Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-240/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs İmammədin oğlunun iştirakları ilə, xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmiyən, məhkum olunmamış, Abşeron rayonu, Masazır “Yeni Bakı” yaşayış kompleksi ev 24, mənzil 30-da qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin 9-cu binasının 35 saylı mənzilində yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İmammədin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs İmammədin oğlu, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd ağ rəngli salfetkaya bükülmüş bükümdə şəxsi istehlak miqdardan artıq miqdarda təmiz çəkisi 0,249 qram olan ağ rəngli kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan boz rəngli gödəkçənin sol yuxarı cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin 8ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2024-cü il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi “Bayıl” kafesində saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nə gətirilərək, həmin tarixdə saat 20:15 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sol yuxarı cibindən bir ədəd salfetkaya bükülmüş bükümdə təmiz çəkisi 0,249 qram olan ağ rəngli kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İmammədin oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edirdi. Psixotrop maddənin müxtəlif yerlərdən alırdı. 28 mart 2024-cü il tarixdə saat 18 radələrində o, “Papanin” adlanan ərazisidə tanımadığı şəxsdən 15 manata “patı” adlanan psixotrop maddə metamfetamin almış, aldığı metmafetamini salfetkaya büküb əynində olan boz rəngli gödəkçənin sol yuxarı cibində saxlamışdı ki, istifadə etsin. Psixotrop maddəni əldə etdikdən sonra Sahil metrostansiyasına gedib oradan avtobusla Bayıl qəsəbəsinə gəlmiş, Bayıl qəsəbəsində yerləşən “Bayıl” kafesində tanışı ilə görüşüb oturub çay içmişlər. 28 mart 2024-cü il tarixdə saat 18:50 radələrində kafedə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etmədən polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 8-ci PB-nə getmişdi. Ona vəkillərini siyahısından müdafiəçi kimi X7 təqdim edilmiş, sonuncunun onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdi. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, o, yenə də etiraz etməmişdi. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli gödəkçənin sol yuxarı cibində saxladığı 1 ədəd ağ salfetkaya bükülmüş bükümü çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfeetamin olduğunu bildirmişdi. Üzərinə şəxsi axtarış zamanı isə əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya şakar olunmamışdı. Ondan psixotrop maddəni haradan əldə etməmlə bağlı polis əməkdaşları soruşduqda o, həmin psixotrop maddəni həmin gün “Papani” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdi. Bütün proseslər kameraya çəkilmiş, şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdi. Həmçinin 1 ədəd ağ salfetkaya bükülmüş büküm qablaşdırılmış və üzərinə o, müfadiəçisi Cahangir Cavadov və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini həmin gün “Papani” adlanan ərazidə tanımadığı şəxsədn 15 manata almış, özü istifadə etmək üçün üzərində saxlamışdı. O, psixotrop maddənin satışı ilə məşğul olmamış və hazırda da olmur, yalnız özü istifadə edir. Heç kimə psixotrop maddə verməmiş, heç kimlə birlikdə psixotrop maddə istifadə etməmişdir. Təqsirləndirilən şəxs İmammədin oğlu son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət törədilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, marketinq və texnoloji maşın və avadanlıqları mühəndisliyi üzrə ali təhsilinin olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs İmammədin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nı əks etdirən videogörüntülərini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 şəxsi Ambulator X3 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 mart 2024-cü il tarixdə xidmət etdiyi Səbail RPİ-nin 8-ci PB-də olan zaman ona ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və həmin məlumat əsasnda tədbir keçirilməsi barədə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid2 bildirmişdi. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə kiçik inspektrou Şahid2 və məndən ibarət əməliyyat qrupu təşkil edilmişdi. 28 mart 2024-cü il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “Bayıl” kafesində olması barədə təkrar məlumat daxil olmuşdu. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə getmiş və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb saxlamış və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Sonuncuya qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla polis bölməsinə getmişdi. Onlar keçirtdikləri əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçıya həvalə edilmişdi. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edilərək Kamildən bu hərəkətə dair etirazının olub-olmaması soruşulmuşdu. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmiş, Kamil Namazaov bu zaman əynində olan boz rəngli gödəkçənin sol yuxarı cibindən bir ədəd ağ rəngli salfetkaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdu. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər, ağ rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdi. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, özü şəxsi istifadə üçün Papani adlanan ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdi. Daha sonra Kamil Namzaov üzərinə axtarış aparılmış, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd ağ rəngli salfetkaya bükülmüş büküm zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdı. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəməyədək icraat mərhələsində şahid qismində Səbail RPİ-nin 8-ci PB-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat dövründə “şəxsi axtarış və götürmə” əks etdirən videogörüntüyə baxış keçirilmiş və görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan boz rəngli gödəkçənin yuxarı sol cibindən içərisindən ağ rəngli maddə maddə olan salfetkaya bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 28 mart 2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin yuxarı sol çibindən çıxarıb təqdim içərisində ağ rəngli maddə kütləsi olan ağ rəngli salfetkaya bükülmüş bükümdə olan maddə psixotrop maddə metamfetamindir, həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Daha sonra aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 29 mart 2024-cü il tarixli, 6/1712 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikaı DİN zərflər üçün № 52” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə; Şübhəli; imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,249 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,249 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,199 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr”-in siyahısına (Siyahı İ) daxildir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 29 mart 2024-cü il tarixli akta əsasən saat 10:27-də 0,249 qram qəbul edilmiş, 0,050 qram təqdiqata sərf edilmiş və 14:56-də 0,199 qram qalıq qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetaminin təmiz çəkisi - 0,249 qram, təqdiqata sərf edildi - 0,050 qram, qalıq - 0,199 qram saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “AZE MİS” X1 çıxarışdan, nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı - 28 sentyabr 2023-ci il təvəllüdlü X11 və 23 may 2017-ci il təvəllüdlü X12 vardır. İş materiallarında olan diplomların surətlərindən görünür ki, Azərbaycan Texnologiya Universitetinin “Marketinq” ixtisası üzrə 27 iyun 2013-cü il tarixdə,Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Texnoloji maşın və avadanlıqları mühəndisliyi” ixtisası üzrə 14 iyun 2023-cü il tarixdə bakalavr ali ixtisas dərəcələri verilmişdir. İş materiallarının "xxxx" MTK-nın 22 iyun 2024-cü il tarixli arayışıdan görünür ki, Namazov X8 rayonu Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin 9 binasının 35 saylı məzilində qeydiyyatsız yaşadığı göstərilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Masazır qəsəbəsində yerləşən restoranda ofisiant işlədiyini və ailəsini dolandırdığını bu səbəbdən evdə qalma müddətinin saat 24-dən sonra təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. X17 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə ikinci-psixotrop maddələr siyahısında metamfetamin maddəsinin cinayət məsuliyyəti yaradan minimum istehlak miqdarı 0,15 qram təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları, o cümlədən əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməlini törədilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, marketinq və texnoloji maşın və avadanlıqları mühəndisliyi üzrə iki ali təhsilinin olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X3 Ekspertizasının 30 mart 2024-cü tarixli 2033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalan - 0,199 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisini tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin 9-cu binasının 35 saylı mənzilindəki yaşayış yerini hər gün saat 23-00-dan 700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,199 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-240/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-240/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver