Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-241/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 25, mənzil 25 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət əməlini törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu 31 avqust 2021-ci il tarixdə, saat 23:50 radələrində etibarnamə əsasında idarə etdiyi “SHACMAN yük” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı yük maşını ilə qraviya tikinti materialı ilə dolu halda Bakı-Salyan şossesi ilə Bakı şəhəri istiqamətində 35 km/saat sürətlə hərəkət edərkən Bakı-Salyan şossesinin 12-ci kilometrliyində hərəkəti istiqamətdə yolun sağ kənarında olan avtobus dayanaçağının qarşısında dayanmış piyadanı görsədə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədi ilə piyadanın yolun hərəkət hissəsinə yaxın məsafədə dayanmasını nəzərə alaraq piyada ilə təhlükəsiz yan məsafə seçərək hərəkəti davam etdirməli olduğu bir halda bu tələblərə yəni, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı madddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etmədən hadisənin qarşısını almağa texniki imkanı olsa da bu tələbləri pozaraq ehtiyatsızlıqdan dayanacaqda dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub üzərindən keçməklə Zərərçəkmiş şəxs gövdənin qabırğa qövsləri səviyyəsindən hissəvi bölünməsi, sağ ayaq pəncəsinin aşıq-baldır oynağı səviyyəsindən travmatik amputasiyası, hər iki ağ ciyərin, qaraciyərin, dalağın, böyrəklərin, aralığın cırılmaları, döş qəfəsinin hər iki tərəfində qabırğaların müxtəlif anatomik xətlər üzrə çoxsaylı sınıqları, onurğa sütununun, çanaq sümüklərinin, sağ bazunun orta 1/3-nin sınıqları, gövdənin və ətrafların çoxsaylı əzilmiş-cırılmış yaraları və sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ağır zərərvurmanın əlamətlərinə malik olan bədən xəsarətləri yetirmişdir ki, nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs isə hadisədən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinin tələbinə əməl etmədən yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır, işi ilə bağlı olaraq Bakı şəhərinə gələndə Sabunçu rayonunda yaşayan əmisi Arif Babayevin mənzilində qalır. Əvvəllər əmisinə məxsus “SHACMAN” markalı yük avtomobilini idarə etmişdir. Əmisinin maddi cəhətdən pula ehtiyacı olduğundan həmin maşını satmış, ona görə də o başqa yük maşını idarə etmək üçün maraqlandıqda özü Xoca Həsən qəsəbəsində Şahid1 tapıb onunla görüşmüşdür. Hünərlə aralarında olan söhbət zamanı Hünərə məxsus “SHACMAN” markalı, ** VJ *** nömrəli avtomobili 22 iyun 2021-ci il tarixdə etibarnamə əsasında idarə etməyə başlamışdır. O həmin yük avtomobilini idarə etməyi üçün Hünər aylıq ona 500 manat pul vermişdir. O ancaq avtomobili idarə etmiş, yükün daşınması üçün müştəriləri Hünər özü tapıb ona demişdir. Hünərə verilmiş sifarişə əsasən özü də olmaqla 31 avqust 2021-ci ildə gecə vaxtı Qızıldaş qəsəbəsindən qum qarışığını idarə etdikləri “SHACMAN” markalı maşınına yükləyib Şüvəlan qəsəbəsinə aparmalı idilər. Hünər “SHACMAN” markalı avtomobilinə yükü vurub oradan çıxmış, ondan sonra da həmin yükdən idarə etdiyi «Şaqman yük» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomaşına yüklədib oradan Bakı-Salyan şossesinə çıxmışdır. O qum qarışığını Şüvəlan qəsəbəsinə aparmalı idi. Həmin zaman avtomobildə tək olmuşdur. Saat təxminən 23-30 radələrində avtomaşını təxminən 35 km/saat sürətlə Bakı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən yerüstü piyada keçidikdən sonra yolun sağ tərəfində olan «GREEN CİTY» restoranının giriş qapısının yaxınlığında, təxminən 30 metr qarşıda marşrut avtobus dayanacağının qarşısında bir şəxsin idarə etdiyi avtomobilin hərəkət zolağına yaxın yerdə dayandığını görmüşdür. Həmin vaxt öz hərəkət zolağı ilə, yəni 3-cü zolaqla hərəkət etmiş və gördüyü həmin şəxsin yanından ötüb keçəcəyini fikirləşib ona fikir vermədən gedərkən səs eşitmişdir. Bu zaman bilmişdir ki, maşının sağ yan hissəsi ilə həmin dayanacaq qarşısında dayanan şəxsi vurmuş və maşın yüklü olduğundan avtomaşını yerində saxlaya bilməmişdir. Bir neçə metr məsafədə maşını saxlamış, vurduğu adamın vəziyyəti ilə bağlı maşını arxaya verərək maraqlanmaq üçün həmin adamı vurduğu yerdə saxlamış, maşını arxaya doğru sürən zaman maşının sağ yan tərəfinin nəyinsə üstünə çıxan kimi olduğunu bilib bu zaman avtomobilin sağ yan güzgüsündən arxa sağ tərəfinə baxdıqda vurduğu piyadanın baş hissəsinin arxa təkərin altında olduğunu görüb maşından düşərək ona yaxınlaşmış, görmüşdür ki, həmin şəxs maşının arxa təkərinin altındadır. Onun qarın hissəsindən yuxarı tərəfi arxa təkərin çöl tərəfində olmuşdur, onun ölmüş olduğunu görüb qorxaraq maşını idarə edib oradan uzaqlaşıb yük yerində olan qum qarışığını Şüvəlan qəsəbəsində sifarişə əsasən boşaldıb oradan da Xoca Həsən qəsəbəsinə getmişdir. Şüvəlan qəsəbəsinə «Azneft» meydanından getmişdir. Şüvəlan qəsəbəsinə qum qarışığını ondan əlavə idarə etdiyi avtomobilin sahibi Hünər də öz maşını ilə aparmış və yükü boşaltdıqları yerdə Hünərlə görüşüb maşınla adam vurub öldürdüyünü Hünərə demişdir. Hünər ona hadisə yerindən qaçmamağı və gedib polisə təslim olmasını məsləhət görmüşdür. Lakin o qorxaraq polisə məlumat verməmiş və Xoca Həsən qəsəbəsinə gəlib orada dayanmışdır. O orda olduğu zaman polis əməkdaşları gəlib onu oradan götürüb idarə etdiyi avtomaşınla Səbail Rayon Polis idarəsinə gətirmişlər. Həmin hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Gecə qaranlıq vaxtı o yüklü halda avtomaşını 35 km/saat sürətlə hərəkət etdirərkən dayanacağın qarşısında dayanmış həmin şəxsi vura biləcəyini düşünməmişdir və hərəkət zolağından sağa, dayanacaq meydanına keçib-keçmədiyinə fikir verməmişdir. Ola bilsin ki, o mərhum Zərərçəkmiş şəxs hərəkət zolağından kənarda, dayanacaq meydanında vurmuşdur, maşını arxaya hərəkət etdirəndə də onun qarından aşağı hissəsindən keçmişdir, şin protektorunun izləri də həmin zaman qalmışdır. Əməlindən səmimi peşmançılıq çəkdiyni, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələb və mülki iddiasının olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır, valdeynləri bir neçə il əvvəl vəfat etmişlər. Qardaşı Azərin iki övladının olmasına baxmayaraq ailə münasibətləri düz gəlmədiyinə görə təxminən 5 il əvvəl arvadı Nuranədən rəsmi olaraq Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ayrılmışlar. Onların boşanmalarına səbəb Azərlə arvadı arasında olan ailə münasibətlərinin düz gəlməmisi olmuşdur. Azər ayrılandan sonra onun arvadı və iki övladı Nuranənin valideyninin evində yaşamışlar. Azər arvadından ayrılandan bir neçə vaxt sonra son zamanlarda onunla hərdən bir görüşürdülər. Qardaşı ölməmişdən əvvəl Salyan sössesində olan «GREEN CİTY» restoranda ofsiant işləyirmiş. Onlar bir-biriləri ilə əksər vaxtı istifadələrində olan mobil telefon nömrələri ilə danışaraq əlaqə saxlayırmışlar. 30 avqust 2021-ci ildə Azərə zəng edib mobil telefonla danışmışlar. Bundan sonra həmin günün səhərisi, yəni 31 avqust 2021-ci ildə günorta vaxtlarında zəng edərək Azərlə danışmaq istəmiş, lakin Azərin mobil telefonuna zəng çatmamşdır. 01 sentyabr 2021-ci ildə səhər vaxtı bilmiş ki, Azəri iş yerinin yanında yolun kənarında yük avtomobili vurmuş və nəticədə hadisə yerində ölmüşdür. Azəri idarə etdiyi avtomaşınla vurub öldürən Təqsirləndirilən şəxs ilə onun və yaxın qohumlarının, mərhum qardaşı Zərərçəkmiş şəxs arasında əvvəldən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır, onlar heç Təqsirləndirilən şəxs əvvəldən tanımamışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini, gələcəkdə də şikayətinin və mülki iddiasının olmayacağını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, ABCD kateqoriyalı sürücülük vəsiqəsi var, ona görə də ailəsini dolandırmaq üçün sürücülüklə məşğuldur. O, Elnuru 2021ci ilin iyun ayından tanımışdır. Belə ki, Elnur özü onunla Xoca Həsən qəsəbəsində olan zaman görüşüb söhbət edəndə bilmişdir ki, o, yük avtomobili sürməklə məşğuldur. Ona görə də ondan özünə məxsus olan yük avtomobilini zəhmət haqqı ödənilməklə istəmiş, bunun üçün də özünə məxsus “SHACMAN” yük markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili aylıq zəhmət haqqı ödənilməklə Elnura sürmək üçün vermişdir. Onun həmin maşından başqa bir ədəd “SHACMAN” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobili var və özü həmin avtomobili idarə edir. Elnurun yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı bildirmişdir ki, 22 iyun 2021-ci ildə adına olan ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili Elnura verəndən sonra onunla istifadəsində olan mobil telefonla Elnurun istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayırmış. Aralarında olan razılaşmaya görə maşının daşınması üçün olan yükə görə müştərini o tapıb Elnura deyirmiş, Elnurda həmin yükü onun verdiyi yuk avtomobili ilə daşıyırmış. 31 avqust 2021-ci il tarixdə, gündüz vaxtı zəng edib Elnurla danışan zaman axşam vaxtı Mərdəkana iki maşın qum aparmaq lazım olduğunu bildirmişdir, həmin qumun bir maşınını o öz idarə etdiyi avtomobilə yükləyib aparmışdır, onun ardınca da Elnur maşını yükləyib aparmalı imiş. Öz idarə etdiyi avtomobilə yükü yükləyib ünvana aparıb yükü boşaldıb Elnuru gözləmişdir. Həmin vaxt Elnur ona zəng edərək onu gözləməyi demişdir. Ona görə də o Elnuru həmin yerdə dayanıb gözləmişdir. Elnur gəlib yükü boşaltdıqdan sonra yükü gətirən zaman Salyan sossesində hərəkətdə olan zaman piyadanı idarə etdiyi avtomobillə vurub öldürdüyünü və hadisə yerindən qaçaraq uzaqlaşdığını demişdir. Həmin zaman o Elnura düz etmədiyini bildirib hadisə yerinə qayıtmasını məsləhət bilmiş, Elnur da hadisə yerinə qayıdacağını deyib maşını idarə edərək getmişdir. Sonra o öz evinə getmişdir. Elnurun idarə etdiyi yük avtomaşını ilə vurub öldürdüyü şəxsi tanımır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur. Elnur ailəlidir, iki övladı var. Ailəsini dolandırmaq üçün Bakı şəhərinə gəlib, Bakıda yük avtomobili idarə etməklə yük daşımaqla məşğul imiş. Özünün BC kateqoriyalı sürücülük vəsiqəsi var, ona görə də ailəsini dolandırmaq üçün hazırda «Nord Vest» firmasında yük avtomobili idarə edir, yəni Azərbaycan Respublikasında işğaldan azad olunmuş ərazilərində yol çəkilişi ilə bağlı yük daşımaqla məşğuldur. 01 sentyabr 2021-ci ildə Kəlbəcər rayonunda yol tikintisində işləyən zaman oğlu Elnurun Bakı şəhəri Səbail rayonunda piyadanı idarə etdiyi yük avtomobili ilə vurub öldürüb hadisə yerindən qaçdığını eşitmişdir. Ona görə də həmin günü icazə alıb 02 sentyabr 2021-ci ildə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələndən sonra həmin yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxslə maraqlanıb onun qohumları ilə görüşmüşdür. Yas mərasimində iştirak edərək öz şəxsi vəsaiti ilə həmin yas mərasiminin xərcini çəkmişdir. Mərhum Zərərçəkmiş şəxs Madər oğlunun qəbrisanlıqda məzar daşının xərcini çəkmişdir. Həmin məzar daşına görə 2500 manat xərc çəkmişdir. Bunu Azərin ailə üzvləri və bacısı da görüb ondan razılıqlarını bildirmişlər. Oğlu Elnur tərəfindən törədilmiş cinayət hadisəsinin maddi ziyanı onun tərəfindən ödənilmişdir. Məcburi köçkün olmalarını, Elnurun azyaşlı uşqalarının olmasını nəzərə almasını xahiş etmişdir. Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif obyektlərdə mühafizəçi işləmişdir. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Bakı-Salyan şossesinin 12-ci kilometrliyində, Bakı- Salyan şossesinin sağ və sol hissəsində yerləşən «GREEN CİTY» kompleksində növbə rəisi kimi işə başlamışdır. İş qrafiki belədir ki, iki gün səhər saat 08-dən axşam saat 20:00-a kimi, iki gün saat 20:00-dan səhər saat 08:00-a kimi işdə olur, iki gün də istirahət günüdür. Kompleksdə saat 24-dən sonra qonaq qəbul olunmur və kompleksin işçiləri paltarlarını dəyişib evlərinə gedirlər. Xidmət müddətində yolun hər iki tərəfində olan kompleksin mühafizəsini yerinə yetirir, daha doğrusu kompleksdə olan 9 postda olan mühafizəçilərin işinə nəzarət edir. 2021-ci ilin avqust ayının 31-dən sentyabr ayının 01-nə keçən gecə o kompleksdə növbədə olmuşdur. Dəqiq saatını deyə bilmir, təxminən 01 sentyabr 2021-ci il tarixdə, saat 00.00 radələrində işləmiş o kompleksin Bakı istiqamətində yolun sağ tərəfində olan hissədə kompleksin darvazası tərəfdə imiş, bu vaxt görmüşdür ki, bir nəfər kompleksin çölündə, səkidə çömbəlib oturmuşdur, halı pisləşmiş vəziyyətdə imiş, yaxınlaşıb həmin şəxsdən nə baş verdiyini soruşmuşdur. Həmin şəxsi tanımır, kompleksin işçisi deyilmiş, həmin şəxs əli ilə kompleksdən bir az aralıda, şəhər istiqamətində yolun sağ tərəfində, avtobus dayanacağını göstərib bildirmişdir ki, orada bir nəfəri maşın vurub, bağırsaqları tökülüb, ondan soruşmuşdur ki, vurulan şəxsi tanıyırmı, həmin şəxs bildirmiş ki, tanımır, vurulan şəxs pis vəziyyətdədir. Baxmışdır ki, həmin yerdə yol maşınları saxlayır, həmin yerə yaxınlaşmadan o «103» xidmətinə zəng etmiş, lakin cavab verməmişlər. Sonra DİN-nin 102 xidmətinə zəng edib yol kənarında meyit olması barədə məlumat vermişdir, o ünvanı başa salmış və sonra hadisə yerinə dövlət yol polisi əməkdaşları və sair xidmətin polis əməkdaşları gəlmişlər. Polislər hadisə yerinə gələndən sonra o meyit olan yerə polislərlə gəlmiş və sərnişin dayanacağının qarşısında tanınmaz halda olan kişi meyitinin olmasını görmüşdür. Sonra oradan getmişdir. Sonradan bilmişdir ki, həmin ölən şəxs onların kompleksində ofisiant işləyirmiş, lakin o onu şəxsən tanımamış və görməmişdir, adını sonradan öyrənmiş ki, Zərərçəkmiş şəxsdur. O həmin şəxsi avtomaşın vurmasını, onun kompleksdən çıxmasını görməmişdir. Mühafizəçi kimi yalnız kompleksə aid ərazinin mühafizəsini yerinə yetirir və kompleksə aid ərazidə və ya yolun həmin kompleksin yerləşdiyi əraziyə aid hissəsində maşın saxlanmasına icazə vermirlər, hadisə yerində hər hansı avtomaşın olmasını, taksi dayanmasını görməmişdir. Məhkəmə iclasında iş üzrə yol-nəqliyyat hadisəsi yerinə yaxınlıqda quraşdırılmış videomüşahidə kamerasından götürülmüş, bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı-Salyan şossesinin 12-ci km-də, «GREEN CİTY» restoranı istiqamətində yerüstü piyada və avtomobil keçidindən Bakı şəhəri istiqamətində olan yolayrıcı dairə görünür, TŞ kamerası rayonlar istiqamətində «Sədərək» ticarət mərkəzinə gedən yolun tin hissəsində quraşdırılmışdır və görüntülər həmin yerdən hər iki istiqamətdə olan yolu göstərir. Görüntünün 00:25-ci saniyəsində Bakı Baş Gömrük İdarəsinin inzibati binası tərəfindən Bakı şəhəri istiqamətində arxa və qabaq işıqları yanmaqla ağ rəngli «Shacman» markalı avtomaşının orta hərəkət sürəti ilə yolun sağ hərəkət zolağı ilə hərəkət etməsi görünür və həmin avtomaşın gəldiyi sürətlə də hadisə yerindən ötərək, hadisə yerindən təxminən 100 metr aralanandan sonra sürücü avtomaşını saxlayır və görüntülərin başlanmasının 00:25 saniyəsində avtomobilin arxa işıqlarını yandıraraq arxaya hərəkət etdirir, avtomaşın arxaya hərəkət etməklə görüntünün 01:17-ci dəqiqəsində hadisənin baş verdiyi yerdə, yəni saat 23:50 dəqiqədə avtobus dayanacağının qarşısında dayanır, az sonra maşını təxminən 3-4 metr irəli sürüb maşını yenidən saxlayır, avtomaşınının qəza və gecə işıqları yanılı haldadır, avtomaşının sürücüsünün kabinənin qapısını açıb yerə düşməsi və arxa tərəfə keçməsi görünür. Sonra isə sürücü maşına minir və görüntünün 01:45-ci dəqiqəsində avtomaşını idarə edərək yolnəqliyyat hadisəsi yerindən Bakı şəhəri istiqamətində hərəkət edib uzaqlaşır. Həmin avtomaşından sonra hadisə yerində markası, dövlət qeydiyyat nömrəsi bilinməyən minik avtomaşını saxlayır və bir müddət dayandıqdan sonra o da Bakı şəhəri istiqamətində hərəkətini davam etdirir. Məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 52 saylı rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs bədəni üzərində – həyatla bir araya sığmayan xəsarətlər – gövdənin qabırğa qövsləri səviyyəsindən hissəvi bölünməsi, sağ ayaq pəncəsinin aşıqbaldır oynağı səviyyəsindən travmatik amputasiyası, hər iki ağ ciyərin, qaraciyərin, dalağın, böyrəklərin, aralığın cırılmaları, döş qəfəsinin hər iki tərəfində qabırğaların müxtəlif anatomik xətlər üzrə çoxsaylı sınıqları, onurğa sütununun, çanaq sümüklərinin, sağ bazunun orta 1/3nin sınıqları, gövdənin və ətrafların çoxsaylı əzilmiş-cırılmış yaraları və sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla 31.08.2021-ci il tarixdə piyadanın hərəkətdə olan yük maşını ilə vurulması və yük maşınının təkərlərinin gövdə və sağ ayaq pəncəsi üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər – gövdənin qabırğa qövsləri səviyyəsindən hissəvi bölünməsi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanadakı müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs gövdəsinin bölünmə zolağının və sağ ayaq pəncəsinin amputasiya kənarlarının xarakterik xüsusiyyətlərinə, yara kənarlarında və ətraflarında çoxsaylı dəri cırılmalarının lokalizasiyalarına əsasən demək olar ki, xəsarətlər hərəkətdə olan yük maşınının təkərlərinin gövdənin və sağ aşıq-baldır oynağının sol tərəfindən sağa istiqamətdə olmaqla üzərlərindən keçməsi zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli, 8/2178-6/3973- 3/1549 nömrəli məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən hadisə yerində asfalt üzərində əks olunmuş nəqliyyat vasitəsinə məxsus təkər şininin protektor naxış izi «Shacman» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər şininin protektor naxış izinə ümumi əlamətlərinə görə uyğunluq təşkil edir və həmin avtomobilə məxsus olması istisna edilmir. Təqdim edilmiş «Shacman» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (oblisovkada, külək qoruyucuda, fara eynəyində olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurulması nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş «Shacman» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərindən nümunələrin götürüldüyü süngələrin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında təqdim edilmiş 01 ədəd şalvarın və 01 ədəd maykanın tərkib liflərindən yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasn “Shacman” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. 01 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanmışdır. 01 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aparılmış və ayıq olması barədə akt tərtib olunmuşdur. 01 sentyabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 15:35-də şübhəli şəxs qismində tutulmuşdur. 02 sentyabr 2021-ci il tarixdə X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 4(009)-438/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırki cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs heç bir maddi və mənəvi iddiası yoxdur və gələcəkdə də olmayacaq nəzərə alınmasını xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixli qərarla baş vermiş yol-nəqliyyat hadisəsi yerində yaxınlıqda quraşdırılmış TŞ 1-104 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasından götürülərək köçürülmüş 31 avqust 2021-ci il saat 23:51dən 23:55-dək olan görüntülərin olan DVD disk ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.09.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mingəçüvir şəhər bölməsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən X3 şəhərindən məcburi köçkün kimi Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 25, mənzil 25 ünvanında məskunlaşmış, barəsində qeydiyyatda olduğu vaxtda heç bir narazılıq və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mingəçüvir şəhər bölməsi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X6, uşaqları X8 və X9 ilə birgə Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 25, mənzil 25 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var– 01.06.2015-ci il təvəllüdlü X8, 01.10.2017-ci il təvəllüdlü X9. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanı ödənilməsini, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azəraycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-241/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-241/2021
27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver