Məhkəmə qərarları › İş №1(009)-24/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-24/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-24/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli , fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsyaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxsözgəninəmlakınıgizliolaraqələkeçirməkməqsədiiləxx xxxxx 2019cu il tarixdə saat 21:30-dan saat 21:36-dək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən həyət evinə hasardan daxil olaraq həyətdə yerləşən yarım tikilidə divara söykədilmiş 3x28mm ölçüdə, 35 metr uzunluğunda olan kabeli gizliyollatalayaraqzərərçəkmiş şəxsəümumilikdə700 manat məbləğindəziyanvurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində evdə 2018-ci ilin yay aylarından 2019-cu ilin fevral ayına kimi kirayədə ailəsi ilə birlikdə yaşamış, özü usta kimi fəaliyyət göstərirmiş, evlərdə təmir işləri görürdü. 2019-cu ilin aprel ayında bir müddət işsiz olduğu üçün maddi vəziyyəti pis olmuşdur. Zərərçəkmiş şəxs evində kirayədə qaldığı müddətdə onun həyətində yarımçıq tikilidə qalın alüminiumdan hazırlanan kabelin olduğu barədə məlumatı var idi. Pula ehtiyacı olduğu üçün ordan həmin kabeli oğurlayıb satmaq qərarına gəlmiş, xx xxxxx 2019-cu il tarixdə həmin evin yerləşdiyi ünvana getmişdir. Zərərçəkmiş şəxs evinin həyətində ayrıayrılıqda dörd tikilidə kirayədə yaşayan şəxslər olduğu üçün həyətinin giriş qapısı həmişə açıq olurmuş, o, Zümrüdün evdə olmasından və onu tanıya biləcəklərindən ehtiyat edərək başına papaq qoymuş və üzünü şarfla bağlamış, saat təxminən 21 radələrində həmin qapıdan içəriyə evin həyətinə daxil olmuş, ilkin olaraq həyətdə Zümrüdün özünün yaşadığı evin giriş qapısına tərəf yaxınlaşmış, giriş qapısının yaxınlığındakı pəncərədən evə tərəf baxanda pəncərədə olan setkanın yaxşı bərkidilmədiyini görüb onu çıxarıb kənara qoymuş və evdə adam olub-olmamasını dəqiqləşdirmək üçün evin içərisinə boylanmışdır. Evdə heç kimin olmadığına əmin olduqdan sonra o, evin həyətində yerləşən yarımçıq tikiliyə yaxınlaşmış və orada divara söykədilmiş təxminən uzunluğu 25 metr olan qalın kabeli götürərək həyətin qapısından çıxıb həmin kabeli küçədə yolun kənarına qoymuşdur. Bundan sonra bir az qarşıya gedib orada dayanan qara rəngli «Vaz 2107» markalı taksiyə özünə məxsus kabeli aparmaq lazım olduğunu demiş, metronun «20 Yanvar» stansiyasından Alatava qəsəbəsinə dönən yolda əlvan metal qəbulu məntəqəsinə aparmış, orada kabelin üzlüyü olduğu üçün götürə bilməyəcəkləri ona bildirilmişdir. O da həmin taksi sürücüsünü Lökbatan qəsəbəsinə sürdürmüş və sürücüyə 1 saatdan sonra gəlib onu götürməsini tapşırmışdır. O, Lökbatan qəsəbəsində sakit bir yerdə ocaq qalayaraq kabeli yandırmış və taksi gəldikdən sonra həmin kabeli maşına qoyaraq metronun «20 Yanvar» stansiyasından Alatava qəsəbəsinə dönən yolda əlvan metal qəbulu məntəqəsinə aparmışdır. Orada o, həmin yanmış kabeli alüminium kimi çəki ilə 45 manata satmış, həmin puldan taksinin pulunu vermiş və qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, törətdiyi əməldən peşmandır, maddi çətinliyə görə bunu etmək məcburiyyətində qalmışdır, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, V.Mustafazadə küçəsi 21 saylı ev həyət evidir və həmin həyətdə ayrı-ayrı dörd ev vardır. Həmin evlər bir-birlərindən daş arakəsmələrlə ayrılmışdır və hər evin öz həyəti vardır.Hər arakəsmədə də qonşu həyətə keçmək üçün balaca qapılar vardır. Ümumi həyətin isə çölə açılan iki darvazası var. Həmin darvazalardan birindən o özü, digər darvazadan isə kirayəşinlər istifadə edir. Hər iki darvaza həmişə açar və cəftə ilə bağlı olur. O, özü darvazanı açarla açıb daxil olur. Kirayəşinlər isə ya açardan istifadə edir və ya yaxud da qapıya yaxanlaşaraq evdə olanlara zəng vurub gəlib qapını açmaqlarını gözləyir. Kənar şəxslər həyətə daxil ola bilmir. xx xxxxx 2019-cu il tarixdə saat 17 radələrində Tərtər rayonundan ərinin dəfn mərasimdən Bakıya qayıdaraq həyətdəki evlərdən birində kirayəşin qalan Şahid1 həyətin qapısının açıq olduğunu və həyətdəki yaşayış olmayan tikilidən kabelin oğurlandığını söyləmişdir. O, həyətdəki tikilinin içərisinə baxdıqda orada divara söykənilmiş 35 metr uzunluğunda elektrik kabelinin oğurlandığını aşkar etmiş, bunda sonra DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları gəlmiş və onlar bir yerdə həyətdə quraşdırılmış video görüntülərə baxmışlar. Videogörüntüyə baxarkən xx xxxxx 2019-cu il tarixdə saat 21:30-dan 21:40-dək olan müddət ərzində 1 nəfər şəxsin hasardan keçməklə evin həyətinə daxil olduğunu və elektrik kabelini boynuna atıb, qapıdan çıxaraq getməsi aşkar olunmuş, həmin şəxs üzünə maska taxmışdır. Həmin şəxsin yeriş tərzindən o, onun evində əvvəllər kirayə qalmış Təqsirləndirilən şəxs tanımışdır. Oğurlanan kabel Rusiya istehsalı olmuş, üzərində K28-2007 yazısı olmuş, uzunluğu 35 metr olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayında ailəsi birlikdə evdən çıxmış və hadisə olan gün Əkrəm onun evində kirayə qalmırmış. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən 210 manat qiymətlə razılaşmayaraq qeyd etmişdir ki, cinayət nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti var, məhkəmədən bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, V.Mustafazadə küçəsi ev 21 ünvanı Zərərçəkmiş şəxs məxsusdur və o orada kirayə yaşayır. Həmin həyətdə ayrı-ayrı 4 ədəd ev vardır. Həmin evlər bir birlərindən daş arakəsmələrlə ayrılmışdır və hər evin öz həyəti vardır. Hər arakəsmədə də qonşu həyətə keçmək üçün balaca qapılar vardır. Həmin həyətin 2 darvazası vardır, birindən ev sahibəsi Zümrüd xanım özü istifadə edir. Digərindən isə kirayəşinlər istifadə edir. Hər iki darvaza həmişə açar və cəftə ilə daima bağlı olur və qapını açmaq üçün açardan istifadə olunur. Cəftə ilə bağlı olanda isə evdə yaşayanlarla əlaqə saxlayıb darvazını açdırırlar. Həyətə orada yaşayanlardan başqa heç kim girə bilmir. xx xxxxx 2019-cu il tarixdə axşam saat 22-23 radələrində kirayə qaldığı Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, V.Mustafazadə küçəsi ev 21 ünvanına gələrkən həyətə girdikdə, ev sahibi olan Zərərçəkmiş şəxs həyətinə açılan balaca qapının açıq olduğunu görmüş, ev sahibi həmin qapını həmişə bağlı saxladığına və özləri yas mərasimi ilə əlaqədar rayona getdikləri üçün onda içəri başqa bir şəxsin daxil ola biləcəyi ilə bağlı şübhə yaranmış, o həmin qapıdan onların həyətinə keçmiş, bu zaman həyətin içərisində olan yarımçıq tikilinin içərisində divara söykədilmiş kabelin yerində olmadığını görmüşdür. Bundan sonra hasara yaxınlaşdıqda hasarda ayaq izləri gördükdə kənar şəxsin hasardan keçməklə həyətə daxil olub, kabeli oğurladığını başa düşmüşdür. Zərərçəkmiş şəxs rayonda həyat yoldaşının dəfnində olduğu üçün ona bu barədə bildirməmiş və rayondan gəlməsini gözləmişdir. xx xxxxx 2019-cu il saat 17 radələrində Zümrüd xanım evə gələndə baş vermiş hadisə barədə ona danışmış, Zümrüd xanımla birlikdə həyətdə quraşdırılmış videogörüntülərə baxdıqda bir nəfər şəxsin xx xxxxx 2019-cu il tarixdə saat 21:30-dan 21:40dək olan müddət ərzində evin həyətinə girdiyi və kabeli boynuna keçirib getdiyini görmüşdür. Oğurlanmış kabeli əvvəllər tikilinin içərisində görmüş, kabel təxminən 20-30 metr uzunluğunda, qara üzlüklü yoğun kabel olmuşdur. Həmçinin bildirmişdir ki, həmin Əkrəm artıq 2019-cu ilin fevral ayında Zümrüd xanımın evindən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə xalası oğlu Rəhim vəfat etdiyindən onu Tərtər rayonuna dəfn etməyə aparmışlar. Xalası oğlu Rəhim öz həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, V.Mustafazadə küçəsi ev 21 ünvanında yaşayır. Onların həmin ünvanda yerləşən həyətdə 4 evi vardır və həmin evləri ayrı-ayrı şəxslərə kirayə verirlər. Həmin evlər bir birlərindən daş arakəsmələrlə ayrılmışdır və hər evin öz həyəti vardır. Hər arakəsmədə də qonşu həyətə keçmək üçün balaca qapılar vardır. Ümumi həyətin isə çölə açılan 2 darvazası vardır. Həmin darvazalardan birindən ev sahibi xalası oğlunun arvadı Zərərçəkmiş şəxs istifadə edir. Digər darvazadan isə kirayəşinlər istifadə edir. xx xxxxx 2019-cu il tarixdə saat 22-23 radələrində o, Zərərçəkmiş şəxs ilə Tərtər rayonundan yas mərasimindən geri qayıtdıqda evdə kirayəşin qalan Babək adlı şəxs həyətdə olan kabelin oğurlandığını demişdir. Bundan sonra o, Zümrüd xanımla həyətə baxdıqda kabelin yerində olmadığını görmüşdür. Bundan sonra həyətdə quraşdırılmış videogörüntülərə baxdıqda bir nəfər şəxsin həyətdən kabeli götürüb getdiyini görmüşlər. Həmin şəxsin üzü şarfla bağlanmışdır. O, oğurlanmış kabeli mərhum xalasıoğlu Rəhimlə birlikdə almışdır. Onlar alanda kabel 100 metr uzunluğunda olmuş, kabeldən yüksək gərginlikli elektrik naqillərinin çəkilməsində istifadə etmişlər və qalıq qalan kabelin uzunluğu təxminən 35-40 metr olarmış. Həmin kabelin 1 metrinin bazar qiyməti təxminən 20- 22 manatdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi Zərərçəkmiş şəxs evində kirayə qaldığı vaxtdan tanıyır. Əkrəm ailəsi birlikdə yaşamış, 2019-cu ilin fevral ayında isə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, V.Mustafazadə küçəsi ev 21 ünvanı Zərərçəkmiş şəxs məxsusdur. O, həmin ünvanda 2017-ci il tarixdən kirayə yaşayır. Həmin həyətdə ayrı-ayrı 4 ev vardır. Həmin evlər bir birlərindən daş arakəsmələrlə ayrılmışdır və hər evin öz həyəti vardır. Hər arakəsmədə də qonşu həyətə keçmək üçün balaca qapılar vardır. Ümumi həyətin isə çölə açılan 2 darvazası vardır. Həmin darvazalardan birindən ev sahibi Zərərçəkmiş şəxs istifadə edir. Digər darvazadan isə kirayəşinlər istifadə edir. xx xxxxx 2019-cu il tarixdə Zümrüdün əri Rəhim rəhmətə getdiyindən, Zərərçəkmiş şəxs ərinin dəfn etmək üçün Tərtər rayonuna getmişdir. xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında o, işdən qayıtdıqda Zərərçəkmiş şəxs rayondan gəldiyini və həyətdə polis əməkdaşlarını görmüş, nə baş verdiyi ilə maraqlandıqda məlum olmuşdur ki, Zərərçəkmiş şəxs rayonda olduğu zaman kimsə ona məxsus həyətdə olan elektrik kabelini oğurlamışdır. Bundan sonra Zümrüd xanım həyətdə quraşdırılmış kameralara baxmış və görmüşdür ki, bir nəfər şəxs üzünü bağlamış şəkildə həyətə daxil olaraq, elektrik kabelini boynuna keçirərək aparır. Şahid2 qeyd etmişdir ki, həmin ünvanın hər iki darvazası həmişə açarla bağlı olur və evdə kirayə qalanlar qapını açarla açıb içəri daxil olurlar, həyətə orada yaşayanlardan başqa heç kim girə bilmir. Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə Zümrüd xanımın evində kirayə qalırmış və 2019-cu ilin fevral ayında Zümrüd xanımın evindən çıxmışdır. O, oğurlanmış kabeli əvvəllər həyətdə görmüşdür, lakin kabel yığılmış formada olduğundan kabelin uzunluğu və əlamətləri barədə bir söz deyə bilmir. Baş vermiş hadisəni özündə əks etdirən01 ədəd “DVD” diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, evin həyətində quraşdırılmış 1, 4 və 8 nömrəli kameralarda olan 3 videofraqment vardır. 1 nömrəli kameranın qeydə aldığı görüntüdə saat 21:32:07 –dən 21:32:16-dək olan müddətdə bir nəfər əyində gödəkçə, başında papaq və sifət nahiyyəsi şarfla örtülmüş şəxs tikilinin altında yerləşən qapının ağzında dayanır, 4 nömrəli kameranın qeydə aldığı görüntüdə saat 21:32:47–dən 21:33:47-dək olan müddətdə bir nəfər əyində gödəkçə, başında papaq və sifət nahiyyəsi şarfla örtülmüş şəxs Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısına yaxınlaşır, giriş qapısının sol tərəfində yerləşən pəncərəyə tərəf gəlir, bir neçə saniyə içəriyə boylandıqdan sonra pəncərədə olan setkanı çıxarıb kənara qoyur, pəncərənin açıq olub olmadığını, sonra isə giriş qapısının açıq olub-olmadığını yoxlayır və evin digər tərəfinə keçir. 8 nömrəli kameranın qeydə aldığı görüntüdə saat 21:31:54–dən 21:32:02-dək olan müddətdə bir nəfər əyində gödəkçə, başında papaq və sifət nahiyyəsi şarfla örtülmüş şəxs evin həyətində pilləkənləri düşərək evin küncünə tərəf gedir, saat 21:32:43–dən 21:32:48-dək olan müddətdə həmin şəxs evin bir küncündən digər küncü istiqamətində gedir, saat 21:33:45-dən 21:33:50-dək olan müddətdə həmin şəxs yenidən geri qayıdır, saat 21:35:59-dan 21:36:08-dək olan müddətdə həmin şəxs özü ilə boynuna atılmış vəziyyətdə bir toplu kabeli aparaq həyətdəki pilləkanlarla qalxaraq getməsi görünür. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq cinayətini özündə əks etdirən 01 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30547 rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən istifadədə olmuş 1 metr 3x28mm ölçülü, 3 damarlı alüminium elektrik kabelinin 2019-cu ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 6,0 manat, 35 metri 210,0 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1979-cu il tarixdə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs: 1) Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx xxxx 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243, 42-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır; 2) Qazax Qarnizonu Hərbi Məhkəməsinin xx xxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 333.6-cı maddəsinə tövsif edilərək cəzası 08 (səkkiz) il, 03 (üç) aya endirilib, xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 61 saylı Əfv Fərmanına əsasən azad olunub; 3) Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 93.1.2-ci madələri ilə təqsirli bilinərək 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə məhkum edilmişdir və xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilib. Binəqədi Rayon Məhkəməsinin 1(001)-334/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 234.1-ci madəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssəsində çəkməsi və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2013-cü il tarixli, AZ-İİİ 182657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxx 2013-cü il tarixdə anadan olmuş, atası –Təqsirləndirilən şəxs, anası X3r. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCM-nin 177.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan yayındığı üçün ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamış, bu səbəbdən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Əliyev X6 RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmiş və xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunaraq barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2019-cu il tarixdə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan yayındığı üçün ona ittihamı elan etmək mümkün olmadığından İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail rayon polis idarəsinin X7 yerləşdirilmiş, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail rayon prokurluğuna vəsatətlə müraciət edilmiş, Səbail rayon prokurorunun xx xxxxxx 2019cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Əliyev X2 Saxlama Yerindən həbsdən azad olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. xx xxxxx 2020-ci il tarixdə Əliyev X6 RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Əliyev X4 Rayon Məhkəməsinin 1(001)-334/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddədilə təqsirli bilinərək 01 (bir) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx xxxxxx 2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad olunmuş, lakin iki il keçmədən xx xxxxx 2019-cu il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı xx xxxxx 2020-ci il tarixdə icra edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət hadisəsini özündə əks etdirən01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin 135-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişdən müəyyən edilir ki, məhkəmə iqtisad ekspertizasına dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Qeyd edilən ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsistintaq dövründə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Cinayət hadisəsini özündə əks etdirən01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 240 (iki yüz qırx ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar