Məhkəmə qərarları › İş №1(009)-240/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-240/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-240/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin icraçı direktoru işləmiş, hazırda "xxxx" MMC-də mühəndis işləyən, Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Nəcəfqulubəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəlilabad rayonunun Səhrədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də direktor işləyən, Cəlilabad rayonu, Kürdlər Ərazi Dairəsi, Səhrədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsi, yeni məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 20 avqust 2025-ci il tarixdə saat 12.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq təyinatı üzrə qeydiyyata alınmış "xxxx" MMC-nin icraçı direktoru olmaqla öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2la aralarında olan razılaşmaya görə o, "Türk Qrup” MMC tərəfindən tikinti-təmir xidmətinin aparılmasına dair "Tap.az” internet səhifəsində həqiqətəuyğun olmayan və təhrif olunmuş elan yerləşdirilməsinə nail olduqdan sonra tikinti-təmir xidmətinin aparılmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan "Tap.az" internet səhifəsi vasitəsilə tanış olduqları Zərərçəkmiş şəxs Əmir oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, "Zeytun Parkla" üzbəüz küçədə yerləşən 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsini "xxxx" MMC tərəfindən müəyyən edilmiş kredit şərtlərinə uyğun olaraq ümumilikdə 23000 manat ödəməklə, ilkin ödəniş olaraq 7000 manat və 24 ay ərzində faizsiz 667 manat aylıq ödəniş ödəməli olduğu və həmin evi 3 ay müddətində təmir edəcəklərinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib inandırdıqdan sonra bu adla Zərərçəkmiş şəxs arvadı X4 vasitəsilə 12 iyun 2024-cü ildə saat 20:52-də ünvan 2 ünvanında olan zaman Nəzakət Əlizadənin istifadəsində olan mobil telefondakı "xxxx" ASC-yə aid "Birbank" mobil bank tətbiqi proqramından Nəzakət Əlizadəyə məxsus "xxxx" ASC-nə aid 5239 1517 3001 1031 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-nə aid ****3149 nömrəli bank kart hesabına köçürmüş olduğu 6858 manat pul vəsaitini və eyni adla 12 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası "20 Yanvar" Cəmiyyətinin binasında fəaliyyət göstərən "xxxx" MMC-nin ofisində Zərərçəkmiş şəxs 150 manat nağd pul vəsaitini alıb ələ keçirdikdən sonra, guya həmin işlərin həyata keçirilməsi görüntüsü yaratmaq və dələduzluq niyyətini pərdələmək məqsədi ilə ələ keçirdikləri vəsaitdən 490 manat dəyərində tikinti materiallarının alınmasına və həmin materialları təmirə istifadə etmiş usta Şahid2 zəhmət haqqı olaraq 350 manat ödənilməsinə sərf edib, habelə 500 manat pulu zərəçəkmiş şəxsə qaytarmaqla, qalan məbləği şəxsi məsrəflərinə istifadə edərək, verdiyi vədə əməl etməyib aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs faktiki olaraq ümumilikdə 5668 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq təyinatı üzrə qeydiyyata alınmış "xxxx" MMC-nin icraçı direktoru Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya görə “Türk Qrup" icraçı dirtektoru Təqsirləndirilən şəxs1 tərəfindən tikinti-təmir xidmətinin aparılmasına dair “Tap.az” internet səhifəsində həqiqətə uyğun olmayan və təhrif olunmuş eln yerləşdirməsinə nail olduqdan sonra tikinti-təmir xidmətinin aparılmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan “Tap.az” internet səhifəsi vasitəsilə tanış olduqları Zərərçəkmiş şəxs Əmir oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, "Zeytun Parkla" üzbəüz küçədə yerləşən 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsini "xxxx" MMC tərəfindən müəyyən edilmiş kredit şərtlərinə uyğun olaraq ümumilikdə 23000 manat ödəməklə, ilkin ödəniş olaraq 7000 manat və 24 ay ərzində faizsiz 667 manat aylıq ödəniş ödəməli olduğu və həmin evi 3 ay müddətində təmir edəcəklərinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib inandırdıqdan sonra bu adla Zərərçəkmiş şəxs arvadı X4 vasitəsilə 12 iyun 2024-cü ildə saat 20:52-də ünvan 2 ünvanında olan zaman Nəzakət Əlizadənin istifadəsində olan mobil telefondakı "xxxx" ASC-yə aid "Birbank" mobil bank tətbiqi proqramından Nəzakət Əlizadəyə məxsus "xxxx" ASC-nə aid 5239 1517 3001 1031 nömrəli bank kart hesabından onun adına olan "xxxx" ASC-nə aid ****3149 nömrəli bank kart hesabına köçürmüş olduğu 6858 manat pul vəsaitini və eyni adla 12 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası "20 Yanvar" Cəmiyyətinin binasında fəaliyyət göstərən "xxxx" MMC-nin ofisində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 150 manat nağd pul vəsaitini alıb ələ keçirdikdən sonra, guya həmin işlərin həyata keçirilməsi görüntüsü yaratmaq və dələduzluq niyyətini pərdələmək məqsədi ilə ələ keçirdikləri vəsaitdən 490 manat dəyərində tikinti materiallarının alınmasına və həmin materialları təmirə istifadə etmiş usta Şahid2 zəhmət haqqı olaraq 350 manat ödənilməsinə sərf edib, habelə 500 manat pulu zərəçəkmiş şəxsə qaytarmaqla, qalan məbləği şəxsi məsrəflərinə istifadə edərək, verdiyi vədə əməl etməyib aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs faktiki olaraq ümumilikdə 5668 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəxanı kəndində yerləşən evin təmir edilməsi ilə bağlı zəng gəlmiş və evə baxış keçirilməsi üçün getmişlər. Daha sonra ev sahibi 7000 manat ödəniş etmiş və təmir başlanılmışdır. Daha sonra ustaya görə iş gecikmiş və gecikmə yarandığına görə ev sahibi pulu geri istəmişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyan tamamilə ödənilmiş, əlavə olaraq ziyanın 25 faizi dövlət hesabına ödənilmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, internetə yerləşdirdikləri elan ilə bağlı zəng gəlmiş və evə baxış keçirməyə getmişlər. Təmirin məbləği və s. hesablanandan sonra ofisə gəlib müqavilə bağlamışlar. Daha sonra ev sahibi 7000 manat ödəniş etmiş və təmir başlamışdır. Lakin təmir başlayandan təxmini 1 həftə sonra ustaları probleminə görə işdə bəzi gecikmələr olmuşdur. Gecikmələri görən ev sahibi pulunu geri istəmişdir. Edilən təmirin pulunu məbləğdən çıxıb atmağı təklif etsələr də, ev sahibi razılaşmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyan tamamilə ödənilmiş, əlavə olaraq ziyanın 25 faizi dövlət hesabına ödənilmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 bank hesabına 6858 pul ödəmişdir. 25 dekabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 25 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 18 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. 07 fevral 2025-ci il tarixdə Əmirov X9 Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. 08 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 09 fevral 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 09 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 09 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. 09 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 10 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 10 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. 10 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Səbail Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 13 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 20 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 21 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 21 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslə barışmış, dəymiş maddi ziyan tamamilə ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 oğunun ərizəsindən görünür ki, təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyi, aralarında barışıq olduğu və dövlət rüsumunu ödədiyi üçün barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 oğunun ərizəsindən görünür ki, təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyi, aralarında barışıq olduğu və dövlət rüsumunu ödədiyi üçün barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İşdə olan "xxxx" ASC-nin 19 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş zərərin (5668 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 1450 (bir min dörd yüz əlli) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işdən isə görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dəymiş 5668 (beş min altı yüz altmış səkkiz) manat məbləğində maddi ziyanı tamamilə ödəmişlər, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1450 (bir min dörd yüz əlli) manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 385 (üç yüz səksən beş) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 385 (üç yüz səksən beş) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar