Məhkəmə qərarları › İş №1(009)-24/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-24/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-24/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 16 fevral 2022-ci il tarixdə Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4 mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Makro İnşaat şirkətində fəhlə işləyən, Bakı şəhəri Nəsimi rayonu Plotnikov küçəsi ev 20 mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun qohumu Zərərçəkmiş şəxs5 oğlu Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə polis nəfəri vəzifəsinə xidmətə qəbul etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 27 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 may” metrostansiyasının qarşısında milli məzənnə ilə 5.135 manat təşkil edən 3.300 ABŞ dolları məbləğində pulunu almış, həmin puldan 2.622 manatını qaytarmış, qalan 2.513 manat məbləğində pulu isə ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə şöbəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq davamlı olaraq vahid qəsdlə ilk ləfə 02.08.2016-cı il tarixdə saat 19.00 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi. 1 -ci massiv 3-cü küçə 107 nömrəli fərdi yaşayış evinin həyətində 3.000 manat, daha sonra 31.01.2017-ci il tarixdə saat 17.0 radələrində həmin ünvanda 3.000 manat, ümumilikdə 6.000 manat pulunu almış, həmin puldan 1.650 manatını qaytarmış, qalan 4.350 manat məbləğində pulu isə ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə vət. Zərərçəkmiş şəxs6 "Üçtəpə" hərbi hissəsinə "Müddətdən Artıq Xidmət Edən" (MAXE) vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq davamlı olaraq vahid qəsdlə 15.01.2017-ci il tarixdən 14.02.2017-ci il tarixədək olan müddət ərzində müxtəlif ünvanlarda hissə-hissə 2.000 manat, sonuncu dəfə isə 14.02.2017-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yerləşən Hərbi Polisin qarşısında 270 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 2270 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı X22 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vət. Zərərçəkmiş şəxs4 sonuncunun bacısı oğlu X9 həqiqi hərbi xidmətdən saxlatdıracağına dair yalan vədlər verib aldadaraq davamlı olaraq vahid qəsdlə ilk dəfə 2017-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhər avtovağzalının qarşısında 1.700 manat, daha sonra 2017-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs4 "xxxx" ASC-nin Masallı rayon filialından həmin bankın Sumqayıt şəhər filialına göndərdiyi 1.100 manat, ümumilikdə 2.800 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 sonuncunun barəsində Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə baxılan cinayət işinin icraatına xitam verdirəcəyinə dair yalan vədlər verib aldadaraq 26.01.2018-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasının qarşısında 2.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 mişar daşı istehsal etmək üçün Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında istifadə olunmayan boş ərazidən 2 ha torpaq sahəsini sənədləşdirmək barədə yalan vədlər verərək aldadıb davamlı olaraq vahid qəsdlə ilk dəfə 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 535/24 ünvanda yerləşən Hüseyn Cavid parkındakı Yaşıl adlı çayxanada 7.000 manat, daha sonra 2020-ci ilin fevral ayının sonlarında ünvan 3 ünvanda yerləşən “Dubay” hoteldə 27.070 manat, ümumilikdə 34.070 manat məbləğində pulunu dələduzluq yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü, maddələri ilə ona elan edilən ittihamda özünü qismən təsqirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun qohumu Zərərçəkmiş şəxs5 oğlu Şahid7 Bakı şəhərində polis nəfəri kimi xidmətə qəbul etdirəcəklərinə söz verib sonuncudan 2015ci il ilin dekabr ayında 3.300 ABŞ dolları məbləğində pul almışlar. Lakin həmin işi həll edə bilməmişlər və Zərərçəkmiş şəxs5 pulu bütünlüklə özünə qaytarmışdır. Bundan başqa Abdullaycva Hicran Mobil qızını da o. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə şöbəsinə işə düzəldəcəyinə söz verib.2016-cı ilin avqust ayında iki dəfəyə 6.0 manat pulunu almışdır. Lakin həmin işi həll edə bilməmiş, yəni Hicranı söz verdiyi işə düzəldə bilməmiş və sonuncunun pulu bütünlüklə özünə qaytarılmışdır. Bundan əlavə o, Zərərçəkmiş şəxs6 "Üçtəpə" hərbi hissəsinə "Müddətdən Artıq Xidmət Edən" (MAXE) vəzifəsinə işə düzəldəcəyinə söz verib 15.01.2017-ci il tarixdən 14.02.2017-ci il tarixədək olan müddət ərzində müxtəlif ünvanlarda hissə-hissə 2000 manat, sonuncu dəfə isə həmin ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Hərbi Polisin qarşısında 270 manat pulunu almışdır. Lakin həmin işi də həll edə bilməmiş, yəni Rüstəmi söz verdiyi işə düzəldə bilməmiş və sonuncunun pulunu bütünlüklə özünə qaytarmamışdır. Bundan başqa o, X22 ilə birlikdə Masallı rayon sakini Zərərçəkmiş şəxs4 sonuncunun bacısı oğlu X9 həqiqi hərbi xidmətdən saxlatdıracaqlarına söz verib 2017-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhər avtovağzalının qarşısında 1.700 manat, daha sonra 2017-ci ilin mart ayının ortalarında "xxxx" ASC-nin Masallı rayon filialından həmin bankın Sumqayıt şəhər filialına göndərdiyi 1.100 manat, cəmi 2.800 manat məbləğində pulunu almışlar. O, həmin şəxsi tanımır, pulları Zərərçəkmiş şəxs4 Ramin Atamov almışdır. Lakin həmin işi həll edə bilmədiklərinə görə sonradan Ramin Atamov özü Əşrəf Heynalovun pulunu bütünlüklə özünə qaytarmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs3 sonuncunun barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə baxılan cinayət işinin icraatına xitam verdirəcəyinə söz verib 26.01.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasının qarşısında sonuncudan 2.000 manat məbləğində pul almışdı. Lakin Zərərçəkmiş şəxs3 barəsində olan cinayət işinə xitam verdirə bilməmiş, Zərərçəkmiş şəxs3 aldığım pul bütünlüklə sonuncuya ödənilmişdir. Bundan başqa 2020-ci ilin əvvəllərində tanışı Namiq adlı şəxs ona müraciət edərək bildirmişdi ki, bir nəfər Elbrus adlı dostu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekoloji sənəd almaq istəyir, lakin ala bilmir, onun həmin nazirlikdə tanışının olduğunu bilir və ondan xahiş etmişdi ki, bu işdə Elbrusa köməklik göstərsin. O, razılıq verəndən 2 gün sonra Namiq və X19 rayonunda yerləşən ofisində görüşmüş, görüş zamanı Elbrus bildirmişdi ki, qohumu Şahid1 Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında 5 ha mişar daşı kəsmək üçün istehsal yeri, yəni torpaq sahəsi var. Həmin ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərfindən Şahid1 5 il müddətinə icarəyə verilmiş və həmin icarə müqaviləsinin vaxtı 3 il əvvəl keçmişdir. Hazırda həmin ərazi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dağ-mədən ayırma aktı, forma 5 KQ və ekoloji rəy almaq lazımdır. Forma 5 KQ - icarəyə götürənin öhdəlik götürməsi barədə sənəddir, həmin sənəddə il ərzində kəsiləcək mişar daşının miqdarı qeyd olunur və icarədar həmin miqdarla bağlı dövlətə vergi rüsumu ödəyir. O, Zərərçəkmiş şəxs2 demişdi ki, həmin əraziyə dair köhnə sənədləri ona versin, həmin sənədləri aparıb Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən tanışı Teymur Şəkərəliyevə göstərsin, əgər sonuncu müsbət cavab versə həmin sənədlərin hazırlanmasında Elbrusgilə köməklik göstərər. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq Məsələləri şöbəsinin müdiri vəzifəsində işləyən Teymur Şəkərəliyevi təxminən 15 il olar tanıyır və aralarında yaxın dostluq münasibətləri vardır. O, Zərərçəkmiş şəxs2 torpaq sahəsinə dair gətirdiyi sənədləri Teymur Şəkərəliyevə vermiş və sonuncu həmin məsələni, yəni işlədiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahid1 Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında 5 ha mişar daşı kəsmək üçün istehsal yeri, yəni torpaq sahəsi üçün nazirliyin müəyyən şöbələri ilə danışıb razılaşaraq dağ-mədən ayırma aktı, forma 5 KQ və ekoloji rəy alıb verəcəyinə söz vermişdi. X16 həmin sənədləri hazırlayıb vermək üçün ondan hər hansı bir məbləğdə pul istəməmişdi. 24 fevral 2020-ci il tarixdə Teymur Şəkərəliyev ona zəng edərək sənədlərin hazır olduğunu, işlədiyi nazirliyin Ekspertiza İdarəsində olduğunu və gedib oradan götürməyini demişdi. Həmin günü o, Zərərçəkmiş şəxs2lə birlikdə həmin idarəyə gedərək Şahid1 Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında olan 5 ha mişar daşı kəsmək üçün istehsal yeri, yəni torpaq sahəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində hazırlanmış dağ-mədən ayırma aktını, ekoloji rəyi və forma 5 KQ-ni götürmüş və sənədləri Zərərçəkmiş şəxs2 özü ilə aparmışdı. Bundan sonra o, Zərərçəkmiş şəxs2 demişdi ki, sənədləri hazırlayan şəxsə şirinlik vermək lazımdı. Lakin Zərərçəkmiş şəxs2 həmin sənədlərin Teymur Şəkərəliyevin göstərişi ilə hazırlandığını bilməmişdir. 25 fevral 2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs2 ona 10000 manat pul vermiş, həmin günü axşam saat 19.00 radələrində o, Teymur Şəkərəliyevi işlədiyi Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən öz “Mersedes-Benz” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomaşınına götürüb yaşadığı Əhmədli qəsəbəsinə apararkən yolda Zərərçəkmiş şəxs2 verdiyi bir bağlama 100- lük əskinazlardan ibarət 10.000 manat pulu Teymur Şəkərəliyevə vermişdi. Lakin həmin vaxt 10.000 manat pulu alanda Teymur Şəkərəliyev həmin pulu kimlərə verəcəyi barədə ona heç bir söz deməmiş, o da bu barədə sonuncudan heç bir söz soruşmamışdı. O, Zərərçəkmiş şəxs2 35.000 manat pul almamış, həmin işin düzəlməsində köməklik göstərdiyinə görə sonuncu ona xidmət haqqı kimi cəmi 1.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 ilə barışdığının, qeyd olunan zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamasının, Zərərçəkmiş şəxs4 dair epizod üzrə özünü təqsirli bilmədiyinin, digər epizodlar üzrə əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs5 xalası qızının həyat yoldaşıdır, Fəxrəddin ailəsi ilə birlikdə Xızı şəhərində yaşayır. X7 onun böyük qardaşıdır. Natiq adlı şəxsi İmanverdinin vasitəsi ilə tanımışdır. Pula ehtiyacı olduğu üçün 2015-ci ilin dekabr ayının sonlarında qohumu Fəxrəddindən borca 5.000 manat pul istəmiş və iki-üç gün sonra geri qaytaracağını demiş, təxminən iki-üç gün sonra Fəxrəddinlə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yeni çıxışının qarşısında görüşmüş, görüşdən bir neçə dəqiqə əvvəl həmin yerin yaxınlığında bacanağının yaşadığı məhəllədə 1995-ci ildə kirayədə qalmış Nurəddin adlı şəxslə təsadüfən rastlaşmışdı. Söhbət edərkən Fəxrəddin onlara yaxınlaşmış, ona 5.000 manat borca pul vermiş, lakin pulu hansı məqsədlə almağı barədə Nurəddin bilməmişdi. Sonra Fəxrəddin çıxıb getmiş, o, həmin pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmiş, belə ki, 2016-cı ilin fevral ayında Mərkəzi Neftçilər xəstəxanasında böyrəyindən lazerlə əməliyyat olunmuşdu. Pulun bir hissəsini müalicəsinə xərcləmiş, təxminən 2.300 manatı isə özündə qalmışdı. 2016-cı ilin mart ayında Fəxrəddin borcunu istəmiş, lakin maddi imkanı olmadığından bir az vaxt istəmiş, Fəxrəddin də etiraz etməmişdi. Təxminən 2016-cı ilin aprel ayında qardaşı İmanverdi ona təcili 1600 manat pul lazım olduğunu və iki-üç gün sonra qaytaracağını söyləmiş, o da böyük qardaşı olduğu üçün Fəxrəddindən borca aldığı pulun 1.600 manatını qardaşı İmamverdiyə vermişdi. Lakin İmanverdi pulu qaytara bilməmiş, artıq Fəxrəddin borca görə narazılıq edib pulunu geri tələb etmişdi. 2016-cı ilin yay aylarında yaşadığı evdə Fəxrəddinə borcundan 400 ABŞ dolları pul qaytarmış, ABŞ dollarının həminki vaxta uyğun məzənnəsinə uyğun olaraq 600 manat kimi hesablamışlar. 400 ABŞ dollarını Fəxrəddin özü götürmədiyinə görə və pulun hamısını qaytarmağı tələb etdiyinə görə 400 ABŞ dollarını Fəxrəddinin həyat yoldaşı Gülsəfaya vermişdi. Təxminən bir neçə gün Fəxrəddin pulunu istəmiş, o, qardaşı İmanverdiyə 2.800 manat pul verib Fəxrəddinə çatacağını bildirmişdi. Həmin 2.800 manat pulu X2 vermişdi. Onun Fəxrəddinə 1.600 manat pul borcu qalmışdı. Fəxrəddin narazılıq etməyə başlamış və oğlu X17 Nazirliyinə işə düzəltmək istədiyini, ona görə də təcili pul lazım olduğunu bildirmiş, o, vaxt qazanmaq üçün yalandan sonuncuya demişdi ki, əgər təhsili yaxşıdırsa Ruslanı təmənnasız işə düzəltmək üçün dost-tanışı ilə maraqlanar, əgər alınarsa köməklik edər. Lakin bununla bağlı heç kimə müraciət etməmiş, daha sonra İmanverdidən pulu verməsini tələb etmişdi. Lakin sonuncu pulu qaytarmamış, maddi imkanım olmadığı üçün o, Fəxrəddinə qalan 1600 manat pul borcunu geri qaytara bilməmişdir. Fəxrəddinin Xızı şəhərindəki evinə İmamverdi və Natiq adlı şəxslə cəmi bir dəfə, 2016-cı ilin təxminən sentyabr ayında getmişdir. Təqsirləndirilən şəxs2 son sözündə Zərərçəkmiş şəxs5 ilə barışmasını, ona dəymiş ziyanın tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2014-cü İdən etibarən Bakı şəhəri. Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında Qaradağ rayon İcra Hakimiyyəti başçısının 06 mart 2007-ci il tarixli 78 saylı sərəncamına əsasən 6 ha torpaq sahəsində şərikim Şahid2 ilə birgə mişar daşı istehsalı ilə məşğul olur. Sərəncam qohumu Şahid1 adına verilmiş, lakin faktiki daş karxanasının sahibi özüdür. Həmin daş karxanasının işlətməsinə dair bütün aidiyyəti orqanların sənədləri vardır. Bir neçə il həmin ərazidə mişar daşı istesal etmiş, sonradan daş tükənməsi müəyyən edilmişdir. Həmin səbəbdən Şahid2 ilə birlikdə “Şahqaya” əhəng daşı yatağında olan digər istifadə olunmayan boş ərazidən daş istehsalı üçün yer götürmək qərarına gəlmiş, bununla bağlı bir neçə tanışlarına müraciət etmişlər. 2020-ci ilin yanvar ayında əvvəldən tanıdığı Teymur adlı şəxs onlara bu işdə köməklik göstərməyi təklif etmişdi. Onlar Teymurla razılaşmış, həmin ərəfədə Teymur özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı kimi təqdim edən Natiq adlı şəxslə onu tanış etmişdi. İlk dəfə o, Natiqlə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Hüseyn Cavid parkında yerləşən yaşıl çayxanada görüşmüş, orada o, Teymur və Natiq olmuşlar. Söhbət əsnasında Natiqə bildirmişdi ki, işlətdiyi daş karxananın qonşu sahəsində 10 ha boş yer vardır, həmin yerin 2 ha ərazisini sənədləşdirərək orada daş istehsalı ilə məşğul olmaq istəyir. Natiq bunu eşitdikdə bildirmişdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır, elə bu işlərlə məhz özü məşğul olur və dediyi ərazini onun adma sənədləşdirə bilər, Ekologiya və X12 müavini onun yaxın dostudur, ona görə də, bu sahədə əli hər yerə çatır. O, Natiq adlı şəxsin dediyi sözlərə inanmış və bu işdə ona köməklik göstərməsinə razılıq vermişdi. Şahid2 də bu barədə demiş, sonuncu ona etiraz etməmişdi. Bundan sonra Natiqlə bir neçə dəfə müxtəlif yerlərdə, o cümlədən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dubay” İnternational hotelin binasında yerləşən icarəyə götürdüyü ofisdə də görüşüb həmin işi müzakirə etmişlər. Natiq ona bildirmişdi ki, əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən mişar daşı hasilatı ilə məşğul olmaq üçün Dağ-mədən ayırması aktı alınmalıdır. Belə ki, həmin fəaliyyətlə məşğul olma müddətinin 5 ili başa çatmışdır. Bu sənədi aldıqları halda Natiq qeyd etdiyi 2 ha yeri sənədləşdirəcəyini və bunun müqabilində dövlət rüsumları və digər xərcləri nəzərə alınmaqla ümumilikdə ondan 35.000 manat pul alacağını bildirmişdi. O, bir daha şəriki Şahid2 ilə bu barədə danışmış və razılığa gəlmişlər ki, şərikinə həmin pulu ödəsinlər, yəni hər birinə 17.500 manat pul versinlər. Bundan sonra o, Natiqə razılıq vermiş, hətta Namiqlə birlikdə də dəfələrlə Natiqlə görüşüb bu barədə söhbətlər etmişlər. Natiq ilk öncə işin başlanması üçün 7.000 manat pul lazım olduğunu bildirmişdi. Onlar 2020-ci ilin fevral ayının ortalarında Natiqlə Bakı şəhəri, Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında yerləşən yaşıl çayxanada görüşmüş və orada o, Natiqə 7.000 manat pul vermişdi. Həmin vaxt yanlarında tanışı Teymur, qohumu Şahid1 və Natiq olmuşdur. O, həmin şəxslərin yanında Natiqə pulu vermişdi. Bu söhbətdən sonra, 2020-ci ilin fevral ayının sonlarında Natiq onunla “Dubay” hotelindəki ofisində görüşərək Zöhrabın adına verilmiş 24 fevral 2020-ci il tarixli Dağ-mədən aktını təqdim etmişdi. Həmin vaxt şəriki Namiq və Natiqlə onu tanış edən Teymur da orada olmuşlar. Üstündən iki gün keçdikdən sonra, yənə 2020-ci ilin fevral ayının sonlarında Natiqlə bir daha Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dubay” hotelindəki ofisində görüşmüşlər, Namiq və Teymurun iştirakı ilə Natiqə qalan 28.000 manat pulu vermişdi. Beləliklə Natiq adlı şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında daş hasilatı ilə məşğul olmaq məqsədilə 2 ha torpaq sahəsinin sənədləşdirəcəyinə vəd verib ümumilikdə 35000 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir. Həmin pulun 17500 manatı ona, qalan 17500 manatı isə şəriki Şahid2 məxsus olmuşdur. Natiq həmin pulu onlardan alsa da heç bir iş görməmiş, nə də pulu geri qaytarmamışdır. O, həmin məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etmiş və müvafiq araşdırma aparılmışdır. Şəriki Şahid2 sonradan narazılıq etdiyinə görə sonuncunun şərikli qoyduğu 17.500 manat pulu o, öz pulumdan Şahid2 ödəmiş, ona görə də 35.000 manat məbləğində maddi ziyan yalnız ona dəymişdir. Zərərçəkmiş şəxs2 əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə getsə də, həmişə aşağıda gözləmiş, Natiq isə binaya daxil olmuş və sonra qayıdıb ona məlumat vermişdir. Həmçinin o, cəmi iki dəfə Kapitalbank ASC-nin Yasamal rayonu H.Cavid parkının yanında olan filialına tək getmiş və 930 manat, bundan 3-4 gün sonra isə 250 manat məbləğində dövlət rüsumu ödəmiş, həmin qəbzi də Təqsirləndirilən şəxs1 vermişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekspertiza İdarəsinə təqdim etsin, çünki sənədi həmin qurum verir. 7.000 manat və 28.000, cəmi 35.000 manat məbləğində pulu nağd şəkildə Təqsirləndirilən şəxs1 vermiş, hər hansı başqa bir şəxsdən iş düzəltmək adı ilə pul almamışdır. O. 35.000 manat məbləğində pulu nağd şəkildə Təqsirləndirilən şəxs1 məhz ona görə vermişdi ki, mişar daşı istehsal etmək üçün Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən «Şahqaya» əhəng daşı yatağında istifadə olunmayan boş ərazidən 2 ha torpaq sahəsini sənədləşdirməkdə ona köməklik göstərsin, sonuncu da buna söz vermişdi. Lakin Təqsirləndirilən şəxs1 həmin sənədi düzəltməmiş və ondan aldığı pulu da özünə qaytarmamışdı. O, dövlət rüsumu kimi ödədiyi 930 manat pulu 28.000 manatdan çıxaraq Təqsirləndirilən şəxs1 27.070 manat vermişdir. Beləliklə o, Təqsirləndirilən şəxs1 həmin iş üçün cəmi 34.070 manat məbləğində pul vermiş və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 2010-cu ildən özünə məxsus ZİL marklı yük avtomaşını ilə Güzdək daş karxanasından Sumqayıt şəhərinə, Corat qəsəbəsinə daş aparıb sataraq ailəsinə gündəlik çörək pulu qazanırdı. 18 dekabr 2016-cı il tarixdə Güzdək daş karxanasından avtomaşınla daş aparan zaman Güzdək kəndinin içində yolun kənarında bir nəfər hərbi geyimdə əsgər və sonuncunun yanında da əvvəllər sifətdən tanıdığı Güzdəkdə yaşayan və adını bilmədiyi, sonradan adı ona məlum olan Şahid6 dayandığını görmüş, əsgərə görə maşını saxlamış, hara getməsini soruşub maşına oturmasını dedikdə Rəşad da əsgərlə birlikdə maşına əyləşmişdi. Əsgərlə söhbət edən zaman sonuncu bildirmişdi ki, əsgər deyil. Müddətdən Artıq Xidmət edəndir. Həmin vaxt Rəşad da onların söhbətinə müdaxilə edərək bildirmişdi ki, özü də MAXE, yəni Müddətdən Artıq Xidmətə düzəlir, artıq sənədlərini hazırlamışdır və aparır Xırdalan şəhərində cənab polkovnikə təqdim etməyə. Sonra bildirmişdi ki. öz işinə görə 2.400 manat dövlət rüsumu ödəmişdir. O, Rəşada demişdi ki, həmin yerə işə düzəlməyə ona da köməklik göstərsin. Həmin vaxt Rəşad mobil telefonla kiməsə zəng vurub onun işə düzələ biləcəyini soruşmuş, həmin şəxs hazırda tədbirdə olduğunu və tədbirdən sonra əlaqə saxlayacağını bildirmişdi. Rəşad ondan ayrılarkən əlaqə saxlamaq məqsədi ilə istifadəsində olan 050-789-45- 71 mobil nömrəsini götürmüşdü. Həmin gün saat 21 radələrində Rəşad ona zəng vuraraq qeyd edilən şəxslə bir yerdə olduğunu, hətta sabah görüşə gələrkən özü ilə bir qədər pul da götürməyini bildirmiş, lakin ona heç bir məbləğ deməmişdi. 19. 12.2016-cı il tarixdə saat 08 radələrində atası Şahid4la birlikdə Xırdalan şəhərində olan “Kristal Abşeron” adlanan binanın qarşısında yerləşən adsız çay evində Rəşadla görüşmüş, bir qədər sonra bir nəfər şəxs də onların yanına gəlmişdi. Rəşad həmin şəxsin adının Natiq olduğunu və onu işə düzəldən şəxs olduğunu bildirmişdi. Bu zaman Natiq ona “Üçtəpə” hərbi hissəsinə işə düzəldəcəyini və bunun qarşılığında 2.000 manat dövlət rüsumu ödəyəcəyini bildirmişdi. O, Natiqlə razılaşmış, onra ayrılaraq yaşadığı evə qayıtmışdı. 10.01.2017-ci il tarixdə həmin çay evində atası ilə birlikdə Natiqlə görüşüb sonuncuya 500 manat pul vermişdi. Həmin vaxt Natiq narazılığını bildirmişdir ki, danışılan 2000 manat pul bütöv verilməlidir, o isə həmin pulu verməyə imkanı olmadığı üçün hissə-hissə verəcəyini bildirmiş, Natiq onunla qazılaşmışdı. Bundan sonra müxtəlif vaxtlarda Abşeron rayonu ərazisində Natiqə ümumilikdə 2000 manat pul vermişdi. Sonuncu dəfə görüşərkən Natiq həmin işin 2.000 manata düzəlmədiyini demiş və əlavə olaraq 270 manat pul istəmişdi. O, yenə də Natiqlə razılaşmış, axırıncı dəfə 14 fevral 2017- ci il tarixdə Biləcəri qəsəbəsində Hərbi Polisin qarşısında Natiqə 270 manat pul vermiş və sonuncu 01.03.2017-ci il tarixdən onun işə çıxacağını bildirmişdi. Həmin dövr ərzində Natiq ondan hərbi bilet, yaşayış yerindən arayış, şəkil və doğum haqqında şəhadətnaməni də götürmüşdü. Həmin müddət tamam olduqdan sonra o, Natiqə zəng vuraraq işdən nə xəbər olduğunu soruşduqda sonuncu ona narahat olmamağı bildirmiş, bu minvalla 08.03.2017-ci il tarixədək Natiq ona müxtəlif bəhanələr gətirərək gözlətmiş, sonra aldandığını hiss edib Natiqdən verdiyi 2.270 manat pulunu tələb etdikdə sonuncu bir neçə günə pulu qaytaracağını bildirsə də, ona hər hansı bir məbləğdə pul qaytarmamışdı. Natiqin pulu qaytarmadığını görüb 17.06.2017-ci il tarixdə Rəşadın yaşadığı Xırdalan şəhərində olan evini axtarıb tapmış, binanın blokunda bir nəfər tanımadığı şəxsdən Rəşadın yaşadığı mənzili soruşmuşdu. Həmin şəxs Rəşadın anası olduğunu və adının Ceyran olduğunu bildirdikdə o, Rəşadın harada olduğunu soruşmuş, sonuncu bildirmişdi ki. Rəşad idarə etdiyi Kamaz markalı avtomobili ilə Zaqatala rayonuna satmaq üçün mişar daşı aparıb. O, Ceyrana demişdi ki, Rəşad hərbiçidir və Mingəçevirdə poliqonda olduğunu deyib. O, Ceyrana bildirmişdi ki, Rəşad Natiq adlı tanışının əli ilə onu işə düzəltmək adı ilə aldadıb. Ceyran demişdi ki, Natiq də onun oğludur, əvvəllər hərbidə işləyib, hazırda heç bir işlə məşğul olmur və harada yaşadığını bilmir. Təqsirləndirilən şəxs1 özünü ona polkovnik kimi təqdim etmiş və onun işini də özünün dəzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və X7 onun həyat yoldaşının xalası oğlanlarıdır. Natiq adlı şəxsi Daşqının vasitəsi ilə tanımışdır. Oğlu Şahid7 2015-ci ilin yay aylarında hərbi xidməti qurtardıqdan sonra iş tapa bilməmiş, 2015-ci ilin dekabr ayının əvvəllərində baldızı Gülnardan eşitmişdi ki, Daşqın ayrı-ayrı adamları işə düzəltməyə köməklik edir. Daşqına zəng etmiş, söhbət zamanı oğlu Ruslanın işsiz olduğunu, sonuncunu polis orqanlarına xidmətə qəbul olunmasını istədiyini bildirmişdi. Daşqın Ruslanın polis orqanına işə qəbul olunmasına köməklik edəcəyini söyləmişdi. 15 dekabr 2015-ci il tarixdə Daşqın, qardaşı İmamverdi və Natiq adlı şəxs onun yaşadığı Xızı rayonundakı evinə gəlmiş, söhbət zamanı Daşqın və İmamverdi Natiqi ona təqdim edərək oğlunu polisə Natiqin düzəldəcəyini söyləmiş, İmamverdi Natiq adlı şəxsin Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu bildirmişdi. Natiq özü də onun oğlu Ruslanı polisə işə düzəldə biləcəyini demiş, Daşqın oğlu Ruslanı polis orqanına işə düzəltmək üçün ondan 5.000 ABŞ dolları pul istəmişdi. Lakin o, həmin məbləğdə pulunun olmadığını demişdi. 30 sentyabr 2015-ci il tarixdə evini təmir etdirmək üçün "Kapital" Bankın Xızı rayon filialından öz adına 2000 manat, həyat yoldaşı Şahid3 adına isə 2.100 manat kredit götürmüşdü, təxminən 2.500 manat da özündə var idi. 2015-ci ilin dekabr ayının əvvəllərində devalvasiya ərəfəsində o, Xızı rayonunda Kapital Bankın filialında təxminən 6.500 manatı dəyişib 4.100 ABŞ dolları pul almışdı, həmin pulu da evdə saxlayırdı. Daşqın həmin işlə bağlı kiminləsə danışacaqlarını, əgər daha az məbləğə razılıq olarsa ona zəng edib məlumat verəcəyini söyləmişdi. Daha sonra hər üçü çıxıb getmiş, 26 dekabr 2015-ci il tarixdə axşam saatlarında o, Bakı şəhərində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şadlıq sarayında toyda olarkən Daşqın ona zəng edərək oğlu Ruslanın işini danışdığını, 3300 ABŞ dolları məbləğində pulun müqabilində oğlu Ruslanı Bakı şəhərində polis orqanına işə qəbul etdirəcəyini, həmin pulu səhəri günü çatdırmasını demişdi. O, toydan çıxdıqdan sonra Xızı rayonuna qayıtmış, 27 dekabr 2015-ci il tarixdə səhər saatlarında evdən 3300 ABŞ dolları pulu götürüb Bakı şəhərinə gəlmiş, həmin gün saat 12.00-13.00 radələrində Daşqınla Nəsimi rayonu ərazisində 28 May metrosunun çıxışında görüşmüş, Daşqının yanında əvvəllər tanımadığı 30-35 yaşlarında bir kişi olmuş Daşqın həmin şəxsin adını deməsə də bacanağı olduğunu bildirmişdi. Həmin vaxt orada Daşqının oğlu Ruslanı polis orqanına işə düzəltmək üçün tələb etdiyi 3.300 ABŞ dolları məbləğində pulu sonuncuya vermişdi, Daşqın onun oğlu Ruslanın 2016-cı ilin yanvar ayının ortalarında işə başlayacağımı vəd etmişdi. Həmin gün evə qayıtdıqdan sonra Daşqın ona zəng edərək oğlu Ruslanın 4 ədəd 3x4 sm ölçüdə fotoşəklini və yaşayış yerindən xasiyyətnamə lazım olduğunu demiş, o, Daşqının tələb etdiyi xasiyyətnamə və fotoşəkilləri 2016-cı ilin yanvar ayının təxminən əvvələrində oğlu Ruslanın vasitəsi ilə Bakı şəhərinə Daşqına göndərmişdi. Daşqının vəd etdiyi vaxtda, yəni 2016-cı ilin yanvar ayının ortalarında o, sonuncuya zəng edib işlə bağlı maraqlanmış. Daşqın səhhətində problem olduğunu, Ruslanın işini İmamverdi və Natiq adlı şəxsin həll edəcəyini söyləmişdi. Bir neçə gün sonra Natiqin dəvəti ilə oğlu Ruslanla birlikdə Bakı şəhərinə gəlmiş, Natiq onları "Şamaxinka" adlanan ərazidə qarşılayıb tanımadığı bir kafeyə aparmış, həmin vaxt Natiqin yanında tanımadığı bir kişi də olmuş, Natiq Ruslanın işə qəbulla bağlı bağlı ərizə yazmalı olduğunu bildirib onları tanımadığı bir binanın yaxınlığına aparmış, özü maşından düşüb harasa getmiş və tez qayıtıb işin sabaha qaldığını bildirmişdi. O, Ruslanla Xızı rayonuna qayıtmış, səhəri gün Ruslanı Bakı şəhərinə göndərmişdi. Ruslanı Bakı şəhərində Natiq özü qarşılayıb hansısa polis idarəsinə aparmış, lakin oğlunu heç kim qəbul etməmişdi. Oğlu rayona qayıtdıqdan sonra ona demişdi ki, Natiqgil onu aldadırlar, pulunu geri alsın. O. artıq aldanıldığını başa düşüb Daşqına zəng edərək pulunu geri tələb etmiş, sonra Natiqlə əlaqə saxlamış. Natiq işin alınmadığını, pulu qaytarmağa çalışacaqlarını söyləmişdi. 15 mart 2016-cı il tarixdə Daşqın, İmamverdi və Natiq onun yaşadığı Xızı rayonuna getmiş,Natiq əvvəlcə oğlu Ruslanın guya yoxlama zamanı turnikdə çəkinə bilmədiyini bəhanə etmiş, lakin Ruslan Natiqin göndərdiyi yerdə onu ümumiyyətlə heç kimin qəbul etmədiyini söyləmişdi. Daha sonra Natiq və Daşqın pulu qaytaracaqlarına söz verib çıxıb getmişlər. 2016-cı ilin iyun ayında Natiq ona zəng edərək 1.300 ABŞ dollarını milli məzənnə ilə 2.000 manat kimi hesablayıb İmamverdiyə verdiyini, həmin 2000 manat pulu İmamverdidən götürməyini söyləmiş, Natiq həmçinin 1000. ABŞ dollarını da ona özü qaytaracağını, qalan 1000 ABŞ dollarını isə Daşqın və İmamverdinin ödəyəcəyini söyləmişdi. O, Daşqınla bu barədə danışmış, sonuncu özü də qalan 1.000 ABŞ dollarını qardaşı İmamverdi ilə birlikdə qaytaracaqlarına söz vermişdi. Həmin ərəfədə Ruslan Bakı şəhərində olmuş və İmamverdi ilə görüşüb 2.000 manat pulu almışdı. Lakin daha sonra nə Natiq, nə də Daşqıngil onun pulunu qaytarmamışlar. Sonuncu dəfə 2016-cı ilin sentyabr ayında o, Natiqlə əlaqə saxlayıb pulunu tələb etmiş, Natiq ona pul vermədiyini əsas gətirərək pulu qaytarmaqdan imtina etmiş, "pulu kimə vermisənsə get ondan al" demiş, daha sonra Daşqıngilə gedərək pulunu tələb etmiş, Daşqın isə heç kimdən qorxmadığını və "get hara istəyirsən şikayət elə" sözlərini söyləyib onu evindən qovmuşdu. Daşqın, İmanverdi və ya Natiq həmin puldan konkret olaraq hər hansı bir vəzifəli şəxsə verəcəkləri barədə ona heç bir söz deməmişlər. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara vurduqları zərəri tamamilə ödədiklərini, onlardan heç bir şikayət və ya tələblərinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 26.01.2018-ci il tarixdə dostu Müsahib vasitəsi ilə tanış olmuşdur. 27.08.2017-ci il tarixdə o, özünə məxsus "VAZ 2107" markalı, lO-RO-257 dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu Qobu-Lökbatan yolunda "Opel" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq qəza keçirmiş, nəticədə digər avtomobildə olan 2 nəfər şəxs və o, bədən xəsarətləri almışlar. Həmin faktla bağlı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Abşeron RPİ- nin İŞ-də cinayət işi başlanaraq, istintaq aparılmış və 2018-ci ilin yanvar ayının ortalarında cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Həmin ərəfədə o, məhkəmədə işinin həll edilib, orada barəsində olan cinayət işinə xitam verilməsində ona köməklik göstərilməsi üçün adam axtarmış, bununla əlaqədar dostu Müsahibə müraciət etmişdi. Müsahib Natiqiıı qardaşı Şahid6la birlikdə hansısa hərbi hissədə birlikdə işlədikləri üçün bu barədə əvvəlcə Rəşada demiş, Rəşad da həmin məsələ ilə əlaqədar qardaşı Natiqə müraciət etmişdir. Natiq də həmin məsələdə ona köməklik göstərməsinə razılıq vermişdi. Natiq Müsahibdən onun mobil telefon nömrəsini alaraq. 26.01.2018-ci il tarixdə saat 12 radələrində özü ona zəng edərək bildirmişdi ki, nömrəsini ona Müsahib veribdir, Bakı şəhəri, Xətai RPl-də müstəntiq işləyir, məhkəmədə işinin xitam edilməsi üçün ona köməklik göstərə bilər, bunun üçün 2.000 manat məbləğində pul verməlidir. O, Natiqlə razılaşmış və nə vaxt, harada görüşməyi soruşmuş, Natiq demişdi ki, həmin günü axşam saat 19 radələrində Bakı şəhəri, "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasının qarşısında görüşsünlər. 26.01.2018-ci il tarixdə axşam saat 19 radələrində o, Müsahiblə birlikdə sonuncunun idarə etdiyi "Mersedes C klass" markalı avtomobillə Bakı şəhəri, "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasının qarşısına getmiş, ora çatanda Təqsirləndirilən şəxs1 onları gözlədiyini görmüşlər. Müsahib Natiqi maşına çağırmış, sonuncu maşının arxa oturacağına əyləşmişdi. Təqsirləndirilən şəxs1 ilk dəfə orada görmüş, həmin vaxt Natiq ona demişdi ki, barəsində Abşeron rayon məhkəməsində olan cinayət işi üzrə ona kömək edərək, orada işi xitam etdirəcək, zərəçəkmiş şəxslə onu barışdıracaq, həmin məsələ ilə bağlı artıq məhkəmədə kiməsə deyib, bunun müqabilində 2000 manat pul verməlidir. O, Natiqə inandığı üçün üstündə olan 100 manatlıq əskinazlardan ibarət 2.000 manat məbləğində pulu Müsahibin yanında çıxarıb maşında Natiqə vermişdi. Bundan sonra o, 2-3 dəfə, yəni 2018-ci ilin yanvar ayının axırlarında-fevral ayının əvvəllərində Natiqlə əlaqə saxlayıb məsələ ilə bağlı maraqlanmış, Natiq də hər dəfə müxtəlif bəhanələr gətirməklə onu arxayın edərək, işin həll olunacağını bildirmişdi. Lakin sonradan Natiq işini həll edə bilməmiş və 2018-ci ilin fevral ayının 12-də Natiqə zəng edərək verdiyi 2.000 manat pulunu geri tələb etməyə başlamışdı. Natiq də pulu geri qaytaracağam bildirsə də, lakin onun pulunu qaytarmamış, sonradan dəfələrlə zəng etsə də Natiqə zəng çatmamışdı. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, X14 2017-ci ilin mart aymdan bacısı oğlu X4 vasitəsi ilə tanıyır. Belə ki, bacısı oğlu X8 anası və atası rəhmətə getdiyi üçün və himayəsində az yaşlı uşağı olduğundan sonuncunu hərbi xidmətdən saxlamaq istəmiş və bu barədə digər bacısı oğlu Samir Mustafayevə deyib, köməklik göstərilməsini xahiş etmişdi. Samir Mustafayev özü artıq 6 ildir ki. RF-nın Moskva şəhərində yaşayır. Samir Mustafayev 2017-ci ilin mart ayının əvvəllərində zəng edərək ona demişdi ki, Ramin adlı dostu Nurlan Əbilovu həqiqi hərbi xidmətdən saxlaya bilər, sonuncu ilə görüşüb, danışsın və ona Ramin adlı şəxsin mobil telefon nömrəsini vermişdi. Bir neçə gündən sonra, yəni 2017-ci ilin mart ayının əvvəllərində o, Ramin adlı şəxsə zəng vuraraq bacısı oğlu Nurlan Əbilovun hərbi xidmətdən saxlaması məsələsini danışmışdı. Sonuncu demişdi ki, hərbidə işləyən dostunun vasitəsi ilə həmin işi həll edəcək, bunun üçün 2.500 manat pul vermək lazımdır. O, Raminlə razılaşmış və 2017-ci ilin mart ayının əvvəllərində, səhər saat 14 radələrində Sumqayıt şəhər avtovağzalında Ramin Atamovu ilk dəfə görmüş, söhbət zamanı Ramin ona demişdi ki, Natiq adlı dostu var, Müdafiə Nazirliyində işləyir, həmin şəxslə artıq danışıbdır, sonuncu onun bacısı oğlu Nurlan Əbilovu əsgərlikdən saxlayacaq və adma hazır hərbi bilet alacaq. Hətta Ramin onun yanında həmin Natiq adlı şəxsə zəng edərək telefonu ona vermiş, o da Natiq kimi özünü təqdim edən şəxslə danışmış, sonuncu ona demişdi ki. Raminin dostudur, məsələni kiminləsə danışıbdır, həll edəcək. Lakin o, həmin şəxsin həqiqətən də Natiq olub-olmadığını, Müdafiə Nazirliyində işləyib-işləmədiyni bilməmişdi. Həmin vaxt o, üstündə olan 1.700 manat pulu Raminə vermiş, qalan 800 manat pulu isə 2-3 günə düzəldib göndərəcəyini bildirmişdi. Ramin təklikdə ondan 1700 manat pulu alıb, bacısı oğlu Nurlan Əbilovun anket məlumatlarını götürüb getmişdi. Təxminən 2-3 günə sonra, 2017-ci ilin mart ayının ortalarında, axşam saat 17:00 radələrində Ramin Atamov ona zəng edərək demişdi ki, verməli olacağı 800 manat puldan əlavə, 300 manat da pul gətirsin, həmin 300 manat pulu sənədləşmə işlərinə sərf edəcək. O, da razılaşmış və 1.100 manat pul da düzüldərək, bacısı oğlu Nurlan Əbilova vermiş, sonuncu 2017-ci ilin mart ayının ortalarında, saat 10 radələrində "xxxx" ASC-nin Masallı rayon filialından Sumqayıt şəhər filialına Raminin adıma 1.100 manat məbləğində pul göndərmişdi. Ramin 1.100 manat pulu bankdan götürdükdən sonra ona zəng edib demişdi ki, 1.100 manat pulu da götürüb, məsələni 1-2 günə həll edəcək, Nurlan hazır hərbi bilet almaqla, hərbi xidmətdən saxlanılacaq. Lakin 1-2 gün sonra o, görəndə ki, Ramindən xəbər yoxdur, özü zəng edib məsələ barədə maraqlandıqda Ramin ona demişdi ki, məsələ həll olunubdur, danışılıbdır. Buna baxmayaraq 2017-ci ilin aprel ayının əvvəllərində bacısı oğlu Nurlan Əbilov həqiqi hərbi xidmətə çağırılaraq əsgərliyə getmişdir. O, aldanıdığımı görüb Raminə zəng edib verdiyi 2.800 manat pulu geri tələb etməyə başlamış, sonuncu da müxtəlif bəhanələr gətirməklə onun pulunu geri qaytarmamışdı. X26 Əmirxanovu tanıyıbtanımadığını bilmir, Samir onu Natiqlə danışdırmamış, Natiqlə onu Ramin özü danışdırmışdır. Həmin şəxsin də Natiqin olub-olmadığını o, bilmir. O, ümumilikdə 2.800 manat məbləğində pulu Raminə vermişdir. Zərərçəkmiş şəxs4 həmçinin Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza verilməli olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, yuxarıda göstərilən ünvanda azyaşlı oğlu Ziya ilə birlikdə yaşayır. Musa Orucəliyev onun keçmiş iş yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs1 isə Musanın tanışı olmuşdur. İşin mahiyyəti üzrə bildirir ki, 23 iyul 2015-ci il tarixdə əri Rövşən Abdullayev rəhmətə getmişdir. O, həmin vaxtlar 14 saylı Cəzaçəkmə müəssisəsində məsləhətçi, mühasib-xəzinədar vəzifəsində işləyirmiş. Onun maaşı az olduğu üçün fikirləşmişdir ki, daha yaxşı məvacib olan işə düzəlsin ki, normal yaşaya bilsin. Buna görə də 2016-cı ilin təxminən iyul ayında 14 saylı Cəzaçəkmə müəssisəsində inspektor işləyən iş yoldaşı Musa ilə söhbət zamanı daha yaxşı maaşı olan işə düzəlmək istədiyini bildirmişdir. Musa ona Müdafiə Nazirliyinin maliyyə şöbəsinə işə düzəldə biləcək Natiq adlı tanışının olduğunu bildirmişdir. Musa Natiq adlı tanışı ilə onun işə düzəlməyi barədə telefonla danışmış və sonra o, özü də Natiqlə telefon vasitəsilə danışmışdır. Natiq ona demişdir ki, Müdafiə Nazirliyinin Maliyyə şöbəsinə onu işə düzəltməyə əlində imkan vardır. Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyində işə düzəlmək üçün 5000 AZN lazım olduğunu bildirmişdir. Natiq ona demişdir ki, diplomunum surətini, şəxsiyyət vəsiqəsinin surətini, tibbi arayışı, yaşadığı yer barədə arayışı, əmək kitabçasının surətini hazırlayıb ona verər. Həmin gündən bir neçə gün sonra onun istifadəsində olan mobil telefonuna yadında qalamayan mobil nömrədən bir nəfər tanımadığı şəxs zəng vurub ona demişdir ki, Müdafiə Nazirliyinin kadrlar şöbəsindən onu narahat edir, o, artıq işə düzəlmişdir. Onun həmin məbləğdə pulu olmadığından və Təqsirləndirilən şəxs1 onun sənədlərinin gecikəcəyi bəhanəsi ilə tələsdirdiyindən Natiqin sözünə inanmış və buna görə qonşusu Viləddindən xahiş etmişdir ki, işdən icazə alıb çıxa bilmir, ona köməklik edib Lombardan pul götürüb ona versin, həmin pulu onu işə düzəltmək istəyən şəxsə versin, lombardın aylıq faiz pulunu özü ödəyəcəkdir. Viləddin onunla razılaşmışdır. O, Viləddinə iki ədəd qızıl boyunbağı, bir ədəd qızıl kişi üzüyü, bir ədəd qızıl qadın üzüyü və iki ədəd qızıl kulon vermişdir. X20 girov qoymaq üçün verdiyi qızı-zinyət əşyaları az olduğu üçün Viləddin özünə məxsus qızıl-zinyət əşyalarını da əlavə edib arvadı Şahid9 ilə birlikdə Yasamal rayonunda yerləşən “Qarant” Lombard şirkətinə gedib həmin qızıl-zinyət əşyalarını girov qoyub hər ay 07 faiz ödəmək şərti ilə arvadı Elnarənin adına 3000 manat pul götürmüş və ona vermişdir. O, həmin pulu götürdükdən sonra Natiq ilə telefon əlaqəsi saxlayıb 3000 manat pulu düzəltdiyini bildirmişdir. 02 avqust 2016-cı il tarixdə saat 19 radələrində Natiq onun yaşadığı həyətə gəlmiş və o, 3000 AZN pulu, diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini, tibbi arayşı, yaşadığı yerdən arayışı, əmək kitabçasının surətini Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq Natiq onu vəd etdiyi işə düzəltmədiyi üçün o, narahat olmağa başlamış və hər dəfə Natiqlə telelfon əlaqəsi saxlayanda yaxın günlərdə işə çıxacağını bildirirmiş. O, məcbur olub iş yoldaşı Musaya bildirmişdir ki, Natiqi onun vasitəsilə tanımışdır, onun verdiyi 3000 manat pulu Natiqdən alıb ona ödəsin. Musa da Natiqdən böyük çətinliklə 1000 manat pul alıb 2016-ci ilin səhv etmirsə sentyabr ayının əvvəlində ona qaytarmışdır. Musa Orucəliyevin ona qaytardığı 1000 manat pulu Viləddinə vermiş və Viləddin aparıb Lombarda olan borcunun əvəzi olaraq 1000 manat pulu ödəmişdir. Lombarda onun 2000 manat borcu qalmışdır. O. lombarda 07 faiz pulu ödəməmək üçün 2016-cı ilin oktyabr ayının sonlarında dəqiq tarix yadında qalmayan günündə 2000 manat pul tapıb Viləddinə vermişdir ki, lombardın pulunu bağlayıb qızıl-zinyət əşyalarını lombardan götürsün. Viləddin də 2000 manat pulu “Qarant” lombard şirkətinə aparıb ödəyərək qızıl-zinyət əşyalarını götürmüşdür. 2017-ci ilin yanvar ayının sonlarında dəqiq tarix yadında qalmayan gündə Natiq onunla telefon əlaqəsi saxlayıb onun Müdafiə Nazirliyinə işə düzəlmək məsələsinin həll olunduğunu və 3000 manat pulu təcili ona çatdrımağını bildirmişdir. O, Natiqə bildirmişdir ki, əvvəllki götürdüyü pula görə o lombarda faiz ödəmişdir. Natiq ona demişdir ki, narahat olmasın, faizə olsa da 3000 manat pul götürüb ona versin, əgər pul düzəldib ona verə bilməsə onda olan 2000 manat pulu da batacaqdır. O, də məcbur olub yenidən qonşusu Şahid9 əri Şahid8 xahiş etmişdir ki, işə düzəlmək üçün ona pul lazımdır və onun adına lombardan 3000 manat pul götürməyinə köməklik etsin. O, Viləddinə 70qrama yaxın qızıl-zinyət əşyaları gətirib vermiş və Viləddin həmin qızıl-zinyət əşyalarının üzərinə özünə və arvadı Elnarəyə məxsus qızıl-zinyət əşyalarını qoyub 31.01.2017-ci il tarixdə Qarant Lombard şirkətinə gedib 3000 manat faizə pul götürüb gətirib ona vermişdir. O, da həmin gün yəni 31 yanvar 2017-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evin həyətində, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 3-cü küçə, 107 nömrəli evin həyətində 3000 manat pulu Natiqə vermişdir. Natiq ona söz verdi ki, 2017-ci ilin fevral ayımda işə başlayacaqdır. Lakin yenə də Natiq onu aldatmış və onun hər hansı bir yerə işə düzəlməyinə kömək etməmişdir. Böyük bir çətinliklə 2017-ci ilin may ayında Natiqdən 650 manat pulu lombarda ödəyəcəyi faizin pulu olaraq almışdır. O, hər ay Lombarddan götürülən pulun faizini Viləddinə verirmiş və Viləddin onun verdiyi pulu “Qarant” Lombard şirkətinə aparıb verirmiş. Arada bir o, əlavə olaraq Viləddinə pul verirmiş ki, əsas məbləğ azalsın. “Qarant” Lombard şirkətinin faizi yüksək olduğu üçün Viləddin 2017-ci ilin oktyabr ayında tanışından bir günlük pul tapıb həmin lombardın pulunu ödəyib Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Uğur” Lombard şirkətindən pul götürmüş və tanışından götürdüyü pulu qaytarmışdır. “Uğur” Lombard şirkətində faiz “Qarant" Lombarddan daha yüksək olduğundan “Uğur” Lombard şirkətindən də aralanmışlar. O, Elnarə ilə birlikdə Bakı şəhəri, Yeganə şadlıq sarayının yaxınlığında yerləşən Lombarddan 2.500 manat hər ay 4 faiz ödəmək şərti ilə pul götürmüşdür. Beləliklə Natiq ondan iki dəfəyə aldadıb 6.000 manat pul alıb onu işə düzəltməmiş, ondan aldığı pulu qaytarmayıb ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza verilməli olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Murtuz oğlu ifadəsində göstərmişdir ki, Hicran Abdulayevanı 10 ildən artıdıqdır ki, tanıyır. Belə ki, Hicran onunla qonşuluqda yaşayır. Qonşu kimi onların münasibəti yaxşıdır və onların bir-birinin evinə ailəvi olaraq gediş gəlişi vardır. 2015-ci ilin səhv etmirsə iyul ayında Hicranın həyat yoldaşı Rövşən rəhəmətə getmişdir. Hicran 14 saylı Cəzaçəkmə müəssisəsində xəzinadar işləyir. 2016-cı ilin iyul ayının sonlarında dəqiq tarix yadında qalamayan günündə Hicran onun yaşadığı evinə gəlib ona bildirmişdirv ki, 14 saylı Cəzaçəkmə müəssisəsində aldığı maaaş onu qane etmir, bir nəfər şəxs onu Müdafiə Nazirliyinin Maliyyə şöbəsinə mühasib vəzifəsinə iş düzəldəcəkdir. Onu Müdafiə Nazirliyinin Maliyyə şöbəsinə mühasib vəzifəsinə işə düzəldən şəxs ondan 5000 manat pul istəyib. Hicran ondan xahiş etdi ki, işdən icazə alıb çıxa bilmir, ona köməklik edib Lombardan pul götürüb ona versin, o pulu onu işə düzəltmək istəyən şəxsə versin, lombardın aylıq fazi pulunu özü ödəyəcək. Hicran ilə ailəvi dostluğu olduğu üçün o, Hicranla razılaşmışdır. Hicran ona iki ədəd qızıl boyunbağı, bir ədəd qızıl kişi üzüyü, bir ədəd qızıl qadın üzüyü və iki ədəd qızıl kulon vermişdir. Hicranın ona Lombarda girov qoymaq üçün verdiyi qızıl-zinyət əşyaları az olduğu üçün o, ailəsinə və özünə məxsus qızıl-zinyət əşyalarını əlavə edib arvadı Şahid9 ilə birlikdə 02.08.2016-cı il tarixdə Yasamal rayonunda yerləşən “Qarant” Lombard şirkətinə gedib həmin qızıl-zinyət əşyalarını girov qoyub hər ay 07 faiz ödəmək şərti ilə arvadı Elnarənin adma 3000 manat pul götürmüşdür və həmin gün 3000 manat pulu Hicrana vermişdir. 3000 manat pulu Hicrana verdikdən bir gün sonra Hicran ona təşəkkür edib demişdir ki, işə düzəlmək üçün Natiq adlı şəxsə 3000 manatı vermişdir, işə düzəlmək üçün yerdə qalan 2000 manat pulu işə çıxanda ödəyəcəkdir. Bir ay sonra Hicran həmin lombard şirkətinə faizi ödəmək üçün ona 210 manat və əsas məbləğdən çıxılaması üçün 1000 manat pul vermişdir. O, 210 manat pulu və əsas məbləğdən çıxılması üçün 1000 manat pulu aparıb “Qarant” Lombard şirkətinə ödəmişdir. Artıq 2000 manat pulun aylıq faizi 140 manat təşkil edirmiş. Hicran işdən icazə ala bilmədiyi üçün onun verdiyi lombardın faizini o özü aparıb ödəyirmiş. Səhv etmirsə 2016-cı ilin oktyabr ayının sonlarında Hicran 2000 manat pulu ona verib demişdir ki, lombardın pulunu bağlayb qızıl- zinyət əşyalrını girovdan çıxartsın. 2017-ci ilin yanvar ayının dəqiq tarixi yadında qalmayan günündə Hicran onun yaşadığı evə gəlib ona bildirmişdir ki, onu işə düzəldən şəxs ona demişdir ki, 3000 manat pul tapıb ona versin ki, onun işə düzəlmək məsələsini tam həll etsin. Hicran ondan xahiş etmişdir ki, yenə də ona köməklik edib Lombarddan faziə 3000 manat pul götürüb ona köməklik edsin, işə düzələndən sonra həmin pulları ödəyəcəkdir.O, Hicrana köməklik edəcəyini bildirmişdir Hicran ona 70 qrama yaxın qızıl-zinyət əşyaları gətirib vermiş və o, həmin qızıl-zinyət əşyalarının üzərinə özünə və arvadı Elnarəyə məxsus qızıl-zinyət əşyalarını qoyub 31.01.2017-ci il tarixdə “Qarant” Lombard şirkətinə gedib 3000 manat faizə pul götürüb həmin gün gətirib Hicrana vermişdir. O, 3000 manat pulu Hicrana verdikdın sonra Hicran ona demişdir ki, 3000 manat pulu Natiq adlı şəxsə işə düzəlmək üçün vermişdir. Bu söhbətdən bir neçə ay sonra Hicran ona bildirmişdir ki, Natiq adlı şəxs deyəsən onu aldatmışdır, onu işə düzəltməmişdir. Hicran hər ay lombarddan götürülən pulların faizini ona verirmiş və o, Hicranın verdiyi pulu “Qarant” Lombard şirkətinə aparıb verirmiş. Arada bir Hicran əlavə olaraq pul verirmiş ki. əsas məbləğ azalsın. “Qarant” Lombard şirkətinin faizi yüksək olduğu üçün o, 2017-ci ilin sentyabr ayında tanışından bir günlük pul tapıb həmin lombardın pulunu ödəyib Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Uğur” Lombard şirkətindən pul götürdüm və tanışımdan götürdüyüm pulu qaytardım. “Uğur” Lombard şirkətində faiz “Qarant” Lombard şirkətindən daha yüksək olduğundan “Uğur” Lombard şirkətdən də aralanmışlart. Hicran arvadı Elnarə ilə birlikdə Bakı şəhəri, Yeganə şadlıq sarayının yaxınlığında yerləşən Lombard şirkətindən hər ay 4 faiz ödəmək şərti ilə 2500 manat pul götürdü. Beləliklə Natiq adlı şəxs Hicranı Müdafiə Nazirliyinin Maliyyə şöbəsinə mühasib vəzifəsinə işə düzəlmək adı ilə iki dəfəyə 6000 manat pul almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 Şahid8 Murtuz oğlunun göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid9 02.08.2016-cı il tarixdə "xxxx" MMC-yə qızıl-zinyət əşyalarını girov qoyub 07 fazilə 3000 manat pul götürdüyünü, həmin pulu 22.10.2016-cı il tarixdə tam ödəyib girovda olan qızıl-zinyət əşyalarını götürdüyünü, bundan başqa Şahid9 yenidən 31.01.2017-ci il tarixdə "xxxx" MMC-yə qızıl-zinyət əşyalarını girov qoyub 3000 manat 07 fazilə pul götürdüyünü, həmin pulu 31.10.2017-ci il tarixdə tam ödəyərək girovda olan qızıl-zinyət əşyalarını götürdüyünü, hər ay faizi Şahid9 və Şahid8 gətirib ödədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında ifadələri elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və X1 oğulları Zərərçəkmiş şəxs6 kimi eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2015-ci ilin dekabr ayının atası Fəxrəddin Daşqınla telefonla danışdıqdan sonra ona demişdi ki. Daşqın onu polis orqanına işə qəbul olunmağına köməklik edəcək. 15 dekabr 2015-ci il tarixdə Dascıın, qardaşı İmamverdi və Natiq Xızı rayonunda onların evində olmuş, söhbət zamanı Daşqıngil Natiqi onlara təqdim edərək onu polisə Natiqin düzəldəcəyini demiş, Natiq özü də onu polisə işə düzəldəcəyini vəd etmişdir. Hətta sonuncular həyətdə onun turnikdə çəkinmək bacarığını da yoxlamışlar, Natiq normativi yerinə yetirə bildiyini söyləmişdi. Bir neçə gün sonra o, Natiqin təklifi ilə tək Bakı şəhərinə gəlmiş, Natiq onu "Şamaxinka" adlanan yerdə qarşılayaraq Daxili Qoşunların hansısa idarəsinə aparmış, özü içəriyə daxil olmamış, ona içəridə raport yazıb çıxacağını söyləmişdi. O, həmin idarəyə daxil olmuş, qəbula gələnlərdən bir neçəsi seçilmiş, lakin o, seçilməmişdi. Çölə çıxıb seçilmədiyini Natiqə demiş, sonuncu onu yenidən həmin idarənin kadrlar şöbəsində işləyən "Nəsirov" soyadlı bir şəxsin yanma göndərmiş və "mayor Mürşüdovun" adamı olduğunu söyləməyini bildirmişdi. Kadrlar şöbəsində işləyən Daxili Qoşunların formasında olan, polkovnik-leytenant rütbəsində olan "Nəsirov" soyadlı şəxs "rnayor Mürşüdovun adamı kimdir?" deyə soruşmuş, o, həmin şəxsin özü olduğunu bildirdikdə sonuncu ona "get, gələrsən" demiş, başqa bir söz demədiyi üçün o, oradan çıxıb bu barədə Natiqə demiş, sonuncu da heç bir söz demədən çıxıb getmişdi. O, baş verənlər barədə atasına danışmış, sonra atası Natiq və Daşqından pulunu geri tələb etməyə başlamışdı. 2016-cı ilin mart ayının ortalarında Daşqın, İmamverdi və Natiq Xızı rayonuna evlərinə gəlmiş, Natiq əvvəlcə guya onun yoxlama zamanı turnikdə çəkinə bilmədiyini bəhanə etmiş, o, orada ümumiyyətlə seçilmədiyini söyləmişdi. Daha sonra Natiq və Daşqın aldıqları pulu qaytaracaqlarına söz verərək çıxıb getmişlər. Təxminən 2016-cı ilin iyun ayında Bakı şəhərində olarkən atası ona zəng edərək İmamverdi ilə görüşüb sonuncudan 2000 manat pulu götürməyini söyləmiş, o, Bakı şəhərində görüşüb İmamverdidən 2.000 manat pulu geri götürmüşdü. Lakin daha sonra nə Natiq, nə də Daşqıngil qalan pulu qaytarmamışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat dövründə Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun həyat yoldaşdır, Şahid7 isə doğma oğludur. Təqsirləndirilən şəxs2 və X7 onun xalası oğlanlarıdır. Həmini şəxslər oğlu Ruslanı Bakı şəhərində polis işinə düzəltməyə söz vermiş və əri Fəxrəddinin razılığı ilə 15 dekabr 2015-ci il tarixdə Xızı rayonuna onların yaşadığı evlərinə gəlmiş, Daşqın Ruslanın polis orqanına işə qəbul olunmasına köməklik edəcəyini söyləmiş, söhbət zamanı Daşqın və İmamverdi Natiqi onlara təqdim edərək oğlunu polisə Natiqin düzəldəcəyini söyləmişlər. Bundan sonra Daşqın oğlu Ruslanı polis orqanına işə düzəltmək üçün onlardan 5.000 ABŞ dolları pul istəmişdi. Bundan sonra 30.09.2015-ci il tarixdə evini təmir etdirmək üçün "Kapital" Bankın Xızı rayon filialından əri Fəxrəddinin adına 2000 manat, onun adma isə 2.100 manat kredit almışlar, 2.500 manat da evdə pulları olmuşdur. 2015-ci il dekabr ayının axırlarında, tarixi dəqiq xatırlamır, əri Fəxrəddin Bakı şəhərinə gedərək həmin iş üçün, yəni oğlu Ruslanı Bakı şəhərində polis nəfəri kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs2 3.300 ABŞ dolları pul vermişdi. Lakin sonuncular onları aldatmış, oğlu Ruslanı işə düzəltməmişdilər. Çox tələb etdikdən sonra Daşqın onlara 400 ABŞ dolları qaytarıb demişdi ki, ona çatan pul cəmi 400 ABŞ dollarıdır, onu da özü qaytarır, bundan bir müddət sonra isə İmamverdi Bakı şəhərinlə oğlu Ruslana 2.000 manat pul qaytarmışdı. Bundan sonra onlara hər hansı bir məbləğdə pul qaytarmamışlar, hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara 1.600 ABŞ dolları pul borcu qalmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bövük qardaşıdır, hazırda Natia Əmirxanov rəsmi olaraa heç bir yerdə işləmir. O, həqiqətən də qardaşı Təqsirləndirilən şəxs1 xahiş etmişdir ki, Zərərçəkmiş şəxs6 işə düzəltsin, belə ki, Natiq əvvəllər hərbidə işləmişdi. Lakin sonrdan həmin işin düzəlib-düzəlməməsi barədə, Natiqin Rüstəmdən hər hansı məbləğdə pul alması barədə məlumatı olmamış, həmçinin bu barədə ona Rüstəm də heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs3 görməmişdir və tanımır, lakin sonuncunun özünə məxsus avtomobillə digər avtomobili vuraraq qəza törətməsi, həmin faktla bağlı barəsində Abşeron RPİ- nin İŞ-də cinayət işi başlanması, 2018-ci ilin yanvar ayında cinayət işinin aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsi, məhkəmədə işinin həll edilib orada barəsində olan cinayət işinə xitam verilməsində köməklik göstərilməsi barədə ona iş yoldaşı Müsahib müraciət etmiş, o da bu barədə qardaşı Natiqə müraciət etmiş, sonuncunun yanında zəng edib qardaşı Natiqlə danışmış, Natiq razılıq verdikdən və həmin işə məhkəmədə xitam verdirəcəyinə söz verəndən sonra Natiqin telefon nömrəsini Müsahibə vermişdi. Lakin sonradan həmin işin həll edilib-edilməməsi barədə məlumatı olmamışdır. Sonradan isə Müsahibdən öyrənmişdi ki, Natiq Vüqarı aldadıb pulunu alsa da, verdiyi vədə əməl etməmişdir. X24 hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. Lakin həmin vaxtlar Müsahib ona demişdi ki, Zərərçəkmiş şəxs3 pulunu özü ödəmişdir, Natiqə desin ki, onun pulunu 200, 300 manat olmaqla hissə- hissə ödəsin. O, bu barədə Natiqə demiş, lakin sonuncunun Müsahibə pul qaytarıb- qaytarmaması barədə məlumatı yoxdur. O, qardaşı Təqsirləndirilən şəxs1 Şahid5 Yasamal RPİ-də əvvəllər müstəntiq işləmiş, yaxın vaxtlarda Xətai RPİ-nə müstəntiq vəzifəsinə təyin olunacaq şəxs kimi təqdim etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat dövründə Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi sənədlə adı Müsahib olsa da, hamı onu Sahib kimi çağırır. X23 ilə uzun müddətdir qonşu olmaqla dostluq münasibəti var. O, 2010- cu ildən 2016-cı ilə kimi mayor rütbəsində Qaradağ rayonu Buta qəsəbəsində yerləşən N saylı hərbi hissədə hərbi hissə komandirinin müavini vəzifəsində işləmiş, hazırda təqaüddədir. 2017-ci ilin dekabr ayının 1-dən həmin hərbi hissədə mülki işçi kimi mühafizə xidmətində işləyir. Mühafizə xidmətində işləyərkən onunla eyni vaxtda həmin hərbi hissədə mühafizəçi işinə qəbul edilmiş Şahid6la tanış olmu, söhbət əsnasında Rəşad danışmışdı ki, Natiq adlı qardaşı Yasamal rayon polis idarəsində müstəntiq işləyib, hazırda sərəncamdadır, yaxın vaxtlarda Xətai rayon polis idarəsinə müstəntiq vəzifəsinə təyin olunacaq. 27.08.2017-ci il tarixdə eşitmişdi ki, Zərərçəkmiş şəxs3 özünə məxsus "VAZ 2107"markalı,**-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Qobu- Lökbatan yolunda" Opel" markalı, 90-JK- 263 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol qəzası törətmiş və barəsində Abşeron RPİ-nin İstintaq şöbəsində cinayət işi aparılmış, istintaq tamamlanaraq 2018-ci ilin yanvar ayının ortalarımda baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs3 təklifi ilə həmin işə məhkəmədə xitam verilməsinə köməklik göstərməsi üçün Rəşada müraciət etmişdi. Rəşad demişdi ki. qardaşı ilə danışıb cavab deyər. Rəşad ondan aralanıb qardaşı Natiqə zəng vurmuş, sonra ona demişdi ki, Natiq sənədlərə baxsın, sonra söz deyər. Rəşad həmin gün növbəyə çıxmış və ona demişdi ki, sabah növbədən çıxıb Natiqlə görüşərlər. Səhərisi günü Rəşadla Lökbatanda görüşmüş, ona demişdi ki, qardaşı Natiq Sulutəpəyə gələcək. Rəşadla birlikdə Sulutəpə dairəsinə getmiş, Natiq də ora gəlmiş, Natiqə hadisənin qısa məzmununu danışmışdı. Sonuncu ondan sənəd istəmiş, o, Vüqara zəng etmiş və sonuncu taksi sürücüsü ilə özündə olan sənədi göndərmişdi. Natiq sənədlərə baxıb demişdi ki, məsələ aydındır, oradan Natiq, qardaşı Rəşad onun maşmı ilə Xətai rayon məhkəməsinin yanına getmişlər. Natiq maşından düşüb evlərin arası ilə harasa gedib təxminən 30-40 dəqiqədən sonra qayıtmış və demişdi ki, tez Vüqara zəng etsin ki, sonuncu ilə danışsın, məsələni həll etmişdir. O, öz telefonu ilə Vüqarı yığıb telefonu Natiqə vermiş, sonuncu telefonda Vüqara demişdi ki, məsələni həll eləmişdir, axşam saat 7-yə kimi 2.000 manat pul çatdırmalıdır. X13 metro stansiyasının yaxınlığında düşürüb, sonar Rəşadı Güzdək qəsəbəsinə aparmışdı. Asxşam Vüqarla görüşündə ona demişdi ki, 2000 manat pulu düzıltmişdir, birlikdə gedib Natiqlə görüşsünlər. Bundan qabaq Vüqar Natiqlə telefonda danışmış və 20 Yanvar metrosunun yaxınlığında görüş təyin etmişlər .26.01.2018-ci il tarixdə, axşam saat 19 radələrində Vüqarla birlikdə onun idarə etdiyi Mercedes C klass markalı avtomobillə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınləığında yerləşən Respublika Klinik Xəstəxanasının qarşısına getmiş, orada görüşəndə Natiq Vüqara demişdi ki, artıq məhkəmədə kiməsə deyib, zərərçəkmiş şəxslə Vüqarı barışdıracaq, barəsində Abşeron rayon məhkəməsində olan cinayət işini xitam elətdirəcək,bunun müqabilində ona 2.000 manat pul verməlidir. Vüqar onun yanında üstündə olan 100 manatlıq əskinaslardan ibarət 2000 manat məbləğində pulu çıxarıb maşında Natiqə vermişdi. Bundan sonra Vüqar ona demişdi ki, 2-3 dəfə Natiqlə görüzüb, Natiq də hər dəfə onu arxayın edərək, işin həll olunacağını bildirmişdir. X27 işini həll etməmişdi. Vüqar Natiqə zəng edərək verdiyi 2.000 manat pulunu geri tələb etsə də, Natiq Vüqarın pulunu qaytarmamışdır. Məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid1 və X6 aralarında üzləşdirmə keçirilmiş, sonuncular üzləşdirmə zamanı istintaqa verdikləri ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Zərərçəkmiş şəxs4 ilə X10 aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı sonuncu istintaqa verdiyi ifadələrini Ramin Atamovun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, o, polis orqanlarına şikayət etdikdən sonra Təqsirləndirilən şəxs1 verdiyi 2.000 manat məbləğində pulu ona dostu Şahid5 öz cibindən qaytarmışdır. İfadənin hadisə yerində yoxlanılması haqqında 14 aprel 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi yerində yoxlanılmış, sonuncu baş vermiş hadisəni əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması haqqında 03 may 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi yerində yoxlanılmış, sonuncu baş vermiş hadisəni əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş 13 apel 2018-ci il tarixli üzləşmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər X22 ilə Təqsirləndirilən şəxs1 aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı onlar ibtidai istintaqa verdikləri ifadələrini birbirinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. "xxxx" ASC-nin Xızı filialından daxil olmuş 27 mart 2017-ci il tarixli arayış və qəbzlərdən də görünür ki, həqiqətən də 30 sentyabr 2015-ci il tarixdə həmin filialdan Şahid3 qızma 2.100 manat, Zərərçəkmiş şəxs5 isə 2.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs4 bacısı oğlu X15 İİ Qarabağ döyüşlərində həlak olmuşdur. Daxili Qoşunların Baş idarəsindən daxil olmuş 23.10.2017-ci il tarixli məktubdan görünür ki, Şahid7 24 fevral 2016-cı il tarixdə hərbi xidmətə qəbul olunması ilə bağlı həmin İdarəyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 30 sentyabr 2017ci il tarixdən 02 oktyabr 2017-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 30 sentyabr 2017ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 19 fevral 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Nədimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarından görünür ki, barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 14 iyun 2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və sonuncu məhkəmə iclas zalından dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs1 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir, 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılmasından ötrü Səbail rayon prokurorluğu qarşısında vəsatət qaldırılmışdır. Lakin həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbrinin seçilməsinə dair verilmiş vəsatət təmin olunmamış, həmin tarixdə Səbail RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından və Xətai Rayon Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. 12 may 2016-cı il tarixində cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 qəsdən törətdiyi əməllərə görə Xətai Rayon Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və hazırki cinayət işi üzrə bir sıra epizodların hadisələrinin isə 15 yanvar 2017-ci il tarixdən 14 fevral 2017-ci il tarixədək, 31 yanvar 2017-ci ildə, 2017-ci ilin mart ayının əvvəllərində baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əməlində cinayətlərin residivinin müəyyən olunmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Abdullyeva Hicran Mobil qızının onunla barışmamasını, ona qarşı şikayətçi olmalarını, cəzalandırılmasını xahiş etmələrini, Zərərçəkmiş şəxs4 bacısı oğlu X15 İİ Qarabağ döyüşlərində həlak olmasını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.1-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 ilə barışdığını, qeyd olunan zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamasını, həmin epizodlar üzrə əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına təyin olunduğunu bu səbəbdən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin hökmün elan olunduğu, 16 fevral 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 30 sentyabr 2017-ci il tarixdən 02 oktyabr 2017-ci il tarixədək, 19 fevral 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək, 28 iyul 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-24/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verildiyi, onun cinayət məsuliyyətindən azad edildiyi və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edildiyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 30 sentyabr 2017-ci il tarixdən 02 oktyabr 2017-ci il tarixədək, 19 fevral 2018ci il tarixdən 14 iyun 2018-ci il tarixədək, 28 iyul 2021-ci il tarixdən 30 iyul 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ümumilikdə 04 ay 01 gün müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 16 fevral 2022-ci il tarixdən hesablansın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-24/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verildiyi, onun cinayət məsuliyyətindən azad edildiyi və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edildiyi nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 648 (altı yüz qırx səkkiz) manat pul tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar