Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-25/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, rəssamlıqla məşğul olan, "xxxx" MMC-nin rəhbəri, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, mənzil 33B-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2020-ci tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsində Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasının yanında şəxsi münasibətlər zəminində, yəni aralarında əmlakla bağlı davam edən mülki məhkəmə çəkişmələri ilə əlaqədar baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə yumruqla vuraraq ona sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmaqla yerə yıxmış, yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq ona sağ kürək nahiyəsinin, sol dirsək oynağının arxa səthinin qançırları, sol əlin İİİ barmağının uc falanqasının dırnaq sədəfi altına qansızma, sağ diz oynağının bayır, sol baldırın orta aşağı 1/3-nin ön səthlərinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi edilməyən bədən xəsarətləri yetirmiş və ayağı ilə Zərərçəkmiş şəxs sağ ayağını qəsdən tapdalayaraq sonuncuya İ barmağın dırnaq və orta falanqasının sınığı ilə müşayiət olunan sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, mənzil 33B-də qeydiyyatda olmaqla, ünvan 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun böyük qardaşıdır. 3 ilə yaxındır ki, qardaşı Zərərçəkmiş şəxsla əmlak və digər mülki işlərlə bağlı aralarında məhkəmə çəkişmələri var və bu proseslər hələ də davam edir. Şahid3 həmin mülki məhkəmə proseslərində onun nümayəndəsi-vəkili kimi çıxış edir. 03 iyun 2020-ci il tarixdə saat 10:30-da Bakı şəhəri Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə rəhbəri olduğu "xxxx" MMC-nin qardaşı Zərərçəkmiş şəxs qarşı olan tələbinə dair məhkəmə iclası keçirilmiş, iclas zamanı hakim, məhkəmə iclas katibi Deputat Tomayev, o, "xxxx" MMC-nin nümayəndəsi-vəkili Şahid3, qardaşı Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə iştirak etmişlər. Proses zamanı qardaşı Zərərçəkmiş şəxs vəkili Şahid3 çıxışını əsassız olaraq kəsməklə onunla mübahisə etməyə başlamış və təhqiramiz sözlər işlətmişdir. Həmçinin qardaşı onu da təhqir etmişdir. Yalçın Şahid3 üstünə irəliləmiş, bu səbəbdən də, prosesə sədlik edən hakim Yalçın və onun məhkəmə zalından çıxarılmalarına dair göstəriş vermiş və o, məhkəmə prosesinin keçirildiyi zalı tərk etmişdir. Yalçın da zaldan çıxmışdır. Zaldan çıxdıqdan sonra o, məhkəmənin giriş qapısının yanında, qardaşı Yalçın isə proses keçirilən zalın pəncərəsinin yanında dayanmışdır. Yalçın orada nəsə danışsa da o, Yalçının ifadələrini eşitməmişdir. Bir qədər gözlədikdən sonra Yalçın məhkəmənin qarşısında olan yolun digər tərəfindəki parkın içərisində yerləşən çayxanaya tərəf getmiş, təxminən 30-40 dəqiqə sonra məhkəmə prosesi qutarmış, vəkil Həsən məhkəmənin inzibati binasından çölə çıxaraq onlara qarşı qanunsuz qərar qəbul olunduğunu bildirmişdir. O, Şahid3la birlikdə parkın digər tərəfinə hərəkət edərək Həsənin avtomobilini saxladığı yerə tərəf gedərkən qardaşı Yalçın onlara tərəf gələrək Şahid3 nalayiq söyüşlərlə söyərək üstünə hücum etmiş və əl və ayaqla Həsəni vurmuşdur. O, Yalçının hərəkətlərini cibində olan “İphone 6S” markalı mobil telefonu çıxararaq videoqeydə almaq istədikdə Yalçın Həsəni əlinə götürdüyü köhnə kərpic parçası ilə boyun nahiyəsindən vurmuşdur. O, bu səbəbdən Yalçının hərəkətlərini qeydə ala bilməyib onu tutub Həsəndən aralaşdırmaq istəyəndə Yalçın onun əlindən vurmuş və telefonu əlindən yerə düşərək şüşəsi sınmışdır. O, telefonu yerdən götürmək istəyəndə Yalçın ayağı ilə əlinin üstünə basaraq əlinə xəsarət yetirmişdir. Bundan sonra, Şahid3 oradan kənarlaşaraq çıxıb getmişdir. O, digər telefonu ilə Yalçının hərəkətlərini qeydə almaq istədikdə Yalçın çayxananın masanın birinin üstündə olan stəkanın içərisindəki çayı onun üstünə atmış və stəkanı yerinə qoyub çayniki ona tərəf atmaq istədikdə onun hərəkətlərini digər telefonu vasitəsilə qeydə almaq istədiyini görüb çayniki yerinə qoymuşdur. Çayın qoluna tökülməsi ilə bağlı xəsarəti yaranmışdır. Bundan sonra onlar Yalçınla aralaşmışlar. O, birbaşa orada olan təcili yardım stansiasına getmiş və həkimlər barmaqları əzildiyi üçün tibbi yardım göstərmişlər. Bundan sonra araşdırma zamanı barəsində təyin olunmuş məhkəmə -tibbi ekspertiza zamanı bədənində olan bütün xəsarətlər barədə ekspertə məlumat vermişdir. Ekspert müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri ona qardaşı Yalçın ayağı ilə yerdə əlini tapdalaması nəticəsində yetirmişdir. Dava-dalaş zamanı çayxanada olan tanımadığı müştərilər olmuş, lakin Yalçın onunla dava-dalaş etməyə başlayanda heç kəs müdaxilə etməmişdir. Dava-dalaş 1-2 dəqiqəyə yaxın davam etmişdir. Özünü təqsili bilmir, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. 3 ilə yaxındır ki, qardaşı Təqsirləndirilən şəxs ona qarşı haqsız pul tələbinə dair məhkəmə prosesləri gedir, qardaşı Dadaş onun barəsində müxtəlif orqanlara şikayətlər edir, Təqsirləndirilən şəxs məhkəmələrə guya o və arvadı X3 adından banklara onların kredit borclarını ödəməsi ilə bağlı həqiqətə uyğun olmayan saxta çeklər təqdim edərək ona və arvadına qarşı pul tələbi ilə məhkəməyə müraciət edir. Təqsirləndirilən şəxs 2017-ci ilin axırında ona və arvadına qarşı irəli sürdüyü pul tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsində baxılmış və iddiası təmin edilməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" adlı avtomobil icarəyə verən şirkətinin adından ona və arvadına qarşı olan pul tələbi üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə arvadı Mahirə Qasımovanın adına olan İçəri şəhərdə yerləşən yaşayış mənzilinin üzərinə həbs qoyulması ilə bağlı 03 iyun 2020-ci il tarixdə Səbail Rayon Məhkəməsində proses keçirilmişdir. Məhkəmə prosesi zamanı məhkəmə zalında hakim, hakim köməkçisi, o, arvadının vəkili Nümayəndə, qardaşı Təqsirləndirilən şəxs və onun vəkili Şahid3 iştirak etmişlər. Proses zamanı Dadaş və vəkili Həsənin haqsız iddiası ilə bağlı aralarında məhkəmə zalında olan mübahisəyə görə hakim onu və qardaşı Dadaşı məhkəmə zalından çıxartmışdır. Belə ki, qardaşı Dadaş və onun vəkili Həsən məhkəmə prosesi zamanı zalda üstünə cummuşlar. Buna görə də, hakim onu və qardaşını inzibati binanın müxtəlif çıxışlarından çölə çıxartmışdır. Binadan çölə çıxdıqdan sonra qardaşı Dadaş ona məhkəmə qurtarandan sonra onu öldürəcəyini demişdir. O Dadaşa fikir verməmiş və məhkəmə ilə üzbəüz yerləşən yolun digər tərəfində olan parkın içərisindəki çayxanaya getmiş, orada stolların birində əyləşib çay sifariş verərək içmişdir. Məhkəmə zalından çıxdıqdan təxminən 20-25 dəqiqə sonra saat 11:30 radələrində qardaşı Dadaş və vəkili Həsən çayxanaya tərəf gəlmişdir. Onlar çayxananın yanından keçərkən onu görmüşlər. Bu zaman vəkil Həsən ona maşına oturmasını, onunla söhbətinin olduğunu demişdir. O da heç bir yerə getməyəcəyini dedikdə, vəkil ona qorxmamağı və onunla söhbət edəcəyini bildirmişdir. O da Həsənə özgə əmlakına göz dikib, haqsız olaraq məhkəmədə iddia qaldırdıqlarını demiş, bu zaman Həsən və Dadaş qəflətən onun üstünə cummuşlar. O da əyləşdiyi stuldan qalxmış, əlində də sənədlərini yığdığı dəri çantası olmuşdur. Həsən ona yaxınlaşıb vurmaq istədikdə o, zərbə üzünə dəyməməsi üçün çantasını üzünə tutmuşdur. Bu zaman Həsən onun yaxasından tutub dartaraq sol sifət nahiyəsinə yumruqla vurmuş, köynəyi də cırılmışdır. O, Həsənin zərbələrindən özünü qorumağa çalışarlən qardaşı Dadaş əlininin içərisində növünü xatırlamadığı hansısa dəmir aləti sıxaraq yumruğunu bərk saxlamaqla sağ gözündən zərbə vurmuş və zərbə nəticəsində gözündəki eynək sınmışdır. Dadaşın əlinin içərisində sıxdığı dəmirin çıxıntısı sağ gözünün altını kəsmişdir. Zərbə nəticəsində o, huşunu itirərək yerə yıxılmışdır. Həsən və Dadaş onu yerdə bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurmuşlar. Həsən vursa da, bir o qədər möhkəm vurmamışdır. Həmçinin, o, əlindəki çanta ilə özünü qorumuşdur. Qardaşı Dadaş isə onu təpiklə vuraraq döyməyə davam etmişdir. Dadaş təpiklə onun ayağına vurmuş və tapdalamışdır. Bu zaman orada əynidə polisin xidməti geyiminə bənzər geyim olan şəxslər onları aralamışlar. Vəkil Həsən özünü onlara vəkil kimi təqdim edərək həmin şəxsləri kənara çəkmiş və onlarla söhbət etməyə başlamışdır. Çayxanada olan şəxslər dava-dalaşı görsələr də, polis əməkdaşlarına bənzər şəxslərin müdaxilə etdiyini görüb yaxınlaşmamışlar. Onun halı özündə olmamış və bədəninin müxtəlif yerlərindən xəsarətlər almışdır. Ona görə də, DİN-in 102 xidmətinə zəng edib döyülməsi ilə bağlı şikayət etmişdir. Dadaş və Həsən də harasa getmişlər. Çox keçmədən, polis əməkdaşları hadisə yerinə gəlmiş, polis əməkdaşları onu hadisə yerindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışlar. Orada araşdırma zamanı özünü pis hiss etdiyi üçün təcili tibbi yardım maşını çağırılmış və onu X6 aparmışlar. Orada həkimlər onu müayinə etmişlər. Vəziyyəti yaxşılaşdıqdan sonra axşam saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getmişdir. Qardaşı Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə verdiyi məlumatda və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə verdiyi ərizəsində göstərdikləri yalandır. O, Dadaşı döyməmiş və telefonunu sındırmamışdır. Həsən və Dadaş onu yerdə döydükdən sonra ayağa birtəhər qalxıb daha onu vurmamaları üçün stolun üstündə olan çay içdiyi stəkanın içərisindəki qaynar olmayan çayı Dadaşın üzərinə atmış, lakin çay onun üzərinə heç tökülməmişdir. Stəkanı isə atmamış, içərisindəki çayı atdıqdan sonra stolun üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşlarına bənzər şəxslər onlara yaxınlaşmışlar. Kərpiclə də heç kimi vurmamışdır. Əlində həmin vaxt çanta olmuş, həmin çantayla da özünü qorumağa çalışmışdır. Həmçinin masanın üstündəki çayniki də onlara atmaq fikri olmamışdır. Ola bilsin ki, əlindəki çanta ilə özünü qorumağa çalışarkən çantanın dəyməsi nəticəsində Şahid3 xəsarətlər yaranmışdır. Qardaşı Təqsirləndirilən şəxs vurmamış, nə də ki, əlini ayaqla tapdalamamışdır. Ola bilsin ki, Dadaş yumruqla onu vuran zaman eynəyinin təsiri ilə barmaqlarında xəsarət yaranmışdır. Bədən səthində aşkar edilən xəsarətləri ona qardaşı Dadaş və onun vəkili Həsən yetirmişdir. Sol baldırın orta aşağı 1/3-nin ön səthlərinin sıyrıqları xəsarətlərini qardaşı Təqsirləndirilən şəxs yerdə ona təpiklə vuraraq, sağ ayaq pəncəsinin İ barmağının dırnaq və orta falanqasının yerini dəyişməyən sınığı xəsarətini ayağı ilə tapdalayaraq yetirmişdir. Dava-dalaşı çayxanada olan tanımadığı müştərilər və onları ayıran polis əməkdaşlarına bənzətdiyi şəxslər görmüşlər. Davadalaş 3-4 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilidir. Zərərçəkmiş şəxs hüquqlarını mülki məhkəmə prosesi ilə əlaqədar müdafiə etdiyi “Kar and Kantri” şirkətinin rəhbəri Təqsirləndirilən şəxs qardaşıdır. Qardaşlar arasında uzun müddətdir ki, əmlakla bağlı mülki məhkəmə çəkişmələri gedir, şəxsi münasibətləri də çox pisdir, bir-biriləri ilə ədavətləri var. 03 iyun 2020-ci il tarixdə saat 10:30-da Səbail Rayon Məhkəməsində Yalçın Məmmədov və “Kar and Kantri” arasında əmlakın tələbi ilə bağlı keçirilən məhkəmə prosesi zamanı iddiaçı tərəf olaraq “Kar and Kantri” şirkətinin rəhbəri kimi Təqsirləndirilən şəxs vəkili kimi çıxış etmişdir. Məhkəmə prosesində sədrlik edən Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmli, iclas katibi isə Deputat Tomayev olmuşdur. Proses zamanı Yalçın və Dadaş arasında sözlə mübahisə başlamış və Zərərçəkmiş şəxs onu və Təqsirləndirilən şəxs məhkəmə zalında nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Müxtəlif formada, yəni öldürməklə, hər hansı formada başlarına oyun açmaqla, guya barələrində cinayət işi başlatdırmaqla, onları tutdurmaqla və s. hədə-qorxular gəlməklə məhkəmə zalındakı stulu qaldıraraq onların üstünə gəlmiş və orada olan məhkəmə prosesinin iştirakçıları Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışlar. Bundan sonra, o, hakimə müraciət edərək Zərərçəkmiş şəxs məhkəmə zalından xaric edilməsini xahiş etmişdir. Hakim Yalçın və Dadaşın hər ikisini mühafizə polisinə tapşırmaqla zaldan çıxartmışdır. Polis əməkdaşı həmin şəxslərin zaldan kənarlaşdırmasını təmin etmişdir. Zaldan çıxarkən də Zərərçəkmiş şəxs ona qarşı olan hədə və söyüşlərinə davam etmişdir. Bundan sonra məhkəmə zalında pəncərə açıq olduğundan Zərərçəkmiş şəxs inzibati binadan kənar küçədə söyüşləri eşidilmişdir. Belə ki, hakim məhkəmə zalında vəkillərin iştirakı ilə prosesi davam etdirmiş və məhkəmə iclası başa çatdıqdan sonra cavabdehin nümayəndəsi Nümayəndə şəxs məhkəmə zalında qalmışdır. O, məhkəmə zalını tərk edib inzibati binadan çölə çıxmışdır. Məhkəmənin qarşısındakı yolun digər tərəfində olan parkı keçərək avtomobilini saxladığı yerə tərəf getməyə başlamışdır. Parkın içərisindəki çayxananın yanından keçərkən çayxanada olan Zərərçəkmiş şəxs ona yenidən söyüş söyməyə başlamış, üstünə irəliləyərək qarın nahiyəsindən təpiklə vurmuşdur. O, Yalçını özündən kənarlaşdırmaq üçün sinəsindən əlləri ilə itələmiş, Yalçın da onun sol sifət nahiyəsinə yumruqla vurmuşdur. Dadaş da kənarda dayanıb onlara baxırmış. Bundan sonra, Yalçın üzünü çevirib əlinə çayxananın yanına düzülmüş kərpiclərdən birini götürərək yenidən üstünə gəlmiş və kərpiclə onun sağ boyun nahiyəsinə vurmuşdur. O, Yalçını yenidən itələmiş, bundan sonra, Dadaş onları ayırmaq üçün gəlmiş və Yalçına yaxınlaşaraq onun əl-qolundan tutmuşdur. Ətrafda olan insanlar Dadaş və Yalçını ayırmaq üçün onlara yaxınlaşmış və o da yerə düşmüş vəkil mantuyasını götürərək avtomobilinə tərəf gedərək oradan uzaqlaşmışdır. O, həmçinin göstərmişdir ki, o, Zərərçəkmiş şəxs döyməmiş, Zərərçəkmiş şəxs onu döymüş, müxtəlif bədən xəsarətləri yetirmişdir. O cümlədən, Yalçın onun ayağına və qarın nahiyəsinə təpiklə vurmuş, sol qolununun bilək nahiyəsini də əli ilə bərk sıxaraq xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs dava edib-etməməsinin şahidi olmamışdır. X5 araladıqda o, uzaqlaşıb avtomobilinə tərəf getmiş və sonradan nə baş verdiyini görməmişdir. Ekspert müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri Zərərçəkmiş şəxs ona yumruq, kərpic və təpiklə vuraraq yetirmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətləri ona kimin nə ilə yetirməsi barədə heç nə deyə bilmir. Dava-dalaşı çayxanada olan tanımadığı müştərilər görmüş, dava-dalaş 2-3 dəqiqəyə yaxın davam etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs yerə yıxılmasını və hərbi geyimli şəxsləri görməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ev 6-da ailə üzvləri ilə birlikdə yaşayır. 4 ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsindəki Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasında ofisiant işləmişdir. Mahiyyəti üzrə göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə saat 11:00 radələrində “Bayıl bağı” çayxanasında müştərilərə çay verməklə məşğul olan zaman bir nəfər şəxs çayxanaya gəlmiş və çay sifariş verərək çayxananın sağ tərəfində çöldə qoyulmuş masaların birində əyləşib çay içmişdir. Təxminən yarım saat sonra o, müştərilərə xidmət göstərən zaman iki nəfər şəxsin həmin şəxslə mübahisə edib dava-dalaş etdiklərini görmüş, onlara tərəf gedəndə parkda xidmət göstərən polis işçiləri müdaxilə edərək onları aralamışlar. O, həmin şəxsləri tanımır, birinci dəfə görmüşdür. Bundan sonra, həmin iki nəfər şəxs çıxıb getmiş və çay sifariş verib içən şəxsin müxtəlif bədən xəsarətləri aldığını görmüşdür. Həmin şəxs şikayət etdiyi üçün çox keçmədən polis əməkdaşları gəlmişlər. Dava-dalaş vaxtı çayxanada 5-6 nəfər müştəri olmuş, çayxanı icarəyə götürüb işlədən Şahid1 çayxanada olmamışdır. Kamran həmin gün saat 18 radələrində çayxanaya gələn zaman baş verənləri ona danışmışdır. Dava-dalaş zamanı çayxanada olan müştəriləri və dava-dalaşa müdaxilə edən polis əməkdaşlarını tanımır. Həmçinin, dava-dalaş zamanı onların bir-birilərini necə vurduğunu görməmiş, lakin çay sifariş verən şəxsin yerə yıxıldığını və xəsarət aldığını görmüşdür. O, həmin şəxslərə yaxınlaşdıqda artıq polis əməkdaşları müdaxilə edərək onları aralaşdırmışlar. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Mərkəzi məhkəmə tibb ekspertiza şöbəsinin rəisi, məhkəmə tibb eksperti X2 12 avqust 2020-ci il tarixli 202/2020 saylı məhkəmə tibb ekspertizasının rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, 12 avqust 2020-ci il tarixli 202/2020 saylı məhkəmə tibb ekspertizasının rəyi ilkin rəyin davamı kimi qəbul edilməlidir. Rəylər arasında ziddiyyət yoxdur, sağ ayaq pəncəsində sınıqdan başqa ilkin rəydə bütün xəsarətlər öz təsdiqini tapmışdır. 12 avqust 2020-ci il tarixli 202/2020 saylı məhkəmə tibb ekspertizasının rəyi müvafiq tibbi sənədlər və kompyuter tomoqramması əsasında verilmişdir. Ayaqda qips sarğısı olarkən rentgen müayinəsi zamanı şua vurularkən sınıq görsənmir. Bu əsasən yerdəyişməyən sınıqlarda olur. Yəni qips sarğısı şuanın tam vurulmasına imkan vermir. Zərərçəkmiş şəxs 23 iyul 2020-ci il tarixdə ekspertizadan keçmiş və o kompyuter tomoqrammasına göndərilmişdir. “EGE Hospital” tibb müəsisəsinin rentgenoqrammasına əsasən sağ ayağın birinci baş barmağının dırnaq falanqasının sınığı aşkar edilmişdir. Həmin tibbi sənəd digər tibbi sənədlərlə və müayinə ilə birlikdə qiymətləndirilib ümumi nəticəyə gəlinmişdir. Ceyhun Allahverdiyev onu da qeyd etmişdir ki, sınığın ətrafında ölü toxumalar sorulduqdan sonra təxminən 10-cu gündə sırıntgen müayinəsi zamnı sınıq aydıngörsənir. Həmçinin qeyd etmişdir ki, sınığın trayektoriyasına görə həmin xəsarətin özü-özünə yetrilməsi mümkün deyil. Məhkəmə-tibbi ekspertizasının 04 iyun 2020-ci il tarixli 260 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı, sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma, sol qulaq seyvanının yuxarı 1/3-nin ön səthinin sıyrığı, arxa səthinin qançırı, boyunun sol yan səthinin aşağı 1/3-nin, sağ kürək nahiyəsinin, sol dirsək oynağının arxa səthinin qançırları, sol əlin İİİ barmağının uc falanqasının dırnaq sədəfi altına qansızma, sağ diz oynağının bayır, sol baldırın orta-aşağı 1/3-nin ön səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 03 iyun 2020-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurulması nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 16 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs barəsində təkrar təyin edilmiş məhkəmə-tibbi ekspertizası 12 avqust 2020-ci il tarixli 202/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı, sağ gözaltı nahiyənin qançırı və bu fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma, sol qulaq seyvanının yuxarı 1/3-nin ön səthinin sıyrığı, arxa səthinin qançırı, boyunun sol yan səthinin aşağı 1/3-nin, sağ kürək nahiyəsinin, sol dirsək oynağının arxa səthinin qançırları, sol əlin İİİ barmağının uc falanqasının dırnaq sədəfi altına qansızma, sağ diz oynağının bayır, sol baldırın orta-aşağı 1/3-nin ön səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı, küt yaranma mexanizminə malik olmaqla qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 03.06.2020-ci il tarixdə törənə bilərdilər. Qeyd edilən qançır və sıyrıqlar küt əşyanın (əşyaların) bilavasitə təsirindən törənməklə kənar şəxs və ya şəxslər tərəfindən yumruq və təpik zərbələri nəticəsində yaranmışlar. Sağ ayaq pəncəsinin İ barmağının dırnaq və orta falanqasının yerini dəyişməyən sınığı öz xarakterinə görə yumruqla vurulan zərbə nəticəsində əmələ gəlməyə deyil, həmin ətrafın kənar şəxs tərəfindən ayaqla tapdalanması zamanı yaranmasına daha çox uyğun gəlir, İ barmağın dırnaq və orta falanqasının sınığı ilə müşayiət olunan sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər ayrılıqda, istərsə də, ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin xüsusiyyətlərinə, lokalizasiyasına və sayına əsasən onların şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin həmin qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 09 sentyabr 2020-ci il tarixdə istintaqa təqdim etdiyi zədələnmiş bir ədəd köynək və eynək iş üzrə mühüm əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimitanınmış, təqsirləndirilən və zərərçəkmiş şəxs tanış olduqdan sonra saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 23 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 23 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.09.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 26.10.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.09.2007-ci il tarixli, 1-250/2007 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 1(009)-123/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkməsinin 1(103)-1036/2020 saylı, 30.11.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 1(009)-123/2020 saylı hökmü ləğv edilmiş və tərəflər barışdıqlarından cinayət işinin icraatına xitam verilmişdir. 58 saylı MKİS-in rəisi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi 51 nömrəli evin üst hissəsində öz-tikili, sənədi olmayan qeyri-yaşayış sahəsində qeydiyyatsız olaraq yaşayır. O, yaşadığı müddətdə qonşular tərəfindən 58 saylı MKİS-nə bir neçə dəfə şikayətlər daxil olub. Elektron məhkəmə portalının çıxarıçından görünr ki,, Təqsirləndirilən şəxs iki uşağı vardır – 07.03.2009-cu il təvəllüdlü Sürayyə Məmmədli və 06.12.2013-cü il təvəllüdlü Nazim Məmmədli. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymədiyini və ona xəsarət yetirmədiyini bildirərək özünü təqsirli bilməməsi işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan zədələnmiş bir ədəd köynək və eynək hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan zədələnmiş bir ədəd köynək və eynək hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-25/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-25/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver