Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-247/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi-böyük məsləhətçi Nümayəndə2 iştirakları ilə xx xxxx 2006-cı ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkum olunmamış, Masallı rayonu, Təklə Ə/D, Sığıncaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 23də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxx 2003-cü ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsi, ev 3, mənzil 25/26-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, dalan 4, ev 2-də kirayə yaşayan, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, 12 avqust 2007-ci ildə Lənkəran rayonu, Liman qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər 11 saylı internat gimnaziyasının 8-ci sinif şagirdi, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, 01 may 2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X4, Şahid1 və Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Malakan bağı” adlanan parkda olarkən, Aslan Səfərovun pul əldə etmək üçün həmin vaxt yanlarından sərxoş vəziyyətdə piyada keçən Zərərçəkmiş şəxs görüb, sonuncunun əynində olan şalvarın arxa cibindən görsənən pul qabını ələ keçirtmək barədə etdiyi təkliflə razılaşaraq, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə Zərərçəkmiş şəxs arxası ilə Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Sahil bağı” adlanan parka gəldikdən sonra, orada aralarında əvəlcədən əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs3, Şahid1 və Aslan Səfərov ətrafı müşaidə etmək üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs1 həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşıb badalaq vuraraq yerə yıxdıqdan sonra yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq ona sağ göz və alın nahiyyələrinin qançırları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, eləcə də sağ əlin arxa səthinin və alın nahiyəsinin sol yarısının sıyrıqları ilə müşaiyət olunan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaratmayan zor tədbiq etməklə bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs2 isə bundan sonra Zərərçəkmiş şəxs şalvarının arxa cibindən içərisində 70 manat pul olan 15 manat dəyərindəki pul qabını götürüb açıq talamaqla, birlikdə hadisə yerindən uzaqlaşaraq, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs ümumilikdə 85 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 8-9 gün olar ki, Bakı şəhər, Səbail rayonu ərazisində yerləşən “Malakan Bağı” adlanan yerdə tanış olmuşdur. 01 may 2022-ci il tarixdə saat 01 radələrində Heydər onun yaşadığı evə gəlib çağırmışdır. Heydər pulunun olduğunun və onunla birlikdə gedib xərcləməyi təklif etmişdir. Buna görə də o, da onunla birlikdə “Malakan” adlanan bağa getmişdir. Yolda Heydər ona və özünə tərkibində spirt olan “Go” energetik içki almışdır. O, 1 ədəd “Go” içmiş, Heydər isə 2 ədəd “Go” içmişdir. Onlar “Malakan” bağında skamyada oturub söhbət edirmişlər. Həmin vaxt 2-3 həftə əvvəl tanış olduğu Elmin adlı şəxs onların yanlarına gəlmiş və onlarla görüşmüşdür. O, Elminlə və Heydərlə birlikdə “Malakan” bağında olan zaman tanış olmuşdur. Onlar birilkdə 20-25 dəqiqə söhbət etdikdən sonra, o, bağda diğər skamyada oturan 4 nəfər şəxslərin yanına getmiş və Heydər də Elminlə birlikdə onların yanlarına gəlmişlər. Həmin 4 nəfərdən Vüqar və Yunislə təxminən 1 ay əvvəl Ayaz və Aslanla isə 1-2 həftə əvvəl tanış olmuşdur. Onların hamısı ilə “Malakan” bağında tanış olmuşdur. Onlar birlikdə onların oturduqları yerə getmişlər. O, da Heydərlə birlikdə onlarla tanış olmuşdur. Onlar həmin şəxslərlə söhbət edən zaman Vüqar və Yunis işlərinin olduğunu deyib onlarla sağollaşıb “Malakan” bağının başqa tərəfinə getmişlər. O, Elmin, Heydər, Ayaz və Aslan birlikdə söhbət edən zaman bir nəfər şəxs içkili vəziyyətdə yanlarından keçmişdir. Həmin şəxs onların yanından keçdikdən sonra Aslan “800 manat borcum var, nəsə dvijeniya eləmək lazımdır” “buna bax içkilidi, gedək bunu vuraq, koşelyokunu götürək” sözlərini demişdir. Həmin vaxt o, “koşlyoku götürdükdən sonra hərə bir tərəfə qaçsın bizi tutmasınlar” sözlərini demişdir. O, “hərə bir tərəfə qaçmasın, hamımız poxlu dərə parkı tərəfə qaçaq” sözlərini demişdir. Bu zaman onlar hamısı yəni, Ayaz, Aslan, Elmir, Heydər onun təklifi ilə razılaşmışlar. Bundan sonra Heydər, Ayaz, Aslan, Elmir onunla birlikdə həmin içkili şəxsin arxası ilə getmişlər. Onlar birlikdə həmin şəxsin arxası ilə gedən zaman o, “mən vurub adamı yerə yıxacam, kim götürüsə koşlyoku götürsün, Heydər sən də polisləri güdərsən, gələn olsa xəbər edərsən” sözlərini demişdir. Həmin vaxt Elmin “mən koşlyoku götürərəm” sözlərini demişdir. Onlar öz aralarında razılaşmış və həmin şəxsin arxası ilə getməyə davam etmişlər. O, və Elmin qarşıda gedirmişlər. Heydər, Ayaz və Aslan onların arxası ilə gəlirmişlər. Qarşıda şərxoş vəziyyətdə gedən sonradan adının Kamal olduğu bildiyi şəxs “Sahil” bağına keçmiş və onlar hamısı da onun arxası ilə getmişlər. Kamal “Sahil” parkında yerləşən tualetin yanına çatan zaman o, Kamala yaxınlaşıb arxadan onun çiyninə əli ilə vurub, “ayə, bura gəl, bura gəl” sözünü demişdir. Kamal isə “olmaz” cavabını vermişdir. Bu zaman o, Kamalın qarşısına keçib, ayağı ilə ona badalaq verib yerə yıxmışdır. Kamal yerə yıxılan zaman o, yumruqla onun sifətinə bir zərbə vurmuşdur. Bu zaman Elmin Kamalın əynində olan şalvarın arxa cibində olan pul qabını götürmüşdr. Heydər həmin vaxt “Sahil” parkında yerləşən fəvvalərinin yanında dayanmışdır. Heydərlə onların arasında 20-30 metr məsafə olarmışdır. O, Kamalı vuran zaman yoldan keçən 4 nəfər tanımadığı şəxslər onların yanına yaxınlaşmışlar. Həmin vaxt Elmin ondan aralıda kameranın olduğu yerdə dayanmışdır. Həmin şəxslər ondan nə üçün Kamalı döydüyünü soruşmuşlar, o, onlara yalandan Kamalın onun nişanlısına, anasına və bacısına söydüyünü demişdir. Onlar da heç nə deməmişlər. Bundan sonra o, Elminin yanına getmiş, bundan sonra da onlar Heydərə tərəf getmişlər. Heydər də ona tərəf gəlmişdir. Heydər onlara çatan zaman ondan 4 nəfər şəxsin kim olduqlarını soruşmuş və onların nə dediklərini soruşmuşdur. O, da ona demişdir ki, onlar ondan Kamalı nə üçün döydüyünü soruşmuşlar, o, da Kamalın onun istədiyi qıza, bacısına və anasına söydüyünü və buna görə də döydüyünü demişdir. Bu zaman yanlarından polis avtomobili keçdiyini görüb ağacın arxasında gizlənmişlər. Polis avtomobili keçdikdən sonra yanına çatan zaman Elmin ona pulu qaytarmalarını demiş, o, isə Elminə “onsuzda pulumuz yoxdu, həm də bizi kim tanıyacaq ki” sözlərini demişdir. Onlar birlikdə oradan qaçmışlar. Onlar birlikdə “Sahil” bağından adını bilmədiyi yaşayış binasının həyətinə girmişlər. X6 pul qabını açıb içərisində olan pulu götürüb pul qabını ona vermişdir və o, həmin pul qabını binaların birinin eyvanına atmışdır. Oradan birlikdə Xarici dillər Universitetinin yaxınlığında yerləşən parka getmişlər. Orada saat 06 radələrinə qədər oturmuşlar, Elmin cibindən pulları çıxartmışdır. O, pulları saymış və Kamalın cibindən götürdükləri pulun ümumilikdə 54 manat olduğunu bilmişdir. Elmin Heydərə “sən qıraqda durdun, sən vurmamısan, sən də vursaydın sənə də yaxşı pul verərdim” sözlərini deyib, həmin puldan 5 manat Heydərə, 25 manat ona vermiş, 24 manat isə özünə götürmüşdür. Təxminən 30 dəqiqə orada sonra o, Elmindən və Heydərdən borca pul istəmişdir. Elmin ona pul verməmiş, Heydər isə 5 manatı ona vermişdir. Saat 07 radələrində birlikdə “Dəmiryolu” vağzalına düşmüşlər və orada Heydərin əvəllər işlədiyi “Kövsər dönər” kafesində dönərçi işləyən adını xatırlmadığı şəxsdən Elmin üçün taksi sifariş verməsini xahiş etmişdir. Həmin şəxs Elminə taksi sifariş vermiş və Elmin həmin taksiyə minib yaşadığı evə getmişdir. O, isə Heydərlə ilə birlikdə Nəsimi Polis İdarəsinin yerləşdiyi yerə qədər getmiş, oradan Heydər ondan ayrılıb yaşadığı evə getmiş, o, da yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs1, son sözündə əməlindən peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2-3 ay olar ki tanıyır, onunla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan Bağı” adlanan yerdə tanış olmuşdur. 01 may 2022-ci il tarixdə saat 01 radələrində o Əli ilə “İnstaqram” internet şəbəkəsi vasitəsi ilə görüşməyə razılaşdıqdan sonra Əlinin yaşadığı evə getmişdir. O, Əliyə pulunun olduğunun və onunla birlikdə gedib xərcləməyi təklif etmiş və onlar birlikdə “Malakan” adlanan bağa getmişdir. Yolda Əliyə və özünə “Go” adlı tərkibində spirt olan energetik içki almışdır. Əli 1 ədəd “Go” içmiş, o, isə 2 ədəd “Go” içmişdir. Onlar “Malakan” bağında skamyada oturub söhbət edirmişdir. Həmin vaxt 2-3 ay əvvəl tanış olduğu Elmin onların yanlarına gəlmiş və onlarla görüşmüşdür. O, Elminlə və Əli ilə birlikdə olan zaman “Malakan” bağında tanış olmuşdur. Onlar birilkdə 20-25 dəqiqə söhbət etdikdən sonra, Əli bağda diğər skamyada oturan 4 nəfər şəxslə tanış olub söhbət etməyi təklif etmişdir. Həmin 4 nəfərdən Vüqar və Yunislə təxminən 1 ay əvvəl Ayaz və Aslanla isə 1-2 həftə əvvəl tanış olmuşdur. Onların hamısı ilə “Malakan” bağında tanış olmuşdur. Onlar birlikdə onların oturduqları yerə getmişlər. Əli də onunla birlikdə onlarla tanış olmuşdur. Onlarla söhbət edən zaman Vüqar və Yunis işlərinin olduğunu deyib sağollaşıb “Malakan” bağının başqa tərəfinə getmişlər. O, Elmin, Əli, Ayaz və Aslan birlikdə söhbət edən zaman bir nəfər şəxs içkili vəziyyətdə yanlarından keçmişdir. Həmin şəxs onların yanlarından keçdikdən sonra Aslan “800 manat borcum var, nəsə dvijeniya eləmək lazımdır” “buna bax içkilidi, gedək bunu vuraq, koşlyokunu götürək” sözlərini demişdir. Həmin vaxt Əli “koşlyoku götürdükdən sonra hərə bir tərəfə qaçsın bizi tutmasınlar” sözlərini demişdir. Daha sonra Əli “hər bir tərəfə qaçmasın, hamımız poxlu dərə parkı tərəfə qaçaq” sözlərini demişdir. Bu zaman hamısı yəni, Ayaz, Aslan, Elmir, Əli və o, Əlinin təklifi ilə razılaşmışlar. Bundan sonra o, Ayaz, Aslan, Elmin və Əli birlikdə həmin içkili şəxsin arxası ilə getmişlər. Onlar birlikdə həmin şəxsin arxası ilə gedən zaman Əli “mən vurub adamı yerə yıxacam, kimsə götürürsə koşlyoku götürsün, Heydər sən də polisləri güdərsən, gələn olsa xəbər edərsən” sözlərini demişdir. Həmin vaxt Elmin “mən koşlyoku götürərəm” sözlərini demişdir. Onlar öz aralarında razılaşmışlar və həmin şəxsin arxası ilə getməyi davam etmişlər. Əli və Elmin qarşıda gedirmişlər. O, Ayaz və Aslan onların arxası ilə gedirmişlər. Qarşıda şərxoş vəziyyətdə gedən sonradan adının Kamal olduğu bildiyi şəxs “Sahil” bağına keçmiş və onlar hamısı da onun arxası ilə getmişlər. Kamal “Sahil” parkında yerləşən tualetin yanına çatan zaman Əli Kamala yaxınlaşıb arxadan onun çiyninə əli ilə vurub, “ayə, bura gəl, bura gəl” sözünü demişdir. Kamal isə “olmaz” dedi. Bu zaman Əli Kamalın qarşısına keçib, ayağı ilə ona badalaq verib onu yerə yıxdı. Kamal yerə yıxılan zaman Əli yumruqla onun sifətinə bir zərbə vurdu. Bu zaman Elmin Kamalın əynində olan şalvarın arxa cibində olan pul qabını götürmüşdür. O həmin vaxt “Sahil” parkında yerləşən fəvvalərinin yanında dayanmışdır. Onunla onların arasında 20-30 metr məsafə var idi təxminən. O ətrafa baxan zaman yuxarıda müşahidə kamerasının olduğunu görüb Ayaz və Aslana kamera olduğunu demişdir. Onlar ondan arxada təxminən 20-30 metr dayanmışdırlar. Ayaz və Aslan kameranın olduğunun bilən kimi qaçdılar. Bu zaman yaxınlıqdan keçən 4 nəfər tanımadıqları şəxslər Əli və Kamala yaxınlaşdılar. Həmin vaxt Elmin kameranın olduğu yerdə dayanmışdır. Əli Elminin yanına yaxınlaşdı, bundan sonra da o, onların ona tərəf gəldiyini görüb onların istiqamətində getmişdir. O, onlara çatan zaman Əlidən 4 nəfər şəxsin kim olduqlarını soruşmuş və onların nə dediklərini soruşmuşdur. Əli də ona demişdir ki, onlar ondan Kamalı nə üçün döydüyünü soruşmuşlar, o, da Kamalın onun istədiyi qıza, bacısına və anasına söydüyünü buna görədə döydüyünü demişdir. Bu zaman yanlarından polis avtomobili keçdiyini görüb ağacın arxasında gizlənmişdir. Polis avtomobili keçdikdən sonra yanına çatan zaman Elmin Əliyə pulu qaytarmaqlarını demiş, Əli isə Elminə “onsuzda pulumuz yoxdu, həm də bizi kim tanıyacaq ki, mən bir dəfə kameranın altında velosiped oğurlamışam məni heç kim tapa bilməyibdir” sözlərini demişdir. Onlar birlikdə oradan qaçmışlar. Onlar birlikdə “Sahil” bağından adını bilmədiyi yaşayış binasının həyətinə girmişlər. X6 pul qabını açıb içərisində olan pulu götürüb pul qabını Əliyə vermiş və Əli həmin pul qabının binaların birinin eyvanına atmışdır. Oradan birlikdə Xarici dillər Universitetinin yaxınlığında yerləşən parka getmişlər. Orada saat 06 radələrinə qədər oturmuşlar, Elmin cibindən pulları çıxartmış. O, pulları saymış və Kamalın cibindən götürdükləri pulun ümumilikdə 54 manat olduğunu bilmişlər. Elmin ona “sən qıraqda durdun, sən vurmamısan, sən də vursaydın sənə də yaxşı pul verərdim” sözlərini deyib, həmin puldan 5 manat ona vermiş, 25 manat Əliyə vermiş, 24 manat isə özünə götürmüşdür. Təxminən 30 dəqiqədən sonra Əli Elmindən və ondan borca pul istəmişdir. Elmin Əliyə pul verməmiş, o, isə ona verdikləri 5 manatı Əliyə vermişdir. Saat 07 radələrində onlar birlikdə “Dəmiryolu” vağzalına düşmüşlər və orada onun əvəllər işlədiyi “Kövsər dönər” kafesində dönərçi işləyən adını xatırlmadığı şəxsdən Elmin üçün taksi sifariş verməsini xahiş etmişdir. Həmin şəxs Elminə taksi sifariş vermiş və Elmin, həmin taksiyə minib yaşadığı evə getmişdir. O, isə Əli ilə birlikdə Nəsimi rayon polis idarəsinin yerləşdiyi yerə qədər getmiş, oradan Əlidən ayrılıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs3, son sözündə əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi-böyük məsləhətçi Nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, “Heydər Əliyev” adına mərkəzin yanında tanış olmuşdur. Təqsirləndirilən şəxs3 təxminən hadisədən 2 həftə əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan Bağı” adlanan yerdə tanış olmuşdur. 30 aprel 2022-ci il tarixdə saat 24 radələrində o, “Malakan bağı” adlanan parka getmişdir ki, orada Əli və Heydərlə görüşsün. O, parkda Əli və Heydərlə görüşmüşdür. O, onlarla görüşdükdən sonra Əli parkda olan skamyada uzanıb təxminən 1 saat yatmışdır. O, durduqdan sonra parkda gəzməyə başlamışlar. Həmin vaxt onlar Vüqar, Yunis, Ayaz və Aslanla rastlaştmışlar. Bildiyinə görə Əli Vüqarı tanıyırmış. Onlar birlikdə söhbət etməyə başlamışlar. Təxminən 1 saatdan sonra Vüqar və Yunis parkda skamyada oturan 1 nəfər qadın və onun yanında azyaşlı olan qızının yanına getmişlər. Onlar 5 nəfər dayanıb söhbət edirmişlər. Bu zaman Aslan qanının qara olduğunun bildirmişdir. Onlar Aslandan nə üçün qanının qara olduğunun soruşmuşlar. Aslan səhərə 800 manat verəcəyinin olduğunu bildirmişdir. Bu zaman bir nəfər içkili vəziyyətdə yanlarından keçmişdir. Həmin şəxs onların yanlarından keçən zaman Aslan həmin şəxsi göstərmiş və “buna bax içkilidi, gedək bunu vuraq, koşlekunu götürək” sözlərini demişdir. Onlar hamısı onun təklifi ilə razılaşmışlar. Buna görə də o, Ayaz, Aslan, Əli və Heydər birlikdə həmin içkili şəxsin arxası ilə getmişlər. Onlar birlikdə həmin şəxsin arxası ilə gedən zaman Sahil parkına çatanda Əli “mən vurub adamı yerə yıxacam” sözlərini demişdir. O, da “cibindən koşelyoku götürəcəm” sözlərini demişdir. Yolla gedən zaman o, qarşıda gedən sonradan adının Kamal olduğunun bildiyi şəxsə yaxınlaşmış və ona yandan baxmışdır. Kamal onun əynində olan kopişonu başına keçirdiyini görüb onun ona baxmağından narahatçılıq keçirmiş və arxaya dönüb baxan zaman digər 4 nəfərin də gəldiklərini görüb addımlarının sürətini artırıb onlardan uzaqlaşmağa başlamışdır. Lakin onlar onun arxası ilə getməyi davam etmişdir. Kamal avtomobil yolunun keçib “Sahil” bağına daxil olmuş və onlar hamısı da onun arxası ilə “Sahil” parkına keçmişlər. Onlar parkı keçən kimi Əli Kamala yaxınlaşmış və ona “ayə, ayə bir dəqiqə olar” sözlərinin deyib Kamalı çağırmışdır. Kamal dönüb Əliyə baxıb “olmaz” cavab verib hərəkətini davam etdirmişdir. Əli özünü Kamala çatdırıb ayağı ilə ona badalaq verib yerə yıxmışdır. Kamal yerə yıxılan zaman Əli Kamalı yumruqla vurmağa başlamışdır. O, özünü onlara çatdırıb Kamalın əynində olan şalvarın arxa cibindən pul qabıbı götürüb arxaya baxan zaman Ayaz və Aslanın qaçdıqlarını görüb, “Sahil” parkında yerləşən fəvvarənin yanında Heydərin olduğu yerə getmişdir. O, Heydərin yanında çatan zaman nə üçün Əlini tək qoyub qaçdığını Heydərdən soruşmuşdur. Heydər də polislərin gəldiyini demişdir. Bu zaman Heydər kameraların çəkdiyini demişdir. O, Heydərə gözləməsini deyib Əlinin yanına qayıtmışdır. O, Əlinin yanına çatan zaman Əli Kamaldan təxminən 20 metr məsafədə olarmış. O, Əliyə yaxınlaşıb gəlməsini bildirmişdir. Bu zaman yanından polis avtomobili keçdiyini görüb ağacın arxasında gizlənmişdir. Polis avtomobili keçdikdən sonra onlar Heydərə tərəf getmişlər. O, həmin vaxt Əliyə pulu qaytarmağı demiş, Əli isə ona demişdir ki, “onsuzda pulumuz yoxdu, həm də bizi kim tanıyacaq ki” sözlərini demişdir. Onlar Heydərin yanına çatmışlar və birlikdə oradan qaçmışlar. Onlar birlikdə “Sahil” bağından adını bilmədiyi yaşayış binasının həyətinə girmişlər. Yolda o, Kamalın pul qabısını Əliyə vermişdir və Əli həmin pul qabını binaların birinin eyvanına atmışdırdı. Onlar saat 06 radələrinə qədər orada oturmuşlar, o, cibindən pulları çıxartmışdır. O, pulları saymış və Kamalın cibindən götürdükləri pulun ümumilikdə 54 manat olduğunu bilmişlər. O, Heydərə “sən qıraqda durdun, sən vurmamısan, sən də vursaydın sənə də yaxşı pul verərdim” sözlərini deyib, həmin puldan 5 manat Heydərə, 25 manat Əli vermiş, 24 manat isə özünə götürmüşdür. Saat 07 radələrində onlar birlikdə “Dəmiryolu” vağzalına düşmüş və orada Heydərin əvəllər işlədiyi “Kövsər dönər” kafesində dönərçi işləyən adını bilmədiyi şəxsdən onun üçün taksi sifariş verməsini xahiş etmişdir. Həmin şəxs ona taksi sifariş vermiş və o, həmin taksiyə minib yaşadığı evə getmişdir. Həmin vaxtdan sonra o, Əli ilə görüşməmişdir. Təqsirləndirilən şəxs2, son sözündə əməlindən peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsinin ifadəsi, ibtidadi istintaq zamanı keçirlmiş ekspertiza rəyləri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, ifadəsində göstərmişdir ki, 01 may 2022-ci il tarixdə təxminən saat 04:00 radələrində dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra piyada hərəkət edən zaman Səbail rayonu ərazisində yerləşən Sahil parkı yanında “Unibank”-ın qarşısında onu arxadan bir neçə şəxsin səsləməsini eşitmişdir. Bu səbəbdən o, ayaq saxlamış geriyə dönmüş və 5 nəfər şəxsin ona doğru yaxınlaşmasını görmüşdür. Onlardan biri sonradan adı ona məlum olan Əli bəhanə gətirib guya restoranda olan zaman orada tanımadığı hansısa bir qıza söz atdığını söyləyərək ona iradlarını bildirmişdir. O, isə ona rədd cavabı verib belə bir hal baş vermədiyini söylədikdə aralarında söz mübahisəsi yaranmışdır. Söz mübahisəsi zamanı Əli onun ünvanına nalayiq sözlər işlətmiş, onu təpiklə vurub yerə yıxımış daha sonra gözlənilmədən yumruqla sifət nahiyyəsinə vurmuşdur. Daha sonra təpiklə yenə vurmuş, üzünü görməsə də lakin yerdə uzanarkən başqa adam da onu vurmuşdur. O, qışqırmağa başlamışdır. Daha sonra isə o, bir qədər piyada hərəkət edib və həmin şəxslərin ona qarşı etmiş olduqları hərəkət barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bu hadisə nəticəsində ondan təxminən 70 manat pul və bank kartları olan 15 manat dəyərindəki pul kisəsi həmin şəxslər tərəfindən alınmışdır. Zərərçəkmiş şəxs, məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam olaraq ödənilməsini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1, ifadəsində göstərmişdir ki, X3 2-3 il olar ki tanıyır. 30 aprel 2022-ci il tarixdə saat 21 radələrində Aslanla yaşadığı evin yaxınlığında görüşmüşdür. Aslan 20 manat pulunun olduğunun və “Malakan” bağına gedib skuter sürməyi təklif etmişdir. O, da onunla razılaşdım və onlar birlikdə Sahil metrostansiyasına gəlmişlər. Orada yerləşən skutor kirayə verilən yerdə 1 ədəd elktriklə işləyən skutor kirayə götürüb sürmüşlər. Skutor sürdükdən sonra “Malakan” bağına gəlib orada yerləşən skamyaların birində oturmuşlar. Pullarının hamısını xərclədiklərinə görə geri qayıtmağa pulları olmamışdır. Onlar skamyada oturan zaman saat təxminən 01-02 radələrində iki nəfər şəxs onlara yaxınlaşıb onlarla salamlaşıb tanış olmuşlar Onlardan birinin adı Vüqar digərinin adı isə Yunis olmuşudur. Onlarla üzbə-üz skamyada oturmuşlar. Onlardan təxminən 1 saat sonra isə 3 nəfər şəxs onların oturduqları yerə gəlmişlər. Onlar Vüqarla daha sonra isə onlarla əl verib görüşmüşlər. Onlar Vüqardan kim olduqlarını soruşmuşlar, Vüqar onlara yeni tanış olduğunu Yeni Günəşlidə qaldıqlarını demişlər. Təxminən 15 dəqiqədən sonra bir nəfə qadın parkda gəzirmişlər. Yunis həmin qadının yanına gedib onunla söhbət etməyə başlamış və daha sonra onlar birlikdə Vüqargilin yanına gəlmişlər. Həmin qadın rus dilli olmuşdur. Əli, Elmir və Heydər öz aralarında söyüşlə zarafat etmişlər. Qadın onlara öz iradını bildirmişdir. Həmin vaxt Yunis və Vüqar və həmin qadın onların yanlarından uzaqlaşıb parkın digər tərəfinə getmişlər. Bu zaman Elmin, Əli və Heydər parkda gəzib dolaşıb onların yanlarına qayıtmışlar. Onlarla biz az söhbət etdikdən sonra getmişlər. Onlar getdikdən sonra o, Aslana “biz niyə oturmuşuq gedək” sözlərini demişdir. Aslan da etiraz etməmişdir. Onlar skamyadan durub piyada Sahil metrostansiyası tərəfə getməyə başlamışlar. Sahil metrosunu keçib Sahil parkına keçmişlər. Əli, Elmin və Heydər onların qarşısı ilə gedirmişlər. Onların qarşısında gedən bir nəfər sonradan adının Kamal olduğunu bildiyi şəxsi təpiklə ayağından vurub yerə yıxmışdır. O və Ayaz qorxularından oradan qaçıb “Malakan” bağına gəlmişlər. Orada Vüqarla görüşüb onun dostlarının etdiklərini demişlər. Vüqar da onlara baş qoşmamalarını demişdir. Onlar birlikdə səhərin açılmasını gözləmişlər. Səhər açıldıqdan sonra isə yaşadıqları evə getmişlər. O, Elmini ilk dəfə orda görmüşdür. Onun barəsində heç bir məlumatım olmamışdır. Elmin Əli və heydərlə birlikdə gəlmişdir. Onların tanışıdır. O, Elmin, Əli və Heydər “Malakan” bağında Vüqarla gəlib görüşmüşlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2, ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə saat 24 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən “KFC”-nin yaxınlığında Yunis adlı dostu ilə görüşmüşdür. Onlar birlikdə Yunisin 28 May metrostansiyasının yaxınlığında kirayə tutduğu evə getmişlər. Evdə hərəsinə bir stəkan pivə içdikdən sonra 01 may 2022-ci il tarixdə saat 01 radələrində “Malakan bağı” adlanan parka getmişlər. Onlar parka çatan zaman 2 nəfər oğlan parkda olan skamyada oturduqlarını görmüşlər. Onlar həmin şəxslərlə tanış olmuşlar. Onlardan birinin adı Ayaz digərinin adı Aslan olmuşdur. Onlar birlikdə söhbət etdikdən sonra o, yaxınlıqda yerləşən “Ramaşka” marketə gedib özünə 1 ədəd “Go” spirtli energetik içik alıb geri qayıtmışdır. Onlar birlikdə söhbət edən zaman Elmin, Əli və Heydər onların yanlarında gəlmişlər. Onlarla salamlaşıb söhbət etməyə başlamışlar. Təxminən 15 dəqiqədən sonra bir nəfər qadın yalarından keçirmiş. Həmin vaxt Əli, Elmin və Heydər nalayiq sözlər işlətdiklərinə görə həmin qadın rus dilində onları söymüşdür. O, ayağa qalxmış və nə üçün onları söydüyünü soruşmuşdur. Bu zaman həmin qadın onunla kobud danışmışdır. Bu zaman Yunis onların yanlarına gəlmiş və onlar tanış çıxmışlar. Qadın marketə gedib içki alıb geri qayıtmışdır. Geri qayıdan zaman onların yanlarından keçəndə Yunisə onun yanına gəlməyi təklif etmişdir. Yunis də həmin qadının yanına getmişdir. Yunis həmin qadının yanına getdikdən 2-3 dəqiqə sonra o, da onların yanına getmişdir. Həmin qadının yanında 16 yaşlı qız uşağı olmuşdur. O, qadından nəsə lazım olub olmadığını soruşmuş və qadınla birlikdə marketə getmişdir. Orada qadın içki, şirniyyat götürmüş və onlar birlikdə geri qayıtmışlar. Onlar bir müddət söhbət etdikdən sonra o, Yunislə birlikdə “Torqoviy” adlanan yerə getmişdir. Təxminən 1 saatdan sonra saat 05 radələrində Yunis evə getmişdir. O, isə “Malakan bağı” adlanan parka qayıtmış və tək skamyada oturmuşdur. Həmin vaxt Ayaz və Aslan onun yanına gəlmişlər. Orada onlarla söhbət etdikdən sonra onun dostu Ələsgər yanına gəlmişdir. Ayaz və Aslanın pulları olmadığından o, Ələskərdən 1 manat alıb onlara vermişdir. Ayaz və Aslan evə getmişlər. Onun baş vermiş hadisədən heç bir məlumatım olmamışdır. Polislər ona məlumat verdikdən sonra məlumatı olmuşdur. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacəbəyli küçəsi ilə 01 may 2022-ci il tarixdə saat 04:29 radələrində Zərərçəkmiş şəxs piyada küçə ilə hərəkət edir, həmin vaxt onun yanı ilə Təqsirləndirilən şəxs1, onların arxaları ilə isə 4 nəfər şəxs piyada hərəkət edirlər, 4 nəfər piyada hərəkət edən şəxslərin Təqsirləndirilən şəxs3, X4, Şahid1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilir. Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizanın 285 saylı, 05 may 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözaltı və alın nahiyələrinin qançırları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, eləcə də, sağ əlin arxa səthinin və alın nahiyəsinin sol yarısının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 01 may 2022ci il tarixndə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-psixatrik və psixoloji ekspertizasının 12 avqust 2022-ci il tarixli, 2153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb- biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, konfliktə və mübahisəyə meyillilik, söz götürməmək, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Məhkəmə-psixatrik və psixoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli, 2272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət hadisələrini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, içtimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik keçirməmiş və hal-hazırda onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Əqliintellektual imkanlarına görə hadisəni düzgün qavramaq, təsvir etmək və düzgün ifadə vermək qabilliyətinə malikdir. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində yalan dammağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə olunmadı. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokollardan, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın müdafiə olunmasından imtina oluması haqqında və qətimkan tədbirinin seçilməsi barədə qərarlardan görünür ki: Təqsirləndirilən şəxs3 24 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26 may 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 may 2022-ci il tarixdə onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində 17 avqust 2022-ci il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13 iyul 2022-ci il tarixli məhkumluğa dair arayışa əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13 iyul 2022-ci il tarixli məhkumluğa dair arayışa əsasən Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 iyul 2022-ci il tarixli məhkumluğa dair arayışa əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və elan olunmuş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi var, törətmiş olduqları cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilmiş və həmin maddələrin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinə əsasən, bu Məcəllənin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 180.2.4-cü maddəsinə əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, əməlindən peşman olmasını, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə aralaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bununla əlaqədar bildirir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3, əməlindən peşman olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə aralaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bununla əlaqədar bildirir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs3 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2, əməlindən peşman olmasını, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə aralaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırz) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırz) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırz) manat “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-247/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-247/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver