Məhkəmə qərarları › İş №1(009)-246/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-246/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-246/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanması, ona böhtan ataraq zərər vurduğuna, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ləkə vurduğuna görə hökm çıxarılaraq cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X11 “İnstaqram” sosial media platformasında mövcud olan və özünə məxsus olan 103.000 nəfər izləyicisi olan “ganira.atash” adlı səhifəsində və həmçinin ona məxsus digər sosial media profillərində X5 böhtan atmışdır. Belə ki, X11 xx.xx.2025-ci il tarixdə “fake doctor” adlı karikaturasını, həmçinin digər şəkillərini paylaşım edərək qeyd etmişdir ki, “Əziz Azərbaycan xalqının nümayəndələri, dəyərli izləyicilər. Şəkildə gördüyünüz xanım - Gülsüm Əliyeva haqqında bəzi ciddi məqamları çatdırmaq istəyirəm. O, özünü sosial mediada “Gül Əliyeva” kimi təqdim edir. Əvvəlcə qeyd edim ki, bir insan rəsmi sənədlərdə adını dəyişmədiyi halda, sadəcə görüntü naminə fərqli ad istifadə edirsə, bu peşəkar yanaşmadan uzaqdır. Ciddi və savadlı insanlar adla oynamazlar. Gülsüm Əliyeva uzun illər Respublika Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Səhiyyəcamiəsinin üzvləri bildirir ki, o, Vüsal adlı bir şəxslə tanışlığından sonra özünü həkim kimi təqdim etməyə başlayıb. Halbuki, Azərbaycan Tibb Universitetində onun adma rast gəlinmir. Sosial şəbəkədə ara-sıra Türkiyədə olduğunu göstərən fotolar paylaşaraq, sanki orada təhsil almış görüntüsü yaradır. Lakin, bu həqiqəti əks etdirmir. Rəsmi sorğularım nəticəsində məlum olub ki. X20 də heç bir tibb təhsili almayıb. Ən təəssüf doğuran məqam budur ki, təhsilsiz həkimlik edir, liposaksiya və bədənşəkilləndirmə əməliyyatları həyata keçirir. Anatomiya, fiziologiya, və ya cərahiyyə elmi üzrə rəsmi təhsili olmayan birinin bu cür əməliyyatlar aparması cinayətdir. Bu fəaliyyət nəticəsində Gülbəniz Bayramova adlı gənc xanımın həyatını itirməsi ilə bağlı fakt var. Əməliyyatı kimin etdiyi açıq-aşkar göstərilmir, amma cavabdehlik üzərindən sükutla keçilməsi acı bir gerçəkdir. Çünki, ölüm pul ilə basdırlıb. Daha acınaqlası isə bir sıra tanınmış sənətçilərin bu xanımı “doctor” adı ilə xalqımıza tanıtmasıdır. Ümid edirəm ki, sadəcə məlumatları olmayıb. Amma unutmayaq ki, xalqın sevgisini qazanan sənətçilər eyni zamanda xalqa qarşı məsuliyyət daşıyır. Onlar bilmədən də olsa, belə saxta fəlaiyyətlərin legitm görünməsinə şərait yaratmamalıdır. Diqqətli olun. Saxta diplomlar təqdim oluna bilər, ancaq dövlətlərin giriş-çıxış tarixləri, təhsil sistemləri bunu ortaya çıxaracaq qədər şəffafdır. Əgər bu xanım iddia etdiyi kimi həqiqi bir diplom sahibidirsə, buyursun, açıq şəkildə göstərsin. Həqiqi diplomdursa, peşəkar həkimlərimizlə birlikdə baxmağa və lazım gələrsə, üzr istəməyə hazıram.’' Bundan başqa, X11 yenə də həmin gün, yəni xx.xx.2025-ci il tarixdə “İnstaqram” sosial media platformasında mövcud olan və özünə məxsus olan 103.000 nəfər izləyicisi olan “ganira.atash” adlı səhifəsində və həmçinin ona məxsus digər sosial media profillərində X5 böhtan ataraq ikinci paylaşımı edərək qeyd etmişdir ki, “Həkimlərimizin, səhiyyəmizin, izləyicilərin diqqətinə. Azərbaycanda sizi həkim olmayanlar əməliyyat edə bilir. Bu sənəd həkim olmadan cərrahi əməliyyat etmiş X17 VMR klinikasında əməliyyat edərək ölümünə səbəb olduğu Gülbəniz Bayramovanın sənədləridir. Hələlik, diqqətlə baxın, birazdan sizə onun necə əməliyyat olunduğu, xəstəxanaya neçə dəfə müraciət etdiyi və qanaxmadan necə öldüyünü rəsmi sənədlərə istinadən yazacam. Amma onu öldürəni heç kim tutmayıb. Niyə?” Bundan başqa, X11 yenə də təkrarən xx.xx.2025-ci il tarixdə “İnstaqram” sosial media platformasında mövcud olan və özünə məxsus olan 103.000 nəfər izləyicisi olan “ganira.atash” adlı səhifəsində və həmçinin ona məxsus digər sosial media profillərində X5 böhtan ataraq üçüncü paylaşımı edərək qeyd etmişdir ki, “Gəncədə ölümə səbəb olan qanunsuz estetik əməliyyat: Sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan X25 fəaliyyət göstərən “VMR Estetik Klinikası”nda liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxs həyatını itirib. Səhiyyə Nazirliyindən açıqlama: Oxu.Az bildirir ki, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi (AEM) “Unikal”ın sorğusuna cavab olaraq bəyan edib ki, Gülsüm Əliyeva nazirliyin həkimlər reyestrində həkim kimi qeydiyyatda yoxdur. AEM əməkdaşları ötən il klinikada plandankənar yoxlama keçiriblər. Nəticədə “VMR Estetik Klinika” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən (lisenziya olmadan özəl tibbi fəaliyyət göstərmək) protokol tərtib edib və məsələ icraata göndərilib. Bu maddəyə əsasən. Fiziki şəxslər 2000- 3000 manat, vəzifəli şəxslər 5000-10000 manat, hüquqi şəxslər isə 20000-30000 manat arasında cərimə olunurlar. Bakıda da yoxlama aparılıb: Klinikanın Bakıdakı filialında da vətəndaş şikayəti əsasında yoxlama keçirilib və eyni maddə üzrə protokol tərtib olunaraq icraata verilib. Araşdırmalar davam edir: Ölüm faktı ilə bağlı isə istintaq araşdrmaları hüquqmühafizə orqanları tərəfindən aparılır” xx.xx.2025-ci il tarixində isə, X11 yenə də özünün 103.000 nəfər izləyicisi olan “ganira.atash” adlı səhifəsində paylaşmışdır ki, “Qanunsuz bir əməliyyat, 4 dəfə təcili yardım və bir ömür bitdi...” Daha sonra isə, yenə də qərəzli olaraq qeyd edir ki, “28 sentyabr 2024-cü il tarixində, X7 sənədlərində açıq şəkildə görünür ki, Gülbəniz Bayramova 4 dəfə təcili yardıma müraciət edib. Hər müraciətində o, qarın boşluğunda ağrılardan şikayət etmişdi. Tibbi müayinələr göstərdi ki, onun qarın boşluğunda qan yığılıb və bu nəticə etibarı ilə onun ölümünə səbəb olub. Bu nəticələr birmənalı olaraq sübut edir ki, qanunsuz aparılan liposaksiya əməliyyatı zamanı damar zədələnmiş, daxili qanaxma baş vermiş və müdaxilə vaxtında düzgün və ixtisaslı şəkildə aparılmadığı üçün, Gülbəniz həyatını itirib. Ən dəhşətlisi isə budur: VMR Klinikasının Gəncə şöbəsinin cərrahi və tibbi fəaliyyəti üçün heç bir lisenziyası yoxdur. Gülbəniz Bayramovanı əməliyyat edən şəxs isə, tibbi diplomu olmayan Gülsüm Əliyeva olub”. İlk gün ailəsi belə açıqlama vermişdi və mətbuat yazmışdı. Əgər bu məlumat doğru deyilsə, klinika rəsmi açıqlasın: Gülbənizi VMR Klinikasında kim əməliyyat edib? Bu sual cavabsız qaldıqca, hər birimiz bu cinayətə səssiz ortaq oluruq. VMR-in sahibi isə, 2004-cü ildə, dələduzluq maddəsi ilə həbs olunduğu bildirilir. Həqiqət olsa, sizlə paylaşacam. Hələlik isə savadsız Vüsal Həsənov şəxsiyyətini, qadınları təhqir etməklə ortaya qoyur. Əgər ölkədə diplomu olmayan biri, insan əməliyyat edə, insan həyatına son qoya bilirsə və məsuliyyət daşımırsa, onda bu ölkədə 10 il təhsil alan həkimlər nəyə görə bu qədər zəhmət çəkir?”. Həmin paylaşımın sonunda isə, Qənirə Ataşova guya Gülbəniz Bayramovaya aid olduğunu iddia edərək, tibbi müaytinə siyahısı göstərərək paylaşımda öz fikirlərini tamamlayır. Buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1. Böhtan maddəsi ilə məsuliyyət daşımalıdır. X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi mövcud olduğuna görə, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 şikayətini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Tibb Universitetində deyil, Türkiyə Respublikasında ailə həkimliyi ixtisası üzrə tibbi təhsil almışdır. Türkiyyə Respublikasında “Dicle Universiteti”-də ali təhsil alıb, Azərbaycanda kosmetoloq kimi fəaliyyət göstərir, həmçinin "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Lakin diplomunun Azərbaycan Respublikasında tanınmasına müəyyən əngəl yaradıldığından, bunu etməmiş, bu səbəbdən də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sertifikasiya imtahanlarına qatılmamışdır. Amma bu onun həkim olmadığı demək deyil, mövcud qanunlara və təlimatlara uyğun olaraq, Azərbaycan Respublikasında tibbi fəaliyyət göstərməyi uyğun hesab olunmur və nə də bu hal Qənirə Ataşova kimilərinin onu təhqir etməsi, ona qarşı mənfi fikir formalaşdırması, ona şər-böhtan atması və onu nüfuzdan salan hərəkətlərə yol verməsi üçün səbəb sayıla bilməz. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək bildirmişdir ki, Qənirə Ataşova ardıcıl 4 paylaşım edərək Gülsüm Əliyevanı “fake doctor” adlandırmış və fotosunu karikatura şəklində paylaşmışdır. X11 xx.xx.2025-ci il tarixdə “instaqram” sosial media platformasında mövcud olan və özünə məxsus olan “ganira.atash” adlı səhifəsində və ona məxsus digər sosial media profillərində "Həkimlərimizin, səhiyyəmizin, izləyicilərin diqqətinə. Azərbaycanda sizi həkim olmayanlar əməliyyat edə bilir. Bu sənəd həkim olmadan cərrahi əməliyyat etmiş X17 “VMR” klinikasında əməliyyat edərək ölümünə səbəb olduğu Gülbəniz Bayramovanın sənədləridir. Hələlik, diqqətlə baxın, birazdan sizə onun necə əməliyyat olunduğu, xəstəxanaya neçə dəfə müraciət etdiyi və qanaxmadan necə öldüyünü rəsmi sənədlərə istinadən yazacam. Amma onu öldürəni heç kim tutmayıb. Niyə?", "Gəncədə ölümə səbəb olan qanunsuz estetik əməliyyat: Sosial şəbəkələrdə "Gül Əliyeva" kimi tanınan X25 fəaliyyət göstərən "VMR Estetik Klinikası"nda liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxs həyatını itirib” , “28 sentyabr 2024-cü il tarixində X7 sənədlərində açiq şəkildə görünür ki, Gülbəniz Bayramova 4 dəfə təcili yardıma müraciət edib. Hər müraciətində o, qarın boşluğunda ağrılardan şikayət etmişdi. Tibbi müayinələr göstərdi ki, onun qarın boşluğunda qan yığılıb və bu nəticə etibarı ilə onun ölümünə səbəb olub. Bu nəticələr birmənalı olaraq sübut edir ki, qanunsuz aparılan liposaksiya əməliyyatı zamanı damar zədələnmiş, daxili qanaxma baş vermiş və müdaxilə vaxtında düzgün və ixtisaslı şəkildə apanlmadığı üçün, Gülbəniz həyatını itirib. Ən dəhşətlisi isə budur: VMR Klinikasının Gəncə şöbəsinin cərrahi və tibbi fəaliyyəti üçün heç bir lisenziyası yoxdur. Gülbəniz Bayramovanı əməliyyat edən şəxs isə, tibbi diplomu olmayan Gülsüm Əliyeva olub”. İlk gün ailəsi belə açıqlama vermişdi və mətbuat yazmışdı. Əgər bu məlumat doğru deyilsə, klinika rəsmi açıqlasın: Gülbənizi VMR Klinikasında kim əməliyyat edib? Bu sual cavabsız qaldıqca, hər birimiz bu cinayətə səssiz ortaq oluruq. VMR-in sahibi isə, 2004 cü ildə, dələduzluq maddəsi ilə həbs olunduğu bildirilir. Həqiqət olsa, sizlə paylaşacam. Hələlik isə savadsız Vüsal Həsənov şəxsiyyətini, qadınları təhqir etməklə ortaya qoyur. Əgər ölkədə diplomu olmayan biri, insan əməliyyat edə, insan həyatına son qoya bilirsə və məsuliyyət daşımırsa, onda bu ölkədə 10 il təhsil alan həkimlər nəyə görə bu qədər zəhmət çəkir? “kimi paylaşımlar etmişdir. Həmin paylaşımlarda Gülsüm Əliyevanın şəxsi məlumatlarını paylaşaraq ona böhtan atmışdır. Belə ki, Gəncədə fəaliyyət göstərən “VMR” Estetik Klinikasında liposaksiya əməliyyatı zamanı dünyasını dəyişən Gülbəniz Bayramovanı əməliyyat edən və ölümünə səbəb olanın Gülsüm Əliyeva olduğunu qeyd etmişdir. Paylaşımlarda birbaşa şəkildə X14 Əliyeva öldürüb deyə qeyd etməsə də, dolayı qayda ilə ona ünvanlanmışdır. Əvvəlki paylaşımlardan fərqli olaraq sonuncu, yəni dördüncü paylaşımında qərəzli şəkildə qeyd etmişdir ki, X14 Əliyeva öldürmüşdür. Fakt budur ki, X2 xx.xx.2024-cü il tarixdə ölməsi ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmış və müəyyən edilmişdir ki, X2 “VMR” estetik klinikasında qarın bölgəsindən yığılan piy kütləsinin qismən sovrulması və sağrı nahiyəsinə köçürülməsi) prosedurasını X6 icra etmişdir. Gülsüm Əliyevanın ali təhsili harda alması, diplomu ilə bağlı məsələyə, şikayətə əlavə edilmiş çıxarışlardan diploma aid hissələrə toxunmurlar. Paylaşımlardaki mətnlərdə diploma aid xususatlardan başqa göstərilən digər halları nəzərə almağı xahiş etmişdir. Göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, Ataşova Qənirə jurnalistdir və xalqı marifləndirmək və məlumatlandırmaq məqsədilə saxta diplomlu həkimlərlə bağlı araşdırma etmişdir və bununla bağlı Səhiyyə Nazirliyinə verilən sorğunun nəticəsinə görə, Azərbaycan Respublikasında sadəcə 41 həkimin plastik-cərrah kimi fəaliyyət göstərmək səlahiyyəti mövcuddur. Gülsüm Əliyevanın adı isə həmin siyahıda yer almamışdır. Əlavə olaraq Gülsüm xanım özü öz ifadəsində qeyd etmişdir ki, diplomunun Azərbaycan Respublikasında tanınması prosesi baş tutmamışdır və buna görə də, sertifikasiya imtahanlarından keçməmişdir. Bundan başqa prokuroruluq təsdiqləmişdir ki, “VMR Estetik Klinikası”nda liposaksiya əməliyyatı həyata keçirilmiş və ölüm faktı baş vermişdir. Həmçinin zərərçəkmiş şəxsin anası öz ifadəsində təsdiqləmişdir ki, 21 sentyabr 2024-cü il tarixində əməliyyat olan Gülbəniz Bayramova ölüm günü, yəni 28 sentyabr 2024-cü il tarixinədək (7 gün ərzində) 4 dəfə təcili tibbi yardıma müraciət etmişdir. Həmçinin ekspert rəyləri də təsdiqləmişdir ki, Gülbəniz Bayramova yağ emboliyası olmuşdur. X15 valdeynlərinin heç bir şikayəti olmamışdır, bu isə maraq doğuran hal olaraq öz əksini tapmışdır. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə öz çıxışında qeyd etmişdir ki, X27 Əliyevanın şəxsi məlumatlarını yaymışdır. Qənirə Ataşova öz paylaşımında Gülsüm Əliyevanın əvvəllər baş həkimi katibəsi olaraq işlədiyini qeyd etmişdir. Lakin bunun şəxsi informasiya olması təsdiq və ya təkzib edilməmişdir. Bundan başqa Qənirə Ataşova birbaşa olaraq vurğulamamışdır ki, X24 Bayramovanı öldürmüşdür. Bütün paylaşımlarda qeyd olunmuşdur ki, ölümünə səbəb olub, əməliyyat edib və s. bunlar da ki jurnalistin qiymətləndirici mülahizələridir. Bundan başqa, Gülsüm Əliyeva özü icraçı direktor olduğunu qeyd etmişdir. Burdan o nəticəyə gəlmək olur ki, Gülsüm Əliyeva bütün hadisələrdən məsuliyyət daşımalıdır. Bundan başqa şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələblərinə uyğun olmayaraq (barəsində xüsusi ittiham verilmiş şəxsin məlumatları tam şəkildə qeyd edilməmişdir) tərtib edilmiş və sübutlar əlavə edilməmişdir. Sübutetmə yükü xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərindədir. Göstərilənlərə əsasən şikayətin icraata qəbulundan imtina edilməsini xahiş edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 müdafiçəsi Müdafiəçi şikayətə yazılı qaydada etiraz təqdim edərək işin icraata qəbul edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X11 ölkədə tanınmış jurnalist olmuş, 2013–2015-ci illərdə ANS-in baş redaktoru vəzifəsində çalışmış, 2015-ci ildə ANS-in ABŞ-dəki bürosuna növbəti bir il üçün rəhbər təyin olunmuşdur. 05 noyabr 2024-cü ildə Q.Ataşova sosial şəbəkələrdə tibb təhsili olmadan və ya qanuni sənədi olmadan həkim kimi özünü təqdim edərək plastik cərrahiyə ilə məşğul olan şəxslərin siyahısını açıqlamışdır. Bu araşdırmadan sonra Səhiyyə Naziri bildirdi ki, Səhiyyə Nazirliyi və Baş Prokurorluq arasında İşçi qrup yaradılıb və araşdırma aparılmış və 17 aprel 2025-ci ildə 42 həkimin plastik cərrah kimi fəaliyyətinə Səhiyyə Nazirliyi və digər qurumlar tərəfindən icazə verilmişdir. 21 aprel 2025-ci ildən başlayaraq X21 “tiktok” sosial media platformasında “vmr.group” profili vasitəsilə X8 təhqir etmiş, şərəf və ləyaqəti alçaltmış. V.Həsənov Q.Ataşova barəsində “əxlaqsız”, “şərəfsiz”, “ləyaqətsiz”, “dişi qancıq” “ay ləçər”, “sürtük”, ay oğraşın balası, ay oğraşdan əmələ gələn” , “küçə iti, küçə qadını”, “ləyaqətsizdən törəyən”, və s. sözlərlə təhqir etmişdir. VMR klinikasının rəhbəri V.Həsənov hər bir paylaşımda onun barəsində təhqiredici ifadələr işlətmiş, böhtan atmış, oğluna zəng edərək onu və anasını öldürməklə təhdid etmiş, onun övladlarını “petux” adlandırmışdır. Q.Ataşova jurnalist olmuş və onun işgüzar nüfuzuna xələl gətirən ifadələr (“Soros fondunun erməni qanadına sığınmış, eləcə də, FETO terror təşkilatının himayəsində özünə bir deşik tapmış bir əxlaqsız”, “insanların ailə sirrini yayırsan” ) işlətmişdir. V.Həsənov bu ifadələri nəinki iddiaçını, Gəncə şəhər sakini Gülbəniz Bayramova adlı qadının ölümü ilə əlaqədar bağlı araşdırma aparan digər prokurorluq orqanları əməkdaşlarını da təhqir edir. VMR Klinikası 27 dekabr 2024-cü ildə lisenziyasız fəaliyyətinə görə Nərimanov rayon məhkəməsinin qərarı ilə 20000 manat cərimə edilmişdir. Q.Ataşova bildirmişdir ki, o, jurnalist olmuş və peşəsinə əsasən və çoxsaylı müraciətlərdən sonra ölkədəki estetik cərrahiyə barədə araşdırma aparmış və nəticədə xeyli diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən şəxsləri müəyyən edə bilmişdir. Məhz onun araşdırmasından sonra hüquq mühafizə orqanları araşdırmaya başlamış, məqsədi insanların aldadılmasının, öz həyatlarını professional olmayan insanlara etibar etməsinin qarşısını almaq olmuşdur. 28 sentyabr 2024-cü ildə Gəncə şəhərində ölən Gülbəniz Bayramova barədə məlumat ona daxil olub və araşdırma aparmış, müəyyən etmişdir ki, VMR Klinikası lisenziyasız fəaliyyət göstərmiş, üstəlik, Gülsüm Əliyeva adlı şəxs isə həkim diplomu olmayan və sosial şəbəkələrdə özünü həkim kimi təqdim edən şəxs olmuş, həkim olmadığı halda liposaksiya əməliyyatı etmişdir. Liposaksiya əməliyyatı cərrahi prosedur olmuş, bu əməliyyat mütləq həkim cərrah tərəfindən həyata keçirilməlidir. Həqiqətən də Gülbəniz Bayramova adlı qadın liposaksiya əməliyyatı etdirmiş, bu əməliyyat 21 sentyabr 2024-cü ildə VMR Estetik Klinikasında baş vermişdir. Həqiqətən də Gülbəniz Bayramova əməliyyatdan iki gün sonra TTTY çağırmağa məcbur olmuşdur. Gülbəniz Bayramova 28 sentyabr 2024-cü ildə ölmüş və faktla bağlı cinayət işi açılmış. 27 oktyabr 2024-cü il tarixli 83 saylı ekspertiza rəyinə əsasən həqiqətən də G.Bayramovanın ölümünə səbəb yağ emboliyası olmuşdur. Gülsüm Əliyeva VMR Medical Center MMC-nin icraçı direktoru olmuşdur. Gülsüm Əliyevanın Azərbaycan Respublikasında tibb təhsili alması barədə diplomu olmamış, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilmişdir ki, Səhiyyə Nazirliyinin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda olmamışdır. X28 liposaksiya əməliyyatları aparmış və sosial şəbəkələrdə bu görüntülər mövcud olmuş, özü isə heç vaxt onunla bağlı yayılan məqalələri təkzib etməmişdir. Q.Ataşova bildirmişdir ki, ona qarşı olan münasibət qisas xaraketi daşımış, çünki o, diplomsuz fəaliyyət göstərən, lisenziyası olmayan klinikaları və “həkimləri” araşdıraraq ictimaiyyəti xəbərdar etmişdir. Lakin həm klinikanın rəhbəri Vüsal Həsənov, həm də Klinikanın icraçı direktoru onu sosial şəbəkələrdə nalayiq formalarda alçaltmış, onun ailəsini təhqir etmişlər. Göstərilənlərə əsasən şikayətin icraata qəbulundan imtina edilməsi xahiş edilmişdir. Şikayətə əlavə edilmiş “İnstaqram” sosial şəbəkəsinin çıxarışlarından görünür ki, ganira.atash profilindən aşağıdakı məzmunda paylaşımlar yayılmışdır: “Gəncədə ölümə səbəb olan qanunsuz estetik əməliyyat: Sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan X25 fəaliyyət göstərən “VMR Estetik Klinikası”nda liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxs həyatını itirib. Səhiyyə Nazirliyindən açıqlama: Oxu.Az bildirir ki, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi (AEM) “Unikal”ın sorğusuna cavab olaraq bəyan edib ki, Gülsüm Əliyeva nazirliyin həkimlər reyestrində həkim kimi qeydiyyatda yoxdur. AEM əməkdaşları ötən il klinikada plandankənar yoxlama keçiriblər. Nəticədə “VMR Estetik Klinika” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən (lisenziya olmadan özəl tibbi fəaliyyət göstərmək) protokol tərtib edib və məsələ icraata göndərilib. Bu maddəyə əsasən. Fiziki şəxslər 2000-3000 manat, vəzifəli şəxslər 5000-10000 manat, hüquqi şəxslər isə 20000-30000 manat arasında cərimə olunurlar. Bakıda da yoxlama aparılıb: Klinikanın Bakıdakı filialında da vətəndaş şikayəti əsasında yoxlama keçirilib və eyni maddə üzrə protokol tərtib olunaraq icraata verilib. Araşdırmalar davam edir: Ölüm faktı ilə bağlı isə istintaq araşdrmaları hüquq-mühafizə orqanları tərəfindən aparılır” "Həkimlərimizin, səhiyyəmizin, izləyicilərin diqqətinə. Azərbaycanda sizi həkim olmayanlar əməliyyat edə bilir. Bu sənəd həkim olmadan cərrahi əməliyyat etmiş X17 “VMR” klinikasında əməliyyat edərək ölümünə səbəb olduğu Gülbəniz Bayramovanın sənədləridir. Hələlik, diqqətlə baxın, birazdan sizə onun necə əməliyyat olunduğu, xəstəxanaya neçə dəfə müraciət etdiyi və qanaxmadan necə öldüyünü rəsmi sənədlərə istinadən yazacam. Amma onu öldürəni heç kim tutmayıb. Niyə?" “Şəkildə gördüyünüz xanım - Gülsüm Əliyeva haqqında bəzi ciddi məqamları çatdırmaq istəyirəm. O, özünü sosial mediada “Gül Əliyeva” kimi təqdim edir. Əvvəlcə qeyd edim ki, bir insan rəsmi sənədlərdə adını dəyişmədiyi halda, sadəcə görüntü naminə fərqli ad istifadə edirsə, bu peşəkar yanaşmadan uzaqdır. Ciddi və savadlı insanlar adla oynamazlar. Gülsüm Əliyeva uzun illər Respublika Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Səhiyyəcamiəsinin üzvləri bildirir ki, o, Vüsal adlı bir şəxslə tanışlığından sonra özünü həkim kimi təqdim etməyə başlayıb. Halbuki, Azərbaycan Tibb Universitetində onun adma rast gəlinmir. Sosial şəbəkədə ara-sıra Türkiyədə olduğunu göstərən fotolar paylaşaraq, sanki orada təhsil almış görüntüsü yaradır. Lakin, bu həqiqəti əks etdirmir. Rəsmi sorğularım nəticəsində məlum olub ki. X20 də heç bir tibb təhsili almayıb. Ən təəssüf doğuran məqam budur ki, təhsilsiz həkimlik edir, liposaksiya və bədənşəkilləndirmə əməliyyatları həyata keçirir. Anatomiya, fiziologiya, və ya cərahiyyə elmi üzrə rəsmi təhsili olmayan birinin bu cür əməliyyatlar aparması cinayətdir. Bu fəaliyyət nəticəsində Gülbəniz Bayramova adlı gənc xanımın həyatını itirməsi ilə bağlı fakt var. Əməliyyatı kimin etdiyi açıq-aşkar göstərilmir, amma cavabdehlik üzərindən sükutla keçilməsi acı bir gerçəkdir. Çünki, ölüm pul ilə basdırlıb. Daha acınaqlası isə bir sıra tanınmış sənətçilərin bu xanımı “doctor” adı ilə xalqımıza tanıtmasıdır. Ümid edirəm ki, sadəcə məlumatları olmayıb. Amma unutmayaq ki, xalqın sevgisini qazanan sənətçilər eyni zamanda xalqa qarşı məsuliyyət daşıyır. Onlar bilmədən də olsa, belə saxta fəlaiyyətlərin legitm görünməsinə şərait yaratmamalıdır. Diqqətli olun. Saxta diplomlar təqdim oluna bilər, ancaq dövlətlərin giriş-çıxış tarixləri, təhsil sistemləri bunu ortaya çıxaracaq qədər şəffafdır. Əgər bu xanım iddia etdiyi kimi həqiqi bir diplom sahibidirsə, buyursun, açıq şəkildə göstərsin. Həqiqi diplomdursa, peşəkar həkimlərimizlə birlikdə baxmağa və lazım gələrsə, üzr istəməyə hazıram.’' “28 sentyabr 2024-cü il tarixində X7 sənədlərində açiq şəkildə görünür ki, Gülbəniz Bayramova 4 dəfə təcili yardıma müraciət edib. Hər müraciətində o, qarın boşluğunda ağrılardan şikayət etmişdi. Tibbi müayinələr göstərdi ki, onun qarın boşluğunda qan yığılıb və bu nəticə etibarı ilə onun ölümünə səbəb olub. Bu nəticələr birmənalı olaraq sübut edir ki, qanunsuz aparılan liposaksiya əməliyyatı zamanı damar zədələnmiş, daxili qanaxma baş vermiş və müdaxilə vaxtında düzgün və ixtisaslı şəkildə apanlmadığı üçün, Gülbəniz həyatını itirib. Ən dəhşətlisi isə budur: VMR Klinikasının Gəncə şöbəsinin cərrahi və tibbi fəaliyyəti üçün heç bir lisenziyası yoxdur. Gülbəniz Bayramovanı əməliyyat edən şəxs isə, tibbi diplomu olmayan Gülsüm Əliyeva olub”. İlk gün ailəsi belə açıqlama vermişdi və mətbuat yazmışdı. Əgər bu məlumat doğru deyilsə, klinika rəsmi açıqlasın: Gülbənizi VMR Klinikasında kim əməliyyat edib? Bu sual cavabsız qaldıqca, hər birimiz bu cinayətə səssiz ortaq oluruq. VMRin sahibi isə, 2004 cü ildə, dələduzluq maddəsi ilə həbs olunduğu bildirilir. Həqiqət olsa, sizlə paylaşacam. Hələlik isə savadsız Vüsal Həsənov şəxsiyyətini, qadınları təhqir etməklə ortaya qoyur. Əgər ölkədə diplomu olmayan biri, insan əməliyyat edə, insan həyatına son qoya bilirsə və məsuliyyət daşımırsa, onda bu ölkədə 10 il təhsil alan həkimlər nəyə görə bu qədər zəhmət çəkir? Məhkəmə iclası zamanı Müdafiəçi tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Gülsüm Əliyeva öz “İnstaqram” səhifəsində liposaksiya əməliyyatı ilə bağlı paylaşımlar edir. X2 xx.xx.2024-cü il tarixdə ölməsi ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmış və müəyyən edilmişdir ki, X2 “VMR” estetik klinikasında qarın bölgəsindən yığılan piy kütləsinin (yağ) qismən sovrulması və sağrı nahiyəsinə köçürülməsi) prosedurasını X12 icra etmişdir. xx.xx.2024-cü il tarixdə toplanmış material üzrə X6 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-190/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə qismən təmin edilmişdir. X5 məxsus “İnstaqram” sosial media platformasında “drgulaliyeva” profilindən və ya digər sosial media profillərində X11 barəsində ərizədə göstərilən məzmunda paylaşımların edilməsi (videoların yayılması) qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3635/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticəsi əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, X9 şikayətində X4 ona böhtan atmasını göstərmiş, onun tərəfindən verilən şikayətə sosial şəbəkələrdən bir sıra çıxarışlar əlavə edilmişdir ki, həmin çıxarışlarda da, X3 ali tibbi təhsili olmadan liposaksiya əməliyyatının apardığı qeyd olunmuşdur. Məhkəmə iclasında X9 və onun nümayəndəsi Nümayəndə Gülsüm Əliyevanın Azərbaycan Tibb Universitetində deyil, Türkiyyə Respublikasında “Dicle” Universitetində ailə həkimliyi ixtisası üzrə tibbi təhsil aldığını şifahi olaraq bildirsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Gülsüm Əliyeva həmçinin şikayətində göstərmişdir ki, diplomunun Azərbaycan Respublikasında tanınmasına müəyyən əngəl yaradıldığından, bunu etməmiş, bu səbəbdən də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sertifikasiya imtahanlarına qatılmamışdır. Həmçinin vurğulanmalıdır ki, X3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında Gülsüm Əliyevanın ali təhsili harda alması, diplomu ilə bağlı məsələyə, şikayətə əlavə edilmiş çıxarışlardan diploma aid hissələrə toxunmurlar. Paylaşımlardaki mətnlərdə diploma aid xususatlardan başqa göstərilən digər halları nəzərə almağı xahiş etmişdir. Yəni bu xüsusatın həqiqətə uyğun olmadığını göstərsələr də, əksini məhkəmədə sübut etməmişlər. Hətta bu xüsusatı araşdırmamağı bildirmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, Qənirə Ataşovanın paylaşımlarda göstərdiyi X3 ali tibbi təhsilinin olmaması və həkimlərin reyestrində qeydiyyatda olmaması halı həqiqətə uyğundur, çünki Gülsüm Əliyeva bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Çıxarışlardaki mətnlərə nəzər saldıqda müəyyən olunur ki, X26 Nazirliyinin, “Oxu.Az” və “Unikal” media saytlarına istinadən paylaşımlar etmişdir. Bundan əlavə Qənirə Ataşovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, ə böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Çünki paylaşımlarda əsasən Gülsüm Əliyevanın tibb təhsili olmadan həkim fəaliyyətinin həyata keçirdiyi göstərilir, sonuncu isə bu halın əksini sübut etməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X13rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Plenum qərarı 6-cı bənd) Xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Başqa sözlə, Qənirə Ataşovanın bütün paylaşımlarında qeyd olunmuşdur ki, X24 Bayramovanın ölümünə səbəb olub, əməliyyat edib və s. Bu da jurnalistin qiymətləndirici mülahizələridir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma cinayət əməli hesab olunur. X9 ərizəsində X4 ona böhtan atdığını bildirsə də, onun barəsində məhz hansı yalan məlumatın paylaşıldığını göstərməmişdir. X1 Gülsüm Məmmədağa qızının müvafiq ali təhsil olmadan həkimlik fəaliyyəti ilə məşğul olaraq cərrahi əməliyyatlar icra etdiyini, həmçinin onun ricraçı direktor olduğu “VMR” Estetik Klinikasının müvafiq lisenziya olmadan fəaliyət göstərdiyini bildirmişdir. X4 müdafiəçisi tərəfindən təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, «VMR Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyəti lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olma faktı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, X9 tibb sahəsində ali təhsili olduğunu bildirsə də bu barədə təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, müdafiəçi tərəfindən təqdim edilmiş və məhkəmə iclasında nümayiş etdrilən videogörüntüdən görünür ki, Gülsüm Əliyeva özünə məxsus “drgulaliyeva” istifadəçi adlı “instgaram” sosial şəbəkəsində olan hesabından “liposaksiya” əməliyyatı icra etməsi barədə video paylaşmışdır. Bununla da, X3 barəsində yayıldığını bildirdiyi məlumatların yalan olmadığı məlum olur. Nəzərə alınmalıdır ki, xüsusi ittihamla bağlı işlərdə sübutetmə yükü ittihamçının, hazırkı işdə X3 üzərinə düşür. Lakin xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş X9 ittihamı sübuta yetirmək üçün kifayət qədər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də, onun şikayətinin əsassız olduğu müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar