Məhkəmə qərarları › İş №1(009)-248/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-248/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-248/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, 01 iyun 1975-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Qarakollu ərazi dairəsi, Gorazıllı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 3, Bibiheybət NQÇİ əsaslı təmir sexi ərazisində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, 3 ünvanda, «Bibi-Heybət» NQÇİ-nin quyuların əsaslı təmiri sexinin ərazisindəki tikilidə, yaşadığı otaqda anası Zərərçəkmiş şəxs yumruq, təpik və sillə ilə bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona sol gözün ağlı qişasının iç yarısına qansızına ilə müşaiyət olunan sol göz orbitasının ətrafının və sol yanaq nahiyyəsinin hematomalan, eləcə də sağ gözaltı, sol təpə nahiyyələrinin və onurğanın büzdüm şöbəsi proyeksiyası səviyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Füzuli rayonu Gorazıllı kəndində qeydiyyatda olsa da, Birinci Qarabağ müharibəsindən sonra köçkün kimi Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 3 ünvanda, «Bibi-Heybət» NQÇİ-nin buruqların əsaslı təmiri sexi ərazisindəki tikilidə məskunlaşmışlar, anası, qardaşı, üç övladı və ailəsilə birlikdə yaşayırlar. 22 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində evə gəlmiş, evdə anası Klavdiyanın onun spirtli içkisini içdiyini öyrənmidir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı anası Klavdiyanı təpik, yumruq və sillə ilə bədəninin müxtəlif yerlərindən vuraraq döymüşdür. O, barəsində amnistiya tətbiq edilməklə cinayət işi üzrə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, övladları ilə birlikdə Bakı şəhəri Səbail rayonu Salyan yolu 3 ünvanda, «Bibi-heybət NQÇİ»nin quyuların əsaslı təmiri sexinin ərazisindəki tikilidə məskunlaşmışlar və burada yaşayırlar. Son 29 il ərzində burada yaşamışlar. Üç övladı var. Kiçik oğlu ruhi xəstədir. Özü hazırda işləmir, taqaüd alır. Böyük oğlu Eduard son 20 il ərzində spirtli içki aludəçisidir. Bu səbəbdən onunla Eduard arasında evdə tez-tez mübahisələr olur. 22 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Saylan yolu 3 ünvanda, «Bibi-heybət NQÇİ»nin quyularının əsaslı təmir sexi ərazisindəki özünə məxsus otaqda olarkən, böyük oğlu Təqsirləndirilən şəxs içkili vəziyyətdə evə gəlmişdir. Eduard ona məxsus spirtli içkini içdiyini əsas gətirərək, onun bədəninin müxtəlif nahiyyələrinə sillə, yumruq və təpiklə, o cümlədən başına yumruqla vuraraq ona qəsdən bədən xəsarətləri yetirmişdir. Əvvəlcə şikayət etmək istəməmiş, sonradan ağrıları artdığına görə 25 oktyabr 2021-ci il tarixdə polisə müraciət etməli olmuşdur. Hadisə 22 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 3 ünvanda “Bibi-heybət NQÇİ”-nin quyuların əsaslı təmir sexi ərazisindəki özünə məxsus otaqda baş vermişdir. Oğlu Eduard ona məxsus spirtli içkini içməyini əsas gətirərək onu döymüşdür. Həmçinin bildirmişdir ki, oğlu ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 690 nömrəli rəyindən görünür ki, 1952-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol gözün ağlı qişasının iç yarısına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının və sol yanaq nahiyələrinin hematomaları, eləcə də sağ gözaltı, sol təpə nahiyələrinin və onurğanın büzdüm şöbəsi proyeksiyası səviyyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 22.10.2021 ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 27 oktyabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, 27.01.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin 25.04.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 107.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 04 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində amnistiya tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Yuxarıda göstərilən qanunvericlik normalarına normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 39.1.12, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini və Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1ci bəndini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar