Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-237/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Azərbaycan Respublikası Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsul-katibi-böyük məsləhətçi X6, Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X9, müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2010-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, Yevlax şəhəri, Nizami prospekti, 234 saylı mənzildə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2008-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, Yevlax şəhəri, C.Kərimov küçəsi, 126 saylı mənzildə qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, M.Xiyabani küçəsi 111 saylı evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, X11 və X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarındakı vəzifə bölgüsünə əsasən, qrup üzvləri olaraq o və X11 21 dekabr 2024-cü il tarixdə saat 06:16:50-də ünvan 2 ünvanın kəsişməsində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlədiyi “Organica Bakery” iaşə obyektinin plastik qapısını əl ilə açmağa cəhd etmiş, bu zaman qrup üzvləri Təqsirləndirilən şəxs2 və Onur Hüseynov restoranın küçə hissəsində dayanaraq onları sığortalamış, sonuncu onun və Dəniz Cavadovun restorana daxil olmasına zəmin yaratmaq üçün kömək məqsədilə üzərində olan vintaçanla restoranın giriş qapısının kilidini açdıqdan sonra o və Dəniz Cavadov cinayəti başa çatdırmaq məqsədilə qanunsuz olaraq restorana daxil olub, heç kimin görmədiyi şəraitdə Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində “Azercell” mobil şəbəkəsinə aid ***-***-**-** mobil nömrə olan 260 manat dəyərində “Samsung A04” modelli mobil telefon aparatını və saxlanc yeri hesab olunan kassa aparatının siyirtməsinə qanunsuz olaraq daxil olub oradan 312 manat nağd vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 582 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, X11 və X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarındakı vəzifə bölgüsünə əsasən, qrup üzvləri Təqsirləndirilən şəxs1 və Dəniz Cavadov 21 dekabr 2024-cü il tarixdə saat 06:16:50-də ünvan 2 ünvanın kəsişməsində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi “Organica Bakery” iaşə obyektinin plastik qapısını əl ilə açmağa cəhd etmiş, bu zaman qrup üzvləri olaraq o və Onur Hüseynov restoranın küçə hissəsində dayanaraq onları sığortalamış, sonuncu Təqsirləndirilən şəxs1 və Dəniz Cavadovun restorana daxil olmasına zəmin yaratmaq üçün kömək məqsədilə üzərində olan vintaçanla restoranın giriş qapısının kilidini açdıqdan sonra Təqsirləndirilən şəxs1 və Dəniz Cavadov cinayəti başa çatdırmaq məqsədilə qanunsuz olaraq restorana daxil olub, heç kimin görmədiyi şəraitdə Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində “Azercell” mobil şəbəkəsinə aid ***-***-**-** mobil nömrə olan 260 manat dəyərində “Samsung A04” modelli mobil telefon aparatını və saxlanc yeri hesab olunan kassa aparatının siyirtməsinə qanunsuz olaraq daxil olub oradan 312 manat nağd pul vəsaitini götürdükdən sonra əldə edilən pulları aralarında bölüşdürüb birlikdə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs 582 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək məhkəməyə bildirmişdir ki, sadəcə pul götürməyi planlamışdılar. Telefonu Dəniz götürmüşdü. Ac olduqları üçün özlərinə yemək aldılar. Əməlimdən peşmandır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirdi ki, çöldə ağacın dibində dayanmışdı. İçəri girməmişdi. Telefonu digər təqsirləndirilən şəxslərdən biri götürüb, Ümid və o götürməmişdir. Əməlimdən peşmandır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs məhkəməyə bildirir ki, video görüntülər mövcudur. Çöldə duran şəxsi başa düşdü ki, içəri girməmişdir, amma digər içəri girən şəxs telefonu götürüb, başqa kim götürə bilər ki? Dəyən zərər ödənməmişdir. Hadisə gecə yarısı olub. Gözü ilə şahidi olmamış, amma görüntülərə baxmışdır. Hadisənin üzərindən 7- 8 ay təxmini keçdiyi üçün görüntüləri tam xatırlamır. Amma qapını qırdıqlarını, şəxslərdən 1-nin çöldə dayandığını, 3-nün isə daxil olduğu yadındadır. Telefon və pul qaytarılmamışdır. Şikayətçidir. Dəyən ziyanın ödənilməsini istəyirəm. Məhkəmə istintaqında şahid qismində ifadə verən Şahid məhkəməyə bildirmişdir ki, satıcı kimi işləyir, sahibi Zərərçəkmiş şəxsdır. Giriş dəmir alminium qapını qırıb girmişdilər. Saatı tam xatırlamıram. Gələndə qapını qırıq, kassada nağd pul olmamasını, mobil telefon və nömrənin götürüldüyünü gördüm. 102-ə zəng edərək məlumat verdi. Nə götürülübsə video-kadrlar da vardır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, qanuni nümayəndələrini, Azərbaycan Respublikası Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsul-katibi-böyük məsləhətçi X7 və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər və onların təqsiri, özlərinin etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanın kəsişməsində yerləşən “Organica Bakery” iaşə obyektidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək, qeydə alınmış video görüntülər diskə yazılaraq protokola əlavə edilmişdir (c.i.v.10-16). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, video görüntülərə baxış keçirilən zaman 21 dekabr 2024-cü il tarixdə 2 nəfər ünvan 3 ünvanın kəsişməsində yerləşən “Organica Bakery” iaşə obyektidir (c.i.v.15). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 fevral 2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.53). İş materiallarında olan “təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, X1 Ümid Şahin qanuni nümayəndəsi kimi tanınmışdır (c.i.v.78-79). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.115-116). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.128- 130). İş materiallarında olan “təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, X3 Zaur Mixail oğlunun qanuni nümayəndəsi kimi tanınmışdır (c.i.v.90-91). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.148-149). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.161- 163). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 17 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (c.i.v.49). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 25 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (c.i.v.171-172). Səbail Rayon Məhkəməsinin 1(009)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər barəsində axtarış elan edilmişdir. Səbail RPİ-nin 39-cu PB-nin xx.xx.2025-ci il tarixli 47-3/2-7605 və 47-3/2-7606 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saxlanılaraq PB gətirilmişdilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların özlərinin ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamalarını, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisəni törətdiyi vaxt yetkinlik yaşına çatmamış şəxs olduğunu məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisəni törətdiyi vaxt yetkinlik yaşına çatmamış şəxs olduğunu məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən onların barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzalarını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X10 üzərinə təhsil müəssisəsində təhsil aldığı müddət istisna olmaqla hər gün saat 19:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 1 ünvanını dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yeri və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə təhsil müəssisəsində təhsil aldığı müddət istisna olmaqla hər gün saat 19:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 4 ünvanı dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yeri və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 45 saat, 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 45 saat, 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi2 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 08 oktyabr 2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə təhsil müəssisəsində təhsil aldığı müddət istisna olmaqla hər gün saat 19:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 1 ünvanını dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yeri və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 08 oktyabr 2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə təhsil müəssisəsində təhsil aldığı müddət istisna olmaqla hər gün saat 19:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 4 ünvanı dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yeri və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 45 saat, 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 45 saat, 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi2 ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-237/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-237/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver