Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-243/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 sentyabr 2023-cü il tarixdə saat 12.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,656 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlayaraq tanışı Şahid1 yaşadığı ünvan 4 ünvanına qədər daşımış, sonuncunun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatın yoxlanılması məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 15:40 radələrində həmin ünvanda saxlanılaraq ünvan 5olis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı naməlum mənbədən satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli falqa bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,656 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli falqa bükümün içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 45-46 yaşı olanda sol qolunun sinirləri öz funksiyaları itirdiyindən ağrılar başlamış, o bu ağrıları heç bir dərman preparatları ilə aradan qaldıra bilmədiyindən heroindən çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Narkotik vasitələri almaq lazım olduqda Yasamal rayonunun ərazisinə gedib orada müxtəlif adamlardan alırdı. 11 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Badamdar qəsəbəsində yerləşən hərbi hissənin yanında olan tikintilərin birində fəhlə kimi iş təklifi qəbul etmiş və səhəri gün səhər saatlarında Yasamal rayonunda tanımadığı şəxsdən bir dəfəlik istifadəsi üçün 10 manata 0,5 qrama yaxın heroin alıb həmin tikintiyə gedərək işə başlamaq istəmiş, lakin işçilərdən tez gəldiyindən işə başlaya bilməmişdir. Həmin vaxtı tanışı Şahid2 də həmin tikintiyə gəlmiş və işə başlayana qədər onlar qərara almışlar ki, tanışı Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yaşayan İbrahimgilə gedib orada heroini istehlak etsinlər. İbrahim də narkotik vasitələri qəbul edir və o bir-iki dəfə sonuncunun evində birlikdə heroin çəkmişdilər. Onlar həmin otaqda olan masa arxasında yerləşmiş və heroini istehlak etmək üçün falqa və alışqan çıxarmışlar. Sonra o, üzərindəki heroini çıxaranda İbrahim heroinin miqdarının az olduğunu görüb “elə budur sizdəki?” deyə soruşmuşdur. O, Rövşənlə birlikdə həmin heroindən istehlak edəcəyi bildirdikdə İbrahim özü üçün heroinin olduğunu deyib siqaret qutusunu masa üzərinə qoyaraq oradan özü üçün heroini çıxarmaq istəyərkən həmin vaxt otağın qapısı döyülmüşdür. Polis əməkdaşları içəri girmişlər və masa üzərində olan İbrahimə məxsus iki büküm heroini siqaret qutusunun içərisində aşkar etmişlər. Polis əməkdaşları onları Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyulmaqla qablaşdırılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin narkotik vasitəni 12 sentyabr 2022-ci il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə bölmənin əməliyyat aparatına Badamdar qəsəbəsində yaşayan İbrahim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edərək onların qəbulu və istehlakı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvləri isə bölmənin sahə inspektorları X4 və Şahid4 təyin edilmişlər. Həmin gün saat 15 radələrində onlara əlavə məlumat verilmişdir ki, İbrahim adlı şəxs yaşadığı Badamdar qəsəbəsində 3-cü massivdə 17-ci küçəsindəki 21 saylı evin həyətində olan köməkçi tikilidədir. Onlar həmin ünvanı müəyyənləşdirmiş və evin həyətinə açıq giriş qapısından daxil olaraq evə bitişik olan birmərtəbəli dam örtüklü tikilini aşkar etmişlər. Tikilinin qapısını döymüş, qapını əməliyyat məlumatında qeyd olunan əlamətlərə oxşar şəxs açarkən onlar özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirdikdə sonuncu özünü İbrahim kimi təqdim etmişdir. Onlar İbrahimin icazəsi ilə tikiliyə daxil olduqda orada əlavə iki nəfər 45-50 yaşında kişi cinsindən şəxslərin olmasını aşkar etmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid2 kimi təqdim edəndən sonra tikilidə olan kiçik masanın üzərində siqaret qutusu onların diqqətini çəkmişdir. Onlar həmin qutunu açıb orada sellofanın arxasında gümüşü falqadan olan iki büküm aşkar etmişlər. Adları qeyd olunan şəxslərə bu bükümlərin içərisində nə olmasını barədə sual verdikdə İbrahim həmin bükümlərdə narkotik vasitə heroin olduğunu və həmin heroini ona məxsus olmasını etiraf etmişdir. Şamil və Rövşən adlı şəxslərlə apardıqları şifahi sorğu-sual zamanı sonuncular narkotik vasitələrinin aludəçiləri olduqlarını və İbrahimin evinə məhz bu vasitələri qəbul etmək üçün gəldiklərini etiraf etmişlər. Masa üzərindəki bükümlər siqaret qutusu ilə birlikdə onların tərəfindən götürülmüş və bu barədə əlyazma ilə elə orada akt tərtib edilmişdir. Onlar məsələnin araşdırılması üçün bu şəxsləri Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masa üzərinə qoymuş və həmin qutunun içərisində gümüşü rəngli falqadan olan bir büküm aşkar edilmişdir. Büküm açıldıqda isə onun içərisində qəhvəyi rəngli toz halında maddə kütləsi aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin heroin olduğunu, həmin heroini tutulmazdan az əvvəl şəxsi istehlak üçün Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə istintaqı keçirilən səxs əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqadan olan bükümü və şalvarın sağ yan cibindən tünd göy rəngli siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik maddəyə oxşar maddənin olması aşkar edilmişdir. Sorğu-sual zamanı o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə kimi tanıdığı “kakos” olduğunu və həmin narkotik vasitəni Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə etdiyini, İbrahimin evində saxlanıldığını, həmin evə Rövşən adlı tanışı ilə İbrahimlə birlikdə narkotik vasitələri istehlak etmək üçün getdiyini, İbrahimin həmin evdə tək olduğu üçün evi təhlükəsiz yer saydığını, əvvəllər də həmin evdə bir neçə dəfə narkotik vasitələri istifadə etdiyini bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6/5140 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №239” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,656 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,656 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,606 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6/5318 saylı ekspert rəyindən görünür ki, təqdqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65" dairəvi möhür əksləri olan, üzərində “6/5139... 13 sentyabr 2022-ci il..." sözləri, soyad və imzalar qeyd edilmiş ve "6/5140... 13 sentyabr 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan: -üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,397 qram, 0,382 qram, 0,571 qram ümumi təmiz çəkisi 2,350 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, bir ədəd bükümdə təmiz çəkisi 0,606 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibina görə eynilik təşkil etmir. Heroinin təmiz çəkisi 0,606 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq çəkisi 0,566 qram. Respublika Narkoloji Mərkəzinin 14 aprel 2023-cü il tarixli 2202 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 12 sentyabr 2022-ci il tarixdə saat 18:35-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 14 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 20 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,566 qram olan (ilkin təmiz çəki 0,656 qram) narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 01 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 11 aprel 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.30da tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 11 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Səbail rayon prokurorunun 12 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, 11 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək, 20 iyul 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 24 (iyirmi dörd) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 yaşayış massivi fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 14 aprel 2022-ci il tarixli 2202 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,566 qram olan (ilkin təmiz çəki 0,656 qram) kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, 11 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək, 20 iyul 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 24 (iyirmi dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,566 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-243/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-243/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver