üzərinə həvalə edilmişdir. Dəniz Mail təlükəsizlik xidmətinin əməkdaşları “face to face” idman şousu təşkil ediləcək səhnənin ətrafının təhlükəsizliyini təmin etmək, idmançıların qırmızı və yaşıl dayanacaqlarda bələdçiliyini etməkdən ibarət olmuşdur. 02 noyabr 2023-cü il tarixdə “face to face” idman şousunun keçirildiyi səhnənin yaxınlığında olarkən əməkdaşlar zəng edərək Dəniz Mail ticarət mərkəzinin 2-ci mərtəbəsində idmançılar arasında münaqişənin baş verdiyini bildirmişlər. Sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs orada dayandığını, üz nahiyyəsində bir iki cızıq ola biləcəyini görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb başqa mübahisə baş verməsin deyə onu oradan kənarlaşdırmışdır. Mübahisənin kiminlə baş verməsi barədə maraqlanmamışdır, çünki tədbirin başlamasına az müddət qaldığından o, yenidən səhnənin yaxınlığına qayıdaraq öz iş fəaliyyətimi davam etdirmişdir. 05 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları ona telefon vasitəsi ilə zəng edərək hadisə barədə məlumat öyrənmək istədikdə o, hadisədən məlumatsız olduğunu, mübahisə sona çatdıqdan sonra mübahisə baş verən ünvana getdiyini bildirmişdir. Bundan sonra hadisə baş verən yerin kamera görüntülərinə baxdıqda həmin hadisə baş verən ünvanın kamera görüntülərindən kənarda baş verdiyini, yəni hadisənin Dəniz mail ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən namaz otağında baş vediyini, həmin otaqda kamera qurğusu olmadığını, buna görə də videogörüntülərin olmadığını müəyyən etmişdir. Münaqişə ilə bağlı onun başqa məlumatı yoxdur. Mübahisənin hansı səbəbdən yaranmasından məlumatsızdır. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq dəqiqləşdirilmiş Tağı-zadə Elgün Namiq oğlunun ifadəsində göstərilmişdir ki, o, 2016-cı ilin aprel ayından hazırkı vaxtadək Bakı Şəhər Halqası Əməliyyat şirkətində əmtəə üzrə nəzarətçi vəzifəsində işləyir. Həmin şirkətin əsas fəaliyyəti Bakı şəhərində keçirilən “formula 1” yarışlarının təşkil edilməsindən ibarətdir. Bununla yanaşı şirkət digər idman yarışlarının da təşkilini həyata keçirir. “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turnirinin 04 noyabr 2023-cü il tarixdə Bakı şəhərində “Milli Gimnastika Arenası”nda keçirilməsi nəzərdə tutulmuşdur. 02 noyabr 2023-cü il tarixdə saat 17:00- da isə Dənizkənarı Milli Park ərazisində yerləşən “Dəniz Mail” ticarət mərkəzində turnir çəçivəsində “face to face” (üzbəüz) idman şousunun keçirilməsi planlaşdırılmışdır. Onların şirkətinin əməkdaşları da Şahid1 rəhbərliyi altında həmin idman şousuna cəlb olunmuşdur. Tədbir zamanı onun işi idmançıların gözləmə zalından “face to face” keçirilən səhnəyə müşayiət edilməsindən ibarət imiş. Gözləmə zalı “Dəniz Mail” ticarət mərkəzinin ikinci mərtəbəsində, “face to face” səhnəsi isə ticarət mərkəzinin orta hissəsində yerləşən hovuzun üzərində təşkil edilmişdir. 02 noyabr 2023-cü il tarixdə günorta saatlarında yarış idmançıları bir neçə avtomobillə “Dəniz Mail” ticarət mərkəzinin parklama yerinə gəlmişlər. Onlar idmançıları qarşılayıb gözləmə zalına qədər müşayiət etmişlər. Prosedura uyğun olaraq onlar gözləmə zalına yalnız akkreditasiyası (xüsusi yaxa kartı) olan şəxslərin daxil olmasına imkan yaratmışlar. İdmançıların və məşqçilərin gözləmə zalında onun vəzifəsi yalnız məşqçiləri lifltə tədbir yerinə müşayiət etmək olmuşdur. O, işlədiyi şirkətin mühafizə xidmətinin əməkdaşı Əli müəllim və Dəniz Mail ticarət mərkəzinin mühafizəçiləri ilə idmançıların gözləmə zalınının yaxınlığında olan mətbəxin qarşısında söhbət edirmiş ki, dəhlizin sonuncu künc otağından səs-küy gəldiyini eşitmişlər. Buna görə də dəhlizdə dayanan hər kəs, yəni məşqçilər, işlədiyi şirkətin və Dəniz Mail ticarət mərkəzinin mühafizəçiləri həmin yerə getmişlər. Adam çox olduğu üçün o, həmin yerə keçə bilməmişdir. Mübahisə sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və tələbələri ilə Ukrayna Respublikasından gəlmiş məşqçi Zərərçəkmiş şəxs arasında baş vermişdir. Orada olan həmin şəxsləri tanıyan şəxslər “ayıbdır, eləmiyin, niə tədbiri pozursunuz” deyirmişlər. Həmin anda demək olar ki, bütün tədbir iştirakçıları hadisə yerinə yığışmışdır. İdmançıların gözləmə zalından hadisə yerinə toplaşması nəticəsində “face to face” idman şousunun başlama vaxtında da qısa müddətli gecikmələr baş vermişdir. Bu hadisə onların işinə də təsirsiz ötüşməmişdir. O və digər əməkdaşları protokol üzrə təhkim olduqları yerləri tərk etməli olmuşlar. Daha sonra “face to face” şousunun başlanıldığı elan edilmiş və hamısı ticarət mərkəzinin birinci mərtəbəsinə hovuzun ətrafına səhnəyə getmişlər. “Face to face” şousu problemsiz keçmişdir. Şou bitəndən sonra isə idmançılar onların müşayiəti altında parklama yerinə gedib avtobuslarla mərkəzi tərk etmişlər. Bununla da tədbir başa çatmışdır. Münaqişə ilə bağlı onun başqa məlumatı yoxdur. Mübahisənin hansı səbəbdən yaranmasından məlumatsızdır. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq dəqiqləşdirilmiş Şahid6 ifadəsində göstərilmişdir ki, özü 25 ilə yaxındır ki, peşəkar idmanla yəni cüdo və qarışıq döyüş növləri məşğul olur. Hazırda “Qəbələ” idman klubunda da qarışıq döyüş növləri üzrə baş məşqçidir. Dindirilməyinin səbəbi ona məlumdur. Mahiyyəti üzrə bildirir ki, məşğul olduğu peşakar idman fəaliyyəti ilə bağlı sözü gedən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Şahid5 və Zərərçəkmiş şəxs 7-8 ildir ki, tanıyır. Bu şəxslərin hər biri ilə yaxın münasibətləri olmuşdur. O, özü idman sahəsində döyüşçü kimi yarışlara qatılan zaman Zərərçəkmiş şəxs də onunla yanaşı peşəkar qaydada döyüşlə məşğul olurmuş. Lakin buna baxmayaraq Həsən Ruslanla onunla olandan daha yaxın və yaxşı münasibətləri olmuşdur. Onların münasibətlərinin nə üçün pozulması ona məlum deyil. Aralarında nə kimi düşmənçilik və ədavət olmasını bilmir. 2023-cü ilin noyabr ayının əvvəlində Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində yerləşən “Dəniz Mail” ticarət mərkəzində “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri çərçivəsində qarışıq döyüş növləri üzrə idman yarışı təşkil edilmişdir. O da məşqçisi olduğu Nəriman Abbasov da həmin döyüşdə iştirak edəcəkmiş. Adlarını qeyd etdiyi şəxslərlə hadisədən bir gün əvvəl bütün idmançıların qonaq kimi qaldığı “Mariot Bulvar” oteldə görüşmüşdür, həmin vaxt burada ümumiyyətlə münaqişəli bir vəziyyət hiss etməmişdir. 02 noyabr 2024-cü il tarixdə “Dəniz Mail” ticarət mərkəzində yarış iştirakçılarının çəkilərinin müəyyən edilməsi üçün təntənəli tədbir keçirilirmiş. Burada çoxsaylı idmaçılar, çoxsaylı qonaqlar, mətbuat nümayəndələri var imiş. Çəki mərasimi başlamazdan əvvəl o, məşqçisi olduğu Nəriman Abbasov və digər xarici ölkələrin idmaçıları ticarət mərkəzində aşağı mərtəbədə olan otaqda əyləşmişdir. Bu vaxt hazırda Moskva şəhərində yaşayan tanışı olan həmin yarışa qonaq kimi gəlmiş Fərrux adlı şəxs ona uzaqdan işarə verib demişdir ki, bayırda səs küylə müşayiət olunan sporlaşma var. O, dərhal buna müdaxilə etmək üçün otaqdan bayıra çıxıb Fərruxun yönləndirməsi ilə karidorla sağa bir qədər gedib otaq kimi yerə daxil olan zaman çoxlu sayda şəxslərin yığışmasını, səs küy olmasını görüb və eşidib bura yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla səs küylü vəziyyətdə yaxa-yaxaya tutduğunu görmüşdür. Qarışıq vəziyyət yaranmışdır. Bu vaxtı ora mühafizə xidmətinin əməkdaşları, digər idmançlar və orada olan tanımadığı şəxslər yığışmışdır. O, həmin vaxt onların arasında olan sporlaşmaya müdaxilə edib Ruslan və digərlərinin əlindən Zərərçəkmiş şəxs alıb aralaşdırmışdır. O, hər iki tərəfə ciddi iradını bildirib onların etdiyi bu hərəkətlərlə münaqişə yarandığı üçün tədbirin pozula biləcəyini, ev yiyəsi olsalarda bu hərəkətlərinə görə xarici idmançıların yanında biyabır olcaqlarını demişdir. Hadisəni sakitləşdirdikləri üçün tədbir pozulmamış və baş tutmuşdur. Bundan sonra o, idmançı kimi tərəfləri barışdırmaq üçün cəhd göstərmişdir. Sonradan Həsən barışmaq istəmədiyini bildirdiyi üçün onların arasında olan məsələyə müdaxilə etməmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq dəqiqləşdirilmiş Şahid2 ifadəsində göstərilmişdir ki, o, 2022-ci ilin fevral ayından hazırkı vaxtadək Bakı Şəhər Halqası Əməliyyat şirkətində Qida və İçəcəklər üzrə nəzarətçisi vəzifəsində işləyir. Həmin şirkətin əsas fəaliyyəti Bakı şəhərində keçirilən formula 1” yarışlarının təşkil edilməsindən ibarətdir. Bununla yanaşı şirkət digər idman yarışlarının da təşkilini həyata keçirir. “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turnirinin 04 noyabr 2023-cü il tarixdə Bakı şəhərində “Milli Gimnastika Arenasfnda keçirilməsi nəzərdə tutulmuşdur. 02 noyabr 2023cü il tarixdə saat 17:00- da isə Dənizkənarı Milli Park ərazisində yerləşən “Dəniz Mail” ticarət mərkəzində turnir çəçivəsində “face to face" (üzbəüz) idman şousunun keçirilməsi planlaşdırılmışdır. Onların əməkdaşları da Şahid1 rəhbərliyi altında həmin idman şousuna cəlb olunmuşdur. Tədbir zamanı onun işi idmançıların gözləmə zalından “face to face” keçirilən səhnəyə müşayiət edilməsindən ibarət imiş. Gözləmə zalı “Dəniz Mail” ticarət mərkəzinin ikinci mərtəbəsində, “face to face” səhnəsi isə ticarət mərkəzinin orta hissəsində yerləşən hovuzun üzərində təşkil edilmişdir. 02 noyabr 2023-cü il tarixdə günorta saatlarında yarış idmançıları bir neçə avtomobillə “Dəniz Mail” ticarət mərkəzinin parklama yerinə gəlmişlər. Onları qarşılayıb gözləmə zalına qədər müşayiət etmişlər. Prosedura uyğun olaraq onlar gözləmə zalına yalnız akkreditasiyası (xüsusi yaxa kartı) olan şəxslərin daxil olmasına imkan yaratmışlar. Təxminən 1 saat ərzində onlar demək olar ki, bütün idmançıların və yarış heyətinin digər üzvlərinin gözləmə zalına müşayiət edilməsini təşkil etmişlər. İdmançılar tam şəkildə toplaşdıqdan təxminən 1 saat sonra isə o, gözləmə zalının giriş hissəsinin qarşında koridorda olarkən Şahid1 mobil telefon vasitəsilə ona zəng edib “Dəniz Mail” ticarət mərkəzinin 1-ci mərtəbəsinə, “face to face” səhnəsinin yaxınlığına gəlməyini tapşırmışdır. O, “face to face” səhnəsinin yaxınlığına gəlmiş, orada “Rizin” döyüş federasiyasının nümayəndəsi Yaponiya vətəndaşı Şinqo adlı şəxsin Zərərçəkmiş şəxsla birlikdə dayanıb gözlədiyini görmüşdür. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun adını son vaxtlar sosial şəbəkələrdə xuliqanlığa məruz qalması barədə verdiyi reportajların yayımlanmasından sonra bilmişdir. Beləliklə, o, onlara yaxınlaşmış, Şinqo ona ingilis dilində demişdir ki, onları idmançıların gözləmə zalına aparsın. Həmin vaxt Zərərçəkmiş şəxs akkreditasiyası özündə imiş. O, Şinqo və Zərərçəkmiş şəxsla birlikdə xidməti lift vasitəsilə ticarət mərkəzinin 2-ci mərtəbəsinə qalxmışdır. Onlar liftdən çıxıb sol tərəfə doğru gedərək gözləmə zalının yerləşdiyi koridora daxil olmuşlar. Həmin vaxt koridorda çoxlu sayda idmançı və mühafizəçi var imiş. Hamı tədbirin tezliklə başlamasını gözləyirmiş. Koridorda gördüyü Azərbaycanlı idmançılardan o, Təqsirləndirilən şəxs5 üzdən tanıyırmış. Azərbaycandan yarışa qatılmış heyət üzvlərinin demək olar ki, hamısı koridorda imişlər. Orada o, Şinqo və bir nəfər şəxsə gözləmə zalının təşkil edildiyi otağın yerini göstərmişdir. Onları aidiyyəti üzrə yönəltdikdən sonra o, liftin yanına ona təhkim edilmiş yerə qayıtmışdır. Şinqo və digər şəxsi yola saldığı koridor liftin çıxışından solda tərəfdə yerləşirmiş. Yəni liftin yanında dayanmış şəxs koridoru birbaşa görə bilmirmiş. Təxminən 10-15 dəqiqə sonra o, uca səslə münaqişəyə bənzər səs-küy eşitmişdir. Dərhal liftin yanından koridora gəlmişdir. O, koridorun sonunda sağ tərəfdə yerləşən otağa doğru çoxlu sayda idmançı və mühafizəçinin qaçaraq getdiyinin şahidi olmuşdur. O da həmin otağın qapısının önünə qədər gəlmişdir. Lakin, içəridə insan çox olduğundan otağa daxil ola bilməmişdir. Bununla belə otaqda bir qrup şəxsin bir-biri ilə qışqıraraq mübahisə etdiyini eşitmişdir. Onlar uca səslə danışırmışlar. Bu hadisə onların işinə də təsirsiz ötüşməmişdir. O və digər əməkdaşları porotokol üzrə təhkim olduqları yerləri tərk etməli olmuşlar. Zərərçəkmiş şəxs sonra içəridən Təqsirləndirilən şəxs5 və Azərbaycanın digər MMA idmançılarının çıxdığını görmüşdür. Onlar təxminən 6 nəfər olarmış. Onlar otaqdan çıxdıqdan sonra birbaşa sağ tərəfdə yerləşən mətbəx otağına getmişlər. Onların ardınca isə Şahid6 da mətbəx otağına daxil olmuşdur. Hiss etmişdir ki, Şahid6 onları sakitləşdirməyə çalışırmış. Onlar mətbəx otağında təxminən 5 dəqiqə qalmışlar. Daha sonra “face to face” şousunun başlanıldığı elan edilmiş və hamısı ticarət mərkəzinin birinci mərtəbəsinə hovuzun ətrafına səhnəyə getmişlər. “Face to face” şousu problemsiz keçmişdir. Şou bitəndən sonra isə idmançılar onların müşayiəti altında parklama yerinə gedib avtobuslarla mərkəzi tərk etmişlər. Bununla da tədbir başa çatmışdır. Münaqişə ilə bağlı onun başqa məlumatı yoxdur. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərilmişdir ki, hazırda İdman və Gənclər Nazirliyinin nəznində "xxxx" şirkətində işləyir. Şirkətin əsas faəliyyəti Azərbaycanda “Formula-1” və digər mühüm əhəmiyyətli idman yarışlarının təşkil edilməsindən ibarətdir. Həmin idman tədbirlərindən biri kimi 04 noyabr 2023-cü il tarixdə “X22” konsepti ilə dünyanın müxtəlif ölkələrində təşkil olunması nəzərdə tutulan qarışıq döyüş növləri üzrə yarış imiç. Həmin turnir Bakı Milli Gimnastika Arenasında təşkil edilməli imiş. İdman yarışın təşkili ilə onun işlədiyi şirkət və Yaponiyanın “X22” şirkəti məşğul imiş. 04 noyabr 2023-cü il tarixdə olan idman turnirindən əvvəl 02 noyabr tarixdə “Dəniz Mail” ticarət mərkəzində ənənəvi olaraq yarışdan əvvəl jurnalistlərin iştirakı ilə “face to face” tədbiri keçirilməli imiş. Buna görə o, turnirin təşkilatçısı olan şirkətin nüayəndəsi kimi 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dəniz kənarı milli parkda yerləşən “Dəniz Mail” ticarət mərkəzinə gəlmişdir. O və onun digər iş yoldaşları 30 oktyabr 2023-cü il tarixdən etibarən tədbirə cəlb edilmişdir və “Dəniz Mall”a gəlmişdir. 02 noyabr 2023-cü il tarixdə isə, yəni “face to face” keçiriləcək gün o, günorta saatlarından “Dəniz Mall”da imiş. Həmin vaxt orada olduğu zaman ticarət mərkəzinin hazırda dəqiq xatırlamadığı mərtəbəsində olduğu vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı idmançının onun yanından keçdiyini görmüşdür. Həsən istiqamət olaraq idmançıların olduğu gözləmə otağına yollanmışdır. Həsəndən başqa digər idmançı gördüyünü xatırlamır. Həsəni gördükdən təxminən 15 dəqiqə sonra isə o, dayandığı mərtəbədə özündən sağ tərəfdə olan otaqların birindən səs küyün gəldiyini eşitmişdir. O və onunla birlikdə bir neçə “Dəniz Mail” ticarət mərkəzinin mühafizəçiləri səs küy olan tərəfə, yəni idmançıların gözləmə otağı istiqamətinə getmişlər. Oraya çatdıqda səsin həmin otaqdan gəlmədiyini görmüş və dəhliz ilə daha irəli getmişlər, səslər onları dəhlizin axırına, sağ tərəfdəki otağa gətirib çıxartmışdır. Səs küyün həmin otaqdan gəldiyini müəyyən edib onlar oraya daxil olmuş və o, orada təxminən 6-7 nəfər şəxslərin toplandığını görmüşdür. Həmin otağın özünə fikir verə bilməmiş və otağın nə üçün nəzərdə tutulduğunu deyə bilmər. Otaqda olan bir çox şəxslərin arasında bundan əvvəl gördüyü Həsən adlı şəxsi görmüşdür. Həsənin yanında isə digər adlarını bilmədiyi idmançılar var imiş. Onlar mübahisəli formada bir biri ilə söhbət edirmişlər. Görünürmüş ki, Həsən və onun ətrafında olan digər idmançılar öz aralarında sözlü şəkildə mübahisə edib biri birilərinə nəyisə başa salmaq istəyirmişlər. Həsən nəyisə onlara izah etmək istəyirmiş, onun ətrafında olan idmançılar da öz mövqelərini bildirirmişlər. O və yanında otağa gələn digər şəxslər onların idman yarışını pozmamaqları üçün sakit olmaqlarını tələb etmiş və onların hamısını otaqdan çıxartmışlar. Onları otaqdan çıxartdıqdan sonra Həsən və digər idmançılar hamısı ayrı-ayrı yerlərə dağılmışlar. Bundan bir müddət sonra planlaşdırılan qaydada jurnalistlərin iştirakı ilə “face to face” tədbiri keçirilmişdir. Həmin tədbir zamanı heç bir problem yaşanmamışdır. Həmin gün digər bir insident baş tutmamışdır. 04 noyabr 2023-cü il tarixdə Gimnastika Arenasında tədbirin özü baş tutmuş və tədbirin gedişatında hər hansı problem baş tutmamışdır. 02 noyabr 2023-cü il tarixdə “Dəniz Mail” ticarət mərkəzində baş verən mübahisə barədə nə deyə bilərsiniz? İdmançılar arasında davanın baş verdiyini görmüsünüzmü sualına cavab olaraq bildirmişdir ki, o və digər mühafizəçilər mübahisənin son ərəfələrinə onların toplaşdığı otağa gəlib çıxa bilmişlər. Onlar gəldikləri vaxt Həsən və ətrafında olan idmançılar bir biri ilə sərt şəkildə söhbət edirmişlər. Daha sonra isə o və yanında olan digər şəxslər otaqda toplaşan idmançıları oradan çıxartmışlar. Onlar arasında davanın baş verdiyini görməmişdir. Ticarət mərkəzində olan otağa daxil olduqda siz orada kimləri görmüşünüz sualına cavab olaraq bildirmişdir ki, O, orada dəqiq olaraq Zərərçəkmiş şəxs görmüşdür. Zərərçəkmiş şəxs həmin gündən əvvəl tanımırmış, sadəcə olaraq mübahisə baş verdikdən sonra onun adının Həsən olduğunu öyrənmişdir. Otaqda o, bir neçə nəfər adlarını bilmədiyi yarışda iştirak edəcək idmançıları görmüşdür. Onları otaqdan çıxartdıqdan sonra isə o, dəhlizdə idmançıların məşqçisi Ruslan adlı şəxsi görmüşdür. Balaca otaqda çox sayda adamlar olduğu üçün o, Ruslanın da orada dəqiq olaraq olub-olmadığını görə bilməmişdir. Hazırda xatırladığı qədər otaqda Vüqar adlı idmançı da var imiş, digərlərini dəqiq xatırlaya bilmir. Zərərçəkmiş şəxs Səbail Rayon Polis İdarəsinin 09-cu Polis Bölməsinə ünvanlanmış ərizəsindən, ilkin izahatından, Səbail rayon Prokurorluğu və Polis İdarəsinə müraciətlərin görünür ki, 02 noyabr 2023-cü il tarixdə “Dəniz Mall” ticarət mərkəzində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Rüfət adlı şəxs, Xəzər adlı şəxs, Şahid5 və digər şəxslər təxminən 10 nəfərə yaxın şəxs heç bir əsas olmadan onu döyərək təhqir etmişlər. Həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəməyədək icraat mərhələsində keçirlimiş və məhkəmə iclasında tədqiq edilmiş 05 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən “Dəniz Mail” ticarət mərkəzində baş vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı “youtube” internet platformasında verdiyi 20 dəqiqə 08 saniyəlik müsahibənin videogörüntüsünə baxış keçirilmişdir. Müsahibənin mətni aşağıdakı kimidir. “Mən, Zərərçəkmiş şəxs Kiyev şəhərində yaşayıram. Azərbaycan vətəndaşıyam. İlk Azərbaycan MMA yığmasının komandanın üzvüyəm. Artıq veteranam. Kiyev şəhərində, Ukraynanın Kiyev şəhərində məşqçi kimi fəaliyyətimi göstərirəm. Noyabrın 2-si 2023-cü ildə dünya çempionu Anastasia Svitvonskini, döyüşçünü gətirdim, Azərbaycanda Beynəlxalq dərəcəli yarış keçirilirdi peşəkarların. Rizin adlı liqa keçirirdi burda yarış. Onun məşqçisi müharibədə olduğuna görə məndən xahiş elədilər, o həmin döyüşçü qızı mən gətirdim Azərbaycana. Səhəri günü gəldim, Ruslanla görüşdüm, Əfəndiyevlə. O, Azərbaycan peşəkarların yığma komandasının baş məşqçisidir. Mən onu çoxdandır tanıyıram. Bir ara birlikdə məşq eləmişik, ona köməklik eləmişəm, o mənə hazırlıq edib, özüm vuruşmuşam, döyüşmüşəm. Uşaqlarla görüşdüm, onun tələbələri ilə. Onlarla həmişə yaxşı münasibətim olub. O məni gördü, qucaqladı. Mən balaca 4 yaşlı oğlumla gəlmişdim ora. Sonra dalımca qaynım gəldi. Uşağa rolik almışdıq, getdik bulvarda gəzməyə, bizdə peşəkarlarda yarış keçəndə 1 gün, 2 gün qabaq tədbir keçirilir, yəni şou proqramdır belə, üzləşdirmək, idmançılar bir- birinin üzünə baxırlar, döyüşçülər rəqiblərlə. Şou proqram olur ictimai yerdə. X32 saat 5-ə səhv eləmirəmsə olmalı idi. Mən qızı yerləşdirdim. Qızda neçə kilo artığı var idi çəkidə. Mənə dedi ki, mən gedirəm yatmağa, dincəlməyə. Siz narahat olmayın, oğlunuzla vaxt keçirdin. Getdi yatmağa nömrəyə. Biz getdik bulvara, bulvarda gəzdik, Aslan mənə dedi ki, gedək bir baş çəkək Dəniz Malla, baxaq görək harda olacaq, saat 5-də Dedim gedək. Üçümüz qalxdıq, oğlum, 4 yaşlı oğlum, Aslan birdə mən Qalxdıq ora. Orda artıq hər şeyi düzmüşdülər. Təşkilatçılar var idi. Onlara yaxınlaşdım, dedim ki, mən də məşqçiyəm. Ukraynadan gəlmişəm. Soruşdular ki, kimi gətirmişəm. Dedim ki, Anastasiya Svitvonskini gətirmişəm. Məndən soruşdular ki. Dedim ki, mən uşaqla gəzirdim burda. Mənim azərbaycanlı olduğuma baxmayın, mən Ukraynadan gəlmişəm. Uşaqla gəzdiyimə görə mən yəni bir yerdə idmançılarla gəlməyəcəm, xahiş edirəm 2-3 saata idmançılar gəlməlidi, mənə xəbərdarlıq edərsiz əvvəlcədən, məni yəni onların otağına apararsız, ordan mən o qızı gətirməliyəm də yəni. Məni ümumiyyətlə başa salın ki, hardan çıxmalıyıq, necə, saat neçədə, dəqiqləşdirim sizlə zəhmət olmasa. Mənə dedilər ki, sizin becikiniz hardadı. Dedim ki, mənə yaponlar liqanın təşkilatçıları dedilər ki, becikiniz axşam hazır olacaq. Mənə dedilər, hə yaxşı biz indi maraqlanarıq, zəng eləyərik. Təhlükəsizlik də yaxınlaşdı, həmin sözü soruşdu məndən. Yenə də təkrarladım. Artıq başladım orda uşaqla qaçdıtutdu oynayırdım, sevinirdim. Bir dostum da var, ailəsi ilə gəldi, onlarla söhbət. Camaat yavaş-yavaş çoxalırdı, yığılırdı ora. Üstündən 1-2 saat keçdi, mənə mühafizəçi yaxınlaşdı. Telefon uzatdı ki, sizlə danışmaq istəyirlər. Dedim, kim. Dedi, danışmaq istəyirlər sizlə. Dedim, kim axı mənə denən. Götürün telefonu. Dedim kim, qulaq as. Mənə denən kim danışmaq istəyir. Siz deyir, təşkilatçılarla danışmaq istəmirdiz. Dedim ver. Telefonu götürdüm orda musiqi idi heçnə eşitmirdim çəkildim bir dükana. Dəniz malın içində idi. Ruslanın səsini mən tanıdım. Mənə dedi ki, Qasan ağıllı ol da. Dedim ki, kimdi danışan. Dedim bəlkə səhv edərəm, kimsə başqa, bəlkə kimsə zarafatlaşır mənlə. Dedim kimdi danışan. Ağıllı olda sənə deyirəm, indi gələrəm görərsən kimdi danışan. Başa salaram sənə. Dedim kimsən. Dedi Ruslandı. Dedim Ruslan mən sənin yanında nə vaxtsa ağılsızlıq eləmişəm? Bu nə sözdü deyirsən mənə. Özdə Ruslan yox, Ruslan müəllim. Dedim, Ruslan, sən özün bura gəl mən özüm sənə başa salacam. Özün ağıllı ol. Bu sözü mənə məcbur etdi deyim ona. Getdim yaxınlaşdım Aslana, Dedim ki səndən xahiş edirəm mənim söhbətim düşüb. Ruslan mənə bildirdi ki, mən indi gələcəm söhbət eləyərik. Mən dedim ki, Aslan, belə-belə mənim söhbətim düşüb. Dedi kimlə dedim Ruslangillə. Hansı Ruslan, dedim bu məşqçi ilə. Dedim səndən artıq dərəcədə xahiş edirəm, mənim uşağımı sənə tapşırıram, nəzarət elə uşağa. Yəni bu mənim dalımca qaçır bütün günü, sən onu tut yəni. Nadirə də dedim, dostuma. Üstündən bir saat keçdi mənə təhlükəsizlik yaxınlaşdı. Dedi ki, sizi bir dəqiqə olar? Apardılar məni ekskalatorun arxasında, orda yapon liqanın üzvü mənə becik boynuma taxdı. Azərbaycanlı oğlan təhlükəsizlikdə işləyən, mənə qayıtdı ki, sizlə söhbət eləmək istəyirlər. Sizi görmək istəyirlər. Siz mənlə keçə bilərsiz. Dedim ki, buyrun gedək. Xidməti liftlə düşəndə mən ondan soruşdum ki, xaricilərin razdivalkalarına gedirik? Paltar geyinilən yerə. Çünki, peşəkar döyüşlərdə həmişə, qapı açılanda orda çox adam var idi. Əksəriyyəti Ruslan, Ruslanın tələbələri var idi. Ruslan özü yox idi. Məni görən kimi, aha gəldi, bura gəl. Nəsə belə bir, dəqiq yadıma gəlmir nə dedikləri. Həmin zaman mən onlara tərəf gedirdim, Ruslan çıxdı o biri tərəfdən. Qayıtdı dedi ki, uşaqlar stop stop. Tutdu mənim boynumdan əlin qoydu belə, mənə dedi gəl gedək ora söhbət edək qabağa. Dedim gedək. Gedəndə mən elə yolu 1-2 addım atmışdım, mənə dedi ki, sən mənlə belə niyə söhbət eləyirsən? Dedim, sən mənlə niyə belə söhbət eləyirsən? O sözü deyəndə mənə dedi ki, yaxşı indi sən başa sal, gəl gedək ora. Tofiq arxada gəzirdi, çöndüm Tofiqə dedim, Tofiq salam. Tofiq mənə dedi ki, sən hələ get orda söhbətini elə, sonra mən sənlə söhbət eləyəcəm. Dedim Tofiq, yaxınlaşdı mənə, əli ilə belə uzadanda tutdu məni, dedim Tofiq sən vesaqonkadasan, çəki salmısan, özünü ələ al sən bilmirsən söhbət nə yerdədir. Vurdu məni. Vurdu məni məndə ona udarı qaytarmaq istəyəndə, udarım boşa çıxdı, bunlar hamısı tökülüşdülər mənim üstümə. Tofiq məni vurdu, mən ona qaytaranda udarım boşa olanda, mən srazı yerə oturdum yerə gördüm bunlar məni vururlar. Oturdum yerə, üzümü bağladım ona görə heç nə görmədim. Hardasa bir 15 saniyə belə eşitdim ki, ordan təhlükəsizlik deyir, burda yox belə sözlər deyir. Ruslan müəllim burda yoxdu, olmaz bəs belə. Ruslan özü də başladı deməyə ki, stop, stop, stop. Bunları saxladı. Mənə qayıtdı dedi ki, gəl keçək ora. Dedim, bu nədir. Mənə dedi, gəl keçək orda söhbət. Elə bil ki, bu sakitləşdirdi hamını. Biz getdik ora, ora gedəndə hamı bir yerdə mənlə. Biz getdik, ora deməli, keçdik, belə qapılar var idi. Ora girən kimi, qapılar bağlanan kimi, çöndü qayıtdı dedi ki, yıxın bunu yerə. Onda gözləməzdim belə şey. Yıxdılar, məni yerə özü tutdu məni ayaqlarımdan, başladı o tərəfdə bir otaq vardı, o tərəfə başladı çəkməyə məni. Biri də əlimdən, ayağımdan tutub sürüyürdülər. Mənim də əlimdə kaşlok vardı tutmuşdum kaşloku. Yer, orda otağa gedəndə, sklat kimi bir yer idi, o sonradan, bildim ki, namaz otağı idi. Onu mən dəqiqləşdirmək istəmirəm, bunlar məni biri vurdu, biri söydü, biri tutdu. İndi orda Ruslan nə deyirdi, onu eləyirdilər. Ruslan deyirdi, qaldırın, qaldırırdılar, yıxın, yıxırdılar. Yəni onlar biri telefonla çəkirdi, Ruslan özü. Kaşloku aldılar əlimdən, qayışımı çıxartdılar, mən orda dedim ki. Onlar elə bildilər, yəqin mən orda yalvaracam, ya qorxacam. Mən onlardan soruşdum ki, nəyə görə, mənə deyin. Bəlkə, dedim axı heç dalınızca belə söz deməmişəm. Aramızda heç bir dənə söyüşdə olmayıb, heç vaxt. Ümumiyyətə qalxdım mən dedim niyə belə eləyirsiz, bu mənə qayıtdı dedi ki, yıxın bunu yerə. Sən bizim turneri sırvat eləməyə gəlmisən? Sən mənim turnerimi sırvat eləməyə gəmisən? Mənim. Dedim ki, nə turner sırvat. Mən bura döyüşçü gətirmişəm, qoymurdular heç danışım, ordan-burdan deyirdilər. Dedim bu söhbət belə qalmayacaq. Uje ən axırda dedim bu söhbət belə qalmayacaq. Tofiq yenə də məni vurdu. Ruslan dedi ki, yaxşı bəsdirin, belə fso. Rüfət tutdu buramdan ki, yox. Dedim bu söhbət belə qalmayacaq. Dedi yox mənim sözüm var. Başladı ki, burda olanları gördün də sən. Yəni bu söhbət burda qalmalıdı. Yəni yoxsa ki, sən gördün də bizim gücümüzü. Bundan da pis ola bilər, belə. Həmin mamenti Şəhriyar girdi içəri. Şəhriyar girdi içəri. Bunlar çıxdılar. Şəhriyar dedi ki, burda nə baş verir Qasan nolub. Tutdu məni belə. Bunlara qayıtdı dedi ki, səhvsiz. Səhvsiz, mənlə üzbəüzdə belə bunlara qayıtdı dedi ki, mənə dedi ki, Qasan səbrli ol. Xahiş edirəm sakit ol. Turniri xahiş edirəm pozma. Turnuri pozma. Belə deyə-deyə 5-10 dəqiqə Şəhriyar məni sakitləşdirdi. Mən onlara qışqırdım. Dedim, kişi deyilsiz. Təkbətək 10 nəfər adam yığmısan üstümə. Dedim kişisən sən 10 nəfər adam yığmısan. Sonradan Yapon liqanın təşkilatçısı da mənə dedi ki, mən sizi day artıq yuxarı buraxa bilmərəm. Çünki, problem yarana bilər. Mən onunla ingilis dilində danışırdım. Söz verdim ki, dedim yəni mən sizə də söz verirəm, Şəhriyarada söz vermişəm. Mən özüm ümumiyyətlə uşaq deyləm. Mən bura döyüşçü gətirmişəm. Mən axı burda qala bilmərəm. O döyüşçünü mən çıxartmalıyam ora, mənim üstümdə məsuliyyət var. Mən sizə söz verirəm ki, mən dava salmayacam. Prezident Federasiyaya danışdım bunu, Azad Əsgərova. Mənə dedi ki, sən ağıllı oğlansan özün. Sən əgər belə bir iş başına gəlibsə, polisə zəng vur şikayət elə. Amma artıq bu dəqiqə, sonradan artıq gec olacaq. Mən isə bildim ki, bu yarış pozulacaq mən polisi çağırsam. Biyabırçılıq olacaq. Mən onu eləmədim. Dostlarıma danışdım, hamıya danışdım. Ondan sonra sabahısı günü mən getdim polis orqanlarına müraciət etdim. Bu oteldə, Mariottda həmin günü, Mariott oteldə X33lə görüşdükdən sonra üstündən 1 saat keçdi mənə yaxınlaşdı. Dedi ki, Qasan sən o qıza zəng vura bilərsən? Nastaya. Dedim ki, niyə? Dedi ki, onun müəllimi mənə tapşırmışdı ki, ona köməklik eləyək. Vesakonkayla, məşqlə bağlı. Dedim ki, narahat olma mən artıq burdayam. Bizim heç bir problemimiz yoxdur, çəkimiz də yaxşıdır. Hər şey yaxşıdır. Narahat olma, mən onu narahat etmək istəmirəm, zəng vurub. Dedim onun heç nömrəsi də yoxdu, whatsapp vasitəsilə. Mənim də nömrəm yox idi. O nömrədədir, mən sənə bildirirəm məşqçi kimi, skundantı kimi ki, ehtiyacımız heç nəyə yoxdur. Da. Dedim da. Dedim yaxşı day, yığdım telefonu götürmədi. Dedim gördün yığdım telefonu açmadı, Ruslan sən narahat olma, mən ona deyəcəm ki, sən dedin ki, nə lazımdı sənə müraciət edə bilərik. Çox sağ ol. Narahat olma. Bəlkə də ona görə oldu. Amma mən belə bir şey görmürəm ki, ona görə elə bir şey olsun. Ümumiyyətlə nəsə olsun. Orda axı biz mehriban, biz dediyini də elədim ona hörmət elədim yığdım da. Amma heç mən orda yığmamalıydım da qızı. Yığdım da telefonu açmadı qız. Heç o dediyi, o qızın müəllimi olan bir şəxs, o qızın müəllimi də deyildi. O qız mənə bildirdi sonradan. Mən onlarda məşq eləmişəm, tanıyıram o insanı. O mənim müəllim deyil, mənim müəllimim cəbhədədir. Burada siz gətirmisiz məni. Mən sizlə gəlmişəm. O qızı bunlar Yaponiyada görüblər. Bir yerdə onlar, həmin liqada iştirak ediblər. Bunlar yəqin istəyirdilər özlərinə bir tanışlıq yaratsınlar, belə, bu qızı onlar burda, yəni belə deyək də, qarşılasınlar, məşq eləsinlər, onların zalına gəlsin, baş çəksin. Day gördü artıq mən gəlmişəm. Onlar belə. Polisə müraciət elədim. Sağ olsun, mən cənab Nazirə müraciət elədim, məni qəbul etdi. Sağ olsun, bu işi öz nəzarətinə götürdü, obyektiv bir reaksiya verdi. Mən ona dedim ki, mən Sizdən haqq-ədalət istəyirəm. Mən yəni, birinci dəfədir həyatımda şikayətçi kimi qəbulunuza gəlmişəm. Xahiş edirəm ki, mənim, bax belə bir hadisə baş verib, mən təkəm, başqa yolla bu, mənə yəni, logika deyir ki, mən bu yolla. Mən də gəlmişəm Sizin yanınıza. O da sağ olsun, çox minnətdarlığımı bildirirəm, öz obyektiv reaksiyasını göstərdi. Yəni bugünkü gün də bunlar həbs olunublar. Tofiq birinci vurdu, amma yəni orda Ruslan nə deyirdi onu edirdilər. Deyirdi yıx, yıxırdılar, deyirdi sürüyün, sürüyürdülər, deyirdi vur, vururdular, deyirdi tutun mən vurum, tuturdular. Bax belə. Yəni Ruslan, bir də Rüfət, onun adı istintaqda bilindi. Onun adı da yadımdan çıxmışdı, o da belə fəal iştirakçı idi. Yəni çox biabırçı formada hərəkət oldu. 8 nəfər, 7-8 nəfər üstümə talpayla, heç bir səbəbdən, heç söhbət eləməyə imkan da vermədilər. Mən üzr istəyirəm, emosiya keçirdirəm onu danışanda. Mən yəni həmin gün 1 saatdan sonra, 2 saatdan sonra, 3 saatdan sonra mən emosiya ilə nəsə bir başqa şeylər baş verə bilərdi. Temboli mənim orda 4 yaşlı uşağım var, mən ora gəlmişəm. Həm birinci gündür demək olar ki, mən gəldim ölkəmə sevincək bir halda, uşağımı gördüm, yarış gördüm, dostlarımı gördüm, bütün dünyadan, xaricdən gələn döyüşçüləri gördüm. Mənim hamısı onlar dostlarımdı. Sevincək bir halda. Belə bir şey oldu. Mən o Ruslanı tapdalayacaqdım orda, yəni. Yaxşı ki, mən hələ səbr elədim, sabahısı gün mən adekvat olaraq, soyuqbaşla belə deyək getdim polisə müraciət etdim. Sağ olsunlar, onlar da Azərbaycan polisinin gücünü mənə bugünkü gündə göstərdilər. Bütün idmançılar deyirdilər ki, çaqqallıq eləyiblər. Hamısı da xahiş edir məndən ki. Amma deyirlər ki, çaqqaldırlar, deyirlər ki, səhvdirlər, dostları belə, adlarını çəkməyəcəm, hamısı. Ukraynada da belə deyirlər, Azərbaycanda da belə deyirlər. Tək idmançılar yox, Federasiyanın rəhbərləri, olimpik çempionlar, hamısı bu sözləri deyir mənə ki, onlar səhvdirlər. Bəli onlar artıq üzr istəməkdənsə mənim adıma ləkə vurmaq istəyirlər. İnternet vasitələrinə mənim adımı ləkələndirmək üçün deyirlər ki belə olmayıb, ayrı cür danışırlar. Mənim orda Allaha and olsun ürəyim zəif bir insan olsaydım, mənim ürəyim dayanardı yerində. Mənim yenə də, mənə güllə də atıblar, mənə bıçaq da vurublar, mən təhlükəsizliyin rəisi işləmişəm. Mən heç vaxt şikayətçi olmamışam, amma mən bugünkü gündə başqa yol görmürəm. Mən guya istəyərdim belə olsun? Yox. Bunlar neyniyiblərsə özləri eləyiblər. Gəlib üzr də istəməyiblər. Dəfələrlə mən onlara dedim ki, mən burda, ayıb olsun sizə, mən uşaqla gəlmişəm. Onlar istəyərdilər ki, mən onlara yalvarım, yəni belə. Mən özümü bir ara itirsəm də, mən onlara yalvarmamışam, onlara heç nə belə bir. Mən necə var elə demişəm ki, kişi deyilsiz, ayıb olsun sizin üçün, bu söhbət belə qalmayacaq sözləri axıracan da mən demişəm. Şəhriyar gələndən sonra da o sözləri demişəm. Artıq Şəhriyar gəldi uje son idi, yenə gəldi bunları çıxartdı otaqdan, sağ olsun. Şəhriyar olmasaydı bəlkə də mən dözə bilməzdim, mən 1 saat, yarım saat da olsaydı mən onlarla dava salardım yəni tədbir pozulacaqdı. Mənə Şəhriyar bir 10 dəfə dedi ki, mən istərdim ki, mən də dedim ki, yox, mən başqa yol seçmişəm Şəhriyar, mən deyiləm. Gələcəm söhbətə, mən orda döz bilməyəcəm, təhqir edəcəm onları, deyəcəm kişi deyilsiz, onlar da məni qaytaracaq sən pis vəziyyətdə qalacaqsan, qardaş. Çünki mən orda pis olacam. Dedim mən gedirəm, o dedi ki, mən onda çəkilirəm qırağa, get. Mən də getdim polisə. Zədələnmə idi. Siz bilirsiz, biz peşəkar döyüşçüyük, orda mən bilmirəm ki, mənim üstümə o qədər adam cumub məni döyə bilməyiblər. Yəni o bir xuliqanlıqdı, hərəkətlər. Onlar məni vururdular, üzümdən vururdular, Tofiq vururdu üzümdən, o birisilər. Mənim veteran olmağımı da, mənim onlara kömək eləməyimi də qoyaq bir qırağa, mən onlarla xaricə də getmişəm, onlara köməklik də eləmişəm, onlara döyüş də axtarmışam, onları müəyyən adamlarla tanış da eləmişəm. X30ra çox köməklik eləmişəm. Öz puluma mən hərəyə biletlər alıb, otellərdə, mən getmişəm onlarla. Onlar özləri yaxşı bilirlər bunu. Mən, bugünkü gündə mənə başqa adamlar bunu eləsəydi, heç mənə o qədər də, mən hirslənməzdim. Amma bu insanlar belə elədi, onlara yaraşmayan bir hərəkətdi. Bugünkü gündə üzr istəməkdənsə, onlar hələ məni səhv çıxartmaq istəyir, məni borclu çıxarmaq istəyir. Deyirlər ki, mən cummuşam Tofiqin üstünə. Tofiq, sən çempionsan, mənə deyirsən ki, mənim sənə gücüm çatar. Utanmaz- utanmaz deyir. Mən veteranam, 44 yaşım var artıq. Mən artıq vuruşmuram. Kino danışırlar, mən gəlmişəm, cummuşam. Bunlar 7-8 nəfər olub, gəlmişəm bunların üstünə cummuşam. Hə gəlmişəm, uşağı qoymuşam yuxarıda, düşmüşəm kaşlok əlimdə gəlib bunların üstünə hücum eləmişəm. Tofiqə hücum eləmişəm, məni ayırıblar döyüb, bunlara cummuşam. Ona padnoşka verib yıxıblar. Məhkəmə baxışı zamanı tədqiq edilmiş ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 03 noyabr 2023-cü il tarixdə X18 ambulator müayinədən keçmiş və ona başin, boyunun və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 04 noyabr 2023-cü il tarixdə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2023-cü il tarixli 636 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əl, yumruq və təpiklə döyülərək xəsarət aldığını, xəsarət aldığı nahiyələrdə ağrı hiss etdiyini, buna görə də 03 noyabr 2024-cü il tarixdə X20 müraciət etdiyini bildirmişdir. Ekspert tərəfindən qoyulmuş suallara cavab olaraq vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir, tibbi sənəddə göstərilən başın, boyun travması, döş qəfəsinin küt travması diaqnozu xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığına və onun məhkəmə-tibbi müayinəsi zamanı belə əlamətlər olunmadığına görə xəsarət kimi qiymətləndiirlməsi mümkün olmadığı nəticəsinə gəlinmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 16 yanvar 2024-cü il tarixdə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2024-cü il tarixli T92/2024 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs istər ilkin, istərsə də təkrar məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, və Şahid5 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2012-ci il tarixli hökmü ilə 70, 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 01 il şərti sınaq müddəti təyin edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 29 yanvar 2024cü il tarixdə, saat 19:20-də dəqiqədə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərarlardan görünür ki, 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs5 qətimkan tədbirinin seçilməsi haqqında qərarla 30 yanvar 2024-cü il tarixdə saat 18:10-da tanış olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-77/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-78/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-79/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-85/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-304/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat və vəsatətin təmin olunmasından imtina olunmuş və Təqsirləndirilən şəxs4 məhkəmə zalından azad olunmuşdur. Qərardan narazı qalan Bakı şəhəri prokurorunun müavini Mobil Şəfiyev apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 (103)-422/2024 saylı, 29 aprel 2024-cü il tarixli qərarı ilə şəhəri prokurorunun müavini Mobil Şəfiyev apellyasiya protesti və həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimatı təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-304/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarı ləğv olunaraq Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti uzadılmış və o, məhkəmə zalında dərhal həbs edilmişdir. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs5 himayəsində 21 yanvar 2021-ci il təvəllüdlü X9 və 17 iyun 2019-cu il təvəllüdlü X8 var. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs2 himayəsində 26 noyabr 2022-ci il təvəllüdlü X10 var. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs4 himayəsində 31 mart 2020-ci il təvəllüdlü X15 və 25 may 2021-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 Camal oğlu var. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs1 himayəsində 08 sentyabr 2017-ci il təvəllüdlü X7 var. Məhkəmə qeyd edilən cinayyət əməlləri ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmə iclasında və ibtidai istintaq zamanı cinayət əməlini etiraf etməmələrini, öz müdafiəsi üçün dəlillər gətirərək zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Dəniz Mail ticarət mərkəzində idmançılar üçün ayrılmış xüsusi yerə dəvət etmədiklərini, sonuncunu vurub bədən xəsarəti yetirmədiklərini, zor tətbiq etmədiklərini, hadisənin 1 dəqiqədən qısa müddətdə baş verməsi və Təqsirləndirilən şəxs4 hadisə yerində olmaması ilə bağlı ifadələrini qeyri ciddi və səmimi olmayan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətmələri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu, o cümlədən, zərərçəkmiş şəxsin ifadəsi, video müraciəti, şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətlərinin protokolları, tibbi sənədlər və digər istintaq materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hadisədən bir gün sonra 03 noyabr 2023-cü il tarixdə X18 ambulator müayinədən keçmiş və ona başin, boyunun və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdur. Bunun ardınca Zərərçəkmiş şəxs Səbail Rayon Polis İdarəsinin 09-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 02 noyabr 2023-cü il tarixdə “Dəniz Mall” ticarət mərkəzində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Rüfət adlı şəxs, Xəzər adlı şəxs, Şahid5 və digər şəxslər təxminən 10 nəfərə yaxın şəxs heç bir əsas olmadan onu döyərək təhqir etdiklərini və həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində, “youtube” internet platformasında verdiyi müsahibəsində, ilkin izahatından, Səbail rayon Prokurorluğu və Polis İdarəsinə müraciətlərində təkrarlayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətmələrini bildirmiş və tədbir görülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 “X27 Boulevard” otelindən məşq yoldaşları olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Tural Rəhimov və Təqsirləndirilən şəxs1lə birlikdə ticarət mərkəzinə gələrkən, yolda olarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla telefon danışıqlarının olmasını Təqsirləndirilən şəxs1 sonuncuya “niyə belə edirsən, gələrəm aydınlaşdırarıq” dediyini, Şahid1 ona zəng edilərək Ukrayna idmançısının məşqçisi Zərərçəkmiş şəxsla Ruslan müəllim və idmançıları arasında mübahisə yaranması barədə məlumat verildiyini, Şahid4 02 noyabr 2023-cü il tarixdə “face to face” idman şousunun keçirildiyi səhnənin yaxınlığında olarkən əməkdaşların ona zəng edərək Dəniz Mail ticarət mərkəzinin 2-ci mərtəbəsində idmançılar arasında münaqişənin baş verdiyini bildirdiklərini, Zərərçəkmiş şəxs orada dayandığını, üz nahiyyəsində bir iki cızığın ola biləcəyini gördüyünü, Şahid3 dəhlizin sonuncu künc otağından səs-küy gəldiyini eşitdiyini, buna görə də dəhlizdə dayanan hər kəs, yəni məşqçilər, işlədiyi şirkətin və Dəniz Mail ticarət mərkəzinin mühafizəçiləri həmin yerə getdiklərini, Şahid6 yarışa qonaq kimi gəlmiş Fərrux adlı şəxsin ona uzaqdan işarə verib bayırda səs küylə müşayiət olunan sporlaşma olduğunu deməsini, onun dərhal buna müdaxilə etmək üçün otaqdan bayıra çıxıb Fərruxun yönləndirməsi ilə karidorla sağa bir qədər gedib otaq kimi yerə daxil olan zaman çoxlu sayda şəxslərin yığışmasını, səs küy olmasını gördüyünü, eşidib bura yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla səs küylü vəziyyətdə yaxa-yaxaya tutduğunu gördüyünü, qarışıq vəziyyət yarandığını, bu vaxtı ora mühafizə xidmətinin əməkdaşları, digər idmançlar və orada olan tanımadığı şəxslər yığışdığını, həmin vaxt onların arasında olan sporlaşmaya müdaxilə edib Ruslan və digərlərinin əlindən Zərərçəkmiş şəxs alıb aralaşdırmasını, hər iki tərəfə ciddi iradını bildirməsini və onların etdiyi bu hərəkətlərlə münaqişə yarandığı üçün tədbirin pozula biləcəklərini, ev yiyəsi olsalarda bu hərəkətlərinə görə xarici idmançıların yanında biyabır olacaqlarını dediyini, Şahid2 uca səslə münaqişəyə bənzər səs-küy eşitdiyini, koridorun sonunda sağ tərəfdə yerləşən otağa doğru çoxlu sayda idmançı və mühafizəçinin qaçaraq getdiyini, bir qrup şəxsin bir-biri ilə qışqıraraq mübahisə etdiyini eşidiyini, onlar uca səslə danışdıqlarını, bu hadisənin onların işinə də təsirsiz ötüşmədiyini, o və digər əməkdaşların porotokol üzrə təhkim olduqları yerləri tərk etməli olduqlarını, Zərərçəkmiş şəxs sonra içəridən Təqsirləndirilən şəxs5 və Azərbaycanın digər MMA idmançılarının çıxdığını gördüyünü, onlar təxminən 6 nəfər olduqlarını, onlar otaqdan çıxdıqdan sonra birbaşa sağ tərəfdə yerləşən mətbəx otağına getdiklərini, onların ardınca isə Şahid6 da mətbəx otağına daxil olduğunu, Şahid6 onları sakitləşdirməyə çalışdığını, onlar mətbəx otağında təxminən 5 dəqiqə qaldıqlarını, Şahid7 isə dayandığı mərtəbədə özündən sağ tərəfdə olan otaqların birindən səs küyün gəldiyini eşitdiyini, onun və onunla birlikdə bir neçə “Dəniz Mail” ticarət mərkəzinin mühafizəçiləri səs küy olan tərəfə, getdiklrini, səslərin onları dəhlizin axırına, sağ tərəfdəki otağa gətirib çıxartdığını, səs küyün gəldiyi otaqda təxminən 6-7 nəfər şəxslərin toplandığını gördüyünü, otaqda olan bir çox şəxslərin arasında bundan əvvəl gördüyü Həsən adlı şəxsi gördüyünü, onun yanında adlarını bilmədiyi idmançıların olduğunu, onlar mübahisəli formada bir biri ilə söhbət etdiklərini göstərərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cinayət əməllərini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qayaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar tamamilə subuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, “Qarışıq döyüş növləri” üzrə yığma komandanın üzvü olmasını, Avropa və Dünya, həmçinin RİZİN gramprisin çempionu olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, dövlət başçısı tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını və mənzillə təmin olunmasını onun cəzasını yüngülləşdirən və şəxsiyyətini xarakterizə edən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs5 barəsindəki mövcud olan yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qiymətləndirir və həm də bu zaman onun törətdiyi xuliqanlıq cinayətinin məqsədini və motivini, habelə onun törətmiş olduğu ictimai-təhlükəli əmələ psixi münasibətini formalaşdıran faktiki halların, ayrı-ayrı xüsusatların xarakterini də nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza - cərimə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 cərimə cəzası təyin edilərkən onun 29 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək tutulduğu müddət nəzərə alınaraq ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 29 yanvar 2024cü il tarixdə, saat 19:20-də dəqiqədə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, 2023-cü ildən Azərbaycan Respublikasında “Qarışıq döyüş növləri” üzrə yığma komandanın baş məşqçisi olmasını, tanınmış idmançı və trener olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən və şəxsiyyətini xarakterizə edən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsindəki mövcud olan yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qiymətləndirir və həm də bu zaman onun törətdiyi xuliqanlıq cinayətinin məqsədini və motivini, habelə onun törətmiş olduğu ictimai-təhlükəli əmələ psixi münasibətini formalaşdıran faktiki halların, ayrı-ayrı xüsusatların xarakterini də nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-79/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs3 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, “MMA”, yəni qaydasız döyüş növləri üzrə idmançı olmasını və müxtəlif yarışlarda iştirak etməsini, gənc olmasını, cəzasını yüngülləşdirən və şəxsiyyətini xarakterizə edən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsindəki mövcud olan yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qiymətləndirir və həm də bu zaman onun törətdiyi xuliqanlıq cinayətinin məqsədini və motivini, habelə onun törətmiş olduğu ictimai-təhlükəli əmələ psixi münasibətini formalaşdıran faktiki halların, ayrı-ayrı xüsusatların xarakterini də nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-78/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, peşəkar səviyyədə qarışıq döyüş növləri (MMA) ilə məşğul olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, gənc cəzasını yüngülləşdirən və şəxsiyyətini xarakterizə edən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsindəki mövcud olan yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qiymətləndirir və həm də bu zaman onun törətdiyi xuliqanlıq cinayətinin məqsədini və motivini, habelə onun törətmiş olduğu ictimai-təhlükəli əmələ psixi münasibətini formalaşdıran faktiki halların, ayrı-ayrı xüsusatların xarakterini də nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-77/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs4 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ali təhsilli olmasını, ali təhsilini 2010-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “təkmübarizlik” ixtisası üzrə bakalavr pilləsində aldığını, göründüyü kimi peşakar idmançı və MMA döyüşçüsü olmasını, 4 qat dünya çempionu, 3 qat Avropa çempionu, 8 qat respublika çempionu, Dünya Kubokunun sahibi, idman ustası, 2017-ci ildə baş tutmuş 4-cü X6 gümüş medalçıs olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən və şəxsiyyətini xarakterizə edən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs4 barəsindəki mövcud olan yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qiymətləndirir və həm də bu zaman onun törətdiyi xuliqanlıq cinayətinin məqsədini və motivini, habelə onun törətmiş olduğu ictimai-təhlükəli əmələ psixi münasibətini formalaşdıran faktiki halların, ayrı-ayrı xüsusatların xarakterini də nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-85/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həbs etmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-304/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat və vəsatətin təmin olunmasından imtina olunmuş və Təqsirləndirilən şəxs4 məhkəmə zalından azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 (103)-422/2024 saylı, 29 aprel 2024-cü il tarixli qərarı ilə şəhəri prokurorunun müavini Mobil Şəfiyev apellyasiya protesti və həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimatı təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-304/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarı ləğv olunaraq Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti uzadılmış və o, məhkəmə zalında dərhal həbs edilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 30 yanvar 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, bundan sonra ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 aprel 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Hazırki cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs5, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 29 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək tutulduğu müddət nəzərə alınmaqla təyin olunmuş cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 30 yanvar 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 29 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-237/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-237/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver