Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-24/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib, sonuncunun diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qurumunda təsdiq etdirəcəyinə dair yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə saat 15:56-da Bakı şəhəri Suraxanı rayonu Y.Günəşli qəsəbəsi “AB” yaşayış sahəsindəki “Araz” marketdə yerləşən “milliön” ödəmə terminalı vasitəsi ilə 5229 5364 4659 8945 nömrəli Unibanka məxsus Albalı plus kartının hesabına köçürmə yolu ilə ödənilmiş 1000 (min) manat pulu nağdılaşdırmaqla, xx.xx.2021-ci il tarixdə isə ünvan 2 ünvanının qarşısında 1600 (min altı yüz) manat pulu Zərərçəkmiş şəxs nağd şəkildə alıb ələ keçirərək, veridiyi vədə əməl etməyib aldatmaqla, sonuncuya ümumilikdə 2600 (iki min altı yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs beş ildən artıq müddətdir ki tanıyır, Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən “Atatürk” Universitetində oxumuşlar və həmin vaxtdan aralarında dostluq münasibəti yaranmışdır. Cahan diplomunu aldıqdan sonra həmin diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi üçün tanış tapmasında köməklik etməsi üçün ona müraciət etmişdir. Onun Təhsil Nazirliyində Sənan adında tanışı olmuş və 2020-ci ilin dekabr ayının sonlarında o, Sənanla bu barədə danışmış, sonuncu ona diplomu təsdiq elətdirə biləcəyini, lakin bunun uzun müddətli proses olduğunu, təxminən 2 aydan 5 aya qədər çəkə biləcəyini və bunun üçün diplom, şəxsiyyət vəsiqəsi və 2500 manat pul lazım olduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, Cahanla bu barədə danışmış, Cahan etiraz etməmiş və həmin pulun 1000 manatını indi, qalan 1500 manatını isə diplomun təsdiqindən sonra verəcəyini demişdir. Bundan sonra Cahan xx.xx.2021-ci il tarixdə 1000 manatı ona göndərdiyi “Unibank”-a məxsus Albalı kart hesabına köçürmüş, o da kartdan həmin məbləği çıxararaq Sənana vermişdir. Bundan bir aya yaxın müddət keçmiş Sənan ona zəng vuraraq sənədin təsdiq üçün gedəcəyini, ona görə də qalan 1500 manat məbləği də verməli olduğunu bildirmişdir. O, Cahanla bu barədə danışmış, Cahan 17 fevral 2021-ci tarixdə günorta saatlarında işlədiyi Baş Prokurorluğunun yaxınlığında, bu işdə zəhmətinə görə 100 manat ona, qalan 1500 manat isə işinin həlli üçün cəmi 1600 manat pulu ona vermişdir. O, qeyd olunan məbləğdən 100 manatını özünə götürmüş, 1500 manatını isə Sənana vermişdir. Bundan bir müddət keçdikdən sonra Cahan ona zəng vuraraq işi barədə soruşmuş, o, həyat yoldaşı və Cahan Sənanın yaşadığı Yasamal rayonundakı “Bazar store” yerləşən binaya getmişlər. Sənana zəng vurmuş, Sənan yaşadığı mənzilə qalxmaqlarını istəmişdir. O, Cahana bu barədə deyərkən sonuncu etiraz edərək evə getmək istəmədiyini bildirmişdir. Bundan sonra o, həyat yoldaşı Ceyranla birlikdə Sənanın evinə qalxmış, Sənanla görüşmüş və o, Cahanın tələbini deyəndə Sənan pulu geri qaytaracağına söz vermişdir. Bundan sonra Cahan demək olar ki, hər gün ona səs ataraq pulunu istəmiş, o da həmin səs yazısını Sənanın telefonuna göndərmişdir. 2021 -ci ilin fevral ayının sonlarında “Yasamal” hospital adlanan xəstəxanın yanına gedərək 1500 manat pulu Cahana vermiş və qalan 1 000 manatı sonra qaytaracağına söz vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-2020-ci illərdə Türkiyə Respublikasında Təqsirləndirilən şəxs ilə bir yerdə təhsil almışdır və aralarında ailəvi dostluq münasibəti olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərində Bayram vatsap vasitəsi ilə onunla əlaqə saxlayaraq bildirmişdir ki, Təhsil Nazirliyində tanışı var və həmin tanışının vasitəsi ilə onun diplomunu təsdiq elətdirə biləcək. Bayram bunun üçün ondan 2600 manat pul istəmiş, həmin məbləğin 100 manatını özü üçün “şirinlik” pulu kimi götürəcəyini demiş, o, da etiraz etməmişdir. xx.xx.2021-ci il tarixdə yaşadığı evin qarşısında Bayrama duplomunu və pasportunu vermişdir. xx.xx.2021-ci il tarixdə Bayram ona Unibank-a məxsus olan “Albalı” kartın şəklini telefonuna göndərmiş və pulu həmin kart hesabına köçürməyini demiş, o, da həmin gün Million ödəmə sistemi vasitəsi ilə həmin kart hesabına 1000 manat pul köçürmüşdür. 2021-ci ilin fevral ayının əvvəllərindən başlayaraq dəfələrlə Bayram ona diplomun təsdiqi üçün qalan məbləği istədiklərini desə də, o, Bayrama diplom təsdiq edildikdən sonra qalan məbləği verəcəyini bildirmişdir. Bayram ona təsdiqə verilmiş sənədləri pul tam ödənilmədiyi üçün qaytaracaqlarını bildirdiyindən məcbur olub qalan 1600 manat pulu 17 fevral 2021-ci il tarixdə günorta saatlarında özünün işlədiyi Baş Prokurorluğun qarşısında görüşərək Bayrama vermişdir. Bundan sonra diplomun təsdiq edilməsi barədə Bayram ona heç bir məlumat verməmiş, təkidlərinə baxmayaraq işini düzəldən şəxsin kimliyi barədə də heç bir məlumat verməmiş, sonradan həmin şəxsin guya adının Samir olduğunu demişdir. Bir müddət sonra guya şərti adı keçən adamın 1 ay müddətində diplomu təsdiq elətdirəcəyini bildirmişdir. 2021-ci ilin yay aylarında Bayram onun xarici pasportunu qaytaran zaman diplomunu da qaytarmaq istəyəndə, o, diplomu götürməmiş və verdiyi 2 600 manatla birlikdə diplomu qaytarmasını Bayrama demişdir. Bayramın ona qarşı dələduzluq etdiyini başa düşmüş və bu barədə şikəyat ərizəsi ilə Səbail rayon prokurorluğuna müraciət etmişdir. Şikəyətçidir, ona vurulmuş ziyanı tələb edir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 iyun 2022-ci il tarixli votsap yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında olan «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılmış mesajlaşmaların əks olunduğu sənədlərə baxış keçirilmiş, baxış zamanı aşağıdakı məzmunda yazışmalar aşkar edilmişdir: 1-ci vərəq: 19 yanvar 2021-ci il. Salam: 12:33; Necesen 12:33; ? 12:33; Ygarsan meni 12:44; Diplomin hardadi 13:20; ? 13:20; Gorsek, verse mene!3:20; Noldi bir cavab yazdaa 13.21; Cahan men 12 saata gorsecem cox guman sen calis mene tez xdber et bilim 18:56; 2-ci vərəq: İndi durmusam 11:47; Cahan bu gun 5e cen odenis ede bilersen? Buğun gorsgcem die 14:19; Kartı at 14:23; Ederem ise cixanda 14:23; (Unibank Albalı plus kartın şəkli- Aliev Azar-ın adınadır, 5229 5364 4659 8945 nömrəlidir) ; 3-cü vərəq: 20 yanvar 2021-ci il - Bu gun saat 5 ucun deyreme 14:25; Perevod elede kartdan karta ya nese 14:25; Mende limti keçib buna atarsan 14:28; Sencani calış 5 cen olsun 14:28; (Million ödəmə sistemindən qəbzin şəkli 20:01:2021 15:56:01- X4 şesabına 1000 manat köçürülməsi barədə); 4-cii vərəq: X6 men 1 2 saata gorsecem cox guman sen calis mene tez xdber et bilim 19:13; Axsamin. Xeyr 19:30; Evdesen? 19:30; Ahaa 21:50; Ne oldu kim tesdiqleyir indi danış gorum 21:50; İsde rahat danisa bilmirem otaqda 100 adam 21:50; ? 23:40; Yazacaqsaan Bayramm? 23:47; Sabah ygarsan dansarq 23:47; 5-ci vərəq: (Unibank Albalı plus kartın şəkli- Aliev Azar-ın adınadır, 5229 5364 4659 8945 nömrəlidir); 6-cı vərəq: Million ödəmə sistemindən qəbzin şəkli 20:01:2021 15:56:01- X4 hesabına 1000 manat köçürülməsi barədə; 7-ci vərəq: Ödəmə terminalının ekranından çəkilmiş şəkil; 8-ci vərəq: 12 fevral 2021-ci il - Axsamin xeyr nevar ne yox? 23:15; Saba ok gelse xeber edecem gorserikde 23:15; Demek.olar hell olub saba kankret ok dese 1500 ver3ceksen ora 100 m mene 23:16; Vessalam 23:16; 13 fevral 2021-ci il - Cahan salam 8:18; 9-cıı vərəq: yaxşi 8:20; Cahan meslehet senin ne deye bilerem ama bunu tanyram ve neynki bunu butun nesli harda isleyr bele tanyram. hemde bu dellal. deyi ki narahat olum oran incisisidi 08:21; Sonra prablem.yaratsa onun boğazından cxardaram o pulun 2 qatın 08:21; yene bax sen meslehetive eslinde mendede veziet yaxsi deyil ama bir yolnan hell edecem 08:22; Yox men sene ozim kimi guvenirem onda peoblem yoxdu amma hem versin puluda onda verek 08:25; Başqasından göndərilmiş məlumat: Bayram anlayiram ama ilk defe dediyim kimi o puldan mene 300 manat catacaq yeni sonrasin da anla ozun 08:29; Başqasından göndərilmiş məlumat: Ve herhansı bir kiçik problem olsaydi bele men sene deyerdim ezizim 08:29; 10-cıı vərəq - 9-cu vərəqdəki məlumatlar təkrarlanır - davamı: Yenede mecbur etmirem bax mesleket senin 08:29; Qurban sene mene kankret soz dede men 5 10 deqrye cxacam evden basim.qarisiq olacaq baxammiyacam telfona 08:32; Hemde isimide bilim 08:32; Cahan 17:37; Mende eyni vezietdeyem allahaqqi; 11 pro max varmdi oni axswm ya saba seber satacam saxladim gorusu sabaha pul duzeldemmireme mende ama nesə bir yolla ver3cem; 11-ci vərəq. Cahan axşamın xeyr ozum ygmadimki narahatsan ama Senen muellim. deyr odenisi mutleq vermek. lazmdi cunki ordanda istybler men verdim 500 qaldı oda sona dedim yene sen bax olsada olmasada mene xeber e der sen 18:51; Meni ygda 21:09; Caliş saba seher 9 10 acan danisaq 22:33; Axsamin xeyir qardesim 23:03; İndi burdayam 23:04; Danis 23:04; 2-ci gun ya 3 cu gun gorsub odenisi geri alacam senin 23:31; Cunki ora pul catmalidi deyr 23:31; Ona gore 23:31; 12-ci vərəq: 14 fevral 2021 - Ona gore 23:31; Pox yeyir denen 23:31; Onda 23:31; Yazili 23:31; Sened 23:31; Ve rbizden23:31; Pul alıb 23:31; Deye 23:31; 1 000 manato havaya atar kimi vermişik 23:32; Duz deyirsen ama men ondan nese sened ala bilmerem axı zaten o heç harada qaca bilmez yazişmalari ses yazilerine qeder var mende 23:32; Mali almamiş puluni vermek hansi biznesde goeulir.23:32; 13-cü vərəq: 12-ci vərəqdəkilər təkrarlandıqdan sonra: Hecbisey 23:37; Qurban sene ne deyim ta 23:37; Sende duz deyirsen eslinde 23:37; Ama neynemek olar 23:38; Nevaxta verecek 23:38 ? 23:38; Bes tesdiqi 23:38; 14-cü vərəq: 16 fevralə 2021-ci il - İsteyirsen 21:11; Yıg 21:11; Siz: Denen boynunu yere soxum biqeyret nece cindir adamdi bilirki ehtiyacimiz var denen haram xosun olsun insa Allah .. Men sene kartdan cixartib sab... sene 1 soz deum? Alnmaqina alinacaq o hec 21:11; Ama.alinmada elbetde men cavabdeh olacam 21:12; Qepiyine qeder21:12; Ama ta el yazma neydi 21:12; Men nedense cekinmirem sadece ele dansdin xos olmadi 21:12; 15-ci vərəq: 17 fevral 2021-ci il - Saat 1 e olsa vaxt ede bilerem.l den sir a olsa catdrmayacam cunki hava limaninada gedecem.deye 09:39; Cahan yene deyrem bax menim, orda 1 manat xeyrim, yox bele problem deyil lap notariatla ver men seni tanimasam senin meseleve qarismaram 2 cide prablem. olsa o adamin gozun cxardaram 09:42; 16-ci vərəqə: 3 mapt 2021-ci il - Salam 20:54; Necesen 20:54; Nevar ne yox 20:54; DİPLOMDAN 20:54; NE XEBER 20:54; 10 mapt 2021-ci il - Axşamın xeyir 22:00; 17-cı vərəq: konkret dolamısan meni ele etkı hormet izzet itmesin! Nedi bu taktikalara bax adam var smenden cixim guya sesin cixmir. Ay qardaş qarninizin agrisi nede adama atis gelmek sene inandim verdim coronali coronali pul gonderdim demediz bu ne ile nuıalice alir .men hec kime borclu deyilemki men banka-faiz odeyim kimsedr menim hem pulumu hem zamanimi hemde eseblerimi yesin.alinmir ede bilmir getir pulumu ver diplomumuda ver seninki sende menimki mende ne sen bezme nede men bezdirmeyim. Seher gedirem evine uje beynin condu bes axiri ne oldu msjda guruldayirsan? Beynin deyesen mene conub bu 5 gun son gıınunuzdu Bayram Allaha andolsun 00:33; 20 may 2021-ci il - 3 gune alm qaytaracam 08:38; Artqlamasıilə. 08:38; Ternmiz eseblerim.korlandi pox yedim olu dirimin agzıile bas qoşdum 08:38; Dunen vaxt verdim qaytarmasan sikayet edecem 08:38. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə, saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda olarkən üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs ilkin ifadələrini eynilə təsdiq etsə də, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs göstərdiklərinin yalan olmasını, Sənan adlı şəxsi görmədiyini, həmin şəxslə danışmadığını, Bayramın bir dəfə onu Yasamala apardığını, həmin vaxt Bayramın həyat yoldaşının orada olmadığını, Bayramın arvadını heç yerə aparmamasını həmin vaxt vurğuladığını, Yasamalda bir binanın həyətinə gəldiklərini, özünün aşağıda gözlədiyini, Bayramın yuxarı qalxdığını və bir neçə dəqiqdən sonra aşağı düşüb Sənanın evdə olmamasını bildirdiyini, burada Bayrama «məni bura nə üçün gətirmisən, mən sənə pul vermişəm, həmin adamı heç tanımıram» deyə bildirməsini, Təqsirləndirilən şəxs Sənan adlı şəxs tərəfindən ona 1500 manat pulun qaytarılması barədə göstərdiklərinin tamamilə yalan olmasını, ona heç kəsin pul qaytarmadığını Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli “şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından olan 11 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 17 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə Səbail RPİ-nin ÇAŞ-nın və 9-cu PB-nin əməkdaşları tərəfindən yaxalanaraq Səbail RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli “ ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların yoxlanılması ilə əlaqədar - Təqsirləndirilən şəxs «Sənan» adlı şəxsin Yasamal rayonu ərazisində yaşaması və bu şəxsin yaşadığı ünvanı göstərəcəyinə dair göstərdiyi, onun müşayiəti ilə ünvan 4 ünvana gəlindi. Təqsirləndirilən şəxs «Sənan» adlı şəxsin həmin binanın 2-ci giriş (blok) 3-cü mərtəbəsində yaşadığını bildirdi. Binanın həmin girişdən 3-cü mərtəbəsinə qalxarkən, burada Bayram Həmidiyə «Sənan» adlı şəxsin mənzilini göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs burada «Sənan» adlı şəxsin yaşadığı mənzili xatırlamadığını bildirdi. Burada 3-cü mərtəbədə yerləşən mənzillərin qapıları döyüldü, qapını açan şəxslər həmin mərtəbədə «Sənan» adlı şəxsin yaşamadığını bildirdilər. Bundan sonra bina komendantının ofisinə gəlindi. Binanın komendantı X2 198 saylı binada yaşayan şəxslərin siyahısını təqdim etdi. Rafiq Sədrəddinov M.Xiyabani küçəsi 18 bina 198 ünvanda 3-cü mərtəbədə olan mənzillərin 119-125-ci mənzillər olmasını bildirdi, siyahıda həmin mənzillərdə «Sənan» adlı şəxsin adı aşkar edilmədi. Rafiq Sədrəddinov burada 10 ilə yaxın müddətdə həmin binanın komendantı işlədiyini, binanın 3-cü mərtəbəsində «Sənan» adlı şəxsin yaşamasını xatırlamadığını bildirdi. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək, protokola əlavə edilmişdir. İş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilmısi barədə cəlbəetmə qərarının surətinin verilməsi haqqında ” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs vurulmuş 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan və 1000 (min) manat mənəvi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddiası icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2023-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyandan 800 (səkkiz yüz) manat pul ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxsin ifadəsi ilə və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, himayəsində 1 azyaşlı övladının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 5 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut yoxdur. Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000001944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-24/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-24/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver