Məhkəmə qərarları › İş №1(009)-238/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-238/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-238/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 noyabr 2023-cü il tarixdə saat 12.45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X6 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, cinayətkar niyyətlərini həyata keçirtmək üçün aralarında vəzifə bölgüsü müəyyən edərək sövdələşdikdən sonra 17 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan ünvan 2 ünvanında yerləşən qadın geyim və aksesuarları satılan “Look” adlanan mağazanın qarşısına gələrək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, kənar şəxsin gəldiyi halda onları sığortalamaq üçün Fərid Kərimov mağazanın qarşısında dayanıb ətrafın müşahidəsini aparmış, o, isə Nuhan Gülümcanov ilə birlikdə mağazanın qapısını sonuncunun özündə gəzdirdiyi alətlə müdaxilə edib açdıqdan sonra, o mağazanın qarşısında gözləmiş, Nuhan Gülümcanov isə mağazaya qanunsuz daxil olub, oradan həmin dövrə milli manata nisbətdə məzənnəsi 5100 manat təşkil edən 3000 ABŞ dolları və 1000 manat pulu gizli olaraq talayıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 6100 manat yəni, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası ilə birlikdə 2019-cu ilin yanvar ayına qədər Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində xalası ilə yaxın binalarda yaşamışlar. Atası 2015-ci ilin yanvar ayında vəfat etmiş, anası isə 2019-cu ilin yanvar ayının 15-də vəfat etmişdir. O, evin tək övladı olduğu üçün Naftalan şəhərində yaşayan bibisi onu himayəsinə götürmüş və həmin vaxtdan bibisi ilə birlikdə yaşayır. 2019-cu ilin iyun ayında Gəncə şəhərində yaşayan əmisi ilə danışaraq darıxdığını və idmanla məşğul olmaq istədiyini bildirmişdir. Əmisi ona təklif etmişdir ki, Gəncə şəhərinə, əmisinin yanına getsin, orada həm işləsin, həm də idmanla məşğul olsun. O, Gəncə şəhərinə, əmisinin yanına getmiş, əmisi onu işə düzəltmiş, o, həm restoranda ofisiant kimi işləyirdi, həm də idmanla məşğul olurdu. Pandemiya ilə əlaqədar olaraq restoranlar bağlandığından Sabunçu rayonunda yaşayan xalasının yanında bir müddət yaşamaq qərarına gəlmiş və xalasının yanına 2020-ci ilin sentyabrın 1-də gəlmişdir. 12 sentyabr 2020-ci il tarixdə Malakan bağında olan zaman təsadüfən Nuhanı görmüşdür. Nuhanı uşaqlıqdan tanıdığı olduğu üçün yaxın münasibətləri olmuşdur. Nuhan yaxın müddətdir ki, cəzaçəkmə müəsisəsindən çıxdığını, oğurluq və digər cinayətlər etdiyini bildirmişdir. Nuhan demişdir ki, cəzaçəkmə müəsisəsindən çıxanda ona 1000 manat dövlət tərəfindən pul verilmişdir, həmin pulun çox hissəsini xərcləmişdir. Həmin müddətdə o, təsadüfən Fərid adlı oğlanla “instagram” vasitəsi ilə tanış olmuşdur. Fərid Sumqayıtda yaşayırdı. Fəridlə görüşən zaman ayağında qolbaq olduğunu görmüşdür. Fərid ona hansı cinayət işlətdiyini deməmiş, sadəcə olaraq cinayət etdiyi üçün ayağına qolbaq taxıldığını bildirmişdir. 2020-ci ilin sentyabr ayının 15-də Nuhanla görüşmüşdür. Nuhanın gecə yatmaq üçün yeri olmadığından xalasının evinə aparmış, orada yemək yemişlər, gecəni qalmışlar. xx.xx.2020-ci il tarixdə Nuhanla Bakıxanov qəsəbəsində olan parkda gəzişərkən Fərid zəng vurmuş və Bakı şəhərində olduğunu, onlarla görüşmək istədiyini demişdir. Onlar Nizami küçəsinə gəlmişlər, orada görüşmüş, bir neçə saat da orada gəzişmişlər. xx.xx.2020-ci il tarixə keçən gecə saat 02 radələri olarkən, söhbət əsnasında Nuhan bildirmişdir ki, “yer var gedək oradan pul götürək”. Nuhan onları orada yolun kənarında olan şüşəli, içərisində qadın paltarları olan, sol tərəfindəki divarda “Look” sözləri yazılmış mağazanı göstərərək oradan oğurluq edəcəyini və onların köməklik göstərmələrini istəmişdir. O, etiraz edəndə Nuhan bildirmişdir ki, "sən bizimlə dostluq etmək istəmirsən” və sair sözlər dedikdən sonra, o, razılıq vermişdir. Fərid çöldə ətrafı müşahidə etmişdir. O, Nuhanla birlikdə mağazaya yaxınlaşmışdır. Nuhan lingə oxşar aləti qapının arasına salaraq əli ilə özü girəcək qədər qapını açmış, o, Nuhanla birlikdə mağazaya girmişdir. Oğurlanmış məbləğin miqdarını hazırda xatırlamır. Bildirmişdir ki, oğurlanmış pulu sonradan öz aralarında bölüşdürmüşlər. Onun vasitəsilə Fərid Nuhanla tanış olmuşdur. Ondan əvvəl Fəridlə Nuhanın tanışlığı olmamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, ona dəymiş zərər ödənilməmiş və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclaslarında iştirak edə bilmir və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “Look” adlı qadın geyim əşyaları və aksesuarları satılan mağazanı işlədir. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində mağazanı bağlayıb evə getmişdir. O, mağazanı hər gün saat 11:00 radələrində açırdı. xx.xx.2020-ci il tarixdə saat 10:40-da dostu Şahid onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, mağazanın qarşından keçən zaman mağazanın qapısının açıq olduğunu görmüşdür. O, dərhal mağazaya getmişdir. Mağazanın girişində yerləşən metal çərçivəli avtomatik açılıb bağlanan şüşədən olan qapının açıq olduğunu görmüşdür. Mağazaya daxil olan kimi satıcının masası üstündə olan kassaya baxmış, orada olan 3000 ABŞ dolları və 1000 manat pulun yerində olmadığını aşkar etmişdir. Kassada o qədər məbləğdə pulu ona görə saxlayırdı ki, əlavə mal gətirilməsi üçün sifariş verəcək idi və ona görə də həmin məbləği kassada saxlayırdı. Şahid məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, məhkəmə iclaslarında iştirak edə bilmir və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildən tanışlıq və dostluq münasibəti saxlayır. Cəmilin ünvan 4 ünvanda yerləşən “Look” adlı qadın geyimləri və aksesuarları satışı mağazasının olmasını bilir, orada tez-tez görüşürlər. Onun azyaşlı uşağı 6 nömrəli məktəbdə təhsil alır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında uşağı məktəbə qoyduqdan sonra Prezident Aparatının araxasındakı bağa tanışı ilə gəzişmək üçün getmişdir. O, Cəmilin saat 11-dən tez mağazanı açmadığını bilirdi. Mağaza bağın yaxınlığındadır. O, mağazanın yaxınlığında olarkən qapının açıq olmasını görmüş, yaxınlaşıb qapıdan Cəmili çağırmış, lakin səs gəlməmişdir. İçəri girib satıcı üçün masaya yaxınlaşmış, kassanın açıq vəziyyətdə olmasını və içinin boş olmasını görmüşdür. Həmin vaxt qapıya diqqətlə baxanda rezin hissəsinin sallanan vəziyyətdə olmasını görmüş, mağazada oğurluq olmasından şübhələnərək, dərhal Cəmilin mobil telefonuna zəng vurmuşdur. Bir neçə dəqiqə sonra Cəmil gəlmiş, Cəmilin deməsinə görə 3000 ABŞ dolları və 1000 AZN pulun oğurlanması məlum olmuşdur. Sonra Cəmil DİN-nin “102 xidməti”nə zəng edərək oğurluq barədə məlumat vermişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən “Look” mağazasına xx.xx.2020-ci il tarixdə saat 03:18:13-də mağazanın metal çərçivəli şüşədən olan qapısının iki nəfər şəxs, biri qara köynək, qara şalvar geyinmiş, digəri əynində qırmızı rəngli köynək, qara şalvar olan oğlanlar yaxınlaşır. Qara köynək geyinmiş oğlan əlində olan əşyanı qapının arasına salır, digər əli ilə və yanında olan oğlan hər iki əli ilə dartınması nəticəsində qapı açılır, qara köynək geyinmiş oğlan əlində olan əşyanı qırmızı köynəkli oğlana verərək mağazaya daxil olur. Baxış zamanı iştirak edən X6 qara köynək geyinmiş şəxsin özü olduğunu bildirdi. Təqsirləndirilən şəxs isə qırmızı köynəkli şəxsin özü olduğunu təsdiq etmişdir. 18 sentyabr 2020-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ********* nömrəli cinayət işi başlanmışdır. 18 sentyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 22 sentyabr 2020-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi X7 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. 22 sentyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 22 sentyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 31 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. 01 fevral 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair materiallar ********* nömrəli cinayət işindən ayrıca icraata ayrılmış və ayrılmış cinayət işi ********* nömrəsi altında icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 01 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 02 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2018ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 22(iyirmi iki) gün hissəsi hazırkı hökmə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək X4 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-ci maddələri ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə çəkilməmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, X8 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 üzərində qəti olaraq 03 (üç) il 03 (üç ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 26 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi X3 cinayət prosesində iştirakına xitam verilmişdir. 26 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 26 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilməmiş və təqsirləndirilən şəxs barədə şikayəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkilik yaşına çatmaması və törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar