Məhkəmə qərarları › İş №1(009)-249/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-249/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-249/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ saat 09:30-da Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi–Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, 2 uşaq atası, işləməyən, ünvan 1 ünvanında qeydiyyada olmaqla orada yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Səbail Rayon Məhkəməsinin icraatına 19 iyun 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, о, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 may 2025-ci il tarixdə, saat 21:56 radələrində narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb üstünün yoxlaması zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda, içərisində təmiz çəkisi 0,191 qram xeyli miqdarda olmaqla qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, müharibədən qayıtdıqdan sonra ağrılarını sakitləşdirmək üçün narkotik vasitələrdən istifadə etmişdir. 02 may 2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhərində “Kubinka” adlanan ərazisindən Amil adı ilə bildiyi şəxsdən dəqiq miqdarını xatırlamadığı təqribi çəkisi 0.1 qramdan artıq olan 10 manata şəxsi istifadəsi üçün “kokos” adlanana narkotik vasitə almışdır, həmin tarixdə, ünvan 3 ünvanı yaxınlığında olan zaman mülki geyimdə şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslərdən biri narkotik vasitə olmasından şübhələndiyini bildirdi, əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı, siqaretin gümüşü kağızına bükülmüş halda, içərisində tünd qəhvəyi rəngdə olan, “kokos” adlanan narkotik vasitəni çıxardıb təqdim etmişdir, sorğu zamanı təqdim etdiyi həmin bükümdə olan narkotik vasitə kakosu özü qəbul etməyi üçün həmin gün Bakı şəhərində “Kubinka” deyirlən ərazidən Amil adlı anket məlumatlarını konkret olaraq bilmədiyi şəxsdən 10 manata almışdır. Daha sonra içərisində narkotik vasitə olan büküm ağ kağız zərfdə qablaşdırılaraq üzərindən möhürlə möhürlənmişdir, zərfin üzərində özü də daxil olmaqla orada olan iki nəfər polis tərəfindən imzalanmışdır. Daha sonra orada polislər tərəfindən üzərinə şəxs axtarış keçirilsədə lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra həmin polislər 8-ci Polis bölməsinə gətirdilər, bölmədə olan zaman orada üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış zərfə baxış keçirilmişdir, baxış zaman üzərindən aşkar olunaraq götürülmüş, içərisində narkotik vasitə olan büküm elektron tərəzidə çəkildi, sonra ekpertizaya təqdim edilməsi üçün yenidən zərf qabılaşdırılaraq götürüldü. Polis tərəfindən saxlanılan zaman hər hansı bir formada fiziki güc tətbiq olunmamışdır. Narkotik vasitə və ya pisxatrop maddə satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır, himayəsində iki azyaşlı övladı var, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və bununla bağlı medalları vardır, bir daha belə hallara yol verməyəcək, qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat alınmışdı ki, əsli Neftçala rayonundan olan və Bakı şəhəri ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. 02 may 2025-ci il tarixdə, saat 21:56 radələrində zahiri əlamətlərinə görə adı qeyd olunan şəxsə oxşar bir nəfər şəxsə yaxınlaşıb tərəfindən videoçəkilişdən istifadə edərək özlərini polis əməkdaşı kimi təqdim edib ünvan 5 ünvanın qarşısında saxlanıldı, saxladıqları həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi, onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını bildirib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməyini təklif edildikdə Mirəli əlini əynində olan göy rəngli şalvarın sağ yan cibinə salıb 01 ədəd siqaretin gümüşü kağızında olan bükümü çıxardıb təqdim etdikdə həmin bükümün nə olmasını sörüşduqda onun içərinsən “kakos" kimi adlandırdığı narkotik vasitə olmasını qeyd etdi və Bakı şəhərində “Kubinka” deyilən ərazidən 10 manata tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etməyi üçün aldığını bildirdi. Həmin büküm ondan alaraq açılıb içərisinə baxdıqda qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olması aşkar olundu. Həmin zaman aşkar olunmuş 01 ədəd büküm 01 ədəd ağ rəgli kağızdan olan zərfdə qablaşdırılaraq üzrindən kleydən istifadə edilməklə 52 saylı möhürləndi və zərfin üzərindən iştirakçıların adları yazılmaqla imzalandı. Daha sonra Mirəlinin üzərində şəxs axtarış keçirildi, iş üçün subut əhəmiyyət kəsb edən hər hansı bir əşyayi dəlil aşkar edilmədi. Bununlada da şəxsi axtarış başa çatdı. Bu barədə yazılmış protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zaman X7 8-ci PBnə dəvət olunaraq orada olan xidməti otaqda sonuncunun və özü də daxil olmaqla Farizin iştirakı ilə Mirəlinin üzərindən aşkar edilərək götürülüb təhqiqatçı Pərviz Cəfərova təqdim edilmiş 01 ədəd ağ rəngli kağız zərf açılaraq baxış keçirildi. Baxış zamanı zərfin içərindən çıxarılmış 01 ədəd siqaretin gümüşü rəngli kağızı açılıb baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olundu. Sorğu zamanı iştirakçı Təqsirləndirilən şəxs həmin bükün ona məxsus olmasını və Bakı şəhərindən “Kubinka" deyilən ərazidən özü qəbul etmək üçün tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almasını bildirdi. Bundan sonra aşkar olunmuş büküm tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün həmin bükün elektron tərəzidə çəkildi, 0,36 qram olması müəyyən edildi və zərfin içərisinə qoyularaq üzərindən kleydən istifadə edərək 52 saylı möhürlənib götürüldü. Bununla bağlı protokol tərtib edilkərək düzgünlüyü iştirakçılar tərəfindən imzalandı. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadə verərək, onun dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılmış, tutulduqdan sonra üstü yoxlanılmış, zərurət olduqda nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilmiş, tədbirin gedişatı və nəticələri müvafiq protokolla rəsmiləşdirilmiş, şəxs polis orqanına gətirilsin və aidiyyəti üzrə təhvil verilmiş, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilmiş, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılsın, qrupun tərkibinə Səbail RPİ 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilsin, qrupa rəhbərlik mənə Səbail RPl-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 həvalə olunmuş, qərar müvafiq əməliyyat aparıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında keçirilməli olan tədbirdirsə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. (cild İ, iş vərəq 8-9) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 30) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz yolla əldə edilmiş əşya və ya nəsə varsa onu təqdim etməyi təklif edildikdə əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı, siqaretin gümüşü kağızına bükülmüş halda, içərisində tünd qəhvəyi rəngdə olan, “kokos” adlanan narkotik vasitəni çıxardıb təqdim etmişdir, sorğü zamanı təqdim etdiyi həmin bükümdə olan narkotik vasitə kakosu özü qəbul etməyi üçün həmin gün Bakı şəhərində “Kubinka” deyirlən ərazidən Amil adlı anket məlumatlarını konkret olaraq bilmədiyi şəxsdən 10 manata aldığını demişdir. Bu zaman təqdim etdiyi içərisində narkotik vasitə olan büküm ağ kağız zərfdə qablaşdırılaraq üzərindən 52 saylı möhürlə möhürlənmişdir, zərfin üzərində özü də daxil olmaqla orada olan iki nəfər polis tərəfindən imzalanmışdır. Bununla bağlı polislər tərəfindən protokol yazıldı, ucadan oxundu, düzgün tərtib edildiyi üçün özü də daxil olmaqla orada olan iştirakçılar tərəfindən imzalanmaqla protokolun düzgün yazılması təsdiq edilmişdir. Daha sonra orada polislər tərəfindən üzərinə şəxs axtarış keçirilsədə lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. 02 may 2025-ci il tarixli təqdim edilən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunan 01 (bir) ədəd zərfə baxış keçirilmiş, həmin 01 (bir) ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülü vardır. Bükülü açılan zaman içindən tünd qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddə aşkar edildi, bükülü tərəzidə çəkildi 0,36 qram oldu. Sonra həmin kütlə yenidən qablaşdırıldı və 52 saylı möhürlə möhürləndi. Daha sonra videoçəklişə baxış keçirildi. Görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin Təqsirləndirilən şəxs aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallar cavab olaraq, aşkar olunmuş “kokos” adlanan narkotik -vasitəni xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhərində “Kubinka” deyilən ərazidə Amil adı ilə bildiyi şəxsdən 10 (on) manata 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülüdə şəxsi istifadəsi üçün alaraq əldə etdiyini, həmin vasitəni əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığını, həmin tarixdə saat 21:56 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Protokolun düzgün tərtib edilmiş, imzalarla təsdiqlənmiş və protokola 01 (bir) ədəd DVD əlavə olunmuşdur. (cild İ, iş vərəq 14-15) Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 02 may 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 1995-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 02 may 2025-ci il tarixdə, saat 21:56 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq üstü yoxlanılmış əynində olan göy rəngli şalvarın sağ yan cibindən narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək qablaşdırılmış və X8 02 may 2025-ci il tarixdə, saat 22:35 dəqiqədə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilmişdir. Əməliyyat-axtarış tədbirinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD-yə qeyd olunmuşdur. (cild İ, iş vərəq 17) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2025-ci il tarixli, 6/1650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN «Zərflər üçün №52» dairəvi möhür olan, «Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) əd bükümdə təmiz çəkisi 0,191 qram qəhvəyi rəngli tözşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild İ, iş vərəq 39-40) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 45-46) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 62-63) Maddi sübut kimi tanınma haqqında 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş ümumi təmiz çəkisi 0,141 qram çəkidə olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və maddi sübut hesab edilmiş 0,191 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,141 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Səbail RPİnin saxlanc yerinə təhvil verilmişdir. (cild İ, iş vərəq 72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild İ, iş vərəq 74) 19 may 2025-ci il tarixli diskə köçürülmüş görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində olan video-fayl açılaraq baxılan zaman müəyyən olundu ki, həmin faylı açıldıqda Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 həmin bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə 02 may 2025-ci il tarixdə, saat 21:56 radələrində bir nəfər şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib ünvan 5 ünvanın qarşısında saxlanıldı, saxladıqları həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi, onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını bildirib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməyini təklif etdikdə Mirəli əlini əynində olan göy rəngli şalvarın sağ yan cibinə salıb 01 ədəd siqaretin gümüşü kağızında olan bükümü çıxardıb təqdim etdikdə həmin bükümün nə olmasını soruşduqda onun içərisində “kakos” kimi adlandırdığı narkotik vasitə olmasını qeyd etdi və Bakı şəhərində “Kubinka” deyilən ərazidən 10 manata tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etməyi üçün aldığını bildirdi. Həmin büküm ondan alaraq açılıb içərisinə baxdıqda qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olması aşkar olundu. Həmin zaman aşkar olunmuş 01 ədəd büküm 01 ədəd ağ rəngli kağızdan olan zərfdə qablaşdırılaraq üzərindən kleydən istifadə edilməklə 52 saylı möhürləndi və zərfin üzərindən iştirakçıların adları yazılmaqla imzalandı. Daha sonra Mirəlinin üzərində şəxsi axtarış keçirildi, iş üçün subut əhəmiyyət kəsb edən hər hansı bir əşya və dəlil aşkar edilmədi. Bununlada da şəxsi axtarış başa çatdı. Diskdə olan videogörüntülərlə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması barədə protokolda olan qeydlər arasında hər hansı ziddiyyət aşkar edilmədi. Şəxsi axtarış və götürmənin videogörüntüləri 04:20 dəqiqə davam etmişdir. (cild İ, iş vərəq 70) 24 may 2025-ci il tarixli diskə köçürülmüş görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində olan video-fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, həmin faylı açıldıqda Səbail RPİ-nin 8-ci Polis bölməsinin təhqiqatçısı X17 RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşı Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış zamanı 02 may 2025-ci il tarixdə, saat 21:56 radələrində ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq üzərinə şəxsi axtarış keçirilib sağ yan cibindən aşkar edərək götürdüyü 01 ədəd siqaretin gümüşü kağızında olan büküm qablaşdırılmış zərfə əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə video çəkişildən istifadə elməklə baxış keçirildi. Baxış zamanı iştirakçı Şahid1 keçirilmiş əməliyyat-axtarış zamanı 02 may 2025-ci il tarixdə, saat 21:56 radələrində ünvan 10 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq üzərinə yoxlama keçirilib aşkar edərək sağ yan cibindən götürdüyü həmin büküm qablaşdırlmış zərflə bərabər materialı təhqiqatçı P.Cəfərova təqdim edərək keçirilmiş tədbirlə bağlı olanları bildirmişdir. Təhqiqatçı P.Cəfərov ona təqdim edilmiş zərfi alaraq açıb içərisində baxdıqda 01 ədəd qızılı siqaret gümüşü kağızına bükülmüş vəziyyətdə büküm olmasını aşkar edir, həmin bükümü açıb içərisində baxdıqda tüng qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə olması müəyyən olunur. Sorğu zamanı iştirakçı Təqsirləndirilən şəxs altı aydır ki, narkotik vasitə qəbul etməsini deyərək həmin bükümün içərisində olan maddəinin narkotik vasitə heroin olmasını, onu özü qəbul etmək üçün almasını bildirmişdir. Bundan sonra həmin büküm tam olaraq təhqiqatçı P.Cəfərov tərəfindən elektron tərəzidə çəkilərək çəkisinin 0,36 qaram olması müəyyən edilib ekspertizaya təqdim edilməsi üçün «zərflər üçün» 56 saylı möhür vurulmaqla kleylənib zərfpdə qablaşdırılaraq götürülür. Diskdə olan videogörüntülərlə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması barədə protokolda olan qeydlər arasında hər hansı ziddiyyət aşkar edilmədi. Şəxsi axtarış və götürmənin videogörüntüləri 04:52 dəqiqə davam etmişdir. (cild İ, iş vərəq 71) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 2590 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, iş vərəq 77-78) “Elektron Məhkəmə İnformasiya Sistemindən” sorğu nəticəsində əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyadadır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 aprel 2018-cı il tarixdə anadan olmuş X5 və 29 may 2020-ci il tarixdə anadan olmuş X4 adlı yetkinlik yaşına çatmayan iki övladı var. Məhkəməyə təqdim edilmiş vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli,2719 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəməyə təqdim edilmiş vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Nazirinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş üçün əhəmiyyətli olduğundan 02 may 2025-ci il tarixli yoxlama aparılması barədə video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVDdə qeydə alınmış video-görüntünün 4 dəqiqə 20 saniyə olduğu müəyyən edildi və məlum oldu ki Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı, siqaretin gümüşü kağızına bükülmüş halda, içərisində tünd qəhvəyi rəngdə olan, “kokos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Aşkar olunmuş 01 ədəd büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq üzəri 52 saylı möhürlə möhürləndi və zərfin üzərinə iştirakçıların adları yazılmaqla imzalandı.Daha sonra şəxsin üzərində axtarış keçirildi və iş üzrə sübuti əhəmiyyət daşıyacaq hər hansı bir dəlil aşkar edilmədi. CD diskdə olan video görüntülərlə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokolda qeyd edilənlər arasında hər hansı ziddiyyət aşkar edilmədi. İş üçün əhəmiyyətli olduğundan 02 may 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 4 dəqiqə 52 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, həmin video görüntü ilə təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə protokolda qeyd edilənlər arasında hər hansı ziddiyyət aşkar edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin qeyd edilən miqdardan az olmasını, 0.1 qramdan biraz artıq olduğunu bildirsə də məhkəmə istintaqı zamanı baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu qəbul etmiş, məhkəmədə videogörüntülərə baxış keçirildikdən sonra o, özündə olan narkotik vasitənin rənginin və miqdarının videogörüntülərdə göründüyü kimi olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin qeyd edilən miqdardan az olmasını, 0.1 qramdan biraz artıq olduğunu bildirməsini və ziddiyyətli ifadə verməsini şəxsin özünümüdafiəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan narkotik vasitələrin İ siyahısının 83-cü bəndinə görə heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın narkotik vasitələr üzrə İ siyahısının 83-cü bəndinə görə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,191 qram olan heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, iki az yaşlı uşağının olmasını, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, həmçinin dövlət təltiflərinin olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (ilk dəfə cinayət əməlini törətməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini (himayəsində 2 az yaşlı uşağının olmasını) nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, əvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və məhkum olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdən 04 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin xx.xx.2025-ci il tarixli, 2590 nömrəli Ambulator X2 rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,141 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 286 (iki yüz səksən altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdən, 04 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 0,141 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bakı Şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 286 (iki yüz səksən altı) manat məbləğində haqq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar