Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-24/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şəki rayonunda anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Bağlar küçəsi, ev 14də yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs özünü Türkiyə Respublikasının vətəndaşı kimi təqdim edib sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya xarici ölkələrin birindən “Kia Rio” markalı avtomobil gətizdirəcəyini yalandan vəd verib inandıraraq ilkin olaraq xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində sonuncudan həmin dövrə manata nisbətdə məzənnə ilə 2890 manat təşkil etmiş 1700 ABŞ dolları məbləğində nağd pul vəsaitini, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Social Bee” restoranında Zərərçəkmiş şəxs həmin dövrə manata nisbətdə məzənnə ilə 3060 manat təşkil etmiş 1800 ABŞ dolları məbləğində nağd pul vəsaitini, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “AccessBank” filialının qarşısında Zərərçəkmiş şəxs həmin dövrə manata nisbətdə məzənnə ilə 5950 manat təşkil etmiş 3500 ABŞ dolları məbləğində nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 11900 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 2021-ci ildə xatırlamadığı sosial şəbəkələrdən birində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onunla söhbət əsnasında özünə avtomobil almaq istədiyini ona bildirmiş, ona xarici ölkələrdən birində Kamran adlı tanışının olduğunu və onun vasitəsilə ucuz qiymətə avtomobil gətirə biləcəyini vəd vermiş, lakin avtomobili gətirməmişdir. Odur ki, hissə-hissə Zərərçəkmiş şəxs 11900 manat pul almışdır. İstintaq müddətində vurulmuş ziyanın bir hissəsini Zərərçəkmiş şəxs ödəmişdir. Əməlindən peşmandır. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi cinayət işi başlanmışdır. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl olması müəyən edilir. Həmin fayl “WhatsApp Video 2024-01-22 at 13.33.54” adlı fayldır və 07 dəqiqə 35 saniyədən ibarətdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin səs yazısının onunla Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs özünü Türkiyə Respublikasının vətəndaşı X7 adlı şəxs kmi təqdim etdiyi üçün səs yazısında ona Eren adı ilə xitab etdiyini bildirmişdir. Səs yazısında Zərərçəkmiş şəxs özünə avtomobil gətizdirmək məqsədilə Təqsirləndirilən şəxs 4 ay öncə ümumilikdə 7000 ABŞ dolları verdiyini bildirən zaman Təqsirləndirilən şəxs onu etiraf edərək pulunu ona geri qaytaracağını bildirir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli AR DİN SRPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, təqsirləndirilən şəxs X2 dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsindətarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 08 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd CD disk, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, üzləşmə dindirmə protokolları maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, özünü təqsirli bilir və cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə razıdır. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli 9050 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizni, yəni 2975 manatı ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2. həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçitərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-24/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-24/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver