Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-243/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İbyamin oğlunun, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, “Yango” Şirlətində taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olan, ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26 may 2025-ci il tarixdə təxminən saat 19 radələrində piyada Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, N.Qurban küçəsində piyada olaraq yolun sağ hissəsindən sol hissəsinə keçən zaman həmin küçə ilə arxa-arxaya saatda 20 km/surətlə sürücü Təqsirləndirilən şəxs AD 084261 seriya nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Chevrolet-Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman 79 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətidən çox olmayan sürətlə sürməlidir, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda avtomaşının arxa hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş nəticədə sol mil sümüyünün aşağı ucunun qapalı sınığı, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-Ağır bədən xəsarəti yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, o, özünə “Chevrolet-Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürərək “Yango” şirkətinə qoşulub taksilik fəaliyyəti ilə məşğul olaraq idarə edir. 26 may 2025-ci il tarixdə təxminən saat 19 radələrində idarə etdiyi “Chevrolet-Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, N.Qurban küçəsinə gəlib idarə etdiyi nəqliyyat vasitəsini park etmək məqsədi ilə arxa-arxaya saatda təxminən 20 km surətlə hərəkət etdirən zaman ani anda yolun sağ hissəsindən sol hissəsinə keçməkdə olan piyadanı görüb hadisənin qarşısını almaq məqsədi ilə əyləci basmış lakin buna baxmayaraq o, idarə etdiyi avtomaşınının arxa hissəsi ilə həmin piyadanın böyründən vurmuş zərbənin təsirindən piyada asfalt örtüyün üzərinə yıxılmışdır. Həmin vaxtı o, nəqliyyat vasitəsini saxlamış avtomaşından düşərək həmin piyadaya yaxınlaşaraq bir neçə dəfə öz yardımını təklif etsədə o, onun yardımından imtina edib oradan çıxıb getmişdir. O, orada bir neçə saniyyə gözlədikdən sonra öz işlərinin dalınca sürüb getmişdir. Bundan sonra səhəri gün ona Səbail RPİ-dən zəng gəlmiş İdarəyə dəvət olunmuş və İdarəyə gələrək baş verənlər barədə məlumat verib izahatı alınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 26 may 2025-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, N.Qurban küçəsindən yolun əks tərəfinə keçmək istəyirdi. Həmin vaxtı yolun sol hərəkət istiqamətindən nəqliyyat vasitələrinin gəlmədiyini görüb piyada olaraq yolun sağ hissəsindən sol hissəsinə keçən zaman ani anda həmin küçə ilə arxa-arxaya hərəkətdə olan sonradan bildiyi “Chevrolet-Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomaşının arxa hissəsi ilə onun böyründən vurmuş həmin vaxtı o, zərbənin təsirindən asfalt örtüyün üzərinə yıxılmışdır. Nəqliyyat vasitəsinin sürücüsü avtomaşından düşərək ona öz yardımını təklif etsədə o, həmin vaxtı onun yardımından imtina etmiş onun oradan çıxıb getməsini bildirib yaşadığı ünvana gəlmişdir. Həmin günü şikayət etmək fikri olmasada sonradan ağrıları olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək baş vermiş olan hadisə ilə bağlı olaraq məlumat vermişdir. Bundan sonra ona Səbail RPİ-dən zəng gəlmiş və o, İdarəyə dəvət olunmuş və İdarəyə gələrək baş verənlər barədə məlumat verib izahatı alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkldə ödənildiyi üçün, onun cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 261 saylı rəyindən görünür ki, piyada Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol mil sümüyünün aşağı ucunun qapalı sınığı,sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 26 yanvar 2025-ci il tarixində, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-Ağır zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 iyun 2025-ci il tarixli 3-16-16/2-8/1233/2025 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2. “Chevrolet-Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 may 2025-ci il tarixli etibarnamədən görünür ki, Azərbaycan Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs (Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 4 qeydiyyatda olan, sürücülük vəsiqəsi AD № 084261 saylı. xx.xx.2017 il tarixində Az.Res.DİN BDYPİ QAİ tərəfindən verilib) ondan ötrü ki. "AZƏRMAŞ LİZİNQ MMC" ilə Əli-zadə Xatirə Afət qızı arasında bağlanmış 04 yanvar 2024 il tarixli AZL-1464 saylı "X5” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Chevrolet Cobah LTZ markalı, 77YF371 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB 5 N630 seriyalı, 2023 il buraxılışlı, ban №XWBJA69V9RA 003549. mühərrik № B15D2 13232842A UZX0082, GÖY METAL rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. 260 saylı material üzrə 27 may 2025-ci il tarixli protokoldan görünür ki, kameranın görüntülərinə baxış keçirilən zaman 26 may 2025-ci il tarixdə “Chevrolet-Cobalt” markalı 77YF-371 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının arxa-arxaya hərəkət edərək avtomaşının arxa hissəsi ilə yolu keçməkdə olan piyadanın vurması müşahidə edilmişdir. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan, şəxsiyyət vəsiqələrindən və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-ci il təvəllüdlü X4 var. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkldə ödənildiyi üçün, onun cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbləri yoxdur, onunla barışmışdır. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciə edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini, bu səbəbdən barəsində olan işə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır.Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində olan işə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlundan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulnuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 346, 347, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İbyamin oğlu tərəfindən cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 275 (iki yüz yetmiş beş) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank”ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-243/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-243/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver