Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-245/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, 1055 məhəlləsi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,448 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımış, 14 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin və X1 əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, Polis Bölməsinin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,448 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini yandırıb burunu çəkmək və ineksiya yolu ilə qəbul edir. Bədənində olan güclü ağrılar səbəbindən narkotik vasitəni tez-tez qəbul edir. İstifadə etdiyi narkotik vasitəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmayan şəxslərdən əldə edir. Sonuncu dəfə 14 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyası yaxınlığında yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında heç bir məlumatı olmayan və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb. Onunla salamlaşıb ondan üzərində narkotik vasitə olub-olmadığını soruşub. Həmin şəxs ona müsbət cavab verərək üzərində narkotik vasitə olduğunu bildirib. O, həmin şəxsdən 20 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə alıb həmin bükümü əynindəki şalvarın sağ cibinə qoyub yaşadığı ünvan tərəfə hərəkət edib. Həmin gün saat 17 radələrində yaşadığı ünvanın qarşısına çatan zaman iki nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstəriblər. O, onların polis əməkdaşları olduqlarını başa düşüb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət ediblər. O, polis əməkdaşlarına etiraz etməyib və onlarla birlikdə polis bölməsinə gedib. Polis Bölməsində xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanıb. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub- olmaması sualına cavab olaraq o əynində olan göy rəngli şalvarın sağ yan cibində əldə edib saxlayaraq daşıdığı 01 bükümü çıxarıb masanın üzərinə qoyub. Həmin büküm polis əməkdaşları tərəfindən açılıb və içərisində nə olduğu sualına həmin maddənin 20 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə heroin olduğunu onlara bildirib. Bundan sonra üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə heroin müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılıb. Daha sonra iştirakçılarla birlikdə o da həmin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs, əməlindən peşman olduğunun nəzərə alınmasını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 14 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində o, Səbail Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis kapitanı X9 ilə birlikdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən ünvan 5 ünvanın qarşsında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsi görüblər. Onlar həmin şəxsə yaxınlaşıb ilkin olaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşublar. Bu zaman həmin şəxs üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədinin olmadığını bildirərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edib. Onlar həmin şəxsə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu bildirib onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət ediblər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə həmin Bölmənin inzibati binasına gedib. Polis Bölməsində həmin şəxsin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunub. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq şübhəli şəxsə təqdim olunub. həmçinin ona hüquq və vəzifələri izah edilib. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilib. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirib. Şəxsi axtarış və götürmə 14 sentyabr 2022-ci il tarixdə saat 17:45-də «İphone» markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılıb. Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub. Aşkar edilmiş büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında və spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunub. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsi soruşulduqda o, bildirdi ki, həmin bükülünün içərisində olan maddə narkotik vasitə hesab edilən “kakosdur” və həmin narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürülüb. Təqsirləndirilən şəxs saxlanılan və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin X1 əməliyyat müvəkkili, polis kapitanı Şahid1, digər şahid Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə aparılması haqqında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir nəfər mülki geyimli şəxsin masanın bir tərəfində, polis formasında olan şəxsin isə masa arxasında əyləşmələri, iş masası arxasında əyləşən, polis geyim formasında, polis bas leytenantı rütbəsində olan diktor özünü 9-cu Polis bölməsinin təhqiqatçısı polis bas leytenantı Sənan Qüdrətli kimi, qarşısında əyləşmiş mülki geyimli səxsi 3 saylı vəkil bürosunun vəkili X4, dayanan şəxslərdən sol tərəfdə dayanan səxsi Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin bas əməliyyat müvəkkili, polis kapitanı Şahid2 kimi, sağ tərəfdə dayanan səxsi Səbail Səbail Rayon Polis X1 əməliyyat müvəkkili, polis kapitanı Samurav Abbasov kimi, ortada dayanan şəxsi isə şübhəli səxs qismində saxlanılan Təqsirləndirilən şəxs kimi təqdim etməsi, təhqiqatcının Təqsirləndirilən şəxs özünü təqdim etməsi barədə verdivi suala cavab olaraq sonuncunun özünü Təqsirləndirilən şəxs kimi təqdim etməsi, təhqiqatçının Təqsirləndirilən şəxs vəkil Səyyarə Əliyevanın iştirakı ilə ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutlan hüquq və vəzifələrinin izah edilib-edilməməsi və bu barədə hər hansı şikayət və ya etirazı olub-olmadığı barədə suala cavab olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona izah edildiyini və bu barədə hec bir şikayət və va etirazı olmadığını bildirməsi, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanmasını elan etməsi və Təqsirləndirilən şəxs bununla əlaqədar Azərbavcan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilib- edilmədiyini və bu barədə hər hansı şikayət və va etirazı olub-olmadığı barədə sualına Təqsirləndirilən şəxs cavab olaraq hüquq və vəzifələrinin ona izah edildiyini və bu barədə hec bir şikayət və va etirazı olmadığını bildirməsi, təhqiqatcının üzərində narkotik vasitələrin olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin olmasını etiraf etməsi və əynindəki göy rəngli şalvarın sağ van cibindən içərisində qəhvəvi rəngli toz halında kütlənin olduğu bir ədəd ağ rəngli bükümü çıxarıb masanın üzərinə qovaraq təqdim etməsi, təhqiqatcının həmin bükümün nə olduğu və onu haradan əldə etməsi barədə sualına Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin “kakos” adlanan narkotik vasitə olduğunu və onu tanımadığı şəxsdən səxsi istifadəsi ücün 20 manata əldə etdiyini bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı keçirilməsi, lakin hər hansı bir əsya aşkar edilməməsi, bundan sonra təhqiqata Təqsirləndirilən şəxs üzərinə keçirilmiş səxsi axtarış və götürmə istintaq hərəkətinin basa çatması ilə əlaqədar protokol tərtib ediləcəyini və üzərindən aşkar edilmiş bükümün zərfə qoyularaq möhürlənib imza edildikdən sonra müvafiq ekspert rəyi alınması ücün ekspertizaya göndəriləcəyini bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli büküm zərfə qoyularaq qablaşdırılması və zərfin möhürlənməsi, aşkar edilmiş bükümün qablaşdırıldığı zərfin iştirakçılar tərəfindən imzalanması, bununla da istintaq hərəkətinin yekunlaşdırıldığının elan edilməsi və görüntünün sona çatması müşahidə edilir. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 6/5210 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 166” dairəvi möhür əksi və “Cahangirov” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdəki təmiz çəkisi 1,448 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Maddi sübut kimi tanınma barədə 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olaraq götürülmüş təmiz çəkisi 1,448 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 1,398 qram heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Səbail rayon prokurorunun 16 sentyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs X7 azad olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-245/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və o həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 08 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 02 dekabr 2022-ci il tarixdə tutulmuş və Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-218/2021 saylı, 21 dekabr 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(009)- 218/2021 saylı cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixədək cəzasının çəkilməmiş hissəsi 11 (on bir) ay 06 (altı) gün təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş video görüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxs barəsində Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-218/2021 saylı hökmünə əsasən çəkilməmiş müəyyən müddətdə azadlığın məhdudlaşması cəzasının qalmasını həmçinin təqsirləndirilən şəxs tərəfindən əvvəllər həm analoji, həm də müxtəlif növ cinayətlərin törədilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə və məhkəməyədək icraat mərhələlərində Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulması və 02 dekabr 2022-ci il tarixdən həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 26 sentyabr 2022-ci il tarixli 5506 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,398 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” disk iş materiallarında saxlanılmasını, məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-218/2021 saylı, 21 dekabr 2021-ci il tarixli hökmünə əsasən çəkilməmiş 10 (on) ay 07 (yeddi) gün azadlığın məhdudlaşması cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,398 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 396 (üç yüz doxsan altı) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-245/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-245/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver