Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-242/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Seyidli İlkin Ramin oğlunun katibliyi, Xüsusi ittihamçı: X1, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X2 iştirakları ilə, 03 avqust 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “ARB” TV-də təcrübəçi rejissor işləyən, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. X8 onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından bir övladları anadan olmuşdur. O, İctimai Televiziya və Radio yayımları şirkətində rejissor vəzifəsində işləyir. İlk vaxtlar ailə münasibətləri normal olmuş olsada, sonradan Hülya Buniyatovanın xasiyyətində baş verən dəyişiklik səbəbindən ailədə hər gün söz söhbətlər yaranmağa başlamışdır. Hülya Buniyatova bir neçə dəfə onun barəsində böhtan xarakterli əsaslarla Səbail RPŞ-nə müraciətlər etmişdir. Onun etmiş olduğu müraciətdə göstərilən əsaslar sübuta yetirilmədiyindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Daha sonra Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra Hülya Büniyatova sosial şəbəkə platforması olan “İNSTAGRAM ” sosial şəbəkəsində “hulya-kn” adlı profili və “TİK-TOK” sosial şəbəkəsində “hulya-92” adlı profili ilə onun şəklini paylaşaraq, ona böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi nümayiş edərək, internet informasiya ehtiyatında yaymışdır. “İNSTAGRAM” sosial şəbəkəsi platformasında Hülya Büniyatova “hulya-kn’’ adlı profili və “TİK-TOK” sosial şəbəkəsində “hulya-92” adlı profili ilə onun şəklini paylaşaraq, şəklinin üzərində yazılanları olduğu kimi qeyd edir. “İTV-nin əxlaqsız işçisi” dələduz” “bu ermənidən betər imiş” “o insan adına layiq deyil” “cındır” “oğraş” “kişilərin üz qarası” bu kimi şər və böhtan xarakterli, eləcə də şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan məlumatları kütləvi nümayiş edərək, internet informasiya ehtiyatında yazılar yazmışdır. Bundan başqa İiülya Buniyatova ona böhtan xarakterli sözləri ilə bir neçə sayta yalan məlumat verərək, onu və ailəsini nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirmişdir. Həmin böhtan xarakterli məlumatlar bu günə qədər əmin saytlarda mövcuddur. Həmin saytlar millitv.net; lent.az və axşam.az və s. bunlardır. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X9 “İNSTAGRAM” sosial şəbəkəsi platformasında “hulyakn” adlı profili və “TİK-TOK” sosial şəbəkəsində “huİya-92” adlı profili ilə onun “şəklini payaşaraq böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi nümayiş edərək, internet informasiya ehtiyatlarında yuxarıda qeyd olunan yazıları paylaşması əməli onun AR-nm CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə turulmuş cinayəti törətməsi üçün kifayət qədər əsas verdiyindən vermiş olduğu şikayət ərizəsi icraata qəbul edilərək onun zərərçəkmiş şəxs qismində tanınmağı və onun cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsaslıdır. Beləliklə qeyd etdiyim xüsusatlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 298-300cü maddələrini rəhbər tutaraq məhkəmədən, 03 avqust 1992-ci il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, X5 həmin iş üzrə zərərçəkən və xüsusi ittihamçı qismində tanınması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, X6 qarşı verdikləri xüsusi ittiham qaydasında şikayət ərizəsinin geri götürdüklərini, həmin şəxslə barışıq əldə etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi şikayətin geri götürülməsinə etiraz etmədiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.8-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.9-cu maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə xüsusi ittihamçının və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 41, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 165 (yüz altmış beş) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-242/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-242/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver