Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-248/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Füzuli rayonu Arayatılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən (fərdi əməklə məşğul olan), əvvəllər məhkum olunmamış, Füzuli rayonu Arayatılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:30 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus, yaşadığı evin yaxınlığında saxladığı ağ rəngli, «Changan» markalı, universal tipli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili qapılarının açıq vəziyyətdə olmasından və avtomobili işə salmaq üçün açarın üzərində olmasından istifadə edərək talama məqsədi olmadan qaçırıb qanunsuz ələ keçirməklə idarə etmiş, avtomobilin yanacağı qurtardığından həmin gün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində saxlayaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, hadisədən əvvəl mobil telefonda “İnstaqram” adlı sosial şəbəkədə adını bilmədiyi və tanımadığı bir qızla tanış olmuş, daha sonra həmin qızla yazışaraq əyani şəkildə görüşmək qərarına gəlmişlər. xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində “İnstaqram” adlı sosial platformada tanış olduğu həmin qızın dəvəti ilə onunla görüşmək üçün Səbail rayon Bayıl qəsəbəsində yerləşən “Bravo” marketin qarşısına getmiş, həmin vaxt “GOO” adlanan spirtli içki alıb içmiş, biraz gözlədikdən sonra qızın gəlmədiyini görüb Bayıl qəsəbəsində gəzmişdi. xx.xx.2025-ci ilə keçən gecə saat 03:30 radələrində “Dünya” marketlə üz-üzə olan küçə ilə gəzərkən yolun qarşısında maşınlar dayandığını görüb maşınları idarə etmək fikrinə düşmüş, ona görə də maşınların bir neçəsinin qapısını yoxlamış, lakin heç biri açıq olmamışdır. Sonra bir evin qarşısında ağ rəngdə «Changan» markalı avtomobilin dayandığını görüb həmin maşına yaxınlaşıb avtomobilin qapısına baxan zaman qapısının açıq olduğunu görmüşdür. Daha sonra maşının qapısını açaraq sükan arxasında əyləşdikdə avtomobilin açarlarının üzərində olduğunu görmüş, maşını işə salmış və Qaradağ rayonu istiqamətində sürüb oradan uzaqlaşmışdır. Qızıldaş qəsəbəsi tərəfdə avtomobilin benzini qurtardığı üçün avtomobili orada səhralıq bir yerdə qoymuş və maşından düşüb yol ilə gedən tanımadığı yük maşınına minib 20 Yanvar dairəsinə getmiş, oradan da tanımadığı yol maşını ilə evinə getmişdir. Qaçırdığı avtomobilin sahibini tanımır, onunla heç bir münasibəti olmamışdır. Ona həmin maşını qaçırmağı heç kim tapşırmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. "xxxx" MMC-yə məxsus olan ağ rəngli, «Changan» markalı, universal tipli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili almış və aylıq ödənilməli olan kredit miqdarını ödəyib bitirmişdir. xx.xx.2025-ci il tarixdən həmin avtomobili öz mülkiyyətinə keçirməli olsa da, işləri çox olduğundan buna vaxt ayıra bilməmişdir. Hadisədən əvvəl həmişə olduğu kimi «Changan» markalı, universal tipli, ** PS *** dövlət nömrə nişanlı avtomobili işdən gələndən sonra evinin yaxınlığında küçədə saxlamışdı, həmin vaxt çox yorğun olduğu üçün avtomobilin açarını üzərində unutmuş, qapını bağlamadan düşüb evə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində işə getmək üçün evdən çıxıb maşına tərəf getdikdə evin yaxınlığında saxladığı avtomobilin yerində olmadığını görmüşdür. Məlum olmuşdur ki, avtomobili naməlum şəxs tərəfindən qaçırılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, o maşınını qaçıran Təqsirləndirilən şəxs tanımır və aralarında heç bir ədavət və düşmənçilik olmayıb. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxslə bağlı cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs «Changan» markalı, universal tipli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılması ilə bağlı müraciəti əsasında zərərçəkmişin yaşayış yeri ünvan 3 ünvanı yaxınlığında, sonuncunun avtomobili ən son saxladığını iddia etdiyi yerdə keçirilmiş və həqiqətən də, avtomobilin həmin ərazidə olmadığı aşkar olunmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20-də Bakı şəhəri Səbail RPŞ-nin inzibati binasında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan BB 239281 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AL/E/24114 nömrəli etibarnamənin surətindən görünür ki, «Changan» markalı, universal tipli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-in mülkiyyətindədir və həmin avtomobilə dair Zərərçəkmiş şəxs etibarnamə verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o, hadisəni əyani şəkildə təsəvvür etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 186 və ya 187-ci maddəsinin əlamətləri olmadığından və sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 186 və ya 187-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə ittiham, o cümlədən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin185.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №1(009)-248/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-248/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver