Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-238/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Göyçay rayonu, Şəkər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs arvadı X2 adına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Təqsirləndirilən şəxs küçəsi, döngə 1, 10 saylı ünvanda yerləşən 6 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən «Çıxarış»ın alınmasına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr oktyabr ayları ərzində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində ümumilikdə 5900 (beş min doqquz yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək məhkəməyə ziddiyyətli ifadələr vermişdir. Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərmişdir ki, təxminən 10 ilə yaxın müddətdir makler kimi ev alqısatqısı ilə məşğul olur. 2020-ci ilin sentyabr ayında əvvəllərdən tanıdığı Zərərçəkmiş şəxs ona zəng edərək evini müştərinin 360.000 (üç yüz altmış min) manata istədiyini bildirmiş, gəlib onların yanında torpağın sənədinin hazırlanması üçün əlavə 10000- 15000 manat pul lazım olduğunu deməsini xahiş etmiş evin qiymətini qaldıracağı təqdirdə ona 3.000 manat verəcəyini söyləmişdir. Bundan sonra o, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına olan parka gəlib özünü Zərərçəkmiş şəxs dostu kimi təqdim edərək zərərçəkmiş şəxs və evi almaq istəyən 2 nəfər şəxslə görüşmüş, ondan torpaq sahəsinin sənədinin hazırlanması üçün nə qədər pul lazım olduğu soruşulduqda 10000-15000 manat demiş və onlar evi 370.000 min manata almağa razılaşmışlar. 15 gün sonra Zərərçəkmiş şəxs xahişi ilə o, torpaq sahəsi və evi alan Kamil adlı şəxsə zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuş və bundan 2 gün sonra o, Zərərçəkmiş şəxs arvadı Rahilə Hüseynova, oğlu Şahid1 və alıcı ilə birlikdə notariat kontoruna getmiş və 10.000 (on min) manat beh verilməsi barədə müqavilə bağlanmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs evin qiymətini qaldırdığına görə zəhmət haqqı kimi ona pul vermişdir. Məhkəmə baxışının sonrakı mərhələlərində Təqsirləndirilən şəxs göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs torpağa «Çıxarış» sənədi almaq üçün həqiqətən Cəlilin bildirdiyi kimi 5900 (beş min doqquz yüz) manat deyil, 2900 (iki min doqquz yüz) manat pul almışdır, həmin pulun bir qismi torpağın sənədləri əmlak komitəsinə təqdim edilərkən xərclənmiş, Cəlilin və oğlu Emilində bu xərclərdən məlumatı olmuş, ona 2300 (iki min üç yüz) manat pul qalmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd etdiyi 3000 (üç min) manat pulu o almamışdır, o pulu Cəlil özü götürmüşdür. Cəlilə də dəfələrlə bildirdiyi kimi xəstə olduğu, ürək əməliyyatı keçirdiyi və imkanı olmadığına görə həmin pulu Cəlilə qaytara bilməmişdir. Peşman olduğunu, ürək xəstəsi olduğunu və himayəsində azyaşlı uşağı olmasını məhkəmədən nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Seymur Məmmədov küçəsi, dongə 1, 10 saylı ünvanda yerləşən həyət evini satmaq qərarına gəlmiş, Kamil adlı şəxslə danışıb razılaşmışdır. Alqı-satqı məsələsi həll edilərkən məlum olmuşdur ki, bunun üçün evin mülkiyyət sənədi kifayət etmir, evin yerləşdiyi torpaq sahəsinində mülkiyyət sənədi olmalıdır. Torpağın mülkiyyət sənədi olmadığı halda alqı-satqı etmək mümkün olmayacaqdır. Ona görə də əvvəllərdən tanıdığı makler işi görən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs heç bir problem olmadığını 3000 (üç min) manat pul müqabilində torpağa mülkiyyət sənədi düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla razılaşmış, keçmiş həyat yoldaşının adına olan evin sənədlərini Sırac Məmmdova vermiş və Sıracı oğlu Emillə tanış etmişdir. Keçmiş həyət yoldaşı evlə bağlı sənədləşmə işləri aparmaq üçün etibarnaməni oğlu Emilə vermişdir. Bundan sonra ilkin olaraq sənədin düzəldilməsi üçün Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul vermişdir. Daha sonra sənədlərin Əmlak Komitəsinə verilməsi və sənədlər Əmlak Komitəsində olan dövrdə Təqsirləndirilən şəxs ondan 200 (iki yüz) manat bir, 100 (yüz) manat bir, 500 (beş yüz) manat bir və 100 (yüz) manat bir pul almışdır. Buna baxmayaraq həmin müddət ərzində sənədlər düzəlməmişdir. Sonuncu dəfə 11.10.2020ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək sənədin düzəlməsi üçün əlavə olaraq 3000 (üç min) manat pul lazım olduğunu ona bildirdikdə o, həmin vaxt Təqsirləndirilən şəxsla razılaşaraq, Təqsirləndirilən şəxs əlavə olaraq 3000 (üç min) manat pul vermişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığ evin torpağına «Çıxarış» düzəltməsi üçün ümumilikdə hissə–hissə 5900 (beş min doqquz yüz) manat pul vermişdir. Lakin buna baxmayaraq sənədin düzəlməsi gecikmiş və o, sənədin gecikdiyni görüb Təqsirləndirilən şəxs dəfələrlə soruşmuş, o hər dəfə bir bəhanə gətirmişdir. Təqsirləndirilən şəxs əvvəl pandemiyanı, sonra isə müharibənin başlamasını və buna görə işin yubandığını deyirdi. Hətta bir dəfə Təqsirləndirilən şəxs yalandan guya Əmlak Komitəsində işləyən bir şəxslə onları calaşdırmış, həmin şəxsin telefon nömrəsini vermiş, dostu olan həmin şəxsdən özünü Əmlak Komitəsinin işcisi kimi təqdim etməsini, onların evinin sənədlərinin yaxın zamanlarda hazır olmasını deməsini xahiş etmiş, oğlu Emil Rəhim adlı həmin şəxslə əlaqə saxlamış, Rəhim adlı şəxs özünü əmlak komitəsinin işçisi kimi təqdim etmiş, yaxın zamanlarda sənədlərin hazır olacağını onlara bildirmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirsə də, sənədi düzəldib ona təqdim etməmişdir. Təqsirləndirilən şəxs pulunu dəfələrlə istəməyinə baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə qaytaracağını bildirsə də hazır ki vaxta qədər müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb polis orqanlarına məlumat vermişdir. S.Məmmdovdan şikayətçidir. Ondan vurulmuş ziyanın ödəməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2000-ci ildən onun atası Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Seymur Məmmədov küçəsi, dongə 1, 10 saylı ünvanda yerləşən 6 sot torpaq sahəsini almış və ev tikdirmişdir. Həmin evə Çıxarışı anası Rəhilə Hüseynovanın adına almışdır. 2020-ci ildə həmin mülkü satmaq qərarına gəlmiş və çoxdan tanıdığı Təqsirləndirilən şəxs ona sənədləşmədə kömək etməsini xahiş etmişdir. Anası ona evlə bağlı sənədləşmə işləri aparmaq üçün etibarnamə vermişdir. Təqsirləndirilən şəxs atasına Çıxarış alması üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmiş və atası razılaşmışdır. Təqsirləndirilən şəxs ilkin olaraq atasından 2000 (iki min) manat pul və torpağa aid olan sənədləri almışdır. Sonra Təqsirləndirilən şəxs onunla birlikdə Əmlak Komitəsinə getmiş və torpaq sahəsinin sərəncamına görə arxiv sənədi olmadığı üçün sənədləri ondan qəbul etməmişlər. Daha sonra o, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs yaxın dostu olan Şahid2lə birlikdə arxiv sənədini almaq üçün ASAN xidmətə getmişlər. Arxiv sənədini aldıqdan sonra o, və Təqsirləndirilən şəxs sənədləri Əmlak Komitəsinə vermişlər. Sənədlər Əmlak Komitəsində olan dövürdə Təqsirləndirilən şəxs əlavə atasından 200 (iki yüz) manat bir, 100 (yüz) manat bir, 500 (beş yüz) manat bir və 100 (yüz) manat bir pul almışdır. Sonuncu dəfə atası Zərərçəkmiş şəxs ona zəng edib Təqsirləndirilən şəxs ondan sənəd üçün yenədə əlavə 3000 (üç min) manat pul istədiyini bildirmiş, o, özü Sıracla danışmış və atasına pulun Təqsirləndirilən şəxs verilməsini demişdir. Beləliklə, atası torpağa Çıxarış düzəlməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 5900 (beş min doqquz yüz) manat pul vermişdir. Buna baxmayaraq sənədin düzəlməsi geçikdirildikdə atası Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs pandemiya daha sonra müharibənin başlanması ilə əlaqədar geçikmə baş verdiyini, yaxın günlərdə çıxarışın hazırlanıb veriləcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs zəng edərək sənədləşmənin nə yerdə olmasını soruşduqda sonuncu ona Əmlak Komitəsinin əməkdaşı kimi təqdim etdiyi bir şəxsin nömrəsini vermiş və ondan soruşmasını bildirmişdir. O, həmin şəxsə zəng edib sənədi soruşduqda həmin şəxs sənədin qəbul olduğunu və capa verildiyini, yaxın günlərdə sənədin düzələcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs dostu Şahid2dir və onun Əmlak Komitəsinə aidiyyəti yoxdur. Bundan sonra başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadıb pullarını ələ keçirib və onlar polis orqanlarına şikayətlə müraciət etmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki Təqsirləndirilən şəxs tanıyır onunla dostluq münasibətləri vardır. Təxminən 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona bir nəfərlə zarafat etdiyini bildirib onun mobil nömrəsini həmin şəxsə verəcəyini, həmin şəxs ona zəng edən zaman özünü Əmlak Komimtəsinin işçisi kimi təqdim edib sənədlərin yaxın vaxtlarda hazır olacağını deməsini xahiş etmişdir. Bundan bir neçə dəqiqə keçdikdən sonra bir nəfər şəxs ona zəng edərək ona məxsus olan torpaq sahəsinin sənədlərinin nə yerdə olduğu barədə soruşduqda o, da Təqsirləndirilən şəxs dediyi kimi həmin şəxsə bildirmişdir ki, sizin sənədlər çapdadır, hazır olanda xəbər ediləcək. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin şəxslərdən pul alaraq onlara yaşadıqları evin torpaq sahəsinə «Çıxarış» sənədi düzəltdirəcəyini söz vermiş, lakin bunu edə bilməmişdir. Bu hadisələr zamanı Təqsirləndirilən şəxs ona pul verməmiş, ancaq bir dəfə maşınına 10 (on) manat benzin tökmüşdür. Təqsirləndirilən şəxsla uzun müddət dost olduqlarına görə onun xahişi ilə Zərərçəkmiş şəxs oğlu ona zəng edərkən özünü Əmlak Komitəsinin işçisi kimi təqdim etmiş və buna görə hər-hansı maddi marağı olmamışdır. İş materiallarında olan 01 yanvar 2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, 30.12.2020-ci il tarixli HK-1/765 nömrəli materialın icrası ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan 01 ədəd CD diski ondan götürülmüşdür. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, HK-1/765 nömrəli materiala əlavə edilmiş 01 ədəd CD diskə kompüterə daxil edilib səsləndirməklə baxış keçirilmişdir. Diskdə 6 ədəd audioyazı faylı vardır. Məhkəmə-fonoskopik ekspertizasının 4/194-4/195 saylı 14.04.2021-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissəsində verilmiş yazılı mətinlərindən «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2, «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi X4 məxsusdur. Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 arasında gedən telefon danışıqlarının mətnindən görünür ki, həqiqətən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs torpağın sənədləşmə işini aparmaq üçün müəyyən məbləğdə pul almışdır, həmin pulu maddi imkanı yol vermədiyi üçün hazırda qaytara bilmir və yaxın zamanlarda qaytaracağına söz verir. 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində 24 sentyabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti əvvəlcədən zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlərin və torpaqların alqı-satqısı, sənədləşməsi işi ilə məşğul olmuşdur və ona bu sənədləşmə işlərinin aparılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş hansı dövlət rüsümlarının olması məlum olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən bildirmişdir ki, zərərçəkmsiş Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşına məxsus olan torpaq sahəsinin mülkiyyət sənədinin alınması üçün qanunla müəyyən edilmiş rüsumlardan başqa əlavə ödnişlər nəzərdə tutulmamışdır və məhkəmə istintaqının gedişində də müəyyən olunduğu kimi həmin pulları ələ keçirib öz şəxsi ehtiyacları üçün xərcləmək istəmişdir. Bu halllar məhəkəmə baxışında dindirilmiş zərərçəkmiş, şahid ifadələri və digər sübutlarla da təstiq olunur. İş üzrə dindirilmiş təqsrləndirilən şəxsin dostu Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ondan zərərçəkən və ailə üzvləri zəng edərkən özünü Əmlak Komitəsinin işcisi kimi təqdim etməyi, həmin şəxslərin sənədlərinin yaxın vaxtlarda hazır olacağını deməsini xahiş etmiş, o da dostunun bu xahişini yerinə yetirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu Emil ona zəng edərkən əmlak komitəsinin əmdaşı olduğunu və torpağa dair sənədlərinin qısa vaxtda hazır olacağını ona bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının ilkin mərhələsində verdiyi ifadələrini yəni «zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı pulu Zərərçəkmiş şəxs satdığı evin qiymətini qaldırdığına görə zəhmət haqqı kimi alması, digər 3000 (üç min) manat pulu isə almadığını, həmin 3000 (üç min) manatı Cəlil Məmmdovun özünün götürməsinə» dair verdiyi ifadələrini özünü müdafiə, məsulliyyətdən yaxa qurtarmaq üçün verilən ifadələr kimi qiymətləndirərək yalan ifadələr kim qəbul etmir, məhkəmə baxışnın sonrakı mərhələsində və onun ibtidai istinataq zamanı verdiyi ifadələrinin daha doğru olduğunu, iş materialları ilə də uyğunluq təşkil etdiyni nəzərə alaraq həmin ifadələri doğru ifadələr kimi qiymətləndirir və qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə onun ürək xəstəsi olmasını və zərəçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsinə cəhd etməsini diqqətə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası zamanı müəyyən vəzifələr qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının istintaqda və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaqda müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ( "xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-238/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-238/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver