Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-239/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonu Nazirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Bərdə rayonu, Nazirli kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncunun rəhbərlik etdiyi «X7» MMC tərəfindən həyata keçiriləcək layihəyə sponsorluq edəcək şəxslər tapmaqda kömək edəcəyinə yalan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə X5 23 fevral 2023-cü il tarixdə saat 15:53:45-dən 17:30:20-dək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Azərbaycan Televiziyasının inzibati binasının daxilində quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə hər dəfəsində 1000 manat olmaqla iki dəfəyə göndərmiş olduğu 2000 manat pulu, 02 mart 2023-cü il tarixdə saat 11:36:32-dən həmin gün saat 11:47:51-dək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Azərbaycan Televiziyasının inzibati binasının daxilində quraşdınlmış «E-manat» ödəmə terminalı vasitəsilə hər dəfəsində 1000 manat olmaqla dörd dəfəyə göndərmiş olduğu 4000 manat pulu özünə məxsus kart hesabına köçürmə yolu ilə X6 almaqla ümumilikdə 6000 manat məbləğində pulu alıb ələ keçirərək cinayət əməlini başa çatdırıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 6.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək məhkəməyə ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, «X7» MMC-nin təsisçisi və direktorudur. Şirkətin fəaliyyət istiqaməti film, reklam çəkilişlərinin həyata keçirilməsindən ibarətdir. 2023-cü ilin yanvar ayının sonlarında televiziyada yayımlanması nəzərdə tutulan çəkiləcək veriliş üçün sponsor axtarışında olmuşlar və bu səbəbdən müəyyən yerlərə elanlar vermişlər. 2023-cü ilin fevral ayında özünü marketinq üzrə mütəxəssis kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs çəkiləcək veriliş üçün onlara sponsor tapacağını vəd etmişdir. O, Sahil ilə danışıqlar apardıqdan sonra sonuncunun təklifi ilə razılaşmışdır. Daha sonra Sahil müxtəlif təkliflər etməyə başlamış və hətta qısa bir müddət ərzində tapdığı sponsorla müqavilə bağlayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sahil ona zəng edərək 2.000 manat pul lazım olduğunu bildirmiş, həmin pulu "xxxx", “Ofsayt”, “Uber” şirkətlərinin və “Grace Terrace” restoranının onlara sponsorluq etməsi üçün müəyyən şəxslərə verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, “AzTV”-də işdə olduğu zaman inzibati binanın daxilində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs “UniBank” kartına 2000 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs yaxın günlərdə şirkətlərlə müqavilə bağlanılacağını bildirmiş, lakin müqavilə bağlanılmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenə başqa sponsorlar tapdığını bildirərək ondan 4000 manat pul istəmişdir. Bu dəfə Təqsirləndirilən şəxs “VMF” və “Canon" şirkətlərinin də onlara 65.000 manat məbləği civarında sponsorluq edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, “AzTV”-də işdə olduğu zaman inzibati binanın daxilində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 4 dəfəyə 4000 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə dəfələrlə əlaqə saxlamış, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamış və həmin pulu ona qaytarmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından «X7» MMC-də icraçı prodüser vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin MMC-nin təsisiçisi və direktorudur. Şirkətin fəaliyyət istiqaməti film, reklam çəkilişlərinin həyata keçirilməsindən ibarətdir. 2023-cü ilin yanvar ayının sonlarında televiziyada yayımlanması nəzərdə tutulan çəkiləcək veriliş üçün sponsor axtarışında olmuşlar və bu səbəbdən onlar MMC olaraq müəyyən yerlərə elanlar vermişlər. 2023-cü ilin fevral ayında özünü marketinq üzrə mütəxəssis kimi təqdim edən Təqsirləndirilən şəxs çəkiləcək veriliş üçün sponsor tapacağını Gülərə vəd vermişdir. Təqsirləndirilən şəxs ilk əvvəl "xxxx" MMC-nin «X7» MMC-y sponsorluq etməsinə köməklik göstərəcəyini bildirmiş və xx.xx.2023-cü il tarixdə Sahil Gülərə zəng edərək 2.000 manat pul lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Gülər “AzTV”-də işdə olduğu zaman binanın daxilində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kartına 2000 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenə başqa sponsorlar tapdığını bildirərək Gülərdən 4000 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Gülər “AzTV”-də işdə olduğu zaman binanın daxilində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 4000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və Gülərin 6.000 manat pulu qaytarmamışdır. İş materiallarında olan 01 may 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-cü maddəs ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 02 may 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 18 may 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 16:00 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 may 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 20 may 2023-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 20 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 20 may 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay, 15 gün müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlı 20 may 2023-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. İş materiallarında olan 20 may 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə qətimkan tədbiri” ləğv edilmiş, ona axtarış elan edilməklə "həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 22 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq 15 noyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 6.000 manat ziyandan 1500 ödəmişdir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış , ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 19 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından Dövlət Büdcəsinə dəymiş zərərin 25 % -1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73- 1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş materialları ilə müəyyən olunur ki, cinayət nəticəsində dəymiş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışmış, ona qarşı şikayət və tələb yoxdur. Eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir iddiası, tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənildiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 156.4, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ10 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-239/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-239/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver